Camo bəy Hacınski (tam adı: Camo bəy Süleyman bəy oğlu Hacınski; 14 iyun 1888, Quba – 1942, Sibir) — Azərbaycan Xalq Cümhuriyyətinın 4-cü və 5-ci hökumət kabinetlərində poçt və teleqraf naziri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, ictimai-siyasi və dövlət xadimi, teatr tənqidçisi və sənətşünas. Bəzi mənbələrdə Azərbaycan himninin sözlərinin müəllifi kimi göstərilir.
Camo bəy Hacınski | |
---|---|
14 mart 1919 – 1 aprel 1920 | |
Əvvəlki | vəzifə təsis olunub |
Sonrakı | vəzifə ləğv olunub |
28 may 1918 – 17 iyun 1918 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv olunub |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 iyun 1888 |
Doğum yeri | |
Vəfat tarixi | 1942 |
Vəfat yeri | |
Vəfat səbəbi | siyasi repressiya |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Camo bəy Süleyman bəy oğlu Hacınski 1888-ci ilin iyunun 14-ü Qubada doğulmuşdur. O, ictimai-siyasi xadim Mehdi bəy Hacınskinin kiçik qardaşıdır. Gənc yaşlarında Bakıya köçən Camo bəy burada gimnaziya təhsili almışdı. Gimnaziyanı bitirib 1907-ci ildə Bakıda rus dilində nəşr olunan "Kaspi" qəzetində müxbir kimi fəaliyyətə başlamışdı və bu qəzetlə əməkdaşlığını 1915-ci ilədək davam etdirmişdi. 1914-cü ildə Peterburq Universitetinin Hüquq fakültəsini bitirən Camo bəy Hacınski sonralar İqtisadçı ixtisasına da yiyələnmişdi.
Fəaliyyəti
Camo bəy 1915-ci ilin dekabrından 1917-ci ilin aprelinədək Batum vilayətində Dənizkənarı rayonda Birinci dünya müharibəsində zərərçəkənlərə yardım göstərmək məqsədilə yaradılmış Müsəlman Qaçqın Komitəsinin müvəkkili vəzifəsində çalışmışdı.
O, "Nicat" Mədəni-Maarif Cəmiyyətinin işində də iştirak edirdi. 1916-cı ildə Müsəlman Dram Cəmiyyətinin, 1917-ci ildə isə yaradıcılarından biri olmuşdu.
Camo bəy Hacınski 1917-ci ilin aprelində Rusiya Müvəqqəti Hökumətinin Zaqafqaziya Komitəsinin vəkili təyin edilmiş, həmin ilin iyulunadək bu vəzifədə çalışmışdı. İyul ayında isə Zaqafqaziya Kəndli Deputatları İcraiyyə Komitəsinin sədr müavini seçilmiş və oradan nümayəndə kimi Rusiya Məclisi-Müəssisanına yeni seçkilər üzrə Zaqafqaziya Mərkəzi Komissiyasının sədri vəzifəsinə göndərilmişdi.
Hacınski 1918-ci ildə "Türk yurdu" Cəmiyyətində Azərbaycan incəsənətindən mühazirələr oxuyur, dövrü mətbuatda "qubalı" imzası ilə yazılar da dərc etdirirdi. O, Üzeyir Hacıbəyovun əsərlərinin tamaşaları, həmçinin Nəcəf bəy Vəzirovun və başqalarının da yaradıcılığı barədə məqalələr, resenziyalar yazırdı. 1919–1920-ci illərdə "Milli nəğmələr" adlı şeirlər kitabını nəşr etdirmişdi.
Camo bəy Hacınski 1918-ci ilin fevralında Zaqafqaziya Seyminin "Müsəlman fraksiyası"nın üzvü seçilmişdi. O, həmin il fevralın 28-də Seym tərəfindən təsdiq edilmiş "Müsəlman Sosialistlər Bloku"na daxi idi. 1918-ci il mayın 26-da seym buraxıldıqdan sonra isə 1918-ci il mayın 27-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olmuşdur. Hacınski 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası tərəfindən qəbul olunmuş İstiqlal Bəyannaməsinə səs verən 26 nəfər deputatdan biri idi.
AXC dövründə fəaliyyəti
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olunduqdan sonra Fətəli xan Xoyskinin başçılığı ilə yaradılan birinci milli hökumət kabinetində sosialist Camo bəy Hacinski dövlət müfəttişi vəzifəsini yerinə yetirmişdi. Həmin il iyunun 17-də Fətəli xan Xoyskinin 1-ci hökumət kabineti istefaya gedəndə Camo bəy də tutduğu vəzifəsini tərk etmişdi.
1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təntənəli açılışı oldu. Həmin vaxt Camo bəy Hacınski Azərbaycan Milli Şurasının 1918-ci il 19 noyabr tarixli "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanuna" əsasən Parlamentin tərkibinə daxil edilmişdi. Camo bəy Parlamentin 4-cü "Sosialistlər fraksiyası"nda təmsil olunurdu. Fraksiyaya 13 nəfər daxil idi. Hacınskinin adı Parlamentə təqdim oxunuşunda 13 nəfərin içərisində sayca 6-cı çəkilirdi. Camo bəy Hacınski Parlamentdə Maddi-Ləvazimat Komissiyasının üzvü idi. O, Parlamentin elə ilk iclaslarından təqdim olunan qanun layihələrinin müzakirələrində bir qayda olaraq özünü fəal, təşəbbüskar deputat kimi göstərirdi. Məsələn, Parlamentin 1918-ci il tarixli ikinci iclasında intizamı pozan millət vəkilləri haqqında belə bir təkliflə çıxış etmişdi :
.... Parlament iclasına gəlməyən deputatlara həmin günün əmək haqqı verilməsin |
Hacınski Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsində dövlət nəzarətçisi vəzifəsini icra etmişdi. 1919-cu il martın 14-də Azərbaycan Cümhuriyyətinin 4-cü hökumət kabineti təşkil olundu. Bu kabinetdə Aslan bəy Səfikürdskinin ədliyyə və əmək naziri təsdiq edilməsilə əlaqədar poçt və teleqraf naziri vəzifəsinə Parlamentdəki "Sosialistlər fraksiyası" nın üzvü Camo bəy Hacınski təyin olundu. Camo bəy Hacınski Nəsib bəy Yusifbəylinin 5-ci hökumət kabineti dövründə də poçt və teleqraf naziri vəzifəsini tutmuş və bu vəzifədə 1920-ci il aprelin 9-dək fəaliyyət göstərmişdi.
1920-ci ilin aprelində hökumət böhranı zamanı Nəsib bəy Yusifbəylinin 5-ci kabinetinin üzvləri istefaya getdikdən sonra Parlament yeni hökuməti təşkil etməyi Məhəmməd Həsən Hacınskiyə həvalə etmişdi. Bu zaman "Sosialistlər fraksiyası" yeni yaradılacaq hökumətdə daxili işlər naziri vəzifəsinə Camo bəy Hacınskinin namizədliyini irəli sürmüşdülər.
Həbsdə olduğu dövr
1920-ci il 27–28 aprel "hadisələrindən" sonra Camo bəy Hacınski Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığında İnzibati-Maliyyə Şöbəsinin rəisi təyin olunmuşdu (Sovet hakimiyyətinin Camo bəy kimi kadrlara ilk vaxtlar xüsusilə böyük ehtiyacı vardı). Hacınski bir müddət həmin vəzifədə işləmiş və ona hələ toxunmamışdılar. Bu vəzifədə çalışarkən Camo bəy Hacınski mədəniyyət və maarif sahəsində də fəaliyyətini dayandırmamışdı. O, Azərbaycan Tətbiq və Təbiət Cəmiyyətinin işində yaxından iştirak etmiş, qədim mədəniyyət abidələrimizin qorunması məsələləri ilə də məşğul olmuşdu. Keçmişinə görə təqsirləndirlən Camo bəy 1922-ci il aprelin 7-də Azərbaycan FK əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində bir qrup "eser" (sosialist) içərisində həbs olundu. Azərbaycan SSR Fövqaladə Komissiyasının operativ hissəsinin əməkdaşı Morozun imzaladığı informasiyada bildirilirdi:
Aprelin 7-dən 8-nə keçən gecə Bakıda 51 nəfər, Bakıdan kənarda isə 17 nəfər eser həbs edilmişdir. Həbs edilənlərdən artıq 15 nəfəri dindirilimşdir... |
İlkin dindirilənlər arasında Camo bəy Hacınski də vardı. 1922-ci il mayın 29-da Azərbaycan FK-nın müvəkkili Valik onu yenidən dindirmişdi.
1922-ci il dekabrın 10-da Camo bəy Hacınskiyə və onun məsləkdaşı sosialist Aslan bəy Səfikürdskiyə 3 il həbs cəzası kəsdilər. Moskvanın Butırski və Çelyabinskdəki həbs düşərgələrində 3 illik əzablı məhbəs həyatından sonra, onu SSRİ-nin şimalına Arxangelsk vilayətindəki Ağ dənizdə yerləşən Solevetski (əsası 1919-cu ildə qoyulmuşdu, dünyanın ilk konslagerlərindən biri sayılır) həbs düşərgəsinə göndərmişdilər. Camo bəy Hacınskinin Solevetski həbs düşərgəsinin ilk məhbuslarından saymaq olardı.
Həbsdən sonrakı fəaliyyəti
1928-ci ilin iyun ayında azad olunan Camo bəy Bakıya qayıtmış, həmin ilin iyulundan Azərbaycan Kəndə Təsərrüfatı Kooperasiyası İttifaqında ("Göybirliyi") əvvəlcə Plan Şöbəsinin katibi, sonra isə müdiri olmuşdu. Camo bəy Hacınski 1938-ci ilin payızınadək daha başqa vəzifələrdə, o cümlədən 1933-cü il noyabrın 1-dən "Azərittifaq" sistemində çalışmışdı. 1934-cü il noyabrın 6-dan Sənaye Kooperasiyasında baş məsləhətçi vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə 1937-ci il yanvarın 7-dək xidmət göstərmişdi. Sonuncu tarixdən həmin vəzifə ixtisara düşdüyündən C. Hacınski işsiz qalmışdı. Ən azı həm də ona görə ki, 1937–1938-ci illər bütün ölkədə repressiyasının tüğyan etdiyi bir dövr idi.
Ailəsi
C. Hacınski əslən Tiflisdən olan Mariya Pavlovna ilə ailə qurmuşdu. Öz adını oğlu Camoya vermişdi. Oğlu Camo 1926-cı il mayın 2-də Ukraynanın Poltava şəhərində dünyaya gəlmişdi. Mariya xanım 1983-cü ildə Bakıda dünaysını dəyişmişdi. Oğlu Camo isə görkəmli tarixçi-alim, tarix elmləri doktoru, professor olmuşdu. O, uzun illər Bakı Ali Partiya Məktəbində Sov. İKP tarixi kafedrasının müdiri və həmin məktəbin prorektoru vəzifələrində çalışmışdı. Baba Camonun iki nəvəsi – Emin və Nigar bu gün Bakıda yaşayırlar. Emin hazırda Bakı Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində çalışır.
Ölümü
1937-ci ildə Camo bəy Hacınski yenidən həbs olundu. Həmin il oktyabrın 25-də müstəntiq Martirosov Camo bəyi sorğu-suala tutmuşdu. 1938-ci il mayın 21-də Camo bəy yenidən dindirilmişdi. Ona qarşı belə bir ittiham irəli sürülürdü ki, guya o, Moskvadan gəlmiş fəal eser Osintsev tərəfindən Azərbaycanda yaradılan gizli eser təşkilatının üzvü imiş. 1938-ci il noyabrın 24-də Camo bəy Hacınskini cəzaçəkmə yerinə, bu dəfə Moskvaətrafı Kirov vilayətinə sürgün etdilər. Sonra isə oradan Sibirə göndərdilər. Camo bəy 1942-ci ildə Sibirdə vilayətnin Vyatka xüsusi həbs düşərgəsində vəfat etmişdi. Dünyanı dəyişən zaman 44 yaşı var idi.
Camo bəy Hacınski 1956-cı il iyunun 13-də bəraət almışdı. Belə ki, SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 1956-cı il 26 iyun tarixli 1878 nömrəli qərarı ilə ona bəraət verilmişdi. Bu haqda oğlu Camo Hacınskiyə xüsusi kağız (bəraət haqqında arayış) göndərilmişdi. Arayışda bildirilirdi ki, SSRİ Ali Məhkəməsinin Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Kollegiyasının Camo bəy Süleyman bəy oğlu Hacınski və onun məslək yoldaşı Firuz bəy Ordubadski barədə çıxardığı 3 dekabr 1938-ci il tarixli cinayət tərkibi olmayan hökmü ləğv edilmiş və onlar bəraət almışlar.
Azərbaycan himni ilə bağlı iddialar
Camo bəy Hacınski bəzi iddialara əsasən Azərbaycan himninin sözlərinin müəllifi kimi göstərilir. Belə ki, çoxsaylı iddialar və araşdırmalar himnin sözlərinin müəllifi kimi tanınmış şair Əhməd Cavadın göstərilməsini bir səhv kimi qəbul edir.
Buna səbəb, 1999-cu ilin fevralında "Respublika" qəzetində həmin şeir mətninin 1919-cu ildə Bakıda nəşr edilən "Milli nəğmələr" adlı şeirlər məcmuəsində "Vətən marşı" başlığı və "Camo bəy" imzası ilə çap edilməsi haqda yazı idi. Parlamentin cümhuriyyət dövrü stenoqramlarında deputatların çıxışları verilərkən hər kəsin inisialı, yəni məsələn, M. Ə. Rəsulzadə, F. X. Xoyski, N. Usubbəyli, H. Ağayev və s. kimi qeyd edilmişdir. Ancaq Camo bəy Hacınskinin adı bir qayda olaraq "Camo bəy" şəklində göstərilmişdir. Bu fakt həmin dövrdə "Camo bəy" kimi məhz Camo bəy Hacınskinin tanındığını və qəbul edildiyini göstərir. Ona görə də 1919-cu ildə "Milli nəğmələr" kitabında onun şeiri – bu gün Dövlət Himnimizin sözləri olan əsəri elə "Camo bəy" imzası ilə çap edilmişdir.
2020-ci ildə İTV-nin efirində getmiş "Bir mahnının tarixçəsi" verilişində eyni iddialar səsləndirilmişdir.
Həmçinin bax
Ədəbiyyat
- "Milli Məclis". Parlament-90. Xüsusi buraxılış.2008, s.28; İltifat Əliyarlı, Tahir behbudov. Azərbaycanın daxili işlər nazirləri. B,2008, s.37.
- ARPİİSDİHDA, f.1, siy.79, iş 361, v.6.
- Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti. 1918–1920. B,1990, s.70.
- AXC-nin Ensiklopediyası. İki cilddə. Birinci cild. B, cild. 2004, s.410–411.
- "Odlar Yurdu" qəzeti, № 18, sentyabr 1989-cu il.
- Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti. 1918–1920. B,1990, s.70. Elşad Qoca. Sibir dərsi. B.2000, s.308.
- "Milli Məclis". Parlament-90. Xüsusi buraxılış.2008, s.93.
- Nəsib Nəsibzadə. Azərbaycan Demokratik Respublikası. B.1990, s.86.
- AXC (1918–1920). Parlament (Stenoqrafik hesabatlar). B,1998, s.89,91,94,176.
- Azərbaycan tarixi. V cild B,2001, s.510; Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti. 1918–1920. B,1990, s.92–93
- MTN. Yaddaşın bərpası. "Sərhəd" qəzetinin xüsusi buraxılışı, № 1, 1999, s.7; Ziya Bünyadov. Qırmızı terror. B.1993, s.2002
- "Odlar yurdu" qəzeti, № 18, sentyabr 1989-cu il.
- Azərbaycan tarixi. V cild. B,2001, s.514–515.
- Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti. 1918–1920. B,1990, s.77; AXC Ensiklopediyası. Birinci cild. B,2004, s.411.
- AXC Ensiklopediyası. İki cilddə. Birinci cild. B,2004, s.411; Elşad Qoca. Cəllad etirafı. B,1999, s.14.
- Akademik Ziya Bünyadov. Sovet konslagerlərinin ilk məskunları. "Tarix". "Elm" qəzetinin əlavəsi. 8 dekabr 1990-cı il, s.2–3; Qırmızı terror. B, 1993, s.38; Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti. 1918–1920. B, 1990, s.71
- "Odlar yurdu" qəzeti, № 18, sentyabr 1989-cu il. Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti. B, 1990, s.71
- AR MTN . Yaddaşın bərpası. "Sərhəd" qəzetinin xüsusi buraxılışı, № 1, 1999, s.7; İltifat Əliyarlı, Tahir behbudov. Azərbaycanın daxili işlər nazirləri. B,2008-ci il, s.123–133, 134–139.
- Elşad Qoca. Cəllad etirafı. B,1999, s.32,33,39; Sibir dərsi. B,2000, s.308.
- AXC Ensiklopediyası. İki cilddə. Birinci cild. B,2004, s.411; Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti. B, 1990, s.71. Elşad Qoca. Sibir dərsi. B,2000, s.308.
- ARPİİSPİHDA, f.1, siy.79, iş 361, v.1–2, 4–5, 13.
- ARPİİSPİHDA, f.1, siy.79, iş 361, v.6; Elşad Qoca. Cəllad etirafı. B,1999, s.41
İstinadlar
- İltifat Əliyarlı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə rabitənin inkişafı. "Mütərcim nəşriyyat", Bakı-2009 səh. 85–90
- "Arxivlənmiş surət". 2019-07-18 tarixində . İstifadə tarixi: 2019-01-09.
- H. Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 337–338.
- "Əhməd Cavad himnimizin müəllifi deyil?". Senet.az.
Xarici keçidlər
- Camo bəyin nəvəsi: Himnin sözləri mənim babamındır
- İTV. Bir mahnının tarixçəsi — "Azərbaycan Himni"
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Camo bey Hacinski tam adi Camo bey Suleyman bey oglu Hacinski 14 iyun 1888 Quba 1942 Sibir Azerbaycan Xalq Cumhuriyyetinin 4 cu ve 5 ci hokumet kabinetlerinde poct ve teleqraf naziri Azerbaycan Xalq Cumhuriyyeti Milli Surasinin uzvu ictimai siyasi ve dovlet xadimi teatr tenqidcisi ve senetsunas Bezi menbelerde Azerbaycan himninin sozlerinin muellifi kimi gosterilir Camo bey HacinskiAzerbaycan Xalq Cumhuriyyeti Parlamentinin uzvu14 mart 1919 1 aprel 1920Evvelkivezife tesis olunubSonrakivezife legv olunubAzerbaycan Xalq Cumhuriyyetinin Dovlet mufettisi28 may 1918 17 iyun 1918Evvelkivezife tesis edilibSonrakivezife legv olunubSexsi melumatlarDogum tarixi 14 iyun 1888 1888 06 14 Dogum yeri Quba Quba qezasi Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 1942Vefat yeri Sibir SSRIVefat sebebi siyasi repressiyaPartiya Muselman Sosialist Bloku 1919 Xalqci Partiyasi 1919 Tehsili Sankt Peterburq Dovlet UniversitetiFealiyyeti siyasetciDini islam Vikianbarda elaqeli mediafayllarHeyatiCamo bey Suleyman bey oglu Hacinski 1888 ci ilin iyunun 14 u Qubada dogulmusdur O ictimai siyasi xadim Mehdi bey Hacinskinin kicik qardasidir Genc yaslarinda Bakiya kocen Camo bey burada gimnaziya tehsili almisdi Gimnaziyani bitirib 1907 ci ilde Bakida rus dilinde nesr olunan Kaspi qezetinde muxbir kimi fealiyyete baslamisdi ve bu qezetle emekdasligini 1915 ci iledek davam etdirmisdi 1914 cu ilde Peterburq Universitetinin Huquq fakultesini bitiren Camo bey Hacinski sonralar Iqtisadci ixtisasina da yiyelenmisdi FealiyyetiCamo bey 1915 ci ilin dekabrindan 1917 ci ilin aprelinedek Batum vilayetinde Denizkenari rayonda Birinci dunya muharibesinde zerercekenlere yardim gostermek meqsedile yaradilmis Muselman Qacqin Komitesinin muvekkili vezifesinde calismisdi O Nicat Medeni Maarif Cemiyyetinin isinde de istirak edirdi 1916 ci ilde Muselman Dram Cemiyyetinin 1917 ci ilde ise yaradicilarindan biri olmusdu Camo bey Hacinski 1917 ci ilin aprelinde Rusiya Muveqqeti Hokumetinin Zaqafqaziya Komitesinin vekili teyin edilmis hemin ilin iyulunadek bu vezifede calismisdi Iyul ayinda ise Zaqafqaziya Kendli Deputatlari Icraiyye Komitesinin sedr muavini secilmis ve oradan numayende kimi Rusiya Meclisi Muessisanina yeni seckiler uzre Zaqafqaziya Merkezi Komissiyasinin sedri vezifesine gonderilmisdi Hacinski 1918 ci ilde Turk yurdu Cemiyyetinde Azerbaycan incesenetinden muhazireler oxuyur dovru metbuatda qubali imzasi ile yazilar da derc etdirirdi O Uzeyir Hacibeyovun eserlerinin tamasalari hemcinin Necef bey Vezirovun ve basqalarinin da yaradiciligi barede meqaleler resenziyalar yazirdi 1919 1920 ci illerde Milli negmeler adli seirler kitabini nesr etdirmisdi Camo bey Hacinski 1918 ci ilin fevralinda Zaqafqaziya Seyminin Muselman fraksiyasi nin uzvu secilmisdi O hemin il fevralin 28 de Seym terefinden tesdiq edilmis Muselman Sosialistler Bloku na daxi idi 1918 ci il mayin 26 da seym buraxildiqdan sonra ise 1918 ci il mayin 27 de yaradilmis Azerbaycan Xalq Cumhuriyyeti Milli Surasinin uzvu olmusdur Hacinski 1918 ci il mayin 28 de Azerbaycan Milli Surasi terefinden qebul olunmus Istiqlal Beyannamesine ses veren 26 nefer deputatdan biri idi AXC dovrunde fealiyyeti 1918 ci il mayin 28 de Azerbaycan Demokratik Respublikasi elan olunduqdan sonra Feteli xan Xoyskinin basciligi ile yaradilan birinci milli hokumet kabinetinde sosialist Camo bey Hacinski dovlet mufettisi vezifesini yerine yetirmisdi Hemin il iyunun 17 de Feteli xan Xoyskinin 1 ci hokumet kabineti istefaya gedende Camo bey de tutdugu vezifesini terk etmisdi 1918 ci il dekabrin 7 de Bakida Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin tenteneli acilisi oldu Hemin vaxt Camo bey Hacinski Azerbaycan Milli Surasinin 1918 ci il 19 noyabr tarixli Azerbaycan Meclisi Mebusaninin tesisi haqqinda qanuna esasen Parlamentin terkibine daxil edilmisdi Camo bey Parlamentin 4 cu Sosialistler fraksiyasi nda temsil olunurdu Fraksiyaya 13 nefer daxil idi Hacinskinin adi Parlamente teqdim oxunusunda 13 neferin icerisinde sayca 6 ci cekilirdi Camo bey Hacinski Parlamentde Maddi Levazimat Komissiyasinin uzvu idi O Parlamentin ele ilk iclaslarindan teqdim olunan qanun layihelerinin muzakirelerinde bir qayda olaraq ozunu feal tesebbuskar deputat kimi gosterirdi Meselen Parlamentin 1918 ci il tarixli ikinci iclasinda intizami pozan millet vekilleri haqqinda bele bir teklifle cixis etmisdi Parlament iclasina gelmeyen deputatlara hemin gunun emek haqqi verilmesin Hacinski Azerbaycan Xalq Cumhuriyyetinin birinci hokumet kabinesinde dovlet nezaretcisi vezifesini icra etmisdi 1919 cu il martin 14 de Azerbaycan Cumhuriyyetinin 4 cu hokumet kabineti teskil olundu Bu kabinetde Aslan bey Sefikurdskinin edliyye ve emek naziri tesdiq edilmesile elaqedar poct ve teleqraf naziri vezifesine Parlamentdeki Sosialistler fraksiyasi nin uzvu Camo bey Hacinski teyin olundu Camo bey Hacinski Nesib bey Yusifbeylinin 5 ci hokumet kabineti dovrunde de poct ve teleqraf naziri vezifesini tutmus ve bu vezifede 1920 ci il aprelin 9 dek fealiyyet gostermisdi 1920 ci ilin aprelinde hokumet bohrani zamani Nesib bey Yusifbeylinin 5 ci kabinetinin uzvleri istefaya getdikden sonra Parlament yeni hokumeti teskil etmeyi Mehemmed Hesen Hacinskiye hevale etmisdi Bu zaman Sosialistler fraksiyasi yeni yaradilacaq hokumetde daxili isler naziri vezifesine Camo bey Hacinskinin namizedliyini ireli surmusduler Hebsde oldugu dovr1920 ci il 27 28 aprel hadiselerinden sonra Camo bey Hacinski Azerbaycan SSR Xalq Edliyye Komissarliginda Inzibati Maliyye Sobesinin reisi teyin olunmusdu Sovet hakimiyyetinin Camo bey kimi kadrlara ilk vaxtlar xususile boyuk ehtiyaci vardi Hacinski bir muddet hemin vezifede islemis ve ona hele toxunmamisdilar Bu vezifede calisarken Camo bey Hacinski medeniyyet ve maarif sahesinde de fealiyyetini dayandirmamisdi O Azerbaycan Tetbiq ve Tebiet Cemiyyetinin isinde yaxindan istirak etmis qedim medeniyyet abidelerimizin qorunmasi meseleleri ile de mesgul olmusdu Kecmisine gore teqsirlendirlen Camo bey 1922 ci il aprelin 7 de Azerbaycan FK emekdaslarinin kecirdiyi xususi emeliyyat neticesinde bir qrup eser sosialist icerisinde hebs olundu Azerbaycan SSR Fovqalade Komissiyasinin operativ hissesinin emekdasi Morozun imzaladigi informasiyada bildirilirdi Aprelin 7 den 8 ne kecen gece Bakida 51 nefer Bakidan kenarda ise 17 nefer eser hebs edilmisdir Hebs edilenlerden artiq 15 neferi dindirilimsdir Ilkin dindirilenler arasinda Camo bey Hacinski de vardi 1922 ci il mayin 29 da Azerbaycan FK nin muvekkili Valik onu yeniden dindirmisdi 1922 ci il dekabrin 10 da Camo bey Hacinskiye ve onun meslekdasi sosialist Aslan bey Sefikurdskiye 3 il hebs cezasi kesdiler Moskvanin Butirski ve Celyabinskdeki hebs dusergelerinde 3 illik ezabli mehbes heyatindan sonra onu SSRI nin simalina Arxangelsk vilayetindeki Ag denizde yerlesen Solevetski esasi 1919 cu ilde qoyulmusdu dunyanin ilk konslagerlerinden biri sayilir hebs dusergesine gondermisdiler Camo bey Hacinskinin Solevetski hebs dusergesinin ilk mehbuslarindan saymaq olardi Hebsden sonraki fealiyyeti1928 ci ilin iyun ayinda azad olunan Camo bey Bakiya qayitmis hemin ilin iyulundan Azerbaycan Kende Teserrufati Kooperasiyasi Ittifaqinda Goybirliyi evvelce Plan Sobesinin katibi sonra ise mudiri olmusdu Camo bey Hacinski 1938 ci ilin payizinadek daha basqa vezifelerde o cumleden 1933 cu il noyabrin 1 den Azerittifaq sisteminde calismisdi 1934 cu il noyabrin 6 dan Senaye Kooperasiyasinda bas meslehetci vezifesine teyin edilmisdir Bu vezifede 1937 ci il yanvarin 7 dek xidmet gostermisdi Sonuncu tarixden hemin vezife ixtisara dusduyunden C Hacinski issiz qalmisdi En azi hem de ona gore ki 1937 1938 ci iller butun olkede repressiyasinin tugyan etdiyi bir dovr idi AilesiC Hacinski eslen Tiflisden olan Mariya Pavlovna ile aile qurmusdu Oz adini oglu Camoya vermisdi Oglu Camo 1926 ci il mayin 2 de Ukraynanin Poltava seherinde dunyaya gelmisdi Mariya xanim 1983 cu ilde Bakida dunaysini deyismisdi Oglu Camo ise gorkemli tarixci alim tarix elmleri doktoru professor olmusdu O uzun iller Baki Ali Partiya Mektebinde Sov IKP tarixi kafedrasinin mudiri ve hemin mektebin prorektoru vezifelerinde calismisdi Baba Camonun iki nevesi Emin ve Nigar bu gun Bakida yasayirlar Emin hazirda Baki Dovlet Universitetinin Beynelxalq Iqtisadi Munasibetler fakultesinde calisir Olumu1937 ci ilde Camo bey Hacinski yeniden hebs olundu Hemin il oktyabrin 25 de mustentiq Martirosov Camo beyi sorgu suala tutmusdu 1938 ci il mayin 21 de Camo bey yeniden dindirilmisdi Ona qarsi bele bir ittiham ireli surulurdu ki guya o Moskvadan gelmis feal eser Osintsev terefinden Azerbaycanda yaradilan gizli eser teskilatinin uzvu imis 1938 ci il noyabrin 24 de Camo bey Hacinskini cezacekme yerine bu defe Moskvaetrafi Kirov vilayetine surgun etdiler Sonra ise oradan Sibire gonderdiler Camo bey 1942 ci ilde Sibirde vilayetnin Vyatka xususi hebs dusergesinde vefat etmisdi Dunyani deyisen zaman 44 yasi var idi Camo bey Hacinski 1956 ci il iyunun 13 de beraet almisdi Bele ki SSRI Ali Mehkemesinin Herbi Kollegiyasinin 1956 ci il 26 iyun tarixli 1878 nomreli qerari ile ona beraet verilmisdi Bu haqda oglu Camo Hacinskiye xususi kagiz beraet haqqinda arayis gonderilmisdi Arayisda bildirilirdi ki SSRI Ali Mehkemesinin Zaqafqaziya Herbi Dairesinin Herbi Kollegiyasinin Camo bey Suleyman bey oglu Hacinski ve onun meslek yoldasi Firuz bey Ordubadski barede cixardigi 3 dekabr 1938 ci il tarixli cinayet terkibi olmayan hokmu legv edilmis ve onlar beraet almislar Azerbaycan himni ile bagli iddialarEsas meqale Azerbaycan himni Iddialar1919 cu ilde Milli negmeler adli seirler kitabinda yerlesen Veten marsi seirinin metninin sonunda muellif kimi Camo bey gosterilmisdir Camo bey Hacinski bezi iddialara esasen Azerbaycan himninin sozlerinin muellifi kimi gosterilir Bele ki coxsayli iddialar ve arasdirmalar himnin sozlerinin muellifi kimi taninmis sair Ehmed Cavadin gosterilmesini bir sehv kimi qebul edir Buna sebeb 1999 cu ilin fevralinda Respublika qezetinde hemin seir metninin 1919 cu ilde Bakida nesr edilen Milli negmeler adli seirler mecmuesinde Veten marsi basligi ve Camo bey imzasi ile cap edilmesi haqda yazi idi Parlamentin cumhuriyyet dovru stenoqramlarinda deputatlarin cixislari verilerken her kesin inisiali yeni meselen M E Resulzade F X Xoyski N Usubbeyli H Agayev ve s kimi qeyd edilmisdir Ancaq Camo bey Hacinskinin adi bir qayda olaraq Camo bey seklinde gosterilmisdir Bu fakt hemin dovrde Camo bey kimi mehz Camo bey Hacinskinin tanindigini ve qebul edildiyini gosterir Ona gore de 1919 cu ilde Milli negmeler kitabinda onun seiri bu gun Dovlet Himnimizin sozleri olan eseri ele Camo bey imzasi ile cap edilmisdir 2020 ci ilde ITV nin efirinde getmis Bir mahninin tarixcesi verilisinde eyni iddialar seslendirilmisdir Hemcinin baxXudadat bey Melik Aslanov Aslan bey Sefikurdski Mehdi bey HacinskiEdebiyyat Milli Meclis Parlament 90 Xususi buraxilis 2008 s 28 Iltifat Eliyarli Tahir behbudov Azerbaycanin daxili isler nazirleri B 2008 s 37 ARPIISDIHDA f 1 siy 79 is 361 v 6 Azerbaycan Demokratik Respublikasi Azerbaycan hokumeti 1918 1920 B 1990 s 70 AXC nin Ensiklopediyasi Iki cildde Birinci cild B cild 2004 s 410 411 Odlar Yurdu qezeti 18 sentyabr 1989 cu il Azerbaycan Demokratik Respublikasi Azerbaycan hokumeti 1918 1920 B 1990 s 70 Elsad Qoca Sibir dersi B 2000 s 308 Milli Meclis Parlament 90 Xususi buraxilis 2008 s 93 Nesib Nesibzade Azerbaycan Demokratik Respublikasi B 1990 s 86 AXC 1918 1920 Parlament Stenoqrafik hesabatlar B 1998 s 89 91 94 176 Azerbaycan tarixi V cild B 2001 s 510 Azerbaycan Demokratik Respublikasi Azerbaycan hokumeti 1918 1920 B 1990 s 92 93 MTN Yaddasin berpasi Serhed qezetinin xususi buraxilisi 1 1999 s 7 Ziya Bunyadov Qirmizi terror B 1993 s 2002 Odlar yurdu qezeti 18 sentyabr 1989 cu il Azerbaycan tarixi V cild B 2001 s 514 515 Azerbaycan Demokratik Respublikasi Azerbaycan hokumeti 1918 1920 B 1990 s 77 AXC Ensiklopediyasi Birinci cild B 2004 s 411 AXC Ensiklopediyasi Iki cildde Birinci cild B 2004 s 411 Elsad Qoca Cellad etirafi B 1999 s 14 Akademik Ziya Bunyadov Sovet konslagerlerinin ilk meskunlari Tarix Elm qezetinin elavesi 8 dekabr 1990 ci il s 2 3 Qirmizi terror B 1993 s 38 Azerbaycan Demokratik Respublikasi Azerbaycan hokumeti 1918 1920 B 1990 s 71 Odlar yurdu qezeti 18 sentyabr 1989 cu il Azerbaycan Demokratik Respublikasi Azerbaycan hokumeti B 1990 s 71 AR MTN Yaddasin berpasi Serhed qezetinin xususi buraxilisi 1 1999 s 7 Iltifat Eliyarli Tahir behbudov Azerbaycanin daxili isler nazirleri B 2008 ci il s 123 133 134 139 Elsad Qoca Cellad etirafi B 1999 s 32 33 39 Sibir dersi B 2000 s 308 AXC Ensiklopediyasi Iki cildde Birinci cild B 2004 s 411 Azerbaycan Demokratik Respublikasi Azerbaycan hokumeti B 1990 s 71 Elsad Qoca Sibir dersi B 2000 s 308 ARPIISPIHDA f 1 siy 79 is 361 v 1 2 4 5 13 ARPIISPIHDA f 1 siy 79 is 361 v 6 Elsad Qoca Cellad etirafi B 1999 s 41IstinadlarIltifat Eliyarli Azerbaycan Xalq Cumhuriyyeti dovrunde rabitenin inkisafi Mutercim nesriyyat Baki 2009 seh 85 90 Arxivlenmis suret 2019 07 18 tarixinde Istifade tarixi 2019 01 09 H Ehmedov Azerbaycan mekteb ve pedaqoji fikir tarixi Baki Elm ve tehsil 2014 seh 337 338 Ehmed Cavad himnimizin muellifi deyil Senet az Xarici kecidlerCamo beyin nevesi Himnin sozleri menim babamindir ITV Bir mahninin tarixcesi Azerbaycan Himni