Rüknəddin Əbülmüzəffər Börküyarıq ibn Məlikşah (fars. ابو المظفر رکن الدین برکیارق بن ملکشاه, translit. Rukn əl-Dib Əbül-Mozəfffr Börkyaruk ibn Maəlik-Şah) və ya sadəcə Börküyarıq (fars. برکیارق; 1080, İsfahan – 2 dekabr 1104, Bürucərd, Luristan ostanı) — Böyük Səlcuq imperiyasının V sultanı (hak. 1094–1105).
Börküyarıq | |
---|---|
fars. ابرکیارق | |
| |
1094 – 1105 (ləqəbi: Rüknəddin) | |
Əvvəlki | |
Sonrakı | II Məlikşah |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1080 |
Doğum yeri |
|
Vəfat tarixi | 2 dekabr 1104 |
Vəfat yeri |
|
Vəfat səbəbi | vərəm |
Fəaliyyəti | siyasətçi |
Atası | I Məlikşah |
Anası | Zibeydə xatun |
Uşağı | II Məlikşah |
Ailəsi | Səlcuqlular |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
I Məlikşahın (hak. 1072–1092) oğlu və xələfi olan Börküyarıq imperiyanın tənəzzül və parçalanma dövrünün başlanğıc mərhələsində hökm sürmüşdür. Nəticədə, Kirmandan Anadoluya, Anadoludan Suriyaya qədər uzanan türkmən atabəylər və bəyliklər güc qazanmışdır. Onun hakimiyyəti dövrü üçün digər səlcuqlu şahzadələrinə qarşı daxili çaxnaşmalar xarakterikdir. 1105-ci ildə vəfat etməsindən əvvəl artıq onun nüfuzu böyük ölçüdə yoxa çıxmışdı. Börküyarığın azyaşlı oğlu II Məlikşah qısa müddətdə onun yerinə keçmiş, lakin Börküyarığın doğma qardaşı və rəqibi Məhəmməd Təpər (hak. 1105–1118) tərəfindən öldürülmüşdür.
Adı
Börküyarıq "möhkəm, qətiyyətsizli işıq" mənasını verən bir türk sözüdür.Səlcuqlular türk irslərini böyük ölçüdə İran mədəniyyəti ilə əvəz edən Qəznəvi sələflərindən fərqli olaraq və İran mədəniyyətini mənsimələrinə baxmayaraq, Börküyarıq, Arslan və Səncər kimi qədim türk adlarını daşıyaraq irslərini qoruyub saxlamışdılar.
Zəmin
Börküyarıq 1079-cu və ya 1080-ci ildəİsfahan şəhərində anadan olmuşdur. O, I Məlikşahın (hak. 1072–1092) öz əmisiqızı, səlcuqlu şahzadəsi Zibeydə xatundan olan ən böyük oğlu idi. I Məlikşah 1092-ci ilin noyabrında vəfat etdiyi zaman Börküyarıq yalnız on üç yaşındaydı – Səlcuq imperiyasının taxtına çıxacaq yaşda bir şahzadə yox idi. Börküyarığın ögey qardaşı Məhəmməd on bir, adındakı başqa bir qardaşı isə dörd yaşındaydı. I Məlikşahın qardaşı, Suriyanı onun adından idarə edən Tacüddövlə Əbu Səid Tutuş səlcuqlu taxt-tacına yeganə yetkin varis kimi iddia irəli sürmüş, lakin türk elitasından yetərli dəstək ala bilməmişdir. I Məlikşahın ölümü imperiyanın tənəzzülünün və parçalanmasının başlanğıcına çevrilmiş, yerli əmirlərin və saray məmurlarının gənc varislərdən birini sultan olaraq dəstəkləyərək güc qazanmağa çalışması ilə səciyyələndirilmişdir. Bunun nəticəsində Kirmandan Anadoluya, Anadoludan Suriyaya qədər uzanan türkmən atabəylər və bəyliklər güc qazanmışdır.
I Məlikşahın xanımlarından olan Tərkən xatun səlcuqlu vəziri Tacülmülk ilə əməkdaşlıq edərək dörd yaşındakı oğlu Mahmudu Bağdad şəhərində taxta oturtmuşdur. O, Abbasi xəlifəsi Mahmudun adına bir xütbə oxunmasına razı salır, eləcə də İsfahanı almaq və Börküyarığı əsir götürmək üçün əmir Əbu Səid Qıvammüddövlə Kürbuğanın başçılığı altında bir ordu göndərir. Vəfat etmiş səlcuqlu vəziri Nizamülmülkün türk əsilli bir qulam olan Ərquşun rəhbərliyi altındakı ailəsi və tərəfdarları, hansı ki "Nizamiyyə" adı ilə tanınırdı, Börküyarığı dəstəkləmişdir. Onlar Börküyarığı İsfahan şəhərindən qaçırmış və Savə ya da Avəcdəki atabəy Gümüşteginin yanına gətirmişdilər. Gümüştegin daha sonra Börküyarığı Rey şəhərində taxta oturtmuşdur.
Hakimiyyət
İlkin maneələr
Börküyarıq ümumi mənada Nizamiyyə tərəfindən dəstəklənsə də, müasir tarixçi Klifford Edmund Bosuort qeyd edir ki, "bu, Nizamiyyənin qəti surətdə kollektiv siyasət yürütdüyünü göstərmir, çünki Nizamülmülkün övladlarından heç biri bacarıq və opportunizm baxımından atasına bərabər deyildi və fərdi amillər tez-tez onların tərəf dəyişdirməsinə gətirib çıxarırdı." Nizamiyyə ən əsası rəqibi Nizamülmülkün ölümünün arxasında olduğu düşünülən (müasir tarixçi Endrü Pikoka görə qismən doğrudur) Tacülmülkdən intiqam almaq istəyirdi. 1093-cü ilin yanvarında iki fraksiya arasında döyüş baş verir və nəticədə tərəfdarları məğlub olur, Tacülmülk isə əsir götürülür. Tacülmülkün bürokratik şücaətindən xəbərdar olan Börküyarıq onu özünə vəzir etməyə razı idi. Tacülmülk hətta rüşvət yolu ilə Nizamiyyənin bir hissəsini sakitləşdirə bilsə də, bu yenə də kifayət deyildi. İntiqam arzusuna bürünən Nizamiyyə Tacülmülkün 12 fevralda edam edilməsinə nail olmuşdu. Tərkən xatun tez bir zamanda səlcuqlu şahzadəsi İsmayıl ibn Yaqutini Börküyarığa hücum etməsi üçün çağırır. Yaquti Azərbaycan və Arrandan olan türkmənlərdən ibarət bir ordu yaratsa da, Börküyarığın atabəyi Gümüştegin onu məğlub edir və o, edam edilir. Tərkən xatun daha sonra Tutuşa müraciət etməyə çalışır, ancaq 1094-cü ildə vəfat edir. Həmçinin, onun xəstəlikdən əziyyət çəkən oğlu Mahmud da bir ay sonra vəfat edir.
Börküyarıq Cəzirə və Qərbi İrana yürüş edərək Rey şəhərini ələ keçirən əmisi Tutuşu məğlub etməli idi. O, 25 fevral 1095-ci il tarixində Rey yaxınlığındakı döyüşdə Tutuşu məğlub edir və Tutuş bu döyüşdə həlak olur. Börküyarıq beləliklə Qərbi İran və İraqdakı nüfuzunu möhkəmləndirməyə nail olur və Abbasi xəlifəsi tərəfindən sultan qəbul edilir. Yaranan qarışıqlıq zamanı I Məlikşahın vilayətdə öz bəyliyini qurmağa çalışan qardaşı Arqun Arslan Nişapur şəhəri istisna olmaqla Xorasanın böyük bir hissəsini fəth edir. Börküyarıq ilk dəfə 1095-ci ildə əmisi Börübars ibn Alparslanın rəhbərliyi altında oranı fəth etmək üçün Xorasana bir ordu göndərir, lakin Börübars orada ələ keçirilir və öldürülür. O, 1097-ci ildə ögey qardaşı Əhməd Səncərin rəhbərliyi ilə Xorasana ikinci bir ordu göndərir, fəqət heç bir toqquşma baş verməzdən əvvəl Arqun Arslan tabeliyində olanlara qarşı amansız davrandığına görə öz qulamlarından biri tərəfindən öldürülür. Börküyarıq Səncəri Xorasanın məliki təyin edir, öz atabəyi Əmir Qumac və vəziri Tuğrayini onun xidmətinə verir.
Börküyarıq daha sonra şərqdə Termez şəhərinə qədər uzanan yürüşə başçılıq edir və burada qaraxanilərdən olan Süleymantegin ilə Mahmudtegini Mavəraünnəhrin məlikləri olaraq qəbul edir.Qütbəddin Məhəmmədi də Mərkəzi Asiyadakı Xarəzm bölgəsinin yeni valisi təyin edir. O, yeddi ay Bəlx şəhərində qalır və daha sonra qərbə qayıdır, lakin Börküyarıq şərqdəki ərazilərindən ayrıldıqdan sonra bölgə səlcuqlu şahzadəsi Dövlətşahın da iştirak etdiyi bir sıra üsyanlarla üzləşir. Börküyarığın adı Nişapur şəhərində vurulan sikkələrdən xaric olmağa başlayır, bu da onun Xorasandakı hakimiyyətinin tədricən süquta uğramasına dəlalət edir. Uzunsürən daxili problemlərlə məşğul olan Börküyarıq 1097-ci ildə Birinci Səlib yürüşü zamanı Suriyada müsəlman müdafiəçilərə qoşula bilmir. Səlibçilər Antakyanı mühasirəyə alır və Məərrət ən-Nömanı yağmalayırlar. Bundan əlavə, Börküyarığın öz aralarında döyüşərək ölkəni bölüşdürən Suriya səlcuqlularına kömək etməsi üçün çox az səbəbi var idi. Ölkənin şimalını hissəsini Fəxrülmülk Rıdvan, cənub hissəsini Şəmsəlmülk Dukak idarə edirdi. Səlibçilər Suriyaya daxil olanda Rıdvan Börküyarığın hakimiyyətini tərk edərək Fatimilər xilafətinin ağalığını qəbul edir.
Məhəmməd Təpər ilə mübarizə
Börküyarığın qarşılaşdığı ən çətin maneə 1089-cu və ya 1098-ci illərdə öz ögey qardaşı Məhəmməd Təpərin üsyanı idi. Üsyan əvvəllər Börküyarığa xidmət etmiş və Tutuşun məğlubiyyətində əsas rol oynayan Nizamülmülkün oğlu Müəyidülmülk tərəfindən təşviq edilmişdi. O, Börküyarıq tərəfindən vəzifəsindən azad edildikdən sonra onu vəzir təyin edən Məhəmmədin xidmətində durur. Müəyidülmülk yeni vəzifəsindən öz rəqiblərindən intiqam almaq üçün istifadə edir və Məhəmmədin hələ yetkin yaşa çatmaması bunu daha da asanlaşdırır. Nizamiyyə və İsfahanın tanınmış ailələri də Məhəmmədə qoşularaq Börküyarığın şəhərə girməsinə maneə olur. Üsyan 1093-cü ildə Arranda yerləşən Gəncə şəhərində başlamışdı ki, Börküyarıq buranı Məhəmmədə iqta olaraq vermişdi.
Məhəmmədin Rey şəhərini tutması Börküyarığın səltənətinin zəifliyini ortaya qoyur. Bağdad şəhərinin şihnəsi Sədəldəvla Qəvharayin qısa müddətdə Məhəmmədə qoşulur, bu da şəhərin Məhəmmədin hökmranlığı qəbul etdiyini göstərir. Buna baxmayaraq, beş il davam edən müharibənin gedişatı qətiyyətsiz davam edirdi və Bağdad şəhəri dəfələrlə əl dəyişdirirdi. Məhəmməd Börküyarıqdan nifrət edən Səncərin dəstəyi ilə belə rəqibini məğlub edə bilmir. Börküyarığın nüfuzu zəifləməyə davam edir və 1104-cü ilə qədər xəzinəsi tükənir. Buna görə də o, barışıq üçün müraciət edir. Tərəflər arasında bağlanmış müqavilədə Məhəmməd Cənubi İraq, Şimali İran, Diyar-i Bəkr, Mosul və Suriyanın, Börküyarıq isə İsfahan daxil olmaqla İranın qalan hissəsinin, o cümlədən Bağdadın hakimi qəbul edilir. Müasir tarixçilər güman edirlər ki, müqavilə vəziyyətin həqiqi şərtlərini göstərmir. Növbəti il mərkəzi islam torpaqlarında Börküyarıq adına sikkə zərbxanaları olmur. Börküyarıq vərəm xəstəliyinə yoluxur, 1104-cü və ya 1105-ci ildə, 25 yaşında, Bürucərd yaxınlıqlarında vəfat edir. Taxta oğlu II Məlikşah keçsə də, Bağdad daha sonra Məhəmməd tərəfindən tutulur və II Məlikşah burada öldürülür.
Qeydlər
Mənbə
İstinadlar
- Özaydın, 1992. səh. 514–516
- http://iranologie.com/the-history-page/the-seljuqs/.
- Madelunq, Dafteri və Meri, 2003. səh. 330
- Bosuort, 2001. səh. 305
- Blake, 2002. səh. 123
- Tetli, 2008. səh. 27
- Bosuort, 1968. səh. 220–221
- Van Donsel, 1994. səh. 464
- Bosuort, 1968. səh. 77
- Tetli, 2008. səh. 128
- Bosuort, 1988. səh. 800–801
- Cahen, 1960
- Pikok, 2015. səh. 76
- Bosuort, 1968. səh. 103
- Tetli, 2008. səh. 105
- Bosuort, 1968. səh. 104
- Bosuort, 1997. səh. 12–13
- Bosuort, 1968. səh. 105
- Pikok, 2015. səh. 76–77
- Bosuort, 1968. səh. 105–106
- Tetli, 2008. səh. 131
- Pikok, 2015. səh. 77
- Busourt, 1986. səh. 140
- Riçards, 2014. səh. 291
- Pikok, 2015. səh. 78
- Tetli, 2008. səh. 148
- Pikok, 2015. səh. 78–79
- Pikok, 2015. səh. 80, 133
Ədəbiyyat
- Özaydın, Əbdülkərim. Berkyaruk // İslâm Ansiklopedisi (türk). V. İstanbul: Türkiyə Dəyanət Vəqfi. 1992.
- Bleyk, Stiven P. Shahjahanabad: The Sovereign City in Mughal India 1639–1739 (ingilis). Kembric: Cambridge University Press. 2002. ISBN .
- Bosuort, Klifford E. The Political and Dynastic History of the Iranian World (A.D. 1000–1217) // Fray, R. N. (redaktor). The Cambridge History of Iran, Volume 5: The Saljuq and Mongol periods (ingilis). Kembric: Cambridge University Press. 1968. 1–202. ISBN .
- Bosuort, Klifford E. Anūštigin Ḡaṛčaʾī // Encyclopaedia Iranica, Vol. II, Fasc. 2 (ingilis). 1986. 140.
- Bosuort, Klifford E. Barkīāroq // Encyclopaedia Iranica, Vol. III, Fasc. 8 (ingilis). 1988. 800–801.
- Bosuort, Klifford E. Ebn Dārost, Tāj al-Molk Abu'l-Ḡanā'em Marzbān // Encyclopaedia Iranica, Vol. VIII, Fasc. 1 (ingilis). 1997. 12–13.
- Bosuort, Klifford E. "Notes on Some Turkish Names in Abu 'l-Faḍl Bayhaqī's Tārīkh-i Masʿūdī". Oriens (ingilis). Brill. 36. 2001: 299–313. doi:10.2307/1580488. JSTOR 1580488.
- Kahen, K. Barkyārūḳ // Gibb, H. A. R.; Kramers, C. H.; Levi-Provensal, E.; Şaxt, C.; Lüis, B.; Pela, Ş. (redaktorlar ). The Encyclopaedia of Islam, New Edition (ingilis). I. Leyden: E. J. Brill. 1960. OCLC 495469456.
- Madelunq, Uilferd; Dafteri, Fərhad; Meri, Yozef U. Culture and Memory in Medieval Islam: Essays in Honor of Wilferd Madelunq (ingilis). I.B. Tauris. 2003. ISBN .
- Pikok, E. K. S. The Great Seljuk Empire (ingilis). Edinburgh University Press. 2015. 1–378. ISBN .
- Riçards, D. S. The Annals of the Saljuq Turks: Selections from al-Kamil fi'l-Ta'rikh of Ibn al-Athir (ingilis). Routledge. 2014. ISBN .
- Tetli, Gillis. The Ghaznavid and Seljuk Turks: Poetry as a Source for Iranian History (ingilis). Routledge. 2008. ISBN .
- Van Donsel, Emeri Yohannes. Islamic Desk Reference (ingilis). Leyden: E. J. Brill. 1994. ISBN .
- Lüis, Bernard. The Assassins: A Radical Sect in Islam (ingilis) (III). Basic Books. 2003. ISBN .
- Tor, Debora. The Long Shadow of Pre-Islamic Iranian Rulership: Antagonism or Assimilation? // Bernhaymer, Tereza; Silverştayn, Adam C. (redaktorlar ). Late Antiquity: Eastern Perspective (ingilis). Oksford: Oxbow. 2012. 145–163. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Rukneddin Ebulmuzeffer Borkuyariq ibn Meliksah fars ابو المظفر رکن الدین برکیارق بن ملکشاه translit Rukn el Dib Ebul Mozefffr Borkyaruk ibn Maelik Sah ve ya sadece Borkuyariq fars برکیارق 1080 Isfahan 2 dekabr 1104 Burucerd Luristan ostani Boyuk Selcuq imperiyasinin V sultani hak 1094 1105 Borkuyariqfars ابرکیارق XIV esre aid Cemi et Tevarix eserinden Borkuyarigin investiturasini tesvir eden illustrasiya Selcuq imperiyasinin sultani1094 1105 leqebi Rukneddin EvvelkiSonrakiII MeliksahSexsi melumatlarDogum tarixi 1080Dogum yeri Isfahan Merkezi bexsi d Isfahan sehristani Isfahan ostani IranVefat tarixi 2 dekabr 1104Vefat yeri Burucerd Merkezi bexsi d Burucerd sehristani Luristan ostani IranVefat sebebi veremFealiyyeti siyasetciAtasi I MeliksahAnasi Zibeyde xatunUsagi II MeliksahAilesi SelcuqlularDini sunni islam Vikianbarda elaqeli mediafayllar I Meliksahin hak 1072 1092 oglu ve xelefi olan Borkuyariq imperiyanin tenezzul ve parcalanma dovrunun baslangic merhelesinde hokm surmusdur Neticede Kirmandan Anadoluya Anadoludan Suriyaya qeder uzanan turkmen atabeyler ve beylikler guc qazanmisdir Onun hakimiyyeti dovru ucun diger selcuqlu sahzadelerine qarsi daxili caxnasmalar xarakterikdir 1105 ci ilde vefat etmesinden evvel artiq onun nufuzu boyuk olcude yoxa cixmisdi Borkuyarigin azyasli oglu II Meliksah qisa muddetde onun yerine kecmis lakin Borkuyarigin dogma qardasi ve reqibi Mehemmed Teper hak 1105 1118 terefinden oldurulmusdur AdiBorkuyariq mohkem qetiyyetsizli isiq menasini veren bir turk sozudur Selcuqlular turk irslerini boyuk olcude Iran medeniyyeti ile evez eden Qeznevi seleflerinden ferqli olaraq ve Iran medeniyyetini mensimelerine baxmayaraq Borkuyariq Arslan ve Sencer kimi qedim turk adlarini dasiyaraq irslerini qoruyub saxlamisdilar ZeminBorkuyariq 1079 cu ve ya 1080 ci ildeIsfahan seherinde anadan olmusdur O I Meliksahin hak 1072 1092 oz emisiqizi selcuqlu sahzadesi Zibeyde xatundan olan en boyuk oglu idi I Meliksah 1092 ci ilin noyabrinda vefat etdiyi zaman Borkuyariq yalniz on uc yasindaydi Selcuq imperiyasinin taxtina cixacaq yasda bir sahzade yox idi Borkuyarigin ogey qardasi Mehemmed on bir adindaki basqa bir qardasi ise dord yasindaydi I Meliksahin qardasi Suriyani onun adindan idare eden Tacuddovle Ebu Seid Tutus selcuqlu taxt tacina yegane yetkin varis kimi iddia ireli surmus lakin turk elitasindan yeterli destek ala bilmemisdir I Meliksahin olumu imperiyanin tenezzulunun ve parcalanmasinin baslangicina cevrilmis yerli emirlerin ve saray memurlarinin genc varislerden birini sultan olaraq destekleyerek guc qazanmaga calismasi ile seciyyelendirilmisdir Bunun neticesinde Kirmandan Anadoluya Anadoludan Suriyaya qeder uzanan turkmen atabeyler ve beylikler guc qazanmisdir I Meliksahin xanimlarindan olan Terken xatun selcuqlu veziri Taculmulk ile emekdasliq ederek dord yasindaki oglu Mahmudu Bagdad seherinde taxta oturtmusdur O Abbasi xelifesi Mahmudun adina bir xutbe oxunmasina razi salir elece de Isfahani almaq ve Borkuyarigi esir goturmek ucun emir Ebu Seid Qivammuddovle Kurbuganin basciligi altinda bir ordu gonderir Vefat etmis selcuqlu veziri Nizamulmulkun turk esilli bir qulam olan Erqusun rehberliyi altindaki ailesi ve terefdarlari hansi ki Nizamiyye adi ile taninirdi Borkuyarigi desteklemisdir Onlar Borkuyarigi Isfahan seherinden qacirmis ve Save ya da Avecdeki atabey Gumusteginin yanina getirmisdiler Gumustegin daha sonra Borkuyarigi Rey seherinde taxta oturtmusdur HakimiyyetIlkin maneeler Selcuq imperiyasinin I Meliksahin vefat etdiyi dovrdeki xeritesi 1092 ci i Borkuyariq umumi menada Nizamiyye terefinden desteklense de muasir tarixci Klifford Edmund Bosuort qeyd edir ki bu Nizamiyyenin qeti suretde kollektiv siyaset yurutduyunu gostermir cunki Nizamulmulkun ovladlarindan hec biri bacariq ve opportunizm baximindan atasina beraber deyildi ve ferdi amiller tez tez onlarin teref deyisdirmesine getirib cixarirdi Nizamiyye en esasi reqibi Nizamulmulkun olumunun arxasinda oldugu dusunulen muasir tarixci Endru Pikoka gore qismen dogrudur Taculmulkden intiqam almaq isteyirdi 1093 cu ilin yanvarinda iki fraksiya arasinda doyus bas verir ve neticede terefdarlari meglub olur Taculmulk ise esir goturulur Taculmulkun burokratik sucaetinden xeberdar olan Borkuyariq onu ozune vezir etmeye razi idi Taculmulk hetta rusvet yolu ile Nizamiyyenin bir hissesini sakitlesdire bilse de bu yene de kifayet deyildi Intiqam arzusuna burunen Nizamiyye Taculmulkun 12 fevralda edam edilmesine nail olmusdu Terken xatun tez bir zamanda selcuqlu sahzadesi Ismayil ibn Yaqutini Borkuyariga hucum etmesi ucun cagirir Yaquti Azerbaycan ve Arrandan olan turkmenlerden ibaret bir ordu yaratsa da Borkuyarigin atabeyi Gumustegin onu meglub edir ve o edam edilir Terken xatun daha sonra Tutusa muraciet etmeye calisir ancaq 1094 cu ilde vefat edir Hemcinin onun xestelikden eziyyet ceken oglu Mahmud da bir ay sonra vefat edir Xorasan ve Maveraunnehrin xeritesi VIII esr Borkuyariq Cezire ve Qerbi Irana yurus ederek Rey seherini ele keciren emisi Tutusu meglub etmeli idi O 25 fevral 1095 ci il tarixinde Rey yaxinligindaki doyusde Tutusu meglub edir ve Tutus bu doyusde helak olur Borkuyariq belelikle Qerbi Iran ve Iraqdaki nufuzunu mohkemlendirmeye nail olur ve Abbasi xelifesi terefinden sultan qebul edilir Yaranan qarisiqliq zamani I Meliksahin vilayetde oz beyliyini qurmaga calisan qardasi Arqun Arslan Nisapur seheri istisna olmaqla Xorasanin boyuk bir hissesini feth edir Borkuyariq ilk defe 1095 ci ilde emisi Borubars ibn Alparslanin rehberliyi altinda orani feth etmek ucun Xorasana bir ordu gonderir lakin Borubars orada ele kecirilir ve oldurulur O 1097 ci ilde ogey qardasi Ehmed Sencerin rehberliyi ile Xorasana ikinci bir ordu gonderir feqet hec bir toqqusma bas vermezden evvel Arqun Arslan tabeliyinde olanlara qarsi amansiz davrandigina gore oz qulamlarindan biri terefinden oldurulur Borkuyariq Senceri Xorasanin meliki teyin edir oz atabeyi Emir Qumac ve veziri Tugrayini onun xidmetine verir Borkuyariq daha sonra serqde Termez seherine qeder uzanan yuruse basciliq edir ve burada qaraxanilerden olan Suleymantegin ile Mahmudtegini Maveraunnehrin melikleri olaraq qebul edir Qutbeddin Mehemmedi de Merkezi Asiyadaki Xarezm bolgesinin yeni valisi teyin edir O yeddi ay Belx seherinde qalir ve daha sonra qerbe qayidir lakin Borkuyariq serqdeki erazilerinden ayrildiqdan sonra bolge selcuqlu sahzadesi Dovletsahin da istirak etdiyi bir sira usyanlarla uzlesir Borkuyarigin adi Nisapur seherinde vurulan sikkelerden xaric olmaga baslayir bu da onun Xorasandaki hakimiyyetinin tedricen suquta ugramasina delalet edir Uzunsuren daxili problemlerle mesgul olan Borkuyariq 1097 ci ilde Birinci Selib yurusu zamani Suriyada muselman mudafiecilere qosula bilmir Selibciler Antakyani muhasireye alir ve Meerret en Nomani yagmalayirlar Bundan elave Borkuyarigin oz aralarinda doyuserek olkeni bolusduren Suriya selcuqlularina komek etmesi ucun cox az sebebi var idi Olkenin simalini hissesini Fexrulmulk Ridvan cenub hissesini Semselmulk Dukak idare edirdi Selibciler Suriyaya daxil olanda Ridvan Borkuyarigin hakimiyyetini terk ederek Fatimiler xilafetinin agaligini qebul edir Mehemmed Teper ile mubarize XIV esre aid Cemi et Tevarix eserinden Mehemmed Teperin investiturasini tesvir eden illustrasiya Borkuyarigin qarsilasdigi en cetin manee 1089 cu ve ya 1098 ci illerde oz ogey qardasi Mehemmed Teperin usyani idi Usyan evveller Borkuyariga xidmet etmis ve Tutusun meglubiyyetinde esas rol oynayan Nizamulmulkun oglu Mueyidulmulk terefinden tesviq edilmisdi O Borkuyariq terefinden vezifesinden azad edildikden sonra onu vezir teyin eden Mehemmedin xidmetinde durur Mueyidulmulk yeni vezifesinden oz reqiblerinden intiqam almaq ucun istifade edir ve Mehemmedin hele yetkin yasa catmamasi bunu daha da asanlasdirir Nizamiyye ve Isfahanin taninmis aileleri de Mehemmede qosularaq Borkuyarigin sehere girmesine manee olur Usyan 1093 cu ilde Arranda yerlesen Gence seherinde baslamisdi ki Borkuyariq burani Mehemmede iqta olaraq vermisdi Mehemmedin Rey seherini tutmasi Borkuyarigin seltenetinin zeifliyini ortaya qoyur Bagdad seherinin sihnesi Sedeldevla Qevharayin qisa muddetde Mehemmede qosulur bu da seherin Mehemmedin hokmranligi qebul etdiyini gosterir Buna baxmayaraq bes il davam eden muharibenin gedisati qetiyyetsiz davam edirdi ve Bagdad seheri defelerle el deyisdirirdi Mehemmed Borkuyariqdan nifret eden Sencerin desteyi ile bele reqibini meglub ede bilmir Borkuyarigin nufuzu zeiflemeye davam edir ve 1104 cu ile qeder xezinesi tukenir Buna gore de o barisiq ucun muraciet edir Terefler arasinda baglanmis muqavilede Mehemmed Cenubi Iraq Simali Iran Diyar i Bekr Mosul ve Suriyanin Borkuyariq ise Isfahan daxil olmaqla Iranin qalan hissesinin o cumleden Bagdadin hakimi qebul edilir Muasir tarixciler guman edirler ki muqavile veziyyetin heqiqi sertlerini gostermir Novbeti il merkezi islam torpaqlarinda Borkuyariq adina sikke zerbxanalari olmur Borkuyariq verem xesteliyine yoluxur 1104 cu ve ya 1105 ci ilde 25 yasinda Burucerd yaxinliqlarinda vefat edir Taxta oglu II Meliksah kecse de Bagdad daha sonra Mehemmed terefinden tutulur ve II Meliksah burada oldurulur QeydlerSelcuq sulalesi sultandan elave qedim Iran titulu olan sahensah da istifade edirdiler Mehemmed Teper usyanin qaldirildigi dovrde texminen 17 yasinda idi MenbeIstinadlar Ozaydin 1992 seh 514 516 http iranologie com the history page the seljuqs Madelunq Dafteri ve Meri 2003 seh 330 Bosuort 2001 seh 305 Blake 2002 seh 123 Tetli 2008 seh 27 Bosuort 1968 seh 220 221 Van Donsel 1994 seh 464 Bosuort 1968 seh 77 Tetli 2008 seh 128 Bosuort 1988 seh 800 801 Cahen 1960 Pikok 2015 seh 76 Bosuort 1968 seh 103 Tetli 2008 seh 105 Bosuort 1968 seh 104 Bosuort 1997 seh 12 13 Bosuort 1968 seh 105 Pikok 2015 seh 76 77 Bosuort 1968 seh 105 106 Tetli 2008 seh 131 Pikok 2015 seh 77 Busourt 1986 seh 140 Ricards 2014 seh 291 Pikok 2015 seh 78 Tetli 2008 seh 148 Pikok 2015 seh 78 79 Pikok 2015 seh 80 133 Edebiyyat Ozaydin Ebdulkerim Berkyaruk Islam Ansiklopedisi turk V Istanbul Turkiye Deyanet Veqfi 1992 Bleyk Stiven P Shahjahanabad The Sovereign City in Mughal India 1639 1739 ingilis Kembric Cambridge University Press 2002 ISBN 978 0 521 52299 1 Bosuort Klifford E The Political and Dynastic History of the Iranian World A D 1000 1217 Fray R N redaktor The Cambridge History of Iran Volume 5 The Saljuq and Mongol periods ingilis Kembric Cambridge University Press 1968 1 202 ISBN 978 0 521 06936 6 Bosuort Klifford E Anustigin Ḡaṛcaʾi Encyclopaedia Iranica Vol II Fasc 2 ingilis 1986 140 Bosuort Klifford E Barkiaroq Encyclopaedia Iranica Vol III Fasc 8 ingilis 1988 800 801 Bosuort Klifford E Ebn Darost Taj al Molk Abu l Ḡana em Marzban Encyclopaedia Iranica Vol VIII Fasc 1 ingilis 1997 12 13 Bosuort Klifford E Notes on Some Turkish Names in Abu l Faḍl Bayhaqi s Tarikh i Masʿudi Oriens ingilis Brill 36 2001 299 313 doi 10 2307 1580488 JSTOR 1580488 Kahen K Barkyaruḳ Gibb H A R Kramers C H Levi Provensal E Saxt C Luis B Pela S redaktorlar The Encyclopaedia of Islam New Edition ingilis I Leyden E J Brill 1960 OCLC 495469456 Madelunq Uilferd Dafteri Ferhad Meri Yozef U Culture and Memory in Medieval Islam Essays in Honor of Wilferd Madelunq ingilis I B Tauris 2003 ISBN 978 1 86064 859 5 Pikok E K S The Great Seljuk Empire ingilis Edinburgh University Press 2015 1 378 ISBN 978 0 7486 3826 0 Ricards D S The Annals of the Saljuq Turks Selections from al Kamil fi l Ta rikh of Ibn al Athir ingilis Routledge 2014 ISBN 978 1 317 83254 6 Tetli Gillis The Ghaznavid and Seljuk Turks Poetry as a Source for Iranian History ingilis Routledge 2008 ISBN 978 1 134 08438 8 Van Donsel Emeri Yohannes Islamic Desk Reference ingilis Leyden E J Brill 1994 ISBN 978 90 04 09738 4 Luis Bernard The Assassins A Radical Sect in Islam ingilis III Basic Books 2003 ISBN 978 0 465 00498 0 Tor Debora The Long Shadow of Pre Islamic Iranian Rulership Antagonism or Assimilation Bernhaymer Tereza Silverstayn Adam C redaktorlar Late Antiquity Eastern Perspective ingilis Oksford Oxbow 2012 145 163 ISBN 978 0 906094 53 2