"Azərbaycan şairi Nizami" (türk. Azerbaycan Şairi Nizami) — Məhəmməd Əmin Rəsulzadənin Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə 1941-ci ildə yazdığı, ilk dəfə 1951-ci ildə Ankarada nəşr olunan əsəri.
Azərbaycan şairi Nizami | |
---|---|
türk. Azerbaycan Şairi Nizami | |
| |
Müəllif | Məhəmməd Əmin Rəsulzadə |
Janr | Ədəbiyyatşünaslıq |
Orijinalın dili | Türk dili |
Orijinalın nəşr ili | 1951 |
Nəşriyyat | Milli Eğitim Basımevi |
Səhifə | 402 |
M.Ə.Rəsulzadənin Nizami haqqında bu kitabı mühacirət ədəbi fikrinin, xüsusilə ən dəyərli uğurlarından biri hesab edilir.
Haqqında
Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyəti ilə yanaşı, zəngin, lakin az öyrənilmiş ədəbi-bədii və tərcümə əsərləri irsi vardır. M.Ə.Rəsulzadənin ilk şeiri "Müxəmməs" 1903-cü ildə Tiflisdə nəşr edilən "Şərqi-rus" qəzetində çap olunmuş, yazdığı "Qaranlıqda işıqlar" adlı ilk pyesi 1908-ci ilin dekabrın 5-də tamaşaya qoyulmuşdur.
M.Ə.Rəsulzadə sonradan mühacirətdə yaşadığı illərdə Azərbaycan ədəbiyyatını, şair və yazıçılarımızın yaradıcılığını araşdırmış, təhlil etmiş, dəyərləndirmişdir. M.Ə.Rəsulzadə 1923-cü ildə nəşr edilən "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti" kitabında, 1928-ci ildə "Türk ili" məcmuəsində çap olunan "Qafqasya türkləri" əsərində Nizaminin adı qısa məlumatla verilmişdir.
M.Ə.Rəsulzadənin Nizami haqqında geniş araşdırmalara əsaslanan əsərini yazması İkinci Dünya müharibəsinin başlanmasından (1939-cu il, sentyabr) sonraya təsadüf edir. Məhəmməd Əmin Rəsulzadə monoqrafiyanı 1941-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə yazıb, İkinci Dünya müharibəsi və həyatının çətinlikləri səbəbilə ilk dəfə 1951-ci ildə Türkiyənin paytaxtı Ankarada Milli Təhsil Nəşriyyatında nəşr edilib.
Kitab "Müəllifdən", "Başlanğıc"dan, dörd bölümdən, "Əlavələr"dən, "Biblioqrafiya"dan, "Nizamidən mətnlər"dən, "İndeks"dən, "Mətn xarici rəsmlər"dən ibarətdir. Kitabın başlanğıcında M.Ə.Rəsulzadənin əsas mövqeyi ilə tanış olmaq mümkündür: "Nizami Azərbaycan şairi?", "Unudulmuş Nizami", "Nizamiyə qarşı borcumuz". Kitabdakı bölüm başlıqları da diqqəti cəlb edir: "Nizami kimdir", "Nizaminin beş kitabı", "Mövzuları baxımından Nizami", "Nizamidə sənət və ideoloji".
Müəllif birinci bölümdə "Nizaminin hal tərcüməsi"ndən başlayaraq şairin dünya ədəbiyyatındakı mövqeyinə qədər maraqlı araşdırmalar aparır. Ümumilikdə 70 səhifəni əhatə edən bu bölümdə oxucuya böyük şairin şəxsiyyəti haqqında əhatəli bilgilər verilir. İkinci bölüm Nizaminin beş kitabını — "Xəmsə"sini əhatə edir: "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə". Bu əsərlərin hər birinin əhəmiyyətliliyi və dəyəri M.Ə.Rəsulzadə tərəfindən təhlil edilir, yeni faktlar, yanaşmalar və məlumatlarla oxucunun ixtiyarına verilir. Üçüncü bölümdə Nizaminin əsərlərinin mövzuları araşdırılır. Müəllif bu mövzuların da seçimini maraqlı sistemləşdirib: "Nizamidə farslıq, "Nizamidə türklük", "Nizamidə Qafqasya", "Nizami görüşü ilə rus", "Nizamiyə görə qadınlıq". Dördüncü bölümdə Nizami yaradıcılığının sənətkarlığı, ideoloji istiqamətləri öyrənilir. Bu bölümdə müəllif Nizami şeirinin özəl xüsusiyyətlərinə diqqət edərək bu yaradıcılığın əsas mənbəyinə, onun inkişafına, həyatın inkişafı və insan probleminə, eşq fəlsəfəsinə, dini dəyərlərə və sosial ideallara, dövlət məsələsinə, ideal hökmdar istəyinə də diqqət yetirir.
Nəşri tarixi
Məhəmməd Əmin Rəsulzadənin İkinci Dünya müharibəsi qurtardıqdan sonra, nəhayət 1947-ci ildə Türkiyəyə qayıda bilmişdir. Soyuq müharibənin ilk illərinə təsadüf edən bu dövrdə M.Ə.Rəsulzadə Türkiyədə ehtiyatlı davranmağa məcbur olmuşdur. Türkiyəyə geldikdən az müddət sonra o, Nizami haqqında araşdırmasını 1949-cu ildə nəşr olunmaq üçün Milli Təhsil Nazirliyinə təqdim etmişdir. Lakin əsərdə rusların əleyhinə ifadələr olduğu müəllifə irad bildirilmişdir. Əsərin nəşrinin bu ifadələrin çıxılmasından sonra mümkün olacağı söylənilmiş, lakin M.Ə.Rəsulzadə bununla razılaşmamışdır.
1950-ci ildə Türkiyədə baş verən iqtidar dəyişikliyinin ilk dövrlərində də kitab nəşr edilmədi. O dövrdə Türkiyənin Təhsil Nazirliyində çalışmış Fəthi Tevetoğlunun nəşr etdirdiyi "Mənim gördüyüm bugünkü Rusiya" kitabında deyilir:
Rəsulzadə Məhəmməd Əmin bəy Nizami haqqında dəyərli əsərini yazmış, tamamlamışdı. Kitabda mövcud ruslar əleyhindəki bəzi cümlələri münasib görməyən sovet heyranı vəzifəlilər kitabın nəşr edilməsi üçün bunların çıxarılmasını istədikləri vaxt rəhmətlik: "Bunları mən yazmadım ki, böyük Nizami yazmış. Onları çıxarmaq nə mənim haqqım, nə də kimsənin karıdır!" — demiş və kitabı nəşr etdirməkdən imtina etmişdi. Bu kitab ancaq daha sonra rəhmətlik Tofiq İləri Milli Təhsil naziri olunca nöqsansız bir halda nazirlik tərəfindən nəşr edilmişdi. |
Türkiyə arxivlərindən əldə olunan sənədə görə (bu sənədi bəy tapmışdır), M.Ə.Rəsulzadənin Nizami haqqında kitabının nəşri ilə bağlı Türkiyə Milli Təhsil Nazirliyinin qərarı 1949-cu ilin 10 may tarixində qəbul edilmişdir. Lakin qeyd edilən səbəblərdən kitabın nəşri geçikdirilərək 1951-ci ildə nəşr olunmuşdur.
Kitab Türkiyədə ikinci dəfə 1991-ci ildə Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən çap edilmişdir.
Tərcümələri
"Azərbaycan şairi Nizami" kitabını Azərbaycanda ilk dəfə professor Rüstəm Əliyev kiril qrafikalı Azərbaycan əlifbası ilə ixtisarla Azərnəşrdə 1991-ci ildə çap etdirmişdir. Fəlsəfə elmləri doktoru onu 2008-ci ildə, yarısı Rüstəm Əliyevin, yarısı Ankara nəşrindən olmaqla, latın qrafikalı Azərbaycan əlifbası ilə "Çıraq" nəşriyyatında yayımlamış, kitab Azərbaycan Cümhuriyyətinin 90-cı ildönümünə ərmağan edilmişdir. Yadigar Türkel 2011-ci ildə "Azərbaycan şairi Nizami" kitabının 1951-ci il Ankara nəşrinə əsaslanaraq, növbəti nəşrini "Təknur" nəşriyyatında yayımlamışdır.
2019-cu il Bakı Kitab Klubu nəşrinin daha geniş oxucu üçün düşünüldüyü nəzərə alınaraq, 2011-ci il çapındakı kimi bəzi yerlər çıxarılmış, Nizami Gəncəvinin poemalarının ərəb yazısı ilə çapından ancaq bir səhifə verilmişdir.
2021-ci il Nizami Gəncəvinin 880 illiyi münasibətilə Azərbaycanda "Nizami Gəncəvi ili" elan edilmişdir. Həmin il professor Rüstəm Əliyev ixtisarla hazırladığı kitab orijinalı ilə tutuşdurularaq Əvəz Qurbanlının redaktəsində "XAN" nəşriyyatında və professor Nəsiman Yaqublu tərəfindən yenidən nəşrə hazırlanaraq "Qanun" nəşriyyatında çap edilmişdir. 2022-ci ildə M. Ə. Rəsulzadənin əsəri əvvəlki nəşrlərdəki qüsurlar aradan qaldırılaraq digər müəlliflərin unudulmuş Nizami tədqiqləri ilə yanaşı və BP şirkətinin dəstəyi ilə "Nizami Gəncəvi. Unudulmuş nəşrlər" adı ilə "TEAS Press" nəşriyyatı tərəfindən çap edilib.
Məhəmməd Əmin Rəsulzadənin əsəri "Nizami Gəncəvi: həyatı və zamanı" (fars. نظامی گنجوی: زندگانی و روزگار) adı və geniş müqəddimə ilə Tehranda 2015-ci ildə nəşr edilmişdir. Kitabı Təbriz Milli Kitabxanasının keçmiş rəhbəri, kitabxanaçı Qulamrza Təbatəbai Məcd tərcümə etmişdir.
İstinadlar
- "Bəkir Nəbiyev. Azərbaycanın ədəbiyyat elmi mühacirətdə // 38. ICANAS (Uluslararası Asya ve Kuzey Afrika Çalışmaları Kongresi). Edebiyat bilimi sorunları ve çözumleri. III. Cilt" (PDF). 2021-06-09 tarixində (PDF). İstifadə tarixi: 2020-02-01.
- "Nəsiman Yaqublu. M.Ə.Rəsulzadə irsində Nizami yaradıcılığı – I məqalə. "Ədəbiyyat qəzeti". — 2021. — 10 noyabr". 2023-06-29 tarixində . İstifadə tarixi: 2022-05-31.
- "Siracəddin Hacı. Nizami Gəncəvinin milli və ədəbi kimliyinə Rəsulzadə baxışı. "525-ci" qəzet. — 2017. — 30 mart". 2017-03-30 tarixində . İstifadə tarixi: 2020-02-01.
- "Nəsiman Yaqublu. M.Ə.Rəsulzadə irsində Nizami yaradıcılığı – II məqalə. "Ədəbiyyat qəzeti". — 2021. — 17 noyabr". 2022-05-31 tarixində . İstifadə tarixi: 2022-05-31.
- Fethi Tevetoğlu. Benim Gördüğüm Bu günkü Rusya. Ankara: Komünizmle Mücadele Yayınları, 1968
- Yaqublu, Nəsiman. "Nizami Gəncəvi irsinin unudulmuş tədqiqatçıları". 525-ci qəzet. 2021-12-02. 2024-03-23 tarixində . İstifadə tarixi: 2023-03-24.
- ""Nizami Gəncəvi. Unudulmuş nəşrlər" təqdim edilib". 525-ci qəzet. 22-03-17. 2024-03-23 tarixində . İstifadə tarixi: 2024-03-24.
- "نظامی گنجوی: زندگانی و روزگار". کتابخانه تخصصی ادبیات (fars). 2024-03-23 tarixində . İstifadə tarixi: 2024-03-24.
Həmçinin bax
Xarici keçidlər
- "Azərbaycan şairi Nizami" Goodreadsdə
- Prezident Kitabxanasında
- Rəsulzadə: Nizami fars şairi deyil!
- RƏSULZADƏNİN ÇAĞDAŞ "NİZAMİ"Sİ 2020-02-01 at the Wayback Machine
- Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan şairi Nizami. 1 (GOM. Səsli kitab)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan sairi Nizami turk Azerbaycan Sairi Nizami Mehemmed Emin Resulzadenin Nizami Gencevinin 800 illik yubileyi munasibetile 1941 ci ilde yazdigi ilk defe 1951 ci ilde Ankarada nesr olunan eseri Azerbaycan sairi Nizamiturk Azerbaycan Sairi NizamiKoreya qehremanlarindan Enver Kolana sevgilerimle 23 XI 951 M E ResulzadeMuellif Mehemmed Emin ResulzadeJanr EdebiyyatsunasliqOrijinalin dili Turk diliOrijinalin nesr ili 1951Nesriyyat Milli Egitim BasimeviSehife 402 M E Resulzadenin Nizami haqqinda bu kitabi muhaciret edebi fikrinin xususile en deyerli ugurlarindan biri hesab edilir HaqqindaMehemmed Emin Resulzadenin siyasi fealiyyeti ile yanasi zengin lakin az oyrenilmis edebi bedii ve tercume eserleri irsi vardir M E Resulzadenin ilk seiri Muxemmes 1903 cu ilde Tiflisde nesr edilen Serqi rus qezetinde cap olunmus yazdigi Qaranliqda isiqlar adli ilk pyesi 1908 ci ilin dekabrin 5 de tamasaya qoyulmusdur M E Resulzade sonradan muhaciretde yasadigi illerde Azerbaycan edebiyyatini sair ve yazicilarimizin yaradiciligini arasdirmis tehlil etmis deyerlendirmisdir M E Resulzade 1923 cu ilde nesr edilen Azerbaycan Cumhuriyyeti keyfiyyeti tesekkulu ve simdiki veziyyeti kitabinda 1928 ci ilde Turk ili mecmuesinde cap olunan Qafqasya turkleri eserinde Nizaminin adi qisa melumatla verilmisdir M E Resulzadenin Nizami haqqinda genis arasdirmalara esaslanan eserini yazmasi Ikinci Dunya muharibesinin baslanmasindan 1939 cu il sentyabr sonraya tesaduf edir Mehemmed Emin Resulzade monoqrafiyani 1941 ci ilde Nizami Gencevinin anadan olmasinin 800 illiyi munasibetile yazib Ikinci Dunya muharibesi ve heyatinin cetinlikleri sebebile ilk defe 1951 ci ilde Turkiyenin paytaxti Ankarada Milli Tehsil Nesriyyatinda nesr edilib Kitab Muellifden Baslangic dan dord bolumden Elaveler den Biblioqrafiya dan Nizamiden metnler den Indeks den Metn xarici resmler den ibaretdir Kitabin baslangicinda M E Resulzadenin esas movqeyi ile tanis olmaq mumkundur Nizami Azerbaycan sairi Unudulmus Nizami Nizamiye qarsi borcumuz Kitabdaki bolum basliqlari da diqqeti celb edir Nizami kimdir Nizaminin bes kitabi Movzulari baximindan Nizami Nizamide senet ve ideoloji Muellif birinci bolumde Nizaminin hal tercumesi nden baslayaraq sairin dunya edebiyyatindaki movqeyine qeder maraqli arasdirmalar aparir Umumilikde 70 sehifeni ehate eden bu bolumde oxucuya boyuk sairin sexsiyyeti haqqinda ehateli bilgiler verilir Ikinci bolum Nizaminin bes kitabini Xemse sini ehate edir Sirler xezinesi Xosrov ve Sirin Leyli ve Mecnun Yeddi gozel Isgendername Bu eserlerin her birinin ehemiyyetliliyi ve deyeri M E Resulzade terefinden tehlil edilir yeni faktlar yanasmalar ve melumatlarla oxucunun ixtiyarina verilir Ucuncu bolumde Nizaminin eserlerinin movzulari arasdirilir Muellif bu movzularin da secimini maraqli sistemlesdirib Nizamide farsliq Nizamide turkluk Nizamide Qafqasya Nizami gorusu ile rus Nizamiye gore qadinliq Dorduncu bolumde Nizami yaradiciliginin senetkarligi ideoloji istiqametleri oyrenilir Bu bolumde muellif Nizami seirinin ozel xususiyyetlerine diqqet ederek bu yaradiciligin esas menbeyine onun inkisafina heyatin inkisafi ve insan problemine esq felsefesine dini deyerlere ve sosial ideallara dovlet meselesine ideal hokmdar isteyine de diqqet yetirir Nesri tarixiMehemmed Emin Resulzadenin Ikinci Dunya muharibesi qurtardiqdan sonra nehayet 1947 ci ilde Turkiyeye qayida bilmisdir Soyuq muharibenin ilk illerine tesaduf eden bu dovrde M E Resulzade Turkiyede ehtiyatli davranmaga mecbur olmusdur Turkiyeye geldikden az muddet sonra o Nizami haqqinda arasdirmasini 1949 cu ilde nesr olunmaq ucun Milli Tehsil Nazirliyine teqdim etmisdir Lakin eserde ruslarin eleyhine ifadeler oldugu muellife irad bildirilmisdir Eserin nesrinin bu ifadelerin cixilmasindan sonra mumkun olacagi soylenilmis lakin M E Resulzade bununla razilasmamisdir 1950 ci ilde Turkiyede bas veren iqtidar deyisikliyinin ilk dovrlerinde de kitab nesr edilmedi O dovrde Turkiyenin Tehsil Nazirliyinde calismis Fethi Tevetoglunun nesr etdirdiyi Menim gorduyum bugunku Rusiya kitabinda deyilir Resulzade Mehemmed Emin bey Nizami haqqinda deyerli eserini yazmis tamamlamisdi Kitabda movcud ruslar eleyhindeki bezi cumleleri munasib gormeyen sovet heyrani vezifeliler kitabin nesr edilmesi ucun bunlarin cixarilmasini istedikleri vaxt rehmetlik Bunlari men yazmadim ki boyuk Nizami yazmis Onlari cixarmaq ne menim haqqim ne de kimsenin karidir demis ve kitabi nesr etdirmekden imtina etmisdi Bu kitab ancaq daha sonra rehmetlik Tofiq Ileri Milli Tehsil naziri olunca noqsansiz bir halda nazirlik terefinden nesr edilmisdi Turkiye arxivlerinden elde olunan senede gore bu senedi bey tapmisdir M E Resulzadenin Nizami haqqinda kitabinin nesri ile bagli Turkiye Milli Tehsil Nazirliyinin qerari 1949 cu ilin 10 may tarixinde qebul edilmisdir Lakin qeyd edilen sebeblerden kitabin nesri gecikdirilerek 1951 ci ilde nesr olunmusdur Kitab Turkiyede ikinci defe 1991 ci ilde Turk Dunyasi Arasdirmalari Veqfi terefinden cap edilmisdir Tercumeleri Azerbaycan sairi Nizami kitabini Azerbaycanda ilk defe professor Rustem Eliyev kiril qrafikali Azerbaycan elifbasi ile ixtisarla Azernesrde 1991 ci ilde cap etdirmisdir Felsefe elmleri doktoru onu 2008 ci ilde yarisi Rustem Eliyevin yarisi Ankara nesrinden olmaqla latin qrafikali Azerbaycan elifbasi ile Ciraq nesriyyatinda yayimlamis kitab Azerbaycan Cumhuriyyetinin 90 ci ildonumune ermagan edilmisdir Yadigar Turkel 2011 ci ilde Azerbaycan sairi Nizami kitabinin 1951 ci il Ankara nesrine esaslanaraq novbeti nesrini Teknur nesriyyatinda yayimlamisdir 2019 cu il Baki Kitab Klubu nesrinin daha genis oxucu ucun dusunulduyu nezere alinaraq 2011 ci il capindaki kimi bezi yerler cixarilmis Nizami Gencevinin poemalarinin ereb yazisi ile capindan ancaq bir sehife verilmisdir 2021 ci il Nizami Gencevinin 880 illiyi munasibetile Azerbaycanda Nizami Gencevi ili elan edilmisdir Hemin il professor Rustem Eliyev ixtisarla hazirladigi kitab orijinali ile tutusdurularaq Evez Qurbanlinin redaktesinde XAN nesriyyatinda ve professor Nesiman Yaqublu terefinden yeniden nesre hazirlanaraq Qanun nesriyyatinda cap edilmisdir 2022 ci ilde M E Resulzadenin eseri evvelki nesrlerdeki qusurlar aradan qaldirilaraq diger muelliflerin unudulmus Nizami tedqiqleri ile yanasi ve BP sirketinin desteyi ile Nizami Gencevi Unudulmus nesrler adi ile TEAS Press nesriyyati terefinden cap edilib Mehemmed Emin Resulzadenin eseri Nizami Gencevi heyati ve zamani fars نظامی گنجوی زندگانی و روزگار adi ve genis muqeddime ile Tehranda 2015 ci ilde nesr edilmisdir Kitabi Tebriz Milli Kitabxanasinin kecmis rehberi kitabxanaci Qulamrza Tebatebai Mecd tercume etmisdir Istinadlar Bekir Nebiyev Azerbaycanin edebiyyat elmi muhaciretde 38 ICANAS Uluslararasi Asya ve Kuzey Afrika Calismalari Kongresi Edebiyat bilimi sorunlari ve cozumleri III Cilt PDF 2021 06 09 tarixinde PDF Istifade tarixi 2020 02 01 Nesiman Yaqublu M E Resulzade irsinde Nizami yaradiciligi I meqale Edebiyyat qezeti 2021 10 noyabr 2023 06 29 tarixinde Istifade tarixi 2022 05 31 Siraceddin Haci Nizami Gencevinin milli ve edebi kimliyine Resulzade baxisi 525 ci qezet 2017 30 mart 2017 03 30 tarixinde Istifade tarixi 2020 02 01 Nesiman Yaqublu M E Resulzade irsinde Nizami yaradiciligi II meqale Edebiyyat qezeti 2021 17 noyabr 2022 05 31 tarixinde Istifade tarixi 2022 05 31 Fethi Tevetoglu Benim Gordugum Bu gunku Rusya Ankara Komunizmle Mucadele Yayinlari 1968 Yaqublu Nesiman Nizami Gencevi irsinin unudulmus tedqiqatcilari 525 ci qezet 2021 12 02 2024 03 23 tarixinde Istifade tarixi 2023 03 24 Nizami Gencevi Unudulmus nesrler teqdim edilib 525 ci qezet 22 03 17 2024 03 23 tarixinde Istifade tarixi 2024 03 24 نظامی گنجوی زندگانی و روزگار کتابخانه تخصصی ادبیات fars 2024 03 23 tarixinde Istifade tarixi 2024 03 24 Hemcinin baxVikimenbede Azerbaycan sairi Nizami ile elaqeli melumatlar var Mehemmed Emin Resulzade Nizami GenceviXarici kecidler Azerbaycan sairi Nizami Goodreadsde Prezident Kitabxanasinda Resulzade Nizami fars sairi deyil RESULZADENIN CAGDAS NIZAMI SI 2020 02 01 at the Wayback Machine Mehemmed Emin Resulzade Azerbaycan sairi Nizami 1 GOM Sesli kitab