Azərbaycanın gölləri — Azərbaycan Respublikasında mövcud olan göllər nəzərdə tutulur.
Azərbaycanda 450-dək müxtəlif mənşəli böyük və kiçik göl var. Onların bir çoxu turizm məkanlardan uzaq yaxud mühafizə olunan ərazilərdə yerləşdiyi üçün çox az sayda göl istirahət edənlər üçün əlçatandır. Bunların içərisində təbii olanlarla yanaşı süni göllər də mövcuddur.
Göllərin tipləri
Mənşəyinə görə Azərbaycanda 7 tip göl müşahidə edilir:
- Buzlaq mənşəli göllər (Şahdağ, Bazardüzü, Murovdağ və s. zirvələr olan yüksəklik zonada yerləşirlər);
- Subasar mənşəli göllər (əsasən Kürün subasar hissəsində yerləşirlər – Sarısu, Hacıqabul, Mehman, Ağgöl və s.);
- Bənd mənşəli göllər (Kiçik Qafqazda müşahidə olunurlar – Göygöl, Maralgöl, Ağgöl, Qaragöl və s.);
- Laqun mənşəli göllər (Xəzər dənizinin sahilboyu zonasında yerləşirlər – , Ağzıbirçala və s.);
- Karst mənşəli göllər (Qobustanda, Acınohurda, Ceyrançöldə yerləşirlər);
- Sürüşmə mənşəli göllər (Ataçay, Sumqayıtçay, Girdimançay və s. çayların hövzələrində yerləşirlər);
- Relikt mənşəli göllər (Abşeron yarımadasında yerləşirlər – Masazır, Böyükşor, Kürdəxanı, Qanlıgöl və s.).
Sarısu və Ağ göl
Sarısu Azərbaycanın ən böyük gölüdür (Xəzər dənizi istisna olmaqla). Sahəsi təxminən 65,7 kvadratkilometr, uzunluğu 22 kilometr və eni 3 kilometr olan bu təbii su hövzəsi Saatlı, İmişli və Sabirabad rayonlarının ərazisində yerləşir. Gölün yerləşdiyi ərazi turizm məkanı olmasa da, canlı təbiət həvəskarları üçün böyük maraq kəsb edir. Əsasən bataqlıq olan Sarısu gölünün sahilboyu xətti qış mövsümündə 350 min köçəri quşun məskəni olur. Bu yerlərdə quş uçuşu məsafəsindən quşları müşahidə etmək istəyənlər üçün geniş imkanlar var. Bundan başqa, göl balıqçılıq üçün çox əlverişlidir və bu məqsədlə də istifadə edilir.
Sarısu gölü şirin suludur və daha bir gözəl təbii su hövzəsindən — Ağ göldən gələn su axını ilə də dolur. Ərazisi 2,8 min hektar olan bu göl Ağ göl Milli Parkının ərazisində yerləşir. Buradakı su-bataqlıq ərazisi əsasən su quşlarının məskəni kimi "Ramsar Konvensiyası"na daxil edilib.
Dağ gölü olan Göygöl Azərbaycanın ən gözəl və ecazkar təbii su hövzəsidir. Göygöl Gəncə şəhərindən 25 kilometr cənubda eyniadlı rayonda, Murovdağın şimal ətəklərində dəniz səviyyəsindən 1500 metrdən çox yüksəklikdə yerləşir. Bu göl 1139-cu il sentyabrın 30-da Gəncə şəhəri yaxınlığında baş vermiş dağıdıcı zəlzələdən sonra Kəpəz dağının dağılan zirvəsinin Ağsuçayın qarşısını kəsməsi nəticəsində yaranıb. Yaranan şəffaf sulu hövzə Göygöl adlandırılıb. Ümumi sahəsi 0,79 kvadratkilometr olan gölün uzunluğu 2,5 kilometr, ən geniş yerdə eni isə 0,6 kilometrdir. Göygöl 6460 metr sahilboyu əraziyə malikdir, orta dərinliyi 30 metr, maksimal dərinliyi isə 93 metrdir.
Buranın nadir təbiətini, flora və faunasını qorumaq üçün 1965-ci ildə Göygöl Dövlət Təbiət Qoruğu yenidən təşkil edilib. Göygölün şimal sahili və onun ətrafı populyar istirahət zonasıdır. Bu yerlərin havasının tənəffüs yolları və əsəb sistemi xəstəliklərindən əziyyət çəkənlər üçün müalicəvi əhəmiyyəti olduğu hesab edilir. Gölün ətrafında yay mövsümündə turistlərin sevimli məkanı olan, müxtəlif turist bazaları, istirahət evləri, pansionatların olduğu Hacıkənd kurort zonası yerləşir. Bir neçə turist marşrutu da bu yerlərdən keçir.
Hacıkənd istirahət zonası kiçik Qafqazın şimal-şərq yamacında, Murovdağ silsiləsinin Kürəkçay hövzəsində yerləşir. Bu zona şərqdən Goran çay, cənubdan Murovdağ silsiləsi, qərbdən Gəncəçayla həmsərhəddir. Hacıkənd ərazisi Gəncə şəhərinin və Göygöl rayonunun inzibati idarəçiliyinə daxildir. Hacıkənd kurort zonasında məşhur Turşsu müalicə kompleksi də yerləşir. Buradakı təbii mineral bulaqlar dəniz səviyyəsindən 1450 metr yüksəklikdədir. Göygöllə yanaşı, Hacıkənd kurort məkanında daha bir neçə mənzərəli dağ gölü — Maralgöl, Quş göl, Qaragöl, Ağ göl, Şamlı göl və digər su hövzələri yerləşir. Onların əksəriyyəti Göygöllə eyni vaxtda — 1139-cu il zəlzələsi nəticəsində yaranıb.
Yeri gəlmişkən, Göygöl rayonunun inzibati mərkəzi — Göygöl şəhərindən Hacıkəndə aparan yolun kənarındakı təpədə Qafqaz Albaniyasının yadigarı olan qədim məbədi də görmək olar. Bundan başqa, yolboyu ənənəvi Azərbaycan çörəyinin bişirildiyi çoxsaylı təndirlər də var. Hər kəs özü ilə ətirli, təndirdən təzə çıxmış və qızarmış, xırçıldayan qabığı olan çörək aparmaq istəyir.
Batabat
Batabat Azərbaycanın dağ gölləri kolleksiyasının daha bir incisidir. Əsrarəngiz gözəlliyi olan bu mavi göl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, dəniz səviyyəsindən təxminən 2500 metr yüksəklikdə, Naxçıvançayın mənbəyində yerləşir. Mənzərəli su hövzəsi baharda və yayda yaşıllığa və gül-çiçəyə bürünür. Gölün çox təmiz suyu var və onun güzgü kimi saf səthində torf adası üzür. Bu yerlərin subtropik – qışda yumşaq qarlı və yayda sərin quru iqlimi var. Gölün ətrafındakı kurort zonası çoxsaylı mineral bulaqlarla zəngindir. Batabat gölünün yaxınlığında astrofizika rəsədxanası və Qanlı göl də yerləşir.
Nohur gölü
Süni su hövzəsi olan Nohur gölü Qəbələdə meşələrlə əhatə olunmuş sevimli istirahət zonasıdır. Bu göl büllur kimi təmiz suyu və möhtəşəm mənzərəsi ilə məşhurdur. Nohur gölünün ətrafında yaxşı inkişaf etmiş turizm infrastrukturu var. Burada qayıq və katamaran icarəyə götürmək yaxud təlimatçının müşayiətilə at belində sahilboyu gəzmək olar.
Mingəçevir su anbarı
Azərbaycanın ən böyük süni su hövzəsi ölçülərinə görə tez-tez Mingəçevir dənizi də adlanır. Onun yaranmasının əsas "səbəbkarı" Mingəçevir şəhərinin rəmzi olan və Azərbaycanın Kür çayı üzərində inşa edilmiş ən böyük hidroelektrik stansiyasıdır (HES).
Keçmiş zamanlarda ram edilməyən Kür çayı Bozdağın şərq ətəyindən Kür-Araz vadisinə axardı. 1945-ci ilin iyulunda inşasına qərar verilmiş hidroelektrik stansiyası bu "dəli" çayı ram etdi. Mingəçevir HES 9 il müddətində tikildi və 1954-cü ildə istifadəyə verildi. Mingəçevir hidroqovşağının suaşıran bəndi dünyada ən böyük bəndlərdən hesab edilir. Onun hündürlüyü 81 metr, uzunluğu 1550 metr, həcmi isə 15,6 milyon kubmetrdir.
Mingəçevir HES-in bəndi Kür çayının təbii axını qarşısında maneə oldu və bunun sayəsində ətrafdakı bir çox kilometr quru sahə suyun altında qaldı. Bir neçə kəndin əhalisi də subasma nəticəsində əvvəlcədən başqa yerlərə köçürüldü. Sahəsi 605 kvadratkilometr olan və şəhərdən 3 kilometr şimal-qərbdə yerləşən Mingəçevir su anbarı məhz belə yarandı. Onun uzunluğu 70 kilometr, eni 18 kilometr, orta dərinliyi 27 metr, maksimal dərinliyi isə 83 metrdir. Su anbarının ehtiyatlarının energetika və kənd təsərrüfatında istifadə olunması ilə yanaşı, Mingəçevir dənizi yerli sakinlərin və turistlərin sevimli istirahət məkanına da çevrilib. Sovet dövründə burada fəaliyyət göstərən ittifaq əhəmiyyətli pansionat-sanatoriyaya bütün ölkədən minlərlə turist gəlirdi. Bu gün də su anbarının sol sahilboyu ərazisində yerləşən təxminən 10 çimərlikdə istirahət edənlərin sayı çoxdur. Mingəçevirdə çimərlik mövsümü mayda başlayır və sentyabrın sonunadək davam edir. Suyun orta hərarəti isə 23–30 dərəcə olur.
Suda quraşdırılmış gözəl estakada da diqqəti cəlb edir. Oradan ətraf əraziləri və göl səthini seyr etmək olar. Sahilboyu dayaz yerlərdə su firuzəyi rəngə çalır və su anbarının ortasına doğru tündləşərək mavi rəngə boyanır. Bu baxımdan buxtanın ümumi mənzərəsi fransız Rivyerasını, hətta tropik çimərlikləri xatırladır. Oxşarlığın tamlığı üçün bircə seyrək kokos palmaları çatışmır.
Canlı aləm sarıdan buxta zəngindir. Daşlar üzərində oturmuş qarabatdaq dəstələri, su üzərində pərvaz edən qağayı qatarları, haradasa uzaqda balıq üçün suya baş vuran ördəklər estakadadan aydın görünür. Onu da demək yerinə düşər ki, Kürdə balıq sarıdan bolluqdur. Burada daha çox çapaq, suf, çəkibalığı, şamayı, dabanbalığı, naqqa, durnabalığı və s. balıq növlərinə rast gəlinir. Tilovunu götürən balıqçılar bol balıq tuta bilərlər.
Şəmkir su anbarı
Hidroelektrik stansiyası sayəsində populyar turizm mərkəzinin yaranmasının daha bir nümunə Şəmkir rayonunda yerləşən su anbarıdır. Respublikanın Qərb bölgəsinin enerji təchizatı üçün nəzərdə tutulan Şəmkir HES-in tərkibinə eyniadlı HES və Yenikənd HES daxildir. Bu hidroelektrik stansiyasının ilk aqreqatı 1982-ci ildə istifadəyə verilib, Yenikənd HES isə 2000-ci ildə istismara buraxılıb. Birinci hidroelektrik stansiyasının tikintisi zamanı burada salınan Kür fəhlə qəsəbəsi hazırda 10 min əhalisi olan yaşayış məntəqəsidir. Restoranların terrasından su anbarının gözəl mənzərəsi, hətta su hövzəsinin qarşı tərəfində yerləşən HES-in bəndləri görünür. Narıncı qum təpəciklərinin fonunda onların Misirdəki Fironlar Vadisini xatırladan görünüşü insanı valeh edir.
İstinadlar
- Emil Eyyubov. "Azərbaycanın əsrarəngiz gölləri" (az.). https://azertag.az/. 25.03.2018. 2022-03-25 tarixində . İstifadə tarixi: 2020-09-13.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycanin golleri Azerbaycan Respublikasinda movcud olan goller nezerde tutulur Azerbaycanda 450 dek muxtelif menseli boyuk ve kicik gol var Onlarin bir coxu turizm mekanlardan uzaq yaxud muhafize olunan erazilerde yerlesdiyi ucun cox az sayda gol istirahet edenler ucun elcatandir Bunlarin icerisinde tebii olanlarla yanasi suni goller de movcuddur Gollerin tipleriMenseyine gore Azerbaycanda 7 tip gol musahide edilir Buzlaq menseli goller Sahdag Bazarduzu Murovdag ve s zirveler olan yukseklik zonada yerlesirler Subasar menseli goller esasen Kurun subasar hissesinde yerlesirler Sarisu Haciqabul Mehman Aggol ve s Bend menseli goller Kicik Qafqazda musahide olunurlar Goygol Maralgol Aggol Qaragol ve s Laqun menseli goller Xezer denizinin sahilboyu zonasinda yerlesirler Agzibircala ve s Karst menseli goller Qobustanda Acinohurda Ceyrancolde yerlesirler Surusme menseli goller Atacay Sumqayitcay Girdimancay ve s caylarin hovzelerinde yerlesirler Relikt menseli goller Abseron yarimadasinda yerlesirler Masazir Boyuksor Kurdexani Qanligol ve s AggolSarisuSarisu ve Ag golSarisu Azerbaycanin en boyuk goludur Xezer denizi istisna olmaqla Sahesi texminen 65 7 kvadratkilometr uzunlugu 22 kilometr ve eni 3 kilometr olan bu tebii su hovzesi Saatli Imisli ve Sabirabad rayonlarinin erazisinde yerlesir Golun yerlesdiyi erazi turizm mekani olmasa da canli tebiet heveskarlari ucun boyuk maraq kesb edir Esasen bataqliq olan Sarisu golunun sahilboyu xetti qis movsumunde 350 min koceri qusun meskeni olur Bu yerlerde qus ucusu mesafesinden quslari musahide etmek isteyenler ucun genis imkanlar var Bundan basqa gol baliqciliq ucun cox elverislidir ve bu meqsedle de istifade edilir Sarisu golu sirin suludur ve daha bir gozel tebii su hovzesinden Ag golden gelen su axini ile de dolur Erazisi 2 8 min hektar olan bu gol Ag gol Milli Parkinin erazisinde yerlesir Buradaki su bataqliq erazisi esasen su quslarinin meskeni kimi Ramsar Konvensiyasi na daxil edilib MaragolGoygolGoygol Maralgol ve diger dag incileriDag golu olan Goygol Azerbaycanin en gozel ve ecazkar tebii su hovzesidir Goygol Gence seherinden 25 kilometr cenubda eyniadli rayonda Murovdagin simal eteklerinde deniz seviyyesinden 1500 metrden cox yukseklikde yerlesir Bu gol 1139 cu il sentyabrin 30 da Gence seheri yaxinliginda bas vermis dagidici zelzeleden sonra Kepez daginin dagilan zirvesinin Agsucayin qarsisini kesmesi neticesinde yaranib Yaranan seffaf sulu hovze Goygol adlandirilib Umumi sahesi 0 79 kvadratkilometr olan golun uzunlugu 2 5 kilometr en genis yerde eni ise 0 6 kilometrdir Goygol 6460 metr sahilboyu eraziye malikdir orta derinliyi 30 metr maksimal derinliyi ise 93 metrdir Buranin nadir tebietini flora ve faunasini qorumaq ucun 1965 ci ilde Goygol Dovlet Tebiet Qorugu yeniden teskil edilib Goygolun simal sahili ve onun etrafi populyar istirahet zonasidir Bu yerlerin havasinin teneffus yollari ve eseb sistemi xesteliklerinden eziyyet cekenler ucun mualicevi ehemiyyeti oldugu hesab edilir Golun etrafinda yay movsumunde turistlerin sevimli mekani olan muxtelif turist bazalari istirahet evleri pansionatlarin oldugu Hacikend kurort zonasi yerlesir Bir nece turist marsrutu da bu yerlerden kecir Hacikend istirahet zonasi kicik Qafqazin simal serq yamacinda Murovdag silsilesinin Kurekcay hovzesinde yerlesir Bu zona serqden Goran cay cenubdan Murovdag silsilesi qerbden Gencecayla hemserheddir Hacikend erazisi Gence seherinin ve Goygol rayonunun inzibati idareciliyine daxildir Hacikend kurort zonasinda meshur Turssu mualice kompleksi de yerlesir Buradaki tebii mineral bulaqlar deniz seviyyesinden 1450 metr yukseklikdedir Goygolle yanasi Hacikend kurort mekaninda daha bir nece menzereli dag golu Maralgol Qus gol Qaragol Ag gol Samli gol ve diger su hovzeleri yerlesir Onlarin ekseriyyeti Goygolle eyni vaxtda 1139 cu il zelzelesi neticesinde yaranib Yeri gelmisken Goygol rayonunun inzibati merkezi Goygol seherinden Hacikende aparan yolun kenarindaki tepede Qafqaz Albaniyasinin yadigari olan qedim mebedi de gormek olar Bundan basqa yolboyu enenevi Azerbaycan coreyinin bisirildiyi coxsayli tendirler de var Her kes ozu ile etirli tendirden teze cixmis ve qizarmis xircildayan qabigi olan corek aparmaq isteyir Batabat goluBatabatBatabat Azerbaycanin dag golleri kolleksiyasinin daha bir incisidir Esrarengiz gozelliyi olan bu mavi gol Naxcivan Muxtar Respublikasinin Sahbuz rayonunda deniz seviyyesinden texminen 2500 metr yukseklikde Naxcivancayin menbeyinde yerlesir Menzereli su hovzesi baharda ve yayda yasilliga ve gul ciceye burunur Golun cox temiz suyu var ve onun guzgu kimi saf sethinde torf adasi uzur Bu yerlerin subtropik qisda yumsaq qarli ve yayda serin quru iqlimi var Golun etrafindaki kurort zonasi coxsayli mineral bulaqlarla zengindir Batabat golunun yaxinliginda astrofizika resedxanasi ve Qanli gol de yerlesir Nohur goluNohur goluSuni su hovzesi olan Nohur golu Qebelede meselerle ehate olunmus sevimli istirahet zonasidir Bu gol bullur kimi temiz suyu ve mohtesem menzeresi ile meshurdur Nohur golunun etrafinda yaxsi inkisaf etmis turizm infrastrukturu var Burada qayiq ve katamaran icareye goturmek yaxud telimatcinin musayietile at belinde sahilboyu gezmek olar MingecevirMingecevir su anbariAzerbaycanin en boyuk suni su hovzesi olculerine gore tez tez Mingecevir denizi de adlanir Onun yaranmasinin esas sebebkari Mingecevir seherinin remzi olan ve Azerbaycanin Kur cayi uzerinde insa edilmis en boyuk hidroelektrik stansiyasidir HES Kecmis zamanlarda ram edilmeyen Kur cayi Bozdagin serq eteyinden Kur Araz vadisine axardi 1945 ci ilin iyulunda insasina qerar verilmis hidroelektrik stansiyasi bu deli cayi ram etdi Mingecevir HES 9 il muddetinde tikildi ve 1954 cu ilde istifadeye verildi Mingecevir hidroqovsaginin suasiran bendi dunyada en boyuk bendlerden hesab edilir Onun hundurluyu 81 metr uzunlugu 1550 metr hecmi ise 15 6 milyon kubmetrdir Mingecevir HES in bendi Kur cayinin tebii axini qarsisinda manee oldu ve bunun sayesinde etrafdaki bir cox kilometr quru sahe suyun altinda qaldi Bir nece kendin ehalisi de subasma neticesinde evvelceden basqa yerlere kocuruldu Sahesi 605 kvadratkilometr olan ve seherden 3 kilometr simal qerbde yerlesen Mingecevir su anbari mehz bele yarandi Onun uzunlugu 70 kilometr eni 18 kilometr orta derinliyi 27 metr maksimal derinliyi ise 83 metrdir Su anbarinin ehtiyatlarinin energetika ve kend teserrufatinda istifade olunmasi ile yanasi Mingecevir denizi yerli sakinlerin ve turistlerin sevimli istirahet mekanina da cevrilib Sovet dovrunde burada fealiyyet gosteren ittifaq ehemiyyetli pansionat sanatoriyaya butun olkeden minlerle turist gelirdi Bu gun de su anbarinin sol sahilboyu erazisinde yerlesen texminen 10 cimerlikde istirahet edenlerin sayi coxdur Mingecevirde cimerlik movsumu mayda baslayir ve sentyabrin sonunadek davam edir Suyun orta herareti ise 23 30 derece olur Suda qurasdirilmis gozel estakada da diqqeti celb edir Oradan etraf erazileri ve gol sethini seyr etmek olar Sahilboyu dayaz yerlerde su firuzeyi renge calir ve su anbarinin ortasina dogru tundleserek mavi renge boyanir Bu baximdan buxtanin umumi menzeresi fransiz Rivyerasini hetta tropik cimerlikleri xatirladir Oxsarligin tamligi ucun birce seyrek kokos palmalari catismir Canli alem saridan buxta zengindir Daslar uzerinde oturmus qarabatdaq desteleri su uzerinde pervaz eden qagayi qatarlari haradasa uzaqda baliq ucun suya bas vuran ordekler estakadadan aydin gorunur Onu da demek yerine duser ki Kurde baliq saridan bolluqdur Burada daha cox capaq suf cekibaligi samayi dabanbaligi naqqa durnabaligi ve s baliq novlerine rast gelinir Tilovunu goturen baliqcilar bol baliq tuta bilerler SemkirSemkir su anbariHidroelektrik stansiyasi sayesinde populyar turizm merkezinin yaranmasinin daha bir numune Semkir rayonunda yerlesen su anbaridir Respublikanin Qerb bolgesinin enerji techizati ucun nezerde tutulan Semkir HES in terkibine eyniadli HES ve Yenikend HES daxildir Bu hidroelektrik stansiyasinin ilk aqreqati 1982 ci ilde istifadeye verilib Yenikend HES ise 2000 ci ilde istismara buraxilib Birinci hidroelektrik stansiyasinin tikintisi zamani burada salinan Kur fehle qesebesi hazirda 10 min ehalisi olan yasayis menteqesidir Restoranlarin terrasindan su anbarinin gozel menzeresi hetta su hovzesinin qarsi terefinde yerlesen HES in bendleri gorunur Narinci qum tepeciklerinin fonunda onlarin Misirdeki Fironlar Vadisini xatirladan gorunusu insani valeh edir IstinadlarEmil Eyyubov Azerbaycanin esrarengiz golleri az https azertag az 25 03 2018 2022 03 25 tarixinde Istifade tarixi 2020 09 13