Azərbaycan intibahı və ya renessansı — Azərbaycan mədəniyyətinin müxtəlif dövrləri üçün istifadə edilən ifadə. Buna baxmayaraq, əsasən Azərbaycan milli oyanışı üçün istifadə edilir.
Tarixi-mədəni arxa plan
Digər mədəniyyətlərin çiçəklənməsində iştirak
XIV əsrin sonlarından XVI əsrin əvvəllərinə qədər Mərkəzi Asiyada incəsənət və elmin dirçəlişi (Teymuri intibahı) baş vermiş, bu hərəkat bütün İslam dünyasına yayılmışdır. XV əsrdə Azərbaycanda böyük inkişaf yolu keçən ədəbiyyatın nümayəndələrinin bir qismi Orta Asiyada Teymuri şairi Əlişir Nəvainin çağatay məktəbinin şagirdləri olmuşdur. Səfəvilər dövləti qurulandan sonra Təbriz Azərbaycanın mədəniyyət mərkəzinə çevriləndə, onlar öz ölkələrinə qayıtmış və Nəvainin təsiri altında, təhsil gördükləri məktəbin dil və üslubuna sadiq qalaraq ədəbi fəaliyyətlərini davam etdirmişlər. Roza Eyvazova XV əsr Azərbaycan şairləri Bəsiri, Kişvəri, Ziyayi, Hülqi, Allahı, daha sonra Şah Qulu bəy, Süsəni bəy, Pəri Peykər və digər başqa şairlərdə görülən çağatay təsirini, bu şairlərin Əlişir Nəvai və Hüseyn Bayqara liderliyindəki Herat ədəbi məktəbində yetişmələri ilə əlaqələndirir.
XVI–XVII əsrlər Osmanlı Türkiyəsində elmi və mədəni çiçəklənmə dövrü idi. XVI əsrin əvvəllərində Səfəvilər imperiyasının qurulması və XVII əsrin əvvəllərində Şah I Abbasın qısamüddətli Osmanlı hakimiyyətindən sonra Şirvan və İran Azərbaycanını geri alması nəticəsində sünni fars, azərbaycanlı və kürd elm adamları Osmanlı imperiyasına köçmüşdür. Bu hadisə Osmanlı imperiyasında fəlsəfi elmlərə marağın artmasına gətirib çıxartmışdır. Səfəvilər imperiyasından qaçan bu alimlər özləri ilə Osmanlı imperiyasına məntiqi elmlər sahəsində yeni elmi əsərlər gətirdilər və bacarıqlı müəllimlər kimi şöhrət qazandılar.
Əsas dövrlər
Milli oyanış dövrü
XIX əsrin II yarısı—XX əsrin əvvəllərində Azərbaycanda baş verən mədəni intibah XI–XIII əsrlərin qızıl dövründən və digər təsirlərdən bəhrələnirdi. İncəsənət və təhsilin himayə edilməsi artan neft gəlirləri ilə mümkün idi. Azərbaycanda incəsənətin çiçəklənməsi Rusiya imperiyasında və xaricdə müsəlman türkləri ilhamlandırdı, İslam dünyasında ilk dəfə teatr və opera binalarının yaradılması kimi bir sıra hadisələrə səbəb oldu. Bu dövrdə vacib rol oynayan şəxslər Mirzə Fətəli Axundzadə, Üzeyir Hacıbəyov, Hüseyn Cavid idi. Ancaq bu renessansa qarşı çar və sovet hökuməti ruslaşdırma və (repressiya) siyasətindən istifadə etdi.
Azərbaycan mədəni intibah dövrü xadimləri və ziyalılarına yazıçılar, bəstəkarlar, jurnalistlər, müəllimlər, mühəndislər və həkimlər daxil idi. Onların çoxu Bakıda qalırdı, ancaq azı əslən Bakıdan idi. Çoxu Rusiya universitetlərində, bir hissəsi Avropa (xüsusilə, Paris) və ya İstanbulda təhsil almışdı. Onların Qafqazda başlatdığı mədəni intibah bütün Türk dünyasını, Türkiyə, Krım, Volqa-Ural regionu, Azərbaycan və Türküstanı qucaqlayırdı. Türk dünyasında bu dövr tarix, ədəbiyyat və fəlsəfənin yenidən kəşf edilməsi, siyasət, sosial dəyişikliklər, din, mənəviyyat və tarixi kimlik barəsində debatlar ilə səciyyələnirdi. Azərbaycan türkləri bu əlaqələrdə vacib rol oynayırdı.
Mir Yaqub Mehdiyevin 1933-cü ildə nəşr edilmiş "Qafqaz problemi" kitabında "Azərbaycan türklərinin intibahı" adlı yarım sərlövhə mövcuddur.
İkinci Dünya müharibəsi sonrası dövr
1950-ci illərdə Xruşşovun yumşalma siyasəti dövründə Azərbaycan mədəniyyətinin yenidən dirilməsi baş verdi. Stalin repressiyası qurbanlarının əsərləri yenidən çap edildi. Azərbaycan ziyalıları 1960-cı illəri mədəni intibah dövrü olaraq görürlər. Bu dövr dərinləşmiş milli özünüdərk və ifadə etmə ilə özünü göstərirdi. Bu mədəni intibah dövrü Azərbaycan dilinin siyasət və mədəniyyətdə yerini güclənməsi üçün mübarizə ilə, ya da İkinci Dünya müharibəsindən sonrakı dövrdə Azərbaycan incəsənət və mədəniyyətinin çiçəklənməsi ilə təyin edilə bilər.
1970–1980-ci illərdə Moskvanın mədəni sahədə maneələri azaltması nəticəsində mədəniyyətin yenidən dirilməsinin başqa bir mərhələsi baş verdi. Milliyyətçi əsərlərə, məsələn, Əzizə Cəfərzadənin "Bakı 1501" əsərinə icazə verildi.
Müxtəlif mədəniyyət sahələrinin çiçəklənmə dövrləri
- Türk və fars dillərinin ədəbi intibahı. Şah Qasım Ənvarın (1356–1433) Xorasanda qaldığı müddət ərzində Azərbaycan dilində şeirlər yazması Səfəvi ordenini təbliğ etməsi ilə və ya bu dövrdə türk dilinin ədəbi intibahı ilə izah edilə bilər.
- XVI əsr. Mehmed Fuad Köprülüyə görə, bu dövr aşıq sənətinin qızıl dövrüdür. Aşıq sənəti birincisi, Qafqaz və İranda (Azərbaycan aşıq sənəti), ikincisi isə Anadoluda olmaqla, 2 istiqamətdə inkişaf etmişdir.
- XIX əsrin sonu—XX əsrin əvvəlləri. Azərbaycan muğam sənətinin çiçəklənmə dövrüdür. XIX əsrdə muğam kompozisiyasının təşkilinin dövr prinsipləri formalaşdırılandan və sabitləşdirildikdən sonra çiçəklənmə dövrü başlamışdır.
İstinadlar
- Subtelny, Maria Eva. "Socioeconomic Bases of Cultural Patronage under the Later Timurids". International Journal of Middle East Studies. 20 (4). November 1988: 479–505. doi:10.1017/S0020743800053861. 13 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 November 2016.
- Demirci, 1998. səh. 3-4
- El-Rouayheb, 2006. səh. 264
- El-Rouayheb, 2008. səh. 210
- El-Rouayheb, 2008. səh. 196
- Curtis, Glenn E. (1995). Armenia, Azerbaijan, and Georgia : country studies (1st ed.). Washington, D. C.: Federal Research Division. pp. 109–110. . OCLC 31709972
- Altstadt, 1992. səh. 50-51
- D.Əhməd. "Bir ildən yüz ilə". Bakı: TEAS Press. 2018. səh. 77-82. ISBN .
- Əsgər Əliyev. "Fədakar istiqlalçı Miryaqub Mehdiyev və onun fransızca əsərləri haqqında qeydlər" (azərb. ). 525.az. 02.02.18. 2 fevral 2018 tarixində arxivləşdirilib.
- DeHaan, 2021. səh. 177
- DeHaan, 2021. səh. 184
- Lornejad, Doostzadeh, 2012. səh. 151
- Guliyev, 2017. səh. 266
- Абдуллаева, 2000. səh. 362
- Бабаев, 1983. səh. 104
Ədəbiyyat
- Абдуллаева С. А. Народный музыкальный инструментарий Азербайджана. — Б.: Элм, 2000. — С. 486.
- Altstadt, A. L. (1992). The Azerbaijani Turks: Power and identity under Russian rule. Stanford, Calif: Hoover Institution Press, Stanford University.
- İlkin GULİYEV. "Azerbaycan Aşık Edebiyatı: Tarihte ve Bugünü" (türk). M.F.Köprülü Türkoloji ve Beşeri Bilimler Sempozyumu Bildirileri 2016. 2017. 2023-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-13.
- Бабаев Э. А. Особенности метроритмики азербайджанского зерби-мугама // Известия Академии наук Азербайджанской ССР. — 1983. — № 2. — С. 98–105.
- DeHaan, H. D. (2021). Remembering our worth: commemorating the Azerbaijani nation through cultural exchange. Canadian Slavonic Papers, 63(1–2), 168–188. https://www.tandfonline.com/doi/full/10.1080/00085006.2021.1915523 Arxivləşdirilib 2024-07-14 at the Wayback Machine
- Demirci, J. (1998). NEVAVİ'NİN AZERBAVCAN SAHASINA ETKİSİ . Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya Fakültesi Dergisi , 38 (1–2) , 1–12 . Retrieved from https://dergipark.org.tr/tr/pub/dtcfdergisi/issue/66761/1043985 Arxivləşdirilib 2023-04-13 at the Wayback Machine
- El-Rouayheb, Khaled. "Opening the Gate of Verification: The Forgotten Arab-Islamic Florescence of the 17th Century." International Journal of Middle East Studies, vol. 38, no. 2, 2006, pp. 263–81. JSTOR, http://www.jstor.org/stable/3879973 Arxivləşdirilib 2024-02-23 at the Wayback Machine Arxivləşdirilib 2024–02–23 at the Wayback Machine. Accessed 23 Feb. 2024. page 264.
- El-Rouayheb, K. (2008). The Myth of "The Triumph of Fanaticism" in the Seventeenth-Century Ottoman Empire, Die Welt des Islams, 48(2), 196–221. doi: https://doi-org.wikipedialibrary.idm.oclc.org/10.1163/157006008X335930 Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine Arxivləşdirilib 2023–06–29 at the Wayback Machine
- Lornejad, Siavash; Doostzadeh, Ali. Arakelova, Victoria; Asatrian, Garnik (redaktorlar ). On the modern politicization of the Persian poet Nezami Ganjavi (PDF). Caucasian Centre for Iranian Studies. 2012. 2022-09-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-07-20.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan intibahi ve ya renessansi Azerbaycan medeniyyetinin muxtelif dovrleri ucun istifade edilen ifade Buna baxmayaraq esasen Azerbaycan milli oyanisi ucun istifade edilir Tarixi medeni arxa planDiger medeniyyetlerin ciceklenmesinde istirak XIV esrin sonlarindan XVI esrin evvellerine qeder Merkezi Asiyada incesenet ve elmin dircelisi Teymuri intibahi bas vermis bu herekat butun Islam dunyasina yayilmisdir XV esrde Azerbaycanda boyuk inkisaf yolu kecen edebiyyatin numayendelerinin bir qismi Orta Asiyada Teymuri sairi Elisir Nevainin cagatay mektebinin sagirdleri olmusdur Sefeviler dovleti qurulandan sonra Tebriz Azerbaycanin medeniyyet merkezine cevrilende onlar oz olkelerine qayitmis ve Nevainin tesiri altinda tehsil gordukleri mektebin dil ve uslubuna sadiq qalaraq edebi fealiyyetlerini davam etdirmisler Roza Eyvazova XV esr Azerbaycan sairleri Besiri Kisveri Ziyayi Hulqi Allahi daha sonra Sah Qulu bey Suseni bey Peri Peyker ve diger basqa sairlerde gorulen cagatay tesirini bu sairlerin Elisir Nevai ve Huseyn Bayqara liderliyindeki Herat edebi mektebinde yetismeleri ile elaqelendirir XVI XVII esrler Osmanli Turkiyesinde elmi ve medeni ciceklenme dovru idi XVI esrin evvellerinde Sefeviler imperiyasinin qurulmasi ve XVII esrin evvellerinde Sah I Abbasin qisamuddetli Osmanli hakimiyyetinden sonra Sirvan ve Iran Azerbaycanini geri almasi neticesinde sunni fars azerbaycanli ve kurd elm adamlari Osmanli imperiyasina kocmusdur Bu hadise Osmanli imperiyasinda felsefi elmlere maragin artmasina getirib cixartmisdir Sefeviler imperiyasindan qacan bu alimler ozleri ile Osmanli imperiyasina mentiqi elmler sahesinde yeni elmi eserler getirdiler ve bacariqli muellimler kimi sohret qazandilar Esas dovrlerMilli oyanis dovru Esas meqale Azerbaycan milli oyanisiXX esrin evvellerinde Tagiyevin Teatrinin sehnesi XIX esrin II yarisi XX esrin evvellerinde Azerbaycanda bas veren medeni intibah XI XIII esrlerin qizil dovrunden ve diger tesirlerden behrelenirdi Incesenet ve tehsilin himaye edilmesi artan neft gelirleri ile mumkun idi Azerbaycanda incesenetin ciceklenmesi Rusiya imperiyasinda ve xaricde muselman turkleri ilhamlandirdi Islam dunyasinda ilk defe teatr ve opera binalarinin yaradilmasi kimi bir sira hadiselere sebeb oldu Bu dovrde vacib rol oynayan sexsler Mirze Feteli Axundzade Uzeyir Hacibeyov Huseyn Cavid idi Ancaq bu renessansa qarsi car ve sovet hokumeti ruslasdirma ve repressiya siyasetinden istifade etdi Azerbaycan medeni intibah dovru xadimleri ve ziyalilarina yazicilar bestekarlar jurnalistler muellimler muhendisler ve hekimler daxil idi Onlarin coxu Bakida qalirdi ancaq azi eslen Bakidan idi Coxu Rusiya universitetlerinde bir hissesi Avropa xususile Paris ve ya Istanbulda tehsil almisdi Onlarin Qafqazda baslatdigi medeni intibah butun Turk dunyasini Turkiye Krim Volqa Ural regionu Azerbaycan ve Turkustani qucaqlayirdi Turk dunyasinda bu dovr tarix edebiyyat ve felsefenin yeniden kesf edilmesi siyaset sosial deyisiklikler din meneviyyat ve tarixi kimlik baresinde debatlar ile seciyyelenirdi Azerbaycan turkleri bu elaqelerde vacib rol oynayirdi Mir Yaqub Mehdiyevin 1933 cu ilde nesr edilmis Qafqaz problemi kitabinda Azerbaycan turklerinin intibahi adli yarim serlovhe movcuddur Ikinci Dunya muharibesi sonrasi dovr 1950 ci illerde Xrussovun yumsalma siyaseti dovrunde Azerbaycan medeniyyetinin yeniden dirilmesi bas verdi Stalin repressiyasi qurbanlarinin eserleri yeniden cap edildi Azerbaycan ziyalilari 1960 ci illeri medeni intibah dovru olaraq gorurler Bu dovr derinlesmis milli ozunuderk ve ifade etme ile ozunu gosterirdi Bu medeni intibah dovru Azerbaycan dilinin siyaset ve medeniyyetde yerini guclenmesi ucun mubarize ile ya da Ikinci Dunya muharibesinden sonraki dovrde Azerbaycan incesenet ve medeniyyetinin ciceklenmesi ile teyin edile biler 1970 1980 ci illerde Moskvanin medeni sahede maneeleri azaltmasi neticesinde medeniyyetin yeniden dirilmesinin basqa bir merhelesi bas verdi Milliyyetci eserlere meselen Ezize Ceferzadenin Baki 1501 eserine icaze verildi Muxtelif medeniyyet sahelerinin ciceklenme dovrleriTurk ve fars dillerinin edebi intibahi Sah Qasim Envarin 1356 1433 Xorasanda qaldigi muddet erzinde Azerbaycan dilinde seirler yazmasi Sefevi ordenini teblig etmesi ile ve ya bu dovrde turk dilinin edebi intibahi ile izah edile biler XVI esr Mehmed Fuad Kopruluye gore bu dovr asiq senetinin qizil dovrudur Asiq seneti birincisi Qafqaz ve Iranda Azerbaycan asiq seneti ikincisi ise Anadoluda olmaqla 2 istiqametde inkisaf etmisdir XIX esrin sonu XX esrin evvelleri Azerbaycan mugam senetinin ciceklenme dovrudur XIX esrde mugam kompozisiyasinin teskilinin dovr prinsipleri formalasdirilandan ve sabitlesdirildikden sonra ciceklenme dovru baslamisdir IstinadlarSubtelny Maria Eva Socioeconomic Bases of Cultural Patronage under the Later Timurids International Journal of Middle East Studies 20 4 November 1988 479 505 doi 10 1017 S0020743800053861 13 August 2020 tarixinde arxivlesdirilib Istifade tarixi 7 November 2016 Demirci 1998 seh 3 4 El Rouayheb 2006 seh 264 El Rouayheb 2008 seh 210 El Rouayheb 2008 seh 196 Curtis Glenn E 1995 Armenia Azerbaijan and Georgia country studies 1st ed Washington D C Federal Research Division pp 109 110 ISBN 0 8444 0848 4 OCLC 31709972 Altstadt 1992 seh 50 51 D Ehmed Bir ilden yuz ile Baki TEAS Press 2018 seh 77 82 ISBN 978 9952 310 47 4 Esger Eliyev Fedakar istiqlalci Miryaqub Mehdiyev ve onun fransizca eserleri haqqinda qeydler azerb 525 az 02 02 18 2 fevral 2018 tarixinde arxivlesdirilib DeHaan 2021 seh 177 DeHaan 2021 seh 184 Lornejad Doostzadeh 2012 seh 151 Guliyev 2017 seh 266 Abdullaeva 2000 seh 362 Babaev 1983 seh 104EdebiyyatAbdullaeva S A Narodnyj muzykalnyj instrumentarij Azerbajdzhana B Elm 2000 S 486 Altstadt A L 1992 The Azerbaijani Turks Power and identity under Russian rule Stanford Calif Hoover Institution Press Stanford University Ilkin GULIYEV Azerbaycan Asik Edebiyati Tarihte ve Bugunu turk M F Koprulu Turkoloji ve Beseri Bilimler Sempozyumu Bildirileri 2016 2017 2023 12 08 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 07 13 Babaev E A Osobennosti metroritmiki azerbajdzhanskogo zerbi mugama Izvestiya Akademii nauk Azerbajdzhanskoj SSR 1983 2 S 98 105 DeHaan H D 2021 Remembering our worth commemorating the Azerbaijani nation through cultural exchange Canadian Slavonic Papers 63 1 2 168 188 https www tandfonline com doi full 10 1080 00085006 2021 1915523 Arxivlesdirilib 2024 07 14 at the Wayback Machine Demirci J 1998 NEVAVI NIN AZERBAVCAN SAHASINA ETKISI Ankara Universitesi Dil ve Tarih Cografya Fakultesi Dergisi 38 1 2 1 12 Retrieved from https dergipark org tr tr pub dtcfdergisi issue 66761 1043985 Arxivlesdirilib 2023 04 13 at the Wayback Machine El Rouayheb Khaled Opening the Gate of Verification The Forgotten Arab Islamic Florescence of the 17th Century International Journal of Middle East Studies vol 38 no 2 2006 pp 263 81 JSTOR http www jstor org stable 3879973 Arxivlesdirilib 2024 02 23 at the Wayback Machine Arxivlesdirilib 2024 02 23 at the Wayback Machine Accessed 23 Feb 2024 page 264 El Rouayheb K 2008 The Myth of The Triumph of Fanaticism in the Seventeenth Century Ottoman Empire Die Welt des Islams 48 2 196 221 doi https doi org wikipedialibrary idm oclc org 10 1163 157006008X335930 Arxivlesdirilib 2023 06 29 at the Wayback Machine Arxivlesdirilib 2023 06 29 at the Wayback Machine Lornejad Siavash Doostzadeh Ali Arakelova Victoria Asatrian Garnik redaktorlar On the modern politicization of the Persian poet Nezami Ganjavi PDF Caucasian Centre for Iranian Studies 2012 2022 09 14 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 2024 07 20