Azərbaycan əlifbası (az-əbcəd. آذربایجان الفباسی, (azərb-kiril.) Азәрбајҹан әлифбасы) — Azərbaycan dilinin əlifbası. Azərbaycan Respublikasında latın qrafikalı, Cənubi Azərbaycanda ərəb qrafikalı, Dağıstanda isə kiril qrafikalı əlifbadan istifadə olunur.
Tarixi
Orta Türk dili dövründən (900–1500-cü illər) etibarən ərəb yazı sistemi İslam dünyasının bütün türkdilli ərazilərində istifadə edilirdi. Bu yazı sisteminin Xarəzm, Çağatay, Volqa, Osmanlı və Azərbaycan türkçəsi üçün variantları ortaya çıxmışdır.Ərəb yazı sistemi ilə Azərbaycan dilində ilk yazılı mətnlər XIV–XV əsrlərə aiddir. Bu yazı sisteminə yalnız türk dili üçün xarakterik olan bəzi hərflər (ڭ گ ۋ ﭺ پ ژ) də daxil idi.
XVI əsr şairi Məhəmməd Füzuli kimi Azərbaycan mədəniyyətinin nümayəndələri tərəfindən ərəb yazı sistemi Azərbaycan dili üçün çox çətin bir sistem olaraq qeyd edilirdi. Şah I Abbasın dövründəki çarlıq Rusiyası mənbələrinə görə, rus səfirləri Səfəvi şahının cavabının türk dilində, tatar yazısı ilə olmasını arzulamışdır. Bu, XVI–XVIII əsrlərdə Avropa, Kiçik Asiya və Yaxın Şərq hökmdarlarından gələn və onlara gedən məktubları tərcümə etmək üçün, rus çarlarının xeyli sayda katib saxlamasının məntiqi nəticəsi idi.
Uppsala Universitetində saxlanılan XVII əsr orta Azərbaycanca əlyazmaları nadir bir şəkildə latın yazı sistemi ilə yazılmışdır. XVIII əsrdə erməni və gürcü aşıqları Azərbaycan aşıq şeirləri və Azərbaycan dastanlarını yaddan çıxartmamaq üçün onları erməni və gürcü yazı sistemi ilə qeydə alırdılar. Belə əlyazmaların bir çoxu hal-hazırda Matenadaranda və Kürdüstan Dövlət Muzeyində qorunur. XVIII əsrdə gürcü yazısı ilə yazılmış mətnlərə Sayat Novanın Azərbaycan dilindəki əlyazmaları, Azərbaycan-Osmanlı qarışıq dilindəki İncil əlyazmaları misal göstərilə bilər.
XX əsrin əvvəllərində Dərbənd aşığı Şaul Simendu isə ivrit yazı sistemi ilə azərbaycan dilində şeirlər yazırdı. Bundan başqa Osmanlıda istifadə edilən erməni-türk əlifbasından təsirlənilərək Azərbaycan dilinin erməni hərfləri ilə yazıldığı Ermənbası əlifbası yaradılmışdır. Bu erməni hərfləri Azərbaycanda istifadə olunan şərqi erməni dilinə uyğun olaraq yazılmışdı.
Latın qrafikalı əlifbaya keçid
Azərbaycan dilində yazının latın qrafikasına keçirilməsi üçün ilk layihələr 19-cu əsrin ortalarında meydana çıxdı. Bu layihələrdən biri Mirzə Fətəli Axundzadə tərəfindən tərtib edilmişdi, amma layihə elə kağız üzərində də qaldı. Beləliklə, 1857-ci ildə Axundov ərəb əlifbasının islahatı ilə bağlı ilk layihəsini fars dilində yazdı, burada ərəb yazısının çatışmazlıqlarına işarə etdi və həll yollarını təklif etdi. 1863-cü ildə Axundov öz layihəsinə dəstək tapmaq məqsədilə İstanbula səfər etdi. Lakin Axundovun layihəsinin bəyənilməsinə baxmayaraq, "Əncüməni Daniş" Elmi Cəmiyyəti tərəfindən layihə rədd edildi. Cavabında Axundov "İslam əlifbasını tamamilə rədd etməyi, Avropa yazı sistemini qəbul etməyi və buna görə soldan sağa yazmağı" təklif etdi. Yeni bir layihə üzərində işləməsi nəticəsində Axundov Avropa sisteminə əsaslanan 42 hərfli (32 samit və 10 sait) yeni bir əlifba tərtib etdi. Axundov yeni layihədə həm ərəb əlifbasında mövcud olan hərfləri qorudu, həm də əskik saitləri əlavə etdi.
20-ci əsrin əvvəllərində Latın əlifbasına keçid məsələsi Azərbaycan ziyalıları tərəfindən dəfələrlə gündəmə gətirildi. Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Nəriman Nərimanov və başqaları ərəb əlifbasının dəyişdirilməsini müdafiə etdilər. 1919-cu ildə yeni əlifba hazırlamaq üçün Azərbaycan Xalq Cümhuriyyəti Təhsil Nazirliyinin nəzdində bir komissiya yaradıldı. Abdulla bəy Əfəndizadənin təqdim etdiyi layihələrdən biri təsdiqlənərək çap olundu. Əfəndizadənin əlifba layihəsi: a ä b c ç d e ë f g h i j k l m n n̈ o ö p q ƣ r s t u v w x y z ƶ '(apostrof).
Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsi bu layihənin həyata keçirilməsinə mane oldu. Azərbaycan Sovet Sosialist Respublikası elan olunduqdan sonra Azərbaycan yazılarının latınlaşdırılması məsələsi yenidən aktuallaşdı. Uzun müzakirələrdən sonra 1922-ci ildə yeni əlifba təsdiqləndi və 1925-ci ildə ərəb əlifbası ilə paralel olaraq rəsmi istifadəyə verildi.
1922 əlifbası: Aa Bb Cc Çç Dd Ee Əə Ff Gg Ƣƣ Hh Ii Jj Kk Ll Mm Nn Ŋŋ Oo Ɵɵ Pp Qq Rr Ss Tt Uu Vv Xx Yy Zz Ƶƶ '(apostrof)
1926-cı ildən etibarən yeni əlifbanın təkmilləşdirilməsi ilə bağlı müzakirələr başladı. 1926-cı ilin mayında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd ağa Ağamalıoğlu latın qrafikasına keçidi Şərqdəki inqilabın mərkəzi məsələsi elan edir. Nəticədə, 1933-cü ildə bəzi hərflərin stilini, bəzilərinin isə fonetik qarşılığını dəyişdirən yeni bir əlifba qəbul olundu. 1938-ci ildə latın qrafikalı Azərbaycan əlifbasından N̡ n̡ (sağır n) hərfi çıxarıldı.
1938 əlifbası: Aa Bʙ Cc Çç Dd Ee Əə Ff Gg Ƣƣ Hh Ii Jj Kk Qq Ll Mm Nn Oo Ɵɵ Pp Rr Ss Şş Tt Uu Vv Xx Yy Zz Ƶƶ '(apostrof)
Yeni əlifbanın tətbiqi kəndlilərin etirazına tuş gəldi. 1928–1929-cu illərdə və yenidən 1931–1932-ci illərdə bütün Azərbaycanda kəndlərə yeni əlifba əsasında oxumaq və yazmağı öyrətmək üçün gələn müəllimlərə, komsomolçulara və qadınlar şöbəsinin fəallarına qarşı kəndlilər tərəfindən zorakılıq halları mövcud idi.
Kirilləşdirmə
1939-cu ilin mayında Azərbaycan əlifbasının kiril qrafikasına keçirilməsi ilə bağlı müzakirələr başladı. Bir çox fərqli layihə irəli sürüldü və dərc olundu. İlk layihə belə idi: Аа, Бб, Вв, Гг, Ƣƣ, Дд, Ее, Әә, Жж, Зз, Ии, Йй, Кк, Ққ, Лл, Мм, Нн, Оо, Өө, Пп, Рр, Сс, Тт, Уу, Ўў, Фф, Хх, Һһ, Чч, Ҷҷ, Шш, Ыы, ’ (apostrof). 1939-cu ilin avqustunda təklif olunan başqa bir layihə: Аа, Бб, Вв, Гг, Gg, Һһ, Ƣƣ, Дд, Ее, Әә, Жж, Зз, Ии, Јј, Кк, Лл, Мм, Нн, Оо, Өө, Пп, Рр, Сс, Тт, Уу, Үү, Фф, Хх, Чч, Шш, Ыы, ’ (apostrof). Nəticədə, 15 noyabr 1939-cu ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında əlifba komissiyası tərəfindən hazırlanmış yeni bir kiril qrafikalı əlifba layihəsi rəsmi olaraq təsdiq edildi. 1939-cu ilin rəsmi təsdiqli əlifbası: Аа, Бб, Вв, Гг, Ғғ, Дд, Ее, Ёё, Әә, Жж, Зз, Ии, Йй, Кк, Ҝҝ, Лл, Мм, Нн, Оо, Өө, Пп, Рр, Сс, Тт, Уу, Үү, Фф, Хх, Һһ, Цц, Чч, Ҹҹ, Шш, Щщ, Ъъ, Ыы, Ьь, Ээ, Юю, Яя, ’ (apostrof)
1947-ci ildə Rus dilindən alınma sözlərdə istifadə olunan Цц hərfi əlifbadan çıxarıldı. 1958-ci ildə Ёё, Щщ, Ъъ, Ьь, Ээ, Юю, Яя hərfləri də əlifbadan çıxarıldı və Йй hərfi Јј ilə əvəzləndi. Bu əlifba rəsmi olaraq 2001-ci ilədək etibarlı idi. Dağıstanda yaşayan azərbaycanlılar məktəblərdə Azərbaycan dili dərslərində latın qrafikasından istifadə olunmasına baxmayaraq, kiril əsaslı əlifbadan istifadə etməyə davam edirlər. Azərbaycan dilində nəşr olunan Dərbənd qəzeti materialları əsasən kiril qrafikasında yayımlayır, amma bəzi məqalələr latın qrafikasında çap olunur. Azərbaycan kiril əlifbasının fərqləndirici xüsusiyyəti digər dillərin əlifbalarında mövcud olmayan Ҝ və Ҹ hərflərinin daxil olması idi.
Azərbaycan dilində əlifba dəyişikləri və qarşılıqları
Transliterasiya cədvəli | |||||
---|---|---|---|---|---|
Ərəb | Latın | Latın | Kiril | Latın | IPA |
Cənubi Azərbaycan və 1929-cu ilə qədər Şimali Azərbaycan | 1929–1933 | 1933–1939 | 1958–1991 | 1991-ci ildən | |
آ،ﺍ | A a | A a | А а | A a | [ɑ̞/ɑ̞ː] |
ﺏ | B b | B ʙ | Б б | B b | [b] |
ﺝ | C c | Ç ç | Ҹ ҹ | C c | [d͡ʑ] |
چ | Ç ç | C c | Ч ч | Ç ç | [t͡ɕ/t͡ɕʰ] |
ﺩ | D d | D d | Д д | D d | [d] |
ائ | E e | E e | Е е | E e | [e/e̞] |
ه/اَ | Ə ə | Ə ə | Ә ә | Ə ə | [æ] |
ﻑ | F f | F f | Ф ф | F f | [f] |
گ | Ƣ ƣ | G g | Ҝ ҝ | G g | [ɟ] |
ﻍ | G g | Ƣ ƣ | Ғ ғ | Ğ ğ | [ɣ/ʁ (ʕ/ʢ)] |
ﺡ | H h | H h | Һ һ | H h | [h/hˁ] |
ﺥ | X x | X x | Х х | X x | [x/χ] |
ایٛ | I̡ ı̡ | Ь ь | Ы ы | I ı | [ə] |
ای | I i | I i | И и | İ i | [i/ɪ] |
ژ | Ƶ ƶ | Ƶ ƶ | Ж ж | J j | [ʒ] |
ك | Q q | K k | К к | K k | [c/cʰ/k (ç)] |
ق | K k | Q q | Г г | Q q | [g/ɢ] |
ل | L l | L l | Л л | L l | [l/ɫ] |
م | M m | M m | М м | M m | [m] |
ن | N n | N n | Н н | N n | [n] |
ڭ | N̡ n̡ | N̡ n̡ | [ŋ/ɴ] | ||
اوْ | O o | O o | О о | O o | [ɔ] |
اؤ | Ɵ ɵ | Ɵ ɵ | Ө ө | Ö ö | [œ] |
پ | P p | P p | П п | P p | [p/pʰ] |
ﺭ | R r | R r | Р р | R r | [ɾ/r] |
ﺙ,ﺱ,ﺹ | S s | S s | С с | S s | [s] |
ﺵ | З з | Ş ş | Ш ш | Ş ş | [ʃ/ʂ/ɕ] |
ﺕ,ﻁ | T t | T t | Т т | T t | [t/tʰ] |
اوُ | Y y | U u | У у | U u | [u] |
اﻭٚ | U u | Y y | Ү ү | Ü ü | [y] |
و | V v | V v | В в | V v | [v] |
ي | J j | J j | Ј ј | Y y | [j] |
ﺫ,ﺯ,ﺽ,ﻅ | Z z | Z z | З з | Z z | [z] |
ع,ء | ' | ' | ' | ' | [ʔ/ː] |
Nümunə
Ərəb əlifbası | بۆتون اینسانلار لیاقت و حۆقوقلارینا گؤره آزاد و برابر دوْغولورلار. اوْنلارین شۆعورلاری و ویجدانلاری وار و بیر-بیرلرینه مۆناسیبتده قارداشلیق روحوندا داورانمالیدیرلار. |
---|---|
(1929–1933) | Butun insanlar ləjakət və hukykları̡na ƣɵrə azad və bərabər dogylyrlar. Onları̡n зuyrları̡ və vicdanları̡ var və bir-birlərinə munasibətdə kardaзlı̡k ryhynda davranmalı̡dı̡rlar. |
Latın (1933–1939) () | Bytyn insanlar ləjaqət və hyquqlarьna gɵrə azad və вəraвər doƣulurlar. Onlarьn şyurlarь və viçdanlarь var və вir-вirlərinə mynasiвətdə qardaşlьq ruhunda davranmalьdьrlar. |
Kiril (1940–1958) | Бүтүн инсанлар ләягәт вә һүгугларына ҝөрә азад вә бәрабәр доғулурлар. Онларын шүурлары вә виҹданлары вар вә бир-бирләринә мүнасибәтдә гардашлыг руһунда давранмалыдырлар. |
Kiril (1958–1991) | Бүтүн инсанлар ләјагәт вә һүгугларына ҝөрә азад вә бәрабәр доғулурлар. Онларын шүурлары вә виҹданлары вар вә бир-бирләринә мүнасибәтдә гардашлыг руһунда давранмалыдырлар. |
Latın (1991–1992) | Bütün insanlar läyaqät vä hüquqlarına görä azad vä bärabär doğulurlar. Onların şüurları vä vicdanları var vä bir-birlärinä münasibätdä qardaşlıq ruhunda davranmalıdırlar. |
Müasir latın (1992) | Bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar. Onların şüurları və vicdanları var və bir-birlərinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar. |
BFƏ | byt̪yn̪ in̪s̪ɑ̝n̪ɫ̪ɑ̝ɾ l̪æjɑ̝ːɢæt̪ væ hygugl̪ɑ̝ɾən̪ɑ̝ ɟœɾæ ʔɑ̞ːz̪ɑ̝d̪ væ bæɾɑ̝ːbæɾ d̪ɔʁuɫ̪uɾl̪ˤɑ̝ɾ ɔn̪l̪ɑ̝ɾən̪ ɕyʔuɾl̪ɑ̝ɾə væ vid͡ʑd̪ɑ̝n̪l̪ɑ̝ɾə vɑ̝ɾ væ biɾbiɾlæɾin̪æ myn̪ɑ̝ːs̪ibæt̪̊d̪æ gɑ̝ɾd̪ɑ̝ʃləg ɾuːhun̪d̪ɑ̝ d̪ɑ̝vɾɑ̝n̪mɑ̝lˤəd̪əlɑ̝ɾ |
Sait və samitlər haqqında
Saitlər
Saitlər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.
Dilimizdə 9 sait var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var:
- Qalın və incə saitlər
Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə:
- Qalın saitlər (dil arxası): [a], [ı], [o], [u].
- İncə saitlər (dil önü): [e], [ə], [i], [ö], [ü].
- Qapalı və açıq saitlər
Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə:
- Qapalı saitlər (dar saitlər): [i], [ı], [u], [ü] Qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır.
- Açıq saitlər (gen saitlər): [a], [e], [ə], [o], [ö].
- Dodaqlanan və dodaqlanmayan saitlər
- Dodaqlanan saitlər: [o], [ö], [u], [ü]. Dodaqlanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi şəkil alır.
- Dodaqlanmayan saitlər: [a], [e], [ə], [i], [ı].
Samitlər
Dilimizdə 23 hərflə ifadə olunan 25 samit səs var. Əlifbamızda komandir, tank, klub sözlərində [k'] səsini, ipək, çiçək, məktəb sözlərindəki [x'] səsini ifadə etmək üçün xüsusi hərf yoxdur. Bu iki səs əlifbamızda kənd, tük, şəkil sözlərindəki [k] səsini ifadə edən "k" hərfi ilə göstərilir.
Samitlər səs tellərinin iştirakına görə iki növə bölünür:
- Kar samitlər. Kar samitlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir.
- Kar samitlər:[p], [k'], [f], [x], [t], [ş], [s], [x'], [k], [ç], [h].
- Cingiltili samitlər. Cingiltili samitlərin tələffüzündə isə səs telləri iştirak edir və onlar küydən və avazdan ibarət olur.
- Cingiltili samitlər [b], [q], [v], [ğ], [d], [j], [z], [y], [g], [c], [l], [m], [n], [r]
Dilimizdə cingiltili və kar samitlərin çoxu cütlük təşkil edir:
- [l], [m], [n], [r] cingiltili samitlərin kar qarışığı, [h] kar samitinin cingiltili qarışığı yoxdur.
- [n] və [m] səslərinin əmələ gəlməsində hava axını əsasən burun boşluğundan çıxır. Buna görə də həmin samitlərə burun samitlər deyilir.
- [l], [m], [n], [r] samitləri sonor samitlər adlanır.
Qalereya
- Azərbaycan dilinin əlifbası
İstinadlar
- Johanson, L. (2021). Writing Systems. In Turkic (Cambridge Language Surveys, pp. 402–430). Cambridge: Cambridge University Press. doi:10.1017/9781139016704.019
- Гиляревский Р. С., Гривнин В. С. Определитель языков мира по письменности. — М.: Наука, 1964. — С. 48.
- Советский Азербайджан: мифы и действительность. — Баку: Элм, 1987. — С. 293.
- Floor, Willem; Javadi, Hasan. "The Role of Azerbaijani Turkish in Safavid Iran". Iranian Studies. 46 (4). 2013: 569–581. doi:10.1080/00210862.2013.784516.
- Johanson, Lars. Restricted Access Isfahan – Moscow – Uppsala. On Some Middle Azeri Manuscripts and the Stations Along Their Journey to Uppsala // In Csató, Éva Á.; Gren-Eklund, Gunilla; Johanson, Lars; Karakoç, Birsel (eds.). Turcologica Upsaliensia: An Illustrated Collection of Essays. Brill. 2020. 167–179. ISBN 978–9004435704.
- Sayat Nova [Mətn] /tərt. ed. H. Araslı ; [tərc. ed. Ə. Cəmil [və b.]].
- Charles Dowsett. Sayatʻ-Nova: an 18th-century troubadour : a biographical and literary study. Peeters Publishers, 1997. , 9789068317954. P.422 Orijinal mətn (ing.)
In any case, early 1758 seems to have been a time of feverish activity on the part of Sayat-Nova in the Azeri field. Although one cannot be sure, since Azeri was the lingua franca of the Caucasus and well understood at the Georgian court, it is possible that Sayat-Nova performed his songs in this language in public, in and outside Tiflis and T'elavi
- É. Á. Csató, B. Isaksson, C Jahani. Linguistic Convergence and Areal Diffusion: Case Studies from Iranian, Semitic and Turkic, Routledge, 2004, p. 228, .
- Илья Карпенко. Ворота Востока 2009-12-04 at the Wayback Machine, Журнал ЛЕХАИМ.
- "Ermənbası (Երմէնբասը)". Omniglot (ingilis). 27 September 2023 tarixində . İstifadə tarixi: 18 mar 2024.
- Ёbdyllah bëj Ёfёndi Zadë. Son̈ Tyrq elifbasw. Baqu, 1919
- Агазаде, Ф. Очерк по истории развития движения нового алфавита. Казань, 1928
- "Әdәвijjat ƣәzeti 23. may 1939". 2013-06-16 tarixində . İstifadə tarixi: 2020-05-01.
- "Әdәвijjat ƣәzeti 22. avqust 1939". 2013-06-16 tarixində . İstifadə tarixi: 2020-05-01.
- 1938-ci ildə əlifbadan çıxarılıb
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan elifbasi az ebced آذربایجان الفباسی azerb kiril Azәrbaјҹan әlifbasy Azerbaycan dilinin elifbasi Azerbaycan Respublikasinda latin qrafikali Cenubi Azerbaycanda ereb qrafikali Dagistanda ise kiril qrafikali elifbadan istifade olunur TarixiOrta Turk dili dovrunden 900 1500 cu iller etibaren ereb yazi sistemi Islam dunyasinin butun turkdilli erazilerinde istifade edilirdi Bu yazi sisteminin Xarezm Cagatay Volqa Osmanli ve Azerbaycan turkcesi ucun variantlari ortaya cixmisdir Ereb yazi sistemi ile Azerbaycan dilinde ilk yazili metnler XIV XV esrlere aiddir Bu yazi sistemine yalniz turk dili ucun xarakterik olan bezi herfler ڭ گ ۋ ﭺ پ ژ de daxil idi XVI esr sairi Mehemmed Fuzuli kimi Azerbaycan medeniyyetinin numayendeleri terefinden ereb yazi sistemi Azerbaycan dili ucun cox cetin bir sistem olaraq qeyd edilirdi Sah I Abbasin dovrundeki carliq Rusiyasi menbelerine gore rus sefirleri Sefevi sahinin cavabinin turk dilinde tatar yazisi ile olmasini arzulamisdir Bu XVI XVIII esrlerde Avropa Kicik Asiya ve Yaxin Serq hokmdarlarindan gelen ve onlara geden mektublari tercume etmek ucun rus carlarinin xeyli sayda katib saxlamasinin mentiqi neticesi idi Uppsala Universitetinde saxlanilan XVII esr orta Azerbaycanca elyazmalari nadir bir sekilde latin yazi sistemi ile yazilmisdir XVIII esrde ermeni ve gurcu asiqlari Azerbaycan asiq seirleri ve Azerbaycan dastanlarini yaddan cixartmamaq ucun onlari ermeni ve gurcu yazi sistemi ile qeyde alirdilar Bele elyazmalarin bir coxu hal hazirda Matenadaranda ve Kurdustan Dovlet Muzeyinde qorunur XVIII esrde gurcu yazisi ile yazilmis metnlere Sayat Novanin Azerbaycan dilindeki elyazmalari Azerbaycan Osmanli qarisiq dilindeki Incil elyazmalari misal gosterile biler XX esrin evvellerinde Derbend asigi Saul Simendu ise ivrit yazi sistemi ile azerbaycan dilinde seirler yazirdi Bundan basqa Osmanlida istifade edilen ermeni turk elifbasindan tesirlenilerek Azerbaycan dilinin ermeni herfleri ile yazildigi Ermenbasi elifbasi yaradilmisdir Bu ermeni herfleri Azerbaycanda istifade olunan serqi ermeni diline uygun olaraq yazilmisdi Latin qrafikali elifbaya kecid 19 cu esrin ortalarinda Mirze Feteli Axundzade terefinden tertib olunan yeni elifba layihesi Milli Azerbaycan Tarixi Muzeyi Baki Azerbaycan dilinde yazinin latin qrafikasina kecirilmesi ucun ilk layiheler 19 cu esrin ortalarinda meydana cixdi Bu layihelerden biri Mirze Feteli Axundzade terefinden tertib edilmisdi amma layihe ele kagiz uzerinde de qaldi Belelikle 1857 ci ilde Axundov ereb elifbasinin islahati ile bagli ilk layihesini fars dilinde yazdi burada ereb yazisinin catismazliqlarina isare etdi ve hell yollarini teklif etdi 1863 cu ilde Axundov oz layihesine destek tapmaq meqsedile Istanbula sefer etdi Lakin Axundovun layihesinin beyenilmesine baxmayaraq Encumeni Danis Elmi Cemiyyeti terefinden layihe redd edildi Cavabinda Axundov Islam elifbasini tamamile redd etmeyi Avropa yazi sistemini qebul etmeyi ve buna gore soldan saga yazmagi teklif etdi Yeni bir layihe uzerinde islemesi neticesinde Axundov Avropa sistemine esaslanan 42 herfli 32 samit ve 10 sait yeni bir elifba tertib etdi Axundov yeni layihede hem ereb elifbasinda movcud olan herfleri qorudu hem de eskik saitleri elave etdi Abdulla bey Efendizadenin Son turk elifbasi kitabi Baki 1919 20 ci esrin evvellerinde Latin elifbasina kecid meselesi Azerbaycan ziyalilari terefinden defelerle gundeme getirildi Celil Memmedquluzade Hesen bey Zerdabi Neriman Nerimanov ve basqalari ereb elifbasinin deyisdirilmesini mudafie etdiler 1919 cu ilde yeni elifba hazirlamaq ucun Azerbaycan Xalq Cumhuriyyeti Tehsil Nazirliyinin nezdinde bir komissiya yaradildi Abdulla bey Efendizadenin teqdim etdiyi layihelerden biri tesdiqlenerek cap olundu Efendizadenin elifba layihesi a a b c c d e e f g h i j k l m n n o o p q ƣ r s t u v w x y z ƶ apostrof Azerbaycanin bolsevikler terefinden isgal edilmesi bu layihenin heyata kecirilmesine mane oldu Azerbaycan Sovet Sosialist Respublikasi elan olunduqdan sonra Azerbaycan yazilarinin latinlasdirilmasi meselesi yeniden aktuallasdi Uzun muzakirelerden sonra 1922 ci ilde yeni elifba tesdiqlendi ve 1925 ci ilde ereb elifbasi ile paralel olaraq resmi istifadeye verildi 1922 elifbasi Aa Bb Cc Cc Dd Ee Ee Ff Gg Ƣƣ Hh Ii Jj Kk Ll Mm Nn Ŋŋ Oo Ɵɵ Pp Qq Rr Ss Tt Uu Vv Xx Yy Zz Ƶƶ apostrof 1944 cu ilin aprelinde Mehdi Huseynzadenin latin qrafikali elifba yazdigi bir seir 1926 ci ilden etibaren yeni elifbanin tekmillesdirilmesi ile bagli muzakireler basladi 1926 ci ilin mayinda Azerbaycan Merkezi Icraiyye Komitesinin sedri Semed aga Agamalioglu latin qrafikasina kecidi Serqdeki inqilabin merkezi meselesi elan edir Neticede 1933 cu ilde bezi herflerin stilini bezilerinin ise fonetik qarsiligini deyisdiren yeni bir elifba qebul olundu 1938 ci ilde latin qrafikali Azerbaycan elifbasindan N n sagir n herfi cixarildi 1938 elifbasi Aa Bʙ Cc Cc Dd Ee Ee Ff Gg Ƣƣ Hh Ii Jj Kk Qq Ll Mm Nn Oo Ɵɵ Pp Rr Ss Ss Tt Uu Vv Xx Yy Zz Ƶƶ apostrof Yeni elifbanin tetbiqi kendlilerin etirazina tus geldi 1928 1929 cu illerde ve yeniden 1931 1932 ci illerde butun Azerbaycanda kendlere yeni elifba esasinda oxumaq ve yazmagi oyretmek ucun gelen muellimlere komsomolculara ve qadinlar sobesinin feallarina qarsi kendliler terefinden zorakiliq hallari movcud idi Kirillesdirme 1939 cu ilin mayinda Azerbaycan elifbasinin kiril qrafikasina kecirilmesi ile bagli muzakireler basladi Bir cox ferqli layihe ireli suruldu ve derc olundu Ilk layihe bele idi Aa Bb Vv Gg Ƣƣ Dd Ee Әә Zhzh Zz Ii Jj Kk Қk Ll Mm Nn Oo Өo Pp Rr Ss Tt Uu Ўy Ff Hh Һһ Chch Ҷҷ Shsh Yy apostrof 1939 cu ilin avqustunda teklif olunan basqa bir layihe Aa Bb Vv Gg Gg Һһ Ƣƣ Dd Ee Әә Zhzh Zz Ii Јј Kk Ll Mm Nn Oo Өo Pp Rr Ss Tt Uu Үү Ff Hh Chch Shsh Yy apostrof Neticede 15 noyabr 1939 cu ilde Azerbaycan SSR Xalq Komissarlari Soveti yaninda elifba komissiyasi terefinden hazirlanmis yeni bir kiril qrafikali elifba layihesi resmi olaraq tesdiq edildi 1939 cu ilin resmi tesdiqli elifbasi Aa Bb Vv Gg Ғg Dd Ee Yoyo Әә Zhzh Zz Ii Jj Kk Ҝҝ Ll Mm Nn Oo Өo Pp Rr Ss Tt Uu Үү Ff Hh Һһ Cc Chch Ҹҹ Shsh Shsh Yy Ee Yuyu Yaya apostrof 1947 ci ilde Rus dilinden alinma sozlerde istifade olunan Cc herfi elifbadan cixarildi 1958 ci ilde Yoyo Shsh Ee Yuyu Yaya herfleri de elifbadan cixarildi ve Jj herfi Јј ile evezlendi Bu elifba resmi olaraq 2001 ci iledek etibarli idi Dagistanda yasayan azerbaycanlilar mekteblerde Azerbaycan dili derslerinde latin qrafikasindan istifade olunmasina baxmayaraq kiril esasli elifbadan istifade etmeye davam edirler Azerbaycan dilinde nesr olunan Derbend qezeti materiallari esasen kiril qrafikasinda yayimlayir amma bezi meqaleler latin qrafikasinda cap olunur Azerbaycan kiril elifbasinin ferqlendirici xususiyyeti diger dillerin elifbalarinda movcud olmayan Ҝ ve Ҹ herflerinin daxil olmasi idi Azerbaycan dilinde elifba deyisikleri ve qarsiliqlariTransliterasiya cedveliEreb Latin Latin Kiril Latin IPACenubi Azerbaycan ve 1929 cu ile qeder Simali Azerbaycan 1929 1933 1933 1939 1958 1991 1991 ci ildenآ ﺍ A a A a A a A a ɑ ɑ ː ﺏ B b B ʙ B b B b b ﺝ C c C c Ҹ ҹ C c d ʑ چ C c C c Ch ch C c t ɕ t ɕʰ ﺩ D d D d D d D d d ائ E e E e E e E e e e ه ا E e E e Ә ә E e ae ﻑ F f F f F f F f f گ Ƣ ƣ G g Ҝ ҝ G g ɟ ﻍ G g Ƣ ƣ Ғ g G g ɣ ʁ ʕ ʢ ﺡ H h H h Һ һ H h h hˁ ﺥ X x X x H h X x x x ای I i Y y I i e ای I i I i I i I i i ɪ ژ Ƶ ƶ Ƶ ƶ Zh zh J j ʒ ك Q q K k K k K k c cʰ k c ق K k Q q G g Q q g ɢ ل L l L l L l L l l ɫ م M m M m M m M m m ن N n N n N n N n n ڭ N n N n ŋ ɴ او O o O o O o O o ɔ اؤ Ɵ ɵ Ɵ ɵ Ө o O o œ پ P p P p P p P p p pʰ ﺭ R r R r R r R r ɾ r ﺙ ﺱ ﺹ S s S s S s S s s ﺵ Z z S s Sh sh S s ʃ ʂ ɕ ﺕ ﻁ T t T t T t T t t tʰ او Y y U u U u U u u اﻭ U u Y y Ү ү U u y و V v V v V v V v v ي J j J j Ј ј Y y j ﺫ ﺯ ﺽ ﻅ Z z Z z Z z Z z z ع ء ʔ ː NumuneBir resmi senedde eyni vaxtda latin ve kiril elifbalarinin islenmesi Behmenyar Azerbaycaninin anadan olmasinin 1000 illik yubileyinin kecirilmesi barede Azerbaycan Respublikasi Nazirler Kabinetinin qerari Baki 5 noyabr 1992 Ereb elifbasi بۆتون اینسانلار لیاقت و حۆقوقلارینا گؤره آزاد و برابر دو غولورلار او نلارین شۆعورلاری و ویجدانلاری وار و بیر بیرلرینه مۆناسیبتده قارداشلیق روحوندا داورانمالیدیرلار 1929 1933 Butun insanlar lejaket ve hukyklari na ƣɵre azad ve beraber dogylyrlar Onlari n zuyrlari ve vicdanlari var ve bir birlerine munasibetde kardazli k ryhynda davranmali di rlar Latin 1933 1939 Bytyn insanlar lejaqet ve hyquqlarna gɵre azad ve veraver doƣulurlar Onlarn syurlar ve vicdanlar var ve vir virlerine mynasivetde qardaslq ruhunda davranmaldrlar Kiril 1940 1958 Bүtүn insanlar lәyagәt vә һүguglaryna ҝorә azad vә bәrabәr dogulurlar Onlaryn shүurlary vә viҹdanlary var vә bir birlәrinә mүnasibәtdә gardashlyg ruһunda davranmalydyrlar Kiril 1958 1991 Bүtүn insanlar lәјagәt vә һүguglaryna ҝorә azad vә bәrabәr dogulurlar Onlaryn shүurlary vә viҹdanlary var vә bir birlәrinә mүnasibәtdә gardashlyg ruһunda davranmalydyrlar Latin 1991 1992 Butun insanlar layaqat va huquqlarina gora azad va barabar dogulurlar Onlarin suurlari va vicdanlari var va bir birlarina munasibatda qardasliq ruhunda davranmalidirlar Muasir latin 1992 Butun insanlar leyaqet ve huquqlarina gore azad ve beraber dogulurlar Onlarin suurlari ve vicdanlari var ve bir birlerine munasibetde qardasliq ruhunda davranmalidirlar BFE byt yn in s ɑ n ɫ ɑ ɾ l aejɑ ːɢaet vae hygugl ɑ ɾen ɑ ɟœɾae ʔɑ ːz ɑ d vae baeɾɑ ːbaeɾ d ɔʁuɫ uɾl ˤɑ ɾ ɔn l ɑ ɾen ɕyʔuɾl ɑ ɾe vae vid ʑd ɑ n l ɑ ɾe vɑ ɾ vae biɾbiɾlaeɾin ae myn ɑ ːs ibaet d ae gɑ ɾd ɑ ʃleg ɾuːhun d ɑ d ɑ vɾɑ n mɑ lˤed elɑ ɾSait ve samitler haqqindaSaitler Saitler agiz boslugunda serbest ve maneesiz teleffuz olunur Buna gore de onlar aydin sekilde ve avazla seslenir Saitlerin daha bir xususiyyeti heca emele getirmesidir Dilimizde 9 sait var a e e i i o o u u Yaranma veziyyetine gore saitlerin asagidaki uc bolgusu var Qalin ve ince saitler Dilin arxa ve on hissesinde deyilmesine dilin ufuqu veziyyetine gore Qalin saitler dil arxasi a i o u Ince saitler dil onu e e i o u Qapali ve aciq saitler Dilin ust damaga dogru yuxari qalxmasi ve nisbeten asagi enmesi veziyyetine dilin saquli veziyyetine gore Qapali saitler dar saitler i i u u Qapali saitlerin teleffuzunde alt cene yuxariya dogru qalxir Aciq saitler gen saitler a e e o o Dodaqlanan ve dodaqlanmayan saitlerDodaqlanan saitler o o u u Dodaqlanan saitlerin teleffuzunde dodaqlar bir qeder ireliye gelir ve dairevi sekil alir Dodaqlanmayan saitler a e e i i Samitler Dilimizde 23 herfle ifade olunan 25 samit ses var Elifbamizda komandir tank klub sozlerinde k sesini ipek cicek mekteb sozlerindeki x sesini ifade etmek ucun xususi herf yoxdur Bu iki ses elifbamizda kend tuk sekil sozlerindeki k sesini ifade eden k herfi ile gosterilir Samitler ses tellerinin istirakina gore iki nove bolunur Kar samitler Kar samitler tekce kuyden emele gelir ve onlarin teleffuzunde ses telleri istirak etmir Kar samitler p k f x t s s x k c h Cingiltili samitler Cingiltili samitlerin teleffuzunde ise ses telleri istirak edir ve onlar kuyden ve avazdan ibaret olur Cingiltili samitler b q v g d j z y g c l m n r Dilimizde cingiltili ve kar samitlerin coxu cutluk teskil edir l m n r cingiltili samitlerin kar qarisigi h kar samitinin cingiltili qarisigi yoxdur n ve m seslerinin emele gelmesinde hava axini esasen burun boslugundan cixir Buna gore de hemin samitlere burun samitler deyilir l m n r samitleri sonor samitler adlanir QalereyaAzerbaycan dilinin elifbasiIstinadlarJohanson L 2021 Writing Systems In Turkic Cambridge Language Surveys pp 402 430 Cambridge Cambridge University Press doi 10 1017 9781139016704 019 Gilyarevskij R S Grivnin V S Opredelitel yazykov mira po pismennosti M Nauka 1964 S 48 Sovetskij Azerbajdzhan mify i dejstvitelnost Baku Elm 1987 S 293 Floor Willem Javadi Hasan The Role of Azerbaijani Turkish in Safavid Iran Iranian Studies 46 4 2013 569 581 doi 10 1080 00210862 2013 784516 Johanson Lars Restricted Access Isfahan Moscow Uppsala On Some Middle Azeri Manuscripts and the Stations Along Their Journey to Uppsala In Csato Eva A Gren Eklund Gunilla Johanson Lars Karakoc Birsel eds Turcologica Upsaliensia An Illustrated Collection of Essays Brill 2020 167 179 ISBN 978 9004435704 Sayat Nova Metn tert ed H Arasli terc ed E Cemil ve b Charles Dowsett Sayatʻ Nova an 18th century troubadour a biographical and literary study Peeters Publishers 1997 ISBN 90 6831 795 4 9789068317954 P 422 Orijinal metn ing In any case early 1758 seems to have been a time of feverish activity on the part of Sayat Nova in the Azeri field Although one cannot be sure since Azeri was the lingua franca of the Caucasus and well understood at the Georgian court it is possible that Sayat Nova performed his songs in this language in public in and outside Tiflis and T elavi E A Csato B Isaksson C Jahani Linguistic Convergence and Areal Diffusion Case Studies from Iranian Semitic and Turkic Routledge 2004 p 228 ISBN 0 415 30804 6 Ilya Karpenko Vorota Vostoka 2009 12 04 at the Wayback Machine Zhurnal LEHAIM Ermenbasi Երմէնբասը Omniglot ingilis 27 September 2023 tarixinde Istifade tarixi 18 mar 2024 Yobdyllah bej Yofyondi Zade Son Tyrq elifbasw Baqu 1919 Agazade F Ocherk po istorii razvitiya dvizheniya novogo alfavita Kazan 1928 Әdәvijjat ƣәzeti 23 may 1939 2013 06 16 tarixinde Istifade tarixi 2020 05 01 Әdәvijjat ƣәzeti 22 avqust 1939 2013 06 16 tarixinde Istifade tarixi 2020 05 01 1938 ci ilde elifbadan cixarilibHemcinin baxLatin qrafikali Azerbaycan elifbasi Kiril qrafikali Azerbaycan elifbasi Ereb qrafikali Azerbaycan elifbasi