Uppsala Universiteti (isv. Uppsala universitet) — İsveç Krallığının Uppsala əyalətinin eyniadlı şəhərində yerləşən və Şimali Avropanın ən qədim ali təhsil ocaqlarından biri.
Uppsala Universiteti | |
---|---|
Uppsala universitet | |
Əsası qoyulub | 1477 |
Tip | Dövlət |
Tələbə sayı | 35.556 |
Ölkə | |
Sayt | uu.se |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Uppsala Universitetinin yaranmasında arxiyepiskop Ceyms Ulfssonun əhəmiyyətli rolu olmuşdur. Belə ki, XV əsrin ortalarında C.Ulfsson Uppsala şəhərində universitet yaratmaq qərarına gəlir. Bunun üçün isə mütləq, orta əsrlər universitetlərində olduğu kimi, papa bullası almaq lazım idi. 1477-ci ildə Uppsala Universiteti bu sənədi almağa nail olur. Bullaya əsasən, Papa IV Sikstus Uppsala Universitetinə daha əvvəl yaranmış Boloniya Universitetində olduğu kimi bir sıra hüquq və imtiyazlar verir. Belə ki, Uppsala Universitetində 4 ənənəvi fakültə açılır. Həmin fakültələr bunlar idi:
- İlahiyyat fakültəsi;
- Hüquq (kilsə və Roma hüququ) fakültəsi;
- Tibb fakültəsi;
- Fəlsəfə fakültəsi.
Uppsalanın arxiyepiskopu yeni yaradılmış universitetin kansleri adlandırılır, İlahiyyat fakültəsi ali məktəbin mərkəzi qüvvəsi hesab olunur.
1515-ci ildə arxiyepiskop Ceyms Ulfsson təqaüdə çıxdıqdan sonra Uppsala Universitetinin inkişafında durğunluq yaranır. Kral XIV Erikin, sonradan isə onun qardaşı və davamçısı III İoannın universiteti dirçəltmək cəhdləri nəticəsiz qalır. 1593-cü ildə Uppsala şəhər rəhbərliyinin keçirdiyi iclasda universitetin əvvəlki nüfuzunun qaytarılması barədə qərar qəbul edilsə də, bununla bağlı faktiki olaraq ciddi heç bir iş görülmür.
İsveç orta əsrlərdə istila etdiyi ərazilər hesabına böyüməyə başlayır, ölkədə dövlət qulluqçularına və müəllimlərə daha çox ehtiyac duyulur. İsveçin müxtəlif şəhərlərində gimnaziya və hazırlıq məktəbləri tikilir. 1620-ci ildə kral II Qustav Adolfun səxavətli yardımı nəticəsində Uppsala Universitetinin iqtisadi təməli möhkəmlənir və ali məktəb inkişaf yoluna qədəm qoyur. Artıq 1630-cu ildə universitet tələbələrinin sayı 1000-i keçir. Eləcə də həmin dövrdə İsveç Krallığının tərkibində olan 1632-ci ildə Estoniyada Derpt, 1640-cı ildə Finlandiyada Abo, 1666-cı ildə Danimarkada Lund universitetləti açılır.
XVII əsrin əvvəllərində Almaniya universitetlərində təhsil almış İsveçin dövlət xadimi Aksel Oksenstierna ömrünün son illərində universitetdə kansler vəzifəsində çalışır və ali məktəbin inkişafında gördüyü xüsusi işlərlə yadda qalır. Kraliça Yelizaveta universitetə etdiyi bir çox yardımlarla yanaşı, ali məktəbdə keçirilən tədbirlərə də şəxsən qatılır. O, gənc alim Olaus Rudbekin Anatomik teatr memarlıq işinin nümayişində iştirak edir. Qeyd edək ki, Niderland Krallığının Leyden Universitetində təcrübə qazanan və ixtisasca həkim olan O.Rudbek 1655-ci ildən Uppsala Universitetində çalışmağa başlayıb və memarlıq sahəsində gördüyü işlərlə tarixə düşüb. Xüsusi gümbəzlərdən ibarət Anatomik teatr binası, hazırda XVIII əsr muzeyi hesab edilən və Botanika bağı məhz onun əməyinin bəhrəsidir. Sonradan bu bağda tibb sahəsi üzrə professor Karl Linney uzun müddət fəaliyyət göstərdiyi və xüsusi qulluq işləri apardığı üçün bağa onun adı verilir.
XVII əsrin sonunda universitetin tarixində nəzərəçarpacaq inkişaf hiss edilmir. Universitetdə dəqiq elmlər üzrə alimlərin sayı xeyli azalır, bu zamanadək ali məktəbdə aparılan fəal fəlsəfi debatlar Fransa inqilabından sonra ləngiməyə başlayır.
1702-ci ildə Uppsala Universitetində baş vermiş yanğın nəticəsində universitetin bir çox binaları yansa da, Rudbekin tikdiyi binalar yanğına daha az məruz qalır. Yanğından daha çox zərər çəkən Uppsala kilsəsi və Uppsala qəsri görkəmli İsveç memarı Karl Harleman tərəfindən bərpa edilir. Həmçinin K.Harleman yeni Konsistoriya (xristianlarda inzibati və məhkəmə hüququna malik ruhani idarə) binasını tikir, rəsədxana, Linney botanika bağının binalarında bir sıra dəyişiklik edir.
XVIII əsrdə universitetdə ortodoksal Lüteran və klassik filologiya hökm sürsə də, dəqiq elmlər üzrə də yeni layihələr həyata keçirilməyə başlanılır. 1728-ci ildə riyaziyyatçı və fizik Samuel Klingenstierna, 1729-cu ildə astronom və fizik Anders Selsi, 1741-ci ildə isə botanik və həkim Karl Linney professor elmi dərəcəsini almağa nail olurlar. Universitetdə dəqiq və humanitar elmlərin tərəfdaşları arasında mübarizə aparılır. 1741-ci ildə Uppsala Universitetində iqtisadiyyat kafedrası yaradılır. Bu, Almaniyanı çıxmaq şərti ilə, Avropada yaradılan ilk iqtisadiyyat fakültələrindən biri olur. 1759-cu ildə universitetdə təsərrüfat məqsədi ilə Təcrübi iqtisadiyyat bölməsi yaradılır.
1865-ci ildə İsveç parlamentinin sonuncu sessiyası zamanı qadınların ali məktəblərə qəbul edilməsi barədə ilk dəfə olaraq məsələ qaldırılır. Sonrakı illər bu məsələ ölkə universitetlərində də müzakirə olunur. İsveç Krallığı üzrə ilk qız tələbə Uppsala Universitetinin tələbəsi Berti Petterson olur. O, 1872-ci ildə kralın icazəsi ilə Uppsala Universitetinə qəbul edilir və burada müasir Avropa dillərini öyrənir. Sonradan isə B.Petterson oğlanlar üçün məktəbdə müəllim işləyən ilk isveçli qadın kimi tarixə düşür. Ölkədə ilk doktorluq səviyyəsi alan qadın da 1883-cü ildə Uppsala Universitetinin tarix elmləri doktoru Ellen Fries olur. 1809-cu ildə qəbul edilmiş İsveç Konstitusiyasına əsasən yalnız isveçli kişilər dövlət vəzifələri tuta və professor adını ala bilərdilər. Bu qanun 1925-ci ildə ləğv edildikdən sonra İsveçdə ilk dəfə olaraq 1949-cu ildə xanım Gerd Enequist Uppsala Universitetində insan coğrafiyası üzrə professor adına yüksəlir.
Müasir vəziyyəti
Uppsala şəhərinin mərkəzindən şimalda Uppsala Universitetinin Müəllimlərin Hazırlanması Mərkəzi, cənubda Uppsala Biotibbi, İnformasiya Texnologiyaları və Geo mərkəzlər, Anqstrem, Rudbek laboratoriyaları, universitet xəstəxanaları, qərbdə Humanitar elmlər, o cümlədən Xarici dillər, Təkamül biologiyası mərkəzləri, Botanika bağı, Kilsə ətrafında Qustavianum, Qədim Konsistoriya, Universitet Holl, Ekerman, Din, Oksentierna, Reqnellianum, Karolina Rediviva binaları, şəhərin müxtəlif hissələrində isə Teatr Oekonomikum və Qamla Torget, Anders Selsi binaları, Linney bağı yerləşir.
Uppsala Universitetində 50-dən çox bakalavr, 60-dan çox magistr və doktorluq proqramı, 1900 müxtəlif kurs təklif edən 16 fakültə fəaliyyət göstərir. Bu ali məktəbdə humanitar və sosial elmlər üzrə İlahiyyat, Hüquq, Tarix və fəlsəfə, Dillər, Sosial elmlər, Pedaqogika, tibb və əczaçılıq elmləri üzrə Tibb, Əczaçılıq, Tibb bacısı fakültələri, Tibb və Əczaçılıq Elmləri Elmi-Tədqiqat Mərkəzi, dəqiq və texniki elmlər üzrə Riyaziyyat və dəqiq elmlər, Fizika, Kimya, Biologiya, Texniki elmlər, Geoelmlər, Texnologiya və dəqiq elmlər fakültələri mövcuddur.
Uppsala Universitetinin Tibb və tibb bacısı fakültələrinin "Akademiska sjukhuset" adlı təhsil və təcrübə xəstəxanası fəaliyyət göstərir. Universitet xəstəxanasının yaşı universitetdən qədimdir, belə ki, bu xəstəxananın binası 1302-ci ildə tikilib və müstəqil xəstəxana kimi fəaliyyət göstərib, sonradan isə Uppsala Universitetinə birləşdirilib. Tibb fakültələri tələbələri üçün tikilmiş xüsusi universitet xəstəxanası Riddartorget ərazisində yerləşən və 1708-ci ildə inşa edilən "Nosocomium Academicum" xəstəxanasıdır. Ali məktəbin digər "Akademiska sjukhuset" xəstəxanası 1850-ci ildə universitet klinikasının ətraf xəstəxanalarla birləşməsi nəticəsində yaradılıb. Uppsala qəsrinin cənub-şərqindəki xəstəxananın yeni binası isə 1867-ci ildə inşa edilib.
Hazırda bu xəstəxana kompleksinin genişləndirilməsi üzrə işlər davam etdirilir. 2000-dən çox pasiyent tutumuna malik bu xəstəxananın 8000-dən çox əməkdaşı var. Universitet xəstəxanaları nəzdində Diaqnostika, anesteziya və texnologiya; Təcili tibbi yardım və reabilitasiya; Onkologiya, döş qəfəsi; Nevrologiya; Psixiatriya, Cərrahiyyə, Qadın sağlamlığı və pediatriya bölmələri, 100-ə yaxın departament fəaliyyət göstərir. Eyni zamanda Uppsala Universitetinin Uşaq xəstəxanası, Uppsala Qabaqcıl Texnologiyalar və Neyroendokrin Şişlər Mərkəzi, Mobil İntensiv Müalicə, Helikopter İntensiv Müalicə, Bərkidilən Qanad İntensiv Müalicə (xəstənin yanına ən sürətli yetişmə, bütün avadanlıqla təchiz olunan vertolyot və təyyarələrə malik) şöbələri mövcuddur. Universitetin Uppsala Qayğı Xidməti ölkədə yaşayan əcnəbi vətəndaşlar üçün tibbi xidmətlər təklif edir. Qayğı Xidməti Endokrin onkologiya; Daxili xəstəliklər; Ginekologiya və sonsuzluq; İmmun catışmazlığı; Nevrologiya və neyrofiziologiya; Neyrocərrahiyyə, əmək terapiyası, reabilitasiya; Protez; Onurğa beyini zədələri reabilitasiyası; Xərçəngin cərrahiyyə və şüa terapiyası yolu ilə müalicəsi; Orqanların transplantasiyası; Uroloji xəstəliklər bölmələrindən; Döş Xəstəlikləri (kardiologiya, angioplastika və aritmiya daxil olmaqla) Mərkəzindən ibarətdir.
Kitabxanası
Universitetin kitabxana sistemi ölkənin ən zəngin universitet kitabxanalarından hesab edilir. Bu sistem əsas Karolina Rediviva kitabxanası daxil olmaqla 18 filial kitabxanalarından (Karolina Rediviva, Boye Karin, Blasenhus, Hüquq, Daq Hammarşeld, İqtisadi elmlər, Şəhər və yaşayış yeri tədqiqatları, Təhsil və tədqiqat, Tibb, Səhiyyə və qayğı, Biotibbi, Anqstrem, Yer elmləri, Biologiya, Əlyazma və musiqi, Xəritə və çap, İlkin nəşrlər, Arxiv kitabxanaları) ibarətdir.
Kitabxanalarda humanitar, ilahiyyat, sosiologiya, mədəniyyət, hüquq, pedaqogika, tibb, əczaçılıq, dəqiq elmlər və texnologiya üzrə kolleksiyalar toplanıb. Əsas kitabxana olan Karolina Rediviva binası 1841-ci ildə memar Karl Frederik Sundvall tərəfindən inşa edilib. Bu kitabxanada 6 milyona yaxın kitab, 61959 əlyazma, 7200-ə qədər musiqi partiturası, 345734 xəritə və digər coğrafi sənəd, eləcə də minlərlə digər materiallar saxlanılır. Arxiv və əlyazmalar arasında qotik İncil əlyazmaları (Kodeks Argenteus), astronom Nikolay Kopernikin və digər alimlərin əsərləri, kralların şəxsi sənədləri mövcuddur.
Muzeyləri
Uppsala Universitetinin unikal kolleksiyaya malik bir neçə muzeyi fəaliyyət göstərir. Bu muzeylər tədqiqatçılar, Uppsala şəhərinə gələn insanlar üçün böyük resurs mənbəyi hesab edilir. Universitetin zəngin kolleksiyalara malik muzeyləri arasında Təkamül, Tibb tarixi muzeylərini, Qustavianum binasını, Karolina Rediviva sərgisini xüsusi qeyd etmək olar.
Rəhbərlik və kontingent
Uppsala Universiteti Senat tərəfindən idarə olunur. Senat ali məktəbin elmi, iqtisadi, inzibati işlərinin planlaşdırılması və həyata keçirilməsinə cavabdehlik daşıyır. Senatın üzvlərini İsveç dövləti təyin edir. Müəllim və tələbələr də Senatın üzvü ola bilərlər. Senatın hər bir üzvü səsvermə hüququna malikdir. Senatın müəyyən etdiyi işlərin həyata keçirilməsinə operativ nəzarət universitet rektorunun üzərinə düşür. Uppsala Universitetinin rektoru və vitse-kansleri professor Anders Hallberqdir. Rektorun humanitar və sosial elmlər, tibb və əczaçılıq, eləcə də dəqiq elmlər və texnika üzrə 3 müavini var. Fakültələr dekanlar tərəfindən idarə olunur. Universitetdə ümumilikdə 5000 nəfər işçi çalışır. Onların 3000-i professor-müəllim və tədqiqatçılardır, qalanları isə inzibati heyətə daxildir. Universitetdə 550 nəfər baş müəllim işləyir, müəllimlərin 20 faizini qadınlar təşkil edirlər.
Uppsala Universitetində 45000-ə yaxın tələbə təhsil alır. Onların 23000-ni əyani, qalanlarını isə qiyabi oxuyan tələbələr təşkil edirlər. Tələbələrin yarıdan çoxu humanitar və sosial elmlər üzrə təhsil alır.
Yataqxana kompleksi
Uppsala Universitetinin tələbə şəhərciyində 3500 birotaqlı və 2700-ə qədər mənzildən ibarət yataqxana kompleksi fəaliyyət göstərir. Buna baxmayaraq, tələbələr universitet yataqxanalarında yer tapmaqda bir qədər çətinlik çəkir, kirayə otaq tutmaq və şəhərdə müstəqil olaraq yaşayış yeri axtarmaq məcburiyyətində qalırlar. Bu işdə tələbələrə universitetin Tələbə Təşkilatı yardım edir. Tələbə Təşkilatı bir sıra xüsusi mənzil və otaqlara malikdir və təşkilata üzv olan tələbələri burada yerləşdirir. Təşkilat Kvarnqardet, Floqsta, Centrum, Hoqanas, Luthagen, Ultuna, Qamla Uppsala və digər rayonlarda yerləşən yataqxanalarda otaqlar təklif edir. Bir otağın qiyməti yerləşdiyi ərazi və şəraitindən asılı olaraq ayda 2300-5000 İsveç kronu arasında dəyişir.
Tələbə Təşkilatı
Uppsala Tələbə Təşkilatı 1849-cu ildə yaradılıb və bu təşkilata Əczaçılıq fakültəsinin tələbələrini çıxmaq şərti ilə millətindən asılı olmayaraq bütün tələbələr daxil edilir. Əczaçılıq fakültəsinin tələbələrinin təşkilata üzvlükdən azad olmasının səbəbi onların ayrıca olaraq Əczaçılıq Tələbələri Assosiasiyasının fəaliyyət göstərməsi ilə əlaqədardır. Eyni zamanda Uppsala Universitetində hər ölkəni və ya milləti təmsil edən tələbələr də xüsusi təşkilatlar yaradırlar.
İdman
ABŞ və Böyük Britaniya universitetlərindən fərqli olaraq Uppsala Universiteti tələbələrinin həyatında idman elə də böyük rol oynamır. Universitet daha çox musiqi və xor sahəsi üzrə məşhurdur. Burada tələbələr qılıncoynatma, gimnastika, yüngül atletika, atçılıq və s. idman növlərinə üstünlük verirlər.
Musiqi sahəsi
Universitetdə musiqi sahəsinə xüsusi diqqət ayrılır. Kral Akademik Orkestri 1627-ci ildən fəaliyyət göstərir. Bu orkestrdə Vilhelm Stenhammar, Uqo Alfven və Lars-Erik Larson kimi dahi bəstəkarlar çalışıblar. Universitetin məşhur xor qrupu fəaliyyət göstərir və bu qrupun tanınmış simalarından Erik Eriksonun adını qeyd etmək olar. Onun şərəfinə universitetdə Erikson Xor Rejissorluğu kafedrası, 2000-ci ildə isə xor mərkəzi açılıb. Mərkəz xor kursları təklif edir.
Xarici əlaqələri
Dünyanın ən qədim ali məktəblərindən olan Uppsala Universiteti hazırda beynəlxalq əməkdaşlıq, ticarət, iqtisadiyyat, mədəni mübadilə və bir sıra digər sahələr üzrə ən innovativ tədqiqat və təhsil tədbirləri keçirir. Ali məktəbin qarşısında duran əsas məsələlərdən biri də fənlərarası tədqiqatların aparılması və dünyanın müxtəlif böyük şirkətləri ilə əməkdaşlıq çərçivəsində yeni modellərin işlənməsidir. Son illər universitet apardığı tədqiqatların öyrənilməsi üçün beynəlxalq ekspertlər dəvət edib. Universitetin əldə etdiyi nəticələr ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Bu gün Uppsala Universiteti tək Avropanın deyil, bütün dünyanın sürətlə inkişaf edən elmi-tədqiqat müəssisələrindən birinə çevrilib.
2010-cu ilin mayından Uppsala Universiteti Dartmut Kolleci (ABŞ), (Böyük Britaniya), Kuins (Kanada), (Yeni Zellandiya), Tübingen (Almaniya) və Qərbi Avstraliya (Avstraliya) universitetləri ilə birgə əməkdaşlıq çərçivəsində Matariki Universitetləri Şəbəkəsinə qoşulub.
Koimbra qrupunun üzvüdür.
Büdcəsi
Uppsala Universitetinin illik büdcəsi 5000000000 İsveç kronu təşkil edir.
Təhsil haqqı
Universitetdə yerli və Avropa Birliyi, eləcə də Avropa İqtisadi Məkanı ölkələrini təmsil edən tələbələr ödənişsiz təhsil alırlar. Əcnəbi tələbələrdən isə təhsil haqqı ödəmək tələb olunur. Bakalavr pilləsində onların təhsil haqqı ildə 80000-180000 İsveç kronu təşkil edir. Təhsil haqqı İsveç kronu ilə ödənilir. Tələbə qeydiyyatdan keçmək üçün 900 İsveç kronu (100 avro) verir. Universitetin magistratura və doktorantura səviyyəsində təhsil haqqı tələbənin seçdiyi proqrama görə fərqlənir.
Uppsala Universitetinin təqaüd proqramı Avropa Birliyi və Avropa İqtisadi Məkanından kənar ölkələri təmsil edən tələbələr üçün nəzərdə tutulub. Təqaüd elanları payız və yaz aylarında (1 noyabr, 1 aprel) verilir və tələbələrin ərizə qəbuluna başlanılır. Universitetdə təhsil haqqını tamamilə ödəyəcək məbləğdə bir neşə təqaüd mövcuddur. Burada təqaüdlə yanaşı tələbələrə qrant və kreditlər təklif olunur. Universitetin verdiyi Vallenberq fondu, Linney qrantlarının məbləği 86000 İsveç kronu təşkil edir.
Reytinqi
Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Uppsala Universiteti 100 ən yaxşı ali məktəb arasında 75-ci yerdə olmuşdur.
2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında Uppsala Universiteti "Times Higher Education World University Rankings"in apardığı araşdırmaya əsasən 147-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 62-ci yerdə qərarlaşmışdır.
2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
59 | 74 | 60 | 65 | 66 | 71 | 76 | 66 | 67 | 73 | 73 | 60 | 61 |
Məşhur məzunları
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- — İsveç Krallığının taclı şahzadəsi;
- — İsveç Krallığının sabiq kralı;
- XV Karl — İsveç Krallığının sabiq kralı;
- II Oskar — İsveç Krallığının sabiq kralı;
- V Qustav — İsveç Krallığının sabiq kralı;
- VI Qustav — İsveç Krallığının sabiq kralı;
- XVI Karl Qustav — İsveç Krallığının sabiq kralı;
- — İsveç Krallığının sabiq baş naziri;
- — İsveçin sabiq xarici işlər naziri, Beynəlxalq Atom Enerjisi Agentliyinin sabiq rəhbəri;
- — İsveçin sabiq xarici işlər naziri;
- — Beynəlxalq Valyuta Fondunun direktoru;
- — BMT Baş katibinin hüquq məsələləri üzrə sabiq müavini;
- — Norveçin general-qubernatoru;
- — İsveçin sabiq ədliyyə naziri;
- — Yuqoslaviya Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri.
Nobel mükafatı laureatları
- Arne Tiselius — kimya üzrə Nobel mükafatı laureatı;
- Teodor Svedberq — kimya üzrə Nobel mükafatı laureatı;
- Svante Arrenius — kimya üzrə Nobel mükafatı laureatı;
- — fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı;
- Robert Barani — fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı;
- — fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı;
- — fizika üzrə Nobel mükafatı laureatı;
- — fizika üzrə Nobel mükafatı laureatı;
- — fizika üzrə Nobel mükafatı laureatı;
- — ədəbiyyat üzrə Nobel mükafatı laureatı;
- Per Lagerkvist — ədəbiyyat üzrə Nobel mükafatı laureatı;
- Yalmar Brantinq — ədəbiyyat üzrə Nobel mükafatı laureatı;
- — sülh üzrə Nobel mükafatı laureatı;
- — sülh üzrə Nobel mükafatı laureatı;
- Daq Hammarşeld — sülh üzrə Nobel mükafatı laureatı.
Həmçinin bax
Mənbə
- Lamiyə Əliyeva, Dünya universitetləri: Uppsala Universiteti 2012-05-13 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 29.04.2011, № 16. (az.)
İstinadlar
- https://www.uka.se/statistik--analys/hogskolan-i-siffror/statistik/statistikomrade.html?statq=https%3A%2F%2Fstatistik-api.uka.se%2Fapi%2Ftotals%2F25%3Fyear%3DHT2020.
- Public register of government agencies in Sweden.
- Our Members 2022-02-23 at the Wayback Machine. matarikinetwork.org (ing.)
- (PDF). Coimbra Group. 2014-04-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10.10.2015.
- . Shanghai Ranking Consultancy. 2015. 2015-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2015.
- . 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- . 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- . 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- . 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- . 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- . 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- . 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- . 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- . 2013-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- . 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- . 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- . 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
Xarici keçidlər
- uu.se — Uppsala Universitetinin rəsmi saytı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Uppsala Universiteti isv Uppsala universitet Isvec Kralliginin Uppsala eyaletinin eyniadli seherinde yerlesen ve Simali Avropanin en qedim ali tehsil ocaqlarindan biri Uppsala UniversitetiUppsala universitet59 51 27 sm e 17 37 44 s u Esasi qoyulub 1477Tip DovletTelebe sayi 35 556Olke IsvecSayt uu se Vikianbarda elaqeli mediafayllarTarixiUppsala Universitetinin yaranmasinda arxiyepiskop Ceyms Ulfssonun ehemiyyetli rolu olmusdur Bele ki XV esrin ortalarinda C Ulfsson Uppsala seherinde universitet yaratmaq qerarina gelir Bunun ucun ise mutleq orta esrler universitetlerinde oldugu kimi papa bullasi almaq lazim idi 1477 ci ilde Uppsala Universiteti bu senedi almaga nail olur Bullaya esasen Papa IV Sikstus Uppsala Universitetine daha evvel yaranmis Boloniya Universitetinde oldugu kimi bir sira huquq ve imtiyazlar verir Bele ki Uppsala Universitetinde 4 enenevi fakulte acilir Hemin fakulteler bunlar idi Ilahiyyat fakultesi Huquq kilse ve Roma huququ fakultesi Tibb fakultesi Felsefe fakultesi Uppsalanin arxiyepiskopu yeni yaradilmis universitetin kansleri adlandirilir Ilahiyyat fakultesi ali mektebin merkezi quvvesi hesab olunur 1515 ci ilde arxiyepiskop Ceyms Ulfsson teqaude cixdiqdan sonra Uppsala Universitetinin inkisafinda durgunluq yaranir Kral XIV Erikin sonradan ise onun qardasi ve davamcisi III Ioannin universiteti dirceltmek cehdleri neticesiz qalir 1593 cu ilde Uppsala seher rehberliyinin kecirdiyi iclasda universitetin evvelki nufuzunun qaytarilmasi barede qerar qebul edilse de bununla bagli faktiki olaraq ciddi hec bir is gorulmur Isvec orta esrlerde istila etdiyi eraziler hesabina boyumeye baslayir olkede dovlet qulluqcularina ve muellimlere daha cox ehtiyac duyulur Isvecin muxtelif seherlerinde gimnaziya ve hazirliq mektebleri tikilir 1620 ci ilde kral II Qustav Adolfun sexavetli yardimi neticesinde Uppsala Universitetinin iqtisadi temeli mohkemlenir ve ali mekteb inkisaf yoluna qedem qoyur Artiq 1630 cu ilde universitet telebelerinin sayi 1000 i kecir Elece de hemin dovrde Isvec Kralliginin terkibinde olan 1632 ci ilde Estoniyada Derpt 1640 ci ilde Finlandiyada Abo 1666 ci ilde Danimarkada Lund universitetleti acilir XVII esrin evvellerinde Almaniya universitetlerinde tehsil almis Isvecin dovlet xadimi Aksel Oksenstierna omrunun son illerinde universitetde kansler vezifesinde calisir ve ali mektebin inkisafinda gorduyu xususi islerle yadda qalir Kralica Yelizaveta universitete etdiyi bir cox yardimlarla yanasi ali mektebde kecirilen tedbirlere de sexsen qatilir O genc alim Olaus Rudbekin Anatomik teatr memarliq isinin numayisinde istirak edir Qeyd edek ki Niderland Kralliginin Leyden Universitetinde tecrube qazanan ve ixtisasca hekim olan O Rudbek 1655 ci ilden Uppsala Universitetinde calismaga baslayib ve memarliq sahesinde gorduyu islerle tarixe dusub Xususi gumbezlerden ibaret Anatomik teatr binasi hazirda XVIII esr muzeyi hesab edilen ve Botanika bagi mehz onun emeyinin behresidir Sonradan bu bagda tibb sahesi uzre professor Karl Linney uzun muddet fealiyyet gosterdiyi ve xususi qulluq isleri apardigi ucun baga onun adi verilir XVII esrin sonunda universitetin tarixinde nezerecarpacaq inkisaf hiss edilmir Universitetde deqiq elmler uzre alimlerin sayi xeyli azalir bu zamanadek ali mektebde aparilan feal felsefi debatlar Fransa inqilabindan sonra lengimeye baslayir 1702 ci ilde Uppsala Universitetinde bas vermis yangin neticesinde universitetin bir cox binalari yansa da Rudbekin tikdiyi binalar yangina daha az meruz qalir Yangindan daha cox zerer ceken Uppsala kilsesi ve Uppsala qesri gorkemli Isvec memari Karl Harleman terefinden berpa edilir Hemcinin K Harleman yeni Konsistoriya xristianlarda inzibati ve mehkeme huququna malik ruhani idare binasini tikir resedxana Linney botanika baginin binalarinda bir sira deyisiklik edir XVIII esrde universitetde ortodoksal Luteran ve klassik filologiya hokm surse de deqiq elmler uzre de yeni layiheler heyata kecirilmeye baslanilir 1728 ci ilde riyaziyyatci ve fizik Samuel Klingenstierna 1729 cu ilde astronom ve fizik Anders Selsi 1741 ci ilde ise botanik ve hekim Karl Linney professor elmi derecesini almaga nail olurlar Universitetde deqiq ve humanitar elmlerin terefdaslari arasinda mubarize aparilir 1741 ci ilde Uppsala Universitetinde iqtisadiyyat kafedrasi yaradilir Bu Almaniyani cixmaq serti ile Avropada yaradilan ilk iqtisadiyyat fakultelerinden biri olur 1759 cu ilde universitetde teserrufat meqsedi ile Tecrubi iqtisadiyyat bolmesi yaradilir 1865 ci ilde Isvec parlamentinin sonuncu sessiyasi zamani qadinlarin ali mekteblere qebul edilmesi barede ilk defe olaraq mesele qaldirilir Sonraki iller bu mesele olke universitetlerinde de muzakire olunur Isvec Kralligi uzre ilk qiz telebe Uppsala Universitetinin telebesi Berti Petterson olur O 1872 ci ilde kralin icazesi ile Uppsala Universitetine qebul edilir ve burada muasir Avropa dillerini oyrenir Sonradan ise B Petterson oglanlar ucun mektebde muellim isleyen ilk isvecli qadin kimi tarixe dusur Olkede ilk doktorluq seviyyesi alan qadin da 1883 cu ilde Uppsala Universitetinin tarix elmleri doktoru Ellen Fries olur 1809 cu ilde qebul edilmis Isvec Konstitusiyasina esasen yalniz isvecli kisiler dovlet vezifeleri tuta ve professor adini ala bilerdiler Bu qanun 1925 ci ilde legv edildikden sonra Isvecde ilk defe olaraq 1949 cu ilde xanim Gerd Enequist Uppsala Universitetinde insan cografiyasi uzre professor adina yukselir Muasir veziyyetiUppsala seherinin merkezinden simalda Uppsala Universitetinin Muellimlerin Hazirlanmasi Merkezi cenubda Uppsala Biotibbi Informasiya Texnologiyalari ve Geo merkezler Anqstrem Rudbek laboratoriyalari universitet xestexanalari qerbde Humanitar elmler o cumleden Xarici diller Tekamul biologiyasi merkezleri Botanika bagi Kilse etrafinda Qustavianum Qedim Konsistoriya Universitet Holl Ekerman Din Oksentierna Reqnellianum Karolina Rediviva binalari seherin muxtelif hisselerinde ise Teatr Oekonomikum ve Qamla Torget Anders Selsi binalari Linney bagi yerlesir Uppsala Universitetinde 50 den cox bakalavr 60 dan cox magistr ve doktorluq proqrami 1900 muxtelif kurs teklif eden 16 fakulte fealiyyet gosterir Bu ali mektebde humanitar ve sosial elmler uzre Ilahiyyat Huquq Tarix ve felsefe Diller Sosial elmler Pedaqogika tibb ve eczaciliq elmleri uzre Tibb Eczaciliq Tibb bacisi fakulteleri Tibb ve Eczaciliq Elmleri Elmi Tedqiqat Merkezi deqiq ve texniki elmler uzre Riyaziyyat ve deqiq elmler Fizika Kimya Biologiya Texniki elmler Geoelmler Texnologiya ve deqiq elmler fakulteleri movcuddur Uppsala Universitetinin Tibb ve tibb bacisi fakultelerinin Akademiska sjukhuset adli tehsil ve tecrube xestexanasi fealiyyet gosterir Universitet xestexanasinin yasi universitetden qedimdir bele ki bu xestexananin binasi 1302 ci ilde tikilib ve musteqil xestexana kimi fealiyyet gosterib sonradan ise Uppsala Universitetine birlesdirilib Tibb fakulteleri telebeleri ucun tikilmis xususi universitet xestexanasi Riddartorget erazisinde yerlesen ve 1708 ci ilde insa edilen Nosocomium Academicum xestexanasidir Ali mektebin diger Akademiska sjukhuset xestexanasi 1850 ci ilde universitet klinikasinin etraf xestexanalarla birlesmesi neticesinde yaradilib Uppsala qesrinin cenub serqindeki xestexananin yeni binasi ise 1867 ci ilde insa edilib Hazirda bu xestexana kompleksinin genislendirilmesi uzre isler davam etdirilir 2000 den cox pasiyent tutumuna malik bu xestexananin 8000 den cox emekdasi var Universitet xestexanalari nezdinde Diaqnostika anesteziya ve texnologiya Tecili tibbi yardim ve reabilitasiya Onkologiya dos qefesi Nevrologiya Psixiatriya Cerrahiyye Qadin saglamligi ve pediatriya bolmeleri 100 e yaxin departament fealiyyet gosterir Eyni zamanda Uppsala Universitetinin Usaq xestexanasi Uppsala Qabaqcil Texnologiyalar ve Neyroendokrin Sisler Merkezi Mobil Intensiv Mualice Helikopter Intensiv Mualice Berkidilen Qanad Intensiv Mualice xestenin yanina en suretli yetisme butun avadanliqla techiz olunan vertolyot ve teyyarelere malik sobeleri movcuddur Universitetin Uppsala Qaygi Xidmeti olkede yasayan ecnebi vetendaslar ucun tibbi xidmetler teklif edir Qaygi Xidmeti Endokrin onkologiya Daxili xestelikler Ginekologiya ve sonsuzluq Immun catismazligi Nevrologiya ve neyrofiziologiya Neyrocerrahiyye emek terapiyasi reabilitasiya Protez Onurga beyini zedeleri reabilitasiyasi Xercengin cerrahiyye ve sua terapiyasi yolu ile mualicesi Orqanlarin transplantasiyasi Uroloji xestelikler bolmelerinden Dos Xestelikleri kardiologiya angioplastika ve aritmiya daxil olmaqla Merkezinden ibaretdir KitabxanasiUniversitetin kitabxana sistemi olkenin en zengin universitet kitabxanalarindan hesab edilir Bu sistem esas Karolina Rediviva kitabxanasi daxil olmaqla 18 filial kitabxanalarindan Karolina Rediviva Boye Karin Blasenhus Huquq Daq Hammarseld Iqtisadi elmler Seher ve yasayis yeri tedqiqatlari Tehsil ve tedqiqat Tibb Sehiyye ve qaygi Biotibbi Anqstrem Yer elmleri Biologiya Elyazma ve musiqi Xerite ve cap Ilkin nesrler Arxiv kitabxanalari ibaretdir Kitabxanalarda humanitar ilahiyyat sosiologiya medeniyyet huquq pedaqogika tibb eczaciliq deqiq elmler ve texnologiya uzre kolleksiyalar toplanib Esas kitabxana olan Karolina Rediviva binasi 1841 ci ilde memar Karl Frederik Sundvall terefinden insa edilib Bu kitabxanada 6 milyona yaxin kitab 61959 elyazma 7200 e qeder musiqi partiturasi 345734 xerite ve diger cografi sened elece de minlerle diger materiallar saxlanilir Arxiv ve elyazmalar arasinda qotik Incil elyazmalari Kodeks Argenteus astronom Nikolay Kopernikin ve diger alimlerin eserleri krallarin sexsi senedleri movcuddur MuzeyleriUppsala Universitetinin unikal kolleksiyaya malik bir nece muzeyi fealiyyet gosterir Bu muzeyler tedqiqatcilar Uppsala seherine gelen insanlar ucun boyuk resurs menbeyi hesab edilir Universitetin zengin kolleksiyalara malik muzeyleri arasinda Tekamul Tibb tarixi muzeylerini Qustavianum binasini Karolina Rediviva sergisini xususi qeyd etmek olar Rehberlik ve kontingentUppsala Universiteti Senat terefinden idare olunur Senat ali mektebin elmi iqtisadi inzibati islerinin planlasdirilmasi ve heyata kecirilmesine cavabdehlik dasiyir Senatin uzvlerini Isvec dovleti teyin edir Muellim ve telebeler de Senatin uzvu ola bilerler Senatin her bir uzvu sesverme huququna malikdir Senatin mueyyen etdiyi islerin heyata kecirilmesine operativ nezaret universitet rektorunun uzerine dusur Uppsala Universitetinin rektoru ve vitse kansleri professor Anders Hallberqdir Rektorun humanitar ve sosial elmler tibb ve eczaciliq elece de deqiq elmler ve texnika uzre 3 muavini var Fakulteler dekanlar terefinden idare olunur Universitetde umumilikde 5000 nefer isci calisir Onlarin 3000 i professor muellim ve tedqiqatcilardir qalanlari ise inzibati heyete daxildir Universitetde 550 nefer bas muellim isleyir muellimlerin 20 faizini qadinlar teskil edirler Uppsala Universitetinde 45000 e yaxin telebe tehsil alir Onlarin 23000 ni eyani qalanlarini ise qiyabi oxuyan telebeler teskil edirler Telebelerin yaridan coxu humanitar ve sosial elmler uzre tehsil alir Yataqxana kompleksiUppsala Universitetinin telebe seherciyinde 3500 birotaqli ve 2700 e qeder menzilden ibaret yataqxana kompleksi fealiyyet gosterir Buna baxmayaraq telebeler universitet yataqxanalarinda yer tapmaqda bir qeder cetinlik cekir kiraye otaq tutmaq ve seherde musteqil olaraq yasayis yeri axtarmaq mecburiyyetinde qalirlar Bu isde telebelere universitetin Telebe Teskilati yardim edir Telebe Teskilati bir sira xususi menzil ve otaqlara malikdir ve teskilata uzv olan telebeleri burada yerlesdirir Teskilat Kvarnqardet Floqsta Centrum Hoqanas Luthagen Ultuna Qamla Uppsala ve diger rayonlarda yerlesen yataqxanalarda otaqlar teklif edir Bir otagin qiymeti yerlesdiyi erazi ve seraitinden asili olaraq ayda 2300 5000 Isvec kronu arasinda deyisir Telebe TeskilatiUppsala Telebe Teskilati 1849 cu ilde yaradilib ve bu teskilata Eczaciliq fakultesinin telebelerini cixmaq serti ile milletinden asili olmayaraq butun telebeler daxil edilir Eczaciliq fakultesinin telebelerinin teskilata uzvlukden azad olmasinin sebebi onlarin ayrica olaraq Eczaciliq Telebeleri Assosiasiyasinin fealiyyet gostermesi ile elaqedardir Eyni zamanda Uppsala Universitetinde her olkeni ve ya milleti temsil eden telebeler de xususi teskilatlar yaradirlar IdmanABS ve Boyuk Britaniya universitetlerinden ferqli olaraq Uppsala Universiteti telebelerinin heyatinda idman ele de boyuk rol oynamir Universitet daha cox musiqi ve xor sahesi uzre meshurdur Burada telebeler qilincoynatma gimnastika yungul atletika atciliq ve s idman novlerine ustunluk verirler Musiqi sahesiUniversitetde musiqi sahesine xususi diqqet ayrilir Kral Akademik Orkestri 1627 ci ilden fealiyyet gosterir Bu orkestrde Vilhelm Stenhammar Uqo Alfven ve Lars Erik Larson kimi dahi bestekarlar calisiblar Universitetin meshur xor qrupu fealiyyet gosterir ve bu qrupun taninmis simalarindan Erik Eriksonun adini qeyd etmek olar Onun serefine universitetde Erikson Xor Rejissorlugu kafedrasi 2000 ci ilde ise xor merkezi acilib Merkez xor kurslari teklif edir Xarici elaqeleriDunyanin en qedim ali mekteblerinden olan Uppsala Universiteti hazirda beynelxalq emekdasliq ticaret iqtisadiyyat medeni mubadile ve bir sira diger saheler uzre en innovativ tedqiqat ve tehsil tedbirleri kecirir Ali mektebin qarsisinda duran esas meselelerden biri de fenlerarasi tedqiqatlarin aparilmasi ve dunyanin muxtelif boyuk sirketleri ile emekdasliq cercivesinde yeni modellerin islenmesidir Son iller universitet apardigi tedqiqatlarin oyrenilmesi ucun beynelxalq ekspertler devet edib Universitetin elde etdiyi neticeler ekspertler terefinden yuksek qiymetlendirilib Bu gun Uppsala Universiteti tek Avropanin deyil butun dunyanin suretle inkisaf eden elmi tedqiqat muessiselerinden birine cevrilib 2010 cu ilin mayindan Uppsala Universiteti Dartmut Kolleci ABS Boyuk Britaniya Kuins Kanada Yeni Zellandiya Tubingen Almaniya ve Qerbi Avstraliya Avstraliya universitetleri ile birge emekdasliq cercivesinde Matariki Universitetleri Sebekesine qosulub Koimbra qrupunun uzvudur BudcesiUppsala Universitetinin illik budcesi 5000000000 Isvec kronu teskil edir Tehsil haqqiUniversitetde yerli ve Avropa Birliyi elece de Avropa Iqtisadi Mekani olkelerini temsil eden telebeler odenissiz tehsil alirlar Ecnebi telebelerden ise tehsil haqqi odemek teleb olunur Bakalavr pillesinde onlarin tehsil haqqi ilde 80000 180000 Isvec kronu teskil edir Tehsil haqqi Isvec kronu ile odenilir Telebe qeydiyyatdan kecmek ucun 900 Isvec kronu 100 avro verir Universitetin magistratura ve doktorantura seviyyesinde tehsil haqqi telebenin secdiyi proqrama gore ferqlenir Uppsala Universitetinin teqaud proqrami Avropa Birliyi ve Avropa Iqtisadi Mekanindan kenar olkeleri temsil eden telebeler ucun nezerde tutulub Teqaud elanlari payiz ve yaz aylarinda 1 noyabr 1 aprel verilir ve telebelerin erize qebuluna baslanilir Universitetde tehsil haqqini tamamile odeyecek meblegde bir nese teqaud movcuddur Burada teqaudle yanasi telebelere qrant ve kreditler teklif olunur Universitetin verdiyi Vallenberq fondu Linney qrantlarinin meblegi 86000 Isvec kronu teskil edir ReytinqiBoyuk Britaniyanin Times Higher Education Supplement QS World Universities Rankings jurnalinin 2009 cu ilde apardigi dunya universitetlerinin reytinqine esasen Uppsala Universiteti 100 en yaxsi ali mekteb arasinda 75 ci yerde olmusdur 2010 cu il uzre dunyanin en nufuzlu universitetleri arasinda Uppsala Universiteti Times Higher Education World University Rankings in apardigi arasdirmaya esasen 147 ci QS World University Rankings in aciqlamasina gore ise 62 ci yerde qerarlasmisdir Academic Ranking of World Universities deki yeri 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 201559 74 60 65 66 71 76 66 67 73 73 60 61Meshur mezunlariBuranin mezunu olan meshurlardan misal olaraq asagidakilarin adlarini cekmek olar Isvec Kralliginin tacli sahzadesi Isvec Kralliginin sabiq krali XV Karl Isvec Kralliginin sabiq krali II Oskar Isvec Kralliginin sabiq krali V Qustav Isvec Kralliginin sabiq krali VI Qustav Isvec Kralliginin sabiq krali XVI Karl Qustav Isvec Kralliginin sabiq krali Isvec Kralliginin sabiq bas naziri Isvecin sabiq xarici isler naziri Beynelxalq Atom Enerjisi Agentliyinin sabiq rehberi Isvecin sabiq xarici isler naziri Beynelxalq Valyuta Fondunun direktoru BMT Bas katibinin huquq meseleleri uzre sabiq muavini Norvecin general qubernatoru Isvecin sabiq edliyye naziri Yuqoslaviya Tehlukesizlik Xidmetinin sabiq rehberi Nobel mukafati laureatlariArne Tiselius kimya uzre Nobel mukafati laureati Teodor Svedberq kimya uzre Nobel mukafati laureati Svante Arrenius kimya uzre Nobel mukafati laureati fiziologiya ve tibb uzre Nobel mukafati laureati Robert Barani fiziologiya ve tibb uzre Nobel mukafati laureati fiziologiya ve tibb uzre Nobel mukafati laureati fizika uzre Nobel mukafati laureati fizika uzre Nobel mukafati laureati fizika uzre Nobel mukafati laureati edebiyyat uzre Nobel mukafati laureati Per Lagerkvist edebiyyat uzre Nobel mukafati laureati Yalmar Brantinq edebiyyat uzre Nobel mukafati laureati sulh uzre Nobel mukafati laureati sulh uzre Nobel mukafati laureati Daq Hammarseld sulh uzre Nobel mukafati laureati Hemcinin bax Universitet portaliMenbeLamiye Eliyeva Dunya universitetleri Uppsala Universiteti 2012 05 13 at the Wayback Machine Azerbaycan muellimi qezeti 29 04 2011 16 az Istinadlarhttps www uka se statistik analys hogskolan i siffror statistik statistikomrade html statq https 3A 2F 2Fstatistik api uka se 2Fapi 2Ftotals 2F25 3Fyear 3DHT2020 Public register of government agencies in Sweden Our Members 2022 02 23 at the Wayback Machine matarikinetwork org ing PDF Coimbra Group 2014 04 21 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 10 10 2015 Shanghai Ranking Consultancy 2015 2015 05 23 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 26 avqust 2015 2015 04 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 26 2015 09 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 26 2015 04 24 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 26 2015 09 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 26 2015 04 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 26 2015 09 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 26 2015 04 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 26 2015 12 10 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 26 Academic Ranking of World Universities 2011 2011 08 23 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 26 2013 04 25 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 26 2019 03 11 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 26 2015 01 19 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 26 2015 10 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 26 Xarici kecidleruu se Uppsala Universitetinin resmi sayti