Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
Aqata Meri Klarissa Miller (ing. Agatha Mary Clarissa Miller; 15 sentyabr 1890[…] – 12 yanvar 1976[…]) — ingiltərəli yazıçı, dramaturq, detektiv janrının kraliçası. Daha çox birinci ərinin soyadı ilə Aqata Kristi (ing. Agatha Christie) kimi tanınır. O, dünyanın ən məşhur detektiv yazıçılarından biridir. Aqata Kristinin əsərləri bəşər tarixində (Bibliya və Uilyam Şekspirin əsərlərindən sonra ikinci) ən çox nəşr olunan, eyni zamanda ən çox tərcümə olunan əsərlərdən birinə çevrildi (7236 tərcümə). O, 60-dan çox detektiv romanı, 6 psixoloji romanı (Mary Westmacott təxəllüsü ilə) və 19 hekayələr toplusunu nəşr etdirib. Onun 16 pyesi London teatrlarında tamaşaya qoyulub. Kitabları 4 milyard nüsxədən çox nəşr olunub və 100-dən çox dilə tərcümə olunub. O, həmçinin bir əsərin teatr tamaşalarının maksimum sayına görə rekorda sahibdir. Aqata Kristinin “Siçan tələsi” pyesi ilk dəfə 1952-ci ildə səhnəyə qoyuldu və 2020-ci ilə qədər teatrda nümayiş olundu, sonra koronavirus pandemiyası səbəbindən dayandırıldı, lakin sonradan tamaşalar bərpa olundu.
Aqata Kristi | |
---|---|
ing. Agatha Christie | |
Doğum adı | Agatha Mary Clarissa Miller |
Təxəllüsü | Mary Westmacott |
Doğum tarixi | 15 sentyabr 1890[…] |
Vəfat tarixi | 12 yanvar 1976[…](85 yaşında) |
Dəfn yeri |
|
Fəaliyyəti | yazıçı, roman yazıçısı, detektiv yazıçısı[d] |
Fəaliyyət illəri | 1920–1976 |
Əsərlərinin dili | ingilis dili |
Janrlar | avtobioqrafiya, detektiv |
Tanınmış əsərləri | |
Üzvlüyü |
|
Mükafatları | |
agathachristie.com | |
Aqata Kristi Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Uşaqlıq, gənclik illəri və ilk evliliyi
Aqata Mari Klarissa Miller 15 sentyabr 1890-cı ildə dənizkənarı Torki kurort şəhərində, Devonda, bacısı Marqaret Freri "Madj" və qardaş Louis Montan "Monti"dən sonra Frederik və Klarissa Millerin ailəsində anadan olmuşdur.
Uşaq ikən Aqata evdə amerikalı atasından yaxşı təhsil alır. Anası Klara əla hekayəçiydi və sevimli kiçik qızına səkkiz yaşına qədər oxumağı öyrətmək istəmirdi. Lakin qızcığaz darıxdığı üçün 5 yaşında təkbaşına oxumağı öyrənərək, ingilis uşaq yazıçısı Edit Nesbitin “Xəzinə axtaranların hekayəsi” və “Dəmir yolu uşaqları” romanını, eləcə də Amerika yazıçısı Luiza Mey Alkottun "Balaca Qadınlar" romanını mənimsədi. O, həm də təsəvvüründə özünə xəyali dostlar tapırdı, öz heyvanları ilə oynayırdı, rəqs dərsləri alırdı və şeir yazmağa başlamışdı. Hələ uşaq ikən o, ailə üzvləri tərəfindən səhnələşdirilən "qorxulu" hekayə yazmışdı. Onun süjeti bacılar arasında miras uğrunda mübarizədən bəhs edirdi: "zadəgan ledi Madj" və "qaniçən ledi Aqata", tamaşa zamanı bacının istəyi ilə rollar dəyişdirildi.
Aqata təxminən beş-altı yaşında olanda, ailə pula qənaət etmək üçün Eşfilddəki evlərini icarəyə verdi və bir müddət Fransaya köçdü, burada qız sevimli tərbiyyəçisi Mariyadan qarışıq, idiomatik bir fransız dilini öyrəndi, baxmayaraq ki, bundan əvvəl bacısının və iki mentorunun səylərinə baxmayaraq, heç vaxt bunu edə bilməmişdi.
1901-ci ildə, on bir yaşında Aqata atasını itirir. O, maddi çətinlikləri ilə əlaqədar bir neçə infarkt keçirdikdən sonra ölür. Ərinin ölümündən sonra Klara ümidsizliyə düşür və Aqata anasının ən yaxın dostu və köməkçisi olur. Pul çatışmazlığı ucbatından ailə Eşfilddəki evlərini satmaq barədə düşünməyə başlasa da, tezliklə çarə tapılır.
On beş yaşında Aqata, fortepiano və mahnı dərsləri almağa başladığı və yalnız utancaqlığı və səhnə qorxusu onun peşəkar pianoçu olmasına mane oldu.
On səkkiz yaşında o, qısa hekayələr yazaraq özünü əyləndirdi, bəziləri 1930-cu illərdə ingilis dramaturqu və ailə dostu İden Fillpotts tərəfindən yenidən işlənmiş formada nəşr olundu.
Birinci Dünya Müharibəsi zamanı (1914–1918) Aqata Torkidəki Beynəlxalq Qırmızı Xaç xəstəxanasında könüllü tibbi yardım bölməsində tibb bacısı işləyib; o, bu peşədən həzz aldı və onu “insanların məşğul ola biləcəyi ən faydalı peşələrdən biri” kimi dəyərləndirirdi. O, həmçinin aptekdə əczaçı işləyib, bu sonradan onun yaradıcılığında iz buraxıb: onun əsərlərində 83 cinayət zəhərlənmə yolu ilə törədilib.
Aqata ilk dəfə 1914-cü ildə Milad ərəfəsində, 1912-ci ildə hələ leytenant ikən tanış olduğu Kral Uçuş Korpusunun pilotu polkovnik Arçibald Kristi ilə evlənir. Və evləndikdən qısa müddət sonra, 27 dekabr 1914-cü ildə Arçie Fransaya hərbi xidmətə qayıdır və cütlük müharibə boyu bir-birini demək olar ki görmür. Onların tam ailə həyatı yalnız 1918-ci ilin yanvarında, Arçi Londonda Müharibə Departamentinə göndərildikdə başlayır, burada gənc ailə ev kiralayır. 5 avqust 1919-cu ildə cütlüyün Rozalinda (Aqata Kristinin yeganə qızı) adlı bir qızı dünyaya gəlir. Bu dövr Aqata Kristinin yaradıcılıq karyerasının başlanğıcı olur.
Onun ilk romanı "Stilesdəki sirli hadisə" 1920-ci ildə nəşr olundu. Belə bir fərziyyə var ki, Kristinin detektivə üz tutmasının səbəbi böyük bacısı Madj ilə (o, artıq yazıçı olduğunu sübut etmişdi) onun da dərc olunmağa layiq bir şey yarada biləcəyinə dair mübahisə olur. Yalnız sayca yeddinci nəşriyyat əlyazmanı 2000 nüsxə tirajla çap etdir. Yeni yazıçı 25 funt sterlinq qonorar alır.
1922-ci ildə Aqata Kristi əri ilə birlikdə Böyük Britaniya - Biskay körfəzi - Cənubi Afrika - Avstraliya və Yeni Zelandiya - Havay adaları - Kanada - ABŞ - Böyük Britaniya marşrutu ilə dünya ətrafında dəniz səyahəti etdi.
İtkin düşməsi
1926-cı ildə Aqatanın anası Klara vəfat edir. Həmin ilin sonlarında Aqata Kristinin əri Arçibald xəyanət etdiyini etiraf etdi və qolfçu yoldaşı Nensi Nilə aşiq olduğu üçün boşanmaq istədiyini bildirdi. Əri ilə mübahisə etdikdən sonra Aqata, qızı Rozalindi və evi qulluqçularının ixtiyarına verərək və katibəsi Karlaya (Şarlotta Fişer) Yorkşirə getdiyini iddia edən məktub yazaraq 3 dekabr 1926-cı ildə Berkşirdəki evindən yoxa çıxır. Onun yoxa çıxması böyük ictimai səs-küyə səbəb oldu, çünki artıq yazıçının yaradıcılığının pərəstişkarları peyda olmuşdu.
On bir gün ərzində Kristinin harada olması barədə heç nə məlum deyildi. Onun yoxa çıxmasının ertəsi səhər Surreydə Aqatanın avtomobili və içərisində xəz paltosu tərk edilmiş vəziyyətdə tapıldı. Bir neçə gün sonra, dekabrın 14-də yazıçının özü ümummilli axtarışlarının gedişi ilə bağlı qəzet xəbərlərini oxuyarkən tapıldı. Məlum olur ki, Aqata Kristi Nort-Yorkşir ştatının Harroqeyt şəhərindəki lüks spa «Swan Hydropathic Hotel»də (indiki Old Swan Hotel) "Tereza Nil" adı ilə qeydiyyatdan keçib. Kristi onun yoxa çıxması ilə bağlı heç bir izahat vermədi və iki həkim ona kəllə-beyin travması nəticəsində amneziya diaqnozu qoydular. Aqata Kristinin yoxa çıxmasının səbəblərini britaniyalı psixoloq Endryu Norman özünün “Tamamlanmış portret” kitabında təhlil edir. O, kitabda, xüsusən də, Aqata Kristinin davranışı bunun əksini göstərdiyi üçün travmatik amneziya fərziyyəsinin tənqidə tab gətirmədiyini iddia edirdi: çünki Aqata ərinin sevgilisinin soyadı ilə otelə daxil olmuş, vaxtını pianoda çalmağa, spa müalicələrinə və kitabxanaya baş çəkməyə sərf etmişdi. Lakin Norman bütün sübutları araşdırdıqdan sonra ağır psixi pozğunluğun səbəb olduğu dissosiativ fuqa olduğu qənaətinə gəlir.
Başlanğıcda qarşılıqlı bağlılığa baxmayaraq, Arçibald və Aqata Kristinin evliliyi 1928-ci ildə boşanma ilə başa çatır, bundan dərhal sonra Aqata və qızı Rozalinda İngiltərədən Kanar adalarına qaçır və burada o, "Mavi Qatarın Sirri" romanını əzab-əziyyətlə bitirir. Təfərrüatlı "Avtobioqrafiya" da bu faktlar haqqında heç nə yazılmır: yalnız əri ilə ayrılmaq haqqında ümumi bir ifadə ilə məhdudlaşır. Onun ailə üzvləri və qohumları da bu siyasətə riayət etməyə çalışdılar və onun yoxa çıxmasının “rəsmi versiyası”nı dəstəkləyiblər. Kristinin yoxa çıxma şəraiti Meri Vestmakot təxəllüsü ilə nəşr olunan həm detektiv, həm də melodramatik xarakterli dövriyyədənkənar adlandırılan bir sıra əsərlərində öz əksini tapdığı güman edilir. Bu hadisələrlə bağlı problemlər çoxsaylı kitablarda, məqalələrdə və sənədli filmlərdə öz əksini tapmışdır. Bundan əlavə, yazıçının yoxa çıxmasına ədəbi əsərlər, bədii və televiziya filmləri həsr olunmuşdur.
İkinci evliliyi və sonrakı illəri
1930-cu ildə İraqa səyahət edərkən, Ur şəhərində qazıntılar zamanı gələcək əri, qədim Ön Asiya üzrə mütəxəssis olan arxeoloq Maks Mallovan ilə tanış olur.
O, Aqatadan demək olar ki, on dörd yaş kiçik idi.
Bəzi yaxın insanların narazılığına baxmayaraq, onlar 11 sentyabr 1930-cu ildə Edinburqdakı Müqəddəs Katbert kilsəsində evləndilər. Mətbuatda Kristinin evliliyi ilə bağlı —"arxeoloq üçün qadının mümkün qədər yaşlı olmalıdır, çünki o zaman onun dəyəri əhəmiyyətli dərəcədə artır" ifadəsi olduğu söylənilir. 1930-cu illərin əvvəllərindən o, vaxtaşırı ildə bir neçə ay Suriya və İraqda əri ilə birlikdə ekspedisiyalarda olurdu; həyatının bu dövrü onun “Necə yaşadığını haqda danış” adlı avtobioqrafik xatirələrində əks olunub. Aqata Kristi ömrünün qalan hissəsini, 1976-cı ildə ölənə qədər Mallovan ilə evlil yaşadı.
Kristinin əri ilə Yaxın Şərqə etdiyi səfərlər sayəsində onun bir sıra mühüm əsərlərinin (“Şərq dövrü” adlanan) hadisələri məhz orada baş vermişdi. Digər romanlar (məsələn, "On zənci balası") Kristinin doğulduğu Torki və ya onun ətrafında baş vermişdir. 1934-cü ildə "Şərq Ekspresində Cinayət" romanı Aqata Kristinin yaşadığı İstanbulda Pera Palace otelində yazılmışdır. Bu otelin 411 nömrəli otağında indi onun xatirə muzeyi yerləşir. Cütlüyün 1938-ci ildə satın aldığı Devondakı «Greenway Estate» mülkü, Milli Fond (ing. «National Trust for Places of Historic Interest or Natural Beauty») tərəfindən qorunur. Kristi tez-tez bacısının əri Mayor Ceyms Uottsa məxsus olan Çeşirdəki «Abney Hall»da qalırdı. Kristinin ən azı iki əsərinin hadisəsi bu mülkdə baş vermişdir: "Milad pudinginin sərgüzəştləri" (1937), hekayə eyni adlı kolleksiyaya və "Cənazədən sonra" romanına (1952) daxil edilmişdir.
“«Abney Hall» Aqata üçün ilham mənbəyi idi; bu və ya digər dərəcədə Abneyi təsvir edən Staylz, Çimniz, Stoungeyts və digər evlərin təsvirləri buradan götürülmüşdür."
İkinci Dünya Müharibəsi zamanı (1939-1945) Rozalinda sonradan Fransada vəfat edən (ing. Hubert Prichard) ilə evlənir və 21 sentyabr 1943-cü ildə Metyu adlı bir oğlu dünyaya gətirir. Maks Mallovan o zaman Qahirədə hərbi xidmətdə idi və Aqata İngiltərədə qalmışdı, kitablar yazır, Londonda Universitet Kolleci Xəstəxanasının dispanserində könüllü olaraq çalışır, mehriban və qayğıkeş nənə kimi qızına uşağa baxmağa kömək etdi. 1949-1957-ci illərdə o, ərini Şimali İraqda arxeoloji ekspedisiyalarında müşayiət edirdi və onun şöhrəti qazıntılar üçün vəsait cəlb etməyə kömək edirdi. Quru iqlimə uyğunlaşmaq üçün 2500 ildən çox quyularda su altında qalmış tapıntılar yaş dəsmalların üzərinə düzülürdü. O, bir çox artefaktı kosmetik kremə batırılmış süngərlə şəxsən özü silirdi. Bunu Aqata özü ixtira etmişdi.
1956-cı ildə Aqata Kristi komandoru təyin edildi, 1971-ci ildə isə ədəbiyyat sahəsindəki nailiyyətlərinə görə eyni ordenin Dama-Komandor vəzifəsinə yüksəldi, ordenin sahibələri həmçinin öz adlarının əvvəlində istifadə edəcəkləri “dama” fəxri adını qazanır. Üç il əvvəl, 1968-ci ildə onun əri Maks Mallovan arxeologiya sahəsindəki nailiyyətlərinə görə cəngavər rütbəsinə layiq görülmüşdü.
1958-ci ildə yazıçı "İngilis Dedektiv Klubu"na (ing. «Detection Club») rəhbərlik edir. 1971-1974-cü illər arasında Kristinin səhhəti pisləşməyə başladı, lakin buna baxmayaraq o, yazmağa davam edir. Toronto Universitetinin mütəxəssisləri bu illərdə Kristinin yazı tərzini araşdıraraq Aqata Kristinin Altsheymer xəstəliyindən əziyyət çəkdiyini irəli sürdülər. 1975-ci ildə, Kristi tamamilə zəiflədikdə, o, ən uğurlu pyesi olan "Siçan tələsi"nin bütün hüquqlarını nəvəsi Metyu Priçarda keçirdi.
Yazıçı 1976-cı il yanvarın 12-də 85 yaşında Uollinqforddakı (Oksfordşir) evində keçici soyuqdəymə nəticəsində dünyasını dəyişib və yanvarın 16-da Çolsi kəndindəki Müqəddəs Mariya qəbiristanlığında dəfn olunub. Yazıçının 1965-ci ildə bitirdiyi Aqata Kristinin tərcümeyi-halı bu sözlərlə bitir: “Ya Rəbb, yaxşı həyatım üçün və mənə verilən bütün sevgi üçün sənə təşəkkür edirəm”. Kristinin yeganə qızı Rozalinda Marqaret Hiks də 85 yaşına qədər yaşadı və 28 oktyabr 2004-cü ildə Devonda öldü. Aqata Kristinin nəvəsi Metyu Pritçard, Aqata Kristinin bəzi ədəbi əsərlərinin hüquqlarını miras aldı və onun adı hələ də "Agatha Christie Limited" fondu ilə əlaqələndirilir.
Dünyagörüşü
Detektiv ədəbiyyat nəzəriyyəçisi Georgiy Andcaparidze vurğulayıb ki, Kristi öz əsərlərində yaxşı bildiyi həyatı və personajları əks etdirib. O, "öz istedadı çərçivəsində - geniş sosial təbəqənin əxlaqşünası" görkəmli idi. Öz əqidəsinə görə, o, mühafizəkar, Viktoriya dövrü dəyərlərinin tərəfdarı idi və Viktoriya dövrü əxlaqını qəbul edirdi. Bibliya və kilsənin də onun düşüncə tərzinə böyük təsiri var idi. Əvvəllər varlı olan, lakin zaman keçdikcə yoxsullaşan yuxarı orta təbəqədən olan ailədə Viktoriya dövrü ruhu, ailə və cəmiyyət haqqında kifayət qədər mühafizəkar, patriarxal baxışlar üstünlük təşkil edirdi. Bu cür ənənələrə uyğun olaraq, Aqata evdə ilk növbədə onu peşəkar fəaliyyətə deyil, yaxşı həyat yoldaşı və ana roluna hazırlamaq üçün nəzərdə tutuluş sistemsiz bir təhsil aldı. Bununla belə, bir sıra şəxsi və maddi səbəblərə görə o, detektiv janrının qızıl dövrünün tanınmış yazıçısı oldu. Kristinin bioqrafı Qven Robbins vurğulamışdır ki, yazıçı bütün həyatı boyu müxtəlif sosial proseslərə və mənəvi problemlərə diqqəti ilə seçilib. Kristi özü sonradan qeyd edib ki, gənclərin kriminal aləmə qoşulması və cinayət törətməsi onu çox qorxudur: “Uzun illər vicdansız hərəkətləri təsvir etməklə, mən ancaq məlum həqiqəti təsdiqləyə bilərəm: “dürüstlük ən yaxşı siyasətdir.” Və hər yeni kitabımla bu sözlərin düzgünlüyündə daha da möhkəm inanıram”. O, qatillərə qarşı qətiyyətli idi, onların insanlar üçün qeyd-şərtsiz bir şər olduğunu düşünürdü, çünki onlar cəmiyyətə nifrətdən başqa heç nə verə bilməzlər. O, bu keyfiyyətlərin əvvəldən belə insanlara xas olduğunu güman edirdi, onlara yazığı gəlmək olar, amma heç bir halda onlara aman verilməməlidir. Belə sərt mövqe daha çox qurbanlara mərhəmət hissi, günahsızları qatillərdən qorumaqla bağlı idi: “Günahsızı qorumaq lazımdır; onun başqaları ilə sülh və harmoniyada yaşamaq imkanı olmalıdır”. O, qatillər üçün ömürlük həbs cəzasının tətbiqinə qarşı çıxır, bu kateqoriyadan olan şəxslərin ibtidai insanların məskunlaşdığı qeyri-yaşayış ərazilərinə deportasiya edilməsinə üstünlük verirdi. Onun fikrincə, qatillər üçün başqa bir məqbul cəza məcburi ictimai xidmət və ya zəhərlənmə ilə bədənini təhlükəli tibbi təcrübələrdə istifadə edilməsi arasında seçim etmək ola bilər. Əgər ölümcül elmi təcrübələr nəticəsində cinayətkar sağ qalsaydı, o zaman o, cəmiyyətə qayıdıb həyata yenidən başlaya və islah yolunu tuta bilərdi. 1930-cu illərin əvvəllərində Bağdadda Aqata həyatında ilk dəfə nasistlərlə — doktor Cordan və həyat yoldaşı ilə qarşılaşdı və onların İkinci Dünya Müharibəsinin əlaməti olan yəhudilərin məhv edilməsi çağırışları onu qəzəbləndirdi və onu ümidsizliyə sürüklədi.
Yaradıcılığı
Aqata Kristi ədəbiyyat sahəsində məhdud imkanlarını başa düşdüyünü, lakin pərəstiş etdiyi yazıçıların üslubunu təkrarlamağa çalışmadığını, özü kimi qalmağa çalışdığını qeyd edib. "Mən özümü müxtəlif sahələrdə sınamışam, amma heç vaxt yaxşı alınmayan və istedadlı olmadığım şeylərdə israr etməmişəm" dedi. Məndən müsahibə alan bir Hindistanlı müxbir (və etiraf edim ki, çoxlu axmaq suallar verirdi) soruşdu: "Gerçəkdən, pis hesab etdiyiniz bir kitab nəşr etdirmisinizmi?" Mən qəzəblə cavab verdim: “Xeyr!” Heç bir kitab tam olaraq nəzərdə tutulduğu kimi çıxmadı və mən heç vaxt məmnun qalmadım, amma kitabım həqiqətən də pis olsaydı, heç vaxt çap etməzdim. Aqata Kristi, "Avtobioqrafiya"
1955-ci ildə Britaniya televiziya şirkəti BBC-yə verdiyi müsahibədə Aqata Kristi deyirdi ki, o, axşamları dostları və ya ailəsinin əhatəsində, toxumaqla keçirirdi, bu vaxt o beynində yeni bir süjet xəttini düşünürdü; O, romanı yazmaq üçün əyləşəndə süjet artıq əvvəldən axıra qədər hazır idi. Özünün etirafına görə, ona yeni roman ideyası istənilən yerdə gələ bilərdi. İdeyalar, zəhərlər haqqında müxtəlif qeydlərlə, cinayətlər haqqında qəzet parçaları ilə dolu xüsusi qeyd dəftərinə yazılırdı. Eyni şey personajlarla da baş verirdi. Aqatanın yaratdığı personajlardan birinin real həyat prototipi - mayor Ernst Belçer bir vaxtlar Aqata Kristinin birinci əri Arçibald Kristinin patronu olmuşdu. 1924-cü ildə Polkovnik Reys haqqında "Qəhvəyi kostyumlu adam" romanında Pedlerin prototipi məhz o idi.
Aqata Kristi əsərlərində sosial mövzulara toxunmaqdan çəkinmirdi. Məsələn, Kristinin ən azı iki romanı (“Beş balaca donuz” və “Məsumiyyətin sınağı) ölüm cəzası ilə bağlı məhkəmə səhvləri hallarını təsvir edirdi. Ümumiyyətlə, Kristinin kitablarının bir çoxu o dövrün ingilis ədalətinin müxtəlif mənfi cəhətlərini təsvir edir.
Yazıçı heç vaxt seksual xarakterli cinayətləri romanlarının mövzusuna çevirməyib. İndiki detektivlərdən fərqli olaraq onun əsərlərində zorakılıq, qan gölməçələri, kobudluq səhnələri praktiki olaraq yoxdur. "Detektiv əxlaqlı bir hekayə idi. Bu kitabları yazan və oxuyan hər kəs kimi mən də cinayətkarın əleyhinə, günahsız qurbanın tərəfində idim. Heç kəs ağlına belə gətirə bilməzdi ki, vaxt gələcək, dedektiv hekayələr onlarda təsvir olunan zorakılıq səhnələrinə görə, sadist həzz almaq naminə oxunacaq." - tərcümeyi-halında belə yazırdı. Onun fikrincə, belə səhnələr mərhəmət hissini kütləşdirir və oxucuya diqqətini romanın əsas mövzusuna yönəltməyə imkan vermir.
Aqata Kristi " özünün ən yaxşı əsəri hesab edirdi. Romanda hadisələrin cərəyan etdiyi qayalı ada Britaniyanın cənubundakı Burq adasının real təsviridir. Oxucular kitabı da yüksək qiymətləndirdilər - o, mağazalarda ən böyük satışa sahibdir, lakin siyasi mötəbərliyə riayət etmək üçün indi And After There Were None adı altında satılır.
Aqata Kristi öz yaradıcılığında mühafizəkar siyasi baxışlarını nümayiş etdirir. Parker Payn haqqında silsilədən olan "Klerkin əhvalatı" hekayəsi parlaq bir nümunədir, qəhrəmanlarından biri haqqında "Onun bir növ bolşevik kompleksi var idi" deyilir. Bir sıra əsərlərdə - “Böyük dördlük”, “Şərq ekspressi”, “Kerberin əsir alınması” əsərlərində müəllifin sönməz rəğbətindən bəhrələnən rus aristokratiyasından olan mühacirlər yer alır. Yuxarıda adı çəkilən "Klerkin əhvalatı" hekayəsində cənab Paynın müştərisi, Böyük Britaniyanın düşmənlərinin gizli planlarını Millətlər Liqasına ötürən agentlər qrupuna qoşulur. Ancaq Pinin qərarı ilə qəhrəman üçün bir yalan uydurur ki, o, gözəl rus aristokrat xanıma məxsus zinət əşyalarını daşıyır və onları sahibəsi ilə birlikdə Sovet Rusiyasının agentlərindən xilas edir. Onun fikirlərindəki ksenofobiyanın, antisemitizmin və irqçiliyin dərəcəsi məsələsi mübahisəli olaraq qalır.
Əsərləri
- Qolf Meydançasında Qətl
- Səssiz Şahid
- Əlifba Sırası ilə Qətl
- Mesopotomiyada Qətl
- Böyük Dördlük
- Buludların Üzərində Ölüm
- Üç Pərdəli Faciə
- Endhauzun Sirri
- Puaro İstintaq Aparır
- Erkülün Qoçaqlıqları
- Staylzada Müəmmalı Hadisə
- Erkül Puaronun Milad Bayramı
- Rocer Ekroydun Qətli
- Ölümlə Görüş
- Günəş altında Şər
- "Şərq Ekspresi"ndə Qətl
- Mavi Qatarın Sirri
- Qəhvəyi Kostyumlu Kişi
- Fayton Məhləsində Qətl
- İnanimaz Oğurluq
- Ölmüş Adamin Güzgüsü
- Rodos Üçbucağı
- Buludların üzərində ölüm
- Vikarın evində qətl
- Nildə ölüm
- Masadakı kartlar
- On zənci balası
Filmoqrafiya
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Dame Agatha Christie // Encyclopædia Britannica (ing.).
- https://www.familysearch.org/ark:/61903/1:1:QJ81-65FD.
- "Author Spotlight — Agatha Christie" (ingilis). // bookclubs.ca. 2013-01-12 tarixində . İstifadə tarixi: 2010-04-08.
- "Agatha Christie — Author" (ingilis). // . 2001-08-09. 2011-08-20 tarixində . İstifadə tarixi: 2010-04-08.
- "Who is the world's most translated author?" (ingilis). thewordpoint.com. 2020-06-10 tarixində . İstifadə tarixi: 2020-05-22.
- "Most translated author" (ingilis). Guinness World Records. 2020-09-29 tarixində . İstifadə tarixi: 2020-05-22.
- Газета «Книжное обозрение», 2012 год, № 17.
- "Agatha Christie's 'The Mouse Trap' celebrates its tenth year (video, 1962)" (ingilis). // newsplayer.com. 2011-11-14 tarixində . İstifadə tarixi: 2010-04-08.
- "About Agatha Christie. Christie's life (1890—1976)" (ingilis). 2015-12-07 tarixində . // agathachristie.com.
- Холмс, 2013
- Кристи, 2003
- "Writer's Digest: Agatha Christie" (ingilis). internetwritingworkshop.blogspot.com. 2009-09-15. 2016-03-05 tarixində . İstifadə tarixi: 2010-04-08.
- "Agatha Christie — The Influences On Her Writing" (ingilis). christiemystery.co.uk. 2011-08-12 tarixində . İstifadə tarixi: 2010-04-08.
- Сергей Бавин. Зарубежный детектив XX века (в русских переводах). М.: Книжная палата. 1991. 84. ISBN .
- Кейд Джаред. "Публицистическая книга «Агата Кристи. 11 дней отсутствия»". 2021-11-24 tarixində ., издательство «», , 2012 год. // litresp.ru.
- Mrs. Christie found in a Yorkshire SPA // The New York Times (archives) (ingilis). London: The New York Times Company. 15 December 1926. 2013-11-13 tarixində .
- "История отеля «Harrogate» (UK)" (PDF) (ingilis). harrogate.gov.uk. 2009-03-27 tarixində (PDF). İstifadə tarixi: 2010-04-08.
- Robert Hilferty. Интервью Эндрю Нормана: Исчезновение Агаты Кристи объясняются в новой книге // Bloomberg. 28 ноября 2006 года.
- Евгений Ксензенко. "Агата Кристи оставила послание поклонникам". 2009-09-25 tarixində .. Телекомпания «» // ntv.ru (17 сентября 2009 года).
- "«Pera Palace Hotel». History" (ingilis). allaboutturkey.com. 2011-08-30 tarixində . İstifadə tarixi: 2010-04-08.
- "An interview with Robyn Brown, Property Manager at Greenway" (ingilis). grouptravelorganiser.com. 2009-03-24. İstifadə tarixi: 2010-04-08.[ölü keçid].
- Hilary Macaskill. Aqata Kristi at Home. Frances Lincoln. 2009. ISBN .
- Vanessa Wagstaff, Stephen Poole. Aqata Kristi: A Reader's Companion. Aurum Press. 2004. 14. ISBN .
- "Writer Aqata Kristi played role in unearthing ancient Nimrud in Iraq". Al Arabiya English (ingilis). 2016-12-31. 2021-06-13 tarixində . İstifadə tarixi: 2021-06-12.
- Морган, 2002
- Agatha Christie had Alzheimer's disease // hindustantimes.com. HT Media Limited. 4 April 2009. 2018-05-04 tarixində .
- Christie had Alzheimer's. — Agatha Christie probably suffered from undiagnosed dementia, say scientists // . Northern and Shell Media Publications. 4 April 2009. 2009-04-08 tarixində .
- Агата Кристи. Автобиография. М.: . 2009. ISBN .
- Анджапаридзе, 1999
- Wagoner, 1986. səh. 33—47
- "«Добродетельная жизнь» Агаты Кристи". Радио Свобода (rus). 2020-06-26 tarixində . İstifadə tarixi: 2020-06-23.
- "Королева детектива. К 120-летию Агаты Кристи". Радио Свобода. 2020-06-29 tarixində . İstifadə tarixi: 2020-08-25.
- Анджапаридзе, Георгий. "Тайны Агаты Кристи". detectivemethod.ru. 2020-06-26 tarixində . İstifadə tarixi: 2020-08-25.
- Киреева, Коваленко, 2015
- Роббинс, Гвен. Неизвестная Кристи. Главы из книги // Кристи, Агата. Собрание сочинений. 27. Книга 2. М.: Артикул-принт. 2002. 542. ISBN .
- Агата Кристи. Автобиография. М.: Эксмо. 2009. 622. ISBN .
- Интервью Агаты Кристи от 15 февраля 1955 года и 25 ноября 1962 года (аудио). BBC. 2010-01-05 tarixində .
- BBC. "Agatha Christie — in her own words" (ingilis). www.bbc.co.uk. 2019-09-19 tarixində . İstifadə tarixi: 2019-10-18.
- "Агата Кристи в собственных высказывания" (ingilis). 2009-03-01 tarixində . / Agatha Christie — in her own words.
- "Agatha Christie. Modus Operandi. Plots and Plans" (ingilis). 2010-01-09 tarixində ..
- David Jesudason. "Death on the Nile and addressing racism in Agatha Christie". www.bbc.com (ingilis). 2023-04-03 tarixində . İstifadə tarixi: 2023-04-03.
- Ливергант, 2023
Xarici keçidlər
- Official Agatha Christie site
- Aqata Kristi — IMDb səhifəsi
- Agatha Christie/Sir Max Mallowan's blue plaque at Cholsey
- Dutch Agatha Christie collection
- Agatha Christie profile and articles at "The Guardian"
- Agatha Christie profile on PBS. ORG
- "Biography of an Author"
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Aqata Meri Klarissa Miller ing Agatha Mary Clarissa Miller 15 sentyabr 1890 12 yanvar 1976 ingiltereli yazici dramaturq detektiv janrinin kralicasi Daha cox birinci erinin soyadi ile Aqata Kristi ing Agatha Christie kimi taninir O dunyanin en meshur detektiv yazicilarindan biridir Aqata Kristinin eserleri beser tarixinde Bibliya ve Uilyam Sekspirin eserlerinden sonra ikinci en cox nesr olunan eyni zamanda en cox tercume olunan eserlerden birine cevrildi 7236 tercume O 60 dan cox detektiv romani 6 psixoloji romani Mary Westmacott texellusu ile ve 19 hekayeler toplusunu nesr etdirib Onun 16 pyesi London teatrlarinda tamasaya qoyulub Kitablari 4 milyard nusxeden cox nesr olunub ve 100 den cox dile tercume olunub O hemcinin bir eserin teatr tamasalarinin maksimum sayina gore rekorda sahibdir Aqata Kristinin Sican telesi pyesi ilk defe 1952 ci ilde sehneye qoyuldu ve 2020 ci ile qeder teatrda numayis olundu sonra koronavirus pandemiyasi sebebinden dayandirildi lakin sonradan tamasalar berpa olundu Aqata Kristiing Agatha ChristieDogum adi Agatha Mary Clarissa MillerTexellusu Mary WestmacottDogum tarixi 15 sentyabr 1890 1890 09 15 Vefat tarixi 12 yanvar 1976 1976 01 12 85 yasinda Defn yeri Colsi d Fealiyyeti yazici roman yazicisi detektiv yazicisi d Fealiyyet illeri 1920 1976Eserlerinin dili ingilis diliJanrlar avtobioqrafiya detektivTaninmis eserleri Yatan olum On zenci balasi roman Uzvluyu Kral Edebiyyat Cemiyyeti d Mukafatlariagathachristie comAqata Kristi Vikimenbede Vikianbarda elaqeli mediafayllarHeyatiUsaqliq genclik illeri ve ilk evliliyi Aqata Mari Klarissa Miller 15 sentyabr 1890 ci ilde denizkenari Torki kurort seherinde Devonda bacisi Marqaret Freri Madj ve qardas Louis Montan Monti den sonra Frederik ve Klarissa Millerin ailesinde anadan olmusdur Usaq iken Aqata evde amerikali atasindan yaxsi tehsil alir Anasi Klara ela hekayeciydi ve sevimli kicik qizina sekkiz yasina qeder oxumagi oyretmek istemirdi Lakin qizcigaz darixdigi ucun 5 yasinda tekbasina oxumagi oyrenerek ingilis usaq yazicisi Edit Nesbitin Xezine axtaranlarin hekayesi ve Demir yolu usaqlari romanini elece de Amerika yazicisi Luiza Mey Alkottun Balaca Qadinlar romanini menimsedi O hem de tesevvurunde ozune xeyali dostlar tapirdi oz heyvanlari ile oynayirdi reqs dersleri alirdi ve seir yazmaga baslamisdi Hele usaq iken o aile uzvleri terefinden sehnelesdirilen qorxulu hekaye yazmisdi Onun sujeti bacilar arasinda miras ugrunda mubarizeden behs edirdi zadegan ledi Madj ve qanicen ledi Aqata tamasa zamani bacinin isteyi ile rollar deyisdirildi Aqata texminen bes alti yasinda olanda aile pula qenaet etmek ucun Esfilddeki evlerini icareye verdi ve bir muddet Fransaya kocdu burada qiz sevimli terbiyyecisi Mariyadan qarisiq idiomatik bir fransiz dilini oyrendi baxmayaraq ki bundan evvel bacisinin ve iki mentorunun seylerine baxmayaraq hec vaxt bunu ede bilmemisdi 1901 ci ilde on bir yasinda Aqata atasini itirir O maddi cetinlikleri ile elaqedar bir nece infarkt kecirdikden sonra olur Erinin olumunden sonra Klara umidsizliye dusur ve Aqata anasinin en yaxin dostu ve komekcisi olur Pul catismazligi ucbatindan aile Esfilddeki evlerini satmaq barede dusunmeye baslasa da tezlikle care tapilir On bes yasinda Aqata fortepiano ve mahni dersleri almaga basladigi ve yalniz utancaqligi ve sehne qorxusu onun pesekar pianocu olmasina mane oldu On sekkiz yasinda o qisa hekayeler yazaraq ozunu eylendirdi bezileri 1930 cu illerde ingilis dramaturqu ve aile dostu Iden Fillpotts terefinden yeniden islenmis formada nesr olundu Birinci Dunya Muharibesi zamani 1914 1918 Aqata Torkideki Beynelxalq Qirmizi Xac xestexanasinda konullu tibbi yardim bolmesinde tibb bacisi isleyib o bu peseden hezz aldi ve onu insanlarin mesgul ola bileceyi en faydali peselerden biri kimi deyerlendirirdi O hemcinin aptekde eczaci isleyib bu sonradan onun yaradiciliginda iz buraxib onun eserlerinde 83 cinayet zeherlenme yolu ile toredilib Aqata ilk defe 1914 cu ilde Milad erefesinde 1912 ci ilde hele leytenant iken tanis oldugu Kral Ucus Korpusunun pilotu polkovnik Arcibald Kristi ile evlenir Ve evlendikden qisa muddet sonra 27 dekabr 1914 cu ilde Arcie Fransaya herbi xidmete qayidir ve cutluk muharibe boyu bir birini demek olar ki gormur Onlarin tam aile heyati yalniz 1918 ci ilin yanvarinda Arci Londonda Muharibe Departamentine gonderildikde baslayir burada genc aile ev kiralayir 5 avqust 1919 cu ilde cutluyun Rozalinda Aqata Kristinin yegane qizi adli bir qizi dunyaya gelir Bu dovr Aqata Kristinin yaradiciliq karyerasinin baslangici olur Onun ilk romani Stilesdeki sirli hadise 1920 ci ilde nesr olundu Bele bir ferziyye var ki Kristinin detektive uz tutmasinin sebebi boyuk bacisi Madj ile o artiq yazici oldugunu subut etmisdi onun da derc olunmaga layiq bir sey yarada bileceyine dair mubahise olur Yalniz sayca yeddinci nesriyyat elyazmani 2000 nusxe tirajla cap etdir Yeni yazici 25 funt sterlinq qonorar alir 1922 ci ilde Aqata Kristi eri ile birlikde Boyuk Britaniya Biskay korfezi Cenubi Afrika Avstraliya ve Yeni Zelandiya Havay adalari Kanada ABS Boyuk Britaniya marsrutu ile dunya etrafinda deniz seyaheti etdi Itkin dusmesi1926 ci ilde Aqatanin anasi Klara vefat edir Hemin ilin sonlarinda Aqata Kristinin eri Arcibald xeyanet etdiyini etiraf etdi ve qolfcu yoldasi Nensi Nile asiq oldugu ucun bosanmaq istediyini bildirdi Eri ile mubahise etdikden sonra Aqata qizi Rozalindi ve evi qulluqcularinin ixtiyarina vererek ve katibesi Karlaya Sarlotta Fiser Yorksire getdiyini iddia eden mektub yazaraq 3 dekabr 1926 ci ilde Berksirdeki evinden yoxa cixir Onun yoxa cixmasi boyuk ictimai ses kuye sebeb oldu cunki artiq yazicinin yaradiciliginin perestiskarlari peyda olmusdu On bir gun erzinde Kristinin harada olmasi barede hec ne melum deyildi Onun yoxa cixmasinin ertesi seher Surreyde Aqatanin avtomobili ve icerisinde xez paltosu terk edilmis veziyyetde tapildi Bir nece gun sonra dekabrin 14 de yazicinin ozu umummilli axtarislarinin gedisi ile bagli qezet xeberlerini oxuyarken tapildi Melum olur ki Aqata Kristi Nort Yorksir statinin Harroqeyt seherindeki luks spa Swan Hydropathic Hotel de indiki Old Swan Hotel Tereza Nil adi ile qeydiyyatdan kecib Kristi onun yoxa cixmasi ile bagli hec bir izahat vermedi ve iki hekim ona kelle beyin travmasi neticesinde amneziya diaqnozu qoydular Aqata Kristinin yoxa cixmasinin sebeblerini britaniyali psixoloq Endryu Norman ozunun Tamamlanmis portret kitabinda tehlil edir O kitabda xususen de Aqata Kristinin davranisi bunun eksini gosterdiyi ucun travmatik amneziya ferziyyesinin tenqide tab getirmediyini iddia edirdi cunki Aqata erinin sevgilisinin soyadi ile otele daxil olmus vaxtini pianoda calmaga spa mualicelerine ve kitabxanaya bas cekmeye serf etmisdi Lakin Norman butun subutlari arasdirdiqdan sonra agir psixi pozgunlugun sebeb oldugu dissosiativ fuqa oldugu qenaetine gelir Baslangicda qarsiliqli bagliliga baxmayaraq Arcibald ve Aqata Kristinin evliliyi 1928 ci ilde bosanma ile basa catir bundan derhal sonra Aqata ve qizi Rozalinda Ingiltereden Kanar adalarina qacir ve burada o Mavi Qatarin Sirri romanini ezab eziyyetle bitirir Teferruatli Avtobioqrafiya da bu faktlar haqqinda hec ne yazilmir yalniz eri ile ayrilmaq haqqinda umumi bir ifade ile mehdudlasir Onun aile uzvleri ve qohumlari da bu siyasete riayet etmeye calisdilar ve onun yoxa cixmasinin resmi versiyasi ni destekleyibler Kristinin yoxa cixma seraiti Meri Vestmakot texellusu ile nesr olunan hem detektiv hem de melodramatik xarakterli dovriyyedenkenar adlandirilan bir sira eserlerinde oz eksini tapdigi guman edilir Bu hadiselerle bagli problemler coxsayli kitablarda meqalelerde ve senedli filmlerde oz eksini tapmisdir Bundan elave yazicinin yoxa cixmasina edebi eserler bedii ve televiziya filmleri hesr olunmusdur Ikinci evliliyi ve sonraki illeri1930 cu ilde Iraqa seyahet ederken Ur seherinde qazintilar zamani gelecek eri qedim On Asiya uzre mutexessis olan arxeoloq Maks Mallovan ile tanis olur O Aqatadan demek olar ki on dord yas kicik idi Bezi yaxin insanlarin naraziligina baxmayaraq onlar 11 sentyabr 1930 cu ilde Edinburqdaki Muqeddes Katbert kilsesinde evlendiler Metbuatda Kristinin evliliyi ile bagli arxeoloq ucun qadinin mumkun qeder yasli olmalidir cunki o zaman onun deyeri ehemiyyetli derecede artir ifadesi oldugu soylenilir 1930 cu illerin evvellerinden o vaxtasiri ilde bir nece ay Suriya ve Iraqda eri ile birlikde ekspedisiyalarda olurdu heyatinin bu dovru onun Nece yasadigini haqda danis adli avtobioqrafik xatirelerinde eks olunub Aqata Kristi omrunun qalan hissesini 1976 ci ilde olene qeder Mallovan ile evlil yasadi Kristinin eri ile Yaxin Serqe etdiyi seferler sayesinde onun bir sira muhum eserlerinin Serq dovru adlanan hadiseleri mehz orada bas vermisdi Diger romanlar meselen On zenci balasi Kristinin doguldugu Torki ve ya onun etrafinda bas vermisdir 1934 cu ilde Serq Ekspresinde Cinayet romani Aqata Kristinin yasadigi Istanbulda Pera Palace otelinde yazilmisdir Bu otelin 411 nomreli otaginda indi onun xatire muzeyi yerlesir Cutluyun 1938 ci ilde satin aldigi Devondaki Greenway Estate mulku Milli Fond ing National Trust for Places of Historic Interest or Natural Beauty terefinden qorunur Kristi tez tez bacisinin eri Mayor Ceyms Uottsa mexsus olan Cesirdeki Abney Hall da qalirdi Kristinin en azi iki eserinin hadisesi bu mulkde bas vermisdir Milad pudinginin serguzestleri 1937 hekaye eyni adli kolleksiyaya ve Cenazeden sonra romanina 1952 daxil edilmisdir Abney Hall Aqata ucun ilham menbeyi idi bu ve ya diger derecede Abneyi tesvir eden Staylz Cimniz Stoungeyts ve diger evlerin tesvirleri buradan goturulmusdur Ikinci Dunya Muharibesi zamani 1939 1945 Rozalinda sonradan Fransada vefat eden ing Hubert Prichard ile evlenir ve 21 sentyabr 1943 cu ilde Metyu adli bir oglu dunyaya getirir Maks Mallovan o zaman Qahirede herbi xidmetde idi ve Aqata Ingilterede qalmisdi kitablar yazir Londonda Universitet Kolleci Xestexanasinin dispanserinde konullu olaraq calisir mehriban ve qaygikes nene kimi qizina usaga baxmaga komek etdi 1949 1957 ci illerde o erini Simali Iraqda arxeoloji ekspedisiyalarinda musayiet edirdi ve onun sohreti qazintilar ucun vesait celb etmeye komek edirdi Quru iqlime uygunlasmaq ucun 2500 ilden cox quyularda su altinda qalmis tapintilar yas desmallarin uzerine duzulurdu O bir cox artefakti kosmetik kreme batirilmis sungerle sexsen ozu silirdi Bunu Aqata ozu ixtira etmisdi 1956 ci ilde Aqata Kristi Britaniya imperiyasi ordeninin komandoru teyin edildi 1971 ci ilde ise edebiyyat sahesindeki nailiyyetlerine gore eyni ordenin Dama Komandor vezifesine yukseldi ordenin sahibeleri hemcinin oz adlarinin evvelinde istifade edecekleri dama fexri adini qazanir Uc il evvel 1968 ci ilde onun eri Maks Mallovan arxeologiya sahesindeki nailiyyetlerine gore cengaver rutbesine layiq gorulmusdu 1958 ci ilde yazici Ingilis Dedektiv Klubu na ing Detection Club rehberlik edir 1971 1974 cu iller arasinda Kristinin sehheti pislesmeye basladi lakin buna baxmayaraq o yazmaga davam edir Toronto Universitetinin mutexessisleri bu illerde Kristinin yazi terzini arasdiraraq Aqata Kristinin Altsheymer xesteliyinden eziyyet cekdiyini ireli surduler 1975 ci ilde Kristi tamamile zeifledikde o en ugurlu pyesi olan Sican telesi nin butun huquqlarini nevesi Metyu Pricarda kecirdi Yazici 1976 ci il yanvarin 12 de 85 yasinda Uollinqforddaki Oksfordsir evinde kecici soyuqdeyme neticesinde dunyasini deyisib ve yanvarin 16 da Colsi kendindeki Muqeddes Mariya qebiristanliginda defn olunub Yazicinin 1965 ci ilde bitirdiyi Aqata Kristinin tercumeyi hali bu sozlerle bitir Ya Rebb yaxsi heyatim ucun ve mene verilen butun sevgi ucun sene tesekkur edirem Kristinin yegane qizi Rozalinda Marqaret Hiks de 85 yasina qeder yasadi ve 28 oktyabr 2004 cu ilde Devonda oldu Aqata Kristinin nevesi Metyu Pritcard Aqata Kristinin bezi edebi eserlerinin huquqlarini miras aldi ve onun adi hele de Agatha Christie Limited fondu ile elaqelendirilir DunyagorusuDetektiv edebiyyat nezeriyyecisi Georgiy Andcaparidze vurgulayib ki Kristi oz eserlerinde yaxsi bildiyi heyati ve personajlari eks etdirib O oz istedadi cercivesinde genis sosial tebeqenin exlaqsunasi gorkemli idi Oz eqidesine gore o muhafizekar Viktoriya dovru deyerlerinin terefdari idi ve Viktoriya dovru exlaqini qebul edirdi Bibliya ve kilsenin de onun dusunce terzine boyuk tesiri var idi Evveller varli olan lakin zaman kecdikce yoxsullasan yuxari orta tebeqeden olan ailede Viktoriya dovru ruhu aile ve cemiyyet haqqinda kifayet qeder muhafizekar patriarxal baxislar ustunluk teskil edirdi Bu cur enenelere uygun olaraq Aqata evde ilk novbede onu pesekar fealiyyete deyil yaxsi heyat yoldasi ve ana roluna hazirlamaq ucun nezerde tutulus sistemsiz bir tehsil aldi Bununla bele bir sira sexsi ve maddi sebeblere gore o detektiv janrinin qizil dovrunun taninmis yazicisi oldu Kristinin bioqrafi Qven Robbins vurgulamisdir ki yazici butun heyati boyu muxtelif sosial proseslere ve menevi problemlere diqqeti ile secilib Kristi ozu sonradan qeyd edib ki genclerin kriminal aleme qosulmasi ve cinayet toretmesi onu cox qorxudur Uzun iller vicdansiz hereketleri tesvir etmekle men ancaq melum heqiqeti tesdiqleye bilerem durustluk en yaxsi siyasetdir Ve her yeni kitabimla bu sozlerin duzgunluyunde daha da mohkem inaniram O qatillere qarsi qetiyyetli idi onlarin insanlar ucun qeyd sertsiz bir ser oldugunu dusunurdu cunki onlar cemiyyete nifretden basqa hec ne vere bilmezler O bu keyfiyyetlerin evvelden bele insanlara xas oldugunu guman edirdi onlara yazigi gelmek olar amma hec bir halda onlara aman verilmemelidir Bele sert movqe daha cox qurbanlara merhemet hissi gunahsizlari qatillerden qorumaqla bagli idi Gunahsizi qorumaq lazimdir onun basqalari ile sulh ve harmoniyada yasamaq imkani olmalidir O qatiller ucun omurluk hebs cezasinin tetbiqine qarsi cixir bu kateqoriyadan olan sexslerin ibtidai insanlarin meskunlasdigi qeyri yasayis erazilerine deportasiya edilmesine ustunluk verirdi Onun fikrince qatiller ucun basqa bir meqbul ceza mecburi ictimai xidmet ve ya zeherlenme ile bedenini tehlukeli tibbi tecrubelerde istifade edilmesi arasinda secim etmek ola biler Eger olumcul elmi tecrubeler neticesinde cinayetkar sag qalsaydi o zaman o cemiyyete qayidib heyata yeniden baslaya ve islah yolunu tuta bilerdi 1930 cu illerin evvellerinde Bagdadda Aqata heyatinda ilk defe nasistlerle doktor Cordan ve heyat yoldasi ile qarsilasdi ve onlarin Ikinci Dunya Muharibesinin elameti olan yehudilerin mehv edilmesi cagirislari onu qezeblendirdi ve onu umidsizliye surukledi YaradiciligiAqata Kristi edebiyyat sahesinde mehdud imkanlarini basa dusduyunu lakin perestis etdiyi yazicilarin uslubunu tekrarlamaga calismadigini ozu kimi qalmaga calisdigini qeyd edib Men ozumu muxtelif sahelerde sinamisam amma hec vaxt yaxsi alinmayan ve istedadli olmadigim seylerde israr etmemisem dedi Menden musahibe alan bir Hindistanli muxbir ve etiraf edim ki coxlu axmaq suallar verirdi sorusdu Gercekden pis hesab etdiyiniz bir kitab nesr etdirmisinizmi Men qezeble cavab verdim Xeyr Hec bir kitab tam olaraq nezerde tutuldugu kimi cixmadi ve men hec vaxt memnun qalmadim amma kitabim heqiqeten de pis olsaydi hec vaxt cap etmezdim Aqata Kristi Avtobioqrafiya 1955 ci ilde Britaniya televiziya sirketi BBC ye verdiyi musahibede Aqata Kristi deyirdi ki o axsamlari dostlari ve ya ailesinin ehatesinde toxumaqla kecirirdi bu vaxt o beyninde yeni bir sujet xettini dusunurdu O romani yazmaq ucun eylesende sujet artiq evvelden axira qeder hazir idi Ozunun etirafina gore ona yeni roman ideyasi istenilen yerde gele bilerdi Ideyalar zeherler haqqinda muxtelif qeydlerle cinayetler haqqinda qezet parcalari ile dolu xususi qeyd defterine yazilirdi Eyni sey personajlarla da bas verirdi Aqatanin yaratdigi personajlardan birinin real heyat prototipi mayor Ernst Belcer bir vaxtlar Aqata Kristinin birinci eri Arcibald Kristinin patronu olmusdu 1924 cu ilde Polkovnik Reys haqqinda Qehveyi kostyumlu adam romaninda Pedlerin prototipi mehz o idi Aqata Kristi eserlerinde sosial movzulara toxunmaqdan cekinmirdi Meselen Kristinin en azi iki romani Bes balaca donuz ve Mesumiyyetin sinagi olum cezasi ile bagli mehkeme sehvleri hallarini tesvir edirdi Umumiyyetle Kristinin kitablarinin bir coxu o dovrun ingilis edaletinin muxtelif menfi cehetlerini tesvir edir Yazici hec vaxt seksual xarakterli cinayetleri romanlarinin movzusuna cevirmeyib Indiki detektivlerden ferqli olaraq onun eserlerinde zorakiliq qan golmeceleri kobudluq sehneleri praktiki olaraq yoxdur Detektiv exlaqli bir hekaye idi Bu kitablari yazan ve oxuyan her kes kimi men de cinayetkarin eleyhine gunahsiz qurbanin terefinde idim Hec kes aglina bele getire bilmezdi ki vaxt gelecek dedektiv hekayeler onlarda tesvir olunan zorakiliq sehnelerine gore sadist hezz almaq namine oxunacaq tercumeyi halinda bele yazirdi Onun fikrince bele sehneler merhemet hissini kutlesdirir ve oxucuya diqqetini romanin esas movzusuna yoneltmeye imkan vermir Aqata Kristi On zenci balasi romanini ozunun en yaxsi eseri hesab edirdi Romanda hadiselerin cereyan etdiyi qayali ada Britaniyanin cenubundaki Burq adasinin real tesviridir Oxucular kitabi da yuksek qiymetlendirdiler o magazalarda en boyuk satisa sahibdir lakin siyasi moteberliye riayet etmek ucun indi And After There Were None adi altinda satilir Aqata Kristi oz yaradiciliginda muhafizekar siyasi baxislarini numayis etdirir Parker Payn haqqinda silsileden olan Klerkin ehvalati hekayesi parlaq bir numunedir qehremanlarindan biri haqqinda Onun bir nov bolsevik kompleksi var idi deyilir Bir sira eserlerde Boyuk dordluk Serq ekspressi Kerberin esir alinmasi eserlerinde muellifin sonmez regbetinden behrelenen rus aristokratiyasindan olan muhacirler yer alir Yuxarida adi cekilen Klerkin ehvalati hekayesinde cenab Paynin musterisi Boyuk Britaniyanin dusmenlerinin gizli planlarini Milletler Liqasina oturen agentler qrupuna qosulur Ancaq Pinin qerari ile qehreman ucun bir yalan uydurur ki o gozel rus aristokrat xanima mexsus zinet esyalarini dasiyir ve onlari sahibesi ile birlikde Sovet Rusiyasinin agentlerinden xilas edir Onun fikirlerindeki ksenofobiyanin antisemitizmin ve irqciliyin derecesi meselesi mubahiseli olaraq qalir EserleriQolf Meydancasinda Qetl Sessiz Sahid Elifba Sirasi ile Qetl Mesopotomiyada Qetl Boyuk Dordluk Buludlarin Uzerinde Olum Uc Perdeli Facie Endhauzun Sirri Puaro Istintaq Aparir Erkulun Qocaqliqlari Staylzada Muemmali Hadise Erkul Puaronun Milad Bayrami Rocer Ekroydun Qetli Olumle Gorus Gunes altinda Ser Serq Ekspresi nde Qetl Mavi Qatarin Sirri Qehveyi Kostyumlu Kisi Fayton Mehlesinde Qetl Inanimaz Ogurluq Olmus Adamin Guzgusu Rodos Ucbucagi Buludlarin uzerinde olum Vikarin evinde qetl Nilde olum Masadaki kartlar On zenci balasiFilmoqrafiyaNilde olum film 1978 IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Dame Agatha Christie Encyclopaedia Britannica ing https www familysearch org ark 61903 1 1 QJ81 65FD Author Spotlight Agatha Christie ingilis bookclubs ca 2013 01 12 tarixinde Istifade tarixi 2010 04 08 Agatha Christie Author ingilis 2001 08 09 2011 08 20 tarixinde Istifade tarixi 2010 04 08 Who is the world s most translated author ingilis thewordpoint com 2020 06 10 tarixinde Istifade tarixi 2020 05 22 Most translated author ingilis Guinness World Records 2020 09 29 tarixinde Istifade tarixi 2020 05 22 Gazeta Knizhnoe obozrenie 2012 god 17 Agatha Christie s The Mouse Trap celebrates its tenth year video 1962 ingilis newsplayer com 2011 11 14 tarixinde Istifade tarixi 2010 04 08 About Agatha Christie Christie s life 1890 1976 ingilis 2015 12 07 tarixinde agathachristie com Holms 2013 Kristi 2003 Writer s Digest Agatha Christie ingilis internetwritingworkshop blogspot com 2009 09 15 2016 03 05 tarixinde Istifade tarixi 2010 04 08 Agatha Christie The Influences On Her Writing ingilis christiemystery co uk 2011 08 12 tarixinde Istifade tarixi 2010 04 08 Sergej Bavin Zarubezhnyj detektiv XX veka v russkih perevodah M Knizhnaya palata 1991 84 ISBN 5 7000 0247 7 Kejd Dzhared Publicisticheskaya kniga Agata Kristi 11 dnej otsutstviya 2021 11 24 tarixinde izdatelstvo 2012 god litresp ru Mrs Christie found in a Yorkshire SPA The New York Times archives ingilis London The New York Times Company 15 December 1926 2013 11 13 tarixinde Istoriya otelya Harrogate UK PDF ingilis harrogate gov uk 2009 03 27 tarixinde PDF Istifade tarixi 2010 04 08 Robert Hilferty Intervyu Endryu Normana Ischeznovenie Agaty Kristi obyasnyayutsya v novoj knige Bloomberg 28 noyabrya 2006 goda Evgenij Ksenzenko Agata Kristi ostavila poslanie poklonnikam 2009 09 25 tarixinde Telekompaniya ntv ru 17 sentyabrya 2009 goda Pera Palace Hotel History ingilis allaboutturkey com 2011 08 30 tarixinde Istifade tarixi 2010 04 08 An interview with Robyn Brown Property Manager at Greenway ingilis grouptravelorganiser com 2009 03 24 Istifade tarixi 2010 04 08 olu kecid Hilary Macaskill Aqata Kristi at Home Frances Lincoln 2009 ISBN 978 0 7112 3029 3 Vanessa Wagstaff Stephen Poole Aqata Kristi A Reader s Companion Aurum Press 2004 14 ISBN 1 84513 015 4 Writer Aqata Kristi played role in unearthing ancient Nimrud in Iraq Al Arabiya English ingilis 2016 12 31 2021 06 13 tarixinde Istifade tarixi 2021 06 12 Morgan 2002 Agatha Christie had Alzheimer s disease hindustantimes com HT Media Limited 4 April 2009 2018 05 04 tarixinde Christie had Alzheimer s Agatha Christie probably suffered from undiagnosed dementia say scientists Northern and Shell Media Publications 4 April 2009 2009 04 08 tarixinde Agata Kristi Avtobiografiya M 2009 ISBN 978 5 699 36441 1 Andzhaparidze 1999 Wagoner 1986 seh 33 47 Dobrodetelnaya zhizn Agaty Kristi Radio Svoboda rus 2020 06 26 tarixinde Istifade tarixi 2020 06 23 Koroleva detektiva K 120 letiyu Agaty Kristi Radio Svoboda 2020 06 29 tarixinde Istifade tarixi 2020 08 25 Andzhaparidze Georgij Tajny Agaty Kristi detectivemethod ru 2020 06 26 tarixinde Istifade tarixi 2020 08 25 Kireeva Kovalenko 2015 Robbins Gven Neizvestnaya Kristi Glavy iz knigi Kristi Agata Sobranie sochinenij 27 Kniga 2 M Artikul print 2002 542 ISBN 5 93776 026 3 Agata Kristi Avtobiografiya M Eksmo 2009 622 ISBN 978 5 699 36441 1 Intervyu Agaty Kristi ot 15 fevralya 1955 goda i 25 noyabrya 1962 goda audio BBC 2010 01 05 tarixinde BBC Agatha Christie in her own words ingilis www bbc co uk 2019 09 19 tarixinde Istifade tarixi 2019 10 18 Agata Kristi v sobstvennyh vyskazyvaniya ingilis 2009 03 01 tarixinde Agatha Christie in her own words Agatha Christie Modus Operandi Plots and Plans ingilis 2010 01 09 tarixinde David Jesudason Death on the Nile and addressing racism in Agatha Christie www bbc com ingilis 2023 04 03 tarixinde Istifade tarixi 2023 04 03 Livergant 2023Xarici kecidlerDiger layihelerdeVikisitatda elaqeli sitatlarVikimenbede elaqeli metnlerVikianbarda elaqeli media fayllar Official Agatha Christie site Aqata Kristi IMDb sehifesi Agatha Christie Sir Max Mallowan s blue plaque at Cholsey Dutch Agatha Christie collection Agatha Christie profile and articles at The Guardian Agatha Christie profile on PBS ORG Biography of an Author