Aləmşah bəyim (1460, Diyarbəkir – 1522, اردبیل, Səfəvilər, Ərdəbil, Səfəvi imperiyası) — Ağqoyunlu şahzadəsi, Uzun Həsənin və Dəspinə xatunun qızı, Şeyx Heydərin arvadı və Şah İsmayıl ilə Şeyx Sultan Əlinin anası.
Aləmşah bəyim | |
---|---|
Aləmşah Həlimə bəyim عالمشاه حلیمه بیگم | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1460 |
Doğum yeri | Diyarbəkir, Ağqoyunlu dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Ərdəbil, Səfəvilər dövləti |
Dəfn yeri | Şeyx Səfi kompleksi, Ərdəbil |
Fəaliyyəti | siyasətçi |
Atası | Uzun Həsən |
Anası | Dəspinə xatun |
Həyat yoldaşı | Şeyx Heydər |
Uşağı |
|
Adı
Aləmşah bəyimin əsl adı barədə müxtəlif fikirlər mövcuddur. Həlimə bəyim ağa, Aləmşah bəyim. Xristian müəlliflər bəzən onu Marta da adlandırır.
Həyatı
Aləmşah Bəyim Ağqoyunlu hökmdarı Uzun Həsən ilə onun arvadı, Trabzon imperatoru IV Conun qızı Teodora Megale Komnenenin (Ağqoyunlu sarayında Dəspinə Xatun olaraq bilinmişdir) ailəsində dünyaya gəlmişdir. Həyatının ilk illərinə aid dürüst məlumat yoxdur. 1471-ci ildə bibisi Xədicə Xatunun oğlu və Səfəvi sülaləsindən olan Şeyx Heydər ilə evlənmişdir. Onların bu evlilikdən 3 oğlu - Əli Mirzə Səfəvi, İbrahim və İsmayıl, 4 qızı dünyaya gəlmişdir.
Ağqoyunlular tərəfindən təzyiqlər
Aləmşah Bəyimin əri Şeyx Heydər Səfəvi təriqətinin rəhbəri kimi üç dəfə Şimali Qafqazdakı xristianların üzərinə yürüş həyata keçirmişdir. Belə yürüşlərdən sonuncusu 1488-ci ildə baş verdi. Yürüş zamanı o, Şirvan torpaqlarından keçərkən Şirvanşahların müxalifəti ilə qarşılaşdı.Tabasaran adlanan yerdə Şirvanşah və Ağqoyunlu ordularının birləşməsi ilə baş vermiş döyüşdə Şeyx Heydər öldürüldü. Ağqoyunlular Heydər öldürüldükdən sonra onun başının kəsilməsini əmr etdilər. Onun başı daha sonra Təbrizdə basdırıldı. Onun oğlu I İsmayıl sonradan hökmdar olduğu zaman atasının Tabasarandakı və Təbrizdəki qalıqlarını bir yerə gətirərək Ərdəbildəki də dəfn etdirdi və bu yer ziyarətgaha çevrildi. Heydərin öldürüldüyü yer atası Şeyx Cüneydin 1460-cı ildə öldürüldüyü yerdən uzaq deyildi.
Şeyx Heydərin öldürülməsindən sonra onun tərəfdarları Aləmşah Bəyimdən olma böyük oğlu Şeyx Sultan Əlinin ətrafında birləşməyə və ona atasının qisasını almağı təlqin etməyə başladılar. Bunun nəticəsində Aləmşah Bəyimin qardaşı olan Ağoyunlu hökmdarı Sultan Yaqub Səfəvi təriqətinin güclənməsindən və onun öz hakimiyyətinə təhlükə yaradacağından çəkindiyi üçün bacısı və ailəsini həbs etdirdi. Ailə ilk öncə Akdamar qalasında, daha sonralar isə Şirazdakı İstəxr qalasına salındı. Yaqub bacısı olan Aləmşah Bəyimin müdaxiləsi olmasaydı, yəqin ki, Heydərin ailəsini edam edəcəkdi.
Aləmşah Bəyim 4 il ailəsi ilə birlikdə həbsdə keçirdikdən sonra 1493-cü ildə Rüstəm Mirzə tərəfindən həbsdən azad edildi. Belə ki, Yaqubun 1490-cı ildə ölümündən sonra Ağqoyunlu taxtı uğrunda şahzadələr arasında mübarizə başlamışdı və Rüstəm Baysunqura qarşı mübarizədə Səfəvilərin gücündən yararlanmaq istəyirdi. Bunun qarşılığında, Rüstəmin Sultanəlini özündən sonra taxta çıxacağını söz verdiyi bildirilir. 1493-cü ildə Rüstəm Səfəvilərin yardımı ilə Baysunquru məğlub etdi, lakin 1494-cü ildə anladı ki, bu dəfə də Sultan Əli onun hakimiyyətinə qarşı real təhlükədir. Buna görə də, onun əmri ilə Sultanəli Mirzə və qardaşlarının həbs edilməsi əmr edildi. Sultanəli və qardaşları kiçik qüvvə ilə Rüstəmin düşərgəsindən qaçmağı bacardılar və Ərdəbilə doğru hərəkət etməyə başladılar. Bununla belə Rüstəm onların Ərdəbildə öz adamları ilə birləşməsinin nə dərəcədə təhlükə yarada biləcəyindən xəbərdar idi, buna görə də, onları təqib etmək üçün ordu göndərdi. Döyüşdə Aləmşah Bəyimin böyük oğlu Sultan Əli öldürüldü və kiçik oğlu İsmayıl Mirzə tərəfdarları tərəfindən gizlədilib varis elan edildi. Sultan Əlinin cəsədi Ərdəbilə gətirildiyi zaman Aləmşah Bəyimin uzun müddət cəsəd üzərində ağladığı və özünün də Ağqoyunlu olmasına baxmayaraq, bütün sülaləyə qarqışlar etdiyi, oğlunun qısasını tez bir müddətdə alınmasını dilədiyi bildirilir. Bundan qısa müddət sonra Ərdəbilə daxil olmuş, təriqət tərəfdarlarının evlərini yağmalamışdır. Bu zaman Şeyx Heydərin evində olan Aləmşah Bəyim ərinin evinin yağmalanmasına şahidlik etmişdir. Ev Ağqoyunlu komandiri Əlixan Soltan Cəgirlinin əmri ilə, o dərəcədə yağmalanmışdır ki, geridə bir dinarın belə buraxılmadığı və Aləmşahın təriqət tərəfdarlarının gecələr gətirdiyi yardımlarla keçinməyə məcbur olduğu yazılır. Bu zaman Aləmşah Bəyimin iki oğlu da ərinin tərəfdarları tərəfindən gizlədilmişdi və o, onların yeri barədə məlumatsız idi. Oğlanları gizlədən, Ərdəbilin Rumlular məhəlləsində yaşayan və Zülqədər elinə mənsub olan həkim Aba Cərraha onun iztirabına son vermək üçün oğlanlarının onunla və yaxşı olduqları məlumatını verir. Bütün şəhəri axtaran və oğlanları tapmaq barədə Ağqoyunlu hökmdarı Sultan Rüstəmdən qəti əmr alan Eybə Sultan onları tapa bilmir və yerlərini öyrənmək üçün Aləmşah Bəyimə işğəncə vermək istəyir. Lakin Quranda Bəqərə surəsinin 233-cü ayəsində keçən "heç bir ana uşağı səbəbiylə zərərə məruz qalmasın" sözünə görə bu fikirdən daşınılır. İsmayıl və İbrahimi gizlədənlər bunun çox da təhlükəsiz olmadığı qərarına gəlirlər və Aləmşah Bəyimlə məsləhətləşdikdən sonra oğlanlarını Lələ Hüseyn bəy Şamlı Gilana aparmaq tapşırığını alır.
İsmayıl Mirzə 1499-cu ildə Lahicandan çıxaraq Ağqoyunlu dövləti üzərinə yürüşə başladığı zaman Aləmşah Bəyim ona Ərdəbildəki vəziyyət barədə məlumat göndərmiş, Ərdəbilin Ağqoyunlu hakimi Əlixan Soltan Cəgirlinin ona Qaradərə deyilən yerdə pusqu qurduğunu bildirmiş və oğlunu bəlkə də ölümdən xilas etmişdir. Bundan başqa, oöluna Ərdəbilə gəlmək üçün 6 ay sonra yola çıxmağı məsləhət görmüş və İsmayıl anasının bu məsləhətinə uymuşdur.
Həyatı barədə mübahisələr
Səfəvi qaynaqlarının çoxu İsmayılın özünü şah elan etməsindən sonra Aləmşah Bəyim barədə elə bir məlumat verməməkdədir. Bu onun həyatı barədə mübahisələrə səbəb olmuşdur. Tarixçi bunu dövrün adətləri ilə əlaqələndirir və bildirir ki, əgər XV əsrin sonlarında Səfəvi ailəsinin başına gəlmiş faciəli hadisələrlə bağlı istər-istəməz qaynaqlar ondan bəhs etməyə məcbur olsalar da, İsmayılın şah olmasından sonra buna ehtiyac qalmamışdır. Çünki dövrün adətlərinə görə, əgər vacib ehtiyac yoxdursa, şahın hərəmi, qızları, arvadları və anası barədə məlumat verilmirdi.
Səfəvilər ilə Osmanlı imperiyası düşmən olduğu üçün o dövrün qaynaqlarında Aləmşah Bəyim üçün ağılagəlməz ifadələr yazılmış və olmayan hadisələr baş vermiş kimi göstərilmişdir. Belə iddialardan biri Sofyalı Şeyx Bali tərəfindən Osmanlı baş vəziri Rüstəm paşaya yazılmış məktubda səsləndirilmişdir. Məktubda verilən məlumatlar tarixi hadisələrlə uyuşmamaqla birlikdə, onu üzə çıxaran tarixçi Tufan Gündüz tərəfindən də məlumatların yanlış olduğu bildirilmişdir. Nezmi-zâde Murteza adlı müəllif tərəfindən 1717-ci ildə yazılmış “Gülşen-i Hulefâ” və III Mustafanın hakimiyyəti dövründə yazılmış “Zuhûr-i Devlet-i Safeviyân” əsərində də başqa motivli iddialar səsləndirilsə də, bu iddiaların hamısı Musalı tərəfindən əsassız olduğu bildirilmişdir. O, bu iddiaları daha çox Səfəvi ilə Osmanlı arasında olan düşmənlik ilə əlaqələndirmişdir.
Bir digər iddia isə Aləmşah Bəyimin xristian olması iddiasıdır. Bilindiyi kimi onun anası xristian olmuş və bəzi müəlliflər bunu əsas gətirərək onun da xristian olduğunu irəli sürmüşdürlər. Halbuki Aləmşah Bəyimin Ərdəbildəki məzar daşı başdan-başa islami yazılar və Qurandan ayələrlə doldurulmuşdur. Həmçinin dövrün qaynaqların yazdığına görə, onun əri Şeyx Heydər xristianlara nifrət etmişdir. və belə olduğu halda, onun ərinin xristian olması ehtimalı olduqca zəifdir.
Aləmşah Bəyimin ölümü barədə dəqiq məlumat yoxdur. Erməni qaynaqları onun əri Şeyx Heydər ilə birlikdə qardaşı Sultan Yaqub tərəfindən zəhərlənib öldürüldüyünü yazırlar. Erməni din adamı Təbrizli Arakel 1662-ci ildə yazdığı "Tarixlər Kitabı" adlı əsərində bu hadisəni belə təsvir edir:
Şeyx Heydər ilə Sultan Yaqubun bacısından bir oğlan dünyaya gəldi və ona İsmayıl adı verildi. Bu Heydər və arvadı hakimiyyəti ələ keçirmək üçün Sultan Yaqubu zəhərləməyə çalışdılar. Onlar bunun üçün hökmdarı nəzakətlə yeməyə dəvət etdilər və ona zəhərli yemək verdilər. Yaqub yeməyi yedikdən sonra onun zəhərli olduğunu hiss etdi və onları da yeməkdən yeməyə məcbur etdi. Onların üçü də - həm Sultan Yaqub, həm Şeyx Heydər, həm də Aləmşah Bəyim - birlikdə öldülər.
Bir digər erməni qaynağı Zəkəri kanakertsi də hadisəni belə təsvir etməkdədir.Erməni salnaməçilərin verdiyi bu məlumatların tamamilə yanlış olduğu ortadadır. Sultan Yaqubun saray tarixçisi olan Fəzlullah ibn Ruzbihan Xunçinin verdiyi məlumatdan aydındır ki, Şeyx Heydər 9 iyul 1488-ci ildə Şirvanda, Yaqub isə 24 dekabr 1490-cı ildə Qarabağda ölmüşdür. Aləmşah Bəyim isə qardaşı və ərinin ölümündən sonra da uzun müddət həyatda olmuşdur. Elə bu səbəblərə görə də, həm Namiq Musalı, həm də məşhur tarixçi Vladimir Minorski erməni müəlliflərin bu iddialarını absurd adlandırır.
XXI əsrdə, xüsusən Türkiyə gündəmində nun "İsmayıl" və İsgəndər Palanın "Şah və Sultan" adlı əsərlərində, başqalarının akademiklik ərz etdirməyən köşə yazılarında İsmayılın 1501-ci ildə Təbrizi ələ keçirdikdən sonra həm Ağqoyunlu sülaləsinə aid olduğu, həm də sünniləri müdafiə etdiyinə görə anasını öldürdüyü yazılmışdır. Bu iddiaların qaynağı olaraq isə Şah İsmayıl dövrünə aid Venesiya səyahətnamələrinə istinad edilməkdədir. Namiq Musalı bu dövrə aid üç əsas venesiyalı müəllif olan Katerino Zeno, Ciovan maria Angiolello və adının Françesko Romano olduğu düşünülən bir tacir olduğunu yazır. O, bu üç şəxsdən ən əsasının Venesiyanın Ağqoyunlu sarayındakı nümayəndəsi olan Katerino Zenonun xatirələrinin ölümündən sonra qardaşı oğlu tərəfindən Venesiyada, 1873-cü ildə İngiltərədə, 1970-ci ildə İranda və 2006-cı ildə İstanbulda nəşr edildiyini yazır və əlavə edir ki, hər 4 dildəki əsərin qarşılaşdırılması zamanı türkcə tərcümədə böyük yanlışlığa yol verildiyi bəlli olur. Bu yanlışlıq nəticəsində İsmayılın anası Aləmşah BƏyimi öldürdüyü iddia edilmişdir:
Bununla da qalmayaraq, anasının yanına gətirilməsi əmrini verdi. Bu qadın Heydərin ölümündən sonra Dərbənd savaşında şahın tərəfdarları arasında olan qabaqcıl şəxslərdən biri ilə evlənmişdi. Ona təhqiramiz sözlər dedi, xəyanət etdiyi üçün onu qınadı, nəhayət belə bir alçaqlıq və uyğunsuz bir qadının atasının haqqına bir az da olsa hörmətsizliyindən dolayı başını kəsməyi əmr etdi.
Bunu qeyd etdikdən sonra Namiq Musalı digər dillərdəki orijinal qeydləri də göstərərək sübut edirlər ki, burada sözügedən qadın İsmayılın anası yox, bir zamanlar atasının cariyəsi olmuş hansısa başqa qadındır.
Bir digər məşhur türk tarixçisi Faruk Sümer bir italyan qaynağında - Angiolellonun səyahətnaməsində - İsmayılın anasını öldürdüyü yazıldığını bildirməkdədir. Sümer bunu yazarkən Greyin yayımladığı ingilizcə tərcümənin 105 və 191-ci səhifələrinə istinad etməkdədir. Həqiqətən də həm Angiolelloda, həm də bir digər tacirin yazdığı əsərdə belə bir məlumat verilməkdədir. Lakin Sümerin diqqətindən yayınmışdır ki, Grey Sümerin də istinad etdiyi səhifələrdə bu məlumatın yanlış olduunu, digər qaynaqlarla müqayisəli araşdırma nəticəsində İsmayılın öz anasını deyil də, atasının hansısa cariyəsini öldürdüyü bəlli olduğunu qeyd etmişdir. Həmçinin iranlı tarixçi Yusif-Camali Şah İsmayıl ilə bağlı Edinburq Universitetində yazdığı doktorantura tezisində Venesiya qaynaqlarını incələyərək İsmayılın öz anasını öldürmə iddialarının yanlış olduğunu yazmışdır.
Həm Şah İsmayıl dövründə, həm də ondan sonrakı Səfəvi şahları hakimiyyəti dövründə yazılmış əsərlərdə Aləmşah Bəyimdən böyük hörmət hissi ilə bəhs edilməkdədir. Məsələn, Şah İsmayıl yazmış olduğu şeirlərdən birində atasını İmam Əliyə, anasını Həzrəti Fatiməyə, özünü isə 12 imamlardan birinə bənzətməkdədir:
Adim Şah İsmayıl, Haaqun sirriyəm,
Bu cümlə qazilərin sərvəriyəm,
Anamdur FAtimə, atam Əlidür,
On İki İmamun mən də piriyəm (biriyəm)
Bəzi qaynaqlarda Aləmşah Bəyimin 1501-ci ildən sonra yaşaması barədə açıq məlumatlar vardır. Məsələn, qaynaqlara görə, İsmayıl 1503-cü ildə İsfahanı ələ keçirərkən orada xalası Məryəm Bəyimlə qarşılaşmış, o, İsmayıldan bacısını soruşmuş və onun yaxşı olduğu cavabını almışdır.
Yenı İsmayılın ALəmşah Bəyimi öldürməsi iddialarını yalanyana başqa bir sübut Katerino Zenonun əsərindən əldə edilir. Belə ki, Uzun Həsənin Dəspinə Xatundan Aləmşah da daxil olmaqla 3 qızı və bir Maqsud adlı oğlu var idi. Həsənin ölümündən sonra Maqsud qardaşları tərəfindən öldürülür və digər iki bacı qorxduqları üçün əvvəlcə Hələbə, daha sonra isə Şama qaçmışdırlar. Zenonun nəvəsi gənc tacir Katerino Şamda bu bacılardan biri ilə tanış olmuş və söhbət etmişdir. Söhbət zamanı Aləmşahın bacısı Şah İsmayılın hakimiyyətə gəlməsindən məmnun olduğunu, özünün də Təbrizə getməyə hazırlaşdığını yazmışdır. Musalı buna əsaslanaraq iddia edir ki, əgər İsmayıl Ağqoyunlu və sünni olduğu üçün öz anasını öldürsəydi, bu ananın bacısı heç bir zaman Təbrizə gəlmək istəməzdi.
Aləmşah Bəyimin oğlu tərəfindən öldürülmədiyini bəlli edən bir digər məqam isə onun Ərdəbildəki məzar daşıdır. Məzar daşı üzərindəki epiqrafik abidədən bəlli olur ki, Aləmşah Bəyim 1522-1523-cü ildə, yəni oğlunun ölümündən təxminən 1-2 il əvvəl vəfat etmişdir.
Ailəsi
Şeyx Heydər ilə evliliyindən 3 oğlu və 4 qızı olmuşdur:
- Şah İsmayıl (1487 - 1524) - Səfəvi imperiyasının əsasını qoymuşdur.
- Şeyx Sultan Əli Mirzə (ö. 1494) - Ağqoyunlu Sultan Rüstəm tərəfindən Şəməsi adlı yerdə öldürülmüşdür.
- Şeyx İbrahim
- Fəxr Cahan Xanım - Səfəvi imperiyasının görkəmli sərkərdələrindən olan ilə evlənmişdir.
- Mələk Xanım - Səfəvi imperiyasının görkəmli sərkərdələrindən olan ilə evlənmişdir.
- Adı bəlli olmayan bir qız. Hüseyn bəy Şamlı ilə evlənmişdir.
- Adı bəlli olmayan bir qız. Şahəli bəy ilə evlənmidir.
İstinadlar
- əl-Siyər, 2017. səh. 425, 428
- Możṭar, 1971
- Münşi, 2010
- Sarwar, 1939
- Şərəf Xan Bitlisi ―Şərəfnamə, II cild, s. 133–134
- Ghereghlou, 2016
- Savory, 2007. səh. 18
- Jackson və Lockhart, 1986. səh. 209
- Savory, 1985. səh. 868
- Musalı, 2016. səh. 41
- Musalı, 2016. səh. 42
- Musalı, 2016. səh. 42-43
- Musalı, 2016. səh. 43
- Gündüz, 2010. səh. 205
- Musalı, 2016. səh. 43-44
- Strange, 1926. səh. 107
- Vilayeti, 1998. səh. 305
- Musalı, 2016. səh. 45
- Musalı, 2016. səh. 45-46
- Grey, 1873. səh. 185
- Gündüz, 2007. səh. 175
- Musalı, 2016. səh. 46
- Kanakertsi, 1969. səh. 36-37
- Musalı, 2016. səh. 46-47
- Gündüz, 2006. səh. 55
- Musalı, 2016. səh. 46-48
- Musalı, 2016. səh. 49-50
- Youssef-Jamâlî, 1981. səh. 322
- Sümer, 1999. səh. 24
- Musalı, 2016. səh. 53
- Minorsky, 1942. səh. 1031a
- Musalı, 2011. səh. 11
- Musalı, 2016. səh. 54
- Grey, 1873. səh. 42-43
- Gündüz, 2007. səh. 48
- Streusand, 2011. səh. 135
Mənbə
- Kioumars Ghereghlou. ḤAYDAR ṢAFAVI. Encyclopaedia Iranica. 2016.
- R. M. Savory. ALĪ MĪRZĀ. I. Encyclopaedia Iranica. 1985. 868.
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. 407. ISBN .
- Peter Jackson; Lawrence Lockhart. The Cambridge History of Iran. Cambridge: Cambridge University Press. 1986. ISBN .
- Roger Savory. Iran Under the Safavids. Cambridge: Cambridge University Press. 2007. ISBN .
- Tufan Gündüz. Sofyalı Bâlî Efendi’nin Safevîlere dair Rüstem Paşa’ya gönderdiği mektup. Ankara: Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi, Sayı: 56. 2010.
- Charles Grey. Travels of Venetians in Persia: A Narrative of Italian Travels in Persia in the 15-th and 16-th Centuries. London: Hakluyt Society. (translated and edited by C.Grey).
- Tufan Gündüz. Seyyahların gözüyle sultanlar ve savaşlar (Giovanni Maria Angiolello, Venedikli bir tüccar ve Vincenzo D’Alessandri’nin seyahatnameleri). İstanbul: Yeditepe. 2007.
- Guy Le Strange. Don Juan of Persia – A Shi’ah Catholic, 1560-1604. New York & London: Harper & Brothers. translated and edited with an introduction by G. Le Strange. 1926.
- Ali Ekber Vilayeti. Şah İsmail Safevî devrinde İran’ın haricî alakalar tarihi. Tehran: el-Hudâ. 1998.
- Namiq Musalı. I Şah İsmailın hakimiyyəti (“Târîh-i ‘Âlemârâ-yı Şâh İsmâ’îl” əsəri əsasında). Bakı: Elm və Təhsil. 2011.
- Mohammad Karîm Youssef-Jamâlî. The Life and Personality of Shāh Ismā’īl I (1487-1524). Ph.D. dissertation. University of Edinburgh. 1981.
- Tufan Gündüz. Uzun Hasan Fatih mücadelesi döneminde Doğu’da Venedik elçileri (Caterino Zeno ve Ambrogio Contarini’nin seyahatnameleri). İstanbul: Yeditepe. Çeviren: T.Gündüz. 2006.
- Zakariy Kanakertsi. Xronika (perevel M.O.Darbinyan-Melikyan). Moskva: Nauka. 1969.
- Vladimir Minorsky. The Poetry of Shah Ismail I. University of London: Bulletin of the School of Oriental and African Studies, Vol. X, Part 4. 1942. 1006a–1053a.
- Faruk Sümer. Safevî Devletinin kuruluşu ve gelişmesinde Anadolu Türklerinin rolü (Şah İsmail ile halefleri ve Anadolu Türkleri). Ankara: Türk Tarih Kurumu Basımevi. 1999.Douglas E. Streusand. Islamic Gunpowder Empires: Ottomans, Safavids, and Mughals. Boulder, Colifornia: Westview Press. 2011.
- Münşi İsgəndər bəy. Dünyanı bəzəyən Abbasın tarixi: Tarixe-aləmaraye-Abbasi. Bakı: Şərq-Qərb. 2010. 1144. ISBN .
- Ghulāṃ Sarwar. History of Shāh Ismā‘īl Ṣafawī. Aligarh: Muslim University. 1939.
- Anonim. Tarix-e həbib üs-siyər. IV. Tehran. 1380.
- A. D. Możṭar. Cahanguşa-i Xaqan. İslamabad. 1971.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Alemsah beyim 1460 Diyarbekir 1522 اردبیل Sefeviler Erdebil Sefevi imperiyasi Agqoyunlu sahzadesi Uzun Hesenin ve Despine xatunun qizi Seyx Heyderin arvadi ve Sah Ismayil ile Seyx Sultan Elinin anasi Alemsah beyimAlemsah Helime beyim عالمشاه حلیمه بیگمSexsi melumatlarDogum tarixi 1460Dogum yeri Diyarbekir Agqoyunlu dovletiVefat tarixi 1522Vefat yeri Erdebil Sefeviler dovletiDefn yeri Seyx Sefi kompleksi ErdebilFealiyyeti siyasetciAtasi Uzun HesenAnasi Despine xatunHeyat yoldasi Seyx HeyderUsagi Seyx Sultan Eli Seyx Ibrahim Seyx IsmayilAdiAlemsah beyimin esl adi barede muxtelif fikirler movcuddur Helime beyim aga Alemsah beyim Xristian muellifler bezen onu Marta da adlandirir HeyatiAlemsah Beyim Agqoyunlu hokmdari Uzun Hesen ile onun arvadi Trabzon imperatoru IV Conun qizi Teodora Megale Komnenenin Agqoyunlu sarayinda Despine Xatun olaraq bilinmisdir ailesinde dunyaya gelmisdir Heyatinin ilk illerine aid durust melumat yoxdur 1471 ci ilde bibisi Xedice Xatunun oglu ve Sefevi sulalesinden olan Seyx Heyder ile evlenmisdir Onlarin bu evlilikden 3 oglu Eli Mirze Sefevi Ibrahim ve Ismayil 4 qizi dunyaya gelmisdir Agqoyunlular terefinden tezyiqler Alemsah Beyimin eri Seyx Heyder Sefevi teriqetinin rehberi kimi uc defe Simali Qafqazdaki xristianlarin uzerine yurus heyata kecirmisdir Bele yuruslerden sonuncusu 1488 ci ilde bas verdi Yurus zamani o Sirvan torpaqlarindan kecerken Sirvansahlarin muxalifeti ile qarsilasdi Tabasaran adlanan yerde Sirvansah ve Agqoyunlu ordularinin birlesmesi ile bas vermis doyusde Seyx Heyder olduruldu Agqoyunlular Heyder olduruldukden sonra onun basinin kesilmesini emr etdiler Onun basi daha sonra Tebrizde basdirildi Onun oglu I Ismayil sonradan hokmdar oldugu zaman atasinin Tabasarandaki ve Tebrizdeki qaliqlarini bir yere getirerek Erdebildeki de defn etdirdi ve bu yer ziyaretgaha cevrildi Heyderin oldurulduyu yer atasi Seyx Cuneydin 1460 ci ilde oldurulduyu yerden uzaq deyildi Seyx Heyderin oldurulmesinden sonra onun terefdarlari Alemsah Beyimden olma boyuk oglu Seyx Sultan Elinin etrafinda birlesmeye ve ona atasinin qisasini almagi telqin etmeye basladilar Bunun neticesinde Alemsah Beyimin qardasi olan Agoyunlu hokmdari Sultan Yaqub Sefevi teriqetinin guclenmesinden ve onun oz hakimiyyetine tehluke yaradacagindan cekindiyi ucun bacisi ve ailesini hebs etdirdi Aile ilk once Akdamar qalasinda daha sonralar ise Sirazdaki Istexr qalasina salindi Yaqub bacisi olan Alemsah Beyimin mudaxilesi olmasaydi yeqin ki Heyderin ailesini edam edecekdi Alemsah Beyim 4 il ailesi ile birlikde hebsde kecirdikden sonra 1493 cu ilde Rustem Mirze terefinden hebsden azad edildi Bele ki Yaqubun 1490 ci ilde olumunden sonra Agqoyunlu taxti ugrunda sahzadeler arasinda mubarize baslamisdi ve Rustem Baysunqura qarsi mubarizede Sefevilerin gucunden yararlanmaq isteyirdi Bunun qarsiliginda Rustemin Sultanelini ozunden sonra taxta cixacagini soz verdiyi bildirilir 1493 cu ilde Rustem Sefevilerin yardimi ile Baysunquru meglub etdi lakin 1494 cu ilde anladi ki bu defe de Sultan Eli onun hakimiyyetine qarsi real tehlukedir Buna gore de onun emri ile Sultaneli Mirze ve qardaslarinin hebs edilmesi emr edildi Sultaneli ve qardaslari kicik quvve ile Rustemin dusergesinden qacmagi bacardilar ve Erdebile dogru hereket etmeye basladilar Bununla bele Rustem onlarin Erdebilde oz adamlari ile birlesmesinin ne derecede tehluke yarada bileceyinden xeberdar idi buna gore de onlari teqib etmek ucun ordu gonderdi Doyusde Alemsah Beyimin boyuk oglu Sultan Eli olduruldu ve kicik oglu Ismayil Mirze terefdarlari terefinden gizledilib varis elan edildi Sultan Elinin cesedi Erdebile getirildiyi zaman Alemsah Beyimin uzun muddet cesed uzerinde agladigi ve ozunun de Agqoyunlu olmasina baxmayaraq butun sulaleye qarqislar etdiyi oglunun qisasini tez bir muddetde alinmasini dilediyi bildirilir Bundan qisa muddet sonra Erdebile daxil olmus teriqet terefdarlarinin evlerini yagmalamisdir Bu zaman Seyx Heyderin evinde olan Alemsah Beyim erinin evinin yagmalanmasina sahidlik etmisdir Ev Agqoyunlu komandiri Elixan Soltan Cegirlinin emri ile o derecede yagmalanmisdir ki geride bir dinarin bele buraxilmadigi ve Alemsahin teriqet terefdarlarinin geceler getirdiyi yardimlarla kecinmeye mecbur oldugu yazilir Bu zaman Alemsah Beyimin iki oglu da erinin terefdarlari terefinden gizledilmisdi ve o onlarin yeri barede melumatsiz idi Oglanlari gizleden Erdebilin Rumlular mehellesinde yasayan ve Zulqeder eline mensub olan hekim Aba Cerraha onun iztirabina son vermek ucun oglanlarinin onunla ve yaxsi olduqlari melumatini verir Butun seheri axtaran ve oglanlari tapmaq barede Agqoyunlu hokmdari Sultan Rustemden qeti emr alan Eybe Sultan onlari tapa bilmir ve yerlerini oyrenmek ucun Alemsah Beyime isgence vermek isteyir Lakin Quranda Beqere suresinin 233 cu ayesinde kecen hec bir ana usagi sebebiyle zerere meruz qalmasin sozune gore bu fikirden dasinilir Ismayil ve Ibrahimi gizledenler bunun cox da tehlukesiz olmadigi qerarina gelirler ve Alemsah Beyimle meslehetlesdikden sonra oglanlarini Lele Huseyn bey Samli Gilana aparmaq tapsirigini alir Ismayil Mirze 1499 cu ilde Lahicandan cixaraq Agqoyunlu dovleti uzerine yuruse basladigi zaman Alemsah Beyim ona Erdebildeki veziyyet barede melumat gondermis Erdebilin Agqoyunlu hakimi Elixan Soltan Cegirlinin ona Qaradere deyilen yerde pusqu qurdugunu bildirmis ve oglunu belke de olumden xilas etmisdir Bundan basqa ooluna Erdebile gelmek ucun 6 ay sonra yola cixmagi meslehet gormus ve Ismayil anasinin bu meslehetine uymusdur Heyati barede mubahiselerSefevi qaynaqlarinin coxu Ismayilin ozunu sah elan etmesinden sonra Alemsah Beyim barede ele bir melumat vermemekdedir Bu onun heyati barede mubahiselere sebeb olmusdur Tarixci bunu dovrun adetleri ile elaqelendirir ve bildirir ki eger XV esrin sonlarinda Sefevi ailesinin basina gelmis facieli hadiselerle bagli ister istemez qaynaqlar ondan behs etmeye mecbur olsalar da Ismayilin sah olmasindan sonra buna ehtiyac qalmamisdir Cunki dovrun adetlerine gore eger vacib ehtiyac yoxdursa sahin heremi qizlari arvadlari ve anasi barede melumat verilmirdi Sefeviler ile Osmanli imperiyasi dusmen oldugu ucun o dovrun qaynaqlarinda Alemsah Beyim ucun agilagelmez ifadeler yazilmis ve olmayan hadiseler bas vermis kimi gosterilmisdir Bele iddialardan biri Sofyali Seyx Bali terefinden Osmanli bas veziri Rustem pasaya yazilmis mektubda seslendirilmisdir Mektubda verilen melumatlar tarixi hadiselerle uyusmamaqla birlikde onu uze cixaran tarixci Tufan Gunduz terefinden de melumatlarin yanlis oldugu bildirilmisdir Nezmi zade Murteza adli muellif terefinden 1717 ci ilde yazilmis Gulsen i Hulefa ve III Mustafanin hakimiyyeti dovrunde yazilmis Zuhur i Devlet i Safeviyan eserinde de basqa motivli iddialar seslendirilse de bu iddialarin hamisi Musali terefinden esassiz oldugu bildirilmisdir O bu iddialari daha cox Sefevi ile Osmanli arasinda olan dusmenlik ile elaqelendirmisdir Bir diger iddia ise Alemsah Beyimin xristian olmasi iddiasidir Bilindiyi kimi onun anasi xristian olmus ve bezi muellifler bunu esas getirerek onun da xristian oldugunu ireli surmusdurler Halbuki Alemsah Beyimin Erdebildeki mezar dasi basdan basa islami yazilar ve Qurandan ayelerle doldurulmusdur Hemcinin dovrun qaynaqlarin yazdigina gore onun eri Seyx Heyder xristianlara nifret etmisdir ve bele oldugu halda onun erinin xristian olmasi ehtimali olduqca zeifdir Alemsah Beyimin olumu barede deqiq melumat yoxdur Ermeni qaynaqlari onun eri Seyx Heyder ile birlikde qardasi Sultan Yaqub terefinden zeherlenib oldurulduyunu yazirlar Ermeni din adami Tebrizli Arakel 1662 ci ilde yazdigi Tarixler Kitabi adli eserinde bu hadiseni bele tesvir edir Seyx Heyder ile Sultan Yaqubun bacisindan bir oglan dunyaya geldi ve ona Ismayil adi verildi Bu Heyder ve arvadi hakimiyyeti ele kecirmek ucun Sultan Yaqubu zeherlemeye calisdilar Onlar bunun ucun hokmdari nezaketle yemeye devet etdiler ve ona zeherli yemek verdiler Yaqub yemeyi yedikden sonra onun zeherli oldugunu hiss etdi ve onlari da yemekden yemeye mecbur etdi Onlarin ucu de hem Sultan Yaqub hem Seyx Heyder hem de Alemsah Beyim birlikde olduler Bir diger ermeni qaynagi Zekeri kanakertsi de hadiseni bele tesvir etmekdedir Ermeni salnamecilerin verdiyi bu melumatlarin tamamile yanlis oldugu ortadadir Sultan Yaqubun saray tarixcisi olan Fezlullah ibn Ruzbihan Xuncinin verdiyi melumatdan aydindir ki Seyx Heyder 9 iyul 1488 ci ilde Sirvanda Yaqub ise 24 dekabr 1490 ci ilde Qarabagda olmusdur Alemsah Beyim ise qardasi ve erinin olumunden sonra da uzun muddet heyatda olmusdur Ele bu sebeblere gore de hem Namiq Musali hem de meshur tarixci Vladimir Minorski ermeni muelliflerin bu iddialarini absurd adlandirir XXI esrde xususen Turkiye gundeminde nun Ismayil ve Isgender Palanin Sah ve Sultan adli eserlerinde basqalarinin akademiklik erz etdirmeyen kose yazilarinda Ismayilin 1501 ci ilde Tebrizi ele kecirdikden sonra hem Agqoyunlu sulalesine aid oldugu hem de sunnileri mudafie etdiyine gore anasini oldurduyu yazilmisdir Bu iddialarin qaynagi olaraq ise Sah Ismayil dovrune aid Venesiya seyahetnamelerine istinad edilmekdedir Namiq Musali bu dovre aid uc esas venesiyali muellif olan Katerino Zeno Ciovan maria Angiolello ve adinin Francesko Romano oldugu dusunulen bir tacir oldugunu yazir O bu uc sexsden en esasinin Venesiyanin Agqoyunlu sarayindaki numayendesi olan Katerino Zenonun xatirelerinin olumunden sonra qardasi oglu terefinden Venesiyada 1873 cu ilde Ingilterede 1970 ci ilde Iranda ve 2006 ci ilde Istanbulda nesr edildiyini yazir ve elave edir ki her 4 dildeki eserin qarsilasdirilmasi zamani turkce tercumede boyuk yanlisliga yol verildiyi belli olur Bu yanlisliq neticesinde Ismayilin anasi Alemsah BEyimi oldurduyu iddia edilmisdir Bununla da qalmayaraq anasinin yanina getirilmesi emrini verdi Bu qadin Heyderin olumunden sonra Derbend savasinda sahin terefdarlari arasinda olan qabaqcil sexslerden biri ile evlenmisdi Ona tehqiramiz sozler dedi xeyanet etdiyi ucun onu qinadi nehayet bele bir alcaqliq ve uygunsuz bir qadinin atasinin haqqina bir az da olsa hormetsizliyinden dolayi basini kesmeyi emr etdi Bunu qeyd etdikden sonra Namiq Musali diger dillerdeki orijinal qeydleri de gostererek subut edirler ki burada sozugeden qadin Ismayilin anasi yox bir zamanlar atasinin cariyesi olmus hansisa basqa qadindir Bir diger meshur turk tarixcisi Faruk Sumer bir italyan qaynaginda Angiolellonun seyahetnamesinde Ismayilin anasini oldurduyu yazildigini bildirmekdedir Sumer bunu yazarken Greyin yayimladigi ingilizce tercumenin 105 ve 191 ci sehifelerine istinad etmekdedir Heqiqeten de hem Angiolelloda hem de bir diger tacirin yazdigi eserde bele bir melumat verilmekdedir Lakin Sumerin diqqetinden yayinmisdir ki Grey Sumerin de istinad etdiyi sehifelerde bu melumatin yanlis olduunu diger qaynaqlarla muqayiseli arasdirma neticesinde Ismayilin oz anasini deyil de atasinin hansisa cariyesini oldurduyu belli oldugunu qeyd etmisdir Hemcinin iranli tarixci Yusif Camali Sah Ismayil ile bagli Edinburq Universitetinde yazdigi doktorantura tezisinde Venesiya qaynaqlarini inceleyerek Ismayilin oz anasini oldurme iddialarinin yanlis oldugunu yazmisdir Hem Sah Ismayil dovrunde hem de ondan sonraki Sefevi sahlari hakimiyyeti dovrunde yazilmis eserlerde Alemsah Beyimden boyuk hormet hissi ile behs edilmekdedir Meselen Sah Ismayil yazmis oldugu seirlerden birinde atasini Imam Eliye anasini Hezreti Fatimeye ozunu ise 12 imamlardan birine benzetmekdedir Adim Sah Ismayil Haaqun sirriyem Bu cumle qazilerin serveriyem Anamdur FAtime atam Elidur On Iki Imamun men de piriyem biriyem Bezi qaynaqlarda Alemsah Beyimin 1501 ci ilden sonra yasamasi barede aciq melumatlar vardir Meselen qaynaqlara gore Ismayil 1503 cu ilde Isfahani ele kecirerken orada xalasi Meryem Beyimle qarsilasmis o Ismayildan bacisini sorusmus ve onun yaxsi oldugu cavabini almisdir Yeni Ismayilin ALemsah Beyimi oldurmesi iddialarini yalanyana basqa bir subut Katerino Zenonun eserinden elde edilir Bele ki Uzun Hesenin Despine Xatundan Alemsah da daxil olmaqla 3 qizi ve bir Maqsud adli oglu var idi Hesenin olumunden sonra Maqsud qardaslari terefinden oldurulur ve diger iki baci qorxduqlari ucun evvelce Helebe daha sonra ise Sama qacmisdirlar Zenonun nevesi genc tacir Katerino Samda bu bacilardan biri ile tanis olmus ve sohbet etmisdir Sohbet zamani Alemsahin bacisi Sah Ismayilin hakimiyyete gelmesinden memnun oldugunu ozunun de Tebrize getmeye hazirlasdigini yazmisdir Musali buna esaslanaraq iddia edir ki eger Ismayil Agqoyunlu ve sunni oldugu ucun oz anasini oldurseydi bu ananin bacisi hec bir zaman Tebrize gelmek istemezdi Alemsah Beyimin oglu terefinden oldurulmediyini belli eden bir diger meqam ise onun Erdebildeki mezar dasidir Mezar dasi uzerindeki epiqrafik abideden belli olur ki Alemsah Beyim 1522 1523 cu ilde yeni oglunun olumunden texminen 1 2 il evvel vefat etmisdir AilesiSeyx Heyder ile evliliyinden 3 oglu ve 4 qizi olmusdur Sah Ismayil 1487 1524 Sefevi imperiyasinin esasini qoymusdur Seyx Sultan Eli Mirze o 1494 Agqoyunlu Sultan Rustem terefinden Semesi adli yerde oldurulmusdur Seyx Ibrahim Fexr Cahan Xanim Sefevi imperiyasinin gorkemli serkerdelerinden olan ile evlenmisdir Melek Xanim Sefevi imperiyasinin gorkemli serkerdelerinden olan ile evlenmisdir Adi belli olmayan bir qiz Huseyn bey Samli ile evlenmisdir Adi belli olmayan bir qiz Saheli bey ile evlenmidir Istinadlarel Siyer 2017 seh 425 428 Mozṭar 1971 Munsi 2010 Sarwar 1939 Seref Xan Bitlisi Serefname II cild s 133 134 Ghereghlou 2016 Savory 2007 seh 18 Jackson ve Lockhart 1986 seh 209 Savory 1985 seh 868 Musali 2016 seh 41 Musali 2016 seh 42 Musali 2016 seh 42 43 Musali 2016 seh 43 Gunduz 2010 seh 205 Musali 2016 seh 43 44 Strange 1926 seh 107 Vilayeti 1998 seh 305 Musali 2016 seh 45 Musali 2016 seh 45 46 Grey 1873 seh 185 Gunduz 2007 seh 175 Musali 2016 seh 46 Kanakertsi 1969 seh 36 37 Musali 2016 seh 46 47 Gunduz 2006 seh 55 Musali 2016 seh 46 48 Musali 2016 seh 49 50 Youssef Jamali 1981 seh 322 Sumer 1999 seh 24 Musali 2016 seh 53 Minorsky 1942 seh 1031a Musali 2011 seh 11 Musali 2016 seh 54 Grey 1873 seh 42 43 Gunduz 2007 seh 48 Streusand 2011 seh 135MenbeKioumars Ghereghlou ḤAYDAR ṢAFAVI Encyclopaedia Iranica 2016 R M Savory ALi MiRZA I Encyclopaedia Iranica 1985 868 Oqtay Efendiyev Azerbaycan Sefeviler dovleti Baki Serq Qerb 2007 407 ISBN 978 9952 34 101 0 Peter Jackson Lawrence Lockhart The Cambridge History of Iran Cambridge Cambridge University Press 1986 ISBN 978 0521200943 Roger Savory Iran Under the Safavids Cambridge Cambridge University Press 2007 ISBN 978 0521042512 Tufan Gunduz Sofyali Bali Efendi nin Safevilere dair Rustem Pasa ya gonderdigi mektup Ankara Turk Kulturu ve Haci Bektas Veli Arastirma Dergisi Sayi 56 2010 Charles Grey Travels of Venetians in Persia A Narrative of Italian Travels in Persia in the 15 th and 16 th Centuries London Hakluyt Society translated and edited by C Grey Tufan Gunduz Seyyahlarin gozuyle sultanlar ve savaslar Giovanni Maria Angiolello Venedikli bir tuccar ve Vincenzo D Alessandri nin seyahatnameleri Istanbul Yeditepe 2007 Guy Le Strange Don Juan of Persia A Shi ah Catholic 1560 1604 New York amp London Harper amp Brothers translated and edited with an introduction by G Le Strange 1926 Ali Ekber Vilayeti Sah Ismail Safevi devrinde Iran in harici alakalar tarihi Tehran el Huda 1998 Namiq Musali I Sah Ismailin hakimiyyeti Tarih i Alemara yi Sah Isma il eseri esasinda Baki Elm ve Tehsil 2011 Mohammad Karim Youssef Jamali The Life and Personality of Shah Isma il I 1487 1524 Ph D dissertation University of Edinburgh 1981 Tufan Gunduz Uzun Hasan Fatih mucadelesi doneminde Dogu da Venedik elcileri Caterino Zeno ve Ambrogio Contarini nin seyahatnameleri Istanbul Yeditepe Ceviren T Gunduz 2006 Zakariy Kanakertsi Xronika perevel M O Darbinyan Melikyan Moskva Nauka 1969 Vladimir Minorsky The Poetry of Shah Ismail I University of London Bulletin of the School of Oriental and African Studies Vol X Part 4 1942 1006a 1053a Faruk Sumer Safevi Devletinin kurulusu ve gelismesinde Anadolu Turklerinin rolu Sah Ismail ile halefleri ve Anadolu Turkleri Ankara Turk Tarih Kurumu Basimevi 1999 Douglas E Streusand Islamic Gunpowder Empires Ottomans Safavids and Mughals Boulder Colifornia Westview Press 2011 Munsi Isgender bey Dunyani bezeyen Abbasin tarixi Tarixe alemaraye Abbasi Baki Serq Qerb 2010 1144 ISBN 978 9952 34 620 6 Ghulaṃ Sarwar History of Shah Isma il Ṣafawi Aligarh Muslim University 1939 Anonim Tarix e hebib us siyer IV Tehran 1380 A D Mozṭar Cahangusa i Xaqan Islamabad 1971