Şamaxı Astrofizika Rəsədxanası və ya qısaca: AMEA ŞAR (tam adı: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) — Azərbaycan SSR Nazirlər Sovetinin 975 saylı qərarı ilə 17 noyabr 1959-cu ildə yaradılmış, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi tərkibində elmi-tədqiqat institutu statusunda fəaliyyət göstərən Rəsədxana.
Rəsədxana Böyük Qafqaz dağlarının şimali-şərqində Bakı şəhərindən 150 km məsafədə, Pirqulu dağının şərq hissəsində, dəniz səviyyəsindən 1435–1500 m yüksəklikdə, λ = 48⁰ 35' 04" E, φ = 40⁰ 46' 20" N coğrafi koordinatlarında yerləşir. Burada müşahidə üçün əlverişli aydın gecələrin sayı il ərzində 150–180-ə çatır.
Şamaxı Astrofizika Rəsədxanası | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 1959 |
Ünvan | Azərbaycan Respublikası, Şamaxı rayonu, Yusif Məmmədəliyev qəsəbəsi |
Rəhbərlik | |
Rəhbər | Namiq Cəlilov |
Birinci müavin | Nəriman İsmayılov |
| |
Rəsmi saytı | shao.az |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün yaradılmış astronomik ekspedisiya hələ 1927-ci ildən fəaliyyətə başlamışdı. Azərbaycanın Dağlıq Qarabağ, Kəlbəcər, Laçın, Şamaxı, Xızı və s. bölgələrinin ayrı-ayrı məntəqələrində gələcəkdə astronomiya rəsədxanası yaradılması üçün əlverişli yerin seçilməsi istiqamətində işlər aparılmışdı. Aparılan tədqiqatlar nəticəsində, 1953-cü ildə Şamaxı rayonunun Pirqulu ərazisində müşahidə bazasının, sonralar isə rəsədxananın tikilməsi nəzərdə tutulmuşdur. Rəsədxana o zamanki Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun tərkibində 1954-cü ildə yaradılmış Astrofizika şöbəsi, sonradan 1956-cı ildə Elmlər Akademiyasının Astrofizika Sektoru kimi fəaliyyət göstərmişdir. 1960-cı ildən müstəqil elmi-tədqiqat institutu statusu ilə Azərbaycan EA strukturuna daxil edilmişdir.
Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasında böyük xidmətləri olan akademik H. F. Sultanov 1960–1981-ci illərdə rəsədxananın direktoru vəzifəsində işləmişdir. Onun təşkilatçılığı və rəhbərliyi altında 1953–1959-cu illərdə astronomik müşahidələrlə yanaşı, gələcək rəsədxananın layihələşdirilməsi, astronomiya ixtisası üzrə kadrların hazırlanması, teleskop və avadanlıqla təchizatı, rəsədxananın strukturu və s. məsələlər üzərində ciddi iş aparılmışdır. Bundan başqa, ŞAR-n yaranmasında və inkişafında görkəmli alimlər M. M. Əliyev, Y. H. Məmmədəliyev, H. M. Abdullayev, R. E. Hüseynov, H. C. Məmmədbəyli və b. böyük rolu olmuşdur. Elmi kadrların hazırlanmasında Lomonosov adına Moskva Dövlət Universitetinin, Leninqrad Dövlət Universitetinin, Rusiya EA Pulkovo rəsədxanasının, Rusiya EA Krım rəsədxanasının (V. A. Krat, V. V. Sobolev, O. A. Melnikov, A. M. Boyarçuk, İ. M. Kopılov və b.), Rusiya EA Yer Maqnetizmi, İonosferi və Radiodalğaların yayılması institutunun (İZMİRAN) əməkdaşlarının əməyi xüsusi qeyd olunmalıdır.
Pirqulu Astronomiya Stansiyasında 1957-ci ildə ilk teleskop — Xromosfer-Fotosfer Günəş teleskopu qurulmuşdur. 1959-cu ildə isə 200 mm-lik fotoelektrik teleskop istifadəyə verilmiş və onun vasitəsilə ərazinin astroiqliminin öyrənilməsi məsələsi öz həllini tapmışdır. Sonrakı illərdə: Üfüqi Günəş teleskopu (1962), AST-452 teleskopu (1964), AZT-8 teleskopu (1970), "Zeiss-600" (1980) teleskopu istifadəyə verilmişdir. Şamaxı Astrofizika Rəsədxanasının təchizatında güzgüsünün diametri 2 m olan teleskopun alınması və 1966-cı ilin sentyabrında istifadəyə verilməsi, xüsusi əhəmiyyət kəsb edir. Almaniya Demokratik Respublikasının "Carl Zeiss" firmasında istehsal olunmuş bu teleskop keçmiş SSRİ ərazisində apertura ölçüsünə görə REA Krım Astrofizika Rəsədxanasında və Ermənistan EA Bürakan Astrofizika Rəsədxanasında qurulmuş iki eyni 2.6 m-lik Rusiya istehsalı teleskoplardan sonra 3-cü yerdədir. Azərbaycan eksperimental elminin bayraqdarı sayılan bu məşhur optik teleskopun alınmasında və operativ şəkildə qurulmasında Azərbaycan EA-nın keçmiş prezidenti, akademik Yusif Məmmədəliyevin, Akademiyanın vitse-prezidenti, xalq şairi Səməd Vurğunun xüsusi rolu olmuşdur.
1960–1980-ci illərdə ŞAR-da müntəzəm şəkildə astrofiziki müşahidələr təşkil olunmuşdur. Elə həmin illərdə də astrofizika ixtisası üzrə kadrların hazırlanması işinə böyük diqqət verilmişdir. Bu məqsədlə 1976-cı ildə ulu öndərimiz Heydər Əliyevin xüsusi göstərişi ilə Azərbaycan Dövlət Universitetində Astrofizika kafedrası yaradılmışdır. Həmin kafedra astronomiya sahəsində ixtisaslı kadrların yetişdirilməsində mühüm rol oynamışdır.
1981-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Şamaxı Astrofizika Rəsədxanasına Azərbaycanın dahi astronomu Nəsirəddin Tusinin adı verilmişdir. 1973-cü ildə Naxçıvan Muxtar Respublikasında yerləşən Batabat Bölməsi ŞAR ilə birləşdirildi. NM Respublikasının ərazisində sovetlər dönəmində fəaliyyət göstərmiş və müstəqillikdən sonra Azərbaycan Dövlətinin mülkiyyətinə verilmiş REA Ağdərə Müşahidə Stansiyası da 1997-ci ildə ŞAR-ın tabeliyinə verildi. Ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamındam sonra Batabat Astrofizika Rəsədxanası Ağdərə Müşahidə Stansiyası ilə birlikdə Azərbaycan MEA Naxçıvan Bölməsinin tərkibinə keçirildı və indi sərbəst rəsədxana kimi fəaliyyət göstərir.
2009–2013-cü illərdə Şamaxı Astrofizika Rəsədxanasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları əsasında yenidənqurma işləri aparılmışdır. Rəsədxananın inzibatı binası və teleskoplar əsaslı təmir olunmuş, 72 mənzilli iki beşmərtəbəli bina və kotteclərdən ibarət yeni yaşayış kompleksi, tibbi məntəqə, yeməkxana və uşaq bağçası astronomların və qəsəbə sakinlərinin istifadəsinə verilmişdir.
Şamaxı Astrofizika Rəsədxanasının Bakı Şəhər Bölməsi (BŞB) fəaliyyət göstərir. Burada müşahidə materiallarının işlənməsi, təhlili aparılır, nəzəri astrofizika sahəsində tədqiqatlar həyata keçirilir. BŞB rəsədxananın fəaliyyətinin koordinasiyasında və AMEA-nın digər strukturları və elmi-tədqiqat institutları, habelə şəhərdəki universitetlərlə qarşılıqlı əlaqələrində də xüsusi əhəmiyyət kəsb edir. Burada həm də dissertasiya müdafiələri, müntəzəm elmi seminarlar keçirilir, rəsədxananın elmi jurnalları yığılır və onun rəsmi Veb-saytı idarə olunur .
Rəhbərləri
- 1959–1981 — Akademik Sultanov Hacıbəy Fərəculla oğlu;
- 1981–1982 — f.r.-e.d. Xansəfər oğlu;
- 1982–1985 — f.r.-e.n. Rza oğlu;
- 1985–1986 — f.r.-e.n. Abbasəli oğlu;
- 1986–1988 — f.r.-e.n. Əhməd oğlu;
- 1988–1997 — f.r.-e.n. Bünyad oğlu;
- 1997–2015 — AMEA-nın müxbir üzvü, F.r.-e.d Quliyev Əyyub Salah oğlu;
- 2015-dən indiyə qədər, AMEA-nın müxbir üzvü, F.r.-e.d Cəlilov Namiq Sərdar oğlu.
Teleskopları
- 2 m-lik reflektor, Almaniyanın "Carl Zeiss JENA" firmasının istehsalıdır və 1966-cı ildə istifadəyə verilmişdir. Əsas güzgü parabolikdir, D= 2080 mm, F= 9000 mm-dir. Əsas məqalə: 2-metrlik teleskop
- AZT −8 teleskopu, parabolik baş güzgüsü D= 700 mm, F= 2820 mm-dir. Birinci kasseqren sisteminin F= 11200 mm, nisbi aperturası 1:16 və görüş dairəsi 40' və ya 13x13 sm2-dir. Əsas məqalə:
- Zeiss-600 teleskopu, baş güzgü parabolikdir və D= 600 mm, F= 2400 mm-dir; Fekv=7500 mm-dir. Əsas məqalə:
- AST-452, Maksutov menisk teleskopu, menisk linzasının D= 350 mm, güzgünün D= 490 mm, teleskopun F= 1200 mm təşkil edir. Teleskopun fokal səthində miqyas 2.86′/mm-dir. Teleskopun işıq qüvvəsi 1:3.4. Teleskop 2 optik sistemdə: baş və nyuton fokuslarında işləyə bilir. Baş fokusda görüş sahəsi 4°14', sahənin xətti ölçüsü 90 mm, Nyuton fokusunda isə uyğun olaraq 2°52' və 60 mm. Əsas məqalə:
- ASQ-5 Azimutal selostat qurğusu, Baş güzgü D=440 mm, Nyuton güzgü D=200 mm, F=17500 mm. Əsas məqalə: ASQ-5 Azimutal selostat qurğusu
- AFR-3 Xromosfer-Fotosfer teleskopu, obyektiv D=130 mm, Fekv=9000 mm. Əsas məqalə:
- AZT-15 teleskopu, 1 m-lik Şmidt sistemi, 1975-ci ildə rəsədxanaya gətirilmiş, lakin baş güzgünün naməlum səbəbdən itməsinə görə teleskop indiyədək qurulmamışdır. Teleskopun digər avadanlıqları indiyədək ŞAR-ın ambarında saxlanılır. Rəsədxana rəhbərliyi REA XAR rəhbərliyi ilə teleskopun Rusiya ilə birgə qurulması üçün danışıqlar aparır.
İşıq qəbulediciləri və digər cihazlar
2 m teleskop aşağıdakı işıq qəbuledicilərinə malikdir:
- Kanberra 2x2 prizmalı spektroqraf- zəif obyektlərin spektral müşahidəsi üçün;
- baş fokusun üç kameralı və iki difraksiya qəfəsli spektroqrafı;
- orta ayırdetməli Kasseqren fokusu spektroqrafı;
- zəif obyektləri tədqiq etmək üçün BVRc CCD fotometri;
- Kude fokusu eşelle spektroqrafı;
- ayırdetmə qabiliyyəti 35000 olan Kassseqren fokusu Eşele spektrometri;
- ShAFES – Kasseqren fokus üçün yüksək ayırdetməli optik lifli eşelle spektroqraf (R=56000, 28000, λ 3700–9000Å);
- UAGS +Canon+CCD Andor zəif obyektlərin spektral müşahidəsini aparmaq üçün;
- Zeiss-600 teleskopunda istifadə edilən BVRcİc sistemində işləyən CCD fotometr; teleskopda Celestron F/6.3 fokus reduktoru quraşdırılıb, optik gücü 1.6 dəfə artırılıb.
- ASQ selostat qurğrsunda F=7000 mm olan ASP-20 spektroqrafı; D=1.12 Å/mm, λ 3600–7000 Å;
- ACT-452 teleskopunda istifadə olunan sındırma bucaqları 15˚ və 35˚40’ olan iki ədəd obyektiv prizma;
- 2012-ci ildə CCD işıq qəbuledicilərinin soyudulması üçün maye azot istehsal edən LNP-20 kriogen qurğusu quraşdırılıb istifadəyə verilmişdir.
- 2007-ci ildə astronomik güzgülərin səthinin alüminumləşdirilməsi üçün Almaniya istehsalı olan B-240 vakuum qurğusu istifadəyə verilmişdir.
Fəaliyyət göstərən şöbələr
- Qalaktikalar və ulduzəmələgəlmə prosesləri;
- Qoşa ulduzlar və eruptiv proseslər;
- Ulduz atmosferləri fizikası və maqnetizm;
- Astronomik cihazlar və innovativ texnologiyalar;
- Nəzəri astrofizika və kosmologiya;
- Kosmik plazma və heliogeofiziki problemlər;
- Planetlər və kiçik səma cisimləri;
Elmi nailiyyətlər
- sahəsində nəzəri işlərdə ulduz təkamülünün son məhsulunun fiziki təbiəti haqqında yeni nəticələr alınmışdır. Göstərilmişdir ki, kollaps zamanı neytron ulduz formalaşarkən enerjisi 50 MeV olan neytrino və antineytrino seli yaranır. Kollaps zamanı formalaşan neytron ulduz mərkəzdə formalaşan neytrinonun enerjisini artırır və yumşaq rentgen spektri yaradır. Relyativistik nəzəriyyə tətbiq olunaraq yaranan neytron ulduzun parametrləri hesablanmışdır. Bu nəticələr Baksan neytron rəsədxanasında istifadə olunmuşdur.
- Göstərilmişdir ki, hətta çox böyük kütləli ulduzlar öz təkamülündə kollapsqabağı mərhələni keçirlər. Sübut olunmuşdur ki, I və II tip ifratnəhəng alışmaları enerji və kütləsinə görə bir-birindən fərqlənir.
- İlk dəfə 700-ə yaxın güclü rentgen şüa mənbələrinin kataloqu tərtib olunmuşdur.
- İlk dəfə Qalaktikada 331 pulsarın elektron konsentrasiyası təyin olunmuşdur.
- Göstərilmişdir ki, pulsarlar qalaktika mərkəzindən qalınlığı 8 kps olan həlqədə yerləşirlər. Bunun əsasında pulsarlara qədər olan məsafə və onun bəzi parametrləri tapılmışdır.
- İlk dəfə planetar dumanlıqlara qədər məsafənin yeni şkalası təyin olunmuşdur. Alınan nəticələrin əksəriyyəti müşahidələrlə təsdiq edilmişdir.
- !957-ci ildən başlayaraq uzun müddət Günəş xidməti müşahidələri aparılmış, alınan nəticələr beynəlxalq kataloqlarda nəşr olunmuşdur.
- Zərbə dalğaları nəzəriyyəsindən istifadə edərək günəş alışmalarının modeli verilmişdir.
- Helioseysmologiyada akustik dalğaların məxsusi tezliklərinə atmosferdə tunel effektin rolu hesablanaraq araşdırılmışdır.
- Günəşin Rossbi tipli qlobal burulğanlı rəqslərinin MHD-nəzəriyyəsi işlənmişdir. Göstərilmişdir ki, qlobal burulğanlar mərkəzdə istilik nüvə sintezi prosesinin sürətini və Günəşin səthinin optik xüsusiyyətlərini dəyişdiyindən Günəşin inteqral şüalanma selini kvaziperiodik (bir-neçə min il zaman şkalasında) olaraq dəyişdirir. İlk dəfə olaraq alınan nəticələr Yerin qlobal iqlim dəyişmələrində əsas mexanizm kimi irəli sürülmüşdür.
- Günəş neytrinosunun defisiti probleminin həlli üçün fiziki mexanizam irəli sürülmüşdür. Mərkəzi oblastda MHD rezonatorunun yaranması, ondan keçən elektron neytrinonun küydə ossilyasiyasının (növünün dəyişməsinin) əsasları işlənmişdir. Bu mexanizm Günəşin mərkəzinin fiziki halının diaqnostikası kimi istifadə oluna bilər və Günəşin neytrino selinin qütb və ekvatorda müşahidə olunan asimmetriyasını izah edə bilir.
- Günəş küləyi plazmasında irimiqyaslı aşağıtezlikli turbulentliyin yaranma mexanizmləri, onun təbiəti və yerdəki ekosistemlərə və ə təsiri öyrənilmişdir.
- Göstərilmişdir ki, Mars planetinin səthində detalların parlaqlığı daim dəyişir, onun atmosferində toz zərrəcikləri yaranır və yox olur. Marsın atmosferində azot-oksid molekulunun çox azlığı əsas səbəblərdən biri kimi göstərilmişdir.
- Marsın topoqrafik xəritəsi hazırlanmışdır və onun atmosferinin şəffaflığı öyrənilmişdir
- Veneranın qaranlıq səthinin spektrində şüalanma xətləri aşkar edilmişdir, bu da planet atmosferində ildırım hadisəsi olduğunu sübut edir.
- Asteroidlərin statistik tədqiqi əsasında, Olbersin nəzəriyyəsinə görə asteroidlərin böyük cismin parçalanması nəticəsində yarandığı fikri inkar edilmişdir.
- Kometlərin parçalanması üzrə yeni nəzəriyyə verilmişdir. Hiperbolik komet və meteorların əmələ gəlməsi konsepsiyası verilmişdir.
- Böyük miqdarda qeyri stasionar ulduzların (T Buğa, AeBe Herbiq, Volf-Raye, simbiotik, ifratnəhəng, maqnit ulduzlar) atmosferində baş verən dəyişkənliklər tədqiq olunmuşdur.
- Günəş tipli cavan ulduzların fotometrik işıq əyrilərinin təsnifatı aparılmışdır. Göstərilmişdir ki, aktivlik müxanizmlərindən asılı olaraq cəmi beş tip işıq əyrisi mövcuddur. Bir sıra ulduzlar üçün qəsamüddətli dəyişmələr ulduzun oxu ətrafında fırlanmasının, uzunmüddətli dəyişmələr isə qoşalıq və ya günəş aktivliyinə bənzər dəyişmələrlə izah edilmişdir.
- Göstərilmişdir ki, baş ardıcıllıqdan yuxarıda və aşağıda yerləşən ulduzların daxili quruluşu müxtəlifdir. Sübut olunub ki, ağ cırtdanların daxili nüvəsi vardır.
- Səmanın 425 parlaq ulduzunun λ 3200–7500 Å mütləq sel vahidlərində spektral enerji paylanması müşahidə olunub və onun kataloqu tərtib edilmişdir.
Müasir tədqiqatların istiqamətləri
Günəş fizikası- aktivliyi, atmosferi, Günəş-Yer əlaqələri mexanizmləri
Cavan ulduzlar, ifratnəhənglər, Volf-Raye, simbiotik, maqnit ulduzlar
Günəş sistemi cisimləri-planetlər, komet və asteroidlər
Aktiv nüvəli qalaktikalar, kvazarlar
və kosmologiyanın bəzi problemləri
Əsas elmi jurnalı
Azərbaycan Astronomiya Jurnalı (İngilis dilində) [1]
Tanınmış astronomlar
- Hacıbəy Fərəculla oğlu Sultanov
- Nadir Baba oğlu İbrahimov
- Rəhim Əyyub oğlu Hüseynov
- Süleyman Qulu oğlu Zeynalov
- Cəfər Quluzadə
- İnqilab Aslanov
- Zöhrab İsmayılov
- Məmməd Kərimbəyov
- Oktay Hüseynov
- Teymur Əminzadə
- Sarı Əzimov
- Rəhim Zeynalov
- Həbibulla Məmmədli
Keçirilmiş böyük tədbirlər
- Beynəlxalq Astronavtika Federasiyasının konqresi (1972)
- Maqnit ulduzların tədqiqinə həsr olunmuş beynəlxalq konfranslar (1973, 1976)
- SSRİ EA Astronomiya Şurasının plenumu (1984)
- "Tusi-800" Məclisləri (1998–2002-ci illər ərzində 8 konfrans)
- "Dövrülük və kosmoloji problemlər" (2003)
- ŞAR-ın yaradılmasının 60 illiyinə həsr olunmuş Beynəlxalq konfrans (2019)
İstinadlar
- "Ümumi məlumat". https://shao.az. 2022-04-23 tarixində . İstifadə tarixi: 23 iyun 2022.
- "Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası". https://science.gov.az. 2022-07-06 tarixində . İstifadə tarixi: 23 iyun 2022.
- "İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdur". president.az. 16 may 2013. 23 June 2022 tarixində . İstifadə tarixi: 23 iyun 2022.
- "Astronomik cihazlar". https://shao.az. 2022-01-08 tarixində . İstifadə tarixi: 23 iyun 2022.
- "Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsi". 2022-03-08 tarixində . İstifadə tarixi: 22 iyun 2022.
- "Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsi". https://science.gov.az. 2022-07-16 tarixində . İstifadə tarixi: 23 iyun 2022.
- "Qoşa ulduzlar və eruptiv proseslər şöbəsi". https://shao.az. 2022-03-08 tarixində . İstifadə tarixi: 22 iyun 2022.
- "Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsi". https://science.gov.az. 2022-07-16 tarixində . İstifadə tarixi: 17 iyun 2022.
- "Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsi". https://shao.az. 2022-03-08 tarixində . İstifadə tarixi: 23 iyun 2022.
- "Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsi". https://science.gov.az. 2022-07-16 tarixində . İstifadə tarixi: 23 iyun 2022.
- "Astronomik cihazlar və İnnovativ texnologiyalar şöbəsi". https://shao.az. 2022-03-08 tarixində . İstifadə tarixi: 23 iyun 2022.
- "Astronomik cihazlar və innovativ texnologiyalar". https://science.gov.az. 2022-07-16 tarixində . İstifadə tarixi: 23 iyun 2022.
- "Nəzəri astrofizika və kosmologiya şöbəsi". https://shao.az. 2022-03-08 tarixində . İstifadə tarixi: 23 iyun 2022.
- "Nəzəri astrofizika və kosmologiya şöbəsi". https://science.gov.az. 2022-07-16 tarixində . İstifadə tarixi: 23 iyun 2022.
- "Kosmik plazma və Heliogeofiziki problemlər Şöbəsi". https://shao.az. 2022-04-23 tarixində . İstifadə tarixi: 23 iyun 2022.
- "Kosmik plazma və Heliogeofiziki problemlər şöbəsi". https://science.gov.az. 2022-07-16 tarixində . İstifadə tarixi: 23 iyun 2022.
- "Planetlər və kiçik səma cisimləri şöbəsi". https://shao.az. 2022-03-08 tarixində . İstifadə tarixi: 23 iyun 2022.
- "Planetlər və kiçik səma cisimləri şöbəsi". https://science.gov.az. 2022-07-16 tarixində . İstifadə tarixi: 23 iyun 2022.
Xarici keçidlər
- Şamaxı Astrofizika Rəsədxanasının rəsmi internet portalı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Samaxi Astrofizika Resedxanasi ve ya qisaca AMEA SAR tam adi Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi Nesireddin Tusi adina Samaxi Astrofizika Resedxanasi Azerbaycan SSR Nazirler Sovetinin 975 sayli qerari ile 17 noyabr 1959 cu ilde yaradilmis AMEA Fizika Riyaziyyat ve Texnika Elmleri Bolmesi terkibinde elmi tedqiqat institutu statusunda fealiyyet gosteren Resedxana Resedxana Boyuk Qafqaz daglarinin simali serqinde Baki seherinden 150 km mesafede Pirqulu daginin serq hissesinde deniz seviyyesinden 1435 1500 m yukseklikde l 48 35 04 E f 40 46 20 N cografi koordinatlarinda yerlesir Burada musahide ucun elverisli aydin gecelerin sayi il erzinde 150 180 e catir Samaxi Astrofizika ResedxanasiAzerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi Nesireddin Tusi adina Samaxi Astrofizika ResedxanasiUmumi melumatlarOlke AzerbaycanYaradilma tarixi 1959Unvan Azerbaycan Respublikasi Samaxi rayonu Yusif Memmedeliyev qesebesiRehberlikRehber Namiq CelilovBirinci muavin Neriman IsmayilovResmi sayti shao az Vikianbarda elaqeli mediafayllarTarixiResedxana Azerbaycanin bir sira rayonlarinda astroiqlimin oyrenilmesi ucun yaradilmis astronomik ekspedisiya hele 1927 ci ilden fealiyyete baslamisdi Azerbaycanin Dagliq Qarabag Kelbecer Lacin Samaxi Xizi ve s bolgelerinin ayri ayri menteqelerinde gelecekde astronomiya resedxanasi yaradilmasi ucun elverisli yerin secilmesi istiqametinde isler aparilmisdi Aparilan tedqiqatlar neticesinde 1953 cu ilde Samaxi rayonunun Pirqulu erazisinde musahide bazasinin sonralar ise resedxananin tikilmesi nezerde tutulmusdur Resedxana o zamanki Azerbaycan EA Fizika ve Riyaziyyat Institutunun terkibinde 1954 cu ilde yaradilmis Astrofizika sobesi sonradan 1956 ci ilde Elmler Akademiyasinin Astrofizika Sektoru kimi fealiyyet gostermisdir 1960 ci ilden musteqil elmi tedqiqat institutu statusu ile Azerbaycan EA strukturuna daxil edilmisdir Samaxi Astrofizika Resedxanasinin yaradilmasinda boyuk xidmetleri olan akademik H F Sultanov 1960 1981 ci illerde resedxananin direktoru vezifesinde islemisdir Onun teskilatciligi ve rehberliyi altinda 1953 1959 cu illerde astronomik musahidelerle yanasi gelecek resedxananin layihelesdirilmesi astronomiya ixtisasi uzre kadrlarin hazirlanmasi teleskop ve avadanliqla techizati resedxananin strukturu ve s meseleler uzerinde ciddi is aparilmisdir Bundan basqa SAR n yaranmasinda ve inkisafinda gorkemli alimler M M Eliyev Y H Memmedeliyev H M Abdullayev R E Huseynov H C Memmedbeyli ve b boyuk rolu olmusdur Elmi kadrlarin hazirlanmasinda Lomonosov adina Moskva Dovlet Universitetinin Leninqrad Dovlet Universitetinin Rusiya EA Pulkovo resedxanasinin Rusiya EA Krim resedxanasinin V A Krat V V Sobolev O A Melnikov A M Boyarcuk I M Kopilov ve b Rusiya EA Yer Maqnetizmi Ionosferi ve Radiodalgalarin yayilmasi institutunun IZMIRAN emekdaslarinin emeyi xususi qeyd olunmalidir Resedxana erazisi Pirqulu Astronomiya Stansiyasinda 1957 ci ilde ilk teleskop Xromosfer Fotosfer Gunes teleskopu qurulmusdur 1959 cu ilde ise 200 mm lik fotoelektrik teleskop istifadeye verilmis ve onun vasitesile erazinin astroiqliminin oyrenilmesi meselesi oz hellini tapmisdir Sonraki illerde Ufuqi Gunes teleskopu 1962 AST 452 teleskopu 1964 AZT 8 teleskopu 1970 Zeiss 600 1980 teleskopu istifadeye verilmisdir Samaxi Astrofizika Resedxanasinin techizatinda guzgusunun diametri 2 m olan teleskopun alinmasi ve 1966 ci ilin sentyabrinda istifadeye verilmesi xususi ehemiyyet kesb edir Almaniya Demokratik Respublikasinin Carl Zeiss firmasinda istehsal olunmus bu teleskop kecmis SSRI erazisinde apertura olcusune gore REA Krim Astrofizika Resedxanasinda ve Ermenistan EA Burakan Astrofizika Resedxanasinda qurulmus iki eyni 2 6 m lik Rusiya istehsali teleskoplardan sonra 3 cu yerdedir Azerbaycan eksperimental elminin bayraqdari sayilan bu meshur optik teleskopun alinmasinda ve operativ sekilde qurulmasinda Azerbaycan EA nin kecmis prezidenti akademik Yusif Memmedeliyevin Akademiyanin vitse prezidenti xalq sairi Semed Vurgunun xususi rolu olmusdur 1960 1980 ci illerde SAR da muntezem sekilde astrofiziki musahideler teskil olunmusdur Ele hemin illerde de astrofizika ixtisasi uzre kadrlarin hazirlanmasi isine boyuk diqqet verilmisdir Bu meqsedle 1976 ci ilde ulu onderimiz Heyder Eliyevin xususi gosterisi ile Azerbaycan Dovlet Universitetinde Astrofizika kafedrasi yaradilmisdir Hemin kafedra astronomiya sahesinde ixtisasli kadrlarin yetisdirilmesinde muhum rol oynamisdir 1981 ci ilde Nazirler Kabinetinin qerari ile Samaxi Astrofizika Resedxanasina Azerbaycanin dahi astronomu Nesireddin Tusinin adi verilmisdir 1973 cu ilde Naxcivan Muxtar Respublikasinda yerlesen Batabat Bolmesi SAR ile birlesdirildi NM Respublikasinin erazisinde sovetler doneminde fealiyyet gostermis ve musteqillikden sonra Azerbaycan Dovletinin mulkiyyetine verilmis REA Agdere Musahide Stansiyasi da 1997 ci ilde SAR in tabeliyine verildi Umummilli liderimiz Heyder Eliyevin 7 avqust 2002 ci il tarixli Azerbaycan MEA Naxcivan Bolmesinin tesis edilmesi haqqinda serencamindam sonra Batabat Astrofizika Resedxanasi Agdere Musahide Stansiyasi ile birlikde Azerbaycan MEA Naxcivan Bolmesinin terkibine kecirildi ve indi serbest resedxana kimi fealiyyet gosterir 2009 2013 cu illerde Samaxi Astrofizika Resedxanasinda Azerbaycan Respublikasinin Prezidenti Ilham Eliyevin muvafiq serencamlari esasinda yenidenqurma isleri aparilmisdir Resedxananin inzibati binasi ve teleskoplar esasli temir olunmus 72 menzilli iki besmertebeli bina ve kotteclerden ibaret yeni yasayis kompleksi tibbi menteqe yemekxana ve usaq bagcasi astronomlarin ve qesebe sakinlerinin istifadesine verilmisdir Samaxi Astrofizika Resedxanasinin Baki Seher Bolmesi BSB fealiyyet gosterir Burada musahide materiallarinin islenmesi tehlili aparilir nezeri astrofizika sahesinde tedqiqatlar heyata kecirilir BSB resedxananin fealiyyetinin koordinasiyasinda ve AMEA nin diger strukturlari ve elmi tedqiqat institutlari habele seherdeki universitetlerle qarsiliqli elaqelerinde de xususi ehemiyyet kesb edir Burada hem de dissertasiya mudafieleri muntezem elmi seminarlar kecirilir resedxananin elmi jurnallari yigilir ve onun resmi Veb sayti idare olunur RehberleriSamaxi Astrofizika Resedxanasi 2013 cu il1959 1981 Akademik Sultanov Hacibey Fereculla oglu 1981 1982 f r e d Xansefer oglu 1982 1985 f r e n Rza oglu 1985 1986 f r e n Abbaseli oglu 1986 1988 f r e n Ehmed oglu 1988 1997 f r e n Bunyad oglu 1997 2015 AMEA nin muxbir uzvu F r e d Quliyev Eyyub Salah oglu 2015 den indiye qeder AMEA nin muxbir uzvu F r e d Celilov Namiq Serdar oglu TeleskoplariAZT 8 teleskopu parabolik bas guzgusu D 700 mmSamaxi Astrofizika Resedxanasinin 2 metrlik teleskopu Zeiss 2000 2013 cu il2 m lik reflektor Almaniyanin Carl Zeiss JENA firmasinin istehsalidir ve 1966 ci ilde istifadeye verilmisdir Esas guzgu parabolikdir D 2080 mm F 9000 mm dir Esas meqale 2 metrlik teleskop AZT 8 teleskopu parabolik bas guzgusu D 700 mm F 2820 mm dir Birinci kasseqren sisteminin F 11200 mm nisbi aperturasi 1 16 ve gorus dairesi 40 ve ya 13x13 sm2 dir Esas meqale Zeiss 600 teleskopu bas guzgu parabolikdir ve D 600 mm F 2400 mm dir Fekv 7500 mm dir Esas meqale AST 452 Maksutov menisk teleskopu menisk linzasinin D 350 mm guzgunun D 490 mm teleskopun F 1200 mm teskil edir Teleskopun fokal sethinde miqyas 2 86 mm dir Teleskopun isiq quvvesi 1 3 4 Teleskop 2 optik sistemde bas ve nyuton fokuslarinda isleye bilir Bas fokusda gorus sahesi 4 14 sahenin xetti olcusu 90 mm Nyuton fokusunda ise uygun olaraq 2 52 ve 60 mm Esas meqale ASQ 5 Azimutal selostat qurgusu Bas guzgu D 440 mm Nyuton guzgu D 200 mm F 17500 mm Esas meqale ASQ 5 Azimutal selostat qurgusu AFR 3 Xromosfer Fotosfer teleskopu obyektiv D 130 mm Fekv 9000 mm Esas meqale AZT 15 teleskopu 1 m lik Smidt sistemi 1975 ci ilde resedxanaya getirilmis lakin bas guzgunun namelum sebebden itmesine gore teleskop indiyedek qurulmamisdir Teleskopun diger avadanliqlari indiyedek SAR in ambarinda saxlanilir Resedxana rehberliyi REA XAR rehberliyi ile teleskopun Rusiya ile birge qurulmasi ucun danisiqlar aparir Isiq qebuledicileri ve diger cihazlar2 m teleskop asagidaki isiq qebuledicilerine malikdir Kanberra 2x2 prizmali spektroqraf zeif obyektlerin spektral musahidesi ucun bas fokusun uc kamerali ve iki difraksiya qefesli spektroqrafi orta ayirdetmeli Kasseqren fokusu spektroqrafi zeif obyektleri tedqiq etmek ucun BVRc CCD fotometri Kude fokusu eselle spektroqrafi ayirdetme qabiliyyeti 35000 olan Kassseqren fokusu Esele spektrometri ShAFES Kasseqren fokus ucun yuksek ayirdetmeli optik lifli eselle spektroqraf R 56000 28000 l 3700 9000A UAGS Canon CCD Andor zeif obyektlerin spektral musahidesini aparmaq ucun Zeiss 600 teleskopunda istifade edilen BVRcIc sisteminde isleyen CCD fotometr teleskopda Celestron F 6 3 fokus reduktoru qurasdirilib optik gucu 1 6 defe artirilib ASQ selostat qurgrsunda F 7000 mm olan ASP 20 spektroqrafi D 1 12 A mm l 3600 7000 A ACT 452 teleskopunda istifade olunan sindirma bucaqlari 15 ve 35 40 olan iki eded obyektiv prizma 2012 ci ilde CCD isiq qebuledicilerinin soyudulmasi ucun maye azot istehsal eden LNP 20 kriogen qurgusu qurasdirilib istifadeye verilmisdir 2007 ci ilde astronomik guzgulerin sethinin aluminumlesdirilmesi ucun Almaniya istehsali olan B 240 vakuum qurgusu istifadeye verilmisdir Fealiyyet gosteren sobelerQalaktikalar ve ulduzemelegelme prosesleri Qosa ulduzlar ve eruptiv prosesler Ulduz atmosferleri fizikasi ve maqnetizm Astronomik cihazlar ve innovativ texnologiyalar Nezeri astrofizika ve kosmologiya Kosmik plazma ve heliogeofiziki problemler Planetler ve kicik sema cisimleri Elmi nailiyyetlersahesinde nezeri islerde ulduz tekamulunun son mehsulunun fiziki tebieti haqqinda yeni neticeler alinmisdir Gosterilmisdir ki kollaps zamani neytron ulduz formalasarken enerjisi 50 MeV olan neytrino ve antineytrino seli yaranir Kollaps zamani formalasan neytron ulduz merkezde formalasan neytrinonun enerjisini artirir ve yumsaq rentgen spektri yaradir Relyativistik nezeriyye tetbiq olunaraq yaranan neytron ulduzun parametrleri hesablanmisdir Bu neticeler Baksan neytron resedxanasinda istifade olunmusdur Gosterilmisdir ki hetta cox boyuk kutleli ulduzlar oz tekamulunde kollapsqabagi merheleni kecirler Subut olunmusdur ki I ve II tip ifratneheng alismalari enerji ve kutlesine gore bir birinden ferqlenir Ilk defe 700 e yaxin guclu rentgen sua menbelerinin kataloqu tertib olunmusdur Ilk defe Qalaktikada 331 pulsarin elektron konsentrasiyasi teyin olunmusdur Gosterilmisdir ki pulsarlar qalaktika merkezinden qalinligi 8 kps olan helqede yerlesirler Bunun esasinda pulsarlara qeder olan mesafe ve onun bezi parametrleri tapilmisdir Ilk defe planetar dumanliqlara qeder mesafenin yeni skalasi teyin olunmusdur Alinan neticelerin ekseriyyeti musahidelerle tesdiq edilmisdir 957 ci ilden baslayaraq uzun muddet Gunes xidmeti musahideleri aparilmis alinan neticeler beynelxalq kataloqlarda nesr olunmusdur Zerbe dalgalari nezeriyyesinden istifade ederek gunes alismalarinin modeli verilmisdir Helioseysmologiyada akustik dalgalarin mexsusi tezliklerine atmosferde tunel effektin rolu hesablanaraq arasdirilmisdir Gunesin Rossbi tipli qlobal burulganli reqslerinin MHD nezeriyyesi islenmisdir Gosterilmisdir ki qlobal burulganlar merkezde istilik nuve sintezi prosesinin suretini ve Gunesin sethinin optik xususiyyetlerini deyisdiyinden Gunesin inteqral sualanma selini kvaziperiodik bir nece min il zaman skalasinda olaraq deyisdirir Ilk defe olaraq alinan neticeler Yerin qlobal iqlim deyismelerinde esas mexanizm kimi ireli surulmusdur Gunes neytrinosunun defisiti probleminin helli ucun fiziki mexanizam ireli surulmusdur Merkezi oblastda MHD rezonatorunun yaranmasi ondan kecen elektron neytrinonun kuyde ossilyasiyasinin novunun deyismesinin esaslari islenmisdir Bu mexanizm Gunesin merkezinin fiziki halinin diaqnostikasi kimi istifade oluna biler ve Gunesin neytrino selinin qutb ve ekvatorda musahide olunan asimmetriyasini izah ede bilir Gunes kuleyi plazmasinda irimiqyasli asagitezlikli turbulentliyin yaranma mexanizmleri onun tebieti ve yerdeki ekosistemlere ve e tesiri oyrenilmisdir Gosterilmisdir ki Mars planetinin sethinde detallarin parlaqligi daim deyisir onun atmosferinde toz zerrecikleri yaranir ve yox olur Marsin atmosferinde azot oksid molekulunun cox azligi esas sebeblerden biri kimi gosterilmisdir Marsin topoqrafik xeritesi hazirlanmisdir ve onun atmosferinin seffafligi oyrenilmisdir Veneranin qaranliq sethinin spektrinde sualanma xetleri askar edilmisdir bu da planet atmosferinde ildirim hadisesi oldugunu subut edir Asteroidlerin statistik tedqiqi esasinda Olbersin nezeriyyesine gore asteroidlerin boyuk cismin parcalanmasi neticesinde yarandigi fikri inkar edilmisdir Kometlerin parcalanmasi uzre yeni nezeriyye verilmisdir Hiperbolik komet ve meteorlarin emele gelmesi konsepsiyasi verilmisdir Boyuk miqdarda qeyri stasionar ulduzlarin T Buga AeBe Herbiq Volf Raye simbiotik ifratneheng maqnit ulduzlar atmosferinde bas veren deyiskenlikler tedqiq olunmusdur Gunes tipli cavan ulduzlarin fotometrik isiq eyrilerinin tesnifati aparilmisdir Gosterilmisdir ki aktivlik muxanizmlerinden asili olaraq cemi bes tip isiq eyrisi movcuddur Bir sira ulduzlar ucun qesamuddetli deyismeler ulduzun oxu etrafinda firlanmasinin uzunmuddetli deyismeler ise qosaliq ve ya gunes aktivliyine benzer deyismelerle izah edilmisdir Gosterilmisdir ki bas ardicilliqdan yuxarida ve asagida yerlesen ulduzlarin daxili qurulusu muxtelifdir Subut olunub ki ag cirtdanlarin daxili nuvesi vardir Semanin 425 parlaq ulduzunun l 3200 7500 A mutleq sel vahidlerinde spektral enerji paylanmasi musahide olunub ve onun kataloqu tertib edilmisdir Muasir tedqiqatlarin istiqametleriGunes fizikasi aktivliyi atmosferi Gunes Yer elaqeleri mexanizmleri Cavan ulduzlar ifratnehengler Volf Raye simbiotik maqnit ulduzlar Gunes sistemi cisimleri planetler komet ve asteroidler Aktiv nuveli qalaktikalar kvazarlar ve kosmologiyanin bezi problemleri Esas elmi jurnali Azerbaycan Astronomiya Jurnali Ingilis dilinde 1 Taninmis astronomlarHacibey Fereculla oglu Sultanov Nadir Baba oglu Ibrahimov Rehim Eyyub oglu Huseynov Suleyman Qulu oglu Zeynalov Cefer Quluzade Inqilab Aslanov Zohrab Ismayilov Memmed Kerimbeyov Oktay Huseynov Teymur Eminzade Sari Ezimov Rehim Zeynalov Hebibulla MemmedliKecirilmis boyuk tedbirlerBeynelxalq Astronavtika Federasiyasinin konqresi 1972 Maqnit ulduzlarin tedqiqine hesr olunmus beynelxalq konfranslar 1973 1976 SSRI EA Astronomiya Surasinin plenumu 1984 Tusi 800 Meclisleri 1998 2002 ci iller erzinde 8 konfrans Dovruluk ve kosmoloji problemler 2003 SAR in yaradilmasinin 60 illiyine hesr olunmus Beynelxalq konfrans 2019 Samaxi Astrofizika Resedxanasinda Baki Dovlet Universitetinin astrofizika kafedrasinin filialinin yaradilmasi meqsedile 6 aprel 2017 ci ilde Baki Dovlet Universiteti ile Samaxi Astrofizika Resedxanasi arasinda emekdasliq ve BDU nun astrofizika kafedrasinin resedxanada filialinin yaradilmasi barede emekdasliq muqavilesi imzalanmisdir Senedi BDU nun rektoru akademik Abel Meherremov ve Samaxi Astrofizika Resedxanasinin direktoru Namiq Celilov imzalamislar Poct markalariIstinadlar Umumi melumat https shao az 2022 04 23 tarixinde Istifade tarixi 23 iyun 2022 Nesreddin Tusi adina Samaxi Astrofizika Resedxanasi https science gov az 2022 07 06 tarixinde Istifade tarixi 23 iyun 2022 Ilham Eliyev Samaxi Astrofizika Resedxanasinda esasli temir ve yenidenqurmadan sonra yaradilan seraitle tanis olmusdur president az 16 may 2013 23 June 2022 tarixinde Istifade tarixi 23 iyun 2022 Astronomik cihazlar https shao az 2022 01 08 tarixinde Istifade tarixi 23 iyun 2022 Qalaktikalar ve ulduzemelegelme prosesleri sobesi 2022 03 08 tarixinde Istifade tarixi 22 iyun 2022 Qalaktikalar ve ulduzemelegelme prosesleri sobesi https science gov az 2022 07 16 tarixinde Istifade tarixi 23 iyun 2022 Qosa ulduzlar ve eruptiv prosesler sobesi https shao az 2022 03 08 tarixinde Istifade tarixi 22 iyun 2022 Ulduz atmosferleri fizikasi ve maqnetizm sobesi https science gov az 2022 07 16 tarixinde Istifade tarixi 17 iyun 2022 Ulduz atmosferleri fizikasi ve maqnetizm sobesi https shao az 2022 03 08 tarixinde Istifade tarixi 23 iyun 2022 Ulduz atmosferleri fizikasi ve maqnetizm sobesi https science gov az 2022 07 16 tarixinde Istifade tarixi 23 iyun 2022 Astronomik cihazlar ve Innovativ texnologiyalar sobesi https shao az 2022 03 08 tarixinde Istifade tarixi 23 iyun 2022 Astronomik cihazlar ve innovativ texnologiyalar https science gov az 2022 07 16 tarixinde Istifade tarixi 23 iyun 2022 Nezeri astrofizika ve kosmologiya sobesi https shao az 2022 03 08 tarixinde Istifade tarixi 23 iyun 2022 Nezeri astrofizika ve kosmologiya sobesi https science gov az 2022 07 16 tarixinde Istifade tarixi 23 iyun 2022 Kosmik plazma ve Heliogeofiziki problemler Sobesi https shao az 2022 04 23 tarixinde Istifade tarixi 23 iyun 2022 Kosmik plazma ve Heliogeofiziki problemler sobesi https science gov az 2022 07 16 tarixinde Istifade tarixi 23 iyun 2022 Planetler ve kicik sema cisimleri sobesi https shao az 2022 03 08 tarixinde Istifade tarixi 23 iyun 2022 Planetler ve kicik sema cisimleri sobesi https science gov az 2022 07 16 tarixinde Istifade tarixi 23 iyun 2022 Xarici kecidlerVikianbarda Samaxi Astrofizika Resedxanasi ile elaqeli mediafayllar var Samaxi Astrofizika Resedxanasinin resmi internet portali