Şimali-Qafqaz əmirliyi — 1919-cu ilin sentyabrından 1920-ci ilin martına qədər Dağıstan və Çeçenistan ərazisində mövcud olan İslam dövləti. Dövlət idarəetmə forması əmirlik idi və Osmanlı imperiyasının protektoratlığında olmuşdur.
Əmirlik, Osmanlı imperiyasının protektoratı | |||||
Şimali-Qafqaz əmirliyi | |||||
---|---|---|---|---|---|
| |||||
Paytaxt | Vedeno | ||||
Dilləri | Çeçen dili, Avar dili, Ləzgi dili, Dargin dili[d], Qumuq dili | ||||
Rəsmi dilləri | çeçen, avar | ||||
Dövlət dini | islam | ||||
Ərazisi | 43 200 km² | ||||
Əhalisi | 865 000 | ||||
İdarəetmə forması | İslam monarxiyası, Osmanlı imperiyasının protektoratı | ||||
Əmir | |||||
• 1919-1920 | Uzun-Hacı Saltinski | ||||
• | Dərviş Məhəmməd | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
1919-cu ilin aprelində Rusiyanın Cənubunun Silahlı Qüvvələrinin qoşunları Çeçenistanı işğal etdikdən sonra Dağıstanın dini və siyasi lideri Uzun-Hacı Saltinski Rusiya ordusuna qarşı müstəqillik və dini müharibə üçün könüllülərdən ibarət dəstələr toplamağa başladı. Mayın 22-də Dağıstandakı Dağlılar Respublikası hökumətinin fəaliyyətinə xitam verildi. Uzun-Hacı ordusunu toplayaraq Çeçenistan və Dağıstan sərhədindəki dağlara getdi. May ayının sonunda Botlix kəndində böyük bir məclis topladı, burada Qağatlı kəndindən olan Alimin təklifi ilə Səid-Maqomed Uzun-Hacı Dağıstan və Çeçenistan əmiri seçildi. Vedeno dağ kəndi yeni dövlətin faktiki iqamətgahı oldu.
1919-cu ilin yayında, çeçen İnaluk Arsanukayev (o həm də Dışninski idi)Osmanlı Sultanı VI Mehmed Vahidəddindən Uzun-Hacı üçün fərman gətirdi. Uzun-Hacı Şimali Qafqaz Əmirliyində hərbi və mülki quruluşlar yaratmağa başladı.
Vozdivijenski kəndi uğrunda döyüşlərdə İnaluk Arsanukayevin (Dışninski) komandanlığı altında əmirlik qüvvələrinin general İ.N.Kolesnikovun rəhbərlik etdiyi Rusiyanın Cənubunun Silahlı Qüvvələrinin qoşunları üzərində qazandığı zəfərlər sayəsində Uzun-Hacının nüfuzu daha da artdı. Sentyabrın 11-dəki döyüşlərin nəticəsində Ağ Qvardiya hissələri Qroznıya çəkildi və Uzun-Hacının qoşunları 112 nəfər əsir götürməyi də bacardılar. İki gün sonra, sentyabrın 13-də Şali şəhərində Uzun-Hacının qoşunları ilə kazaklar arasında daha bir döyüş oldu və nəticədə 138 kazak əsir götürüldü.
Əmirliyin elan edilməsi
Sentyabrın 19-da Çeçenistan və Dağıstan ruhanilərinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda, Əmir Uzun-Xayir Hacı-Xanın rəhbərlik etdiyi Şimali Qafqaz Əmirliyinin yaradılması elan edildi. 1919-cu ilin sentyabrında Əmirlik Hökümətinin Baş Naziri İnaluk Dışninski-Arsanukayevin sərəncamında “Şimali Qafqaz Əmirliyi Əmir Uzun-Xayr-Hacı-Xanın rəhbərlik etdiyi müstəqil bir Şəriət monarxiyasıdır, lakin Müsəlman Xəlifəsi Əlahəzrəti Osmanlı İmperatoru VI Mehmed Vahidəddin himayəsi altındadır" deyilirdi. Bu sənəddə Dağlılar Respublikası xalq arasında dəstəyi olmayan mifik bir respublika adlandırılırdı.
1919-cu ilin əvvəlində XI Qırmızı Ordunun komandiri Nikolay Gikalo, Rusiyanın Cənubunun Silahlı Qüvvələrinin qoşunları ilə döyüşlərdə məğlub olduqdan sonra darmadağın olmuş ordunun qalıqlarını dağlara çəkməyə qərar verdi. Uzun-Hacı Gikalo ilə ittifaqa girdi və ordusunun qalıqlarından qırmızı üsyançıların beynəlxalq dəstəsi yaradıldı. Hərbi birləşmə Əmirliyin ərazisində yerləşirdi və Şimali Qafqaz əmirliyinin ordusunun 5-ci alayı kimi Uzun-Hacının hərbi qərargahına tabe idi. İnquşetiya dağlarında yerləşən Xızir Ortsxanovun rəhbərlik etdiyi qırmızı partizanlardan ibarət İnquş dəstəsi Uzun-Hacı ordusunun 7-ci alayı sayılırdı. Bolşeviklərin nümayəndəsi Xabala Beslaneyev hətta əmirliyin daxili işlər naziri, bolşevik Maqomet Xaniev isə əmirlik qoşunlarının qərargah rəisi oldu.
Əmirliyin idarəedilməsi
Dövləti idarə etmək üçün, eyni zamanda Şimali Qafqaz Əmirliyinin silahlı qüvvələrinin baş komandanı olan "böyük vəzir" (sədrəzəm) knyaz İnaluk Dışninski-Arsanukayev başda olmaqla, 8 nazirdən ibarət hökumət quruldu:
- Saray naziri - general-mayor Kaim-Haci (ali ruhani təhsilə malik idi).
- Xarici İşlər naziri - rotminstr İnaluk Dışninski-Arsanukayev (Hərbi Hüquq Akademiyası bitirmişdi).
- Qida, ticarət və sənaye naziri - general-mayor Maqomet Xanxoyev.
- Kənd Təsərrüfatı və Dövlət Əmlak Naziri - general-mayor Bilal Şamilov.
- Hərbi nazir - general-mayor Şita İstamulov (sonralar 1930-cu illərdə Stalin rejimə qarşı üsyanın lideri).
- Dəmir Yolları, Poçt və Teleqraflar naziri - general-mayor Kusi Bayçalov.
- Daxili İşlər naziri - general-mayor Xabala Beslanov.
- Maliyyə naziri - general-mayor Abdul-Azim Abdulayev.
Ədliyə, Təhsil, Vəkf İşləri və Əmlak nazirləri portfelləri də Dışninskinin əlində cəmləşmişdi. Başqa bir mənbəyə görə, Ədliyyə naziri vəzifəsini polkovnik Hacı Maqometbekov Əmir Zadə icra etmişdir. Uzun-Hacının əmirliyinin hökuməti beynəlmiləl idi: ora iki avar, bir çeçen, bir inquş və bir kabardin daxil idi. Cəmisi bir nəfər ali təhsil almışdı. İkisinin ali ruhani təhsili, üç nəfər rus təhsili (aralarında biri də ərəbcə bilirdi), iki nazir isə savadsız idi (hərbi və rabitə, poçt və teleqraf).
Dövlət naiblərə bölünürdü və şəriət qaydalarına əsaslanaraq idarə olunurdu. Əmirliyin silahlı qüvvələri (ümumilikdə 60 min nəfərə qədər), generalların komandanlığı altında 6 ordudan ibarət idi.
Xarici siyasəti
Silah əldə etmək üçün Uzun-Hacı hökuməti Azərbaycan Xalq Cümhuriyyəti, Gürcüstan Demokratik Respublikası və Osmanlı hökumətlərinə kömək üçün müraciət etmışdi. Qafqazdakı türk qoşunlarının komandanı Nuru Paşa Uzun-Hacı ilə daim əlaqə saxlayırdı. Uzun-Hacı ordusunun komandanlığının tərkibinə Osmanlı imperiyası Baş Qərargahının zabitləri Hüseyn Debreli və Əli-Rza Çorumlu (birincisi süvarilərə, ikincisi - topçulara komandanlıq edirdi) daxil idilər. Gürcüstan Demokratik Respublikası da Uzun-Hacı Şimali-Qafqaz əmirliyinə hərbi və maddi yardım göstərməyə çalışmışdı. 1919-cu ilin sentyabrında əmirlik qoşunlarına yardım etmək üçün gürcülər ekspedisiya dəstəsi göndərdi. Ancaq Çeçen-aul yaxınlığındakı döyüşdə, gürcülərin dəstəsi Rusiyanın Cənubunun Silahlı Qüvvələrinin silahlı müqavimətinə məruz qaldı və məğlubiyyətə uğrayaraq yenidən Gürcüstana qayıtmaq məcburiyyətində qaldı.
Süqutu
1920-ci il mart ayının sonunda bolşeviklər onsuz da ağır xəstə olan Uzun-Hacıya məktub göndərdilər. Məktubda əmirdən Şimali-Qafqaz əmirliyinin buraxılması tələb olunurdu: "Təmsilçilərinizlə danışıqlardan sonra Sovet hakimiyyətini qəbul etdiklərini öyrəndik. Bizim hakimiyyəti Çeçenistan və Dağıstanın imamı olaraq qəbul edirsinizsə, bunu xalqlarınıza elan edin və aramızda dostluq əlaqələri qurulacaq. Bunu nəzərə alaraq Sovet hökuməti sizi Şimali Qafqaz Müsəlmanları imamı və mənəvi lideri kimi tanıyır. Siz də bundan sonra Sovet hakimiyyətinə xalqlara münasibətinizi elan edərkən vəzifələrinizi tərk etməli və hakimiyyətinizi insanların özlərinə qaytarmalısınız. Bütün idarəedici qurumlarınız ləğv olunmalıdır. Bütün hakimiyyət Mərkəzi Hökumətə təhvil verilməlidir. Maliyyə məsələlərinə gəlincə, bu haqda Mərkəzdən təlimat alındıqdan sonra qərar veriləcək. Hər halda Sovet hökuməti müqəddəs Quranınıza və dininizə toxunmayacaq. Təmsilçiləriniz bütün bunları sizə məruzə edəcəklər".
Uzun-Hacı bolşeviklərin bu şərtlərini qəbul etməkdən imtina etdi. Lakin məktubu aldıqdan bir neçə gün sonra, 1920-ci il martın 30-da vəfat etdi. Uzun-Hacıdan sonra əmir rütbəsini İnxo kəndinin sakini Şeyx Dərviş Məhəmməd qəbul etdi. Amma bir neçə gün sonra Şimali Qafqaz Əmirliyi fəaliyyətini dayandırdı.
Pul dövriyəsi
Uzun-Hacı hökuməti öz pul vasitələrini dövriyyəyə buraxmışdı. Əmirliyi əskinasları 1919-1920-ci illərdə dövriyyədə olmuşdur. Həmçinin əmirlik ərazisində Azərbaycan Xalq Cümhuriyyəti əskinaslarından da istifadə edilirdi. Əmirliyin pul əskinasları rubl və tümən adlanırdı. On tümən bir rubla bərabər tutulurdu. Bundan əlavə, Nikolay Gikalo tərəfindən buraxılan Terek Respublikasının banknotları da əmirlik ərazisində dövriyyədə olmuşdur. Əmirlikdə həmçinin sikkə zərb etməyə də cəhd edildi.. Belə ki, Rusiya imperiyasının mis sikkələrinin üzərinə ərəb qrafikalı yazı ilə möhür vurulmuşdu.
Əmirlik hökuməti 1919-cu ilin sentyabrında ilk banknot buraxılışını Terek Respublikasının 100 rubl nomunalında əskinasları üzərində - ərəb dilində Uzun-Hacı möhürünün əksini qoyaraq həyata keçirdi: (ərəbcə: خادم الفقراء أذن خير) "Kasıbların xidmətçisi Uzun Xeyr".
Əskinasların ikinci buraxılışı 1919-cu il oktyabrın 2-dən noyabrın ortalarına qədər davam etmışdir. Əmirlik banknotlarının 1919-cu ilin dekabrında üçüncü buraxılışı çıxdı. Banknotlar 5, 25, 50, 100, 250, 500 və 1000 tümən nominalında çap olunurdu. 1000 tümən istisna olmaqla bütün pul nominalları dövriyyəyə buraxılmışdı. Az sayda 500 rublluq banknotlar xüsusi kağız və işarələrlə çap edilmişdi. Pulun əsas hissəsi xüsusi nişan olmadan buraxılmışdı. Banknotlar üzərində yazılar ərəb, fransız və rus dillərində idi.
Əmirliyin kredit istiqrazları üzərində isə Əmirliyin gerbi və dağ üzərinə sancılan bayraq təsvir olunmuşdu. Kredit istiqrazlarında ərəb dilində mətnlər yazılmışdı: ön tərəfində - “Şimali Qafqazda bütün möminlərin imamı Hacı-Uzun Xair”, “Maliyyə idarəçisi Əbdül Əzim Abdulla”, arxa tərəfdə - “Digər kağız pullarla birlikdə qüvvədədir. Vedenoda çap edilmişdir. Allahdan hər kəsdən yüksəkdədir. Çap edilməsi hökumətin qanuni icazə verdiyi hallar istisna olmaqla cəzalandırılır." Bütün əskinaslarda rus və ərəb dilində xəbərdarlıq var: "Saxtasının hazırlanması qanunla cəzalandırılır".
İstinadlar
- "Газават.ру :: История — Гражданская война — ДЕНЬГИ ЭМИРАТА УЗУН-ХАДЖИ". 2017-09-27 tarixində . İstifadə tarixi: 2021-03-22.
- Нахибашев Махач Закарьяев. Узун-Хаджи Салтинский — общественно-политический и религиозный деятель Дагестана и Чечни [1] 2017-09-06 at the Wayback Machine
- Гилани Турашев Сколько генералов-чеченцев в России? 2008-12-12 at the Wayback Machine
- "… İnaluk Arsanukayev Dışninski ... Milliyyətcə çeçen, Çar Rusiyasında kiçik bir kənddə icra məmuru - polis rəisi vəzifəsini icra etmişdir. Gürcü kniginyası Dışninski ilə evləndikdən sonra Dışninski knyaz titulunu almışdır". — bax. Ростислав Николаев. Дензнаки рисовали на камнях. «Водяной знак» № 6 (38) июнь 2006 2020-02-23 at the Wayback Machine
- "Дата Туташхиа. Узун-Хаджи Салтинский. Часть 2". 2014-09-09 tarixində . İstifadə tarixi: 2021-03-23.
- . 2020-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-22.
- . 2020-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-23.
- "ДЕНЕЖНОЕ ОБРАЩЕНИЕ И ЭМИССИИ СЕВЕРО-КАВКАЗСКОГО ЭМИРАТА В 1919—1920 ГГ Ю. Д. ПАХОМОВ — Иностранные монеты — Центральный Форум Нумизматов СССР". 2017-10-18 tarixində . İstifadə tarixi: 2021-03-23.
- "ДЕНЬГИ ЭМИРАТА УЗУН-ХАДЖИ". 2016-11-26 tarixində . İstifadə tarixi: 2021-03-23.
Həmçinin bax
Xarici keçidlər
- Нахибашев М. Н. Узун-Хаджи Салтинский — общественно-политический и религиозный деятель Дагестана и Чечни. — Махачкала: ИД «Эпоха», 2009. — 208 с.
- Mücahidlərin Dağ Monarxiyası — Şimali-Qafqaz əmirliyinin dövlət somvolu, 1919—1920-ci illər. (rus.)
- Vətəndaş müharibəsi dövrü pul nişanları (rus.)
- «Əmir Uzu-Hacının pulları» (rus.)
- Şimali-Qafqaz əmirliyinin pul nişanları (rus.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Simali Qafqaz emirliyi 1919 cu ilin sentyabrindan 1920 ci ilin martina qeder Dagistan ve Cecenistan erazisinde movcud olan Islam dovleti Dovlet idareetme formasi emirlik idi ve Osmanli imperiyasinin protektoratliginda olmusdur Emirlik Osmanli imperiyasinin protektoratiSimali Qafqaz emirliyiBayraq Gerb 1919 1920Paytaxt VedenoDilleri Cecen dili Avar dili Lezgi dili Dargin dili d Qumuq diliResmi dilleri cecen avarDovlet dini islamErazisi 43 200 km Ehalisi 865 000Idareetme formasi Islam monarxiyasi Osmanli imperiyasinin protektoratiEmir 1919 1920 Uzun Haci Saltinski Dervis Mehemmed Vikianbarda elaqeli mediafayllarTarixiSimali Qafqaz emiri Uzun Haci Saltinski 1919 cu ilin aprelinde Rusiyanin Cenubunun Silahli Quvvelerinin qosunlari Cecenistani isgal etdikden sonra Dagistanin dini ve siyasi lideri Uzun Haci Saltinski Rusiya ordusuna qarsi musteqillik ve dini muharibe ucun konullulerden ibaret desteler toplamaga basladi Mayin 22 de Dagistandaki Daglilar Respublikasi hokumetinin fealiyyetine xitam verildi Uzun Haci ordusunu toplayaraq Cecenistan ve Dagistan serhedindeki daglara getdi May ayinin sonunda Botlix kendinde boyuk bir meclis topladi burada Qagatli kendinden olan Alimin teklifi ile Seid Maqomed Uzun Haci Dagistan ve Cecenistan emiri secildi Vedeno dag kendi yeni dovletin faktiki iqametgahi oldu 1919 cu ilin yayinda cecen Inaluk Arsanukayev o hem de Disninski idi Osmanli Sultani VI Mehmed Vahideddinden Uzun Haci ucun ferman getirdi Uzun Haci Simali Qafqaz Emirliyinde herbi ve mulki quruluslar yaratmaga basladi Vozdivijenski kendi ugrunda doyuslerde Inaluk Arsanukayevin Disninski komandanligi altinda emirlik quvvelerinin general I N Kolesnikovun rehberlik etdiyi Rusiyanin Cenubunun Silahli Quvvelerinin qosunlari uzerinde qazandigi zeferler sayesinde Uzun Hacinin nufuzu daha da artdi Sentyabrin 11 deki doyuslerin neticesinde Ag Qvardiya hisseleri Qrozniya cekildi ve Uzun Hacinin qosunlari 112 nefer esir goturmeyi de bacardilar Iki gun sonra sentyabrin 13 de Sali seherinde Uzun Hacinin qosunlari ile kazaklar arasinda daha bir doyus oldu ve neticede 138 kazak esir goturuldu Emirliyin elan edilmesiSentyabrin 19 da Cecenistan ve Dagistan ruhanilerinin numayendelerinin istiraki ile kecirilen iclasda Emir Uzun Xayir Haci Xanin rehberlik etdiyi Simali Qafqaz Emirliyinin yaradilmasi elan edildi 1919 cu ilin sentyabrinda Emirlik Hokumetinin Bas Naziri Inaluk Disninski Arsanukayevin serencaminda Simali Qafqaz Emirliyi Emir Uzun Xayr Haci Xanin rehberlik etdiyi musteqil bir Seriet monarxiyasidir lakin Muselman Xelifesi Elahezreti Osmanli Imperatoru VI Mehmed Vahideddin himayesi altindadir deyilirdi Bu senedde Daglilar Respublikasi xalq arasinda desteyi olmayan mifik bir respublika adlandirilirdi 1919 cu ilin evvelinde XI Qirmizi Ordunun komandiri Nikolay Gikalo Rusiyanin Cenubunun Silahli Quvvelerinin qosunlari ile doyuslerde meglub olduqdan sonra darmadagin olmus ordunun qaliqlarini daglara cekmeye qerar verdi Uzun Haci Gikalo ile ittifaqa girdi ve ordusunun qaliqlarindan qirmizi usyancilarin beynelxalq destesi yaradildi Herbi birlesme Emirliyin erazisinde yerlesirdi ve Simali Qafqaz emirliyinin ordusunun 5 ci alayi kimi Uzun Hacinin herbi qerargahina tabe idi Inqusetiya daglarinda yerlesen Xizir Ortsxanovun rehberlik etdiyi qirmizi partizanlardan ibaret Inqus destesi Uzun Haci ordusunun 7 ci alayi sayilirdi Bolseviklerin numayendesi Xabala Beslaneyev hetta emirliyin daxili isler naziri bolsevik Maqomet Xaniev ise emirlik qosunlarinin qerargah reisi oldu Emirliyin idareedilmesiUzun Haci Emirlik qosunlarinin paradini qebul edir Simali Qafqaz emirliyinin bas naziri silahli quvvelerinin bas komandani knyaz Inaluk Disninski Arsanukayev Dovleti idare etmek ucun eyni zamanda Simali Qafqaz Emirliyinin silahli quvvelerinin bas komandani olan boyuk vezir sedrezem knyaz Inaluk Disninski Arsanukayev basda olmaqla 8 nazirden ibaret hokumet quruldu Saray naziri general mayor Kaim Haci ali ruhani tehsile malik idi Xarici Isler naziri rotminstr Inaluk Disninski Arsanukayev Herbi Huquq Akademiyasi bitirmisdi Qida ticaret ve senaye naziri general mayor Maqomet Xanxoyev Kend Teserrufati ve Dovlet Emlak Naziri general mayor Bilal Samilov Herbi nazir general mayor Sita Istamulov sonralar 1930 cu illerde Stalin rejime qarsi usyanin lideri Demir Yollari Poct ve Teleqraflar naziri general mayor Kusi Baycalov Daxili Isler naziri general mayor Xabala Beslanov Maliyye naziri general mayor Abdul Azim Abdulayev Edliye Tehsil Vekf Isleri ve Emlak nazirleri portfelleri de Disninskinin elinde cemlesmisdi Basqa bir menbeye gore Edliyye naziri vezifesini polkovnik Haci Maqometbekov Emir Zade icra etmisdir Uzun Hacinin emirliyinin hokumeti beynelmilel idi ora iki avar bir cecen bir inqus ve bir kabardin daxil idi Cemisi bir nefer ali tehsil almisdi Ikisinin ali ruhani tehsili uc nefer rus tehsili aralarinda biri de erebce bilirdi iki nazir ise savadsiz idi herbi ve rabite poct ve teleqraf Dovlet naiblere bolunurdu ve seriet qaydalarina esaslanaraq idare olunurdu Emirliyin silahli quvveleri umumilikde 60 min nefere qeder generallarin komandanligi altinda 6 ordudan ibaret idi Xarici siyaseti Silah elde etmek ucun Uzun Haci hokumeti Azerbaycan Xalq Cumhuriyyeti Gurcustan Demokratik Respublikasi ve Osmanli hokumetlerine komek ucun muraciet etmisdi Qafqazdaki turk qosunlarinin komandani Nuru Pasa Uzun Haci ile daim elaqe saxlayirdi Uzun Haci ordusunun komandanliginin terkibine Osmanli imperiyasi Bas Qerargahinin zabitleri Huseyn Debreli ve Eli Rza Corumlu birincisi suvarilere ikincisi topculara komandanliq edirdi daxil idiler Gurcustan Demokratik Respublikasi da Uzun Haci Simali Qafqaz emirliyine herbi ve maddi yardim gostermeye calismisdi 1919 cu ilin sentyabrinda emirlik qosunlarina yardim etmek ucun gurculer ekspedisiya destesi gonderdi Ancaq Cecen aul yaxinligindaki doyusde gurculerin destesi Rusiyanin Cenubunun Silahli Quvvelerinin silahli muqavimetine meruz qaldi ve meglubiyyete ugrayaraq yeniden Gurcustana qayitmaq mecburiyyetinde qaldi Suqutu1920 ci il mart ayinin sonunda bolsevikler onsuz da agir xeste olan Uzun Haciya mektub gonderdiler Mektubda emirden Simali Qafqaz emirliyinin buraxilmasi teleb olunurdu Temsilcilerinizle danisiqlardan sonra Sovet hakimiyyetini qebul etdiklerini oyrendik Bizim hakimiyyeti Cecenistan ve Dagistanin imami olaraq qebul edirsinizse bunu xalqlariniza elan edin ve aramizda dostluq elaqeleri qurulacaq Bunu nezere alaraq Sovet hokumeti sizi Simali Qafqaz Muselmanlari imami ve menevi lideri kimi taniyir Siz de bundan sonra Sovet hakimiyyetine xalqlara munasibetinizi elan ederken vezifelerinizi terk etmeli ve hakimiyyetinizi insanlarin ozlerine qaytarmalisiniz Butun idareedici qurumlariniz legv olunmalidir Butun hakimiyyet Merkezi Hokumete tehvil verilmelidir Maliyye meselelerine gelince bu haqda Merkezden telimat alindiqdan sonra qerar verilecek Her halda Sovet hokumeti muqeddes Quraniniza ve dininize toxunmayacaq Temsilcileriniz butun bunlari size meruze edecekler Uzun Haci bolseviklerin bu sertlerini qebul etmekden imtina etdi Lakin mektubu aldiqdan bir nece gun sonra 1920 ci il martin 30 da vefat etdi Uzun Hacidan sonra emir rutbesini Inxo kendinin sakini Seyx Dervis Mehemmed qebul etdi Amma bir nece gun sonra Simali Qafqaz Emirliyi fealiyyetini dayandirdi Pul dovriyesiEsas meqale Simali Qafqaz emirliyi tumeniSimali Qafqaz emirliyi 50 tumenin uz hissesi Simali Qafqaz emirliyi 25 tumenin arxa hissesi Uzun Haci hokumeti oz pul vasitelerini dovriyyeye buraxmisdi Emirliyi eskinaslari 1919 1920 ci illerde dovriyyede olmusdur Hemcinin emirlik erazisinde Azerbaycan Xalq Cumhuriyyeti eskinaslarindan da istifade edilirdi Emirliyin pul eskinaslari rubl ve tumen adlanirdi On tumen bir rubla beraber tutulurdu Bundan elave Nikolay Gikalo terefinden buraxilan Terek Respublikasinin banknotlari da emirlik erazisinde dovriyyede olmusdur Emirlikde hemcinin sikke zerb etmeye de cehd edildi Bele ki Rusiya imperiyasinin mis sikkelerinin uzerine ereb qrafikali yazi ile mohur vurulmusdu Emirlik hokumeti 1919 cu ilin sentyabrinda ilk banknot buraxilisini Terek Respublikasinin 100 rubl nomunalinda eskinaslari uzerinde ereb dilinde Uzun Haci mohurunun eksini qoyaraq heyata kecirdi erebce خادم الفقراء أذن خير Kasiblarin xidmetcisi Uzun Xeyr Eskinaslarin ikinci buraxilisi 1919 cu il oktyabrin 2 den noyabrin ortalarina qeder davam etmisdir Emirlik banknotlarinin 1919 cu ilin dekabrinda ucuncu buraxilisi cixdi Banknotlar 5 25 50 100 250 500 ve 1000 tumen nominalinda cap olunurdu 1000 tumen istisna olmaqla butun pul nominallari dovriyyeye buraxilmisdi Az sayda 500 rublluq banknotlar xususi kagiz ve isarelerle cap edilmisdi Pulun esas hissesi xususi nisan olmadan buraxilmisdi Banknotlar uzerinde yazilar ereb fransiz ve rus dillerinde idi Emirliyin kredit istiqrazlari uzerinde ise Emirliyin gerbi ve dag uzerine sancilan bayraq tesvir olunmusdu Kredit istiqrazlarinda ereb dilinde metnler yazilmisdi on terefinde Simali Qafqazda butun mominlerin imami Haci Uzun Xair Maliyye idarecisi Ebdul Ezim Abdulla arxa terefde Diger kagiz pullarla birlikde quvvededir Vedenoda cap edilmisdir Allahdan her kesden yuksekdedir Cap edilmesi hokumetin qanuni icaze verdiyi hallar istisna olmaqla cezalandirilir Butun eskinaslarda rus ve ereb dilinde xeberdarliq var Saxtasinin hazirlanmasi qanunla cezalandirilir Istinadlar Gazavat ru Istoriya Grazhdanskaya vojna DENGI EMIRATA UZUN HADZhI 2017 09 27 tarixinde Istifade tarixi 2021 03 22 Nahibashev Mahach Zakaryaev Uzun Hadzhi Saltinskij obshestvenno politicheskij i religioznyj deyatel Dagestana i Chechni 1 2017 09 06 at the Wayback Machine Gilani Turashev Skolko generalov chechencev v Rossii 2008 12 12 at the Wayback Machine Inaluk Arsanukayev Disninski Milliyyetce cecen Car Rusiyasinda kicik bir kendde icra memuru polis reisi vezifesini icra etmisdir Gurcu kniginyasi Disninski ile evlendikden sonra Disninski knyaz titulunu almisdir bax Rostislav Nikolaev Denznaki risovali na kamnyah Vodyanoj znak 6 38 iyun 2006 2020 02 23 at the Wayback Machine Data Tutashhia Uzun Hadzhi Saltinskij Chast 2 2014 09 09 tarixinde Istifade tarixi 2021 03 23 2020 02 23 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2021 03 22 2020 10 01 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2021 03 23 DENEZhNOE OBRAShENIE I EMISSII SEVERO KAVKAZSKOGO EMIRATA V 1919 1920 GG Yu D PAHOMOV Inostrannye monety Centralnyj Forum Numizmatov SSSR 2017 10 18 tarixinde Istifade tarixi 2021 03 23 DENGI EMIRATA UZUN HADZhI 2016 11 26 tarixinde Istifade tarixi 2021 03 23 Hemcinin baxSimali Qafqaz imamligi Daglilar Respublikasi Qafqaz Emirliyi Uzun Haci SaltinskiXarici kecidlerNahibashev M N Uzun Hadzhi Saltinskij obshestvenno politicheskij i religioznyj deyatel Dagestana i Chechni Mahachkala ID Epoha 2009 208 s Mucahidlerin Dag Monarxiyasi Simali Qafqaz emirliyinin dovlet somvolu 1919 1920 ci iller rus Vetendas muharibesi dovru pul nisanlari rus Emir Uzu Hacinin pullari rus Simali Qafqaz emirliyinin pul nisanlari rus