İsmailiyyə Sarayı — Bakı şəhərində yerləşən saray. Saray Musa Nağıyev tərəfindən, oğlu İsmayılın şərəfinə Qotik üslubda inşa etdirilmişdir. Binanın memarlıq layihəsinin müəllifi mülki memar İ. K. Ploşkodur. Saray ilkin dövrdə Müsəlman Xeyriyyə Cəmiyyətinin qərargahı kimi istifadə olunsa da, hal-hazırda AMEA-nın Rəyasət Heyətinin binası kimi istifadə edilir. İsmailliyə sarayı 1908–1913-cü illərdə tikilib.
İsmailiyyə Sarayı | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İstiqlaliyyət küçəsi |
Aidiyyatı | AMEA |
Memar | İosif Ploşko |
Sifarişçi | Musa Nağıyev |
Tikilmə tarixi | 1908 - 1913 |
Üslubu | Venesiya qotikası |
Vəziyyəti | AMEA Rəyasət Heyətinin binası kimi fəaliyyət göstərir |
İstinad nöm. | 147 |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
İsmailiyyənin əsası tanınmış Azərbaycan milyonçusu Musa Nağıyev tərəfindən 1907-ci ildə qoyulub. Binanı dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirib. Milyonçunun oğlu Ağa İsmayıl vərəm xəstəliyindən vəfat edir.
1905-ci ildə Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri Hacı Zeynalabdin Tağıyev Bakı Şəhər Dumasına rəsmi məktubla müraciət edərək cəmiyyət üçün qərargaha ehtiyac olduğunu bildirir. Ərizədə Xeyriyyə Cəmiyyətinin binaya ehtiyacı olduğu əsaslandırılır. Ona görə də "Kaspi" qəzeti redaksiyası ilə (o dövrdə "Kaspi" qəzetinin redaksiyası indiki Sabir bağının yerində idi) Müsəlman qız məktəbi (indiki Əlyazmalar İnstitutu) arasındakı boş torpaq sahəsinin Xeyriyyə Cəmiyyətinə verilməsi xahiş olunur.
Bakı şəhər Duması 1 dekabr 1905-ci ildə keçirilən iclasında Xeyriyyə Cəmiyyətinin ərizəsinə baxır və müsbət qərar çıxarır. Torpaq sahəsi Xeyriyyə Cəmiyyətinin şəxsi mülkiyyətinə yox, Müsəlman Xeyriyyə Cəmiyyətinin Bakıda mövcud olduğu müddətə cəmiyyətin pulsuz istifadəsinə verilir, lakin ayrılmış torpaq sahəsində bina tikmək məsələsi bir qədər ləngiyir. Bakı milyonçuları Novruz bayramı münasibətilə təşkil olunmuş ziyafət məclislərinin birində Ağamusa Nağıyevə təklif edirlər ki, oğulunun xatirəsini əbədiləşdirmək üçün Müsəlman Xeyriyyə Cəmiyyətinə bina tikdirsin. Yeni binanın layihəsini hazırlamaq mülki mühəndis İosif Ploşkoya həvalə olunur.
"İsmailiyyə" binasının tikintisi 1913-cü ildə başa çatır və memarlıq xüsusiyyətlərinə görə şəhərin ən əzəmətli binası kimi tanınır. Məhəmməd Əmin Rəsulzadə sonralar Türkiyədə nəşr etdirdiyi "Azərbaycan Cumhuriyyəti" kitabında bu bina haqqında yazırdı: "Bəlkə də islam aləmində böylə bir məqsədlə yapılmış binaların əzəməti etibarilə birincisidir".
Yandırılması və restavrasiyası
1918-ci ilin Mart hadisələri zamanı Bakıda nəzarəti ələ keçirən ermənilər şəhərin əhalisi ilə yanaşı binalarına da ziyan vurmağa çalışırdılar. Bu zaman böyük zədə almış binalardan biri də İsmailiyyə sarayı olmuşdur. Saray əvvəlcə qarət edilmiş, daha sonra isə yandırılmışdı. Sarayda törədilən yanğın zamanı binaya dəyən zərərlə yanaşı, sarayda fəaliyyət göstərən qurumların, o cümlədən sarayın öz arxivi yanaraq məhv olmuşdu.
Binanın həyətə yarımsirkulyar çıxıntısında yerləşən mərkəzi giriş pilləkəni tamamilə uçmuşdur. Dəmir-beton pilləkənlər və tirlər onların üzərinə tökülmüş tavanın və yuxarı meydançanın dəmir tirlərinin ağırlığına davam gətirməmişdirdi. Salonların döşəməsinin tirləri hərarətdən əyilmişdir və döşəmənin düz səthi bütövlükdə çatlarla dolu dalğavarı görünüş ifadə edirdi.
Salonun, foyenin və pilləkənin yapma naxışlı kirəc bəzək işləmələri alovun hərarətindən və divar daşlarının alışmasından aralanmış və bəzi yerlərdə qopub düşmüşdü. Əsas korpusun divarlarının hər iki tərəfdən alovun hərarətinə məruz qalmış yerlərində – daşın keyfiyyətini o dərəcədə dəyişmişdir ki, artıq tikinti materialı kimi istifadə olunmaz hala gəlmişdi.
Bakının azad edilməsindən sonra Qafqaz İslam Ordusu İsmailiyyə sarayının qarşısında fəxri parad yürüşü həyata keçirmişdir.Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra təşkil edilmiş tərtib etdiyi Aktda binanın hansı vəziyyətdə olması təsvir edilmiş və dəymiş ziyanın məbləği hesablanmışdır:
“1918-ci il, 22 noyabrda Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası, ekspert qismində xüsusi olaraq dəvət edilmiş quberniya Mühəndisi A.M.Şternberqin iştirakı ilə, “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin 1918-ci ilin martında yanmış binasına baxış keçirdi və aşağıdakıları aşkar etdi. Bina Nikolayevskaya küçəsində Birinci və İkinci Nikolayevskaya döngələrinin arasında yerləşir və 4 №-li məhəllənin 440 kvadrat sajen ərazisini əhatə edir... Hal-hazırda binanın həyətə yarımsirkulyar çıxıntısında yerləşən mərkəzi giriş pilləkəni tamamilə uçmuşdur. Dəmir-beton pilləkənlər və tirlər onların üzərinə tökülmüş tavanın və yuxarı meydançanın dəmir tirlərinin ağırlığına davam gətirməmişdir və yanğının çox yüksək temperaturundan əyilmiş və qatlanmış bu tirlərlə birlikdə pilləkənin aşağı meydançasında xaotik tonqal yaratmışdır. Binanın çatı, həmçinin iki rəngli mərkəzi böyük salonun üstündəki tirləri ağacdan idi və onlar tamamilə yanmışdır; lakin çatıların şprengel hissələrini birləşdirən iri dəmir halqalar və onlara doğru çəkilib gətirilmiş tavan tirləri uçaraq 1-ci mərtəbənin döşəməsinin dəmir tirləri üzrə kərpic qübbələri müxtəlif yerlərdən deşmişdir və yerdən yuxarıya qədər birbaşa dəliklər açmışdır. Salonun döşəməsinin tirləri hərarətdən əyilmişdir və döşəmənin düz səthi bütövlükdə çatlarla dolu dalğavarı görünüş ifadə edir. Salonun, foyenin və pilləkənin yapma naxışlı kirəc bəzək işləməsi hərarətdən və divar daşlarının alışmasından aralanmış və bəzi yerlərdə qopub düşmüşdür. Əsas korpusun divarlarının hər iki tərəfdən alovun hərarətinə məruz qalmış yerlərində – daşın keyfiyyətini o dərəcədə dəyişmişdir ki, ondan tikinti materialı kimi istifadə edilə bilməz. Daha az yanmış bayır fasad divarı, daşlarda olan çatlar, laylanma və yanğının sonrakı nəticələrinin olacağı ehtimalı nəzərə alnmaqla, atmosfer təsirləri ilə birlikdə yalnız çox məsuliyyət istəməyən tikintilərdə yonulmamış daş kimi istifadə edilə bilər. Əsas korpusun birinci mərtəbəsi əsas girişdən gələn bir aralıq istisna olmaqla, 4 böyük mağaza gözündən – kənardakılar dəmir-beton örtüklü – ibarət idi. Əsas dəmir-beton tirlər hərarətin təsirindən əhəmiyyətli dərəcədə əyilmişdir və onların, eləcə də kənar pilləkənlərin uçmaq təhlükəsi vardır. Onların konstruksiyası – dəmirləri divara oturdulmuş dəmir-beton pilləkənlər, kosoursuz (pilləkənin yan taxtası) dəmir tirlər üzərində meydançalar. Daxili hərarətdən bayır divar qabarma vermişdir və daxili divarlarda pilləkənin iki səkisinin arasındakı hissədən keçən çatlar yaranmışdır, bu səbəbdən asma pilləkənin bağlılığı pozulmuşdur və uçmaq təhlükəsi vardır... Hər üç mərtəbədə tirlər ağacdan idi, tamamilə yanmışlar və damın uçması nəticəsində indi binanın bünövrəsi heç bir otaqlara bölünmə əlaməti olmadan açıq görünür. Binanın hər yerində yalnız korlanmış vəziyyətdə daş və dəmir hissələr qalmışdır və hətta fasad pəncərələrinin dəmir çərçivələrinin sement işləmələri hərarətin təsirindən uçub tökülmüşdür, bütün çərçivələr, qapılar və s. tamamilə yox dərəcəsindədir. Bina buxarla isitmə sistemi ilə təchiz edilmişdi və kameraların qalıqlarından göründüyü kini, yəqin ki, qızdırılmış havanın verilməsi ilə isidilirmiş, lakin pəncərələrin taxçalarındakı əyilmiş, yanıb qaralmış borulardan asılıb qalan radiatorların vəziyyəti onların hətta əsaslı təmirdən sonra istifadə edilməsinin mümkünlüyünü şübhə altında qoyur. Binanın mərkəzi hissəsi kifayət qədər çoxlu sayda yanğınsöndürən kranlarla təchiz edilmişdi, lakin onların, baxış keçirilməsi mümkün olanlarının, hamısı bağlı idi və bu da alovun lokallaşdırılması üçün tədbirlərin görülmədiyindən xəbər verir, daha doğrusu əksinə, belə ki, binada alışan material çox az idi və buna baxmayaraq bu aktda göstərilən səbəblərə görə bütün binanın hal-hazırda heç bir qiyməti olmadığı bizim tərəfimizdən təsdiq olunur. Eskizə əsasən binanın həcmi təxminən 3000 kub sajen təşkil edir. 1907-1908-ci illərdə bu cür binanın bəzəkli işlənmə ilə tikilməsinin dəyəri bir kub sajena görə 100-120 rubl təşkil edirdi və deməli, binanın qiyməti 330.000 rubla yaxın olmalı idi. Hal-hazırda işçi qüvvəsinin qiyməti o vaxtdan 25 dəfə, tikinti materiallarının qiyməti isə orta hesabla 20 dəfə artmışdır. Orta hesabla işçi qüvvəsinə çəkilən xərci materialın xərcinə bərabər tutsaq, binanın indi tikilməsinin qiymətinin 22 dəfə artdığını alırıq, yəni bu qiymət 7.260.000 rubl təşkil edir və bunu hazırkı aktda yazmağı qərara aldıq.”Bakı Quberniya Mühəndisi: Mühəndis Şternberq. Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge. |
Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra dağılmış İsmailiyyə sarayının yararsız olması səbəbiylə sökülməsinə qərar verilmişdir, lakin yerli əhali bina qarşısına toplaşaraq, onun sökülməsinə imkan verməmiş və yalnız bundan sonra sarayın bərpa olunmasına başlanmışdır. Binada bərpa işlərini memar Vartan Sarkisov həyata keçirmişdir. Bərpa zamanı sarayın ümumi plan layihəsi olduğu kimi saxlansa da, fasadında bəzi dəyişiklərə yer verilmiş, vaxtilə Quran ayələri və hədislərin yer aldığı medalyonlarda beşguşəli qızılı ulduzlar yerləşdirilmişdir.
- Yandırılmış binanın bərpası. Yenilənmiş şərq fasadının görünüşü
- Yandırılmış binanın şimal və qərb fasadlarının görünüşü
- Yandırılmış binanın böyük zalının görünüşü
- Bakının azad edilməsindən sonra Qafqaz İslam Ordusunun paradı
Memarlıq xüsusiyyətləri
Yerləşməsi
Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binası (1898–1901) planlaşdırılarkən, eyni vaxtda Qoslavski 1898-ci ildə məktəblə yanaşı inşa edilməsi planlaşdırılan bazar binasının layihəsini hazırlamışdı. Nikolayev küçəsinin prespektivini nəzərə alaraq sonradan bu ərazidə bazar tikilməsi planı təxirə salındı. Şəhər Duması belə hesab edirdi ki, mərkəzi magistral (XIX əsrin sonlarında indiki İstiqlaliyyət küçəsi mərkəzi magistral hesab edilirdi) ticarət sıralarının yeri deyildir, lakin həmin sahə on il ərzində Bakı milyonçusu Ağa Musa Nağıyevin sifarişi ilə oğlu İsmayılın (1875–1902) xatirəsinə orada Bakının ən gözəl saraylarından biri olan "İsmailiyyə" ictimai-xeyriyyə binası tikilənədək boş qaldı.
1890-cı illərin başlanğıcında Nikolayev küçəsinin nizamlanması layihəsi yerinə yetirildi. Bu küçə bütünlüklə Qubernatorun evi, Şəhər Duması və İdarəsi (indiki Bakı Şəhər İcra Hakimiyyətinin Binası), Realni Məktəb (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin binası), məscid və ticarət cərgələri kimi inzibati-ictimai idarələrə verildi. 1893-cü ildə Cümə məscidinin inşası üçün sahə hazırlanmasına başlanıldı. Məscidi fontanları və hovuzları olan parkda yerləşdirmək nəzərdə tutulmuşdu. Bakı müsəlmanları məscidin yaşıllıqlar, fontanlar və şəffaf sulu hovuzlar arasında gözəl mənzərəli memarlıq mühitinin təmsil edildiyi İstanbul, Təbriz, İsfahan və başqa şərq şəhərlərindəki məşhur məscid nümunələrini təkrarlayan dini ansambl yaratmaq istəyirdilər.
Lakin, qonşu küçədə dəbdəbəli Aleksandr Nevski kafedralının tikilməsi Cümə məscinin tikilməsinə də öz təsirini göstərdi. Belə ki, planlaşdırılmış ərazidə məscidin inşa edilməsi Çar Rusiyası hakimiyyəti nümayəndələri tərəfindən qqadağan edildi.
5 noyabr 1896-cı ildə Cümə məscidinin inşası üçün hazırlanmış yer Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin tikilməsi üçün verildi. Hazırda İsmailiyyə sarayının yerləşdiyi sahə küçənin quruluşunda şəhərsalma cəhətdən əlverişli idi, memarlıq planında mühüm yer tuturdu.
Sarayın memarlıq layihəsi artıq Bakıda tanınmış memarlardan biri olan mülki mühəndis İ. Ploşko tərəfindən 1901–1913-cü illərdə hazırlandı və tikildi. Bu binanın layihəsinə maraq o qədər böyük idi ki, onu şəhər köşklərində satmaq üçün yerli mətbuatda dərc etdirdilər. İlk təməl daşının qoyulması böyük kütlənin və Bakı milyonçuları H. Z. Tağıyev, Ş. Əsədullayev, M. Muxtarov, İ. Hacınski, Aşurbəyov və qardaşlarının iştirakı ilə 21 dekabr 1908-ci ildə təşkil edildi. Binanın inşa işləri isə 1913-cü ildə tamamlandı.
Eksteryeri
Venesiya qotikası üslubunda tikilmiş İsmailiyyə sarayının fasadı çox plastikdir və yaxşı işlənmişdir. Bina insanda yüksək hisslər, memarın ustalığına və daşçıların sənətinə heyranlıq yaradan ahəngdar bədii əsər, memarlıq simfoniyasıdır.
Fasadın memarlıq kompozisiyasının inkişafı şaquli xətt üzrə yan rizalitlər şəklində ardıcıl səciyyəvi xüsusiyyətə malikdir. İ. Ploşko öz yaradıcılığında bu üsula tez-tez müraciət etmişdir. Fasadın hədsiz dərəcədə plastik işlənməsi ona xüsusi gözəllik və rövnəq qatır. Burada təsadüfi memarlıq üsul və formaları müşahidə olunmur. Həcmli kütlələr fasadın ümumi memarlıq kompozisiyası ilə ahəng təşkil edən üfüqi və şaquli hissələrin itiliyi – bütün bunlar klassik qanunauyğunluğa əsaslanır.
Çatmatağların üstünlük təşkil etməsi binanı yerli mühitə daha da yaxınlaşdırır. Fasadın daxilində anaxronizm hiss olunmur. Gözəl rəsmlərlə bəzədilmiş həcmli çatmatağlardan ibarət birinci mərtəbə formaların monumentallığını yüngülləşdirən və onlara yeni motivlər qatan dayaq tirləri vasitəsiylə hissələrə bölünmüşdür. Sarayın əsas giriş qapısı memarlıq ünsür və detallarının möhtəşəm kompozisiyasını təşkil edir. Giriş tağı heykəl başlıqlı pilyastrlara söykənir. İ. Ploşko fasada plastik görkəm verməkdən ötrü daş üzərində dərin oymalardan istifadə etmişdir. O, bunu daş memarlığı sənərindən əxz etmişdi və əsərlərində ondan bədii ifadəlik əldə etmək üçün məharətlə istifadə edirdi. Tağlı timpan meyvə təsvirli naxışlarla bəzədilmişdir.
Qəsr daşına gəldikdə isə o, üzərində Roma dövrü kişisinin başı təsvir olunmuş bütöv daş blokdan mükəmməl şəkildə hazırlanmışdır. Gözəl cizgilərə malik dalğalı saçlar, iri göz və düz burunlu enli alını örtür. Qalın dodaqlar, yaraşıqlı saqqalla birləşən bığlar gözlərini uzaqlara dikmiş cəsur döyüşçü obrazı yaradır. Onun heykəl formasında yonulmuş başı yaxınlıqdakı relyef elementləri ilə ahəng təşkil edir. Güclü cızılmış qaytanabənzər yarımdairə tağ ilə intibah dövrü motivlərini xatırladır.
İnqlabaqədərki dövrdə bütün memarlıq üslublarının çiçəkləndiyi bir vaxtda Bakı məhəllələrinin tikintisi prosesinin gedişində İ. Ploşkonun yaradıcılığı Şərq və Qərb motivləri ilə müşayiət olunmuşdur. Memar çatmatağların ritmini ardıcıl struktura çevirmək və onu plastik ünsürlərlə möhkəmləndirmək istəmişdir. Ona elə gəlirdi ki, İsmayılın xatirəsi memarlıq nöqteyi-nəzərindən layiqincə yad olunmamışdır. Buna görə də o, birinci mərtəbədə tağların arasında akant yarpaqlı, heraldik emblemli və taclı çələng formasında relyef formasında təsvir olunmuş iri dairəvi dekorativ motivlər yerləşmişdir. Ağa Musa Nağıyev əsilzadə ailəsindən olmasa da, sahib olduğu milyonlar ona bu cür üslub elementlərini tələb etməyə imkan vermişdi.
İkinci mərtəbəyə keçid üfüqi hissələrin geniş zolağı ilə müşayiət olunur. Bu, fasadın kompozisiya quruluşunda yeni bir səhifə açmağa imkan yaradır. Burada "" sarayından bir hissə öz əksini tapmışdır. Venesiya saraylarında iti uclu çatmatağların kompozisiya üsulu dairəvi forma ilə əvəz olunur. İ. Ploşko arxasında binanın Böyük zalının (akt zalı) yerləşdiyi İsmailiyyənin ikinci mərtəbəsinin fasadında maraqlı memarlıq kompozisiyasından müvəffəqiyyətlə istifadə etmişdir.
Çox gözəl kapitellərə malik sütunların saxladığı güclü profil verilmiş altı tağ aşırımının ritmi fasadda xüsusi bədii ovqat yaradır. Onların arxasında isə məhəccər və qotik formalı pəncərə çərçivələri yer alır. Tağ sıralarının arxasında miqyaslı dairəvi formalar vahid ahəngdar struktur təçkil edərək memarlıq kompozisiyasında üstün mövqe tuturlar. Qotik motivlərin mənzərəli düzülüşü və yüksək plastikası çevrəsi aydın cızılaraq azca profil verilmiş dairəvi cizgilərə malik qotik məhəccərə yaxınlaşaraq xüsusi müstəqil məna kəsb edir.
Zəif ifadə olunmuş pərvazın altında siluet səciyyəli dekorativ elementlər özünəməxsus olaraq fəal təsir göstərirlər. Bütün parametrlərinə görə gözəl olan rizalitlər tağ sırasının əsas saxlayıcı elementi olaraq portal kompozisiyası rolunda çıxış edir. Rizalitin prespektiv çatma tağı memarlıq-dekorativ formada işlənmişdir. Tağın ümumi memarlıq repertuarında xüsusi mövqe tutan ornamental çiçək motivləri daxil edilmişdir. Memar İ. Ploşko fasadın həllində qaytan elementlərindən çox istifadə etmişdir. Bu element sütunların kapitelləri vasitəsilə bir-birindən ayrılan portal tağlarında da istifadə olunur, daha sonra isə bazaya kimi davam edir. Əsas prespektiv tağlar kapitel səviyyəsində pilyastrlara söykənir. Burada memarlıq detallarından ibarət tam bir dəstə formalaşmışdır.
Rizalitin portalı şaquli uzunsov formada qaytanvari sütunlara bənd edilərək xırda elementlərin axınına çevrilir, mərkəzi oxu isə İ. Ploşko əsas siluet motivlər rolunda çıxış edən piramida şəkilli tamamlayır. İ. Ploşko layihəyə görə və İsmailiyyə sarayının memarlıq kompozisiyasına uyğun olaraq rizalitlərin üstündə müxtəlif örtüklü günbəzləri olan yumru belvederlər yerləşdirilmişdir. Bina 1918-ci ildə ermənilər tərəfindən gülləbaran edildiyi və yandırıldığı zaman bunların dağıdılması haqqında dəqiq məlumat yoxdur, lakin bina həmin gülləbarandan ciddi ziyan çəkmişdir.
İnteryeri
Bina düşünülmüş həcm-məkan həllinə malikdir. Birinci mərtəbədə korpusun eninə çıxışında uzun dördbucaqlı formada vestibül yerləşir, daha sonra iri ionik sütunları olan foye açılır, ondan sonra geniş mərkəzi üçmarşlı giriş pilləkəni gəlir. Foyenin künclərində qapalı ikimarşlı pilləkənlər yerləşir. Giriş pilləkənlərinə paralel olaraq xidməti otaqlar yerləşir.
İkinci mərtəbəyə giriş pilləkənləri ilə çıxış klassik qaydada "şəkillərlə" müşayiət olunur və ümumi həcm məkanında iştirak edir.
Binanın fasadı Venesiya qotikası üzrə tərtib olunsa da, interyerin üslub proqramı Avropa klassikasına daha yaxındır və bu ikinci mərtəbənin nəfis memarlıq həllində zalın üçölçülü ictimai foyesini əhatə edən biçimli korinf sütunlarında qabarıq şəkildə özünü göstərir. Zərif, aydın cizgilərə malik yaraşıqlı sütunları arasındakı düzbucaqlı məkanda memarlıq forma və üsullarının nəcibliyi açıq duyulur.
Burada qotikanın iti formalarının dinamikası memarlığın tamamilə fərqli təzahürləri ilə əvəz olunur. Proporsiyaların incəliyi və memarlıq element və detallarının cizgilərinin sərtliyi baxımından burada imperiya dövrü Romasının əks-sədası eşidilir. İ. Ploşko sarayın interyerində memarlıq sənətinin bədii incəlikləri baxımından öz istedadı qarşısında yeni imkanlar açmışdır.
- Qonaq zalı
- Böyük zal
- Mavi otaq
- Üçüncü mərtəbənin foyesində korinf sütunlarına uyğun qabartma divar dekorasiyası
- Üçmarşlı parad pilləkəni
Mədəniyyətdə
- Qurban Səidin "Əli və Nino" romanında sarayın adı "İslam Xeyriyyə Cəmiyyətinin binası" kimi qeyd edilir.
- 2012-ci ildə İctimai Televiziya tərəfindən istehsal olunmuş "İsmailiyyə binası" adlı sənədli filmdə sarayın tarixindən bəhs edilmişdir.
Filateliyada
- SSRİ markasında
- Azərbaycan markasında
İstinadlar
- P. Sultanova — "İsmailiyyə" binası: bir gənc xatirəsi üçün, bir millətin iftixarı naminə 2022-03-25 at the Wayback Machine, 525-ci qəzet, 13 may 2011, Yoxlanılıb: 13 iyul 2014
- İsmailiyyə 2017-12-22 at the Wayback Machine, socarplus.az, Yoxlanılıb: 13 iyul 2014
- Чего вы не знали о старом Баку: Исмаиллия 2021-10-21 at the Wayback Machine, day.az, 28 sentyabr 2012, Yoxlanılıb: 13 iyul 2014
- Юзеф Плошко 2015-09-24 at the Wayback Machine, polonia-baku.org, Yoxlanlılıb: 13 iyul 2014
- M. Ə. Rəsulzadə — Azərbaycan Cemhuriyyəti, Bakı, 1993, səh. 28
- . 2012-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 03 avqust 2014.
- Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh 306
- AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 168-169. Sənəd № 621 2016-03-04 at the Wayback Machine, Solmaz Rüstəmova-Tohidi - Bakı, 1918-ci il, Bakı, 2010
- "Architects of Azerbaijan 19th and early 20th century" (Russian). Ourbaku. İstifadə tarixi: 2 December 2012.[ölü keçid]
- Şamil Fətullayev-Fiqarov-Memarİ. K. Ploşko-İsmailiyyənin müəllifi, Bakı, Azərbaycan Memarlar İttifaqı, 2013, səh. 27–33
- Şamil Fətullayev-Bakıda şəhərsalma, XIX əsrinsonu-XX əsrin əvvəllərində, Bakı, Azərbaycan Memarlar İttifaqı, 2013, səh. 58
- Ш. С. Фатуллаев. Жилые дома в застройке городов Азербайджана на рубеже XIX–XX веков. — Баку: Издательство Академии наук Азербайджанской ССР, 1963. — С. 63. — 117 с.
Так, одному из способнейших зодчих города И. Плошко, обладающему большим вкусом, незаурядным мастерством, принадлежат и общественные сооружения. Он построил здание "Исмаилия" в стиле венецианской готики…
- Моника Булай. Пальмы на проспекте нефтяников // Новая Польша : журнал. — 2004. — № 6. — С. 47.
Светлая венецианская готика — Исмаилия, которую называли "архитектурной симфонией", — стала шедевром другого польского архитектора, Плошко.
- Fətullayev. səh. 22
- Şamil Fətullayev-Bakı memarları, XIX əsrinsonu-XX əsrin əvvəllərində, Bakı, Azərbaycan Memarlar İttifaqı, 2013, səh. 73–78
- Fətullayev. səh. 28
- Fətullayev. səh. 24
- Şamil Fətullayev-Bakının Memarlıq Ensiklopediyası, Bakı, Azərbaycan Memarlar İttifaqı, 2013, səh. 423
- Fətullayev. səh. 26
- Fətullayev. səh. 30
- Fətullayev. səh. 25
Ədəbiyyat
- Fətullayev-Fiqarov, Şamil, Memar İ.K.Ploşko - "İsmailiyyə"nin memarı, Bakı: Şərq-Qərb, 2013, ISBN
- Azərbaycan Respublikası Memarlar İttifaqı, Bakının Memarlıq Ensiklopediyası, Bakı: Şərq-Qərb, 2013, ISBN
- Görüryılmaz, Mustafa, Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006
- Рустамова-Тогиди, Солмаз, Март 1918 Г. Баку. Азербайджанские погромы в документах, Баку: Индиго-пресс, 2009
Həmçinin bax
- Azərbaycan memarlığı
- Səadət Sarayı — İosif Ploşkonun layihəsi əsasında Bakıda inşa edilmiş digər saray
- İosif Ploşkonun əsərlərinin siyahısı
Xarici keçidlər
- İsmailliyə Sarayının drondan çəkilişi
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ismailiyye Sarayi Baki seherinde yerlesen saray Saray Musa Nagiyev terefinden oglu Ismayilin serefine Qotik uslubda insa etdirilmisdir Binanin memarliq layihesinin muellifi mulki memar I K Ploskodur Saray ilkin dovrde Muselman Xeyriyye Cemiyyetinin qerargahi kimi istifade olunsa da hal hazirda AMEA nin Reyaset Heyetinin binasi kimi istifade edilir Ismailliye sarayi 1908 1913 cu illerde tikilib Ismailiyye SarayiIsmailiyye sarayinin esas fasadinin gorunusu 40 22 06 sm e 49 50 01 s u Olke AzerbaycanSeher Baki BakiYerlesir Istiqlaliyyet kucesiAidiyyati AMEAMemar Iosif PloskoSifarisci Musa NagiyevTikilme tarixi 1908 1913Uslubu Venesiya qotikasiVeziyyeti AMEA Reyaset Heyetinin binasi kimi fealiyyet gosterirAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 147KateqoriyaBinaEhemiyyetiOlke ehemiyyetliIsmailiyye Vikianbarda elaqeli mediafayllarTarixiSaray Musa Nagiyevin genc yasinda vefat etmis oglu Ismayil Nagiyevin serefine adlandirilmisdir Ismailiyyenin esasi taninmis Azerbaycan milyoncusu Musa Nagiyev terefinden 1907 ci ilde qoyulub Binani dunyadan erken kocen oglu Ismayilin xatiresine tikdirib Milyoncunun oglu Aga Ismayil verem xesteliyinden vefat edir 1905 ci ilde Muselman Xeyriyye Cemiyyetinin sedri Haci Zeynalabdin Tagiyev Baki Seher Dumasina resmi mektubla muraciet ederek cemiyyet ucun qerargaha ehtiyac oldugunu bildirir Erizede Xeyriyye Cemiyyetinin binaya ehtiyaci oldugu esaslandirilir Ona gore de Kaspi qezeti redaksiyasi ile o dovrde Kaspi qezetinin redaksiyasi indiki Sabir baginin yerinde idi Muselman qiz mektebi indiki Elyazmalar Institutu arasindaki bos torpaq sahesinin Xeyriyye Cemiyyetine verilmesi xahis olunur Baki seher Dumasi 1 dekabr 1905 ci ilde kecirilen iclasinda Xeyriyye Cemiyyetinin erizesine baxir ve musbet qerar cixarir Torpaq sahesi Xeyriyye Cemiyyetinin sexsi mulkiyyetine yox Muselman Xeyriyye Cemiyyetinin Bakida movcud oldugu muddete cemiyyetin pulsuz istifadesine verilir lakin ayrilmis torpaq sahesinde bina tikmek meselesi bir qeder lengiyir Baki milyonculari Novruz bayrami munasibetile teskil olunmus ziyafet meclislerinin birinde Agamusa Nagiyeve teklif edirler ki ogulunun xatiresini ebedilesdirmek ucun Muselman Xeyriyye Cemiyyetine bina tikdirsin Yeni binanin layihesini hazirlamaq mulki muhendis Iosif Ploskoya hevale olunur Ismailiyye binasinin tikintisi 1913 cu ilde basa catir ve memarliq xususiyyetlerine gore seherin en ezemetli binasi kimi taninir Mehemmed Emin Resulzade sonralar Turkiyede nesr etdirdiyi Azerbaycan Cumhuriyyeti kitabinda bu bina haqqinda yazirdi Belke de islam aleminde boyle bir meqsedle yapilmis binalarin ezemeti etibarile birincisidir Yandirilmasi ve restavrasiyasi 1918 ci ilin Mart hadiseleri zamani Bakida nezareti ele keciren ermeniler seherin ehalisi ile yanasi binalarina da ziyan vurmaga calisirdilar Bu zaman boyuk zede almis binalardan biri de Ismailiyye sarayi olmusdur Saray evvelce qaret edilmis daha sonra ise yandirilmisdi Sarayda toredilen yangin zamani binaya deyen zererle yanasi sarayda fealiyyet gosteren qurumlarin o cumleden sarayin oz arxivi yanaraq mehv olmusdu Binanin heyete yarimsirkulyar cixintisinda yerlesen merkezi giris pillekeni tamamile ucmusdur Demir beton pillekenler ve tirler onlarin uzerine tokulmus tavanin ve yuxari meydancanin demir tirlerinin agirligina davam getirmemisdirdi Salonlarin dosemesinin tirleri heraretden eyilmisdir ve dosemenin duz sethi butovlukde catlarla dolu dalgavari gorunus ifade edirdi Salonun foyenin ve pillekenin yapma naxisli kirec bezek islemeleri alovun heraretinden ve divar daslarinin alismasindan aralanmis ve bezi yerlerde qopub dusmusdu Esas korpusun divarlarinin her iki terefden alovun heraretine meruz qalmis yerlerinde dasin keyfiyyetini o derecede deyismisdir ki artiq tikinti materiali kimi istifade olunmaz hala gelmisdi Bakinin azad edilmesinden sonra Qafqaz Islam Ordusu Ismailiyye sarayinin qarsisinda fexri parad yurusu heyata kecirmisdir Azerbaycan Xalq Cumhuriyyetinin yaradilmasindan sonra teskil edilmis tertib etdiyi Aktda binanin hansi veziyyetde olmasi tesvir edilmis ve deymis ziyanin meblegi hesablanmisdir 1918 ci il 22 noyabrda Azerbaycan Hokumeti yaninda Fovqelade Tehqiqat Komissiyasi ekspert qisminde xususi olaraq devet edilmis quberniya Muhendisi A M Sternberqin istiraki ile Ismailiyye Muselman Xeyriyye Cemiyyetinin 1918 ci ilin martinda yanmis binasina baxis kecirdi ve asagidakilari askar etdi Bina Nikolayevskaya kucesinde Birinci ve Ikinci Nikolayevskaya dongelerinin arasinda yerlesir ve 4 li mehellenin 440 kvadrat sajen erazisini ehate edir Hal hazirda binanin heyete yarimsirkulyar cixintisinda yerlesen merkezi giris pillekeni tamamile ucmusdur Demir beton pillekenler ve tirler onlarin uzerine tokulmus tavanin ve yuxari meydancanin demir tirlerinin agirligina davam getirmemisdir ve yanginin cox yuksek temperaturundan eyilmis ve qatlanmis bu tirlerle birlikde pillekenin asagi meydancasinda xaotik tonqal yaratmisdir Binanin cati hemcinin iki rengli merkezi boyuk salonun ustundeki tirleri agacdan idi ve onlar tamamile yanmisdir lakin catilarin sprengel hisselerini birlesdiren iri demir halqalar ve onlara dogru cekilib getirilmis tavan tirleri ucaraq 1 ci mertebenin dosemesinin demir tirleri uzre kerpic qubbeleri muxtelif yerlerden desmisdir ve yerden yuxariya qeder birbasa delikler acmisdir Salonun dosemesinin tirleri heraretden eyilmisdir ve dosemenin duz sethi butovlukde catlarla dolu dalgavari gorunus ifade edir Salonun foyenin ve pillekenin yapma naxisli kirec bezek islemesi heraretden ve divar daslarinin alismasindan aralanmis ve bezi yerlerde qopub dusmusdur Esas korpusun divarlarinin her iki terefden alovun heraretine meruz qalmis yerlerinde dasin keyfiyyetini o derecede deyismisdir ki ondan tikinti materiali kimi istifade edile bilmez Daha az yanmis bayir fasad divari daslarda olan catlar laylanma ve yanginin sonraki neticelerinin olacagi ehtimali nezere alnmaqla atmosfer tesirleri ile birlikde yalniz cox mesuliyyet istemeyen tikintilerde yonulmamis das kimi istifade edile biler Esas korpusun birinci mertebesi esas girisden gelen bir araliq istisna olmaqla 4 boyuk magaza gozunden kenardakilar demir beton ortuklu ibaret idi Esas demir beton tirler heraretin tesirinden ehemiyyetli derecede eyilmisdir ve onlarin elece de kenar pillekenlerin ucmaq tehlukesi vardir Onlarin konstruksiyasi demirleri divara oturdulmus demir beton pillekenler kosoursuz pillekenin yan taxtasi demir tirler uzerinde meydancalar Daxili heraretden bayir divar qabarma vermisdir ve daxili divarlarda pillekenin iki sekisinin arasindaki hisseden kecen catlar yaranmisdir bu sebebden asma pillekenin bagliligi pozulmusdur ve ucmaq tehlukesi vardir Her uc mertebede tirler agacdan idi tamamile yanmislar ve damin ucmasi neticesinde indi binanin bunovresi hec bir otaqlara bolunme elameti olmadan aciq gorunur Binanin her yerinde yalniz korlanmis veziyyetde das ve demir hisseler qalmisdir ve hetta fasad pencerelerinin demir cercivelerinin sement islemeleri heraretin tesirinden ucub tokulmusdur butun cerciveler qapilar ve s tamamile yox derecesindedir Bina buxarla isitme sistemi ile techiz edilmisdi ve kameralarin qaliqlarindan gorunduyu kini yeqin ki qizdirilmis havanin verilmesi ile isidilirmis lakin pencerelerin taxcalarindaki eyilmis yanib qaralmis borulardan asilib qalan radiatorlarin veziyyeti onlarin hetta esasli temirden sonra istifade edilmesinin mumkunluyunu subhe altinda qoyur Binanin merkezi hissesi kifayet qeder coxlu sayda yanginsonduren kranlarla techiz edilmisdi lakin onlarin baxis kecirilmesi mumkun olanlarinin hamisi bagli idi ve bu da alovun lokallasdirilmasi ucun tedbirlerin gorulmediyinden xeber verir daha dogrusu eksine bele ki binada alisan material cox az idi ve buna baxmayaraq bu aktda gosterilen sebeblere gore butun binanin hal hazirda hec bir qiymeti olmadigi bizim terefimizden tesdiq olunur Eskize esasen binanin hecmi texminen 3000 kub sajen teskil edir 1907 1908 ci illerde bu cur binanin bezekli islenme ile tikilmesinin deyeri bir kub sajena gore 100 120 rubl teskil edirdi ve demeli binanin qiymeti 330 000 rubla yaxin olmali idi Hal hazirda isci quvvesinin qiymeti o vaxtdan 25 defe tikinti materiallarinin qiymeti ise orta hesabla 20 defe artmisdir Orta hesabla isci quvvesine cekilen xerci materialin xercine beraber tutsaq binanin indi tikilmesinin qiymetinin 22 defe artdigini aliriq yeni bu qiymet 7 260 000 rubl teskil edir ve bunu hazirki aktda yazmagi qerara aldiq Baki Quberniya Muhendisi Muhendis Sternberq Komissiya uzvleri Memmed Xan Tekinski A Kluge Azerbaycanda Sovet hakimiyyetinin qurulmasindan sonra dagilmis Ismailiyye sarayinin yararsiz olmasi sebebiyle sokulmesine qerar verilmisdir lakin yerli ehali bina qarsisina toplasaraq onun sokulmesine imkan vermemis ve yalniz bundan sonra sarayin berpa olunmasina baslanmisdir Binada berpa islerini memar Vartan Sarkisov heyata kecirmisdir Berpa zamani sarayin umumi plan layihesi oldugu kimi saxlansa da fasadinda bezi deyisiklere yer verilmis vaxtile Quran ayeleri ve hedislerin yer aldigi medalyonlarda besguseli qizili ulduzlar yerlesdirilmisdir Yandirilmis binanin berpasi Yenilenmis serq fasadinin gorunusu Yandirilmis binanin simal ve qerb fasadlarinin gorunusu Yandirilmis binanin boyuk zalinin gorunusu Bakinin azad edilmesinden sonra Qafqaz Islam Ordusunun paradiMemarliq xususiyyetleriYerlesmesi Yaxinliqda Aleksandr Nevski kafedralinin tikilmesinden sonra kecmis Nikolayev kucesinde Cume mescidinin insa olunmasina icaze verilmir ve bu gelecekde Ismailiyye sarayinin insa olunacagi yerin bos qalmasina getirib cixarir Haci Zeynalabdin Tagiyevin qizlar mektebinin binasi 1898 1901 planlasdirilarken eyni vaxtda Qoslavski 1898 ci ilde mekteble yanasi insa edilmesi planlasdirilan bazar binasinin layihesini hazirlamisdi Nikolayev kucesinin prespektivini nezere alaraq sonradan bu erazide bazar tikilmesi plani texire salindi Seher Dumasi bele hesab edirdi ki merkezi magistral XIX esrin sonlarinda indiki Istiqlaliyyet kucesi merkezi magistral hesab edilirdi ticaret siralarinin yeri deyildir lakin hemin sahe on il erzinde Baki milyoncusu Aga Musa Nagiyevin sifarisi ile oglu Ismayilin 1875 1902 xatiresine orada Bakinin en gozel saraylarindan biri olan Ismailiyye ictimai xeyriyye binasi tikilenedek bos qaldi 1890 ci illerin baslangicinda Nikolayev kucesinin nizamlanmasi layihesi yerine yetirildi Bu kuce butunlukle Qubernatorun evi Seher Dumasi ve Idaresi indiki Baki Seher Icra Hakimiyyetinin Binasi Realni Mekteb indiki Azerbaycan Dovlet Iqtisad Universitetinin binasi mescid ve ticaret cergeleri kimi inzibati ictimai idarelere verildi 1893 cu ilde Cume mescidinin insasi ucun sahe hazirlanmasina baslanildi Mescidi fontanlari ve hovuzlari olan parkda yerlesdirmek nezerde tutulmusdu Baki muselmanlari mescidin yasilliqlar fontanlar ve seffaf sulu hovuzlar arasinda gozel menzereli memarliq muhitinin temsil edildiyi Istanbul Tebriz Isfahan ve basqa serq seherlerindeki meshur mescid numunelerini tekrarlayan dini ansambl yaratmaq isteyirdiler Lakin qonsu kucede debdebeli Aleksandr Nevski kafedralinin tikilmesi Cume mescinin tikilmesine de oz tesirini gosterdi Bele ki planlasdirilmis erazide mescidin insa edilmesi Car Rusiyasi hakimiyyeti numayendeleri terefinden qqadagan edildi 5 noyabr 1896 ci ilde Cume mescidinin insasi ucun hazirlanmis yer Haci Zeynalabdin Tagiyevin Qizlar mektebinin tikilmesi ucun verildi Hazirda Ismailiyye sarayinin yerlesdiyi sahe kucenin qurulusunda sehersalma cehetden elverisli idi memarliq planinda muhum yer tuturdu Sarayin memarliq layihesi artiq Bakida taninmis memarlardan biri olan mulki muhendis I Plosko terefinden 1901 1913 cu illerde hazirlandi ve tikildi Bu binanin layihesine maraq o qeder boyuk idi ki onu seher kosklerinde satmaq ucun yerli metbuatda derc etdirdiler Ilk temel dasinin qoyulmasi boyuk kutlenin ve Baki milyonculari H Z Tagiyev S Esedullayev M Muxtarov I Hacinski Asurbeyov ve qardaslarinin istiraki ile 21 dekabr 1908 ci ilde teskil edildi Binanin insa isleri ise 1913 cu ilde tamamlandi Eksteryeri Plosko terefinden hazirlanmis layiheye gore rizalitlerin ustunde muxtelif ortuklu gunbezleri olan yumru belvederler yerlesdirilmeli idi Venesiya qotikasi uslubunda tikilmis Ismailiyye sarayinin fasadi cox plastikdir ve yaxsi islenmisdir Bina insanda yuksek hissler memarin ustaligina ve dascilarin senetine heyranliq yaradan ahengdar bedii eser memarliq simfoniyasidir Fasadin memarliq kompozisiyasinin inkisafi saquli xett uzre yan rizalitler seklinde ardicil seciyyevi xususiyyete malikdir I Plosko oz yaradiciliginda bu usula tez tez muraciet etmisdir Fasadin hedsiz derecede plastik islenmesi ona xususi gozellik ve rovneq qatir Burada tesadufi memarliq usul ve formalari musahide olunmur Hecmli kutleler fasadin umumi memarliq kompozisiyasi ile aheng teskil eden ufuqi ve saquli hisselerin itiliyi butun bunlar klassik qanunauygunluga esaslanir Catmataglarin ustunluk teskil etmesi binani yerli muhite daha da yaxinlasdirir Fasadin daxilinde anaxronizm hiss olunmur Gozel resmlerle bezedilmis hecmli catmataglardan ibaret birinci mertebe formalarin monumentalligini yungullesdiren ve onlara yeni motivler qatan dayaq tirleri vasitesiyle hisselere bolunmusdur Sarayin esas giris qapisi memarliq unsur ve detallarinin mohtesem kompozisiyasini teskil edir Giris tagi heykel basliqli pilyastrlara soykenir I Plosko fasada plastik gorkem vermekden otru das uzerinde derin oymalardan istifade etmisdir O bunu das memarligi senerinden exz etmisdi ve eserlerinde ondan bedii ifadelik elde etmek ucun meharetle istifade edirdi Tagli timpan meyve tesvirli naxislarla bezedilmisdir Ismailiyye sarayinin berpa olunmus serq fasadi XX esrin evvelleri baxan fasadi XX esrin evvelleri Qesr dasina geldikde ise o uzerinde Roma dovru kisisinin basi tesvir olunmus butov das blokdan mukemmel sekilde hazirlanmisdir Gozel cizgilere malik dalgali saclar iri goz ve duz burunlu enli alini ortur Qalin dodaqlar yarasiqli saqqalla birlesen biglar gozlerini uzaqlara dikmis cesur doyuscu obrazi yaradir Onun heykel formasinda yonulmus basi yaxinliqdaki relyef elementleri ile aheng teskil edir Guclu cizilmis qaytanabenzer yarimdaire tag ile intibah dovru motivlerini xatirladir Inqlabaqederki dovrde butun memarliq uslublarinin ciceklendiyi bir vaxtda Baki mehellelerinin tikintisi prosesinin gedisinde I Ploskonun yaradiciligi Serq ve Qerb motivleri ile musayiet olunmusdur Memar catmataglarin ritmini ardicil struktura cevirmek ve onu plastik unsurlerle mohkemlendirmek istemisdir Ona ele gelirdi ki Ismayilin xatiresi memarliq noqteyi nezerinden layiqince yad olunmamisdir Buna gore de o birinci mertebede taglarin arasinda akant yarpaqli heraldik emblemli ve tacli celeng formasinda relyef formasinda tesvir olunmus iri dairevi dekorativ motivler yerlesmisdir Aga Musa Nagiyev esilzade ailesinden olmasa da sahib oldugu milyonlar ona bu cur uslub elementlerini teleb etmeye imkan vermisdi Uzerinde Roma dovru kisisinin basi tesvir olunmus qesr dasi Boyuk zalin qotik uslublu pencereleri Ikinci mertebeye kecid ufuqi hisselerin genis zolagi ile musayiet olunur Bu fasadin kompozisiya qurulusunda yeni bir sehife acmaga imkan yaradir Burada sarayindan bir hisse oz eksini tapmisdir Venesiya saraylarinda iti uclu catmataglarin kompozisiya usulu dairevi forma ile evez olunur I Plosko arxasinda binanin Boyuk zalinin akt zali yerlesdiyi Ismailiyyenin ikinci mertebesinin fasadinda maraqli memarliq kompozisiyasindan muveffeqiyyetle istifade etmisdir Cox gozel kapitellere malik sutunlarin saxladigi guclu profil verilmis alti tag asiriminin ritmi fasadda xususi bedii ovqat yaradir Onlarin arxasinda ise meheccer ve qotik formali pencere cerciveleri yer alir Tag siralarinin arxasinda miqyasli dairevi formalar vahid ahengdar struktur teckil ederek memarliq kompozisiyasinda ustun movqe tuturlar Qotik motivlerin menzereli duzulusu ve yuksek plastikasi cevresi aydin cizilaraq azca profil verilmis dairevi cizgilere malik qotik meheccere yaxinlasaraq xususi musteqil mena kesb edir Zeif ifade olunmus pervazin altinda siluet seciyyeli dekorativ elementler ozunemexsus olaraq feal tesir gosterirler Butun parametrlerine gore gozel olan rizalitler tag sirasinin esas saxlayici elementi olaraq portal kompozisiyasi rolunda cixis edir Rizalitin prespektiv catma tagi memarliq dekorativ formada islenmisdir Tagin umumi memarliq repertuarinda xususi movqe tutan ornamental cicek motivleri daxil edilmisdir Memar I Plosko fasadin hellinde qaytan elementlerinden cox istifade etmisdir Bu element sutunlarin kapitelleri vasitesile bir birinden ayrilan portal taglarinda da istifade olunur daha sonra ise bazaya kimi davam edir Esas prespektiv taglar kapitel seviyyesinde pilyastrlara soykenir Burada memarliq detallarindan ibaret tam bir deste formalasmisdir Rizalitin portali saquli uzunsov formada qaytanvari sutunlara bend edilerek xirda elementlerin axinina cevrilir merkezi oxu ise I Plosko esas siluet motivler rolunda cixis eden piramida sekilli tamamlayir I Plosko layiheye gore ve Ismailiyye sarayinin memarliq kompozisiyasina uygun olaraq rizalitlerin ustunde muxtelif ortuklu gunbezleri olan yumru belvederler yerlesdirilmisdir Bina 1918 ci ilde ermeniler terefinden gullebaran edildiyi ve yandirildigi zaman bunlarin dagidilmasi haqqinda deqiq melumat yoxdur lakin bina hemin gullebarandan ciddi ziyan cekmisdir Interyeri Boyuk zalin interyerini bezeyen Qedim Yunan mifologiyasi motivli divar qabartmalari Bina dusunulmus hecm mekan helline malikdir Birinci mertebede korpusun enine cixisinda uzun dordbucaqli formada vestibul yerlesir daha sonra iri ionik sutunlari olan foye acilir ondan sonra genis merkezi ucmarsli giris pillekeni gelir Foyenin kunclerinde qapali ikimarsli pillekenler yerlesir Giris pillekenlerine paralel olaraq xidmeti otaqlar yerlesir Ikinci mertebeye giris pillekenleri ile cixis klassik qaydada sekillerle musayiet olunur ve umumi hecm mekaninda istirak edir Binanin fasadi Venesiya qotikasi uzre tertib olunsa da interyerin uslub proqrami Avropa klassikasina daha yaxindir ve bu ikinci mertebenin nefis memarliq hellinde zalin ucolculu ictimai foyesini ehate eden bicimli korinf sutunlarinda qabariq sekilde ozunu gosterir Zerif aydin cizgilere malik yarasiqli sutunlari arasindaki duzbucaqli mekanda memarliq forma ve usullarinin necibliyi aciq duyulur Burada qotikanin iti formalarinin dinamikasi memarligin tamamile ferqli tezahurleri ile evez olunur Proporsiyalarin inceliyi ve memarliq element ve detallarinin cizgilerinin sertliyi baximindan burada imperiya dovru Romasinin eks sedasi esidilir I Plosko sarayin interyerinde memarliq senetinin bedii incelikleri baximindan oz istedadi qarsisinda yeni imkanlar acmisdir Qonaq zali Boyuk zal Mavi otaq Ucuncu mertebenin foyesinde korinf sutunlarina uygun qabartma divar dekorasiyasi Ucmarsli parad pillekeniMedeniyyetdeQurban Seidin Eli ve Nino romaninda sarayin adi Islam Xeyriyye Cemiyyetinin binasi kimi qeyd edilir 2012 ci ilde Ictimai Televiziya terefinden istehsal olunmus Ismailiyye binasi adli senedli filmde sarayin tarixinden behs edilmisdir FilateliyadaSSRI markasinda Azerbaycan markasindaIstinadlarP Sultanova Ismailiyye binasi bir genc xatiresi ucun bir milletin iftixari namine 2022 03 25 at the Wayback Machine 525 ci qezet 13 may 2011 Yoxlanilib 13 iyul 2014 Ismailiyye 2017 12 22 at the Wayback Machine socarplus az Yoxlanilib 13 iyul 2014 Chego vy ne znali o starom Baku Ismailliya 2021 10 21 at the Wayback Machine day az 28 sentyabr 2012 Yoxlanilib 13 iyul 2014 Yuzef Ploshko 2015 09 24 at the Wayback Machine polonia baku org Yoxlanlilib 13 iyul 2014 M E Resulzade Azerbaycan Cemhuriyyeti Baki 1993 seh 28 2012 04 25 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 03 avqust 2014 Dr Mustafa Goruryilmaz Qafqaz Islam Ordusu ve ermeniler Baki 2006 seh 306 AR PII SSA f 277 s 2 is 13 v 168 169 Sened 621 2016 03 04 at the Wayback Machine Solmaz Rustemova Tohidi Baki 1918 ci il Baki 2010 Architects of Azerbaijan 19th and early 20th century Russian Ourbaku Istifade tarixi 2 December 2012 olu kecid Samil Fetullayev Fiqarov MemarI K Plosko Ismailiyyenin muellifi Baki Azerbaycan Memarlar Ittifaqi 2013 seh 27 33 Samil Fetullayev Bakida sehersalma XIX esrinsonu XX esrin evvellerinde Baki Azerbaycan Memarlar Ittifaqi 2013 seh 58 Sh S Fatullaev Zhilye doma v zastrojke gorodov Azerbajdzhana na rubezhe XIX XX vekov Baku Izdatelstvo Akademii nauk Azerbajdzhanskoj SSR 1963 S 63 117 s Tak odnomu iz sposobnejshih zodchih goroda I Ploshko obladayushemu bolshim vkusom nezauryadnym masterstvom prinadlezhat i obshestvennye sooruzheniya On postroil zdanie Ismailiya v stile venecianskoj gotiki Monika Bulaj Palmy na prospekte neftyanikov Novaya Polsha zhurnal 2004 6 S 47 Svetlaya venecianskaya gotika Ismailiya kotoruyu nazyvali arhitekturnoj simfoniej stala shedevrom drugogo polskogo arhitektora Ploshko Fetullayev seh 22 Samil Fetullayev Baki memarlari XIX esrinsonu XX esrin evvellerinde Baki Azerbaycan Memarlar Ittifaqi 2013 seh 73 78 Fetullayev seh 28 Fetullayev seh 24 Samil Fetullayev Bakinin Memarliq Ensiklopediyasi Baki Azerbaycan Memarlar Ittifaqi 2013 seh 423 Fetullayev seh 26 Fetullayev seh 30 Fetullayev seh 25EdebiyyatFetullayev Fiqarov Samil Memar I K Plosko Ismailiyye nin memari Baki Serq Qerb 2013 ISBN 978 9952 32 020 6 Azerbaycan Respublikasi Memarlar Ittifaqi Bakinin Memarliq Ensiklopediyasi Baki Serq Qerb 2013 ISBN 978 9952 32 064 0 Goruryilmaz Mustafa Qafqaz Islam Ordusu ve ermeniler Baki 2006 Rustamova Togidi Solmaz Mart 1918 G Baku Azerbajdzhanskie pogromy v dokumentah Baku Indigo press 2009Hemcinin baxAzerbaycan memarligi Seadet Sarayi Iosif Ploskonun layihesi esasinda Bakida insa edilmis diger saray Iosif Ploskonun eserlerinin siyahisiXarici kecidlerIsmailliye Sarayinin drondan cekilisi