Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni lazımdır. |
Əli və Nino—ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E. P. Tal Verlaq tərəfindən nəşr edilən və indiyədək dünyanın 33 dilinə tərcümə edilən məhəbbət romanıdır.
Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilmişdir. Rəsmi sənədlərə əsasən Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllüsüdür. Buna görə də uzun illər əsərin həqiqi müəllifi Elfrida fon Ehrenfels hesab olunurdu, lakin amerikalı şərqşünas Tom Rayz əsərin əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nissembauma məxsus olduğunu, baronessa Elfrida fon Ehrenfelsin isə yalnız onun məşuqəsi olmasını sübut edə bilmişdi. Azərbaycan Yazıçılar Birliyi isə 1993-cü ildə qəbul etdiyi qərarda əsərin müəllifinin Y. V. Çəmənzəminli olduğunu təsdiq etdi.
Bir qisim tədqiqatçılar Qurban Səid adının Bakı yəhudisi Lev Nissembaumun, digərləri isə Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu qeyd edirlər. Qərb tədqiqatçıları və naşirləri "Əli və Nino"nun XX əsrin 20-ci illərində Bakıdan Almaniyaya mühacirət etmiş yəhudi mənşəli Lev Nissembaum olduğunu bildirirlər. Almaniyada yaşayan tədqiqatçı Nuridə Atəşi isə əslində Lev Nissembaumun müsəlman kimi doğulduğunu, əsl adının Məhəmməd Əsəd bəy olduğunu iddia edir.
Qurban Səid adının yazıçı Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu iddia edənlər də var. Çəmənzəminlinin oğlu Orxan Vəzirov bildirir ki, bunu vaxtilə Ceyhun Hacıbəyli təsdiqləyib. Həmçinin, Azərbaycan Yazıçılar Birliyi 1993-cü ildə qəbul etdiyi qərarda əsərin müəllifinin Y. V. Çəmənzəminli olduğunu təsdiq etmişdir.
Əsərin müəllifinin kimliyi ilə bağlı iddiaları aşağıdakı kimi konkretləşdirmək olar:
- "Əli və Nino romanının başlıca müəllifi azərbaycanlı yazıçı və dövlət xadimi Yusif Vəzir Çəmənzəminlidir (1887–1943). Onun müəllifliyini həm şəxsi həyatında yaşadığı hadisələr, həm də Bakıda Əlyazmalar İnstitutunda saxlanan əsərləri, o cümlədən, gündəlikləri, məqalələri, hekayə və romanları sübut edir, lakin bəzi müəlliflər Əsəd Bəy adı altında yazan Lev Nussimbaumun əsərin yeganə müəllifi olduğunu iddia edirlər.
- Əsərdəki folklor və əfsanəvi materiallarda "Əsəd Bəy" adı altında yazan Lev Nussimbaumun imzası olduğu şübhəsizdir. Həmin materiallar onun əvvəlki əsərlərindən köçürülmüşdür. Qeyd edilməlidir ki, bu materiallar nə mədəni, nə də etnik cəhətdən etibarlı mənbələr deyil. Lev Nussimbaum Azərbaycanı 1920-ci ildə 14 yaşında ikən tərk etmişdi və olduqca təcrid olunmuş həyat tərzi sürdüyünü öz yazılarında da etiraf etmişdir.
- Əsəd Bəy romanda Əli ilə Ninonun Tiflisə və İrana səyahətləri ilə bağlı hissələri gürcü yazıçı Qriqol Robakidzenin "İlan dərisi" (Das Schlangenhemd, 1928) əsərindən götürmüşdür. Robakidzenin bu "köçürmədən" xəbəri olub-olmadığı məlum deyil. Əsəd Bəy, orijinalından fərqləndirmək üçün mətnin üzərində çoxlu iş aparmaqla əslində plagiat etdiyinə şübhə yaradır. Tədqiqatlar Əsəd Bəyin Robakidzeni şəxsən tanıdığını göstərir.
- Avstriya baronessası Elfrida Ehrenfels (1894–1982) "Əli və Nino" romanını alman reyesterlerində qeydiyyatdan keçirmiş və "Qurban Səid" təxəllüsünün özünə aid olduğunu göstərmişdi, halbuki onun romanın yazılmasında iştirakı sübut edilməmişdir. Romanın "Əli Xan" adlı italyan nəşri 1944-cü ildə Məhəmməd Əsəd Bəy adı altında çap edilmişdi. Qəribədir ki, bu kitabda Nino Kipiani "Erika Kipiani" kimi təqdim edilirdi, bu isə gürcü adı deyildi. Nussimbaumun həyat yoldaşının adı Erika idi, lakin o, Əsəd Bəyin həmkarı Rene Füllöp Millerlə qaçmış və onlar qalmaqallı şəkildə boşanmışdılar (1935). Həmin nəşrdə bir sıra digər dəyişikliklər də edilmişdi. Bu italyan nəşri özünü "Əhməd Cəmil Vakka Mazzara" adlandıran Əsəd Bəyi tiryəklə təmin edən Vakka Bello tərəfindən onun ölümündən sonra müəmmalı şəkildə dərc edilmişdi. O, Əsəd Bəylə dörd nəsil əvvələ gedib çıxan qohumluğu olduğunu iddia etməklə, Əsəd Bəyin sağ qalmış yeganə varisi olduğunu irəli sürür və onun müxtəlif kitablardan gələn gəlirlərini əldə etmək məqsədi daşıyırdı. Əsər "Əli Xan" adı altında yalnız bir dəfə çap edilmişdi.
Əsərin qısa məzmunu
Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə "tərəqqi etmiş" Qərb və "geridə qalmış" Şərqin qovuşduğu Bakıdır.
Əli xan Şirvanşir rus məktəbində təhsil alan əsilzadə müsəlman gəncidir. Ailəsinin tamamilə şərq-müsəlman adət-ənənələrinə sadiq olmasına baxmayaraq, Əli oxuduğu məktəb və Qərb-xristian dünyasına məxsus olan gürcü qızı Ninoya bəslədiyi məhəbbətinin təsirindən Avropa təsirinə məruz qalmışdır, lakin bununla belə Nissembaum öz əcdadlarının adət-ənənələrinə ömrü boyu sadiq qalacaq, Azərbaycanın müstəqilliyi uğrunda həyatını qurban verəcək əsl azərbaycanlı vətənpərvər gənc Əli obrazını yaradır.
Əsərdə Əlinin Ninoya məhəbbəti və Əli xan Şirvanşirin Dağıstan, Qarabağ, Gürcüstan və İrana səyahətlərindən söhbət açılır. Məktəbi bitirdikdən sonra Əli və Nino evlənmək qərarına gəlirlər. Əlinin atası qadınlara, xüsusən başqa dinə məxsus qadına qarşı mühafizəkar fikirlərinə baxmayaraq nikahı dəstəkləyir. Ninonun atası isə əvvəlcə tərəddüd edir, lakin erməni əsilli dostunun məsələyə müdaxiləsi ilə sonda mövqeyini yumşaldır.
Hadisələr həmin erməninin Ninoya aşiq olması və hiyləgərliklə onu qaçırmasından sonra dramatik xarakter alır. Əli dininin qaydalarına uyğun olaraq xain ermənini öldürür, lakin Ninoya əl qaldırmağa cürət etmir. Əli erməninin yaxın qohumlarının gözlənilən intiqamından yaxa qurtarmaq üçün Bakını tərk etməli olur.
Aylar sonra Nino Əlini ucqar kəndlərin birində yoxsulluq və səfalət içində tapır və dərhal onunla evlənir. Rusiya inqilabı və türklərin Bakını azad etmək məqsədilə Azərbaycana yürüşlərini diqqətlə izləyən Əli rusların Bakını yenidən ələ keçirməsindən sonra Nino ilə İrana yollanır. Nino İranda ev dustağına çevrilməsi səbəbindən özünü tamamilə yalqız və bədbəxt hiss edir. Azərbaycanda ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli və Nino yenidən Bakıya qayıdır və yenicə qurulmuş dövlətin mədəni həyatında fəal iştirak edirlər. Sonradan Əliyə Azərbaycanın Fransada səfiri vəzifəsi təklif olunur və təklifi Nino da müsbət qarşılayır, lakin Əli imtina edir. O Ninonun özünün İranda necə bədbəxt hiss etdiyin xatırlayır və eyni aqibət ilə qarşılaşmaqdan çəkinir.
Əlinin gənc ömrü rusların 1920-ci ildə bir daha Azərbaycana yönəlməsi ilə başa çatır. Nino isə yenicə dünyaya gəlmiş körpələri ilə Gürcüstana qaçır. Əli xan Şirvanşir Gəncənin bolşeviklərdən müdafiəsi döyüşlərində şəhid olur.
"Əli və Nino"nun Azərbaycan dilinə tərcüməsi
Qurban Səidin alman dilində yazdığı və alman dilində ilk dəfə 1937-ci ildə Vyana şəhərində çap edilmiş "Əli və Nino" romanı ilk dəfə 1970-ci illərin əvvəlində Almaniyanın Münhen şəhərində "Azadlıq" radiosunda qismən tərcümə olunub radio proqramı şəklində efirdə səsləndirilmişdir. O zaman əsər almancadan ingiliscəyə, ingiliscədən türkcəyə tərcümə olunmuşdu. Radiodakı tərcümə əsas etibarilə Türkiyə türkcəsindən Azərbaycan dilinə keçirilmişdir. 1989-cu ildə Azərbaycan Yazıçılar İttifaqının sədr müavini, "Azərbaycan" ədəbi-bədiii jurnalının baş redaktoru, yazıçı, mərhum Yusif Səmədoğlunun şəxsi xahişi əsasında "Əli və Nino" romanı tanınmış jurnalist və publisist, "Azadlıq" radiosunun Azərbaycan redaksiyasının o zamankı baş redaktoru Mirzə Xəzər tərəfindən almancadan tam olaraq Azərbaycan dilinə tərcümə edilmişdir. Mirzə Xəzər əsərin Azərbaycan dilində olan mətnini 1989-cu ilin sentyabrında Niderlandın paytaxtı Amsterdamda Yusif Səmədoğluna təhvil vermişdir.
Azərbaycanda siyasi vəziyyət gərginləşdiyi və sonradan Qara Yanvar faciəsi baş verdiyi üçün romanın çapı ləngidi. Nəhayət 1990-cı ilin mart, aprel, may aylarında əsərin Mirzə Xəzərin tərcüməsində mətni "Azərbaycan" jurnalının 3 nömrəsində tam olaraq çap edildi. Mirzə Xəzərin tərcüməsində "Əli və Nino" romanı dəfələrlə nəşr edilmiş və indiyədək nəşr edilir, böyük maraqla Azərbaycanda oxunur. Mirzə Xəzər romanın tərcüməsi üçün ona ayrılan qonorarı, 5 min sovet manatını Yusif Səmədoğluna Münhendən vəkalətnamə verərək 1990-cı il Qara Yanvar günlərində həlak olmuş şəhidlərdən birinin ailəsinə verilməsini xahiş etmişdir. Onun xahişinə əməl olundu, qonorar Bakıda şəhid ailəsinə təqdim olundu.
Əli və Ninonun ilk tamaşası
2007-ci ilin 2, 3, 4 və 16 mart tarixində Mirzə Xəzərin tərcümə etdiyi "Əli və Nino" romanı əsasında ilk dəfə olaraq virtual dekorasiyalı ritual faciənin premyerası oldu. Həmin ilin ən yaxşı tamaşası kimi böyük anşlaqlarla keçən tamaşaya iki gənc rejissor – Elvin Mirzəyev və İmaməddin Həsənov quruluş vermişdi.
Dünyada və Azərbaycanda Əli və Ninonun ilk səhnə ifaçıları Elvin Mirzəyev və Nigar Həsənzadədir. Səfər xan Şirvanşır rolunda Respublikanın əməkdar artisti Ayşad Məmmədov çıxış edib.
Tamaşada digər rolların ifaçıları:
- Seyid Mustafa – Toğrul Rza,
- Məlik Naxararyan – İlkin Mehdiyev,
- Məhəmməd Heydər – Vüsal Mustafayev,
- İlyas bəy – Rövşən Məmmədov,
- Arslan ağa – İmaməddin Həsənov,
- Dərviş – Vüqar Əhmədov.
Tamaşanın ssenari müəllifləri – Elvin Mirzəyev və İmaməddin Həsənov, Bəstəkarı – Cəmalə Nəsirova, Plastika – Lyudmila Həsənova, Geyim üzrə rəssamı – Yelena Almazova, Kompüter dizaynı – Həsən Əl-Əkbər.
İstinadlar
- . 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-15.
Xarici keçidlər
- Əli və Nino. Qurban Səid (yüklə)
- [1] 2016-03-04 at the Wayback Machine Qurban Səid kimdir?
- [2] 2012-03-28 at the Wayback Machine MİRZƏ XƏZƏRİN "ƏLİ və NİNO" TARİXCƏSİ
- [3] 2012-02-20 at the Wayback Machine Seyid Ramin "Qurban Səidin gizli qalmış ömrü"
- Qurban Səid kimin təxəllüsüdür?
- Qurban Səid — "Əli və Nino"
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Eli ve Nino deqiqlesdirme Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun meqalenin muzakire sehifesine diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Eli ve Nino ilk defe 1937 ci ilde Vyanada alman dilinde E P Tal Verlaq terefinden nesr edilen ve indiyedek dunyanin 33 diline tercume edilen mehebbet romanidir Eli ve Nino Azerbaycan dilinde Eserin ilk nesrinde muellif kimi Qurban Seid gosterilmisdir Resmi senedlere esasen Qurban Seid avstriyali baronessa Elfrida fon Ehrenfelsin texellusudur Buna gore de uzun iller eserin heqiqi muellifi Elfrida fon Ehrenfels hesab olunurdu lakin amerikali serqsunas Tom Rayz eserin eslen Azerbaycandan olan yehudi menseli yazici Lev Nissembauma mexsus oldugunu baronessa Elfrida fon Ehrenfelsin ise yalniz onun mesuqesi olmasini subut ede bilmisdi Azerbaycan Yazicilar Birliyi ise 1993 cu ilde qebul etdiyi qerarda eserin muellifinin Y V Cemenzeminli oldugunu tesdiq etdi Bir qisim tedqiqatcilar Qurban Seid adinin Baki yehudisi Lev Nissembaumun digerleri ise Yusif Vezir Cemenzeminlinin texellusu oldugunu qeyd edirler Qerb tedqiqatcilari ve nasirleri Eli ve Nino nun XX esrin 20 ci illerinde Bakidan Almaniyaya muhaciret etmis yehudi menseli Lev Nissembaum oldugunu bildirirler Almaniyada yasayan tedqiqatci Nuride Atesi ise eslinde Lev Nissembaumun muselman kimi doguldugunu esl adinin Mehemmed Esed bey oldugunu iddia edir Qurban Seid adinin yazici Yusif Vezir Cemenzeminlinin texellusu oldugunu iddia edenler de var Cemenzeminlinin oglu Orxan Vezirov bildirir ki bunu vaxtile Ceyhun Hacibeyli tesdiqleyib Hemcinin Azerbaycan Yazicilar Birliyi 1993 cu ilde qebul etdiyi qerarda eserin muellifinin Y V Cemenzeminli oldugunu tesdiq etmisdir Eserin muellifinin kimliyi ile bagli iddialari asagidaki kimi konkretlesdirmek olar Eli ve Nino romaninin baslica muellifi azerbaycanli yazici ve dovlet xadimi Yusif Vezir Cemenzeminlidir 1887 1943 Onun muellifliyini hem sexsi heyatinda yasadigi hadiseler hem de Bakida Elyazmalar Institutunda saxlanan eserleri o cumleden gundelikleri meqaleleri hekaye ve romanlari subut edir lakin bezi muellifler Esed Bey adi altinda yazan Lev Nussimbaumun eserin yegane muellifi oldugunu iddia edirler Eserdeki folklor ve efsanevi materiallarda Esed Bey adi altinda yazan Lev Nussimbaumun imzasi oldugu subhesizdir Hemin materiallar onun evvelki eserlerinden kocurulmusdur Qeyd edilmelidir ki bu materiallar ne medeni ne de etnik cehetden etibarli menbeler deyil Lev Nussimbaum Azerbaycani 1920 ci ilde 14 yasinda iken terk etmisdi ve olduqca tecrid olunmus heyat terzi surduyunu oz yazilarinda da etiraf etmisdir Esed Bey romanda Eli ile Ninonun Tiflise ve Irana seyahetleri ile bagli hisseleri gurcu yazici Qriqol Robakidzenin Ilan derisi Das Schlangenhemd 1928 eserinden goturmusdur Robakidzenin bu kocurmeden xeberi olub olmadigi melum deyil Esed Bey orijinalindan ferqlendirmek ucun metnin uzerinde coxlu is aparmaqla eslinde plagiat etdiyine subhe yaradir Tedqiqatlar Esed Beyin Robakidzeni sexsen tanidigini gosterir Avstriya baronessasi Elfrida Ehrenfels 1894 1982 Eli ve Nino romanini alman reyesterlerinde qeydiyyatdan kecirmis ve Qurban Seid texellusunun ozune aid oldugunu gostermisdi halbuki onun romanin yazilmasinda istiraki subut edilmemisdir Romanin Eli Xan adli italyan nesri 1944 cu ilde Mehemmed Esed Bey adi altinda cap edilmisdi Qeribedir ki bu kitabda Nino Kipiani Erika Kipiani kimi teqdim edilirdi bu ise gurcu adi deyildi Nussimbaumun heyat yoldasinin adi Erika idi lakin o Esed Beyin hemkari Rene Fullop Millerle qacmis ve onlar qalmaqalli sekilde bosanmisdilar 1935 Hemin nesrde bir sira diger deyisiklikler de edilmisdi Bu italyan nesri ozunu Ehmed Cemil Vakka Mazzara adlandiran Esed Beyi tiryekle temin eden Vakka Bello terefinden onun olumunden sonra muemmali sekilde derc edilmisdi O Esed Beyle dord nesil evvele gedib cixan qohumlugu oldugunu iddia etmekle Esed Beyin sag qalmis yegane varisi oldugunu ireli surur ve onun muxtelif kitablardan gelen gelirlerini elde etmek meqsedi dasiyirdi Eser Eli Xan adi altinda yalniz bir defe cap edilmisdi Eserin qisa mezmunuEserdeki hadiseler Rusiya inqilabi musteqil ve demokratik Azerbaycanin qurulmasi ve Qizil Ordunun Bakini isgal etdiyi dovrleri ehate edir Hadiselerin cereyan etdiyi esas mekan ise tereqqi etmis Qerb ve geride qalmis Serqin qovusdugu Bakidir Eli xan Sirvansir rus mektebinde tehsil alan esilzade muselman gencidir Ailesinin tamamile serq muselman adet enenelerine sadiq olmasina baxmayaraq Eli oxudugu mekteb ve Qerb xristian dunyasina mexsus olan gurcu qizi Ninoya beslediyi mehebbetinin tesirinden Avropa tesirine meruz qalmisdir lakin bununla bele Nissembaum oz ecdadlarinin adet enenelerine omru boyu sadiq qalacaq Azerbaycanin musteqilliyi ugrunda heyatini qurban verecek esl azerbaycanli vetenperver genc Eli obrazini yaradir Eserde Elinin Ninoya mehebbeti ve Eli xan Sirvansirin Dagistan Qarabag Gurcustan ve Irana seyahetlerinden sohbet acilir Mektebi bitirdikden sonra Eli ve Nino evlenmek qerarina gelirler Elinin atasi qadinlara xususen basqa dine mexsus qadina qarsi muhafizekar fikirlerine baxmayaraq nikahi destekleyir Ninonun atasi ise evvelce tereddud edir lakin ermeni esilli dostunun meseleye mudaxilesi ile sonda movqeyini yumsaldir Hadiseler hemin ermeninin Ninoya asiq olmasi ve hiylegerlikle onu qacirmasindan sonra dramatik xarakter alir Eli dininin qaydalarina uygun olaraq xain ermenini oldurur lakin Ninoya el qaldirmaga curet etmir Eli ermeninin yaxin qohumlarinin gozlenilen intiqamindan yaxa qurtarmaq ucun Bakini terk etmeli olur Aylar sonra Nino Elini ucqar kendlerin birinde yoxsulluq ve sefalet icinde tapir ve derhal onunla evlenir Rusiya inqilabi ve turklerin Bakini azad etmek meqsedile Azerbaycana yuruslerini diqqetle izleyen Eli ruslarin Bakini yeniden ele kecirmesinden sonra Nino ile Irana yollanir Nino Iranda ev dustagina cevrilmesi sebebinden ozunu tamamile yalqiz ve bedbext hiss edir Azerbaycanda ilk demokratik cumhuriyyetin qurulmasindan sonra Eli ve Nino yeniden Bakiya qayidir ve yenice qurulmus dovletin medeni heyatinda feal istirak edirler Sonradan Eliye Azerbaycanin Fransada sefiri vezifesi teklif olunur ve teklifi Nino da musbet qarsilayir lakin Eli imtina edir O Ninonun ozunun Iranda nece bedbext hiss etdiyin xatirlayir ve eyni aqibet ile qarsilasmaqdan cekinir Elinin genc omru ruslarin 1920 ci ilde bir daha Azerbaycana yonelmesi ile basa catir Nino ise yenice dunyaya gelmis korpeleri ile Gurcustana qacir Eli xan Sirvansir Gencenin bolseviklerden mudafiesi doyuslerinde sehid olur Eli ve Nino nun Azerbaycan diline tercumesiQurban Seidin alman dilinde yazdigi ve alman dilinde ilk defe 1937 ci ilde Vyana seherinde cap edilmis Eli ve Nino romani ilk defe 1970 ci illerin evvelinde Almaniyanin Munhen seherinde Azadliq radiosunda qismen tercume olunub radio proqrami seklinde efirde seslendirilmisdir O zaman eser almancadan ingilisceye ingilisceden turkceye tercume olunmusdu Radiodaki tercume esas etibarile Turkiye turkcesinden Azerbaycan diline kecirilmisdir 1989 cu ilde Azerbaycan Yazicilar Ittifaqinin sedr muavini Azerbaycan edebi bediii jurnalinin bas redaktoru yazici merhum Yusif Semedoglunun sexsi xahisi esasinda Eli ve Nino romani taninmis jurnalist ve publisist Azadliq radiosunun Azerbaycan redaksiyasinin o zamanki bas redaktoru Mirze Xezer terefinden almancadan tam olaraq Azerbaycan diline tercume edilmisdir Mirze Xezer eserin Azerbaycan dilinde olan metnini 1989 cu ilin sentyabrinda Niderlandin paytaxti Amsterdamda Yusif Semedogluna tehvil vermisdir Azerbaycanda siyasi veziyyet gerginlesdiyi ve sonradan Qara Yanvar faciesi bas verdiyi ucun romanin capi lengidi Nehayet 1990 ci ilin mart aprel may aylarinda eserin Mirze Xezerin tercumesinde metni Azerbaycan jurnalinin 3 nomresinde tam olaraq cap edildi Mirze Xezerin tercumesinde Eli ve Nino romani defelerle nesr edilmis ve indiyedek nesr edilir boyuk maraqla Azerbaycanda oxunur Mirze Xezer romanin tercumesi ucun ona ayrilan qonorari 5 min sovet manatini Yusif Semedogluna Munhenden vekaletname vererek 1990 ci il Qara Yanvar gunlerinde helak olmus sehidlerden birinin ailesine verilmesini xahis etmisdir Onun xahisine emel olundu qonorar Bakida sehid ailesine teqdim olundu Eli ve Ninonun ilk tamasasi2007 ci ilin 2 3 4 ve 16 mart tarixinde Mirze Xezerin tercume etdiyi Eli ve Nino romani esasinda ilk defe olaraq virtual dekorasiyali ritual facienin premyerasi oldu Hemin ilin en yaxsi tamasasi kimi boyuk anslaqlarla kecen tamasaya iki genc rejissor Elvin Mirzeyev ve Imameddin Hesenov qurulus vermisdi Dunyada ve Azerbaycanda Eli ve Ninonun ilk sehne ifacilari Elvin Mirzeyev ve Nigar Hesenzadedir Sefer xan Sirvansir rolunda Respublikanin emekdar artisti Aysad Memmedov cixis edib Tamasada diger rollarin ifacilari Seyid Mustafa Togrul Rza Melik Naxararyan Ilkin Mehdiyev Mehemmed Heyder Vusal Mustafayev Ilyas bey Rovsen Memmedov Arslan aga Imameddin Hesenov Dervis Vuqar Ehmedov Tamasanin ssenari muellifleri Elvin Mirzeyev ve Imameddin Hesenov Bestekari Cemale Nesirova Plastika Lyudmila Hesenova Geyim uzre ressami Yelena Almazova Komputer dizayni Hesen El Ekber Istinadlar 2016 03 04 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2012 08 15 Xarici kecidlerVikianbarda Eli ve Nino ile elaqeli mediafayllar var Vikimenbede Eli ve Nino ile elaqeli melumatlar var Eli ve Nino Qurban Seid yukle 1 2016 03 04 at the Wayback Machine Qurban Seid kimdir 2 2012 03 28 at the Wayback Machine MIRZE XEZERIN ELI ve NINO TARIXCESI 3 2012 02 20 at the Wayback Machine Seyid Ramin Qurban Seidin gizli qalmis omru Qurban Seid kimin texellusudur Qurban Seid Eli ve Nino Hemcinin baxMehemmed Esed bey Eli ve Nino film 2015 Eli ve Nino film 2016