"Əhsənüt-təvarix" ("Tarixlərin ən yaxşısı") — Səfəvi tarixçisi Həsən bəy Rumlunun 12 cilddən ibarət əsəri. Azərbaycan səfəvişünas-tarixçisi Oqtay Əfəndiyevin yazdığına görə, "I Şah Təhmasibin yarım əsrlik hakimiyyət dövrü heç bir mənbədə Həsən bəy Rumlunun əsərindəki dəqiqliklə ətraflı əks olunmayıb". Həsən bəy Rumlunun farsca yazdığı “Əhsənüt-təvarix” əsərinin son iki cildi zamanımıza qədər gəlib çatmışdır. İstər vətən, istərsə də bir sıra Yaxın və Uzaq Şərq ölkələrinin XV-XVI əsrlər tarixini öyrənmək baxımından böyük əhəmiyyət daşıyır. Əsərin zamanımıza çatmış cildlərinin birincisində hicri 807-899-cu (miladi 1404-1494) illərin, ikincisində isə hicri 900-985-ci (miladi 1494-1578) illərin tarixi hadisələri əksini tapmışdır.
Əhsənüt-təvarix | |
---|---|
احسنالتواریخ | |
Janr | Tarixi sənədli nəsr |
Müəllif | Həsən bəy Rumlu |
Orijinal dili | fars |
Tərcümə | Azərbaycan və rus dili, Türkcə |
Həsən bəy Rumlunun həyatı
Rumlu tayfası Azərbaycan Səfəvilər dövlətinin yaranması və möhkəmlənməsi uğrunda gedən mübarizədə aktiv iştirak edən tayfalardan biridir. Səfəvilər dövründə bu tayfanın ən tanınmış başçıları Nur Əli Xəlifə, Piri bəy və Div Sultan olmuşdur. Həsən Rumlunun nəvəsi Əmir Sultan Təhmasibin yaxın əmirlərindən biri idi. Səfəviyyə təriqətinə bağlı xəlifələrə ümumi rəhbərliyi həyata keçirən xəlifətül-xüləfa mənsəbi uzun müddət rumlu tayfasının təmsilçilərinə məxsus olmuşdur. Rumlu tayfası yalnız idarəçi və hərbçilər deyil, türkcə və farsca şeirlər yazan Şahqulu bəy kimi şair, tərcümə etdiyimiz mənbənin müəllifi olan Həsən bəy kimi tarixçi də yetirmişdir. “Əhsənüt-təvarix” əsərinin müəllifi Həsən bəy Rumlunun tərcümeyi-halına dair bildiklərimiz əsas etibarilə özü haqqında “Əhsənüt-təvarix”də verdiyi sistemisiz məlumatlardan ibarətdir. Həsən bəy Rumlu hicri 937-ci ildə (miladi 1530-1531) Qum şəhərində anadan olmuşdur. Babası Qəzvin və Sovucbulaq hakimi olmuş məşhur qızılbaş sərkərdələrindəndir. Bu səbəbdən Həsən bir müddət tiyul şərti feodal mülkiyyəti formasında babasına məxsus olan Qəzvin şəhərində yaşamışdır. Hicri 943 (m. 1536-37-ci ildə) I Şah İsmayılın oğlu olan Səfəvi şahzadəsi Bəhram mirzə Qəzvinə gələrkən Həsən öz anası ilə birlikdə onu qarşılamış, hədiyyələr təqdim etmişdir. Hicri 946 (m. 1539-40-cı) ildə babası Əmir sultan vəfat etdikdən sonra Həsən bəy şahın şəxsi qvardiyası olan qorçular dəstəsinə cəlb edilir. Hicri 948 (m. 1541-42-ci) ildə Şah Təhmasibin Dizful yürüşünə qoşulan Həsən bəy hicri 980 (m. 1572-73-cü) ilə kimi şahın bütün səfərlərində onu müşayiət etdiyini bildirir.
Əsərdən məlum olur ki, Həsən bəy Rumlu elm öyrənməklə məşğul olmuşdur. O, məşhur alim Cəmaləddin Mahmud Şirazinin yanında bədii sənətin bir növü olan şəmsiyyəni öyrənməsi barədə məlumat vermişdir. Həsən bəy şah I Təhmasibin ölümünə qədər sarayda yaşayaraq əsəri üzərində işləmiş, II Şah İsmayılın hökmranlığı zamanı (1576 – 1577) baş verən hadisələri kənardan izləmiş, salnamənin davamı üçün məlumat toplamış və II Şah İsmayılın öldürülməsindən bir qədər əvvəl 985 (1577)-ci il hadisələrini də qələmə almışdır. Həsən bəy Rumlu öz çoxcildli əsərinin sonuncu cildini İsmayıl Mirzəyə (II Şah İsmayıla) ithaf etmişdir. Bu haqda onun belə bir qeydi vardır: ―Bu pərişan kəlmələrin müəllifi... Həsən bu cildi də gənc şahzadə İsmayıl Mirzənin adına yazmışdır. Ə. Nəvayi Həsən bəy Rumlunun II Şah İsmayılın tərəfdarı olduğunu bildirir, lakin Həsən bəyin özü bu haqda yazmamışdır. II Şah İsmayıl dövründə onun Səfəvi dövlətinin paytaxtı Qəzvində yaşayıb yaşamaması da müəyyən deyildir.
II Şah İsmayılın ölümündən sonra Şah Təhmasibin digər bir oğlu Şah Məhəmməd Xudabəndə (1578-87) hakimiyyətə gəlir. Şah Məhəmməd Xudabəndə hakimlik etdiyi Şiraz şəhərindən paytaxt Qəzvinə doğru yolda olarkən Həsən bəy Qum şəhərində yeni hökmdarın məiyyətinə qoşulmuşdur. Həsən bəy Rumlunun sonrakı taleyi qaranlıqdır. “Əhsənüt-təvarix” Şah Məhəmməd Xudabəndənin hakimiyyəti dövrünün başlanğıcında – 1578-ci ilin hadisələrində yarımçıq qalır. Həmin zaman müəllifin yaşı 48-dən çox deyildi. Ə.Nəvai dövrün siyasi mənzərəsinin təhlilini apararaq, II Şah İsmayılın qızğın tərəfdarlarından olduğu üçün Həsən bəy Rumlunun Şah Məhəmməd Xudabəndə zamanında arzuolunmaz şəxs kimi həbsə salındığını və hətta öldürüldüyü ehtimal olunur.
Əsər haqqında
Əsərin cildləri haqqında tarixçilər arasında müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar əsərin 12 bəziləri isə 10 cilddən ibarət olması barədə mülahizələr irəli sürmüşlər. Buna səbəb əsərin son iki cildinin günümüzə gəlib çatması və bu cildlərdə ziddiyyətli məlumatların yer almasıdır. Əsərin 12 cildən ibarət olması fikrinin tərəfdarları arasında İ.P. Petruşevski, M. Abidova , M.X. Nemətova, O.Ə. Əfəndiyev, C.M. İbrahimov, S.B. Aşurbəyli, S.M. Onullahi istifadə etmiş olduqları cildlərin XI və XIII cildlər olduğunu göstərmişlər. İranda nəşr olunan ―Rahnomaye ketab‖ məcəlləsində də Əhsənüt-təvarixin Ç.N. Seddon tərəfindən edilən nəşrinin XII cild olması və əsərin XI cildinin 1349-cu ildə (1970) Tehranda çap etdirilməsinə dair məlumat dərc olunmuşdur . Lakin salnamənin cildləri haqqında birinci fikri sübuta yetirən dəlilə istər onun Leninqraddakı əlyazma nüsxəsində, istərsə də Ç.N. Seddon nəşrində təsadüf olunmur, əksinə, Həsən bəy Rumlu I Şah İsmayılın həyat və fəaliyyətinin təsvirinə başlayarkən, qələmə aldığı cildin X cild olduğunu göstərmişdir ki, bu barədə bir qədər sonra danışılacaqdır. Bəs nəyə əsasən tədqiqatçıların əksəriyyəti ―Əhsənüt-təvarixin əldə olan cildlərini XI və XII cildlər olduğunu söyləmişlər. Məlumdur ki, sovet alimlərindən ilk dəfə İ.P. Petruşevski bu salnamənin 12 cild olduğunu bildirmiş, lakin fikrini əsaslandırmamışdır. O, həmçinin bizimdə istifadə etdiyimiz ―Əhsənüt-təvarixin Leninqrad əlyazma nüsxəsinə və əsərin Ç.N. Seddon nəşrinə müraciət etmişdir, lakin onun fikrini təsdiq edə biləcək məlumat həmin nüsxələrin heç birində yoxdur. Ehtimal ki, İ.P. Petruşevskidən sonra Əhsənüt-təvarixə müraciət edən tədqiqatçılar da onun fikrini əsas tutaraq, əsərin 12 cilddə yazıldığını göstərmişlər. Əhsənüt-təvarixin cildləri haqqında irəli sürülmüş üçüncü fikir isə A.A. Romaskeviçə məxsusdur. Belə ki, əsərin B.Dornun kataloquna 287 saylı əlyazma kimi daxil edilmiş Peterburq nüsxəsinə əsaslanan A.A.Romaskeviç “Əhsənüt-təvarix”in 10 cilddən ibarət olduğunu bildirmiş və dövrümüzə gəlib çatan cildlərin IX və X cildlər olduğunu ifadə etmişdir.
Bizə gəlib çatan son iki cild XV-XVI əsrlərin tarixini əhatə edir. Əsər salnamə üslubunda yazılmış və xronoloji ardıcıllığa ciddi riayət edilmişdir. Tarixi hadisələr illər üzrə qruplaşdırılmış, hər il baş vermiş əhvalatlar ayrıca fəsillər içində təsvir edilmişdir. Bu fəsillər daxilində ilbəil Azərbaycanda, İraqda, Xorasanda, Mavəraünnəhrdə, İranın müxtəlif vilayətlərində, hətta Hindistanda, Anadoluda, Şamda, Misirdə, Avropada belə baş vermiş mühüm hadisələr müxtəlif sərlövhələr altında əksini tapmışdır. Fəsillərin sonunda, bir qayda olaraq, “Müxtəlif əhvalatlar” başlığı altında həmin ilə aid qısa xəbərlər və “Ölümlər” başlığı altında həmin il dünyasını dəyişmiş görkəmli şəxsiyyətlər, məşhur dövlət, mədəniyyət, elm və sənət xadimləri haqqında məlumat verilmişdir. Əsərin mətnində çox sayda “Quran” ayələrinə və şeirlərə rast gəlirik. Lakin farsdilli ədəbiyyatın tanınmış mütəxəssislərindən olan Ə.Nəvai “Əhsənüt-təvarix”də yer verilmiş şeirlərin bir qisminin bayağı və əhəmiyyətsiz olduğunu vurğulayaraq, bu cür nümunələrə yer verdiyi üçün Həsən bəy Rumlunu tənqid etmişdi.
Həsən bəy Rumlu öz əsərini yazarkən Həkiməddin İdris Bitlisinin “Həşt behişt”, Əbdürrəzzaq Səmərqəndinin “Mətləüs-səədeyn və məcməül-bəhreyn”, Mirxondun “Rövzətüs-səfa”, Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra”, Əbubəkr Tehraninin “Kitabi-Diyarbəkriyyə”, Xondəmirin “Həbibüs-siyər”, anonim müəllifin “Tarixi-Şah İsmayıl Səfəvi”, Fəzlullah ibn Ruzbehan Xuncinin “Tarixi-aləmarayi-Əmini”, Qazı Əhməd Qəffarinin “Tarixicahanara” əsərlərindən və s. tarixi məxəzlərdən yararlanmışdır. Həsən bəy Rumlu farsdilli qaynaqlarla yanaşı, Osmanlı türkcəsində yazılmış tarix kitablarına da müraciət etmişdir. Eyni zamanda, əsərdə bir çox tarixi sənədlərin mətni əksini tapmışdır. Müəllifin öz qeydlərinə görə, o, son cildi yazarkən bir sıra hallarda hadisə şahidlərinin şərhlərinə yer vermiş, I Şah Təhmasibin və II Şah İsmayılın dövründə, Məhəmməd Xudabəndənin hakimiyyətə yüksəlişi vaxtında baş vermiş proseslərin təsviri zamanı isə xeyli dərəcədə öz şəxsi müşahidələrinə əsaslanmışdır. Ş.Fərzəliyevin fikrincə, “Həsən bəy Rumlu özündən əvvəlki dövr hadisələrini əks etdirən tarixi əsərlərdən kor-koranə istifadə etməmiş, yeri gəldikcə, onların bəzisinə düzəliş vermiş, hadisələrin yazılışı zamanı dəqiqliyə riayət olunmasını arzulamışdır.
Əsərin tədqiq olunma tarixi
Əsərin əlyazmaları
Əsərin müxtəlif dövlət kitabxanalarında və şəxsi kolleksiyalarda çox saylı nüxsələri mühafizə edilmişdir. Bunlardan bəziləri AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda, Tehrandakı İslami Şura Məclisi Kitabxanasında, Tehran Universitetinin Mərkəzi Kitabxanasında, Tehran Universitetinin Ədəbiyyat Fakültəsinin kitabxanasında, Tehrandakı Gülüstan Kitabxanasında, Məlik Milli Kitabxanasında, Məşhəddəki Fərrux kitabxanasında, Tacikistan Elmlər Akademiyasında, Sankt-Peterburqdakı Saltıkov-Şedrin adına kitabxanada (indiki Rusiya Milli Kitabxanası), İstanbuldakı Nuruosmaniyyə, Bayəzid və Əsəd Əfəndi kolleksiyalarında, İngiltərədəki Bodleian kitabxanasında, Britaniya Muzeyində, Paris Milli Kitabxanasında, Ellis kolleksiyasında və s. saxlanan əlyazma nüsxələrini misal göstərmək olar.
Bakı nüsxəsi. AMEA M.Füzuli adına Əlyazmalar İnstututunda əsərin son cildinin B-1696 və S-435 nömrəli iki əlyazma nüsxəsi mühafizə olunur. B-1696 nömrəli nüxsə malik kalliqrafik nəstəliq xətti ilə yazılıb. Səhifələri incə, sarımtıl və pardaxlıldır. Mətnin ətrafı qızılı haşiyələrlə çevrələnib. Vərəqlər sadə qələmlə, latın rəqəmləri ilə nömrələnib. Əlyazmanın 1 və 2-ci səhifələri zərli ornamentlərlə bəzədilmişdir. Mətni qara, başlıqları isə qırmızı mürəkkəblə yazılmışdır. Paleoqrafik xüsusiyyətlərinə görə XVII əsrin birinci yarısına aid edilir. Ölçüsü 24х14,5 sm, həcmi 265 vərəqdir. Əlyazma kitabı üzərində bərpa işlərinin aparıldığı və göy rəngli karton cildə salındığı müşahidə edilməkdədir. Bu nüsxədə bəzi boşluq və sistemsizliklər nəzərə çarpır. Həsən bəy Rumlu “Əhsənüt-təvarix”i h. 985-ci ilin hadisələrinə kimi davam etdirsə də, bəhs etdiyimiz Bakı nüsxəsində hadisələrin təsviri h. 982-ci ilin əhvalatları daxilində yer alan “Ölümlər” bölümündə, II Sultan Səlimin vəfatı ilə əlaqədar olan açıqlamalarda yarımçıq qalmışdır. Mətnin bu qismi Tehran çapının 1490-cı səhifəsinə uyğun gəlir və həmin nəşrdə əksini tapmış mətnin son səhifəsi olan 1556-cı səhifəyə qədər məlumatlar sözügedən Bakı nüsxəsində yer almamışdır.
S-435 nüsxəsi. “Əhsənüt-təvarix” əsərinin digər bir əlyazma nüsxəsi M.Füzuli adına Əlyazmalar İnstitutunda S-435 şifrəsi ilə mühafizə edilməkdədir. Bu nüsxə nəstəliq xətti ilə sarımtıl dəftərxana kağızlarının tək üzünə köçürülmüş, açıq yaşıl rəngli karton cildə salınmışdır. Mətn qara mürəkkəblə, başlıqlar isə bəzən qara, bəzən qırmızı mürəkkəblə yazılmışdır. Səhifələr ərəb rəqəmləri ilə nömrələnmişdir. Paleoqrafik xüsusiyyətlərinə görə XX əsrin ortalarına aid edilə bilər. Ölçüsü: 30,3 x 18,5 sm., həcmi 235 vərəqdir. Müqayisələr nəticəsində bu nüsxənin Əlyazmalar İnstitutundakı B-1696 şifrəli digər nüsxədən köçürüldüyünü müəyyənləşdirilib. Belə ki, ilk nüsxədə olan boşluqlar, xronoloji ardıcıllığın pozulması kimi hallar, adların və istilahların yazılması zamanı yol verilmiş xətalar eyniylə bu nüsxədə də təkrar edilmişdir.
Tərcümə və nəşrləri
1. B. Dorn tərəfindən ilk dəfə əsərin farsca mətnindən hissələr 1858-ci ildə "Xəzəryanı ölkələrin cənub sahillərinin tarixinə dair müsəlman mənbələri" adlı kitabda nəşr edilib.
2. Ç.N. Seddon ilk dəfə əsərin sol cildinin elmi-tənqidi mətninin nəşr etdirib. Ç.N.Seddonun hazırladığı bu mətn və onun ingiliscə müxtəsər tərcüməsi 1930-cu illərdə Hindistanda Baroda Şərqşünaslıq İnstitutu tərəfindən iki cilddə işıq üzü görmüşdür. İlk cild əsərin farsca mətnini, ikinci cild isə ingiliscə qısa tərcüməsini əhatə edir.3. 1968-ci ildə Tehranda farsca mətni əhatə edən ilk cildi yenidən nəşr edilib.
4. Ə. Nəvai tərəfindən hər iki cildin daha dolğun elmi-tənqidi mətni kitab halında nəşr edilib. Ə.Nəvainin hazırladığı bu kitab ilk dəfə iki cilddə (1349 / 1970-ci ildə ilk cildi və 1357 / 1978-ci ildə ikinci cildi) nəşr edilmişdir. 1384 / 2005-ci ildə həmin nəşr üç cild halında təkrar yayınlanmışdır. 1389 / 2010-cu ildə isə bu üç cildlik nəşr yenidən işıq üzü görmüşdür.
5. A.K. Arends mənbənin Türkmənistan tarixi ilə bağlı hissələrinə Sankt-Peterburqdakı Rusiya Milli Kitabxanasında saxlanılan və Dornun kataloqunda 287 nömrəli əlyazma əsasında “Türkmənlərin və Türkmənistanın tarixinə dair materiallar” adlı toplunun 2-ci cildində yer vermişdir.
6. Əsərin Gürcüstan tarixi ilə bağlı hissələri B. Dornun nüsxəsi əsasında V.S.Puturidze tərəfindən “Həsən Rumlunun Gürcüstan haqqında məlumatları” adı altında nəşr edilib.
7. Əsər 28.01.2005-ci il tarixli Atatürk Kültür, Dil və Tarix Ali Qurumunun qərarı ilə 2006-cı ilin oktyabrında Mürsel Öztürk tərəfindən türk dilinə tərcümə edilmiş və Türk Tarix Qurumunun (TTK) nəşri olaraq nəşr edilmişdir. Bu nəşr Nəvainin çapı əsasında hazırlanmışdır.
İstinadlar
- Quinn, 2003. səh. 31-32
- Quinn, Melville, 2012. səh. 213
- Fərzəliyev, 1983. səh. 7
- Fərzəliyev, 1983. səh. 8
- Rumlu, Musalı, 2017. səh. 25
- Fərzəliyev, 1983. səh. 9
- Rumlu, Musalı, 2017. səh. 26
- Fərzəliyev, 1983. səh. 10
- Rumlu, Musalı, 2017. səh. 27
- Şahin, Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə. Bakı: Elm. 1983.
- Rumlu, Musalı, 2017. səh. 28
- Rumlu, Musalı, 2017. səh. 29
- Rumlu, Musalı, 2017. səh. 30
Mənbə
- Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər)). Bakı: Elm nəşriyyat. Nailə Vəlixanlı. 2007. səh. 592.
- Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Kastamonu: Uzanlar. Namiq Musalı, Oqtay Əfəndiyev. 2017. 661.
- Şahin Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə: Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsəri üzrə. Bakı: Elm nəşriyyat. 1983. səh. 152.
- Həsən bəy Rumlu tərcümə Mürsəl Öztürk. Ahsenü't-Tevârîh. Ankara. 2020. ISBN .
- Quinn, Sholeh; Melville, Charles. Yarshater, Ehsan; Melville, Charles (redaktorlar ). Persian Historiography: History of Persian Literature A, Vol X (A History of Persian Literature). I.B.Tauris. 2012. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ehsenut tevarix Tarixlerin en yaxsisi Sefevi tarixcisi Hesen bey Rumlunun 12 cildden ibaret eseri Azerbaycan sefevisunas tarixcisi Oqtay Efendiyevin yazdigina gore I Sah Tehmasibin yarim esrlik hakimiyyet dovru hec bir menbede Hesen bey Rumlunun eserindeki deqiqlikle etrafli eks olunmayib Hesen bey Rumlunun farsca yazdigi Ehsenut tevarix eserinin son iki cildi zamanimiza qeder gelib catmisdir Ister veten isterse de bir sira Yaxin ve Uzaq Serq olkelerinin XV XVI esrler tarixini oyrenmek baximindan boyuk ehemiyyet dasiyir Eserin zamanimiza catmis cildlerinin birincisinde hicri 807 899 cu miladi 1404 1494 illerin ikincisinde ise hicri 900 985 ci miladi 1494 1578 illerin tarixi hadiseleri eksini tapmisdir Ehsenut tevarixاحسن التواریخJanr Tarixi senedli nesrMuellif Hesen bey RumluOrijinal dili farsTercume Azerbaycan ve rus dili TurkceHesen bey Rumlunun heyatiRumlu tayfasi Azerbaycan Sefeviler dovletinin yaranmasi ve mohkemlenmesi ugrunda geden mubarizede aktiv istirak eden tayfalardan biridir Sefeviler dovrunde bu tayfanin en taninmis bascilari Nur Eli Xelife Piri bey ve Div Sultan olmusdur Hesen Rumlunun nevesi Emir Sultan Tehmasibin yaxin emirlerinden biri idi Sefeviyye teriqetine bagli xelifelere umumi rehberliyi heyata keciren xelifetul xulefa mensebi uzun muddet rumlu tayfasinin temsilcilerine mexsus olmusdur Rumlu tayfasi yalniz idareci ve herbciler deyil turkce ve farsca seirler yazan Sahqulu bey kimi sair tercume etdiyimiz menbenin muellifi olan Hesen bey kimi tarixci de yetirmisdir Ehsenut tevarix eserinin muellifi Hesen bey Rumlunun tercumeyi halina dair bildiklerimiz esas etibarile ozu haqqinda Ehsenut tevarix de verdiyi sistemisiz melumatlardan ibaretdir Hesen bey Rumlu hicri 937 ci ilde miladi 1530 1531 Qum seherinde anadan olmusdur Babasi Qezvin ve Sovucbulaq hakimi olmus meshur qizilbas serkerdelerindendir Bu sebebden Hesen bir muddet tiyul serti feodal mulkiyyeti formasinda babasina mexsus olan Qezvin seherinde yasamisdir Hicri 943 m 1536 37 ci ilde I Sah Ismayilin oglu olan Sefevi sahzadesi Behram mirze Qezvine gelerken Hesen oz anasi ile birlikde onu qarsilamis hediyyeler teqdim etmisdir Hicri 946 m 1539 40 ci ilde babasi Emir sultan vefat etdikden sonra Hesen bey sahin sexsi qvardiyasi olan qorcular destesine celb edilir Hicri 948 m 1541 42 ci ilde Sah Tehmasibin Dizful yurusune qosulan Hesen bey hicri 980 m 1572 73 cu ile kimi sahin butun seferlerinde onu musayiet etdiyini bildirir Eserden melum olur ki Hesen bey Rumlu elm oyrenmekle mesgul olmusdur O meshur alim Cemaleddin Mahmud Sirazinin yaninda bedii senetin bir novu olan semsiyyeni oyrenmesi barede melumat vermisdir Hesen bey sah I Tehmasibin olumune qeder sarayda yasayaraq eseri uzerinde islemis II Sah Ismayilin hokmranligi zamani 1576 1577 bas veren hadiseleri kenardan izlemis salnamenin davami ucun melumat toplamis ve II Sah Ismayilin oldurulmesinden bir qeder evvel 985 1577 ci il hadiselerini de qeleme almisdir Hesen bey Rumlu oz coxcildli eserinin sonuncu cildini Ismayil Mirzeye II Sah Ismayila ithaf etmisdir Bu haqda onun bele bir qeydi vardir Bu perisan kelmelerin muellifi Hesen bu cildi de genc sahzade Ismayil Mirzenin adina yazmisdir E Nevayi Hesen bey Rumlunun II Sah Ismayilin terefdari oldugunu bildirir lakin Hesen beyin ozu bu haqda yazmamisdir II Sah Ismayil dovrunde onun Sefevi dovletinin paytaxti Qezvinde yasayib yasamamasi da mueyyen deyildir II Sah Ismayilin olumunden sonra Sah Tehmasibin diger bir oglu Sah Mehemmed Xudabende 1578 87 hakimiyyete gelir Sah Mehemmed Xudabende hakimlik etdiyi Siraz seherinden paytaxt Qezvine dogru yolda olarken Hesen bey Qum seherinde yeni hokmdarin meiyyetine qosulmusdur Hesen bey Rumlunun sonraki taleyi qaranliqdir Ehsenut tevarix Sah Mehemmed Xudabendenin hakimiyyeti dovrunun baslangicinda 1578 ci ilin hadiselerinde yarimciq qalir Hemin zaman muellifin yasi 48 den cox deyildi E Nevai dovrun siyasi menzeresinin tehlilini apararaq II Sah Ismayilin qizgin terefdarlarindan oldugu ucun Hesen bey Rumlunun Sah Mehemmed Xudabende zamaninda arzuolunmaz sexs kimi hebse salindigini ve hetta oldurulduyu ehtimal olunur Eser haqqindaEserin cildleri haqqinda tarixciler arasinda muxtelif fikirler movcuddur Bezi tedqiqatcilar eserin 12 bezileri ise 10 cildden ibaret olmasi barede mulahizeler ireli surmusler Buna sebeb eserin son iki cildinin gunumuze gelib catmasi ve bu cildlerde ziddiyyetli melumatlarin yer almasidir Eserin 12 cilden ibaret olmasi fikrinin terefdarlari arasinda I P Petrusevski M Abidova M X Nemetova O E Efendiyev C M Ibrahimov S B Asurbeyli S M Onullahi istifade etmis olduqlari cildlerin XI ve XIII cildler oldugunu gostermisler Iranda nesr olunan Rahnomaye ketab mecellesinde de Ehsenut tevarixin C N Seddon terefinden edilen nesrinin XII cild olmasi ve eserin XI cildinin 1349 cu ilde 1970 Tehranda cap etdirilmesine dair melumat derc olunmusdur Lakin salnamenin cildleri haqqinda birinci fikri subuta yetiren delile ister onun Leninqraddaki elyazma nusxesinde isterse de C N Seddon nesrinde tesaduf olunmur eksine Hesen bey Rumlu I Sah Ismayilin heyat ve fealiyyetinin tesvirine baslayarken qeleme aldigi cildin X cild oldugunu gostermisdir ki bu barede bir qeder sonra danisilacaqdir Bes neye esasen tedqiqatcilarin ekseriyyeti Ehsenut tevarixin elde olan cildlerini XI ve XII cildler oldugunu soylemisler Melumdur ki sovet alimlerinden ilk defe I P Petrusevski bu salnamenin 12 cild oldugunu bildirmis lakin fikrini esaslandirmamisdir O hemcinin bizimde istifade etdiyimiz Ehsenut tevarixin Leninqrad elyazma nusxesine ve eserin C N Seddon nesrine muraciet etmisdir lakin onun fikrini tesdiq ede bilecek melumat hemin nusxelerin hec birinde yoxdur Ehtimal ki I P Petrusevskiden sonra Ehsenut tevarixe muraciet eden tedqiqatcilar da onun fikrini esas tutaraq eserin 12 cildde yazildigini gostermisler Ehsenut tevarixin cildleri haqqinda ireli surulmus ucuncu fikir ise A A Romaskevice mexsusdur Bele ki eserin B Dornun kataloquna 287 sayli elyazma kimi daxil edilmis Peterburq nusxesine esaslanan A A Romaskevic Ehsenut tevarix in 10 cildden ibaret oldugunu bildirmis ve dovrumuze gelib catan cildlerin IX ve X cildler oldugunu ifade etmisdir Bize gelib catan son iki cild XV XVI esrlerin tarixini ehate edir Eser salname uslubunda yazilmis ve xronoloji ardicilliga ciddi riayet edilmisdir Tarixi hadiseler iller uzre qruplasdirilmis her il bas vermis ehvalatlar ayrica fesiller icinde tesvir edilmisdir Bu fesiller daxilinde ilbeil Azerbaycanda Iraqda Xorasanda Maveraunnehrde Iranin muxtelif vilayetlerinde hetta Hindistanda Anadoluda Samda Misirde Avropada bele bas vermis muhum hadiseler muxtelif serlovheler altinda eksini tapmisdir Fesillerin sonunda bir qayda olaraq Muxtelif ehvalatlar basligi altinda hemin ile aid qisa xeberler ve Olumler basligi altinda hemin il dunyasini deyismis gorkemli sexsiyyetler meshur dovlet medeniyyet elm ve senet xadimleri haqqinda melumat verilmisdir Eserin metninde cox sayda Quran ayelerine ve seirlere rast gelirik Lakin farsdilli edebiyyatin taninmis mutexessislerinden olan E Nevai Ehsenut tevarix de yer verilmis seirlerin bir qisminin bayagi ve ehemiyyetsiz oldugunu vurgulayaraq bu cur numunelere yer verdiyi ucun Hesen bey Rumlunu tenqid etmisdi Hesen bey Rumlu oz eserini yazarken Hekimeddin Idris Bitlisinin Hest behist Ebdurrezzaq Semerqendinin Metleus seedeyn ve mecmeul behreyn Mirxondun Rovzetus sefa Dovletsah Semerqendinin Tezkiretus suera Ebubekr Tehraninin Kitabi Diyarbekriyye Xondemirin Hebibus siyer anonim muellifin Tarixi Sah Ismayil Sefevi Fezlullah ibn Ruzbehan Xuncinin Tarixi alemarayi Emini Qazi Ehmed Qeffarinin Tarixicahanara eserlerinden ve s tarixi mexezlerden yararlanmisdir Hesen bey Rumlu farsdilli qaynaqlarla yanasi Osmanli turkcesinde yazilmis tarix kitablarina da muraciet etmisdir Eyni zamanda eserde bir cox tarixi senedlerin metni eksini tapmisdir Muellifin oz qeydlerine gore o son cildi yazarken bir sira hallarda hadise sahidlerinin serhlerine yer vermis I Sah Tehmasibin ve II Sah Ismayilin dovrunde Mehemmed Xudabendenin hakimiyyete yukselisi vaxtinda bas vermis proseslerin tesviri zamani ise xeyli derecede oz sexsi musahidelerine esaslanmisdir S Ferzeliyevin fikrince Hesen bey Rumlu ozunden evvelki dovr hadiselerini eks etdiren tarixi eserlerden kor korane istifade etmemis yeri geldikce onlarin bezisine duzelis vermis hadiselerin yazilisi zamani deqiqliye riayet olunmasini arzulamisdir Eserin tedqiq olunma tarixiEserin elyazmalariEserin muxtelif dovlet kitabxanalarinda ve sexsi kolleksiyalarda cox sayli nuxseleri muhafize edilmisdir Bunlardan bezileri AMEA M Fuzuli adina Elyazmalar Institutunda Tehrandaki Islami Sura Meclisi Kitabxanasinda Tehran Universitetinin Merkezi Kitabxanasinda Tehran Universitetinin Edebiyyat Fakultesinin kitabxanasinda Tehrandaki Gulustan Kitabxanasinda Melik Milli Kitabxanasinda Mesheddeki Ferrux kitabxanasinda Tacikistan Elmler Akademiyasinda Sankt Peterburqdaki Saltikov Sedrin adina kitabxanada indiki Rusiya Milli Kitabxanasi Istanbuldaki Nuruosmaniyye Bayezid ve Esed Efendi kolleksiyalarinda Ingilteredeki Bodleian kitabxanasinda Britaniya Muzeyinde Paris Milli Kitabxanasinda Ellis kolleksiyasinda ve s saxlanan elyazma nusxelerini misal gostermek olar Baki nusxesi AMEA M Fuzuli adina Elyazmalar Instututunda eserin son cildinin B 1696 ve S 435 nomreli iki elyazma nusxesi muhafize olunur B 1696 nomreli nuxse malik kalliqrafik nesteliq xetti ile yazilib Sehifeleri ince sarimtil ve pardaxlildir Metnin etrafi qizili hasiyelerle cevrelenib Vereqler sade qelemle latin reqemleri ile nomrelenib Elyazmanin 1 ve 2 ci sehifeleri zerli ornamentlerle bezedilmisdir Metni qara basliqlari ise qirmizi murekkeble yazilmisdir Paleoqrafik xususiyyetlerine gore XVII esrin birinci yarisina aid edilir Olcusu 24h14 5 sm hecmi 265 vereqdir Elyazma kitabi uzerinde berpa islerinin aparildigi ve goy rengli karton cilde salindigi musahide edilmekdedir Bu nusxede bezi bosluq ve sistemsizlikler nezere carpir Hesen bey Rumlu Ehsenut tevarix i h 985 ci ilin hadiselerine kimi davam etdirse de behs etdiyimiz Baki nusxesinde hadiselerin tesviri h 982 ci ilin ehvalatlari daxilinde yer alan Olumler bolumunde II Sultan Selimin vefati ile elaqedar olan aciqlamalarda yarimciq qalmisdir Metnin bu qismi Tehran capinin 1490 ci sehifesine uygun gelir ve hemin nesrde eksini tapmis metnin son sehifesi olan 1556 ci sehifeye qeder melumatlar sozugeden Baki nusxesinde yer almamisdir S 435 nusxesi Ehsenut tevarix eserinin diger bir elyazma nusxesi M Fuzuli adina Elyazmalar Institutunda S 435 sifresi ile muhafize edilmekdedir Bu nusxe nesteliq xetti ile sarimtil defterxana kagizlarinin tek uzune kocurulmus aciq yasil rengli karton cilde salinmisdir Metn qara murekkeble basliqlar ise bezen qara bezen qirmizi murekkeble yazilmisdir Sehifeler ereb reqemleri ile nomrelenmisdir Paleoqrafik xususiyyetlerine gore XX esrin ortalarina aid edile biler Olcusu 30 3 x 18 5 sm hecmi 235 vereqdir Muqayiseler neticesinde bu nusxenin Elyazmalar Institutundaki B 1696 sifreli diger nusxeden kocurulduyunu mueyyenlesdirilib Bele ki ilk nusxede olan bosluqlar xronoloji ardicilligin pozulmasi kimi hallar adlarin ve istilahlarin yazilmasi zamani yol verilmis xetalar eyniyle bu nusxede de tekrar edilmisdir Tercume ve nesrleri1 B Dorn terefinden ilk defe eserin farsca metninden hisseler 1858 ci ilde Xezeryani olkelerin cenub sahillerinin tarixine dair muselman menbeleri adli kitabda nesr edilib 2 C N Seddon ilk defe eserin sol cildinin elmi tenqidi metninin nesr etdirib C N Seddonun hazirladigi bu metn ve onun ingilisce muxteser tercumesi 1930 cu illerde Hindistanda Baroda Serqsunasliq Institutu terefinden iki cildde isiq uzu gormusdur Ilk cild eserin farsca metnini ikinci cild ise ingilisce qisa tercumesini ehate edir 3 1968 ci ilde Tehranda farsca metni ehate eden ilk cildi yeniden nesr edilib 4 E Nevai terefinden her iki cildin daha dolgun elmi tenqidi metni kitab halinda nesr edilib E Nevainin hazirladigi bu kitab ilk defe iki cildde 1349 1970 ci ilde ilk cildi ve 1357 1978 ci ilde ikinci cildi nesr edilmisdir 1384 2005 ci ilde hemin nesr uc cild halinda tekrar yayinlanmisdir 1389 2010 cu ilde ise bu uc cildlik nesr yeniden isiq uzu gormusdur 5 A K Arends menbenin Turkmenistan tarixi ile bagli hisselerine Sankt Peterburqdaki Rusiya Milli Kitabxanasinda saxlanilan ve Dornun kataloqunda 287 nomreli elyazma esasinda Turkmenlerin ve Turkmenistanin tarixine dair materiallar adli toplunun 2 ci cildinde yer vermisdir 6 Eserin Gurcustan tarixi ile bagli hisseleri B Dornun nusxesi esasinda V S Puturidze terefinden Hesen Rumlunun Gurcustan haqqinda melumatlari adi altinda nesr edilib 7 Eser 28 01 2005 ci il tarixli Ataturk Kultur Dil ve Tarix Ali Qurumunun qerari ile 2006 ci ilin oktyabrinda Mursel Ozturk terefinden turk diline tercume edilmis ve Turk Tarix Qurumunun TTK nesri olaraq nesr edilmisdir Bu nesr Nevainin capi esasinda hazirlanmisdir IstinadlarQuinn 2003 seh 31 32 Quinn Melville 2012 seh 213 Ferzeliyev 1983 seh 7 Ferzeliyev 1983 seh 8 Rumlu Musali 2017 seh 25 Ferzeliyev 1983 seh 9 Rumlu Musali 2017 seh 26 Ferzeliyev 1983 seh 10 Rumlu Musali 2017 seh 27 Sahin Ferzeliyev Azerbaycan XV XVI esrlerde Baki Elm 1983 Rumlu Musali 2017 seh 28 Rumlu Musali 2017 seh 29 Rumlu Musali 2017 seh 30MenbeAzerbaycan tarixi Yeddi cildde III cild XIII XVIII esrler Baki Elm nesriyyat Naile Velixanli 2007 seh 592 Hesen bey Rumlu Ehsenut tevarix Kastamonu Uzanlar Namiq Musali Oqtay Efendiyev 2017 661 Sahin Ferzeliyev Azerbaycan XV XVI esrlerde Hesen bey Rumlunun Ehsenut tevarix eseri uzre Baki Elm nesriyyat 1983 seh 152 Hesen bey Rumlu tercume Mursel Ozturk Ahsenu t Tevarih Ankara 2020 ISBN 978 975 17 4595 8 Quinn Sholeh Melville Charles Yarshater Ehsan Melville Charles redaktorlar Persian Historiography History of Persian Literature A Vol X A History of Persian Literature I B Tauris 2012 ISBN 978 1845119119