Seyidağa Onullahi (26 avqust 1925, Astara, Gilan ostanı – 2004, Bakı) — Tarix üzrə elmlər doktoru, şərqşünas, professor, Bakı Dövlət Universitetinin "Azərbaycanın qədim və orta əsrlər tarixi (təbiət elmləri üzrə)" kafedrasının müdiri (2001–2004-cü illər) olmuş, "21 Azər" medalı ilə təltif olunmuş 1945–1946-cı illərdə Cənubi Azərbaycan milli-azadlıq hərəkatının iştirakçısı.
Seyidağa Onullahi | |
---|---|
Doğum tarixi | 26 avqust 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 2004 |
Vəfat yeri | |
Elm sahələri | tarix, Azərbaycan tarixi |
Elmi dərəcələri | |
Elmi adları |
|
İş yerləri | |
Təhsili |
|
Mükafatları |
Həyatı
Seyidağa Onullahi 26 avqust 1925-ci ildə Cənubi Azərbaycanın Astara şəhərində anadan olmuş, orada fars dilində orta məktəbi bitirmişdi. 1945–1946-cı illərdə Cənubi Azərbaycan milli-azadlıq hərəkatında iştirak etmiş və buna görə "21 Azər" medalı ilə təltif olunmuşdur. Milli hökumətin süqutundan sonra mühacirət etməyə məcbur olaraq Sovet Azərbaycanına (hazırda Azərbaycan Respublikası) pənah gətirmişdir. Astarada şəhər siyasi idarəsinin rəisi işləmişdi. Güney Azərbaycanda faciəli süqutu zamanı Sovet Azərbaycanına gəlmiş, 1952-ci ildə Gəncə şəhərində Zərdabi adına Pedaqoji İnstitutun Tarix fakültəsini bitirmiş, 6 il Ağstafada dərs hissə müdiri, direktor vəzifələrində çalışmışdı.1958-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin aspiranturasına daxil olmuşdur. 1963-cü ildə namizədlik, 1983-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1985-ci ildə professor elmi adı almışdır. 1962-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının (hazırda Azərbaycan Milli Elmlər Akademiyası) Tarix İnstitutunun "Orta əsrlər tarixi şöbəsi"ndə kiçik, baş və aparıcı elmi işçi vəzifələrində işləmişdir. Ömrünün son illərində, 2001-ci ildən 2004-cü ilədək Bakı Dövlət Universitetinin (BDU) "Azərbaycanın qədim və orta əsrlər tarixi (təbiət elmləri üzrə)" kafedrasının müdiri vəzifəsində çalışmışdır. Elmi fəaliyyəti əsasən Azərbaycan tarixinin orta əsrlər dövrünün başlıca problemlərinin araşdırılması ilə bağlı olmuşdur. Bir neçə sanballı monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifi olmuşdur.
Yaradıcılığı
"Təbriz şəhərinin tarixi" (1982), "İran fəhlələrinin tətil hərəkatı: 1951–1953-cü illər" (1968), "Övliya Çələbi", "Gəncənin tarixi", "Azərbaycan tarixi", eləcə də AMEA-nın çoxcildli "Azərbaycan tarixi" kitablarının müəlliflərindən biri idi. Onun "Erməni millətçiləri və İran" kitabı Londonda və Bakıda çap olunmuşdu. Fars, ərəb, fransız, rus, türk dillərini bilirdi. Orta yüzil qaynaqlarını araşdıraraq nəşr etdirmişdi. S. M. Onullahi Azərbaycan tarixinə dair dəyərli mənbə olan Məhəmməd Müfid Yəzdinin "Müxtəsəri-Müfid" əsərini ilk dəfə təhlil etmiş və Təbrizin XVII əsrin sonundakı vəziyyəti haqqında bu əsərə istinadən maraqlı məlumatlar vermişdi. Qeyd edək ki, bu əsər Məhəmməd Müfid Yəzdi tərəfindən 1680-ci ildə Lahurda yazılmış və nəşr olunmamışdır. Bu qaynaqla yanaşı S. M. Onullahi Xondəmirin "Nameyi Nami" əsərinin Bakı nüsxəsi, Əbülqasim Kaşaninin "Tarix-i Ulcaytu" adlı elxanilər dövünə aid əsəri, və onun "Nəqavət əl-asar fizikr-ül əxyar" əsəri, Fəzli İsfəhaninin "Əfzəl-ət-təvarix" adlı əsəri, Cəlaləddin Məhəmməd Münəccim Yəzdinin "Tarix-i Abbasi" adlı mənbələrə, Səfəvilər dövləti ilə bağlı bəzi məktublara dair məqalələr nəşr etmişdir.
Qarabağ
Onullahinin tədqiqatlarında Qarabağ da müstəsna yer tutmuş bu barədə "Dövrün farsdilli qaynaqlarına istinadən" "Azərbaycan Qarabağı", "Arran Qarabağı", "Qarabağ XV–XVII" əsrlərdə adlı məqalələrində maraqlı məlumatlar vermişdir. O yazır ki, "Qərbdən Kiçik Asiya, şimaldan Muğan və Gürcüstan, cənubdan Ermənistanla həmsərhəd olan Arran Şirvan ilə Azərbaycanın cənub hissəsi arasında olan ərazi idi". Dövrün mənbələrinə istinadən isə göstərir ki,
"Naxçıvanın şimalında Qarabağlar, Urmiyanın şimalında Qarabağ, Əfqanıstanda Qəzneynin qərbində Qarabağ fars əyalətində Qarabağ rayonu, Cənubi Azərbaycanda Araz çayı sahilində Qarabağ və s. yerlərdə bu adın olması türkdilli tayfa adı olmasını sübut edir. Erməni tarixçisi Riçard Hovanesyan da "Ermənistan Respublikası" əsərinin I cildində Qarabağ mahalını Cənubi Qafqazın ərazisində müsəlmanlar yurdu kimi qeyd etmişdir. Atabəylər dövründən tutmuş Qacarlara qədər türk hökmdarları həmişə Qarabağda – Aranda qışlaq etmişlər. Teymurun özü, oğlu Şahrux Qarabağda qurultay çağırmışlar".
Təbriz
S. M. Onullahi Təbriz şəhərinin tarixi ətraflı şəkildə işləmişdir. Bu barədə həm 1982-ci ildə tarix elmləri doktorluğu almaq üçün müdafiə etmiş olduğu fundamental əsəri, həm də Təbriz şəhəri ilə bağlı silsilə məqalələri məlumdur. Bu məqalələrdə Təbriz mədəniyyət, maarif və məktəb tarixindən, Təbriz kitabxanalarından, Təbrizdə baş verən zəlzələlər, Səfəvilər dövlətinin paytaxtının Təbrizdən Qəzvinə köçürülməsi, Xaqani Şirvaninin Təbrizlə bağlılığı, Elxanilər dövründə Təbrizdə tikilmiş Rəb-i Rəşidi məhəlləsinin tarixi və əhəmiyyəti, Təbriz abidələri, o cümlədən də Təbrizin Cahsanşah yadigarı hesab edilən 1465-ci ildə tikilmiş Göy məscidinin tarixçəsi və başqa tarixi məsələləri barədə məlumatlar vermişdir.
Səfəvilər
S. M. Onullahinin yaradıcılığında Səfəvilər dövləti ilə bağlı tədqiqatlar da mühüm yer tutmuşdur. Səfəvilərin soykökünün türk olması haqqında Onun tədqiqatlarında tarixçilik üçün həm maraqlı və həm də yeni məlumatlar vardır. Müəllif XIV yüzillikdə yaşamış Təvəkkül ibn İsmayıl ibn hacı əl-Ərdəbilinin "Səffat əs-Səfa" adlı əsərinə istinad edərək yazır:
"Şeyx Səfiəddin bu ləfz ilə buyurdu – Ey xüləfa camaatı, Xacə Səfiəddinə dua edin ki, rəhmətlik Şeyx Zahidin və mən türkzadənin (türk oğlunun) taxtını aparmışdır". Seyidağa Onullahi olduqca elmi əhəmiyyətli olan bu fikirə istinad edərək Səfəvilərin soykökünü kürdləşdirməyə, yaxud da farslaşdırmağa çalışan tarixçilərə tutarlı cavab verərək göstərir ki, Şeyx Səfiəddin türk olduğunu hər halda onlardan daha yaxşı bilərdi
Azərbaycan dili tarixinin saxtalaşdırılmasına qarşı fəaliyyəti
Onullahi həm də İran burjua alimlərinin əsərlərində Azərbaycan dili tarixinin saxtalaşdırılmasına dair fikirlərə münasibət bildirərək bu barədə məqalə yazmış və məqaləsində Kəsrəvi başda olmaqla İran alimlərinin mövqeyini ifşa etmişdir. Məqaləsində azəri dilindən "Qədavü bəla taçinəm" (Qadanı, balanı alım), "Bibə-bəki çeşmət can dəhəm" (Gözünün bəbəyindən ötrü can verərəm) və. s misallar gətirməklə Azərbaycan dili ilə bu dil arasında fərqləri göstərmişdir. Məqalədə obyektiv elmi mövqeyini qoyaraq İran alimlərinin iddia etdiyi kimi "Səlcuqlar dövründə azərbaycanlıların dilinin azəri dili (fars, İran mənşəli dil) olması, türk dilinin isə təzə gəlmiş türklərin dili olması" fikrinin yanlış olmasını göstərmişdi. Bir başqa məqaləsində isə İranda milli məsələnin qoyuluşuna toxunmuş və göstərmişdir ki, "Ərəb istilasından sonra XI əsrdən 1925-ci ilə qədər İranda hakimiyyətdə türkdillilər olmuşlar. Min il ərzində həmin türkdilli hakimlər fars dili və irandillilərin mədəniyyətinin inkişafında mühüm rol oynamışlar. Sultan Mahmud Qəznəvinin sifarişi ilə Firdovsi "Şahnamə" əsərini yazmışdır. Digər tərəfdən, türkdilli əhali islam dinini qəbul etdikdən sonra belə ərəb və fars dillərinin təsiri altına düşməyib öz dil, adət-ənənələrini unutmadılar. Lakin XX əsrin otuzuncu illərindən başlayaraq "vahid İran", "vahid millət", "vahid dil", "İran milləti", "İran müsəlman milləti", başqa sözlə paniranizmin, panislamizmin, İranın rəsmi dövlət siyasətinə çevrildi. Bu siyasəti fars şovinizmi ilə yanaşı, farslaşmış, sapı özümüzdən olan baltalar – Seyid Həsən Təqizadələr, Seyid Əhməd Kəsrəvilər, Rzazadə Şəfəqlər, Məhəmmədcavad Məşkurlar, Əbdüləli Karənglər, Mahmud və İrəc Əfşarlar, Mənüçöhr Mortəzəvilər və sairləri davam etdirdilər. Paniranistlər İranı fars məmləkəti, İranda yaşayan xalqları "İran milləti", "İran ümməti" kimi, fars dilini isə İranın vahid dili etmiş və edirlər, başqa dilləri, hətta Azərbaycan dili ilə yanaşı kürd, talış, bəluc, gilan, mazandaran, ərəb və s. dilləri yasaq etmişlər. Məktəb, mədrəsə və idarələrdə fars dilində danışmayanlar cəzalandırılırdı. Bu siyasət 54 il şahlıq dövründə, hətta 1979-cu il fevral inqilabının qələbə çalmasından keçən 24 il ərzində panislamizm formasında davam etdirilir. Panislamist pərdəsi altında millət və milliyyət inkar edilir, bütün millətlərin islam dini altında eyni hüquqa malik "islam ümməti" adlandırılır. Halbuki islam dini heç də milliyyəti inkar etmir. Din qədər dil də zəruri amildir".
Onullahi şəxsiyyəti
Professor Seyidağa Onulllahinin qəribə danışıq tərzi vardı. Səbirli idi, tələsməyi sevmirdi. Öz sahəsinin bilicisi idi. Azərbaycan tarixinə, mədəniyyətinə, dövlətçiliyinə münasibətdə məsuliyyətli idi. Alim yaradıcılığının mənasını Azərbaycana sevgidə görürdü. Araşdırmaçının radioda Güney Azərbaycan mövzusunda dinləyicini daim düşünməyə məcbur edən çıxışları soydaşlarımızın Vətən təəssübkeşliyinin yaranmasında əhəmiyyətli rol oynamışdı. Seyidağa Onullahi kimi araşdırmaçıların əməlləri öyrənilməli, sabahımız üçün yaşarı olanlar təzə ömürlərin, aqibətlərin yaradılmasına, yaşadılmasına yönəldilməlidir.
İstinadlar
- Bakı Dövlət Universitetinin Professorları. Bakı:Bakı Universiteti nəşriyyatı, 2014, s.311,312
- Onullahi S. M. XIII–XVII əsrlərdə Təbriz şəhəri (Sosial-iqtisadi tarixi). Bakı: Elm, 1982, 280 s.
- Onullahi S. M. 1951–1953-cü illərdə İran fəhlələrinin tətil hərəkatı. Bakı: Azərbaycan SSR EA, 1968, 145 [3] s.
- Evliya Çələbi. Səyahətnamə (Azərbaycan tarixinə aid seçmələr). Tərcümə edəni S. Onullahi, Bakı: Azərnəşr, 1997, 92 s.
- İ. Məmmədov. Azərbaycan tarixi: ali məktəblər üçün dərslik. Elmi redaktoru S. Məmmədov; red. S. M. Onullahi. Bakı: Adiloğlu, 2005, 486 s
- Azərbaycan tarixi: yeddi cilddə. Bakı: Elm, 1998–2003
- S. M. Onullahi. Erməni millətçiləri və İran. Bakı: Maarif, 2002, 88 s.
- S. M. Onullahi. Azərbaycan tarixinə aid yeni mənbə "Azərbaycan SSR EA Məruzələri", 1975, № 4, səh. 69–72.
- S. M. Onullahi. "Nameyi Nami" əsərinin Bakı nüsxəsi. "Əlyazmalar xəzinəsi"ndə, Azərbaycan SSR EA RƏF nəşri, IV cild, Bakı, 1976, səh. 61–69.
- S. M. Onullahi. Elxanilər dövrünə aid istifadə edilməmiş mənbə. "Azərbaycan SSR EA Məruzələri", XXXII cild, № 5, 1976, səh. 58–61.
- S. M. Onullahi. Mahmud Nətənzi və onun əsəri haqqında. "Azərbaycan SSR EA. Məruzələri", 1978, № 7, səh. 72–76.
- S. M. Onullahi. "Əfzəl-ət-təvarix" əsəri Azərbaycan tarixinin mənbəyi kimi. "Azərbaycan SSR EA Xəbərləri", TFH seriyası, 1978, № 2, səh. 39–45.
- S. M. Onullahi. Cəlaləddin Məhəmməd Münəccim Yəzdi və onun "Tarix-i Abbasi" əsəri haqqında. "Azərbaycan SSR EA Xəbərləri", TFH seriyası, 1972, № 2, səh. 29–38
- S. M. Onullahi. A. Q. Həsənov. Səfəvi hökmdarlarının daha iki naməlum məktubu haqqında. S. M. Kirov adına ADU-nun "Elmi Əsərlər"i (tarix və falsəfə elmləri seriyası), 1974, № 4, səh. 84–94
- Onullahi S. M. Dövrün farsdilli qaynaqlarında "Azərbaycan Qarabağ", "Arran Qarabağı" / Qarabağ Azadlıq Təşkilatı. "Qarabağ dünən, bu gün və sabah": 2-ci Ümumrespublika elmi-əməli konfransının materialları, s.217–220
- Onullahi S. M.. "Azərbaycan" qəz., Bakı, 1989, 9 dekabr, s. 5
- Onullahi S. M. Dövrün farsdilli qaynaqlarında "Azərbaycan Qarabağ", "Arran Qarabağı" / Qarabağ Azadlıq Təşkilatı. "Qarabağ dünən, bu gün və sabah": 2-ci Ümumrespublika elmi-əməli konfransının materialları, s.217–220
- Онуллахи, Сеидага Мирон оглы. Тебриз в XIII–XVII веках. (Социально-экономическая история города) : диссертация … доктора исторических наук : 07.00.02. Баку, 1982 370 c.
- S. M. Onullahi. Təbrizin mədəniyyət tarixindən (X–XVII əsrlərdə "Qobustan" incəsənət toplusu, 1974, № 3, səh. 54–56.
- Təbrizin maarif və məktəb tarixindən (XIII–XV əsrlər). "Azərbaycan EA Xəbərləri", TFH seriyası, 1976, № 4
- S. M. Onullahi. Təbriz kitabxanaları (X–XVII əsrlərdə). S. M. Kirov adına ADU-nun elmi əsərləri; Şərqşünaslıq seyiası). 1971, № 1, s. 57–62
- S. M. Onullahi. Təbrizdə baş verən zəlzələlər haqqında. "Azərbaycan SSR EA Məruzələri", 1976, № 1, səh. 98–101
- C. М. Онуллахи. Уточнение каталога сильных землетрясений в зоне Азербайджана. Материалы конференции по изучению сейсмичности и глубинного строения Азербайджана (Баку, март, 1973). Баку, 1974, Ин. геологии им. акад. И. М. Губкина, стр. 160–164.
- S. M. Onullahi. Paytaxtın Təbrizdən köçürülməsinə dair. "Azərbaycan SSR EA Məruzələri", 1975, № 11, səh. 42–46.
- S. M. Onullahi, A. Q. Həsənov. Xaqani və Təbriz. S. M. Kirov ad. ADU-nun "Elmi əsərlər"i (Dil və ədəbiyyat seriyası), 1971, № 6, səh. 11–17
- S. M. Onullahi, A. Q. Həsənov. "Rəb-i Rəşidi" və onun tarixi əhəmiyyəti. S. M. Kirov ad. ADU-nun "Elmi Əsərlər"i (Şərqşünaslıq seriyası), 1971, № 1, səh. 55–63.
- S. M. Onullahi. Təbriz yadigarları. "Qobustan" incəsənət toplusu, 1971, № 1, səh. 12–15.
- S. M. Onullahi. Göy məscidin memarı kimdir? "Qobustan" incəsənət toplusu, 1974, № 3, səh. 57.
- Seyidağa Onullahi, Yaqub Mahmudov. Paniranistin "kəşfi" və ya Xətai şair "deyilmiş"! "Azərbaycan" jurnalı, 1988, № 2, s. 79–92
- Onullahi S. M. İran burjua alimlərinin əsərlərində Azərbaycan dili tarixinin saxtalaşdırılması// Azərbaycan tarixi və mədəniyyətinin burjua saxtalaşdırıcılarına qarşı. Bakı: "Elm" nəşriyyatı, 1978, s. 141–158
- Onullahi S. M. İranda milli məsələnin qoyuluşu/Güney Azərbaycan: tarixi, siyasi və kulturoloji müstəvidə. Bakı, Azərnəşr, 2010, s. 5–6–13
Xarici keçidlər
- Onullahi S. M. XIII–XVII əsrlərdə Təbriz şəhəri (Sosial-iqtisadi tarixi). Bakı: Elm, 1982, 280 s.
- Onullahi S. M. İranda milli məsələnin qoyuluşu/Güney Azərbaycan: tarixi, siyasi və kulturoloji müstəvidə. Bakı, Azərnəşr, 2010
- Təbriz
- 21 Azər hərakatı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Seyidaga Onullahi 26 avqust 1925 Astara Gilan ostani 2004 Baki Tarix uzre elmler doktoru serqsunas professor Baki Dovlet Universitetinin Azerbaycanin qedim ve orta esrler tarixi tebiet elmleri uzre kafedrasinin mudiri 2001 2004 cu iller olmus 21 Azer medali ile teltif olunmus 1945 1946 ci illerde Cenubi Azerbaycan milli azadliq herekatinin istirakcisi Seyidaga OnullahiDogum tarixi 26 avqust 1925 1925 08 26 Dogum yeri Astara Merkez bexsi Astara sehristani Gilan ostani IranVefat tarixi 2004Vefat yeri Baki AzerbaycanElm saheleri tarix Azerbaycan tarixiElmi dereceleri tarix elmleri doktoru elmler doktoruElmi adlari professor professor d Is yerleri AMEA Tarix ve Etnologiya InstitutuTehsili Gence Dovlet Pedaqoji Institutu 1952 Mukafatlari 1946HeyatiSeyidaga Onullahi 26 avqust 1925 ci ilde Cenubi Azerbaycanin Astara seherinde anadan olmus orada fars dilinde orta mektebi bitirmisdi 1945 1946 ci illerde Cenubi Azerbaycan milli azadliq herekatinda istirak etmis ve buna gore 21 Azer medali ile teltif olunmusdur Milli hokumetin suqutundan sonra muhaciret etmeye mecbur olaraq Sovet Azerbaycanina hazirda Azerbaycan Respublikasi penah getirmisdir Astarada seher siyasi idaresinin reisi islemisdi Guney Azerbaycanda facieli suqutu zamani Sovet Azerbaycanina gelmis 1952 ci ilde Gence seherinde Zerdabi adina Pedaqoji Institutun Tarix fakultesini bitirmis 6 il Agstafada ders hisse mudiri direktor vezifelerinde calismisdi 1958 ci ilde Baki Dovlet Universitetinin Serqsunasliq fakultesinin aspiranturasina daxil olmusdur 1963 cu ilde namizedlik 1983 cu ilde doktorluq dissertasiyasi mudafie etmis 1985 ci ilde professor elmi adi almisdir 1962 ci ilden Azerbaycan SSR Elmler Akademiyasinin hazirda Azerbaycan Milli Elmler Akademiyasi Tarix Institutunun Orta esrler tarixi sobesi nde kicik bas ve aparici elmi isci vezifelerinde islemisdir Omrunun son illerinde 2001 ci ilden 2004 cu iledek Baki Dovlet Universitetinin BDU Azerbaycanin qedim ve orta esrler tarixi tebiet elmleri uzre kafedrasinin mudiri vezifesinde calismisdir Elmi fealiyyeti esasen Azerbaycan tarixinin orta esrler dovrunun baslica problemlerinin arasdirilmasi ile bagli olmusdur Bir nece sanballi monoqrafiyanin ve 100 den cox elmi meqalenin muellifi olmusdur Yaradiciligi Tebriz seherinin tarixi 1982 Iran fehlelerinin tetil herekati 1951 1953 cu iller 1968 Ovliya Celebi Gencenin tarixi Azerbaycan tarixi elece de AMEA nin coxcildli Azerbaycan tarixi kitablarinin muelliflerinden biri idi Onun Ermeni milletcileri ve Iran kitabi Londonda ve Bakida cap olunmusdu Fars ereb fransiz rus turk dillerini bilirdi Orta yuzil qaynaqlarini arasdiraraq nesr etdirmisdi S M Onullahi Azerbaycan tarixine dair deyerli menbe olan Mehemmed Mufid Yezdinin Muxteseri Mufid eserini ilk defe tehlil etmis ve Tebrizin XVII esrin sonundaki veziyyeti haqqinda bu esere istinaden maraqli melumatlar vermisdi Qeyd edek ki bu eser Mehemmed Mufid Yezdi terefinden 1680 ci ilde Lahurda yazilmis ve nesr olunmamisdir Bu qaynaqla yanasi S M Onullahi Xondemirin Nameyi Nami eserinin Baki nusxesi Ebulqasim Kasaninin Tarix i Ulcaytu adli elxaniler dovune aid eseri ve onun Neqavet el asar fizikr ul exyar eseri Fezli Isfehaninin Efzel et tevarix adli eseri Celaleddin Mehemmed Muneccim Yezdinin Tarix i Abbasi adli menbelere Sefeviler dovleti ile bagli bezi mektublara dair meqaleler nesr etmisdir Qarabag Onullahinin tedqiqatlarinda Qarabag da mustesna yer tutmus bu barede Dovrun farsdilli qaynaqlarina istinaden Azerbaycan Qarabagi Arran Qarabagi Qarabag XV XVII esrlerde adli meqalelerinde maraqli melumatlar vermisdir O yazir ki Qerbden Kicik Asiya simaldan Mugan ve Gurcustan cenubdan Ermenistanla hemserhed olan Arran Sirvan ile Azerbaycanin cenub hissesi arasinda olan erazi idi Dovrun menbelerine istinaden ise gosterir ki Naxcivanin simalinda Qarabaglar Urmiyanin simalinda Qarabag Efqanistanda Qezneynin qerbinde Qarabag fars eyaletinde Qarabag rayonu Cenubi Azerbaycanda Araz cayi sahilinde Qarabag ve s yerlerde bu adin olmasi turkdilli tayfa adi olmasini subut edir Ermeni tarixcisi Ricard Hovanesyan da Ermenistan Respublikasi eserinin I cildinde Qarabag mahalini Cenubi Qafqazin erazisinde muselmanlar yurdu kimi qeyd etmisdir Atabeyler dovrunden tutmus Qacarlara qeder turk hokmdarlari hemise Qarabagda Aranda qislaq etmisler Teymurun ozu oglu Sahrux Qarabagda qurultay cagirmislar Tebriz S M Onullahi Tebriz seherinin tarixi etrafli sekilde islemisdir Bu barede hem 1982 ci ilde tarix elmleri doktorlugu almaq ucun mudafie etmis oldugu fundamental eseri hem de Tebriz seheri ile bagli silsile meqaleleri melumdur Bu meqalelerde Tebriz medeniyyet maarif ve mekteb tarixinden Tebriz kitabxanalarindan Tebrizde bas veren zelzeleler Sefeviler dovletinin paytaxtinin Tebrizden Qezvine kocurulmesi Xaqani Sirvaninin Tebrizle bagliligi Elxaniler dovrunde Tebrizde tikilmis Reb i Residi mehellesinin tarixi ve ehemiyyeti Tebriz abideleri o cumleden de Tebrizin Cahsansah yadigari hesab edilen 1465 ci ilde tikilmis Goy mescidinin tarixcesi ve basqa tarixi meseleleri barede melumatlar vermisdir Sefeviler S M Onullahinin yaradiciliginda Sefeviler dovleti ile bagli tedqiqatlar da muhum yer tutmusdur Sefevilerin soykokunun turk olmasi haqqinda Onun tedqiqatlarinda tarixcilik ucun hem maraqli ve hem de yeni melumatlar vardir Muellif XIV yuzillikde yasamis Tevekkul ibn Ismayil ibn haci el Erdebilinin Seffat es Sefa adli eserine istinad ederek yazir Seyx Sefieddin bu lefz ile buyurdu Ey xulefa camaati Xace Sefieddine dua edin ki rehmetlik Seyx Zahidin ve men turkzadenin turk oglunun taxtini aparmisdir Seyidaga Onullahi olduqca elmi ehemiyyetli olan bu fikire istinad ederek Sefevilerin soykokunu kurdlesdirmeye yaxud da farslasdirmaga calisan tarixcilere tutarli cavab vererek gosterir ki Seyx Sefieddin turk oldugunu her halda onlardan daha yaxsi bilerdi Azerbaycan dili tarixinin saxtalasdirilmasina qarsi fealiyyeti Onullahi hem de Iran burjua alimlerinin eserlerinde Azerbaycan dili tarixinin saxtalasdirilmasina dair fikirlere munasibet bildirerek bu barede meqale yazmis ve meqalesinde Kesrevi basda olmaqla Iran alimlerinin movqeyini ifsa etmisdir Meqalesinde azeri dilinden Qedavu bela tacinem Qadani balani alim Bibe beki cesmet can dehem Gozunun bebeyinden otru can vererem ve s misallar getirmekle Azerbaycan dili ile bu dil arasinda ferqleri gostermisdir Meqalede obyektiv elmi movqeyini qoyaraq Iran alimlerinin iddia etdiyi kimi Selcuqlar dovrunde azerbaycanlilarin dilinin azeri dili fars Iran menseli dil olmasi turk dilinin ise teze gelmis turklerin dili olmasi fikrinin yanlis olmasini gostermisdi Bir basqa meqalesinde ise Iranda milli meselenin qoyulusuna toxunmus ve gostermisdir ki Ereb istilasindan sonra XI esrden 1925 ci ile qeder Iranda hakimiyyetde turkdilliler olmuslar Min il erzinde hemin turkdilli hakimler fars dili ve irandillilerin medeniyyetinin inkisafinda muhum rol oynamislar Sultan Mahmud Qeznevinin sifarisi ile Firdovsi Sahname eserini yazmisdir Diger terefden turkdilli ehali islam dinini qebul etdikden sonra bele ereb ve fars dillerinin tesiri altina dusmeyib oz dil adet enenelerini unutmadilar Lakin XX esrin otuzuncu illerinden baslayaraq vahid Iran vahid millet vahid dil Iran milleti Iran muselman milleti basqa sozle paniranizmin panislamizmin Iranin resmi dovlet siyasetine cevrildi Bu siyaseti fars sovinizmi ile yanasi farslasmis sapi ozumuzden olan baltalar Seyid Hesen Teqizadeler Seyid Ehmed Kesreviler Rzazade Sefeqler Mehemmedcavad Meskurlar Ebduleli Karengler Mahmud ve Irec Efsarlar Menucohr Mortezeviler ve sairleri davam etdirdiler Paniranistler Irani fars memleketi Iranda yasayan xalqlari Iran milleti Iran ummeti kimi fars dilini ise Iranin vahid dili etmis ve edirler basqa dilleri hetta Azerbaycan dili ile yanasi kurd talis beluc gilan mazandaran ereb ve s dilleri yasaq etmisler Mekteb medrese ve idarelerde fars dilinde danismayanlar cezalandirilirdi Bu siyaset 54 il sahliq dovrunde hetta 1979 cu il fevral inqilabinin qelebe calmasindan kecen 24 il erzinde panislamizm formasinda davam etdirilir Panislamist perdesi altinda millet ve milliyyet inkar edilir butun milletlerin islam dini altinda eyni huquqa malik islam ummeti adlandirilir Halbuki islam dini hec de milliyyeti inkar etmir Din qeder dil de zeruri amildir Onullahi sexsiyyetiProfessor Seyidaga Onulllahinin qeribe danisiq terzi vardi Sebirli idi telesmeyi sevmirdi Oz sahesinin bilicisi idi Azerbaycan tarixine medeniyyetine dovletciliyine munasibetde mesuliyyetli idi Alim yaradiciliginin menasini Azerbaycana sevgide gorurdu Arasdirmacinin radioda Guney Azerbaycan movzusunda dinleyicini daim dusunmeye mecbur eden cixislari soydaslarimizin Veten teessubkesliyinin yaranmasinda ehemiyyetli rol oynamisdi Seyidaga Onullahi kimi arasdirmacilarin emelleri oyrenilmeli sabahimiz ucun yasari olanlar teze omurlerin aqibetlerin yaradilmasina yasadilmasina yoneldilmelidir IstinadlarBaki Dovlet Universitetinin Professorlari Baki Baki Universiteti nesriyyati 2014 s 311 312 Onullahi S M XIII XVII esrlerde Tebriz seheri Sosial iqtisadi tarixi Baki Elm 1982 280 s Onullahi S M 1951 1953 cu illerde Iran fehlelerinin tetil herekati Baki Azerbaycan SSR EA 1968 145 3 s Evliya Celebi Seyahetname Azerbaycan tarixine aid secmeler Tercume edeni S Onullahi Baki Azernesr 1997 92 s I Memmedov Azerbaycan tarixi ali mektebler ucun derslik Elmi redaktoru S Memmedov red S M Onullahi Baki Adiloglu 2005 486 s Azerbaycan tarixi yeddi cildde Baki Elm 1998 2003 S M Onullahi Ermeni milletcileri ve Iran Baki Maarif 2002 88 s S M Onullahi Azerbaycan tarixine aid yeni menbe Azerbaycan SSR EA Meruzeleri 1975 4 seh 69 72 S M Onullahi Nameyi Nami eserinin Baki nusxesi Elyazmalar xezinesi nde Azerbaycan SSR EA REF nesri IV cild Baki 1976 seh 61 69 S M Onullahi Elxaniler dovrune aid istifade edilmemis menbe Azerbaycan SSR EA Meruzeleri XXXII cild 5 1976 seh 58 61 S M Onullahi Mahmud Netenzi ve onun eseri haqqinda Azerbaycan SSR EA Meruzeleri 1978 7 seh 72 76 S M Onullahi Efzel et tevarix eseri Azerbaycan tarixinin menbeyi kimi Azerbaycan SSR EA Xeberleri TFH seriyasi 1978 2 seh 39 45 S M Onullahi Celaleddin Mehemmed Muneccim Yezdi ve onun Tarix i Abbasi eseri haqqinda Azerbaycan SSR EA Xeberleri TFH seriyasi 1972 2 seh 29 38 S M Onullahi A Q Hesenov Sefevi hokmdarlarinin daha iki namelum mektubu haqqinda S M Kirov adina ADU nun Elmi Eserler i tarix ve falsefe elmleri seriyasi 1974 4 seh 84 94 Onullahi S M Dovrun farsdilli qaynaqlarinda Azerbaycan Qarabag Arran Qarabagi Qarabag Azadliq Teskilati Qarabag dunen bu gun ve sabah 2 ci Umumrespublika elmi emeli konfransinin materiallari s 217 220 Onullahi S M Azerbaycan qez Baki 1989 9 dekabr s 5 Onullahi S M Dovrun farsdilli qaynaqlarinda Azerbaycan Qarabag Arran Qarabagi Qarabag Azadliq Teskilati Qarabag dunen bu gun ve sabah 2 ci Umumrespublika elmi emeli konfransinin materiallari s 217 220 Onullahi Seidaga Miron ogly Tebriz v XIII XVII vekah Socialno ekonomicheskaya istoriya goroda dissertaciya doktora istoricheskih nauk 07 00 02 Baku 1982 370 c S M Onullahi Tebrizin medeniyyet tarixinden X XVII esrlerde Qobustan incesenet toplusu 1974 3 seh 54 56 Tebrizin maarif ve mekteb tarixinden XIII XV esrler Azerbaycan EA Xeberleri TFH seriyasi 1976 4 S M Onullahi Tebriz kitabxanalari X XVII esrlerde S M Kirov adina ADU nun elmi eserleri Serqsunasliq seyiasi 1971 1 s 57 62 S M Onullahi Tebrizde bas veren zelzeleler haqqinda Azerbaycan SSR EA Meruzeleri 1976 1 seh 98 101 C M Onullahi Utochnenie kataloga silnyh zemletryasenij v zone Azerbajdzhana Materialy konferencii po izucheniyu sejsmichnosti i glubinnogo stroeniya Azerbajdzhana Baku mart 1973 Baku 1974 In geologii im akad I M Gubkina str 160 164 S M Onullahi Paytaxtin Tebrizden kocurulmesine dair Azerbaycan SSR EA Meruzeleri 1975 11 seh 42 46 S M Onullahi A Q Hesenov Xaqani ve Tebriz S M Kirov ad ADU nun Elmi eserler i Dil ve edebiyyat seriyasi 1971 6 seh 11 17 S M Onullahi A Q Hesenov Reb i Residi ve onun tarixi ehemiyyeti S M Kirov ad ADU nun Elmi Eserler i Serqsunasliq seriyasi 1971 1 seh 55 63 S M Onullahi Tebriz yadigarlari Qobustan incesenet toplusu 1971 1 seh 12 15 S M Onullahi Goy mescidin memari kimdir Qobustan incesenet toplusu 1974 3 seh 57 Seyidaga Onullahi Yaqub Mahmudov Paniranistin kesfi ve ya Xetai sair deyilmis Azerbaycan jurnali 1988 2 s 79 92 Onullahi S M Iran burjua alimlerinin eserlerinde Azerbaycan dili tarixinin saxtalasdirilmasi Azerbaycan tarixi ve medeniyyetinin burjua saxtalasdiricilarina qarsi Baki Elm nesriyyati 1978 s 141 158 Onullahi S M Iranda milli meselenin qoyulusu Guney Azerbaycan tarixi siyasi ve kulturoloji mustevide Baki Azernesr 2010 s 5 6 13Xarici kecidlerOnullahi S M XIII XVII esrlerde Tebriz seheri Sosial iqtisadi tarixi Baki Elm 1982 280 s Onullahi S M Iranda milli meselenin qoyulusu Guney Azerbaycan tarixi siyasi ve kulturoloji mustevide Baki Azernesr 2010 Tebriz 21 Azer herakati