Əfqan Türküstanı, həmçinin Cənubi Türküstan və ya Çar-vilayət — XIX əsrin ikinci yarısında Əfqan dövlətinin bir vilayətini təşkil edən Murqab çayından Hinduquş dağlarına qədər olan ərazi. Əfqanıstanın şimalında, Türkmənistan, Özbəkistan və Tacikistanla sərhəd bölgədə yerləşir.
XIX əsrdə Əfqanıstanda mərkəzi Məzari-Şərifdə olan Türküstan vilayəti vardı. Vilayət Əfqanıstan əmiri Əbdürrəhman xanın tərəfindən ləğv edildi. Onun yerində müasir Bəlx, Künduz, Cövzcan, Səri-Pul və Fəryab vilayətləri yaradıldı.
Coğrafiyası
Tarixi mənbələrdə Əfqanıstan Türküstanı, Kokça çayının Amudərya ilə birləşməsindən şimal-şərqdən, cənub-qərbə Herat əyalətinə qədər olan uzunluğu təxminən 500 mil (800 km) olan ərazi daxil edilir. Əfqanıstanın şimal sərhədi olan Hindukuşa qədər 114 mil (183 km) də Cənubi Türküstan ərazisi sayılır. Beləliklə, bu əraziyə təxminən 57.000 kvadrat mil (150.000 km2) və ya müasir Əfqanıstan ərazisinin təxminən 2/9 hissəsi daxil edilir. Cənubi Türküstana keçmiş Özbək xanlıqlarının əraziləri də daxildir:
- Çar vilayəti
- Akçı xanlığı
- Andxoy xanlığı
- Sarı-pul xanlığı
- Şibirxan xanlığı
- Bədəxşan xanlığı
- Bəlx xanlığı
- Qurzivan xanlığı
- Darzab xanlığı
- Künduz xanlığı
- Meymen xanlığı
- Hulum xanlığı
Etnik tərkibi
Cənubi Türküstanın əhalisinin əsas hissəsini özbəklər və türkmənlər təşkil edir. 2018-ci il məlumatlarına görə Əfqanıstan ərazisində 3,843,000 min özbək,1,1 milyon türkmən vardır. Lakin bölgədə xeyli sayda həzaralar, taciklər və puştun da yaşayır.
Tarixi
Qədim Bəlx və ya Baktriya, Baqtriya-Margiana arxeoloji kompleksinin ayrılmaz hissəsi idi və hindi-iranlılar tərəfindən işğal edilmişdir. Eramızdan əvvəl V əsrdə Əhəmənilər imperiyasının bir vilayətinə çevrilmiş və daha sonra Selevkilər imperiyasının bir hissəsi olmuşdur. Eramızdan əvvəl təqribən 250-ci ildə Selevkilər dövründə Baktriya hökmdarı I Diodot müstəqilliyini elan etdi. Bununla burada yunan-baktiriya sülaləsinin hökmranlığı başladı. Yunan-baktiriya sülaləsinin hökmranlığı eramızdan əvvəl 126-cı illərə qədər, Parfiya və köçəri tayfaların hücumlarına qədər davam etdi. Bu ildən etibarən yunan-baktriya sülalələrinin tarixi sona çatdı. Bundan sonra Bamyandakı nəhəng heykəllərdə və qayaya həkk olunmuş Xaybaka məbədinin binalarında izlərini qoyan Buddizm dövrü başladı.
Bölgə Çingiz xan tərəfindən viran qoyuldu və o vaxtdan bəri əvvəlki inkişaf və çiçəklənmə kimi heç vaxt tam bərpa olunmadı. Monqollardan sonra bölgə Teymurilərə və XVI əsrdən Buxara xanlığına mənsub oldu. Cənubi Türküstan XVIII əsrdə Dürranilər imperiyasının tərkibinə daxil idi. Əvvəlcə ərazi Əhməd-şah Durraninin (1747–1772), ondan sonra oğlu Timur şah Durraninin (1772–1793) Əfqan mülklərinin bir hissəsinə aid olmuşdur. Timur şahın oğullarının arasında davam edən daxili müharibələr, bölgəyə sahib olmağa çalışan müxtəlif özbək tayfa başçılarının müstəqillik əldə etməsinə şərait yaradırdı. 1785-ci ildə Narin dairəsinin əmiri əslən Əndicandan olan Kuvat xan Timur şahın Sind və Pəncabda olan çətinliklərindən istifadə edərək Künduz şəhərini ələ keçirdi. Kuvat xan da Künduz şəhərini ələ keçirdikdən sonra müstəqil dövlət yaratdığını elan etdi. Bunun ardınca digər özbək xanları da müstəqilliklərini elan etdilər.
XIX əsr və Əfqan işğalı
XIX əsrin ortalarında bütün Cənubi Türküstan Buxara əmirliyinin nəzarəti altında idi. Lakin daimi daxili müharibələr və xarici müdaxilələr bölgədə yerli xanların zəifləməsinə gətirib çıxarırdı. Bölgədə əsas mübarizə yerli sakinlər ilə əfqan tayfaları arasında gedirdi. Əfqanlar bu əraziləri Şimali Əfqanıstan hesab etdiklərindən, buraya sahib olmağa çalışırdılar. Yerli xanlar Buxara əmirliyi tərəfindən dəstəklənirdi. Əfqanlar isə britaniyalılardan kömək alırdı. Xüsusən Əfqanıstan əmiri Dost Məhəmməd xanın dövründə bu müdaxilələr güclənməyə başladı. Əfqanıstanda mərkəzləşmiş dövlət yaratmağa çalışan Dost Məhəmməd xanın rəhbərliyi ilə əfqanlar 1850-ci ildə Bəlx və Taşqurqanı, 1855-ci il Akça daxil olmaqla daha dörd qərb xanlığını əla keçirdilər. Bununla əfqanlar Günduzə təhlükə yaratmağa başladılar. 1859-cu ildə Dost Məhəmməd xan tərəfindən Günduz fəth edildikdən sonra bütün Cənubi Türküstan işğal olundu.
Cənubi Türküstan əhalisinin müstəqillik uğrunda mübarizəsi uzun müddət davam etdi. Buxara xanlığı əmiri Müzəffər əfqanlara qarşı mübarizədə yerli əhaliyə dəstək göstərməsinə baxmayaraq, bu mübarizə uğusuzluqla bitdi. Buxara əmirliyi ilə Əfqanıstan hökuməti arasında mübarizə əsasən Andxan, Sarı-pul, Şibirxan, Meymenə nəzarət uğrunda gedirdi. Bu mübarizə 1873-cü ildə imzalanmış İngilis-Rusiya müqaviləsi ilə bitdi. Belə ki, Rusiya və Britaniya imperiyaları bütün Cənubi Türküstanı Əfqanıstan ərazisi kimi tanıdı. Əbdürrəhman xanın (1880–1901) sərt siyasəti ilə bu uzaq əyalət bütünlüklə Kabula tabe edildi. Həbibulla xanın taxta çıxmasından sonra Əfqan Türküstanında mərkəzi hakimiyyət yenidən zəiflədi. 1890-cı ildə Kataqan və Bədəxşan Cənubi (Əfqan) Türküstanından ayrıldı və yeni Kataqano-Bədəxşan vilayəti yaradıldı.
Qeydlər
- fars. ترکستان افغان / Torkistane Afğan; dəri ترکستان افغان / Turkistani Afğan; özb. افغان ترکستانی / Afqon Turkistoni; türkm. افغان ترکستانی / Ovqan Türküstani
- fars. ترکستان جنوبی / Torkistane Canubi; dəri ترکستان جنوبی / Turkistani Canubi; özb. جنوبی ترکستان / Canubiy Turkiston; türkm. جنوبی ترکستان / Günorta Türküstan
İstinadlar
- Angus Hamilton. Afghanistan. W. Heinemann, 1906. Pg 247 2021-07-09 at the Wayback Machine
- "Afghan Turkestan, 1911 Encyclopædia Britannica". 2018-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
- "Гамильтон А. Афганистан. СПб. 1908 (пер. С.П. Голубинова)". 2017-11-13 tarixində . İstifadə tarixi: 2021-07-05.
- "Поездка полковника Гродекова в Афганистан в 1878 году (1/4)". 2016-01-30 tarixində . İstifadə tarixi: 2021-07-05.
- "Afghan Population: 34,940,837 (July 2018 est.) [Uzbeks = 11%]". Central Intelligence Agency (CIA). The World Factbook. 4 January 2021 tarixində . İstifadə tarixi: 13 April 2019.
- "Ethnic Groups". Library of Congress Country Studies. 1997. Retrieved 2010–10-08. ^ Jump up to: a b
- "Arxivlənmiş surət". 2021-05-10 tarixində . İstifadə tarixi: 2021-07-05.
- en:USA Today — Pashtuns say they're being brutalized 2009-12-22 at the Wayback Machine, may 12, 2002.
- Noelle Christine, State and tribe in nineteenth-century Afghanistan. The reign of Amir Dost Muhammad Khan (1826–1863). Curzon, 1997, p.88
- Noelle Christine, State and tribe in nineteenth-century Afghanistan. The reign of Amir Dost Muhammad Khan (1826–1863). Curzon, 1997, p.99
- Angus Hamilton. Afghanistan. W. Heinemann, 1906. Pg 247 2021-07-09 at the Wayback Machine
- Fayz Muḥammad Katib. Siraj al-tawarıkh. V. III. en:Afghanistan Digital Library. <http://afghanistandl.nyu.edu/books/adl0009/index.html 2011-10-02 at the Wayback Machine>
Xarici keçidlər
- Монография. Гамильтон А. Афганистан. Перевод с английского С. П. Голубинова. Спб.: Издательство В. Березовского, 1908. — 342 с.
- Поездка полковника Гродекова в Афганистан в 1878 году
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Efqan Turkustani hemcinin Cenubi Turkustan ve ya Car vilayet XIX esrin ikinci yarisinda Efqan dovletinin bir vilayetini teskil eden Murqab cayindan Hinduqus daglarina qeder olan erazi Efqanistanin simalinda Turkmenistan Ozbekistan ve Tacikistanla serhed bolgede yerlesir Efqanistanin Etnik xeritesine esasen Efqan Cenubi Turkustan erazisiEfqan Cenubi Turkustani erazilerini gosteren basqa bir versiyaEfqan Cenubi Turkustanin qeyri resmi bayragi XIX esrde Efqanistanda merkezi Mezari Serifde olan Turkustan vilayeti vardi Vilayet Efqanistan emiri Ebdurrehman xanin terefinden legv edildi Onun yerinde muasir Belx Kunduz Covzcan Seri Pul ve Feryab vilayetleri yaradildi CografiyasiTarixi menbelerde Efqanistan Turkustani Kokca cayinin Amuderya ile birlesmesinden simal serqden cenub qerbe Herat eyaletine qeder olan uzunlugu texminen 500 mil 800 km olan erazi daxil edilir Efqanistanin simal serhedi olan Hindukusa qeder 114 mil 183 km de Cenubi Turkustan erazisi sayilir Belelikle bu eraziye texminen 57 000 kvadrat mil 150 000 km2 ve ya muasir Efqanistan erazisinin texminen 2 9 hissesi daxil edilir Cenubi Turkustana kecmis Ozbek xanliqlarinin erazileri de daxildir Car vilayeti Akci xanligi Andxoy xanligi Sari pul xanligi Sibirxan xanligi Bedexsan xanligi Belx xanligi Qurzivan xanligi Darzab xanligi Kunduz xanligi Meymen xanligi Hulum xanligiEtnik terkibiCenubi Turkustanin ehalisinin esas hissesini ozbekler ve turkmenler teskil edir 2018 ci il melumatlarina gore Efqanistan erazisinde 3 843 000 min ozbek 1 1 milyon turkmen vardir Lakin bolgede xeyli sayda hezaralar tacikler ve pustun da yasayir TarixiQedim Belx ve ya Baktriya Baqtriya Margiana arxeoloji kompleksinin ayrilmaz hissesi idi ve hindi iranlilar terefinden isgal edilmisdir Eramizdan evvel V esrde Ehemeniler imperiyasinin bir vilayetine cevrilmis ve daha sonra Selevkiler imperiyasinin bir hissesi olmusdur Eramizdan evvel teqriben 250 ci ilde Selevkiler dovrunde Baktriya hokmdari I Diodot musteqilliyini elan etdi Bununla burada yunan baktiriya sulalesinin hokmranligi basladi Yunan baktiriya sulalesinin hokmranligi eramizdan evvel 126 ci illere qeder Parfiya ve koceri tayfalarin hucumlarina qeder davam etdi Bu ilden etibaren yunan baktriya sulalelerinin tarixi sona catdi Bundan sonra Bamyandaki neheng heykellerde ve qayaya hekk olunmus Xaybaka mebedinin binalarinda izlerini qoyan Buddizm dovru basladi Bolge Cingiz xan terefinden viran qoyuldu ve o vaxtdan beri evvelki inkisaf ve ciceklenme kimi hec vaxt tam berpa olunmadi Monqollardan sonra bolge Teymurilere ve XVI esrden Buxara xanligina mensub oldu Cenubi Turkustan XVIII esrde Durraniler imperiyasinin terkibine daxil idi Evvelce erazi Ehmed sah Durraninin 1747 1772 ondan sonra oglu Timur sah Durraninin 1772 1793 Efqan mulklerinin bir hissesine aid olmusdur Timur sahin ogullarinin arasinda davam eden daxili muharibeler bolgeye sahib olmaga calisan muxtelif ozbek tayfa bascilarinin musteqillik elde etmesine serait yaradirdi 1785 ci ilde Narin dairesinin emiri eslen Endicandan olan Kuvat xan Timur sahin Sind ve Pencabda olan cetinliklerinden istifade ederek Kunduz seherini ele kecirdi Kuvat xan da Kunduz seherini ele kecirdikden sonra musteqil dovlet yaratdigini elan etdi Bunun ardinca diger ozbek xanlari da musteqilliklerini elan etdiler XIX esr ve Efqan isgali2005 ci ilde ABS MKI nin tertib etdiyi Efqanistanin etnik xeritesi XIX esrin ortalarinda butun Cenubi Turkustan Buxara emirliyinin nezareti altinda idi Lakin daimi daxili muharibeler ve xarici mudaxileler bolgede yerli xanlarin zeiflemesine getirib cixarirdi Bolgede esas mubarize yerli sakinler ile efqan tayfalari arasinda gedirdi Efqanlar bu erazileri Simali Efqanistan hesab etdiklerinden buraya sahib olmaga calisirdilar Yerli xanlar Buxara emirliyi terefinden desteklenirdi Efqanlar ise britaniyalilardan komek alirdi Xususen Efqanistan emiri Dost Mehemmed xanin dovrunde bu mudaxileler guclenmeye basladi Efqanistanda merkezlesmis dovlet yaratmaga calisan Dost Mehemmed xanin rehberliyi ile efqanlar 1850 ci ilde Belx ve Tasqurqani 1855 ci il Akca daxil olmaqla daha dord qerb xanligini ela kecirdiler Bununla efqanlar Gunduze tehluke yaratmaga basladilar 1859 cu ilde Dost Mehemmed xan terefinden Gunduz feth edildikden sonra butun Cenubi Turkustan isgal olundu Cenubi Turkustan ehalisinin musteqillik ugrunda mubarizesi uzun muddet davam etdi Buxara xanligi emiri Muzeffer efqanlara qarsi mubarizede yerli ehaliye destek gostermesine baxmayaraq bu mubarize ugusuzluqla bitdi Buxara emirliyi ile Efqanistan hokumeti arasinda mubarize esasen Andxan Sari pul Sibirxan Meymene nezaret ugrunda gedirdi Bu mubarize 1873 cu ilde imzalanmis Ingilis Rusiya muqavilesi ile bitdi Bele ki Rusiya ve Britaniya imperiyalari butun Cenubi Turkustani Efqanistan erazisi kimi tanidi Ebdurrehman xanin 1880 1901 sert siyaseti ile bu uzaq eyalet butunlukle Kabula tabe edildi Hebibulla xanin taxta cixmasindan sonra Efqan Turkustaninda merkezi hakimiyyet yeniden zeifledi 1890 ci ilde Kataqan ve Bedexsan Cenubi Efqan Turkustanindan ayrildi ve yeni Kataqano Bedexsan vilayeti yaradildi Qeydlerfars ترکستان افغان Torkistane Afgan deri ترکستان افغان Turkistani Afgan ozb افغان ترکستانی Afqon Turkistoni turkm افغان ترکستانی Ovqan Turkustani fars ترکستان جنوبی Torkistane Canubi deri ترکستان جنوبی Turkistani Canubi ozb جنوبی ترکستان Canubiy Turkiston turkm جنوبی ترکستان Gunorta TurkustanIstinadlarAngus Hamilton Afghanistan W Heinemann 1906 Pg 247 2021 07 09 at the Wayback Machine Afghan Turkestan 1911 Encyclopaedia Britannica 2018 09 25 tarixinde arxivlesdirilib Istifade tarixi 2021 07 05 Gamilton A Afganistan SPb 1908 per S P Golubinova 2017 11 13 tarixinde Istifade tarixi 2021 07 05 Poezdka polkovnika Grodekova v Afganistan v 1878 godu 1 4 2016 01 30 tarixinde Istifade tarixi 2021 07 05 Afghan Population 34 940 837 July 2018 est Uzbeks 11 Central Intelligence Agency CIA The World Factbook 4 January 2021 tarixinde Istifade tarixi 13 April 2019 Ethnic Groups Library of Congress Country Studies 1997 Retrieved 2010 10 08 Jump up to a b Arxivlenmis suret 2021 05 10 tarixinde Istifade tarixi 2021 07 05 en USA Today Pashtuns say they re being brutalized 2009 12 22 at the Wayback Machine may 12 2002 Noelle Christine State and tribe in nineteenth century Afghanistan The reign of Amir Dost Muhammad Khan 1826 1863 Curzon 1997 p 88 Noelle Christine State and tribe in nineteenth century Afghanistan The reign of Amir Dost Muhammad Khan 1826 1863 Curzon 1997 p 99 Angus Hamilton Afghanistan W Heinemann 1906 Pg 247 2021 07 09 at the Wayback Machine Fayz Muḥammad Katib Siraj al tawarikh V III en Afghanistan Digital Library lt http afghanistandl nyu edu books adl0009 index html 2011 10 02 at the Wayback Machine gt Xarici kecidlerMonografiya Gamilton A Afganistan Perevod s anglijskogo S P Golubinova Spb Izdatelstvo V Berezovskogo 1908 342 s Poezdka polkovnika Grodekova v Afganistan v 1878 goduHemcinin bax