İraqeyn yürüşü — Osmanlı ordusunun şərqə doğru tərtiblənən ən böyük və ən uzun müddətli hərbi səfəridir. Səfər 2 mərhələdən ibarətdir. Birinci mərhələ 1534-cü ilin yayında baş tutmuş və İraq-i Əcəm adlanan İranın şimal-qərbinə yönəlmişdi. İkinci mərhələ isə 1535-ci ilin yazında başlamış, Bağdad və ətrafına yönəlmişdir. Buna görə də tarixi mənbələrdə İraqeyn (iki İraq) Səfəri adlanır.
İraqeyn yürüşü türk. Irakeyn Seferi | |||
---|---|---|---|
Səfəvi-Osmanlı münasibətləri | |||
Tarix | 1534-cü ilin yayı — 1536-cı ilin qışı | ||
Yeri | Təbriz və ətrafı | ||
Səbəbi | Cənubi Azərbaycan və İranın şimal-qərbinə hakim olmaq | ||
Nəticəsi | Səfəvilər Osmanlı qoşunları önünə çıxmadı. | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
İtkilər | |||
| |||
Sultan Süleymanın I yürüşü
Mənbələrdə deyilir ki, Üləma bəy Osmanlı sultanını Azərbaycana və İraqa yürüş etməyə sövq edirdi. O, şahı əmin edirdi ki, indi şahın başlıca qüvvələri özbəklərin Xorasana basqınını dəf edirlər və sultanın qızılbaş qoşunlarının olmadığı ölkəni ələ keçirməsi çətin olmayacaqdır. 1534-cü ilin yayında Sultan Süleyman çox böyük ordu ilə Azərbaycana hərəkət etdi. Ordunun ön dəstəsini Sədrəzəm İbrahim Paşanın 90 min nəfərlik qoşunu təşkil edirdi. Üləma bəy 10 min nəfərlə irəli çıxarılmışdı.
Üləma bəy ilə əlaqəsi olan bəzi qızılbaş əyanları Səfəvilərə xəyanət edərək düşmənin tərəfinə keçdilər. Məsələn, Musa sultan Mosullunun vəziri Xacə Şahqulu öz adamlarını sultanın yanına göndərərək onu Təbrizə dəvət etmişdi. Səbəb isə Musa sultanın qoşunların arasında yayılmış taun xəstəliyi səbəbilə paytaxtı tərk etməyə məcbur olması idi. Üləma bəy, Osmanlı qoşunları ilə Təbrizə daxil oldu. Bir neçə gündən sonra İbrahim Paşa şəhərin yaxınlığında öz düşərgəsini saldı. Üləma bəy Ərdəbilə, Hüsrəv Paşa isə Əlincə qalasını ələ keçirməyə göndərildi. Cənubi Azərbaycanın bir çox yerləri türklər tərəfindən tutuldu.
Osmanlı mənbələrinə görə, Sultan Süleymanın ilk yürüşü zamanı İbrahim Paşanın hərbi hissələri hicri 940-cı il 1 zilhiccə tarixində (13 iyun 1534) Təbrizə daxil oldular. I Süleymanın da olduğu Osmanlıların əsas qüvvələri isə şəhərə 27 sentyabrda çatdılar.
Osmanlı qoşunları Təbrizdə olduqları zaman işğalçıların zülm və zorakılığı nəticəsində şəhərdə çoxlu iğtişaşlar baş verdi. Osmanlı əsgərləri şəhərliləri qarət edir və öldürürdülər. Sünni üləmaları isə bu cinayətləri şiələrə qarşı yol verilən hərəkətlər kimi qanuniləşdirirdilər.
Düşmənin basqını barədə məlumat alan şah Xorasandan hərəkət etdi və Reyə çatdı. Qızılbaşların atları və dəvələri məsafəni sürətlə qət edərək gücdən düşmüşdülər. Bu üzüntülü yol onların bir çoxunu sıradan çıxarmışdı. Üstəlik də şah qoşununun sayı 7 min nəfərdən çox deyildi. Halbuki sultanın ordusu, Həsən bəy Rumlunun obrazlı ifadəsinə görə, "səhranın qum zərrələrindən və payız yarpaqlarından daha çox" idi. Şah Qəzvinə, oradan isə Əbhərə hərəkət etdi və burada əmirlərin müşavirəsini çağırdı. Onlardan hər biri öz fikrini söylədi. Hüseyn xan Şamlı dedi: "Bizim atlarımız əldən düşmüşlər, biz Rum qoşununun qarşısına çıxa bilmərik". I Şah Təhmasib ona belə cavab verdi: "Məgər mən dedim ki, biz rumlularla üz-üzə vuruşmaq istəyirik? Mən atamın qaydası ilə gedə bilmərəm. Bu düşmən çox güclüdür".
Sultan Süleyman I Şah Təhmasibə göndərdiyi məktubda onu qorxaqlıqda təqsirləndirdi və döyüşə başlamağı təkid etdi. Şah cavabında yazdı ki, o, ağlını itirməyib, bir qızılbaşa qarşı on türkün dayandığı qeyri-bərabər şəraitdə düşmənlə vuruşa bilməz.
Bəhram Mirzənin başçılığı ilə qızılbaşların irəlidə gedən hissələri Qızılüzən çayının sahilindəki Qaraağac yaxınlığında İbrahim Paşanın qoşunları ilə üz-üzə gəldilər. Qızılbaşlar döyüşə-döyüşə dağa doğru geri çəkilməyə məcbur oldular. Ardı-arası kəsilməyən axınla gələn Osmanlı qoşunları qızılbaşların sıralarını sarsıdırdı və onlar şah düşərgəsinə doğru çəkilirdilər. Bu vaxt Fars vilayətinin hakimi Əvənd xan Əfşar yeni qüvvələrlə şah qərargahına gəldi. Sultan Süleymanın çox böyük qoşunla Miyanəni keçərək Sultaniyəyə çatması barədə xəbər alındı. Bu təhlükəli anda qızılbaş əmirləri arasında ixtilaflar baş verdi. Məhəmməd xan Zülqədər oğlu, Hüseyn xan Təkəli və başqaları düşmənin tərəfinə keçdilər. Şah, Hüseyn xan Şamlıya, Qazi xan Təkəliyə və Məlik bəy Xoyluya da inanmırdı və bu onu düşmən qoşunları ilə vuruşa girməkdən çəkinməyə məcbur edirdi.
Payızın sonunda Sultaniyə ərazisində bərk qar yağdı və güclü şaxtalar düşdü. Osmanlı ordusu şiddəətli soyuqlar və azuqə çatışmazlığı səbəbindən böyük itkilər verdi. Osmanlılar qızılbaşların artilleriyanı ələ keçirmələrinin qarşısını almaq üçün yüzə qədər topu tonqalda yandırdılar. Sultan qışlamaq üçün Bağdada tərəf döndü, Üləmanı isə Təbrizə göndərdi. Sultanın Bağdada getmək cəhdini əsirlərdən öyrənən Şah Təhmasib Təbrizə hərəkət etdi. Bu vaxt Qazi xan Təkəli şaha xəyanət etdi və ondan əvvəl Təbrizə gələrək şah ordusunun yaxınlaşdığını xəbər verdi. Onlar qaçaraq hündür qüllələri və divarları olan, hər tərəfdən dərin xəndəklərlə əhatə olunmuş Van qalasında gizləndilər. Qızılbaş qoşunları qalanı mühasirəyə aldılar. Mühasirə qış qurtaranadək uzandı.
Qızılbaşların qalanı tutması ərəfəsində şaha, sultanın "öz oğlu" adlandırdığı və "Əcəm" hakimi kimi tanıdığı qardaşı Sam Mirzənin xəyanəti haqqında xəbər verdilər. Buna görə də şah mühasirədən əl çəkdi, tələsik Azərbaycana yola düşdü. Bu zaman Sultan Süleyman böyük çətinliklərlə Şəhrizurdan keçərək Bağdada yaxınlaşdı. Şəhərdəki iğtişaşlar onun hakimi Məhəmməd xan Şərəfəddin oğlu Təkəlini şəhəri heç bir müqavimət göstərmədən türklərə verməyə məcbur etdi. Həmin hadisələrin iştirakçısı olmuş Budaq Qəzvininin dediyinə görə, Sultan Süleymanın yaxınlaşması barədə xəbərlər alındıqda Məhəmməd xan öz "ağalarını" bir yerə toplayıb yaranmış vəziyyət haqda məlumat verdi. Təqribən 3 min nəfər olan təkəli tayfası şaha imtina etdi, lakin bildirdi ki, Bağdadı sultandan müdafiə edəcəkdir. Onları yola gətirməyin mümkün olmadığını görən Məhəmməd xan bildirdi: türklərin tərəfini saxlayanlar, arvad – uşaqları və əmlakı ilə şəhərdən çıxmalıdırlar. 700-ə qədər ailə şəhəri tərk etdi. Yerdə qalanlara ümid bəsləyən xan yenidən adamlara müraciət etdi və bu dəfə də o etirazla qarşılandı. Təkəli tayfası şahdan üz döndərmişdi. Belə olanda xan iğtişaş və ədavət salanlardan yaxa qurtarmaq üçün hiyləyə əl atdı. O bildirdi ki, şahın yanına getmək arzusundan əl çəkmişdir və qalanı türklərə təslim etmək istəyir. Xana tabe olmayan başçılar məktub və qala açarları ilə Sultanın yanına göndərildi. Bundan sonra Məhəmməd xan ona sadiq olan adamlardan ibarət dəstə ilə qaladakı ehtiyatlara od vurdurdu, qalan əmlakı çapıb-talayaraq döyüşə-döyüşə Dəclə çayının sağ sahilinə keçdi.
Sultan Süleymanın II yürüşü
1534-cü ilin qışını Bağdadda keçirən Sultan Süleyman 1535-ci il yazın əvvəlində Təbrizə hərəkət etdi. Bundan əvvəl şah, sakinləri Təbrizdən köçürmüş, şəhəri boşaltmışdı. Həmin ərazidə yaşayan tayfalar İraqa və Farsa köçürülmüşdü. Suvarma kanalları və kəhrizlər torpaqla doldurulmuşdu. Taxıl və əkinlər yandırılmış, yerdə qalan nə varsa, mal-qaraya yedizdirilmişdi. Bu tədbirləri gördükdən sonra şah Sultaniyəyə çəkildi. Onun arxasınca Osmanlı qoşunları Təbrizə daxil oldu. Şah sultan və İbrahim Paşa ilə sülh danışıqlarına başlamq üçün iki dəfə öz elçilərini onların yanına göndərdi, lakin rədd cavabı aldı. Şah qoşunları Sultaniyədən Dərcəzinə gedən yolda əkinləri yandırdılar. Osmanlı ordusu Sultaniyə ərazisinə çatanda aclıq və baş verən taun xəstəliyi sultanın canlı qüvvəsinə böyük tələfat verdi. Burada (Dərcəzində) qızılbaşların irəlidə olan hissələri Əmir Sultan Rumlu və başçılığı ilə Osmanlı qoşunları ilə toqquşdular. Osmanlılar qızılbaşlara hücum etdilər, lakin məğlub olub geri çəkildilər.
Bəhram Mirzə bir dəstə əmirlə-Məntəşə Sultan, Əmir Sultan, Şahqulu xəlifə möhrdar, Məhəmməd Əmin bəy Süfrəçi ilə birlikdə İbrahim Paşanı təqib etmək üçün göndərildi. Halbuki, şah özü Van qalasına yola düşmüşdü. Qalada mühasirəyə düşmüş Osmanlılara yardım göstərmək üçün sultan Diyarbəkir hakimi Mehmed Paşanı və Üləma bəyi 2 min nəfərlik yeniçəri və 10 minlik sipahi ilə ora göndərdi. Onlar Vostan yaxınlığında türkman tayfasından olan şah qorçuları ilə qarşılaşdılar. Xain Üləmanın yaxınlıqda olması xəbərini alan şah 2 min nəfərlə onun üzərinə yeridi.
Üləmanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Mehmed Paşa özünün sayca üstünlüyünə arxalanıb yeniçəriləri ön sırada yerləşdirərək qızılbaşlarla döyüşə girməyi qərara aldı. Lakin Şiraz hakimi Qazi xan Zülqədər türkman və zülqədər tayfalarından qorçular dəstəsi ilə düşmənə hücum etdi. Həsən bəy Rumlunun sözləri ilə desək, “bir anda dörd yüzə qədər türk qızılbaşlar tərəfindən öldürüldü və onların başları şah atının ayaqları altına atıldı". Sultanın bir neçə əyanı əsir alındı. Qızılbaşlar düşməni Bitlisədək təqib etdilər. Onlar böyük qənimət ələ keçirdilər. Bəhram Mirzə əmirlərlə Ərcişə yola düşdü. Oranın müdafiəçiləri qızılbaşları qalanın qarşısında qarşıladılar. Qızılbaşların hücumuna davam gətirməyən türklər qalaya çəkilib sultandan kömək göndərməsini xahiş etdilər. Sultan Süleyman buraya Sinan Paşa başda olmaqla qoşun göndərdi. Lakin Budaq xan Qacarın dəstəsi onları qarşılayarq darmadağın etdi. Sinan Paşa və başqa Osmanlı sərkərdələri ilə birlikdə yüzlərlə türk məhv edildi. Onların başları Van yaxınlığında olan şaha çatdırıldı. Sinan Paşanın həlak olmasından xəbər tutan Sultan Süleyman öz ordusunun seçmə hissələrini İbrahim Paşanın başçılığı altına keçirdi və Ərcişdə mühasirədə qalanlara köməyə göndərdi. Lakin qızılbaşlar İbrahim Paşanın göndərdiyi dəstəni də darmadağın etdilər. Bundan sonra İbrahim Paşa qalanın sakinlərini də özü ilə götürərək oranı tərk etdi. Beləliklə, Van və Ərciş əraziləri şahın əlinə keçdi. Sultan Süleyman Əhlətdən Bitlisə, oradan da Diyarbəkirə gələrək Hələb, Antakya, Konya istiqamətində irəliləyərək İstanbula çatdı (8 yanvar 1536).
İstinadlar
- Büyük Osmanlı Tarihi,Enver Ziya Karal, İ.Hakkı Uzunçarşılı,2001,Sabah Yayınları,Cilt 3
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər Dövləti. səh. 82
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Iraqeyn yurusu Osmanli ordusunun serqe dogru tertiblenen en boyuk ve en uzun muddetli herbi seferidir Sefer 2 merheleden ibaretdir Birinci merhele 1534 cu ilin yayinda bas tutmus ve Iraq i Ecem adlanan Iranin simal qerbine yonelmisdi Ikinci merhele ise 1535 ci ilin yazinda baslamis Bagdad ve etrafina yonelmisdir Buna gore de tarixi menbelerde Iraqeyn iki Iraq Seferi adlanir Iraqeyn yurusu turk Irakeyn SeferiSefevi Osmanli munasibetleriTarix 1534 cu ilin yayi 1536 ci ilin qisiYeri Tebriz ve etrafiSebebi Cenubi Azerbaycan ve Iranin simal qerbine hakim olmaqNeticesi Sefeviler Osmanli qosunlari onune cixmadi Munaqise terefleriOsmanli Imperiyasi Sefeviler ImperiyasiKomandan lar I Suleyman Parqali Ibrahim Pasa Deli Husrev Pasa Ulema bey Tekeli Mehemmed xan Zulqeder I Tehmasib Behram Mirze Huseyn xan SamliItkiler7000 olu 5000 olu 1000 esirSultan Suleymanin I yurusuMenbelerde deyilir ki Ulema bey Osmanli sultanini Azerbaycana ve Iraqa yurus etmeye sovq edirdi O sahi emin edirdi ki indi sahin baslica quvveleri ozbeklerin Xorasana basqinini def edirler ve sultanin qizilbas qosunlarinin olmadigi olkeni ele kecirmesi cetin olmayacaqdir 1534 cu ilin yayinda Sultan Suleyman cox boyuk ordu ile Azerbaycana hereket etdi Ordunun on destesini Sedrezem Ibrahim Pasanin 90 min neferlik qosunu teskil edirdi Ulema bey 10 min neferle ireli cixarilmisdi Ulema bey ile elaqesi olan bezi qizilbas eyanlari Sefevilere xeyanet ederek dusmenin terefine kecdiler Meselen Musa sultan Mosullunun veziri Xace Sahqulu oz adamlarini sultanin yanina gondererek onu Tebrize devet etmisdi Sebeb ise Musa sultanin qosunlarin arasinda yayilmis taun xesteliyi sebebile paytaxti terk etmeye mecbur olmasi idi Ulema bey Osmanli qosunlari ile Tebrize daxil oldu Bir nece gunden sonra Ibrahim Pasa seherin yaxinliginda oz dusergesini saldi Ulema bey Erdebile Husrev Pasa ise Elince qalasini ele kecirmeye gonderildi Cenubi Azerbaycanin bir cox yerleri turkler terefinden tutuldu Osmanli menbelerine gore Sultan Suleymanin ilk yurusu zamani Ibrahim Pasanin herbi hisseleri hicri 940 ci il 1 zilhicce tarixinde 13 iyun 1534 Tebrize daxil oldular I Suleymanin da oldugu Osmanlilarin esas quvveleri ise sehere 27 sentyabrda catdilar Seferin tereflerinden olan Sultan Suleyman Qanuni Osmanli qosunlari Tebrizde olduqlari zaman isgalcilarin zulm ve zorakiligi neticesinde seherde coxlu igtisaslar bas verdi Osmanli esgerleri seherlileri qaret edir ve oldururduler Sunni ulemalari ise bu cinayetleri sielere qarsi yol verilen hereketler kimi qanunilesdirirdiler Dusmenin basqini barede melumat alan sah Xorasandan hereket etdi ve Reye catdi Qizilbaslarin atlari ve develeri mesafeni suretle qet ederek gucden dusmusduler Bu uzuntulu yol onlarin bir coxunu siradan cixarmisdi Ustelik de sah qosununun sayi 7 min neferden cox deyildi Halbuki sultanin ordusu Hesen bey Rumlunun obrazli ifadesine gore sehranin qum zerrelerinden ve payiz yarpaqlarindan daha cox idi Sah Qezvine oradan ise Ebhere hereket etdi ve burada emirlerin musaviresini cagirdi Onlardan her biri oz fikrini soyledi Huseyn xan Samli dedi Bizim atlarimiz elden dusmusler biz Rum qosununun qarsisina cixa bilmerik I Sah Tehmasib ona bele cavab verdi Meger men dedim ki biz rumlularla uz uze vurusmaq isteyirik Men atamin qaydasi ile gede bilmerem Bu dusmen cox gucludur Sultan Suleyman I Sah Tehmasibe gonderdiyi mektubda onu qorxaqliqda teqsirlendirdi ve doyuse baslamagi tekid etdi Sah cavabinda yazdi ki o aglini itirmeyib bir qizilbasa qarsi on turkun dayandigi qeyri beraber seraitde dusmenle vurusa bilmez Seferin tereflerinden olan I Sah Tehmasib Behram Mirzenin basciligi ile qizilbaslarin irelide geden hisseleri Qiziluzen cayinin sahilindeki Qaraagac yaxinliginda Ibrahim Pasanin qosunlari ile uz uze geldiler Qizilbaslar doyuse doyuse daga dogru geri cekilmeye mecbur oldular Ardi arasi kesilmeyen axinla gelen Osmanli qosunlari qizilbaslarin siralarini sarsidirdi ve onlar sah dusergesine dogru cekilirdiler Bu vaxt Fars vilayetinin hakimi Evend xan Efsar yeni quvvelerle sah qerargahina geldi Sultan Suleymanin cox boyuk qosunla Miyaneni kecerek Sultaniyeye catmasi barede xeber alindi Bu tehlukeli anda qizilbas emirleri arasinda ixtilaflar bas verdi Mehemmed xan Zulqeder oglu Huseyn xan Tekeli ve basqalari dusmenin terefine kecdiler Sah Huseyn xan Samliya Qazi xan Tekeliye ve Melik bey Xoyluya da inanmirdi ve bu onu dusmen qosunlari ile vurusa girmekden cekinmeye mecbur edirdi Payizin sonunda Sultaniye erazisinde berk qar yagdi ve guclu saxtalar dusdu Osmanli ordusu siddeetli soyuqlar ve azuqe catismazligi sebebinden boyuk itkiler verdi Osmanlilar qizilbaslarin artilleriyani ele kecirmelerinin qarsisini almaq ucun yuze qeder topu tonqalda yandirdilar Sultan qislamaq ucun Bagdada teref dondu Ulemani ise Tebrize gonderdi Sultanin Bagdada getmek cehdini esirlerden oyrenen Sah Tehmasib Tebrize hereket etdi Bu vaxt Qazi xan Tekeli saha xeyanet etdi ve ondan evvel Tebrize gelerek sah ordusunun yaxinlasdigini xeber verdi Onlar qacaraq hundur qulleleri ve divarlari olan her terefden derin xendeklerle ehate olunmus Van qalasinda gizlendiler Qizilbas qosunlari qalani muhasireye aldilar Muhasire qis qurtaranadek uzandi Qizilbaslarin qalani tutmasi erefesinde saha sultanin oz oglu adlandirdigi ve Ecem hakimi kimi tanidigi qardasi Sam Mirzenin xeyaneti haqqinda xeber verdiler Buna gore de sah muhasireden el cekdi telesik Azerbaycana yola dusdu Bu zaman Sultan Suleyman boyuk cetinliklerle Sehrizurdan kecerek Bagdada yaxinlasdi Seherdeki igtisaslar onun hakimi Mehemmed xan Serefeddin oglu Tekelini seheri hec bir muqavimet gostermeden turklere vermeye mecbur etdi Hemin hadiselerin istirakcisi olmus Budaq Qezvininin dediyine gore Sultan Suleymanin yaxinlasmasi barede xeberler alindiqda Mehemmed xan oz agalarini bir yere toplayib yaranmis veziyyet haqda melumat verdi Teqriben 3 min nefer olan tekeli tayfasi saha imtina etdi lakin bildirdi ki Bagdadi sultandan mudafie edecekdir Onlari yola getirmeyin mumkun olmadigini goren Mehemmed xan bildirdi turklerin terefini saxlayanlar arvad usaqlari ve emlaki ile seherden cixmalidirlar 700 e qeder aile seheri terk etdi Yerde qalanlara umid besleyen xan yeniden adamlara muraciet etdi ve bu defe de o etirazla qarsilandi Tekeli tayfasi sahdan uz dondermisdi Bele olanda xan igtisas ve edavet salanlardan yaxa qurtarmaq ucun hiyleye el atdi O bildirdi ki sahin yanina getmek arzusundan el cekmisdir ve qalani turklere teslim etmek isteyir Xana tabe olmayan bascilar mektub ve qala acarlari ile Sultanin yanina gonderildi Bundan sonra Mehemmed xan ona sadiq olan adamlardan ibaret deste ile qaladaki ehtiyatlara od vurdurdu qalan emlaki capib talayaraq doyuse doyuse Decle cayinin sag sahiline kecdi Sultan Suleymanin II yurusu1534 cu ilin qisini Bagdadda keciren Sultan Suleyman 1535 ci il yazin evvelinde Tebrize hereket etdi Bundan evvel sah sakinleri Tebrizden kocurmus seheri bosaltmisdi Hemin erazide yasayan tayfalar Iraqa ve Farsa kocurulmusdu Suvarma kanallari ve kehrizler torpaqla doldurulmusdu Taxil ve ekinler yandirilmis yerde qalan ne varsa mal qaraya yedizdirilmisdi Bu tedbirleri gordukden sonra sah Sultaniyeye cekildi Onun arxasinca Osmanli qosunlari Tebrize daxil oldu Sah sultan ve Ibrahim Pasa ile sulh danisiqlarina baslamq ucun iki defe oz elcilerini onlarin yanina gonderdi lakin redd cavabi aldi Sah qosunlari Sultaniyeden Dercezine geden yolda ekinleri yandirdilar Osmanli ordusu Sultaniye erazisine catanda acliq ve bas veren taun xesteliyi sultanin canli quvvesine boyuk telefat verdi Burada Dercezinde qizilbaslarin irelide olan hisseleri Emir Sultan Rumlu ve basciligi ile Osmanli qosunlari ile toqqusdular Osmanlilar qizilbaslara hucum etdiler lakin meglub olub geri cekildiler Seferde istirak eden Osmanli tarixcisi Matrakci Nasuhun hazirladigi Tebriz miniaturu Behram Mirze bir deste emirle Mentese Sultan Emir Sultan Sahqulu xelife mohrdar Mehemmed Emin bey Sufreci ile birlikde Ibrahim Pasani teqib etmek ucun gonderildi Halbuki sah ozu Van qalasina yola dusmusdu Qalada muhasireye dusmus Osmanlilara yardim gostermek ucun sultan Diyarbekir hakimi Mehmed Pasani ve Ulema beyi 2 min neferlik yeniceri ve 10 minlik sipahi ile ora gonderdi Onlar Vostan yaxinliginda turkman tayfasindan olan sah qorculari ile qarsilasdilar Xain Ulemanin yaxinliqda olmasi xeberini alan sah 2 min neferle onun uzerine yeridi Ulemanin defelerle xeberdarliq etmesine baxmayaraq Mehmed Pasa ozunun sayca ustunluyune arxalanib yenicerileri on sirada yerlesdirerek qizilbaslarla doyuse girmeyi qerara aldi Lakin Siraz hakimi Qazi xan Zulqeder turkman ve zulqeder tayfalarindan qorcular destesi ile dusmene hucum etdi Hesen bey Rumlunun sozleri ile desek bir anda dord yuze qeder turk qizilbaslar terefinden olduruldu ve onlarin baslari sah atinin ayaqlari altina atildi Sultanin bir nece eyani esir alindi Qizilbaslar dusmeni Bitlisedek teqib etdiler Onlar boyuk qenimet ele kecirdiler Behram Mirze emirlerle Ercise yola dusdu Oranin mudafiecileri qizilbaslari qalanin qarsisinda qarsiladilar Qizilbaslarin hucumuna davam getirmeyen turkler qalaya cekilib sultandan komek gondermesini xahis etdiler Sultan Suleyman buraya Sinan Pasa basda olmaqla qosun gonderdi Lakin Budaq xan Qacarin destesi onlari qarsilayarq darmadagin etdi Sinan Pasa ve basqa Osmanli serkerdeleri ile birlikde yuzlerle turk mehv edildi Onlarin baslari Van yaxinliginda olan saha catdirildi Sinan Pasanin helak olmasindan xeber tutan Sultan Suleyman oz ordusunun secme hisselerini Ibrahim Pasanin basciligi altina kecirdi ve Ercisde muhasirede qalanlara komeye gonderdi Lakin qizilbaslar Ibrahim Pasanin gonderdiyi desteni de darmadagin etdiler Bundan sonra Ibrahim Pasa qalanin sakinlerini de ozu ile goturerek orani terk etdi Belelikle Van ve Ercis erazileri sahin eline kecdi Sultan Suleyman Ehletden Bitlise oradan da Diyarbekire gelerek Heleb Antakya Konya istiqametinde irelileyerek Istanbula catdi 8 yanvar 1536 IstinadlarBuyuk Osmanli Tarihi Enver Ziya Karal I Hakki Uzuncarsili 2001 Sabah Yayinlari Cilt 3 Oqtay Efendiyev Azerbaycan Sefeviler Dovleti seh 82