İbrahim xan (XVII əsr, Xorasan və ya صفویلر – 1738) — Nadir şah Əfşarın qardaşı. Adı Məhəmməd İbrahim olan bu qardaşı mənbələrdə və tarixi ədəbiyyatda daha çox sadəcə İbrahim xan kimi xatırlanır. “Aləm Ara-ye Naderi”də onun doğulması barədə kiçik bir qeyd vardır. Amma onun doğulduğu tarix göstərilməmişdir.
İbrahim xan Əfşar | |
---|---|
Məhəmməd İbrahim xan Qırxlı Əfşar Zəhirəddövlə | |
| |
1732 – ? | |
1732 – 1736 | |
1736 – 1738 | |
Əvvəlki | Əfşarlar dövləti tərəfindən təsis edilib |
Sonrakı | Əmiraslan xan Qırxlı-Avşar |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XVII əsr |
Doğum yeri | |
Vəfat tarixi | 1738 |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | İmamqulu bəy |
Uşaqları | Əliqulu xan, Məhəmmədəli bəy, Hüseyn bəy, Kazım bəy. |
Dini | Şiə İslam |
Həyatı
Hər halda bu mənbəyə görə, İbrahim Nadirin kiçik qardaşı idi. O, uşaq yaşlarında Nadirdən fərqli keyfiyyətlərə malik idi. Nadir daha çevik, fiziki hərəkətlərə və vərdişlərə daha çox meylli idisə, İbrahimdə bu keyfiyyətlər özünü elə də büruzə vermirdi və buna görə də tez-tez atasının qınaqlarına məruz qalırdı.
İbrahimin uşaqlıq və gəncliyi mənbə müəlliflərinin diqqətini cəlb etməmişdir. Nəzərə alınsa ki, İbrahim də gəncliyində Nadirin dəstəsinin üzvü olmuşdur, onda belə bir qənaətə gəlmək olar ki, o da gəncliyində at minməyi və qılınc tutmağı öyrənmişdi.
İbrahimin adının “Aləm Ara-ye Naderi”də çəkilməsi tarix etibarilə XVIII əsrin 20-ci illərinə təsadüf edir. Mənbədə göstərilir ki, Nadir öz dəstəsinin bir hissəsini qardaşı İbrahimin rəhbərliyi altında Qorqan qalasında saxladı və özü isə Əlieli tərəkəmələrinin itaət altına gətirilməsinə yollandı. Elə oradaca Nadirə qarşı itaətsizlik və xəyanət yolu tutmuş Aşur xanın bağışlanması üçün İbrahimim qardaşından xahiş etdiyi göstərilir. Əvvəlcə Nadirlə yaxşı münasibətdə olub, sonra təkrar-təkrar ona xəyanət yolu tutan Aşur xanı növbəti dəfə bağışlamasından ehtimal etmək olar ki, Nadir hələ cavanlığında qardaşı İbrahimi çox istəyirdi. Həqiqətdə də belə idi. Nadir şah bütün həyatı boyu qardaşı İbrahimi və onun övladlarını çox istəyirdi və onları özünə arxa-dayaq hesab edirdi. Onlar da Nadir şahın himayəsi və qayğısı altında böyümüşdülər. Mənbələrin məlumatlarından da görmək mümkündür ki, Nadir şah Əliqulu xanı öz övladları qədər sevirdi və ona çox etibar edirdi.
II Şah Təhmasib ilə birləşməsi ərəfəsində Nadir qardaşı İbrahimi evləndirdi. O, əfşar əyanlarından olan Tohid xan Soltanın qızını qardaşına istədi və tezliklə onların nikahını bağlatdırdı. İbrahimin böyük oğlu Əliqulu da məhz bu nikahdan dünyaya gəldi.
Hərbi fəaliyyəti
Əbdali əfqanlarını zərərsizləşdirəndən və 1727-ci ilin sonlarında Heratı nəzarət altına alandan sonra Nadir Məşhədə qayıdıb ölkənin qərbində döyüşlər aparılması üçün hazırlıq işlərinə başladı. Bu vaxt Nadir Xəbuşan ətrafında yaşayan kürdlərin qiyam qaldırmaları və itaətsizlik göstərmələri barədə məlumat aldı. Nadir və onun ətrafındakılar belə bir qənaətə gəldilər ki, kürdlərin qiyamının cavabsız buraxılması bölgədə yaşayan digər tayfaları da itaətsizliyə təhrik edə bilər. Nadir qərara gəldi ki, Xəbuşana qoşun dəstəsi göndərsin və həmin qoşun dəstəsinə rəhbərlik mənbədə artıq xan kimi təqdim olunan İbrahim xana həvalə olundu. Onun ixtiyarına verilən qoşun dəstəsinin tərkibi 10 min nəfərdən ibarət idi. Bu tapşırıq İbrahim xan tərəfindən müstəqil şəkildə və böyük qoşun dəstəsinin iştirakı ilə keçirilən ilk böyük və ciddi tapşırıq idi. Bu, eyni zamanda onu göstərirdi ki, həmin vaxt İbrahim xan artıq 10 min nəfərlik qoşun dəstəsinə rəhbərlik təcrübəsi əldə etmişdi. İbrahim xan tapşırığın icrasına yollanarkən Dərgəzdə mənzil saldı və qoşun dəstəsinə bir müddət istirahət verdi. Dərgəzin əyanları və sərkərdələri bir daha itaətlərini bəyan etdilər və yerli əhali arasında səfərbərlik aparıb kiçik bir dəstə təşkil etdilər və onu da İbrahim xanın dəstəsinə qatdılar.
İbrahim xan topladığı məlumatlar əsasında müəyyənləşdirdi ki, bölgədəki kürd qiyamına Nəcəf Soltan Qaracurlu adlı birisi rəhbərlik edir və bu qiyam bölgənin bir sıra məntəqələri tərəfindən dəstəklənir. İbrahim xanın qoşun dəstəsi ilə bu qiyamın yatırılmasına gəlməsi xəbərini eşidəndən sonra kürd əyanları və sərkərdələri ətrafdakı bütün məntəqələrə adamlar göndərdilər və İbrahim xana daha yaxşı müqavimət göstərilməsi üçün əlavə silahlı dəstələr istədilər. Ətraf məntəqələrdə dərhal belə hazırlıq işləri aparıldı və qısa müddətdən sonra İbrahim xanın dəstəsinə qarşı 20 min nəfərlik kürd dəstəsi formalaşdırıldı. Gərmxan adlanan məntəqədə İbrahim xanın dəstəsi Nəcəf Soltanın dəstəsi ilə üz-üzə gəldi. Qızğın gedən döyüşlərin sonunda İbrahim xan geri çəkilməyə məcbur oldu və Kərimxan qalasına çəkildi. İbrahim xan dəstək üçün Nadirin yanına çapar göndərdi. İbrahim xanın vəziyyətindən xəbər tutan Nadir xan tezlikə İbrahimə dəstəyə gəldi. Qeyd etmək lazımdır ki, bu döyüş Nadir üçün də xeyli ağır keçdi. Kürdlərin əlverişli mövqelər tutması onların gücünü daha da artırırdı. Üç gün davam edən döyüş Nadirin dəstəsinin müqavimət gücünü zəiflətdi və yalnız başqa tapşırığın icrası üçün göndərilmiş Mərv dəstəsinin yetişməsi Nadirin dəstəsini ağır vəziyyətdən xilas etdi. Amma kürdlərin yeni-yeni dəstələrinin döyüşə qatılması döyüş təşəbbüsünün yenidən onlar tərəfə meyllənməsinə səbəb oldu. Belə olanda Nadir qardaşı İbrahim xana xəbər göndərdi ki, mühasirəni yarıb artilleriyası ilə onun köməyinə gəlsin. Yalnız İbrahim xanın gətirdiyi topların köməyi ilə Xəbuşan kürdlərinə qarşı başlanan döyüşü qələbə ilə başa çatdırmaq mümkün oldu.
Əsrin 30-cu illərinin əvvəllərində Nadir döyüşlər aparmaq üçün ölkənin qərbinə yollananda İbrahim xanı Xorasan hakimi təyin etdi. İbrahim xan Nadirin bu tapşırığının öhdəsindən gələ bilmədi. Vilayətin idarəçiliyinə onun diqqətinin zəifləməsi Herat əfqanlarını Xorasanın yenidən işğalına sövq etdi. Herat əfqanları Zülfüqar xanın rəhbərliyi altında qiyam qaldırıb Nadir tərəfdən ora hakim təyin edilmiş Allahyar xanı devirdilər. Onda Allahyar xan kömək üçün İbrahim xanın yanına gəldi. İbrahim xan da məsləhət üçün Nadirə məktub göndərdi. Nadir ona Herat üzərinə qoşun çəkməyə icazə vermədi. Onun nəzərincə bu, ağır nəticələrə gətirə bilərdi. Osmanlı qoşunları ilə döyüşləri başa çatdırdıqdan sonra Nadir özü yenidən Herata qoşun çəkmək niyyətində olduğunu bildirdi.
Amma Heratda qiyam qaldırmış qüvvələr yalnız Herat qalasını tutmaqla kifayətlənməyib Məşhəd üzərinə də hücum çəkdilər. İbrahim xan əfqanlara müqavimət göstərmək üçün tələsik hazırlıq gördü və 10 min nəfərlik bir dəstə hazırladı. O, artilleriyanın müşayiəti ilə dəstəsini Məşhəddən çıxardı və əfqanları qaladan kənarda qarşılamağı qərarlaşdırdı. 1730-cu ildə baş verən bu döyüş əfqanların üstünlüyü şəraitində keçdi. Belə olanda İbrahim xan qala daxilinə çəkildi və bir neçə gün qala daxilində müdafiə olundu. İbrahim xan qala xaricində əfqanlara yenidən müqavimət göstərmək istəsə də buna nail ola bilmədi və o, bütün qüvvələri ilə qala daxilində müdafiəyə çəkildi. Bir neçə günlük döyüşlər nəticəsində İbrahim xan çoxlu sayda itki verdi. Əfqanların mühasirəsi güclənəndə İbrahim xan yeganə çıxış yolunu yenidən Nadirdən kömək istəməkdə gördü. Bu məqsədlə Azərbaycanda olan Nadirin yanına çaparlar göndərdi. Çaparların göndərilməsindən təxminən 10 gün sonra əfqan sərkərdələri toplanıb vəziyyəti müzakirə etdilər. Qalanın mühasirəsinin uzanmasının və Nadirdən yardım gəlməsinin onların xeyrinə olmayacağı qənaətinə gəlib ələ keçirdikləri çoxlu qənimətlərlə geri çəkildilər.
35 gündən sonra Nadir dəstəsi ilə Nişapura yetişdi və oradan İbrahim xana məktub göndərdi. Nadir Məşhəddə baş verənlərdə onu da təqsirkar saydı və tələb etdi ki, onun gözünə görünməsin və onlar Məşhədə yetişənə kimi şəhəri tərk edib Əbivərdə yollansın. İbrahim xanın bu əmri yerinə yetirməkdən başqa çarəsi yox idi. Qəzəblənmiş qardaşının gözünə görünməmək üçün o, şəhəri tərk edib Əbivərdə yollandı.
Nadir Məşhəd ətrafında baş verənlərdə qardaşını ittihamlandırsa da, ona olan qardaşlıq məhəbbəti heç də azalmadı. Onunla görüşməyə bir fürsət axtardı və tezliklə belə bir fürsətin yaranmasına çox sevindi. Ona xəbər verildi ki, Ərsari, Təkə, Yəmut tayfaları 10 min nəfərlik bir dəstə təşkil edib Tecən və Sarıqamışa toplayıblar və oradan vaxtaşırı Əbivərdə hücum edirlər. Baxmayaraq ki, Nadir Məşhədə hücum etmiş və Heratda qiyam qaldırmış əfqanları tezliklə cəzalandırmaq istəyirdi, bununla belə ilkin olaraq Əbivərdə yolandı. Nadir orada həm qardaşı İbrahim xanla görüşmək istəyirdi, həm də doğulduğu yurda baş çəkmək. Buna görə də dərhal dəstəsi ilə Əbivərdə yola düşdü. Nadirin Əbivərdə gəlməsi xəbərini eşidəndə İbrahim xan onun görüşünə getdi. Bu qarşılaşma zamanı Nadir bir tərəfdən qardaş məhəbbətini nümayiş etdirmək istəyirdisə, bir tərəfdən də sərkərdə və rəhbər prinsipiallığını əldən vermək istəmirdi. Əyanları və sərkərdələri qarşısında İbrahim xanın yol verdiyi laqeydliyə və biganəliyə münasibət bildirməməsinin digərlərinə pis nümunə olacağından ehtiyatlanan Nadir, əlini qamçıya atdı. Şahidlərin ifadəsinə görə, Nadir onu əhatə edənlərin qarşısında İbrahim xana 22 qamçı vurdu və dedi: "Ey itdən pis olan namərd. Nə səbəb oldu ki, mənim dəyərli qazilərimin və bahadırlarımın çoxunu tələf etdin, əfqanların əli ilə öldürdün?” Nadir hətta əlini qılıncına atdı ki, İbrahimin üstünə əl qaldırsın. Ona yaxınlaşanda isə qılıncının ağzını çevirdi və tiyəsinin arxası ilə atının yanından vurdu. Bundan sonra əlini dayandırıb öz istirahət yerinə yollandı. Belə bir görüşü gözləməyən əyanlar İbrahim xana yaxınlaşıb ona ürək-dirək verdilər, onu Nadirdən inciməməyə çağırdılar.
Gecədən keçəndən sonra Nadir qardaşının yanına gəldi. Əlini onu boynuna salıb üzündən öpdü və dedi: “ Can qardaşım, sən böyük qəflətə yol verdin.... Xorasanın yerli hakimlərinin hər biri bir eldən, qəbilədən və camaatdandır. Onların biri oğlunu, biri qardaşını itirib. Əgər onların qarşısında səndən tələb etməsəm, sonra təqsiri olan sərkərdələrdən də heç nə tələb edə bilmərəm” .
Nadir qardaşı ilə oturub xeyli söhbət etdi və aralarındakı inciklik yox olandan sonra Nadir yenə öz çadırına döndü. Nadir dəstəsi ilə əvvəlcə Tecən və Sarıqamışda toplaşan dəstələri əzdi, sonra isə İbrahim xanı və oğlu Rzaqulunu Məşhədə göndərdi.
II Şah Təhmasibin Osmanlı qüvvələri ilə uğursuz döyüşünün nəticələrini araşdırmaq üçün İsfahana yollananda Nadir yenidən İbrahim xanı Xorasan hakimi elan etdi və onu Məşhəddə saxladı. Məlumdur ki, Nadir, Şah Təhmasibi taxtdan salandan sonra yenidən ölkənin qərbində döyüşlərə başladı. Bu müddət ərzində İbrahim xan Xorasanın hakimi olaraq qalmaqda idi. İbrahim xan Nadirin taxta çıxdığı vaxta qədər bu vəzifəni icra etdi. Muğan düzündə keçirilən tacqoyma mərasimində İbrahim xan da iştirak etdi. Mərasimdən sonra Nadir şah İbrahim xanı Azərbaycan bəylərbəyi və Azərbaycan qorçubaşısı elan etdi. Bütün Cənubi Qafqaz və İran Azərbaycanı onun hakimiyyəti altına verildi. Azərbaycan bəylərbəyliyi həm Rusiya ilə, həm də Osmanlı dövləti ilə sərhəd olduğundan bu bölgə Nadir şah üçün strateji əhəmiyyət kəsb edirdi. Ona görə bu böyük bölgənin idarə edilməsini etibarlı bir şəxs kimi İbrahim xana həvalə etdi.
Azərbaycan bəylərbəyliyi kifayət qədər narahat bir bölgə idi. Bir tərəfdən Dağıstan xalqları və Osmanlı sərhədində olan kürdlər mütəmadi olaraq qiyamlar qaldırırdılar. Bir tərəfdən də Rusiyanın və Osmanlı dövlətinin müdaxilə təhlükəsi qalmaqda idi. Azərbaycan bəylərbəyi kimi Nadir şah tərəfindən ona verilən ilk tapşırıq da elə Osmanlı sərhədlərində yerləşən Yəzdi kürdlərinin qiyamının yatırılması ilə bağlı idi. Nadir şah onun ixtiyarına 12 min nəfərlik qoşun dəstəsi verib Yəzdi kürdlərinin qiyamını yatırmağa göndərdi. Bu yürüşdə də onu müşayiət edirdi. İbrahim xan bölgəyə yetişən kimi qısa müddət ərzində ona verilən tapşırığı yerinə yetirdi. Yəzdi kürdlərinin qiyamı yatırıldıqdan sonra o, Təbrizə döndü. Azərbaycan bəylərbəyliyinin mərkəzi bura idi.
İbrahim xan Məşhəddən Rzaqulu Mirzənin Bəlxi tutması və Qərşi qalası ətrafında Əbülfəz xanla uğurlu döyüşlər aparması haqqında məlumat aldı. Mirzə Kazım Mərvinin yazdığına görə, İbrahim xan oğlu yerində olan Rzaqulu Mirzənin hərbi uğurlarını eşidəndə özü də fatehlik xəyalına düşdü və fikirləşdi ki, Rzaqulu xan uşaq olduğu halda bu işləri görə bilirsə, onda o da gedib Dağıstanı tuta bilər. Mərvi öz əsərində İbra him xanın bu düşünülməmiş qərarını bəyənmədiyini açıqca bildirir və yazır ki, bu xam xəyallarla o, Azərbaycan məntəqələrinə əmr göndərib yerli hakimləri qoşun dəstələri ilə birlikdə yanına tələb etdi. Bu əmri alan kimi Urmiya, Marağa, Soyuqbulaq, Bərgüşad, Qaradağ və başqa məntəqələrin qoşun dəstələri Təbrizə axışdı. Dərhal da qoşunlar toplar və zənburəklərin müşayiəti ilə Qarabağa hərəkətə başladılar. Bura yetişəndə Şirvan, Gəncə, İrəvan, Gürcüstan və Qarabağ vilayətlərinin də qoşun dəstələri İbrahim xana qoşuldular. İbrahim xan 32 minlik bir qoşun dəstəsi toplaya bildi. Onların təchizat səviyyəsi də İbrahim xanı razı saldı.
Usmiyə məktub göndərdi və ondan tələb etdi ki, itaət göstərmək istəyirsə qoşunlar üçün zəruri olan ərzaqla birlikdə düşərgəyə gəlsin. Əgər Qax və Qanıx hakimi bu tələbi yerinə yetirsəydi, İbrahim xanın qayğısı ilə qarşılaşmalı idi. Ləzgi Usmi bu təklifi qəbul etdi və bir sıra ağsaqqallarla birlikdə İbrahim xanın düşərgəsinə gəldi. İbrahim xanın tələbi ilə o, Dağıstan tayfalarının hakimləri olan Böyük Usmiyə, Əhməd xana, Şamxala, Molla Şabana və Surxay oğlu Murtuzəliyə məktub yazdı və onları da İbrahim xana itaət göstərməyə çağırdı. Tayfa başçıları bu məktubda yazılanları qəbul etmədilər və onlar hamisi İbrahim xanla döyüşə hazırlaşmağa başladılar.
İbrahim xan azərbaycanlı döyüşçülərin 2 minlik dəstəsinə göstəriş verdi ki, Car camaatı yaşayan məntəqəyə yollansın və orada qarşılarına çıxan olarsa onları qılıncdan keçirsin. Azərbaycanlı döyüşçülər carlıların yaşayış məskənində çox az adamla rastlaşdılar. Onları da əsir edib geri qayıtdılar. Bu kiçik tapşırığın icrasından sonra İbrahim xanın qüvvələri daha ciddi bir uğur qazana bildilər. Car camaatının elə də böyük olmayan silahlı dəstələri müxtəlif istiqamətlərdə görünüb döyüşə qoşuldular. Sıldırım qayaların və qalın meşələrin müdafiə imkanlarından məharətlə istifadə edən carlılar İbrahim xanın dəstəsinə qarşı təzyiqi getdikcə daha da artırdılar. Şirvan və Dünbüli dəstələrini irəli atmaqla və Xorasan cəzayirçilərinin atəş qüdrətindən istifadə etməklə yerli dəstələrin fəallığının qarşısının alınması üçün göstərilən cəhdlər bir nəticə vermədi.Belə olanda İbrahim xanın itkiləri də çoxaldı. Sərkərdələr geri çəkilmək təklif etsələrdə İbrahim xan bunu qəbul etmirdi.
Ölümü
1738-ci ildə ləzgilərlə gedən döyüşlərdə İbrahim xanın qüvvələri çətin vəziyyətə düşmüşdülər. Belə bir vaxtda Gəncə hakimi Ziyadoğlu Uğurlu xan İbrahim xana yaxınlaşıb ona döyüş meydanından uzaqlaşmağı və təhlükəsiz yerə çəkilməyi məsləhət bildi. İbrahim xan döyüş meydanından uzaqlaşmağı özü üçün təhqir hesab etdi və Uğurlu xanın təklifini qəbul etmədi. Bu arada Uğurlu xan qarşı tərəfdən atılan tüfəng güllərindən birinə tuş gəldi. Ölüm ayağında olan Uğurlu xan qardaşı Həsən xandan da xahiş etdi ki, İbrahim xanı təhlükəli zonadan uzaqlaşdırsın. Uğurlu xan onu da əlavə etdi ki, əgər İbrahim xana bir hadisə üz verərsə Nadir şahın qəzəbindən bütün Azərbaycan od tutub yana bilər. Uğurlu xan bu sözləri deyib qurtarmağa macal tapmamış Həsən xan da tüfəng gülləsinə tuş gəldi. Təşəbbüsü ələ almış yerli qüvvələr müxtəlif istiqamətlərdən İbrahim xanın dəstəsini güclü atəşə tutdular. Vəziyyətin getdikcə daha da ağırlaşdığını görəndə digər sərkərdələr də İbrahim xana döyüş meydanını tərk etməyi məsləhət gördülər. Amma o buna daha fürsət tapmadı. Car döyüşçülərini gülləsi onu da tapdı. İbrahim xan həyatının son dəqiqələrində yaxınlıqdakı ağaclardan birinə dayaqlanıb içməyə su istədi. Minbaşı Əlixan bəyin verdiyi suyu içən kimi o, gözünü dünyaya qapadı.
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- Mehman Süleymanov, Nadir şah. səh.645
- Aləm Ara-ye Naderi. C.I, ... s.10
- Aləm Ara-ye Naderi. C.I, ... s.54
- Mehman Süleymanov, Nadir şah, səh.646
- Aləm Ara-ye Naderi. C.I, ... s.103
- Mehman Süleymanov, Nadir şah. səh.646
- Aləm Ara-ye Naderi. C.I, ... s.105
- Aləm Ara-ye Naderi. C.I, ... s.105-106
- Mehman Süleymanov, Nadir şah. səh.648
- Aləm Ara-ye Naderi. C.I, ... s.157
- Aləm Ara-ye Naderi. C.I, s.160
- Mehman Süleymanov, Nadir şah. səh.649
- Aləm Ara-ye Naderi. C.I, ... s.161
- Aləm Ara-ye Naderi. C.I, ... s.162
- Mehman Süleymanov, Nadir şah. səh.650
- Mehman Süleymanov, Nadir şah. səh.650-651
- Aləm Ara-ye Naderi. C.II, ... s.666-667
- Aləm Ara-ye Naderi. C.II, ... s.669
- Mehman Süleymanov, Nadir şah. səh.652
- Mehman Süleymanov, Nadir şah. səh.653
- Mehman Süleymanov, Nadir şah. səh.654
- Aləm Ara-ye Naderi. C.II, ... s. 675-676
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediyada bu ad soyadli diger sexsler haqqinda da meqaleler var bax Ibrahim xan Ibrahim xan XVII esr Xorasan ve ya صفوی لر 1738 Nadir sah Efsarin qardasi Adi Mehemmed Ibrahim olan bu qardasi menbelerde ve tarixi edebiyyatda daha cox sadece Ibrahim xan kimi xatirlanir Alem Ara ye Naderi de onun dogulmasi barede kicik bir qeyd vardir Amma onun doguldugu tarix gosterilmemisdir Ibrahim xan EfsarMehemmed Ibrahim xan Qirxli Efsar ZehireddovleIbrahim xan EfsarEbiverd hakimi1732 Xorasan beylerbeyliyi1732 1736Azerbaycan beylerbeyliyi1736 1738EvvelkiEfsarlar dovleti terefinden tesis edilibSonrakiEmiraslan xan Qirxli AvsarSexsi melumatlarDogum tarixi XVII esrDogum yeri Xorasan Iran ve yaصفوی لر SefevilerVefat tarixi 1738Fealiyyeti herbi lider d Atasi Imamqulu beyUsaqlari Eliqulu xan Mehemmedeli bey Huseyn bey Kazim bey Dini Sie IslamHeyatiHer halda bu menbeye gore Ibrahim Nadirin kicik qardasi idi O usaq yaslarinda Nadirden ferqli keyfiyyetlere malik idi Nadir daha cevik fiziki hereketlere ve verdislere daha cox meylli idise Ibrahimde bu keyfiyyetler ozunu ele de buruze vermirdi ve buna gore de tez tez atasinin qinaqlarina meruz qalirdi Ibrahimin usaqliq ve gencliyi menbe muelliflerinin diqqetini celb etmemisdir Nezere alinsa ki Ibrahim de gencliyinde Nadirin destesinin uzvu olmusdur onda bele bir qenaete gelmek olar ki o da gencliyinde at minmeyi ve qilinc tutmagi oyrenmisdi Ibrahimin adinin Alem Ara ye Naderi de cekilmesi tarix etibarile XVIII esrin 20 ci illerine tesaduf edir Menbede gosterilir ki Nadir oz destesinin bir hissesini qardasi Ibrahimin rehberliyi altinda Qorqan qalasinda saxladi ve ozu ise Elieli terekemelerinin itaet altina getirilmesine yollandi Ele oradaca Nadire qarsi itaetsizlik ve xeyanet yolu tutmus Asur xanin bagislanmasi ucun Ibrahimim qardasindan xahis etdiyi gosterilir Evvelce Nadirle yaxsi munasibetde olub sonra tekrar tekrar ona xeyanet yolu tutan Asur xani novbeti defe bagislamasindan ehtimal etmek olar ki Nadir hele cavanliginda qardasi Ibrahimi cox isteyirdi Heqiqetde de bele idi Nadir sah butun heyati boyu qardasi Ibrahimi ve onun ovladlarini cox isteyirdi ve onlari ozune arxa dayaq hesab edirdi Onlar da Nadir sahin himayesi ve qaygisi altinda boyumusduler Menbelerin melumatlarindan da gormek mumkundur ki Nadir sah Eliqulu xani oz ovladlari qeder sevirdi ve ona cox etibar edirdi II Sah Tehmasib ile birlesmesi erefesinde Nadir qardasi Ibrahimi evlendirdi O efsar eyanlarindan olan Tohid xan Soltanin qizini qardasina istedi ve tezlikle onlarin nikahini baglatdirdi Ibrahimin boyuk oglu Eliqulu da mehz bu nikahdan dunyaya geldi Herbi fealiyyeti Ludviq Knit Ibrahim xan Efsarin rehberlik etdiyi ordunun Car Balaken camaatligi terefinden meglub edilmesi 1738 Azerbaycan Tarix Muzeyinde saxlanilir Ebdali efqanlarini zerersizlesdirenden ve 1727 ci ilin sonlarinda Herati nezaret altina alandan sonra Nadir Meshede qayidib olkenin qerbinde doyusler aparilmasi ucun hazirliq islerine basladi Bu vaxt Nadir Xebusan etrafinda yasayan kurdlerin qiyam qaldirmalari ve itaetsizlik gostermeleri barede melumat aldi Nadir ve onun etrafindakilar bele bir qenaete geldiler ki kurdlerin qiyaminin cavabsiz buraxilmasi bolgede yasayan diger tayfalari da itaetsizliye tehrik ede biler Nadir qerara geldi ki Xebusana qosun destesi gondersin ve hemin qosun destesine rehberlik menbede artiq xan kimi teqdim olunan Ibrahim xana hevale olundu Onun ixtiyarina verilen qosun destesinin terkibi 10 min neferden ibaret idi Bu tapsiriq Ibrahim xan terefinden musteqil sekilde ve boyuk qosun destesinin istiraki ile kecirilen ilk boyuk ve ciddi tapsiriq idi Bu eyni zamanda onu gosterirdi ki hemin vaxt Ibrahim xan artiq 10 min neferlik qosun destesine rehberlik tecrubesi elde etmisdi Ibrahim xan tapsirigin icrasina yollanarken Dergezde menzil saldi ve qosun destesine bir muddet istirahet verdi Dergezin eyanlari ve serkerdeleri bir daha itaetlerini beyan etdiler ve yerli ehali arasinda seferberlik aparib kicik bir deste teskil etdiler ve onu da Ibrahim xanin destesine qatdilar Ibrahim xan topladigi melumatlar esasinda mueyyenlesdirdi ki bolgedeki kurd qiyamina Necef Soltan Qaracurlu adli birisi rehberlik edir ve bu qiyam bolgenin bir sira menteqeleri terefinden desteklenir Ibrahim xanin qosun destesi ile bu qiyamin yatirilmasina gelmesi xeberini esidenden sonra kurd eyanlari ve serkerdeleri etrafdaki butun menteqelere adamlar gonderdiler ve Ibrahim xana daha yaxsi muqavimet gosterilmesi ucun elave silahli desteler istediler Etraf menteqelerde derhal bele hazirliq isleri aparildi ve qisa muddetden sonra Ibrahim xanin destesine qarsi 20 min neferlik kurd destesi formalasdirildi Germxan adlanan menteqede Ibrahim xanin destesi Necef Soltanin destesi ile uz uze geldi Qizgin geden doyuslerin sonunda Ibrahim xan geri cekilmeye mecbur oldu ve Kerimxan qalasina cekildi Ibrahim xan destek ucun Nadirin yanina capar gonderdi Ibrahim xanin veziyyetinden xeber tutan Nadir xan tezlike Ibrahime desteye geldi Qeyd etmek lazimdir ki bu doyus Nadir ucun de xeyli agir kecdi Kurdlerin elverisli movqeler tutmasi onlarin gucunu daha da artirirdi Uc gun davam eden doyus Nadirin destesinin muqavimet gucunu zeifletdi ve yalniz basqa tapsirigin icrasi ucun gonderilmis Merv destesinin yetismesi Nadirin destesini agir veziyyetden xilas etdi Amma kurdlerin yeni yeni destelerinin doyuse qatilmasi doyus tesebbusunun yeniden onlar terefe meyllenmesine sebeb oldu Bele olanda Nadir qardasi Ibrahim xana xeber gonderdi ki muhasireni yarib artilleriyasi ile onun komeyine gelsin Yalniz Ibrahim xanin getirdiyi toplarin komeyi ile Xebusan kurdlerine qarsi baslanan doyusu qelebe ile basa catdirmaq mumkun oldu Esrin 30 cu illerinin evvellerinde Nadir doyusler aparmaq ucun olkenin qerbine yollananda Ibrahim xani Xorasan hakimi teyin etdi Ibrahim xan Nadirin bu tapsiriginin ohdesinden gele bilmedi Vilayetin idareciliyine onun diqqetinin zeiflemesi Herat efqanlarini Xorasanin yeniden isgalina sovq etdi Herat efqanlari Zulfuqar xanin rehberliyi altinda qiyam qaldirib Nadir terefden ora hakim teyin edilmis Allahyar xani devirdiler Onda Allahyar xan komek ucun Ibrahim xanin yanina geldi Ibrahim xan da meslehet ucun Nadire mektub gonderdi Nadir ona Herat uzerine qosun cekmeye icaze vermedi Onun nezerince bu agir neticelere getire bilerdi Osmanli qosunlari ile doyusleri basa catdirdiqdan sonra Nadir ozu yeniden Herata qosun cekmek niyyetinde oldugunu bildirdi Amma Heratda qiyam qaldirmis quvveler yalniz Herat qalasini tutmaqla kifayetlenmeyib Meshed uzerine de hucum cekdiler Ibrahim xan efqanlara muqavimet gostermek ucun telesik hazirliq gordu ve 10 min neferlik bir deste hazirladi O artilleriyanin musayieti ile destesini Meshedden cixardi ve efqanlari qaladan kenarda qarsilamagi qerarlasdirdi 1730 cu ilde bas veren bu doyus efqanlarin ustunluyu seraitinde kecdi Bele olanda Ibrahim xan qala daxiline cekildi ve bir nece gun qala daxilinde mudafie olundu Ibrahim xan qala xaricinde efqanlara yeniden muqavimet gostermek istese de buna nail ola bilmedi ve o butun quvveleri ile qala daxilinde mudafieye cekildi Bir nece gunluk doyusler neticesinde Ibrahim xan coxlu sayda itki verdi Efqanlarin muhasiresi guclenende Ibrahim xan yegane cixis yolunu yeniden Nadirden komek istemekde gordu Bu meqsedle Azerbaycanda olan Nadirin yanina caparlar gonderdi Caparlarin gonderilmesinden texminen 10 gun sonra efqan serkerdeleri toplanib veziyyeti muzakire etdiler Qalanin muhasiresinin uzanmasinin ve Nadirden yardim gelmesinin onlarin xeyrine olmayacagi qenaetine gelib ele kecirdikleri coxlu qenimetlerle geri cekildiler 35 gunden sonra Nadir destesi ile Nisapura yetisdi ve oradan Ibrahim xana mektub gonderdi Nadir Meshedde bas verenlerde onu da teqsirkar saydi ve teleb etdi ki onun gozune gorunmesin ve onlar Meshede yetisene kimi seheri terk edib Ebiverde yollansin Ibrahim xanin bu emri yerine yetirmekden basqa caresi yox idi Qezeblenmis qardasinin gozune gorunmemek ucun o seheri terk edib Ebiverde yollandi Nadir Meshed etrafinda bas verenlerde qardasini ittihamlandirsa da ona olan qardasliq mehebbeti hec de azalmadi Onunla gorusmeye bir furset axtardi ve tezlikle bele bir fursetin yaranmasina cox sevindi Ona xeber verildi ki Ersari Teke Yemut tayfalari 10 min neferlik bir deste teskil edib Tecen ve Sariqamisa toplayiblar ve oradan vaxtasiri Ebiverde hucum edirler Baxmayaraq ki Nadir Meshede hucum etmis ve Heratda qiyam qaldirmis efqanlari tezlikle cezalandirmaq isteyirdi bununla bele ilkin olaraq Ebiverde yolandi Nadir orada hem qardasi Ibrahim xanla gorusmek isteyirdi hem de doguldugu yurda bas cekmek Buna gore de derhal destesi ile Ebiverde yola dusdu Nadirin Ebiverde gelmesi xeberini esidende Ibrahim xan onun gorusune getdi Bu qarsilasma zamani Nadir bir terefden qardas mehebbetini numayis etdirmek isteyirdise bir terefden de serkerde ve rehber prinsipialligini elden vermek istemirdi Eyanlari ve serkerdeleri qarsisinda Ibrahim xanin yol verdiyi laqeydliye ve biganeliye munasibet bildirmemesinin digerlerine pis numune olacagindan ehtiyatlanan Nadir elini qamciya atdi Sahidlerin ifadesine gore Nadir onu ehate edenlerin qarsisinda Ibrahim xana 22 qamci vurdu ve dedi Ey itden pis olan namerd Ne sebeb oldu ki menim deyerli qazilerimin ve bahadirlarimin coxunu telef etdin efqanlarin eli ile oldurdun Nadir hetta elini qilincina atdi ki Ibrahimin ustune el qaldirsin Ona yaxinlasanda ise qilincinin agzini cevirdi ve tiyesinin arxasi ile atinin yanindan vurdu Bundan sonra elini dayandirib oz istirahet yerine yollandi Bele bir gorusu gozlemeyen eyanlar Ibrahim xana yaxinlasib ona urek direk verdiler onu Nadirden incimemeye cagirdilar Geceden kecenden sonra Nadir qardasinin yanina geldi Elini onu boynuna salib uzunden opdu ve dedi Can qardasim sen boyuk qeflete yol verdin Xorasanin yerli hakimlerinin her biri bir elden qebileden ve camaatdandir Onlarin biri oglunu biri qardasini itirib Eger onlarin qarsisinda senden teleb etmesem sonra teqsiri olan serkerdelerden de hec ne teleb ede bilmerem Nadir qardasi ile oturub xeyli sohbet etdi ve aralarindaki inciklik yox olandan sonra Nadir yene oz cadirina dondu Nadir destesi ile evvelce Tecen ve Sariqamisda toplasan desteleri ezdi sonra ise Ibrahim xani ve oglu Rzaqulunu Meshede gonderdi II Sah Tehmasibin Osmanli quvveleri ile ugursuz doyusunun neticelerini arasdirmaq ucun Isfahana yollananda Nadir yeniden Ibrahim xani Xorasan hakimi elan etdi ve onu Meshedde saxladi Melumdur ki Nadir Sah Tehmasibi taxtdan salandan sonra yeniden olkenin qerbinde doyuslere basladi Bu muddet erzinde Ibrahim xan Xorasanin hakimi olaraq qalmaqda idi Ibrahim xan Nadirin taxta cixdigi vaxta qeder bu vezifeni icra etdi Mugan duzunde kecirilen tacqoyma merasiminde Ibrahim xan da istirak etdi Merasimden sonra Nadir sah Ibrahim xani Azerbaycan beylerbeyi ve Azerbaycan qorcubasisi elan etdi Butun Cenubi Qafqaz ve Iran Azerbaycani onun hakimiyyeti altina verildi Azerbaycan beylerbeyliyi hem Rusiya ile hem de Osmanli dovleti ile serhed oldugundan bu bolge Nadir sah ucun strateji ehemiyyet kesb edirdi Ona gore bu boyuk bolgenin idare edilmesini etibarli bir sexs kimi Ibrahim xana hevale etdi Azerbaycan beylerbeyliyi kifayet qeder narahat bir bolge idi Bir terefden Dagistan xalqlari ve Osmanli serhedinde olan kurdler mutemadi olaraq qiyamlar qaldirirdilar Bir terefden de Rusiyanin ve Osmanli dovletinin mudaxile tehlukesi qalmaqda idi Azerbaycan beylerbeyi kimi Nadir sah terefinden ona verilen ilk tapsiriq da ele Osmanli serhedlerinde yerlesen Yezdi kurdlerinin qiyaminin yatirilmasi ile bagli idi Nadir sah onun ixtiyarina 12 min neferlik qosun destesi verib Yezdi kurdlerinin qiyamini yatirmaga gonderdi Bu yurusde de onu musayiet edirdi Ibrahim xan bolgeye yetisen kimi qisa muddet erzinde ona verilen tapsirigi yerine yetirdi Yezdi kurdlerinin qiyami yatirildiqdan sonra o Tebrize dondu Azerbaycan beylerbeyliyinin merkezi bura idi Ibrahim xan Meshedden Rzaqulu Mirzenin Belxi tutmasi ve Qersi qalasi etrafinda Ebulfez xanla ugurlu doyusler aparmasi haqqinda melumat aldi Mirze Kazim Mervinin yazdigina gore Ibrahim xan oglu yerinde olan Rzaqulu Mirzenin herbi ugurlarini esidende ozu de fatehlik xeyalina dusdu ve fikirlesdi ki Rzaqulu xan usaq oldugu halda bu isleri gore bilirse onda o da gedib Dagistani tuta biler Mervi oz eserinde Ibra him xanin bu dusunulmemis qerarini beyenmediyini aciqca bildirir ve yazir ki bu xam xeyallarla o Azerbaycan menteqelerine emr gonderib yerli hakimleri qosun desteleri ile birlikde yanina teleb etdi Bu emri alan kimi Urmiya Maraga Soyuqbulaq Bergusad Qaradag ve basqa menteqelerin qosun desteleri Tebrize axisdi Derhal da qosunlar toplar ve zenbureklerin musayieti ile Qarabaga herekete basladilar Bura yetisende Sirvan Gence Irevan Gurcustan ve Qarabag vilayetlerinin de qosun desteleri Ibrahim xana qosuldular Ibrahim xan 32 minlik bir qosun destesi toplaya bildi Onlarin techizat seviyyesi de Ibrahim xani razi saldi Usmiye mektub gonderdi ve ondan teleb etdi ki itaet gostermek isteyirse qosunlar ucun zeruri olan erzaqla birlikde dusergeye gelsin Eger Qax ve Qanix hakimi bu telebi yerine yetirseydi Ibrahim xanin qaygisi ile qarsilasmali idi Lezgi Usmi bu teklifi qebul etdi ve bir sira agsaqqallarla birlikde Ibrahim xanin dusergesine geldi Ibrahim xanin telebi ile o Dagistan tayfalarinin hakimleri olan Boyuk Usmiye Ehmed xana Samxala Molla Sabana ve Surxay oglu Murtuzeliye mektub yazdi ve onlari da Ibrahim xana itaet gostermeye cagirdi Tayfa bascilari bu mektubda yazilanlari qebul etmediler ve onlar hamisi Ibrahim xanla doyuse hazirlasmaga basladilar Ibrahim xan azerbaycanli doyusculerin 2 minlik destesine gosteris verdi ki Car camaati yasayan menteqeye yollansin ve orada qarsilarina cixan olarsa onlari qilincdan kecirsin Azerbaycanli doyusculer carlilarin yasayis meskeninde cox az adamla rastlasdilar Onlari da esir edib geri qayitdilar Bu kicik tapsirigin icrasindan sonra Ibrahim xanin quvveleri daha ciddi bir ugur qazana bildiler Car camaatinin ele de boyuk olmayan silahli desteleri muxtelif istiqametlerde gorunub doyuse qosuldular Sildirim qayalarin ve qalin meselerin mudafie imkanlarindan meharetle istifade eden carlilar Ibrahim xanin destesine qarsi tezyiqi getdikce daha da artirdilar Sirvan ve Dunbuli destelerini ireli atmaqla ve Xorasan cezayircilerinin ates qudretinden istifade etmekle yerli destelerin fealliginin qarsisinin alinmasi ucun gosterilen cehdler bir netice vermedi Bele olanda Ibrahim xanin itkileri de coxaldi Serkerdeler geri cekilmek teklif etselerde Ibrahim xan bunu qebul etmirdi Olumu1738 ci ilde lezgilerle geden doyuslerde Ibrahim xanin quvveleri cetin veziyyete dusmusduler Bele bir vaxtda Gence hakimi Ziyadoglu Ugurlu xan Ibrahim xana yaxinlasib ona doyus meydanindan uzaqlasmagi ve tehlukesiz yere cekilmeyi meslehet bildi Ibrahim xan doyus meydanindan uzaqlasmagi ozu ucun tehqir hesab etdi ve Ugurlu xanin teklifini qebul etmedi Bu arada Ugurlu xan qarsi terefden atilan tufeng gullerinden birine tus geldi Olum ayaginda olan Ugurlu xan qardasi Hesen xandan da xahis etdi ki Ibrahim xani tehlukeli zonadan uzaqlasdirsin Ugurlu xan onu da elave etdi ki eger Ibrahim xana bir hadise uz vererse Nadir sahin qezebinden butun Azerbaycan od tutub yana biler Ugurlu xan bu sozleri deyib qurtarmaga macal tapmamis Hesen xan da tufeng gullesine tus geldi Tesebbusu ele almis yerli quvveler muxtelif istiqametlerden Ibrahim xanin destesini guclu atese tutdular Veziyyetin getdikce daha da agirlasdigini gorende diger serkerdeler de Ibrahim xana doyus meydanini terk etmeyi meslehet gorduler Amma o buna daha furset tapmadi Car doyusculerini gullesi onu da tapdi Ibrahim xan heyatinin son deqiqelerinde yaxinliqdaki agaclardan birine dayaqlanib icmeye su istedi Minbasi Elixan beyin verdiyi suyu icen kimi o gozunu dunyaya qapadi IstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Mehman Suleymanov Nadir sah seh 645 Alem Ara ye Naderi C I s 10 Alem Ara ye Naderi C I s 54 Mehman Suleymanov Nadir sah seh 646 Alem Ara ye Naderi C I s 103 Mehman Suleymanov Nadir sah seh 646 Alem Ara ye Naderi C I s 105 Alem Ara ye Naderi C I s 105 106 Mehman Suleymanov Nadir sah seh 648 Alem Ara ye Naderi C I s 157 Alem Ara ye Naderi C I s 160 Mehman Suleymanov Nadir sah seh 649 Alem Ara ye Naderi C I s 161 Alem Ara ye Naderi C I s 162 Mehman Suleymanov Nadir sah seh 650 Mehman Suleymanov Nadir sah seh 650 651 Alem Ara ye Naderi C II s 666 667 Alem Ara ye Naderi C II s 669 Mehman Suleymanov Nadir sah seh 652 Mehman Suleymanov Nadir sah seh 653 Mehman Suleymanov Nadir sah seh 654 Alem Ara ye Naderi C II s 675 676Hemcinin baxEfsarlar Imperiyasi