Qarabağ xan sarayı və ya Pənahəli xan sarayı — Şuşa şəhərinin tarixi mərkəzində yerləşən və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saraydır. Pənahəli xanın dövründə saray xanın iqamətgahı olmaqla yanaşı, həm də xan ailəsi ilə birlikdə bu sarayda yaşamışdır. Onun oğlu İbrahimxəlil xan ailəsi və əyanları ilə birlikdə Pənahəli xan sarayı yaxınlığında onunla eyni dövrdə inşa edilmiş İbrahimxəlil xan sarayında yaşamışdır. İbrahimxəlil xanın böyük oğlu Məhəmməd Həsən ağa Şuşa yaylasının cənub-şərqində sıldırım qayanın üstündə ucaldılmış Məhəmmədhəsən ağa sarayında yaşamışdır. Bu saraylardan başqa Şuşada xan ailəsi üzvlərinə məxsus Xan qızı Natəvanın sarayı və Qaraböyük xanım sarayı da vardır. Qarabağ xan sarayı adı müxtəlif mənbələrdə bu sarayların hər birinə aid edilsə də, Qarabağ xanlarının əsas siyasi iqamətgahı ilk Qarabağ xanı Pənahəli xanın saray-qəsri olmuşdur.
Qarabağ xan sarayı | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Şuşa |
Aidiyyatı | Qarabağ xanlığı |
Sifarişçi | Pənahəli xan |
Tikilmə tarixi | XVIII-XIX |
Üslubu | Arran memarlıq məktəbi |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Azərbaycanın feodal dövrü qala-şəhərləri üçün xan sarayının yerləşdiyi qəsrlər xarakterikdir. XVIII əsrin əvvəllərindən formalaşmağa başlayan kiçik feodal dövlətləri olan xanlıqların paytaxtı olan yeni şəhərlərin memarlıq-planlaşdırma baxımından dominantı olan bu qəsrlərdə hökmdar və onun ailəsinin yaşaması, təhlükəsizliyi və fəaliyyətini təmin etmək üçün saray kompleksi və digər köməkçi binalar yerləşirdi. XVI – XVIII əsrlərdə Azərbaycanda hökmdar qəsrləri İçəri qala, Bala qala və ya Ərk (məsələn Təbrizdə olduğu kimi) adlandırılırdı.
Adətən feodal şəhərlərinin inşasına hökmdar qəsrinin inşasından başlanılırdı. Şuşa qalasının yerləşdiyi ərazi özünəməxsus strateji xüsusiyyətə malik olduğuna görə, qaladaxili qəsrlərin, o cümlədən Pənahəli xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır. Praktiki olaraq, təhlükəsizlik üçün Şuşa yaylasının yalnız şimalını qala divarları ilə möhkəmləndirmək kifayət edirdi. P. Zubov yazır ki, “Şuşa sanki, möcüzə nəticəsində yaradılmışdı: Gəncə yolu tərəfdən onu hündür daş divarlar, dar mazğallar və uca qüllələr əhatə edir, qalanın daxilindəki kiçik dördbucaqlı qəsrlərdə isə Pənahəli xan və onun ailəsi məskunlaşıb.”
Qarabağ tarixçisi Baharlının məlumatına görə, Şuşa qalasının inşasına yaylanın aşağı olan şərq tərəfindən başlanılmışdır.E. Avalov qeyd edir ki, bu məlumatı Şuşanın tarixi qeyd edilməmiş planı da sübut edir. Onun fikrincə plan XIX əsrin I yarısında işlənmişdir. Plana əsasən içində saraylar yerləşən qəsrlər əsasən Şuşa qalasının şərq tərəfində, təbii təpələr üzərində və ya sıldırım qayaların küncündə yerləşdirilmişdir. Memarlıq dominantı rolunu oynayan bu qəsrlər şəhərin təbii landşaftı ilə harmonik uyğunluq təşkil edir.
Mirzə Adıgözəl bəyin məlumatına görə Pənahəli xanın hakimiyyəti dövründə Şuşada xan ailəsinin üzvləri üçün “geniş binalar və hündür saraylar” inşa edilmişdi.
Qarabağ tarixçisi Mir Mehdi Xəzani Şuşa qalasının inşa edilməsindən bəhs edərkən Pənahəli xanın sifarişi ilə qala daxilində sarayların inşa edilməsini də vurğulayır:
Pənah xan Şuşada özünə balaca qalaya oxşar qala divarları ilə əhatə edilmiş saray inşa etdirdi. Öz sarayı yaxınlığında isə təpə üzərində oğlu İbrahimxəlil üçün saray inşa etdirdi. |
Şuşa qalasında inşa edilmiş qəsrlərdən yalnız ikisi yaxşı vəziyyətdə dövrümüzə çatmışdır ki, onlar da biri qalanın cənub-şərq tərəfində yerləşən Qaraböyük xanım qəsri, digəri isə dərin yarğan yanındakı qaya kənarında ucalan Pənahəli xanın qəsridir.
Memarlıq xüsusiyyətləri
Şuşa qalasındakı qəsrlərin özünəməxsus memarlıq xüsusiyyətləri qədim dövrlərdən səyyahlar və şəhər qonaqlarının diqqətini cəlb etmişdir. Məsələn XIX əsrin ortalarında “Qafqaz” (rus. Кавказ) qəzetində yazılır: “Şəhərdəki müxtəlif evlər və yaşayış binaları arasında xan ailəsi üzvlərinin yaşadığı qəsrlər o dəqiqə diqqət çəkir: onlar özünəməxsus xarakterə malikdirlər. Onları künclərində dairəvi qüllələr olan hündür divarlar əhatə edir.”
Tarixi bilinməyən baş plana əsasən müəyyən edilmişdir ki, demək olar ki, bütün Şuşa qəsrləri oxşar konfiqurasiyaya malik olmuşdur: planda düzbucaqlı formaya malik olmaqla, onların dörd küncündə müdafiə qüllələri yerləşdirilmişdi. Daxildən bu divarlara bitişik şəkildə qəsr sakinlərinə xidmət edənlərin yaşaması üçün saray tipli binalar inşa edilirdi. Şuşa qəsrlərinin həcm-məkan və plan formalaşmasının həllinə Şahbulaq qalasının memarlıq xüsusiyyətləri təsir göstərmişdir.
Şahbulaq qəsrində olduğu kimi bu qəsrlərin də girişləri şimal istiqamətində yerləşir. Birbaşa girişdən müdafiə olunmaq üçün qapının qarşısında Г formalı keçidə malik prizmatik örtüklə tamamlanan qüllə ucaldılmışdı. Pənahəli xanın qəsrinin yuxarı hissələri saxlanmamışdır. E. Avalov ehtimal edir ki, Pənahəli xann qəsri və Qaraböyük xanım qəsrində də Şahbulaq qəsrində olduğu kimi kvadrat formalı qüllə ikimərtəbəli olmuşdur.
İki mərtəbəli saray binasında çoxlu sayda otaqlar, o cümlədən T formalı böyük parad zalı yerləşir. Zal, binanın kompozisiya mərkəzi rolunu oynayır. Bu zal iki tərəfdən nəhəng qaldırılan şəbəkə pəncərələrə malik idi. Şəbəkə tipli pəncərələr XVIII-XIX əsrlədə Azərbaycanın yaşayış binaları memarlığında geniş yayılmaqla, Şəki xan sarayı, Məhəmmədhəsən ağa sarayı, Mehmandarovların evi, Şəkixanovların evi və başqa yaşayış binalarında dövrümüzə çatmışdır.
Foto qalereya
Erməni işğalında dağıdılmış Xan sarayı
İstinadlar
- Авалов, 1977. səh. 23
- Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964. 96.
- Зубов, П. Шесть писем о Грузии и Кавказе. 1834. 75.
- Baharlı. Əhvalati-Qarabağ, 1888. Авалов, 1977. səh. , 23-də istinad edir.
- Адигезал-бек, Мирза. Карабах-наме. Баку. 1950. 63.
- Xəzani, Mir Mehdi. [Mir_Mehdi_Xəzani_və_onun__Kitabi-tarixi_Qarabağ__əsəri Kitab-tarixi-Qarabağ] (#bad_url). Bakı: Azərbaycan Elmlər Akademiyası nəşriyyatı. 1950.
- Авалов, 1977. səh. 25
- Газета Кавказ, № 58. Тифлис. 1857.
- Город Шуша. Дворец карабахских ханов //. Азербайджан (Исторические и достопримечательные места) / Под общей редакцией М. А. Казиева. Баку: Издательство АН Азербайджанской ССР. 1960. 92.
Ədəbiyyat
- Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.
- Фатуллаев, Ш. С. Памятники Шуши. Баку. 1970.
- Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Xan sarayi Bu adin diger istifade formalari ucun bax Qarabag xan sarayi deqiqlesdirme Bu adin diger istifade formalari ucun bax Penaheli xan sarayi deqiqlesdirme Qarabag xan sarayi ve ya Penaheli xan sarayi Susa seherinin tarixi merkezinde yerlesen ve Qarabag xanliginin banisi Penaheli xanin iqametgahi olmus tarixi saraydir Penaheli xanin dovrunde saray xanin iqametgahi olmaqla yanasi hem de xan ailesi ile birlikde bu sarayda yasamisdir Onun oglu Ibrahimxelil xan ailesi ve eyanlari ile birlikde Penaheli xan sarayi yaxinliginda onunla eyni dovrde insa edilmis Ibrahimxelil xan sarayinda yasamisdir Ibrahimxelil xanin boyuk oglu Mehemmed Hesen aga Susa yaylasinin cenub serqinde sildirim qayanin ustunde ucaldilmis Mehemmedhesen aga sarayinda yasamisdir Bu saraylardan basqa Susada xan ailesi uzvlerine mexsus Xan qizi Natevanin sarayi ve Qaraboyuk xanim sarayi da vardir Qarabag xan sarayi adi muxtelif menbelerde bu saraylarin her birine aid edilse de Qarabag xanlarinin esas siyasi iqametgahi ilk Qarabag xani Penaheli xanin saray qesri olmusdur Qarabag xan sarayi39 45 59 sm e 46 45 05 s u Olke AzerbaycanYerlesir SusaAidiyyati Qarabag xanligiSifarisci Penaheli xanTikilme tarixi XVIII XIXUslubu Arran memarliq mektebiQarabag xan sarayinin plani Vikianbarda elaqeli mediafayllarTarixiSusanin tarixi merkezinin planinda Qarabag xan sarayinin yerlesmesi Azerbaycanin feodal dovru qala seherleri ucun xan sarayinin yerlesdiyi qesrler xarakterikdir XVIII esrin evvellerinden formalasmaga baslayan kicik feodal dovletleri olan xanliqlarin paytaxti olan yeni seherlerin memarliq planlasdirma baximindan dominanti olan bu qesrlerde hokmdar ve onun ailesinin yasamasi tehlukesizliyi ve fealiyyetini temin etmek ucun saray kompleksi ve diger komekci binalar yerlesirdi XVI XVIII esrlerde Azerbaycanda hokmdar qesrleri Iceri qala Bala qala ve ya Erk meselen Tebrizde oldugu kimi adlandirilirdi Adeten feodal seherlerinin insasina hokmdar qesrinin insasindan baslanilirdi Susa qalasinin yerlesdiyi erazi ozunemexsus strateji xususiyyete malik olduguna gore qaladaxili qesrlerin o cumleden Penaheli xanin qesrinin insasina Susa qalasinin insasi ile eyni dovrde baslanilmisdir Praktiki olaraq tehlukesizlik ucun Susa yaylasinin yalniz simalini qala divarlari ile mohkemlendirmek kifayet edirdi P Zubov yazir ki Susa sanki mocuze neticesinde yaradilmisdi Gence yolu terefden onu hundur das divarlar dar mazgallar ve uca qulleler ehate edir qalanin daxilindeki kicik dordbucaqli qesrlerde ise Penaheli xan ve onun ailesi meskunlasib Qarabag tarixcisi Baharlinin melumatina gore Susa qalasinin insasina yaylanin asagi olan serq terefinden baslanilmisdir E Avalov qeyd edir ki bu melumati Susanin tarixi qeyd edilmemis plani da subut edir Onun fikrince plan XIX esrin I yarisinda islenmisdir Plana esasen icinde saraylar yerlesen qesrler esasen Susa qalasinin serq terefinde tebii tepeler uzerinde ve ya sildirim qayalarin kuncunde yerlesdirilmisdir Memarliq dominanti rolunu oynayan bu qesrler seherin tebii landsafti ile harmonik uygunluq teskil edir Mirze Adigozel beyin melumatina gore Penaheli xanin hakimiyyeti dovrunde Susada xan ailesinin uzvleri ucun genis binalar ve hundur saraylar insa edilmisdi Qarabag tarixcisi Mir Mehdi Xezani Susa qalasinin insa edilmesinden behs ederken Penaheli xanin sifarisi ile qala daxilinde saraylarin insa edilmesini de vurgulayir Penah xan Susada ozune balaca qalaya oxsar qala divarlari ile ehate edilmis saray insa etdirdi Oz sarayi yaxinliginda ise tepe uzerinde oglu Ibrahimxelil ucun saray insa etdirdi Mir Mehdi Xezani Susa qalasinda insa edilmis qesrlerden yalniz ikisi yaxsi veziyyetde dovrumuze catmisdir ki onlar da biri qalanin cenub serq terefinde yerlesen Qaraboyuk xanim qesri digeri ise derin yargan yanindaki qaya kenarinda ucalan Penaheli xanin qesridir Memarliq xususiyyetleriQarabag xan sarayi XIX esrde cap edilmis aciqcadaVasili Veresagin Dramatik tamasanin sonu 1865 Arxa fonda Susa qalasi ve Xan sarayi gorunur Susanin isgalindan sonra saray dagidilaraq xarabaliga cevrilmisdir Susa qalasindaki qesrlerin ozunemexsus memarliq xususiyyetleri qedim dovrlerden seyyahlar ve seher qonaqlarinin diqqetini celb etmisdir Meselen XIX esrin ortalarinda Qafqaz rus Kavkaz qezetinde yazilir Seherdeki muxtelif evler ve yasayis binalari arasinda xan ailesi uzvlerinin yasadigi qesrler o deqiqe diqqet cekir onlar ozunemexsus xaraktere malikdirler Onlari kunclerinde dairevi qulleler olan hundur divarlar ehate edir Tarixi bilinmeyen bas plana esasen mueyyen edilmisdir ki demek olar ki butun Susa qesrleri oxsar konfiqurasiyaya malik olmusdur planda duzbucaqli formaya malik olmaqla onlarin dord kuncunde mudafie qulleleri yerlesdirilmisdi Daxilden bu divarlara bitisik sekilde qesr sakinlerine xidmet edenlerin yasamasi ucun saray tipli binalar insa edilirdi Susa qesrlerinin hecm mekan ve plan formalasmasinin helline Sahbulaq qalasinin memarliq xususiyyetleri tesir gostermisdir Sahbulaq qesrinde oldugu kimi bu qesrlerin de girisleri simal istiqametinde yerlesir Birbasa girisden mudafie olunmaq ucun qapinin qarsisinda G formali kecide malik prizmatik ortukle tamamlanan qulle ucaldilmisdi Penaheli xanin qesrinin yuxari hisseleri saxlanmamisdir E Avalov ehtimal edir ki Penaheli xann qesri ve Qaraboyuk xanim qesrinde de Sahbulaq qesrinde oldugu kimi kvadrat formali qulle ikimertebeli olmusdur Iki mertebeli saray binasinda coxlu sayda otaqlar o cumleden T formali boyuk parad zali yerlesir Zal binanin kompozisiya merkezi rolunu oynayir Bu zal iki terefden neheng qaldirilan sebeke pencerelere malik idi Sebeke tipli pencereler XVIII XIX esrlede Azerbaycanin yasayis binalari memarliginda genis yayilmaqla Seki xan sarayi Mehemmedhesen aga sarayi Mehmandarovlarin evi Sekixanovlarin evi ve basqa yasayis binalarinda dovrumuze catmisdir Foto qalereya Ermeni isgalinda dagidilmis Xan sarayiIstinadlarAvalov 1977 seh 23 Salamzade A V Arhitektura Azerbajdzhana XVI XIX vv Baku 1964 96 Zubov P Shest pisem o Gruzii i Kavkaze 1834 75 Baharli Ehvalati Qarabag 1888 Avalov 1977 seh amp nbsp 23 de istinad edir Adigezal bek Mirza Karabah name Baku 1950 63 Xezani Mir Mehdi Mir Mehdi Xezani ve onun Kitabi tarixi Qarabag eseri Kitab tarixi Qarabag bad url Baki Azerbaycan Elmler Akademiyasi nesriyyati 1950 Avalov 1977 seh 25 Gazeta Kavkaz 58 Tiflis 1857 Gorod Shusha Dvorec karabahskih hanov Azerbajdzhan Istoricheskie i dostoprimechatelnye mesta Pod obshej redakciej M A Kazieva Baku Izdatelstvo AN Azerbajdzhanskoj SSR 1960 92 EdebiyyatAvalov E V Arhitektura goroda Shushi i problemy sohraneniya ego istoricheskogo oblika Baku Elm 1977 Fatullaev Sh S Pamyatniki Shushi Baku 1970 Salamzade A V Arhitektura Azerbajdzhana XVI XIX vv Baku 1964 Hemcinin baxSusa Dovlet Tarix Memarliq Qorugu