Ərk qalası (və ya Ərk-i Əlişah, Məscid-i Əlişah, Təbriz qalası, fars. ارگ تبريز) — Təbriz şəhərində yerləşən və XIV əsrdə Hülakülər (Elxanilər) zamanında vəzir Əlişah tərəfindən tikdirilən abidə. Günümüzdə şəhərin mərkəzində parkın üzərində yerdən 26 metr yüksəkliyə ucalan Ərk-i Əlişah qalası və ya köhnə adı ilə Məscid-i Əlişah Elxanilər dövrü memarlığının bir nümunəsidir. Son Elxani hökmdarı Əbu Səid Xanın (1316–1335) vəziri Əli şah tərəfindən tikdirilən abidə ilk tikildiyi zaman məscid olub və müsəlmanların namaz qılması üçün uzun müddət bu şəkildə istifadə edilib. Sonralar ehtimal ki, Təbrizdə baş verən şiddətli və tez-tez baş verən zəlzələlər səbəbindən bina dağılıb və bəzi əlavələrlə (divarlar, zirzəmilər, anbarlar və s.) qalaya çevrilmişdir. Bundan sonra abidə Ərk-i Əlişah adlandırılmışdır. Qala sadəliyi, ölçüləri və kərpic hörgüsü ilə diqqəti özünə cəlb edirdi. Tacəddin Əli şah tərəfindən tikdiriilən və sonradan qalaya çevrilən bu binanın eni 30 metr, hündürlüyü 26 metr, qalınlığı isə 10 metrdir . Təəssüf ki, günümüzdə onun yalnız qurbangahı və yan divarları qalmaqdadır. Bundan başqa abidənin üzərində günümüzə qədər gəlib çatmış heç bir yazı yoxdur. 1931-ci ildə abidə Milli İrs siyahısına qeydə alınmışdır.
Ərk qalası | |
---|---|
ارگ تبریز | |
| |
Ölkə | İran |
Şəhər | Təbriz |
Yerləşir | Təbriz şəhristanı |
Aidiyyatı | Elxanilər dövləti |
Sifarişçi | Əlişah Təbrizi |
Tikilmə tarixi | 1338-1345 |
Hündürlüyü | 28 m |
Material | kərpic |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Tacəddin Əlişah haqqında
Elxanilər dövrünün məşhur şəxsiyyətlərindən biri olan Tacəddin Əlişah Gilani 1312-ci ildə vəzir olaraq təyin edilmişdir. Onun dəqiq doğum tarixi məlum deyil. Elxanilərin xidmətində çalışmazdan əvvəl zərgərliklə məşğul olan Tacəddin Əlişah bu peşənin onu saraya daxil edəcəyindən xəbərdar idi. Vəzir Tacəddin Bağdadda Firdovsi adlı iş yeri, Təbrizdəki məsciddən başqa Sultaniyyədə bazar yeri tikdirmişdir. Tacəddin Əlişah Olcaytu xanın rəğbətini qazanmaq üçün 1316-cı ildə məscidin planını şəxsən özü tərtib etmiş və inşaasına başlamışdır. Binanın məsciddən çox elm irfan mərkəzi kimi istifadə edilmək xüsusiyyəti də var. Binanın həyətində baxça və mərkəzində hovuz yerləşirdi. Bağçadaki ağaclar qruplar halında əkilmişdi. Abidənin yaşı 700 ildir. O 500 ildir ki, məscid 200 ildir qala olaraq fəaliyyət göstərir.Türkiyədə Səlçuqlar tarixindən bəhs edən ən əhəmiyyətli əsərlərdən biri sayılan Müsamərətül Əhbər adlı əsərdə yazıçı bu məscidin təməli haqqında məlumat verərək bildirir ki, Şam Əməvi məscidindən başqa dünyada bu məscidin bir bənzəri yoxdur.
Məscidin xronologiyası aşağıdakı kimidir:
İlkin tikinti 1316–1339-cu illər arasında, Elxanilər dövründə aparılmışdır. Tikinti zamanı əsas çəllək tonozu çökdü və daha sonra tikinti dayandırıldı.
- 1322-ci ildə bir qrup dövlət xadimi Qahirədən gələrək məscidi ziyarət etdi. Onlar məscidin mehrabının qotiq kəmər və minarələrin hər birinin 54 metr hündürlükdə olduğu barədə öz qeydlərində məlumat vermişdilər.
- 1323–1324-cü ildə tonozun çökməsi ilə tikinti yarımçıq qalır.
- 1324-cü ildə Tacəddin Əlişah vəfat edir və məscid kompleksi daxilində dəfn edilir.
- 1533–1536-cı ildə Sultan Süleymanın Səfəvi dövləti üzərinə yürüşləri zamanı Matraqçı Nasuh Təbrizin miniatürasında Əlişah Məscidini də təsvir etmişdir.
- 1641-ci ildə baş verən zəlzələ məscidə böyük zərərlər vurmuşdu.
- 1673-cü ildə Şarden məscidin vəziyyəti haqqında öz qeydlərində bəhs edərək bildirir:" Demək olar ki, tamamilə dağılan məscidin alt qismi bərpa edilmişdir. Xalq bu hissədə namaz qılıb ibadətlər edir. Məscidin çox hündür bir minarəsi var. İrəvandan gələrkən ilk bu məscid gözə çarpır."
- 1786-cı ildə Qacarların hakimiyyəti illərində abidə uzun illər dərviş və təkkələrin ibadət mərkəzinə çevrilir. Zənd xanədanlığının hakimiyyəti zamanı isə məscid qalaya çevrilərək ibadətə bağlanılır. Həmin illərdə qala taxıl və silah anbarı kimi fəaliyyət göstərirdi və ətrafı dəmir tellərlə hasarlanmışdı.
- Fransız səyyahı Jan Şardenin Tbrizdə olduğu zaman çəkdiyi şəkildə Ərk qalası, 1873-cü il
- Ərk xarabalıqları, fransız şərqşünası, arxeoloqu və rəssamı Eqen Flandenin şəkdiyi şəkil, 1840-cı il
- İranda Məşrutə inqilabı zamanı Təbrizin Ərk qalası yaxınlığındakı ABŞ Konsulluğu üzərində ABŞ bayrağı dalğalanır.
- 1804–1828-ci illər Rus-İran müharibələri zamanı məscid şəhərin qalasına çevrilmişdi. Bu dövrdə qalaya yeni əlavələr edilmişdi. Beləki quruluşa qarnizon daxması, silah və top tökmə zavodu, ordu qərargahı və kazarma əlavə edilərək məscid ordu bazasına çevrilmişdi. Rus əsilli Qacar generalı, (daha çox Samson Xan kimi tanınır) Gürcüstan şahzadəsi Aleksandrın qızı olan həyat yoldaşı ilə birlikdə uzun illər qala içərisində yaşamışdır.
- 1850-ci ilin iyul ayının 9-da özünü peyğəmbər elan edən Mirzə Əli Məhəmməd Ərk qalasından atılaraq edam edilmişdir.
- 1911-ci ildə rusların Təbrizi işğal etməsi nəticəsində qalanın divarları bombalandı. Şəhəri ələ keçirən rus ordusu buranı komanda mərkəzi kimi istifadə etdilər. İşğal zamanı ehtiyatsız davrandıqları üçün istifadə etdikləri artilleriya qurğuları qalanın bəzi hissələrini də yandırmışdır.
- Ərk qalası 1911-ci ildə
- Yanan Ərk qalası, 1911-ci il
- Ərk qalası üzərində rus bayrağı, 1911-ci il
- 1925–1941-ci illərdə Rza şah Pəhləvinin hakimiyyəti dövründə binanın ətrafında bir neçə bağ salınmış və ona "Milli Bağ" adı verilmişdir.
- 1971-ci ildə aparılan arxeoloji qazıntılar zamanı Qacarlar sülaləsinə aid olan hərbi memarlıq qalıqları və qədim silahlar aşkar edildi.
- 1979-cu il İran İslam İnqilabından sonra bina yenidən cümə namazları üçün məscidə çevrildi.
- 1980-ci illərin əvvəllərində Müsəlman Xalq Cümhuriyyəti Partiyası tərəfdarlarının dini və dövləti qarışdıran, azərbaycanlı azlıqlara etinasızlıq göstərən yeni quruluşa qarşı üsyanı yatırıldıqdan sonra Müslüm Məlakuti Təbrizin Cümə məscidinə imam seçildi. O, Təbrizdə işlədiyi müddətdə Ərkin Qacar dövründən qalma əlavə divarını, mədəniyyət institutlarını və Ərk teatrını dağıdıb, onların yerinə cümə namazları üçün yeni məscid tikdirdi. Bəziləri hesab edir ki, yerli irsin bu şəkildə məhv edilməsi yerli azərbaycanlı kimliyinin sistematik şəkildə yox edilməsidir.
- 1990–2000-ci illərdə İran Mədəni İrs Təşkilatı tərəfindən reabilitasiya və yenilənmə layihəsi həyata keçirildi. Lakin bu reabilitasiya zamanı Qacar dövründən qalan bütün qalıqlar strukturdan çıxarılmışdır. Həmin dövrdə Ərk qalasının yanında yeni böyük məscid tikilmişdir. Yeni məscidin üst quruluşu Ərk qalasının memarlığına xələl gətirməkdədir. İran Mədəni İrs Təşkilatının qaydalarına və bir neçə məhkəmə qərarlarına baxmayaraq, yeni strukturun tikintisi tamamlanmışdır. Bu tikinti Ərkin yer altındaki qədimi əsaslarını da tamamilə məhv etdi. Beləliklə yeni İslam rejimi Ərkin əsaslarını aradan qaldırmaqla sonraki illərdə baş verə biləcək yenidən qurma fəaliyyətləri şansını da məhv etmiş oldu. Bundan başqa məscidin müqəddəs və toxunulmaz hesab edilən ibadətgahı da Quran qaydalarına zidd gedilərək dağıdılmış və avtomobil dayanacağına çevrilmişdir. Yeni dayancaq 700 illik məscidin əsas ibadət zalının qalıqları üzərində fəaliyyət göstərməkdədir.
Abidənin memarlıq xüsusiyyətləri
Binanın arxitekturası ilk zamanlar U formalı quruluşda olmuşdur. U formasının açıq hissəsi qurbangahın yerləşdiyi binanın cənub divarıdır. Şərq və qərb divarları cənub divarından daha qalın tikilmişdir. İlk dövrlərdə şərqdə mədrəsə tikililəri, qərbdə zaviyə, şimalda isə divarlarla əhatə olunmuş çox böyük həyət var idi. Mədrəsə və zaviyənin açıq həyəti və tək eyvanı var idi. Məscid kimi tikilən bu bina 1809-cu ildə qalaya çevrilib.
Məşhur iranlı memar sözlərinə görə, bu bina Azərbaycan memarlığını təmsil edən üslubda tikilib. Şərq və qərb divarları dağıldıqdan sonra qalan hissələr bir-birinə simmetrikdir. Ehtimal olunur ki, bu hissədən sağ və sol tərəfdə mədrəsə və zaviyələrə keçidin təmin olunduğu böyük bir darvaza və ya keçidi varimiş.
Əlişah məscidinin eni 30,15 metr, dərinliyi (giriş qapısı ilə mehrab arasında) 65 metr, divarlarının qalınlığı 10,4 metr, yerdən hündürlüyü 25 metrdir. Tacəddin Əli şahın tikdirdiyi bu bina Dəməşq, Rum, Təbriz və Bağdaddakı bütün binalardan yüksəkdir. Eyvan sərdabəsinin eni 30,5 metr, dərinliyi 48 metr və yerdən hündürlüyü 24 metr idi. Eyvan sərdabəsi tikildikdən bir qədər sonra dağılmışdır. Binanın 25 metr hündürlüyünün üzərinə əlavə edilən 35 metrlik gövdə ilə minarənin ümumi uzunluğu 60 metrə çatır. Divarların küncləri (bir fasaddan digərinə birləşdirən səthlər) yonulmuş, beləliklə daha hamar bir keçid təmin edilmişdir. Binanın minarəli fotoşəkili bu gün mövcud olmasa da, Matraqçı Nasuh Təbrizin təsvirində binanın minarə əsası kimi qəbul edilə bilən iki memarlıq elementini də təsvir etmişdir.
Məscidin həyəti 285 x 225 metr ölçüdə idi. İsfahan Cümə Məscidi kimi onun da dörd eyvanı var idi və orta eyvanın eni təxminən 30 metr idi. Həyətdə mərmər dayaqlardan istifadə edilmişdir.
Məscid transsendent ölçülərinə uyğun olaraq kifayət qədər böyük pəncərələrə malikdir. Məscidin pəncərələrinin eni 5.5 metr, uzunluğu isə 16 metridi. Mehrabın ölçüləri 9m x 30 m idi. Mehrabın nişləri isə 4 m olmuşdur.
Məscidin divarlarının bu qədər hündür və qalın inşa edilməsinin səbəbləri aşağıdakılar ola bilər:
- Məscidi monqol istila və dağıntılarından qorumaq
- Olcaytu vəzirləri arasında memarlıq fəaliyyəti uğrunda rəqabət
- Köçəri həyat tərzindən yenicə oturaq həyata keçən Elxanilərin memarlıq sahəsində o qədər də peşəkar olmaması
- Abidənin ağır qübbəsini saxlaya bilmək üçün qalın divarlara olan ehtiyac
- Tacəddin Əlişahın öldürülməmiş yeganə İlxani vəziri olması faktı ilə dəstəklənən əzəmət aldanması belə bir quruluşa öz əksini tapmış olması ehtimalı
- Təbrizdə tez-tez baş verən zəlzələlər. 1273-cü ildə az qala bütün şəhəri yerlə-yeksan edən zəlzələ qorxusundan belə divar qalınlığına üstünlük verilməsi mümkündür.
Məscidin dekorasiyaları
Təbrizin simvolu sayılan Əlişah məscidində suvaq, mərmər və kirəmit bəzəkləri olmuşdur. Bu bəzəklərin heç biri günümüzə qədər gəlib çatmamışdır. Bu yaxınlarda bərpa edilmiş binada külli miqdarda gips və kafel materialları, həmçinin mərmər və ondan törəmə daş materialları aşkar edilmişdir. Lakin belə bir kafel tətbiqi binanın ilk tikintisindən qalma ehtimalı azdır.
Əlişah məscidi nəhəng ölçülərinə baxmayaraq bəzək elementlərini qoruyub saxlaya bilməmişdir. Binanın qalıqlarının hamısı kərpic materialıdır. Kərpicin uzun və qısa tərəflərinin istifadəsi ilə üfiqi, əyri və şaquli düzülüşü binaya hərəkətlilik qazandırmışdır. Binada ümumilikdə 5 iti tağ vardır. Kərpiclər bu tağların yuxarısına sağ tərəfdə sağa meyilli, sol tərəfdə isə sola meyillik şəkildə düzülmüşdür. Mehrabda heç bir bəzək ünsürünə rast gəlinmir. Qiblə divarında müəyyən ardıcıllıqla düzülən pillələr düzbucaqlıdır. Mehrab haşiyəsində bu pillələr maili bucaq altında inşa edilmişdir. Mehrabı əhatə edən düzbucaqlı kameranın yuxarı kənarı ardıcıl boşluqlarla bəzədilib. Hərəkətlilik eyni kənarda taxta material ilə təmin edilir.
Əlişah məscidinə cənubdan baxdıqda mehrab çıxıntısının kifayət qədər yüksək olduğu, ziyarətgahdan baxdıqda isə mehrab yuvasının göründüyü qədər dərin olmadığı görünür. Bu Səlçuqlu memarlıq elementlərinin binanın tikintisində istifadə edildiyini göstərir.
Binanın ziyarətgah hissəsində şərq və qərb divarlarındakı iki pilləli panellərin düzbucaqlı və ya kvadrat formada inşa edilmişdir . Bu lövhələrin yuxarı kənarları ardıcıl boşluqlarla canlandırılmışdır.
Əlişah Məscidinin cənub divarına kənardan baxdıqda qalanın görünüşünü dəstəkləyən bəzi memarlıq elementləri görünür. Mehrab çıxıntısının yuxarı hissəsində üç dairəvi tağlı pəncərə vardır. Bunların ortasından yağış suyu xaricə uzanan nov ilə axıdılırmış. Mehrabın yuxarı hissəsinin sağında və solunda daha dörd uclu tağlı pəncərə var idi. Bu pəncərələr arasında üç uzun, nazik düzbucaqlı arakəsmələr var. Çöldən baxanda məscidin şərq divarı ilə cənub divarının kəsişməsində başqa bir pəncərə var. Simmetrik olmalı olan pəncərə qərb fasadındadır və ön fasaddan görünmür. Qərb divarında üç uzun nazik düzbucaqlı arakəsmələrdən sonra iti uclu tağlı, düzbucaqlı pəncərə var. Yenə də binaya kənardan baxanda şərq divarında iti uclu tağlı üç pəncərə və onların arasında üç uzun, nazik dördbucaqlı arakəsmələr görünür. Ziyarətgahdan şərq və qərb divarlarının yuxarı hissələrinə baxdıqda onun simmetrik inşa olunduğu nəzərə çarpır.
Qərb divarının yuxarı hissəsində görünən boşluğun qapı və ya pəncərə olması ehtimal edilir. Eyni memarlıq elementi şərq divarının yuxarı hissəsində mövcud olsa da, o, günümüzə qədər gəlib çıxmamışdır.
Qalereya
- Ərk qalası 1979-cu ildə
- Ərk qalası, cənub mənzərəsi.
- Ərk qalasının axşam vaxtı işıqlandırılması
- Ərk qalasının şimal tərəfdən görüntüsü
- Ərk qalasının yandan görünüşü
- Ərk qalası axşam vaxtı
- Ərk qalası, 2022
- Ərk qalası, 2022
- Ərk qalası, 2022
- Ərk qalası, 2022
İstinadlar
- Ərdəm, 2018. səh. 107
- . 2017-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-01.
- Wilber, 1969. səh. 855
- Malakouti, 2003
- Aksarayi, 2000. səh. 254
- Mansouri, 2016. səh. 2
- Wilber, 2016. səh. 2
- Chardin, 2014. səh. 324
- Marandi, 2015. səh. 173
- Browne, 1959. səh. 63
- Iran Metropolises Agency, 2019
- Ajorloo and Babayloo, 2014. səh. 58
- Karrenk, 1968. səh. 241
- Eyince, 1993. səh. 73
- Beksac and Cobanoglu, 2000. səh. 106
- Pourtajrishi, 2014
- Blair, 1986. səh. 146
- Yetkin, 1965. səh. 140
- Mərəndi, 2015. səh. 173
- Bülbül, 2012. səh. 149
Ədəbiyyat
- Cronin, Stephanie, redaktorIranian-Russian Encounters: Empires and Revolutions Since 1800. Routledge. 2013. ISBN .
- Sheila S. Blair. Arg-i ʿAlī Shāh. 2008.
- Melville, Charles. "Historical Monuments and Earthquakes in Tabriz". Iran. Taylor & Francis. 19. 1981: 159–177. doi:10.2307/4299714. JSTOR 4299714.
- Beksaç, E., Çobanoğlu, A.V. İlhanlılar”. Diyanet İslam Ansiklopedisi (DİA). XXII. İstanbul. 2000. 105–108.
- M. Aksarayi. Müsameretü-l Ahbar (tərcümə Mürsəl Öztürk). Ankara. 2000.
- S,S. Blair. The Mongol Capital of Sultâniyya: The İmperial. Journal of Persian Studies. 1986. 139–151.
- J. Chardin. Chardin seyahatnamesi (tərcümə Ayşe Meral). Kitab yayınevi. 2014.
- S.Bülbül. İran İlhanlı Dönemi Mimari Süslemesi XIII.-XIV. yy. Van: Yüzüncü yıl Üniversitesi. 2012.
- S.Eyice. Cami. İstanbul: Diyanet İslam Ansiklopedisi (DİA),. 1993. 56–90.
- A.Karrenk. Asar ve Ebniyeye Tarihi Tebriz. Təbriz. 1968.
- H.S.Marandi. İlhanlıların İran’daki Siyasi Faaliyetleri ve Eserleri. Erzurum: Atatürk Üniversitesi. 2015.
- S.A. Mansuri və B.Ajarloo. Alişah Tebriz Erg’inin Yeniden Tanıtımı ve Uygulamaları. Hoberhaye Ziba Dergisi. 2004.
- Ş.Beyani. Din Ve Devlet Der Iran Akhd-ı Mogol. Merkez-ı Nesr-ı Danis Gahi. (Hukumet-i Ilhanli). Tehran. 1389.
- O.G. Özdügənli. Olcaytu Han. İstanbul: Diyanet İslam Ansiklopedisi (DİA),. 2007. 345–347.
- A.Kaşani. Tarih-e Padişah Said Gıyasedünya ve Din Olcaytu. Heftomin Numayişhgah Beynelmileli. Tehran. 1384.
- K.S.Yetkin. İslam Mimarisi. Ankara: Ankara Universitesi Basımevi. 1965.
- E.G.Browne. A Year Amongs The Persians: Adam and Charles Black. London. 1959.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Erk qalasi ve ya Erk i Elisah Mescid i Elisah Tebriz qalasi fars ارگ تبريز Tebriz seherinde yerlesen ve XIV esrde Hulakuler Elxaniler zamaninda vezir Elisah terefinden tikdirilen abide Gunumuzde seherin merkezinde parkin uzerinde yerden 26 metr yuksekliye ucalan Erk i Elisah qalasi ve ya kohne adi ile Mescid i Elisah Elxaniler dovru memarliginin bir numunesidir Son Elxani hokmdari Ebu Seid Xanin 1316 1335 veziri Eli sah terefinden tikdirilen abide ilk tikildiyi zaman mescid olub ve muselmanlarin namaz qilmasi ucun uzun muddet bu sekilde istifade edilib Sonralar ehtimal ki Tebrizde bas veren siddetli ve tez tez bas veren zelzeleler sebebinden bina dagilib ve bezi elavelerle divarlar zirzemiler anbarlar ve s qalaya cevrilmisdir Bundan sonra abide Erk i Elisah adlandirilmisdir Qala sadeliyi olculeri ve kerpic horgusu ile diqqeti ozune celb edirdi Taceddin Eli sah terefinden tikdiriilen ve sonradan qalaya cevrilen bu binanin eni 30 metr hundurluyu 26 metr qalinligi ise 10 metrdir Teessuf ki gunumuzde onun yalniz qurbangahi ve yan divarlari qalmaqdadir Bundan basqa abidenin uzerinde gunumuze qeder gelib catmis hec bir yazi yoxdur 1931 ci ilde abide Milli Irs siyahisina qeyde alinmisdir Erk qalasiارگ تبریزErk qalasi 2021 ci ilde38 04 20 sm e 46 17 19 s u Olke IranSeher TebrizYerlesir Tebriz sehristaniAidiyyati Elxaniler dovletiSifarisci Elisah TebriziTikilme tarixi 1338 1345Hundurluyu 28 mMaterial kerpicErk qalasiErk qalasinin plani Vikianbarda elaqeli mediafayllarTarixiTaceddin Elisah haqqinda Elxaniler dovrunun meshur sexsiyyetlerinden biri olan Taceddin Elisah Gilani 1312 ci ilde vezir olaraq teyin edilmisdir Onun deqiq dogum tarixi melum deyil Elxanilerin xidmetinde calismazdan evvel zergerlikle mesgul olan Taceddin Elisah bu pesenin onu saraya daxil edeceyinden xeberdar idi Vezir Taceddin Bagdadda Firdovsi adli is yeri Tebrizdeki mescidden basqa Sultaniyyede bazar yeri tikdirmisdir Taceddin Elisah Olcaytu xanin regbetini qazanmaq ucun 1316 ci ilde mescidin planini sexsen ozu tertib etmis ve insaasina baslamisdir Binanin mescidden cox elm irfan merkezi kimi istifade edilmek xususiyyeti de var Binanin heyetinde baxca ve merkezinde hovuz yerlesirdi Bagcadaki agaclar qruplar halinda ekilmisdi Abidenin yasi 700 ildir O 500 ildir ki mescid 200 ildir qala olaraq fealiyyet gosterir Turkiyede Selcuqlar tarixinden behs eden en ehemiyyetli eserlerden biri sayilan Musameretul Ehber adli eserde yazici bu mescidin temeli haqqinda melumat vererek bildirir ki Sam Emevi mescidinden basqa dunyada bu mescidin bir benzeri yoxdur Mescidin xronologiyasi asagidaki kimidir Ilkin tikinti 1316 1339 cu iller arasinda Elxaniler dovrunde aparilmisdir Tikinti zamani esas cellek tonozu cokdu ve daha sonra tikinti dayandirildi 1322 ci ilde bir qrup dovlet xadimi Qahireden gelerek mescidi ziyaret etdi Onlar mescidin mehrabinin qotiq kemer ve minarelerin her birinin 54 metr hundurlukde oldugu barede oz qeydlerinde melumat vermisdiler 1323 1324 cu ilde tonozun cokmesi ile tikinti yarimciq qalir 1324 cu ilde Taceddin Elisah vefat edir ve mescid kompleksi daxilinde defn edilir 1533 1536 ci ilde Sultan Suleymanin Sefevi dovleti uzerine yurusleri zamani Matraqci Nasuh Tebrizin miniaturasinda Elisah Mescidini de tesvir etmisdir 1641 ci ilde bas veren zelzele mescide boyuk zererler vurmusdu 1673 cu ilde Sarden mescidin veziyyeti haqqinda oz qeydlerinde behs ederek bildirir Demek olar ki tamamile dagilan mescidin alt qismi berpa edilmisdir Xalq bu hissede namaz qilib ibadetler edir Mescidin cox hundur bir minaresi var Irevandan gelerken ilk bu mescid goze carpir 1786 ci ilde Qacarlarin hakimiyyeti illerinde abide uzun iller dervis ve tekkelerin ibadet merkezine cevrilir Zend xanedanliginin hakimiyyeti zamani ise mescid qalaya cevrilerek ibadete baglanilir Hemin illerde qala taxil ve silah anbari kimi fealiyyet gosterirdi ve etrafi demir tellerle hasarlanmisdi Fransiz seyyahi Jan Sardenin Tbrizde oldugu zaman cekdiyi sekilde Erk qalasi 1873 cu il Erk xarabaliqlari fransiz serqsunasi arxeoloqu ve ressami Eqen Flandenin sekdiyi sekil 1840 ci il Iranda Mesrute inqilabi zamani Tebrizin Erk qalasi yaxinligindaki ABS Konsullugu uzerinde ABS bayragi dalgalanir 1804 1828 ci iller Rus Iran muharibeleri zamani mescid seherin qalasina cevrilmisdi Bu dovrde qalaya yeni elaveler edilmisdi Beleki qurulusa qarnizon daxmasi silah ve top tokme zavodu ordu qerargahi ve kazarma elave edilerek mescid ordu bazasina cevrilmisdi Rus esilli Qacar generali daha cox Samson Xan kimi taninir Gurcustan sahzadesi Aleksandrin qizi olan heyat yoldasi ile birlikde uzun iller qala icerisinde yasamisdir 1850 ci ilin iyul ayinin 9 da ozunu peygember elan eden Mirze Eli Mehemmed Erk qalasindan atilaraq edam edilmisdir 1911 ci ilde ruslarin Tebrizi isgal etmesi neticesinde qalanin divarlari bombalandi Seheri ele keciren rus ordusu burani komanda merkezi kimi istifade etdiler Isgal zamani ehtiyatsiz davrandiqlari ucun istifade etdikleri artilleriya qurgulari qalanin bezi hisselerini de yandirmisdir Erk qalasi 1911 ci ilde Yanan Erk qalasi 1911 ci il Erk qalasi uzerinde rus bayragi 1911 ci il1925 1941 ci illerde Rza sah Pehlevinin hakimiyyeti dovrunde binanin etrafinda bir nece bag salinmis ve ona Milli Bag adi verilmisdir 1971 ci ilde aparilan arxeoloji qazintilar zamani Qacarlar sulalesine aid olan herbi memarliq qaliqlari ve qedim silahlar askar edildi 1979 cu il Iran Islam Inqilabindan sonra bina yeniden cume namazlari ucun mescide cevrildi 1980 ci illerin evvellerinde Muselman Xalq Cumhuriyyeti Partiyasi terefdarlarinin dini ve dovleti qarisdiran azerbaycanli azliqlara etinasizliq gosteren yeni qurulusa qarsi usyani yatirildiqdan sonra Muslum Melakuti Tebrizin Cume mescidine imam secildi O Tebrizde islediyi muddetde Erkin Qacar dovrunden qalma elave divarini medeniyyet institutlarini ve Erk teatrini dagidib onlarin yerine cume namazlari ucun yeni mescid tikdirdi Bezileri hesab edir ki yerli irsin bu sekilde mehv edilmesi yerli azerbaycanli kimliyinin sistematik sekilde yox edilmesidir 1990 2000 ci illerde Iran Medeni Irs Teskilati terefinden reabilitasiya ve yenilenme layihesi heyata kecirildi Lakin bu reabilitasiya zamani Qacar dovrunden qalan butun qaliqlar strukturdan cixarilmisdir Hemin dovrde Erk qalasinin yaninda yeni boyuk mescid tikilmisdir Yeni mescidin ust qurulusu Erk qalasinin memarligina xelel getirmekdedir Iran Medeni Irs Teskilatinin qaydalarina ve bir nece mehkeme qerarlarina baxmayaraq yeni strukturun tikintisi tamamlanmisdir Bu tikinti Erkin yer altindaki qedimi esaslarini da tamamile mehv etdi Belelikle yeni Islam rejimi Erkin esaslarini aradan qaldirmaqla sonraki illerde bas vere bilecek yeniden qurma fealiyyetleri sansini da mehv etmis oldu Bundan basqa mescidin muqeddes ve toxunulmaz hesab edilen ibadetgahi da Quran qaydalarina zidd gedilerek dagidilmis ve avtomobil dayanacagina cevrilmisdir Yeni dayancaq 700 illik mescidin esas ibadet zalinin qaliqlari uzerinde fealiyyet gostermekdedir Erk qalasinin qarsisinda Tebriz cume mescidinin tikintisi 2013Abidenin memarliq xususiyyetleriBinanin arxitekturasi ilk zamanlar U formali qurulusda olmusdur U formasinin aciq hissesi qurbangahin yerlesdiyi binanin cenub divaridir Serq ve qerb divarlari cenub divarindan daha qalin tikilmisdir Ilk dovrlerde serqde medrese tikilileri qerbde zaviye simalda ise divarlarla ehate olunmus cox boyuk heyet var idi Medrese ve zaviyenin aciq heyeti ve tek eyvani var idi Mescid kimi tikilen bu bina 1809 cu ilde qalaya cevrilib Meshur iranli memar sozlerine gore bu bina Azerbaycan memarligini temsil eden uslubda tikilib Serq ve qerb divarlari dagildiqdan sonra qalan hisseler bir birine simmetrikdir Ehtimal olunur ki bu hisseden sag ve sol terefde medrese ve zaviyelere kecidin temin olundugu boyuk bir darvaza ve ya kecidi varimis Elisah mescidinin eni 30 15 metr derinliyi giris qapisi ile mehrab arasinda 65 metr divarlarinin qalinligi 10 4 metr yerden hundurluyu 25 metrdir Taceddin Eli sahin tikdirdiyi bu bina Demesq Rum Tebriz ve Bagdaddaki butun binalardan yuksekdir Eyvan serdabesinin eni 30 5 metr derinliyi 48 metr ve yerden hundurluyu 24 metr idi Eyvan serdabesi tikildikden bir qeder sonra dagilmisdir Binanin 25 metr hundurluyunun uzerine elave edilen 35 metrlik govde ile minarenin umumi uzunlugu 60 metre catir Divarlarin kuncleri bir fasaddan digerine birlesdiren sethler yonulmus belelikle daha hamar bir kecid temin edilmisdir Binanin minareli fotosekili bu gun movcud olmasa da Matraqci Nasuh Tebrizin tesvirinde binanin minare esasi kimi qebul edile bilen iki memarliq elementini de tesvir etmisdir Mescidin heyeti 285 x 225 metr olcude idi Isfahan Cume Mescidi kimi onun da dord eyvani var idi ve orta eyvanin eni texminen 30 metr idi Heyetde mermer dayaqlardan istifade edilmisdir Mescid transsendent olculerine uygun olaraq kifayet qeder boyuk pencerelere malikdir Mescidin pencerelerinin eni 5 5 metr uzunlugu ise 16 metridi Mehrabin olculeri 9m x 30 m idi Mehrabin nisleri ise 4 m olmusdur Mescidin divarlarinin bu qeder hundur ve qalin insa edilmesinin sebebleri asagidakilar ola biler Mescidi monqol istila ve dagintilarindan qorumaq Olcaytu vezirleri arasinda memarliq fealiyyeti ugrunda reqabet Koceri heyat terzinden yenice oturaq heyata kecen Elxanilerin memarliq sahesinde o qeder de pesekar olmamasi Abidenin agir qubbesini saxlaya bilmek ucun qalin divarlara olan ehtiyac Taceddin Elisahin oldurulmemis yegane Ilxani veziri olmasi fakti ile desteklenen ezemet aldanmasi bele bir qurulusa oz eksini tapmis olmasi ehtimali Tebrizde tez tez bas veren zelzeleler 1273 cu ilde az qala butun seheri yerle yeksan eden zelzele qorxusundan bele divar qalinligina ustunluk verilmesi mumkundur Mescidin dekorasiyalari Tebrizin simvolu sayilan Elisah mescidinde suvaq mermer ve kiremit bezekleri olmusdur Bu bezeklerin hec biri gunumuze qeder gelib catmamisdir Bu yaxinlarda berpa edilmis binada kulli miqdarda gips ve kafel materiallari hemcinin mermer ve ondan toreme das materiallari askar edilmisdir Lakin bele bir kafel tetbiqi binanin ilk tikintisinden qalma ehtimali azdir Elisah mescidi neheng olculerine baxmayaraq bezek elementlerini qoruyub saxlaya bilmemisdir Binanin qaliqlarinin hamisi kerpic materialidir Kerpicin uzun ve qisa tereflerinin istifadesi ile ufiqi eyri ve saquli duzulusu binaya hereketlilik qazandirmisdir Binada umumilikde 5 iti tag vardir Kerpicler bu taglarin yuxarisina sag terefde saga meyilli sol terefde ise sola meyillik sekilde duzulmusdur Mehrabda hec bir bezek unsurune rast gelinmir Qible divarinda mueyyen ardicilliqla duzulen pilleler duzbucaqlidir Mehrab hasiyesinde bu pilleler maili bucaq altinda insa edilmisdir Mehrabi ehate eden duzbucaqli kameranin yuxari kenari ardicil bosluqlarla bezedilib Hereketlilik eyni kenarda taxta material ile temin edilir Elisah mescidine cenubdan baxdiqda mehrab cixintisinin kifayet qeder yuksek oldugu ziyaretgahdan baxdiqda ise mehrab yuvasinin gorunduyu qeder derin olmadigi gorunur Bu Selcuqlu memarliq elementlerinin binanin tikintisinde istifade edildiyini gosterir Binanin ziyaretgah hissesinde serq ve qerb divarlarindaki iki pilleli panellerin duzbucaqli ve ya kvadrat formada insa edilmisdir Bu lovhelerin yuxari kenarlari ardicil bosluqlarla canlandirilmisdir Elisah Mescidinin cenub divarina kenardan baxdiqda qalanin gorunusunu destekleyen bezi memarliq elementleri gorunur Mehrab cixintisinin yuxari hissesinde uc dairevi tagli pencere vardir Bunlarin ortasindan yagis suyu xarice uzanan nov ile axidilirmis Mehrabin yuxari hissesinin saginda ve solunda daha dord uclu tagli pencere var idi Bu pencereler arasinda uc uzun nazik duzbucaqli arakesmeler var Colden baxanda mescidin serq divari ile cenub divarinin kesismesinde basqa bir pencere var Simmetrik olmali olan pencere qerb fasadindadir ve on fasaddan gorunmur Qerb divarinda uc uzun nazik duzbucaqli arakesmelerden sonra iti uclu tagli duzbucaqli pencere var Yene de binaya kenardan baxanda serq divarinda iti uclu tagli uc pencere ve onlarin arasinda uc uzun nazik dordbucaqli arakesmeler gorunur Ziyaretgahdan serq ve qerb divarlarinin yuxari hisselerine baxdiqda onun simmetrik insa olundugu nezere carpir Qerb divarinin yuxari hissesinde gorunen boslugun qapi ve ya pencere olmasi ehtimal edilir Eyni memarliq elementi serq divarinin yuxari hissesinde movcud olsa da o gunumuze qeder gelib cixmamisdir QalereyaErk qalasi 1979 cu ilde Erk qalasi cenub menzeresi Erk qalasinin axsam vaxti isiqlandirilmasi Erk qalasinin simal terefden goruntusu Erk qalasinin yandan gorunusu Erk qalasi axsam vaxti Erk qalasi 2022 Erk qalasi 2022 Erk qalasi 2022 Erk qalasi 2022IstinadlarErdem 2018 seh 107 2017 11 29 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2017 06 01 Wilber 1969 seh 855 Malakouti 2003 Aksarayi 2000 seh 254 Mansouri 2016 seh 2 Wilber 2016 seh 2 Chardin 2014 seh 324 Marandi 2015 seh 173 Browne 1959 seh 63 Iran Metropolises Agency 2019 Ajorloo and Babayloo 2014 seh 58 Karrenk 1968 seh 241 Eyince 1993 seh 73 Beksac and Cobanoglu 2000 seh 106 Pourtajrishi 2014 Blair 1986 seh 146 Yetkin 1965 seh 140 Merendi 2015 seh 173 Bulbul 2012 seh 149EdebiyyatCronin Stephanie redaktorIranian Russian Encounters Empires and Revolutions Since 1800 Routledge 2013 ISBN 978 0415624336 Sheila S Blair Arg i ʿAli Shah 2008 Melville Charles Historical Monuments and Earthquakes in Tabriz Iran Taylor amp Francis 19 1981 159 177 doi 10 2307 4299714 JSTOR 4299714 Beksac E Cobanoglu A V Ilhanlilar Diyanet Islam Ansiklopedisi DIA XXII Istanbul 2000 105 108 M Aksarayi Musameretu l Ahbar tercume Mursel Ozturk Ankara 2000 S S Blair The Mongol Capital of Sultaniyya The Imperial Journal of Persian Studies 1986 139 151 J Chardin Chardin seyahatnamesi tercume Ayse Meral Kitab yayinevi 2014 S Bulbul Iran Ilhanli Donemi Mimari Suslemesi XIII XIV yy Van Yuzuncu yil Universitesi 2012 S Eyice Cami Istanbul Diyanet Islam Ansiklopedisi DIA 1993 56 90 A Karrenk Asar ve Ebniyeye Tarihi Tebriz Tebriz 1968 H S Marandi Ilhanlilarin Iran daki Siyasi Faaliyetleri ve Eserleri Erzurum Ataturk Universitesi 2015 S A Mansuri ve B Ajarloo Alisah Tebriz Erg inin Yeniden Tanitimi ve Uygulamalari Hoberhaye Ziba Dergisi 2004 S Beyani Din Ve Devlet Der Iran Akhd i Mogol Merkez i Nesr i Danis Gahi Hukumet i Ilhanli Tehran 1389 O G Ozdugenli Olcaytu Han Istanbul Diyanet Islam Ansiklopedisi DIA 2007 345 347 A Kasani Tarih e Padisah Said Giyasedunya ve Din Olcaytu Heftomin Numayishgah Beynelmileli Tehran 1384 K S Yetkin Islam Mimarisi Ankara Ankara Universitesi Basimevi 1965 E G Browne A Year Amongs The Persians Adam and Charles Black London 1959 Hemcinin baxBezz qalasi Tebriz Settarxan Guney Azerbaycan