Hüseyn xan Əbdi bəy oğlu Şamlı (XIV əsr – 1534, Herat) — qızılbaş sərkərdəsi, əmir əl-üməra, Heratın, Çuxursəəd bəylərbəyi. Hüseyn xan Şamlı Şah İsmayılın bacısı oğlu, Durmuş xan Şamlının qardaşı idi. O 1525-ci ildən 1531-ci ilə qədər Herat bəylərbəyi və Sam Mirzənin lələsi kimi Səfəvilər dövlətinə xidmət etmişdir. Daha sonra Übeyd xanın Herata hücumu zamanı uzun müddətli mühasirəni davam etdirə bilmədiyi üçün Herat şəhərini özbəklərə təslim etmək məcburiyyətinə qaldı. Şah Çuxa sultanın ölümündən sonra onu Abdulla xan Ustaclı ilə birlikdə əmir əl-üməra təyin etdi. Beləliklə Çuxa sultanın ölümü ilə onun yerinə Hüseyn xan Şamlı keçmiş oldu. Hüseyn xan Şamlı 1534-cü ildə Şah Təhmasibə sui-qəsd təşkil etmək şübhəsi ilə edam edilmişdir.
Hüseyn xan Şamlı | |
---|---|
Hüseyn xan Əbdi bəy oğlu Şamlı | |
Vəzifədədir | |
1525-ci ildən | |
Əvvəlki | Durmuş xan Şamlı |
– 1534 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XIV əsr |
Vəfat tarixi | 1534 |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi lider[d] |
Uşağı | Əliqulu xan Şamlı |
Rütbəsi | general, qubernator |
Həyatı
Hüseyn bəy Əbdi bəy oğlu Şamlı elinin Bəydili oymağındandır. I Şah İsmayıl Səfəvinin bacısı oğludur. Durmuş xan Şamlının qardaşı idi. 1525-ci ildə Durmuş xan vəfat edərkən onun cəmi 13 yaşı var idi. Şahdan öncə sultan, sonra xan ünvanı almışdı.
Herat bəylərbəyi
Durmuş xan Şamlının vəfatından sonra vəziri Xacə Həbibulla Savəci Hüseyn xan Şamlının yeni Xorasan əmir əl-ümərası və Sam Mirzəyə lələ təyin edilməsi üçün Şah Təhmasibə məktub göndərdi. O bununla digər əmirlərin müxalif hərəkətlərinə son vermək istəyirdi. Lakin bu xəbər qısa müddətdə bütün şəhərə yayıldı və bir sıra Şamlı əmirləri ona qarşı çıxmağa başladı. Onların bu çıxışlarına səbəb maaşlarının gecikməsi idi. Şamlılar etiraz edərək 1526-cı ildə Sam Mirzə və Hüseyn xan Şamlının iqamətgahına hücum edib Xacə Həbibullahı öldürmək qərarına gəldilər. Xacə Həbibullah Xacə Müzəffər Bitikçini onların yanına göndərib maaşlarının tez bir zamanda ödənəcəyinə söz verdi. Lakin şamlılar onun sözünə qulaq asmadı və Xacə Həbibullahın evinə hücum edib bir sıra xidmətçilərlə yanaşı onun 2 oğlunu öldürdülər. Bununla kifayətlənməyib Xacə Həbibullahın bütün qohumlarını da qılıncdan keçirdilər. Şamlıların bu hərəkətlərinə Hüseyn Xan Şamlının göz yummasının səbəbi ehtimal ki, hakimiyyəti tamamilə öz əlinə almaq istəyi idi.
Übeyd xanın Herata hücumu
Übeyd xan Quryanda olarkən Hüseyn xan Şamlı Heratın bürc və hasarını təmir edib darvazaları etibarlı adamlarına tapşırdı, yolları və küçələri də təmir etdirdi. 1528-ci ildə Übeyd xan Herata hücum etdi. O Herat yaxınlığında Şadnamə adlanan kənddə öz çadırını qurdurdu. Özbək əsgərləri bir neçə dəfə qalaya hücum etsələrdə Hüseyn xan Şamlı rəhbərliyində qoşun qalanı bu hücumlardan müdafiə edirdilər. Bu zaman Übeyd xan anladı ki, şəhəri sadəcə döyüş yolu ilə tutmaq mümkün görünmür. Bu səbəbdən əmr etdi ki, yollarda və keçidlərdə adamlar yerləşdirilsin və onlar şəhərə yemək cinsindən heç bir şeyin daxil olmasına icazə verməsin. Daha sonra adamlarına şəhərə gedən su mənbəyini torpaqla doldurmağı tapşırdı.
Übeyd xan öz qoşunu ilə 4 ay Heratı mühasirəyə alsa da şəhərə daxil olmaq mümkün olmadı. Bu zaman məşhur Özbək əmiri Can Vəfa Mirzənin oğlu Yari bəy öz qoşunu ilə Herata gəldi. Yari bəy ağır hücumla qalanı ələ keçirmək istəsə də, hücum zamanı tüfəng gülləsi ilə öldürüldü. Bu hadisəni Həsən bəy Rumlu belə şərh edir:
“Yari bəy Buxara şəhərindən gəlib çıxdı. O, Übeyd xana ərz etdi və etirazını bildirdi: - Yerimizdə oturmaqla və küçəbəndlər uğrunda xırda döyüşlər aparmaqla Heratı fəth etmək müyəssər olmayacaqdır. Bizə layiq olan budur ki, bu gün aləmi yandıran ordunun hamısı birlikdə müxtəlif tərəflərdən və istiqamətlərdən döyüşə atılsın və məqsədimizi əldə edək. Daha sonra o, bu iddianı gerçəkləşdirməkdən ötrü özbək sərdarları ilə birlikdə küçəbəndə tamaşa etmək qərarına gəldi və neçə nəfər əbləhlə birlikdə atlanıb yola çıxdı. Xeyli tamaşa etdikdən və saysız arzulara düşdükdən sonra keçməli olduğu bir yolda onun diqqətini bürcün qonşuluğunda yerləşən və dağılmış vəziyyətdə olan bir küçəbənd cəlb etdi. O, öz mülazimlərindən ayrılıb tamaşa üçün irəli getdi. Elə bu zaman o ərazinin qoruyucularından olan bir tüfəngçi onun tərəfə bir tüfəng gülləsi atdı. Güllə ona dəyib onu izzət atından zillət torpağına saldı. Tüfəngçi dərhal onun başını bədənindən ayırıb atını və yarağını Hüseyn xanın yanına gətirdi. Onun kisəsindən bir möhür çıxardılar və kağıza vurdular. Orada bu sözlər nəqş olunmuşdu: “əl-Əbd Yari bin Canvəfa mirzə”. O əsnada Yari bəyin mülazimlərindən biri onun başına nə gəldiyini öyrənmək üçün şəhərə daxil olub, onun əhvalı haqqında məlumat alaraq geri qayıtdı.”
Yari bəyin ölüm xəbəri Übeyd xana çatdıqda o qalaya olan hücumları daha da şiddətləndirdi. Hüseyn xan öz əmirləri ilə məsləhətləşib ərzaq qıtlığı problemini aradan qaldırmaq məqsədilə qərara aldı ki, döyüşə yararlı olmayan şəxslər ailələri ilə birlikdə şəhəri tərk etsinlər. Şəhəri tərk edən hər ailədən 150 Təbriz dinarı toplanmışdı. Bununla Heratın müdafiəsi uzun müddət davam etdirildi. Təqribən 7 aylıq mühasirədən sonra Übeyd xan Şah Təhmasib və qoşununun 1528-ci ildə Xorasana doğru hərəkətə başladığından xəbər tutdu. Özbəklər tez bir zamanda mühasirəni dayandırıb Xorasanı tərk edərək Mavəraünnəhrə yola düşür. Şah Təhmasib İmam Rza türbəsini ziyarət etdikdən sonra Herata doğru hərəkət etdi. Şəhərə çatdıqda Hüseyn xan Şamlı və müdafiəçiləri ilə görüşüb onları mükafatlandırdı. Heratda işləri qaydasına saldıqdan sonra isə geri qayıtdı.
Cam döyüşündə iştirakı
1528-ci ildə Mavəraünnəhr, Türküstan, Fərqanə, Əndincan, Otrar, Qaşğar, Xarəzm, Qılmak, Qırğız, Qaraxitay, Qaraqılpaq və Dəşti Qıpçaqdan toplanan özbək qüvvələri Kuçum xan, Übeyd xan, Canı bəy Sultan, Buraq xan, Fulad Sultan, Sevincək Məhəmməd Sultan və digər özbək əmirləri rəhbərliyində Amudəryanı keçərək Xorasana doğru hərəkətə başladı. Səfəvi mənbələrinə görə Çingiz xan dövründən bu yana Amudəryadan bu qədər güclü və izdihamlı ordu keçməmişdi. Bu ordunun tərkibi mənbələrdə 300 min, 250 min, 150 min, 105 min, 120 min, 100 min, qızılbaş ordusunun tərkibi isə 24 min , 40 min, 50 min kimi göstərilib. İki ordu 1529-cu ildə Cam yaxınlığında Zurabad adlanan yerdə qarşı-qarşıya gəldilər. Hüseyn xan Şamlı bu döyüşdə Qızılbaş qoşununun sağ qanadında dayanmışdı. Səfəvi qoşununun sağ qanadı döyüş başlayan zaman özbək qoşunun Canı bəy Sultanın rəhbərlik etdiyi sol qanadına hücum etdi. Özbəklər qızılbaşların əvvəlcə sağ sonra sol qanadına hücum edərək onları çətin vəziyyətə saldılar.Bu zaman bir çox Qızılbaş əmiri və əsgərləri döyüş meydanını tərk etdi. Bu səbəbdən Səfəvi ordusu tüfəng və toplarından istifadə edə bilmədi. Qızılbaş əmirlərinin qaçmasından sonra 16 yaşlı Şah Təhmasibin yanında cəmi 3000 nəfərlik süvari qoşunu qalmışdı. Cani bəy Səfəvi ordusunun sağ qanadını təqib edib talan etməyə başladı. Übeyd xan isə eyni şəkildə qoşunun sol qanadına hücum etdi. Şah Təhmasib ordusunu sağ qanadına qardaşı Bəhram Mirzəni, sol qanada da Sam Mirzəni təyin edib 1700 nəfərlik qorçularına hücum əmri verdi. Beləliklə özbək ordusunu nizamı pozuldu və Übeyd xan rəhbərliyində özbəklər döyüş meydanından qaçmağa başladılar. Cam döyüşü Səfəvi qoşununun qalibiliyyəti ilə nəticələndi. Həsən bəy Rumlu Əhsən ət-Təvarix əsərində bu barədə yazır:
“Düşmənləri yandırıb-yaxan şah bir neçə gün orada qaldı. İti qılıncın çeşməsi ilə fəth və qələbə fidanını yaşıllaşdırıb su ilə doyurmuş döyüş təcrübəli qorçular o həzrətin hüsn-rəğbəti ilə şərəfləndirilib çeşidli hədiyyələrə layiq görüldülər. Şah Təhmasib Heratın hakimiyyət boyunbağısını əvvəlki qaydada Hüseyn xanın boynuna saldı. Çünki o, həmin mərəkədə mərdliklər göstərmişdi. Daha sonra şah geri dönüş bayrağını İraqa tərəf qaldırdı. Səbəb bu idi ki, Zülfüqar Bağdadda yağı olmuşdu.”
Qızılbaş qoşunu Xorasanı tərk edən kimi, Übeyd xan 1529-cu ildə yenidən Amudərya çayını keçdi. Ordunun rəhbərliyini oğlu Əbdüləziz Sultan və Daşkənd əmiri Sevincək Məhəmməd Sultanı Məşhədi almaq üçün vəzifələndirdi. Özbəklər 2 ay Məhşədi mühasirədə saxladıqdan sonra əlavə dəstək gəldikdən sonra Məhşədə daxil olub 300 Qızılbaşı öldürdülər. Übeyd xan əmirlərindən birini burada qoyub özü Herata doğru yola düşdü. Hüseyn xan ard-arda baş verən döyüşlərə görə şəhərin qida və silahla təmin edilməsində çətinliklər yaşayırdı. Übeyd xan yenə əvvəlki mühasirələrdə olduğu kimi şəhərə qida maddələrinin daxil olmasının qarşısını almaq məqsədilə Herat ətrafını talan edib əhaliyə təzyiq göstərməyə başladı. Həm qıtlığı həm də şahdan gələcək köməyin gecikəcəyini anlayan Hüseyn xan Xacə İshaq Siyavuşaniyi Übeyd xanın yanına göndərib Heratın dağıdılmaması və əhaliyə toxunmamaq şərti ilə qızılbaşları və ailəlini şəhərdən çıxaracağını bildirdi. Übeyd xan bu təklifi qəbul edib geri çəkildi. Hüseyn xan Şamlı, Sam Mirzə və bütün qızılbaşlar Heratı tərk edərək Sistana tərəf yola düşdülər. Beləliklə Herat şəhəri özbəklərin əlinə keçdi. Heratın ələ keçirilməsinin səbəbkarlarından biri Çuxa Sultan idi. Çuxa Sultan qızılbaş qoşununu Heratda mühasirəyə düşənlərə köməyə göndərməyi yubandırmışdı. Hicr 937-ci il zülqədənin 2-də (1531-ci il iyunun 17-də) Hüseyn xan Sam Mirzə ilə şahın İsfahan yaxınlığındakı qərargahına gəldi. Şah Təhmasib onu ehtiramla qarşıladı. Lakin Übeyd xan qarşısında dayana bilmədiyi üçün onu vəzifəsindən kənar edib Bəhram Mirzəyə lələ təyin etdi. Xacə Əmir bəy isə Xorasan vəziri oldu.
Çuxa Sultan özünün təhlükəli rəqibindən xilas olmaq üçün onu şənliklərin birində öldürmək qərarına gəldi. Onun bu planından Hüseyn xan xəbər tutdu. O, gecə düşəndə silahlı adamlardan ibarət dəstə ilə Çuxa Sultanın alaçığına yollandı. Çuxa Sultan sığınacaq tapmaq ümidi ilə divanxanaya qaçdı. İş o yerə çatdı ki, vuruşma şah otağnda davam etdirildi və Hüseyn xanın adamlarının atdıqları iki ox şahın tacına dəydi. Həmin gecə şahı mühafizə edən, zülqədər tayfasından olan şah qorçiləri Hüseyn xanın tərəfinə keçdilər və onlardan biri Çuxa Sultanı ölümcül yaraladı. Gəndüman yaylasında İmam Səhl Əli ətrafında baş verən döyüşdə təkəlilər və şamlılar qarşı qarşıya gəldi. Təkəlilər məğlub olub Bağdada tərəf qaçdılar. Qızılbaşlar arasında baş verən münaqişələr Şah Təhmasibi olduqca narahat etdi.
Yenidən əmir əl-üməra təyin edilməsi
Şah Təhmasib 1531-ci ilin avqust ayında Şiraza qasid göndərib Hüseyn xan Şamlını saraya dəvət etdi. Burada şahın məqsədi qızılbaşlar arasında müvazinəti qorumaq idi. Bu məqsədlə Hüseyn xan Şamlı və Abdulla xan Ustaclını ortaq əmir əl-üməra təyin etdi. Beləliklə Çuxa sultanın ölümü ilə onun yerinə Hüseyn xan Şamlı keçdi.
Təkəli əyanlarınıın hökmranlıq müddəti (1527-1531) şamlı feodallarının hakimiyyəti ilə əvəz edildi. Çuxa Sultanın ölümündən sonra Hüseyn xan Şamlı ən qüdrətli feodal oldu, vəkil və əmir əlüməra vəzifələrini tutdu. Hüseyn xan da sələfi kimi ilk növbədə öz tayfasının yaxşı yerləşdirilməsi qayğısına qalaraq “ən yaxşı vilayətləri (iqta əsasında) şamlı əmirləri arasında bölüşdürüb” şaha dövlət işlərinə qarışmaq imkanı vermədi. 1531-1532-ci ildə vəzif Əmir Qıvaməddin Cəfər Savəcini öldürtdü. Onun yerinə isə Əhməd bəy Nurkamal İsfahani yeni vəzir təyin edildi. Hüseyn xan Şamlının sarayda güclənməsini yaxşı qarşılamayan Üləma bəy Təkəli 1531-ci ildə üsyan qaldırdı.
Şah Təhmasib 1532-1533-cü ildə Üləma Təkəli məsələsində narahatlığı azaldığı üçün böyük bir ordu ilə Xorasana doğru hərəkətə başladı. O ilk əvvəl Heratda mühasirədə olanlara xəbər göndərib yola çıxdığını bildirdi. Heratlılar bu xəbərdən ümidlənərək özbəklərə qarşı mübarizə aparmağa davam etdilər. Şah Təhmasibin əmri ilə Qızılbaş dəstəsi Səbzivara hücum etdi. Xangəldi Bahadur isə Nişapur qalasına sığındı. Buranı ələ keçirmək üçün göndərilən Qızılbaş əsgərləri sayca az olduğu üçün Şah Təhmasib onlara yardıma Hüseyn xan Şamlı və bir digər şamlı əmiri rəhbərliyində yeni qoşun göndərdi. Onlar özbəkləri məğlub edib Məşhədi geri almaq üçün hərəkətə keçdilər. Übeyd xan tərəfindən Məşhədə hakim təyin edilən oğlu Əbdüləziz Sultan dərhal Məşhədi tərk edib Heratda atasının dəstəsinə qoşuldu. Beləliklə qızılbaşlar Məşhədə daxil oldular.
Übeyd xan Şah Təhmasibin Xorasana daxil olduğunu eşidəndə onun qarşılaşmamaq üçün 14 oktyabr 1532-ci ildə Heratın mühasirəsini tərk edib şəhərdən uzaqlaşdı. Şah Təhmasib isə qısa müddət sonra 20 dekabr 1532-ci ildə Herata daxil oldu. O bundan sonra özbəklərə qarşı müdafiə siyasətini dəyişib hücum siyasətinə keçməyi qərara aldı. Bu məqsədlə Hüseyn xan Şamlı və başqa bir Şamlı əmirini Gərcistanı ələ keçirmək üçün göndərdi. Onlar şahın əmrini yerinə yetirib yenidən şah ordusuna qayıtdılar.
Öldürülməsinin təsiri
Osmanlı ordusunun 26 iyul 1534-cü ildə Təbrizi işğal etməsi Səfəvilərin hərəkətə keçməsinə səbəb oldu. Osmanlılar bir çox Azərbaycan şəhərini ələ keçirmişdi. Belə olduqda Şah Təhmasib ordusunun avanqard hissəsini Hüseyn xan Şamlı da daxil olmaqla Osmanlı qoşunu üzərinə göndərdi. Lakin qızılbaş ordusu sayca az olduğu üçün geri qayıtmaq məcburiyyətində qaldılar. Bu zaman Hüseyn xanın müxalifləri şahı inandırdı ki, o Osmanlı tərəfinə keçmək üçün fürsət gözləyir. Nəticədə hicri 940 (1533-1534)-cı ilədək dövlət işlərini idarə etmiş Hüseyn xan elə həmin ildə qəflətən hakimiyyətdən kənar edilərək edam olundu.Mənbələrdə göstərilir ki, Hüseyn xan Şamlı I Şah Təhmasibi zəhərləmək məqsədilə sui – qəsd hazırlanmaqda təqsirləndirilmişdi. I Şah Təhmasib Heratda ikən Hüseyn xanın həmtayfası olan Başdan Qara adlı bir nəfər şahın piyaləsinə zəhər tökmək üçün cəhd göstərmişdi. Hüseyn xanın tərbiyəçisi (lələsi) olduğu qardaşı Sam Mirzənin xeyrinə I Şah Təhmasibi devirməyə yönəldilmiş fəaliyyətdə ittiham etmişdilər. Həmçinin Sam Mirzənin xəyanəti barədə xəbər verən “Şərəfnamə”yə görə, Sam Mirzə özünü I Sultan Süleymanın vassalı kimi tanımışdı. Hüseyn xandan məmləkətə soxulmuş türklərlə əməkdaşlıq etməkdə,düşmənin tərəfinə keçmək niyyətində olmaqda şübhələnirdilər.
Hüseyn xan Şamlının ölümü hadisəsini Həsən bəy Rumlu belə təsvir edir:
“Durmuş xanın kiçik qardaşı Hüseyn xan ibn Əbdi bəy Şamlu, Çuxa sultanın qətlindən sonra dinin pənahı olan şahın vəkili olmuşdu. Bu il dinin pənahı olan şahın könlü ondan incidi. Üstəlik, bu əyyamda onun tərəfindən törədilmiş bəzi qəbahətli əməllər də bu incikliyin üzərinə əlavə olundu. Qəbahətləri cümləsindən biri budur ki, şamlu qövmündən Hüseyn xanla qohumluğa malik və dinin pənahı olan şahın yanında hörmətə sahib Başdan Qara adlı birisi o həzrətə (Şah Təhmasibə) bəslədiyi ədavət səbəbindən şahın məxsusi şərbət şüşəsinin içinə zəhər atıb, o zəhərli şərbəti o həzrətə vermək istədi. Padşah fərasətlə və ya qeybdən gələn ilhamla o bədbəxtin qəsdindən xəbər tutdu. O səadətdən uzaq kimsə (Başdan Qara) onun (şahın) agah olduğunu görüb, dərhal bir bəhanə ilə məclisdən çıxaraq Mavəraünnəhrə tələsdi. Bəzi adamlar söz saldılar ki, Başdan Qaraya bu yaramaz sui-qəsdi törətməyi Hüseyn xan buyurmuşdur və bu söz zəmanə padşahının ürəyində yer tutdu. Hüseyn xan belə bir qəbahətə əl ataraq şeytani vəsvəsələrin zərurəti və nəfsani qayğıların arzusu ilə dövlət çevrilişi yolunda lazımınca səy göstərmək və insanları Sam mirzənin səltənətinə rəğbətləndirmək istəyirdi. Bu əsnada şah onu (Hüseyn xanı) qaravulluğa göndərdi. Onun mülazimlərindən Həsən ağa dinin pənahı olan şahın ərzinə çatdırdı ki, tezliklə Hüseyn xan inad yolunun yolçusu olacaq və rumilərin ordusuna yollanacaq. Dinin pənahı olan şah onu hüzuruna tələb etdi və işarə etdi ki, onu parça-parça etsinlər, Qənbəroğlu isə onun başını nizənin ucuna keçirib şah ordusunda gəzdirsin. Onun qoşununu Bəhram mirzəyə verdilər.”
Hüseyn xan Şamlının ölümü ilə qızılbaş feodallarının on il müddətində - 1524-cü ildən 1534-cü ilədək davam etmiş ağalığı başa çatdı. Şübhə yoxdur ki, şamlı əyanlarının hakimiyyəti tezliklə dövlət işlərindən sıxışdırılıb uzaqlaşdırılmş digər tayfa əyanlarının narazılığına səbəb olacaqdı. Həm də I Şah Təhmasibib özü artıq böyümüşdü, qızılbaş əmirlərinin sıxıntılı himayəsindən qurtulmaq və nəhayət, dövlət işlərini öz əlinə almaq qərarına gəlmişdi. Hüseyn xanın edam olunması və vəkil vəzifəsinə Qazi Cahan Qəzvininin təyin edilməsi I Şah Təhmasibin mərkəzi hakimiyyəti gücləndirmək və möhkəmləndirmək qətiyyətini göstərirdi.
1534-cü ildə vəkil Hüseyn xan Şamlının öldürülməsi ilə əlaqədar olaraq qızılbaş tayfaları arasında başlanan ara müharibələri, Xorasanda da feodal hərc-mərcliyinə səbəb oldu. Hüseyn xanın həmtayfası, Xorasan bəylərbəyi Ağzivər sultan Şamlı mərkəzi hakimiyyətə qarşı qiyam qaldırdı. Onun qiyamında istər-istəməz hamisi olduğu şahın qardaşı Sam Mirzə də iştirak etdi. Qiyamçılar Herat şəhəri sakinlərinin əmlakını qarət etdilər. Sonra isə o zaman Böyük Moğollardan olan Sultan Hümayunun tabeliyindəki Qəndəhar şəhərini ələ keçirmək məqsədilə yürüşə başladılar. Qalanın iki aylıq uğursuz mühasirəsindən sonra Hümayunun qardaşı Kamran mirzə iyirmi minlik qoşunla mühasirədə olanların köməyinə gəldi. Düşmənin üstün qüvvələri ilə döyüşdə qiyamçılar darmadağın edildilər. Ağzıvar xan özü də həlak oldu. Bundan sonra Sam Mirzə özünü I Təhmasibin qarşısında təmizə çıxarmaq üçün bir neçə "qiyam təhrikçisini" edam etdirib başlarını şaha göndərdi.
Ailəsi
Əliqulu xan Şamlı - oğlu
Mənbə
- Ənvər Çingizoğlu, Şamlı elinin tanınmış simaları, "Soy" dərgisi, 9 (29), Bakı, 2009. səh.32-35.
- İsgəndər bəy Münşi Türkman. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF). I. Bakı: Təhsil. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. 2009. səh. 792.
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. səh. 344. ISBN .
- M.Ə.Məhəmmədi. TARİX-İ QEZELBAŞAN. Bakı: Azərbaycan nəşriyyatı. 1993. səh. 48.
- Zabil Həsrət oğlu Bayramlı. AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU. Bakı: «AVROPA» nəşriyyatı. 2015. səh. 348.
- Babək Cavanşir. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007. səh. 896.
- Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Kastamonu: Uzanlar. Namiq Musalı, Oqtay Əfəndiyev. 2017. 661. ISBN .
İstinadlar
- Məhəmmədi, 1993. səh. 7
- Cavanşir, 2007. səh. 375
- Cavanşir, 2007. səh. 376
- Rumlu, 2017. səh. 460
- Rumlu, 2017. səh. 461
- Bayramlı, 2015. səh. 63
- Rumlu, 2017. səh. 470
- Cavanşir, 2007. səh. 379
- Cavanşir, 2007. səh. 380
- Əfəndiyev, 2007. səh. 76
- Rumlu, 2017. səh. 485
- Münşi, 2009. səh. 160
- Münşi, 2009. səh. 61
- Cavanşir, 2007. səh. 383
- Əfəndiyev, 2007. səh. 77
- Rumlu, 2017. səh. 497
- Əfəndiyev, 2007. səh. 78
- Rumlu, 2017. səh. 501
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Huseyn xan Ebdi bey oglu Samli XIV esr 1534 Herat qizilbas serkerdesi emir el umera Heratin Cuxurseed beylerbeyi Huseyn xan Samli Sah Ismayilin bacisi oglu Durmus xan Samlinin qardasi idi O 1525 ci ilden 1531 ci ile qeder Herat beylerbeyi ve Sam Mirzenin lelesi kimi Sefeviler dovletine xidmet etmisdir Daha sonra Ubeyd xanin Herata hucumu zamani uzun muddetli muhasireni davam etdire bilmediyi ucun Herat seherini ozbeklere teslim etmek mecburiyyetine qaldi Sah Cuxa sultanin olumunden sonra onu Abdulla xan Ustacli ile birlikde emir el umera teyin etdi Belelikle Cuxa sultanin olumu ile onun yerine Huseyn xan Samli kecmis oldu Huseyn xan Samli 1534 cu ilde Sah Tehmasibe sui qesd teskil etmek subhesi ile edam edilmisdir Huseyn xan SamliHuseyn xan Ebdi bey oglu SamliHerat beylerbeyliyiVezifededir1525 ci ildenEvvelkiDurmus xan SamliCuxurseed beylerbeyliyi 1534Sexsi melumatlarDogum tarixi XIV esrVefat tarixi 1534Vefat yeri HeratFealiyyeti herbi lider d Usagi Eliqulu xan SamliRutbesi general qubernatorHeyatiHuseyn bey Ebdi bey oglu Samli elinin Beydili oymagindandir I Sah Ismayil Sefevinin bacisi ogludur Durmus xan Samlinin qardasi idi 1525 ci ilde Durmus xan vefat ederken onun cemi 13 yasi var idi Sahdan once sultan sonra xan unvani almisdi Herat beylerbeyi Durmus xan Samlinin vefatindan sonra veziri Xace Hebibulla Saveci Huseyn xan Samlinin yeni Xorasan emir el umerasi ve Sam Mirzeye lele teyin edilmesi ucun Sah Tehmasibe mektub gonderdi O bununla diger emirlerin muxalif hereketlerine son vermek isteyirdi Lakin bu xeber qisa muddetde butun sehere yayildi ve bir sira Samli emirleri ona qarsi cixmaga basladi Onlarin bu cixislarina sebeb maaslarinin gecikmesi idi Samlilar etiraz ederek 1526 ci ilde Sam Mirze ve Huseyn xan Samlinin iqametgahina hucum edib Xace Hebibullahi oldurmek qerarina geldiler Xace Hebibullah Xace Muzeffer Bitikcini onlarin yanina gonderib maaslarinin tez bir zamanda odeneceyine soz verdi Lakin samlilar onun sozune qulaq asmadi ve Xace Hebibullahin evine hucum edib bir sira xidmetcilerle yanasi onun 2 oglunu oldurduler Bununla kifayetlenmeyib Xace Hebibullahin butun qohumlarini da qilincdan kecirdiler Samlilarin bu hereketlerine Huseyn Xan Samlinin goz yummasinin sebebi ehtimal ki hakimiyyeti tamamile oz eline almaq isteyi idi Ubeyd xanin Herata hucumu Ubeyd xan Quryanda olarken Huseyn xan Samli Heratin burc ve hasarini temir edib darvazalari etibarli adamlarina tapsirdi yollari ve kuceleri de temir etdirdi 1528 ci ilde Ubeyd xan Herata hucum etdi O Herat yaxinliginda Sadname adlanan kendde oz cadirini qurdurdu Ozbek esgerleri bir nece defe qalaya hucum etselerde Huseyn xan Samli rehberliyinde qosun qalani bu hucumlardan mudafie edirdiler Bu zaman Ubeyd xan anladi ki seheri sadece doyus yolu ile tutmaq mumkun gorunmur Bu sebebden emr etdi ki yollarda ve kecidlerde adamlar yerlesdirilsin ve onlar sehere yemek cinsinden hec bir seyin daxil olmasina icaze vermesin Daha sonra adamlarina sehere geden su menbeyini torpaqla doldurmagi tapsirdi Ubeyd xan oz qosunu ile 4 ay Herati muhasireye alsa da sehere daxil olmaq mumkun olmadi Bu zaman meshur Ozbek emiri Can Vefa Mirzenin oglu Yari bey oz qosunu ile Herata geldi Yari bey agir hucumla qalani ele kecirmek istese de hucum zamani tufeng gullesi ile olduruldu Bu hadiseni Hesen bey Rumlu bele serh edir Yari bey Buxara seherinden gelib cixdi O Ubeyd xana erz etdi ve etirazini bildirdi Yerimizde oturmaqla ve kucebendler ugrunda xirda doyusler aparmaqla Herati feth etmek muyesser olmayacaqdir Bize layiq olan budur ki bu gun alemi yandiran ordunun hamisi birlikde muxtelif tereflerden ve istiqametlerden doyuse atilsin ve meqsedimizi elde edek Daha sonra o bu iddiani gerceklesdirmekden otru ozbek serdarlari ile birlikde kucebende tamasa etmek qerarina geldi ve nece nefer eblehle birlikde atlanib yola cixdi Xeyli tamasa etdikden ve saysiz arzulara dusdukden sonra kecmeli oldugu bir yolda onun diqqetini burcun qonsulugunda yerlesen ve dagilmis veziyyetde olan bir kucebend celb etdi O oz mulazimlerinden ayrilib tamasa ucun ireli getdi Ele bu zaman o erazinin qoruyucularindan olan bir tufengci onun terefe bir tufeng gullesi atdi Gulle ona deyib onu izzet atindan zillet torpagina saldi Tufengci derhal onun basini bedeninden ayirib atini ve yaragini Huseyn xanin yanina getirdi Onun kisesinden bir mohur cixardilar ve kagiza vurdular Orada bu sozler neqs olunmusdu el Ebd Yari bin Canvefa mirze O esnada Yari beyin mulazimlerinden biri onun basina ne geldiyini oyrenmek ucun sehere daxil olub onun ehvali haqqinda melumat alaraq geri qayitdi Yari beyin olum xeberi Ubeyd xana catdiqda o qalaya olan hucumlari daha da siddetlendirdi Huseyn xan oz emirleri ile meslehetlesib erzaq qitligi problemini aradan qaldirmaq meqsedile qerara aldi ki doyuse yararli olmayan sexsler aileleri ile birlikde seheri terk etsinler Seheri terk eden her aileden 150 Tebriz dinari toplanmisdi Bununla Heratin mudafiesi uzun muddet davam etdirildi Teqriben 7 ayliq muhasireden sonra Ubeyd xan Sah Tehmasib ve qosununun 1528 ci ilde Xorasana dogru herekete basladigindan xeber tutdu Ozbekler tez bir zamanda muhasireni dayandirib Xorasani terk ederek Maveraunnehre yola dusur Sah Tehmasib Imam Rza turbesini ziyaret etdikden sonra Herata dogru hereket etdi Sehere catdiqda Huseyn xan Samli ve mudafiecileri ile gorusub onlari mukafatlandirdi Heratda isleri qaydasina saldiqdan sonra ise geri qayitdi Cam doyusunde istiraki 1528 ci ilde Maveraunnehr Turkustan Ferqane Endincan Otrar Qasgar Xarezm Qilmak Qirgiz Qaraxitay Qaraqilpaq ve Desti Qipcaqdan toplanan ozbek quvveleri Kucum xan Ubeyd xan Cani bey Sultan Buraq xan Fulad Sultan Sevincek Mehemmed Sultan ve diger ozbek emirleri rehberliyinde Amuderyani kecerek Xorasana dogru herekete basladi Sefevi menbelerine gore Cingiz xan dovrunden bu yana Amuderyadan bu qeder guclu ve izdihamli ordu kecmemisdi Bu ordunun terkibi menbelerde 300 min 250 min 150 min 105 min 120 min 100 min qizilbas ordusunun terkibi ise 24 min 40 min 50 min kimi gosterilib Iki ordu 1529 cu ilde Cam yaxinliginda Zurabad adlanan yerde qarsi qarsiya geldiler Huseyn xan Samli bu doyusde Qizilbas qosununun sag qanadinda dayanmisdi Sefevi qosununun sag qanadi doyus baslayan zaman ozbek qosunun Cani bey Sultanin rehberlik etdiyi sol qanadina hucum etdi Ozbekler qizilbaslarin evvelce sag sonra sol qanadina hucum ederek onlari cetin veziyyete saldilar Bu zaman bir cox Qizilbas emiri ve esgerleri doyus meydanini terk etdi Bu sebebden Sefevi ordusu tufeng ve toplarindan istifade ede bilmedi Qizilbas emirlerinin qacmasindan sonra 16 yasli Sah Tehmasibin yaninda cemi 3000 neferlik suvari qosunu qalmisdi Cani bey Sefevi ordusunun sag qanadini teqib edib talan etmeye basladi Ubeyd xan ise eyni sekilde qosunun sol qanadina hucum etdi Sah Tehmasib ordusunu sag qanadina qardasi Behram Mirzeni sol qanada da Sam Mirzeni teyin edib 1700 neferlik qorcularina hucum emri verdi Belelikle ozbek ordusunu nizami pozuldu ve Ubeyd xan rehberliyinde ozbekler doyus meydanindan qacmaga basladilar Cam doyusu Sefevi qosununun qalibiliyyeti ile neticelendi Hesen bey Rumlu Ehsen et Tevarix eserinde bu barede yazir Dusmenleri yandirib yaxan sah bir nece gun orada qaldi Iti qilincin cesmesi ile feth ve qelebe fidanini yasillasdirib su ile doyurmus doyus tecrubeli qorcular o hezretin husn regbeti ile sereflendirilib cesidli hediyyelere layiq gorulduler Sah Tehmasib Heratin hakimiyyet boyunbagisini evvelki qaydada Huseyn xanin boynuna saldi Cunki o hemin merekede merdlikler gostermisdi Daha sonra sah geri donus bayragini Iraqa teref qaldirdi Sebeb bu idi ki Zulfuqar Bagdadda yagi olmusdu Qizilbas qosunu Xorasani terk eden kimi Ubeyd xan 1529 cu ilde yeniden Amuderya cayini kecdi Ordunun rehberliyini oglu Ebduleziz Sultan ve Daskend emiri Sevincek Mehemmed Sultani Meshedi almaq ucun vezifelendirdi Ozbekler 2 ay Mehsedi muhasirede saxladiqdan sonra elave destek geldikden sonra Mehsede daxil olub 300 Qizilbasi oldurduler Ubeyd xan emirlerinden birini burada qoyub ozu Herata dogru yola dusdu Huseyn xan ard arda bas veren doyuslere gore seherin qida ve silahla temin edilmesinde cetinlikler yasayirdi Ubeyd xan yene evvelki muhasirelerde oldugu kimi sehere qida maddelerinin daxil olmasinin qarsisini almaq meqsedile Herat etrafini talan edib ehaliye tezyiq gostermeye basladi Hem qitligi hem de sahdan gelecek komeyin gecikeceyini anlayan Huseyn xan Xace Ishaq Siyavusaniyi Ubeyd xanin yanina gonderib Heratin dagidilmamasi ve ehaliye toxunmamaq serti ile qizilbaslari ve ailelini seherden cixaracagini bildirdi Ubeyd xan bu teklifi qebul edib geri cekildi Huseyn xan Samli Sam Mirze ve butun qizilbaslar Herati terk ederek Sistana teref yola dusduler Belelikle Herat seheri ozbeklerin eline kecdi Heratin ele kecirilmesinin sebebkarlarindan biri Cuxa Sultan idi Cuxa Sultan qizilbas qosununu Heratda muhasireye dusenlere komeye gondermeyi yubandirmisdi Hicr 937 ci il zulqedenin 2 de 1531 ci il iyunun 17 de Huseyn xan Sam Mirze ile sahin Isfahan yaxinligindaki qerargahina geldi Sah Tehmasib onu ehtiramla qarsiladi Lakin Ubeyd xan qarsisinda dayana bilmediyi ucun onu vezifesinden kenar edib Behram Mirzeye lele teyin etdi Xace Emir bey ise Xorasan veziri oldu Cuxa Sultan ozunun tehlukeli reqibinden xilas olmaq ucun onu senliklerin birinde oldurmek qerarina geldi Onun bu planindan Huseyn xan xeber tutdu O gece dusende silahli adamlardan ibaret deste ile Cuxa Sultanin alacigina yollandi Cuxa Sultan siginacaq tapmaq umidi ile divanxanaya qacdi Is o yere catdi ki vurusma sah otagnda davam etdirildi ve Huseyn xanin adamlarinin atdiqlari iki ox sahin tacina deydi Hemin gece sahi muhafize eden zulqeder tayfasindan olan sah qorcileri Huseyn xanin terefine kecdiler ve onlardan biri Cuxa Sultani olumcul yaraladi Genduman yaylasinda Imam Sehl Eli etrafinda bas veren doyusde tekeliler ve samlilar qarsi qarsiya geldi Tekeliler meglub olub Bagdada teref qacdilar Qizilbaslar arasinda bas veren munaqiseler Sah Tehmasibi olduqca narahat etdi Yeniden emir el umera teyin edilmesi Sah Tehmasib 1531 ci ilin avqust ayinda Siraza qasid gonderib Huseyn xan Samlini saraya devet etdi Burada sahin meqsedi qizilbaslar arasinda muvazineti qorumaq idi Bu meqsedle Huseyn xan Samli ve Abdulla xan Ustaclini ortaq emir el umera teyin etdi Belelikle Cuxa sultanin olumu ile onun yerine Huseyn xan Samli kecdi Tekeli eyanlariniin hokmranliq muddeti 1527 1531 samli feodallarinin hakimiyyeti ile evez edildi Cuxa Sultanin olumunden sonra Huseyn xan Samli en qudretli feodal oldu vekil ve emir elumera vezifelerini tutdu Huseyn xan da selefi kimi ilk novbede oz tayfasinin yaxsi yerlesdirilmesi qaygisina qalaraq en yaxsi vilayetleri iqta esasinda samli emirleri arasinda bolusdurub saha dovlet islerine qarismaq imkani vermedi 1531 1532 ci ilde vezif Emir Qivameddin Cefer Savecini oldurtdu Onun yerine ise Ehmed bey Nurkamal Isfahani yeni vezir teyin edildi Huseyn xan Samlinin sarayda guclenmesini yaxsi qarsilamayan Ulema bey Tekeli 1531 ci ilde usyan qaldirdi Sah Tehmasib 1532 1533 cu ilde Ulema Tekeli meselesinde narahatligi azaldigi ucun boyuk bir ordu ile Xorasana dogru herekete basladi O ilk evvel Heratda muhasirede olanlara xeber gonderib yola cixdigini bildirdi Heratlilar bu xeberden umidlenerek ozbeklere qarsi mubarize aparmaga davam etdiler Sah Tehmasibin emri ile Qizilbas destesi Sebzivara hucum etdi Xangeldi Bahadur ise Nisapur qalasina sigindi Burani ele kecirmek ucun gonderilen Qizilbas esgerleri sayca az oldugu ucun Sah Tehmasib onlara yardima Huseyn xan Samli ve bir diger samli emiri rehberliyinde yeni qosun gonderdi Onlar ozbekleri meglub edib Meshedi geri almaq ucun herekete kecdiler Ubeyd xan terefinden Meshede hakim teyin edilen oglu Ebduleziz Sultan derhal Meshedi terk edib Heratda atasinin destesine qosuldu Belelikle qizilbaslar Meshede daxil oldular Ubeyd xan Sah Tehmasibin Xorasana daxil oldugunu esidende onun qarsilasmamaq ucun 14 oktyabr 1532 ci ilde Heratin muhasiresini terk edib seherden uzaqlasdi Sah Tehmasib ise qisa muddet sonra 20 dekabr 1532 ci ilde Herata daxil oldu O bundan sonra ozbeklere qarsi mudafie siyasetini deyisib hucum siyasetine kecmeyi qerara aldi Bu meqsedle Huseyn xan Samli ve basqa bir Samli emirini Gercistani ele kecirmek ucun gonderdi Onlar sahin emrini yerine yetirib yeniden sah ordusuna qayitdilar Oldurulmesinin tesiriOsmanli ordusunun 26 iyul 1534 cu ilde Tebrizi isgal etmesi Sefevilerin herekete kecmesine sebeb oldu Osmanlilar bir cox Azerbaycan seherini ele kecirmisdi Bele olduqda Sah Tehmasib ordusunun avanqard hissesini Huseyn xan Samli da daxil olmaqla Osmanli qosunu uzerine gonderdi Lakin qizilbas ordusu sayca az oldugu ucun geri qayitmaq mecburiyyetinde qaldilar Bu zaman Huseyn xanin muxalifleri sahi inandirdi ki o Osmanli terefine kecmek ucun furset gozleyir Neticede hicri 940 1533 1534 ci iledek dovlet islerini idare etmis Huseyn xan ele hemin ilde qefleten hakimiyyetden kenar edilerek edam olundu Menbelerde gosterilir ki Huseyn xan Samli I Sah Tehmasibi zeherlemek meqsedile sui qesd hazirlanmaqda teqsirlendirilmisdi I Sah Tehmasib Heratda iken Huseyn xanin hemtayfasi olan Basdan Qara adli bir nefer sahin piyalesine zeher tokmek ucun cehd gostermisdi Huseyn xanin terbiyecisi lelesi oldugu qardasi Sam Mirzenin xeyrine I Sah Tehmasibi devirmeye yoneldilmis fealiyyetde ittiham etmisdiler Hemcinin Sam Mirzenin xeyaneti barede xeber veren Serefname ye gore Sam Mirze ozunu I Sultan Suleymanin vassali kimi tanimisdi Huseyn xandan memlekete soxulmus turklerle emekdasliq etmekde dusmenin terefine kecmek niyyetinde olmaqda subhelenirdiler Huseyn xan Samlinin olumu hadisesini Hesen bey Rumlu bele tesvir edir Durmus xanin kicik qardasi Huseyn xan ibn Ebdi bey Samlu Cuxa sultanin qetlinden sonra dinin penahi olan sahin vekili olmusdu Bu il dinin penahi olan sahin konlu ondan incidi Ustelik bu eyyamda onun terefinden toredilmis bezi qebahetli emeller de bu incikliyin uzerine elave olundu Qebahetleri cumlesinden biri budur ki samlu qovmunden Huseyn xanla qohumluga malik ve dinin penahi olan sahin yaninda hormete sahib Basdan Qara adli birisi o hezrete Sah Tehmasibe beslediyi edavet sebebinden sahin mexsusi serbet susesinin icine zeher atib o zeherli serbeti o hezrete vermek istedi Padsah ferasetle ve ya qeybden gelen ilhamla o bedbextin qesdinden xeber tutdu O seadetden uzaq kimse Basdan Qara onun sahin agah oldugunu gorub derhal bir behane ile meclisden cixaraq Maveraunnehre telesdi Bezi adamlar soz saldilar ki Basdan Qaraya bu yaramaz sui qesdi toretmeyi Huseyn xan buyurmusdur ve bu soz zemane padsahinin ureyinde yer tutdu Huseyn xan bele bir qebahete el ataraq seytani vesveselerin zerureti ve nefsani qaygilarin arzusu ile dovlet cevrilisi yolunda laziminca sey gostermek ve insanlari Sam mirzenin seltenetine regbetlendirmek isteyirdi Bu esnada sah onu Huseyn xani qaravulluga gonderdi Onun mulazimlerinden Hesen aga dinin penahi olan sahin erzine catdirdi ki tezlikle Huseyn xan inad yolunun yolcusu olacaq ve rumilerin ordusuna yollanacaq Dinin penahi olan sah onu huzuruna teleb etdi ve isare etdi ki onu parca parca etsinler Qenberoglu ise onun basini nizenin ucuna kecirib sah ordusunda gezdirsin Onun qosununu Behram mirzeye verdiler Huseyn xan Samlinin olumu ile qizilbas feodallarinin on il muddetinde 1524 cu ilden 1534 cu iledek davam etmis agaligi basa catdi Subhe yoxdur ki samli eyanlarinin hakimiyyeti tezlikle dovlet islerinden sixisdirilib uzaqlasdirilms diger tayfa eyanlarinin naraziligina sebeb olacaqdi Hem de I Sah Tehmasibib ozu artiq boyumusdu qizilbas emirlerinin sixintili himayesinden qurtulmaq ve nehayet dovlet islerini oz eline almaq qerarina gelmisdi Huseyn xanin edam olunmasi ve vekil vezifesine Qazi Cahan Qezvininin teyin edilmesi I Sah Tehmasibin merkezi hakimiyyeti guclendirmek ve mohkemlendirmek qetiyyetini gosterirdi 1534 cu ilde vekil Huseyn xan Samlinin oldurulmesi ile elaqedar olaraq qizilbas tayfalari arasinda baslanan ara muharibeleri Xorasanda da feodal herc mercliyine sebeb oldu Huseyn xanin hemtayfasi Xorasan beylerbeyi Agziver sultan Samli merkezi hakimiyyete qarsi qiyam qaldirdi Onun qiyaminda ister istemez hamisi oldugu sahin qardasi Sam Mirze de istirak etdi Qiyamcilar Herat seheri sakinlerinin emlakini qaret etdiler Sonra ise o zaman Boyuk Mogollardan olan Sultan Humayunun tabeliyindeki Qendehar seherini ele kecirmek meqsedile yuruse basladilar Qalanin iki ayliq ugursuz muhasiresinden sonra Humayunun qardasi Kamran mirze iyirmi minlik qosunla muhasirede olanlarin komeyine geldi Dusmenin ustun quvveleri ile doyusde qiyamcilar darmadagin edildiler Agzivar xan ozu de helak oldu Bundan sonra Sam Mirze ozunu I Tehmasibin qarsisinda temize cixarmaq ucun bir nece qiyam tehrikcisini edam etdirib baslarini saha gonderdi AilesiEliqulu xan Samli ogluMenbeEnver Cingizoglu Samli elinin taninmis simalari Soy dergisi 9 29 Baki 2009 seh 32 35 Isgender bey Munsi Turkman Tarix i Alemara yi Abbasi Abbasin dunyani bezeyen tarixi PDF I Baki Tehsil AMEA A A Bakixanov adina Tarix Institutu 2009 seh 792 Oqtay Efendiyev Azerbaycan Sefeviler dovleti Baki Serq Qerb 2007 seh 344 ISBN 978 9952 34 101 0 M E Mehemmedi TARIX I QEZELBASAN Baki Azerbaycan nesriyyati 1993 seh 48 Zabil Hesret oglu Bayramli AZERBAYCAN SEFEVI DOVLETININ QURULUSU VE IDARE OLUNMASINDA TURK QIZILBAS EYANLARININ ROLU Baki AVROPA nesriyyati 2015 seh 348 Babek Cavansir IRAN DAKI TURK BOYLARI ve BOY MENSUBU KISILER SAFEVI DONEMI I SAH TAHMASB HAKIMIYETININ SONUNA KADAR 1576 Istanbul T C Mimar Sinan Guzel Sanatlar Universitesi Sosyal Bilimler Enstitusu Tarih Anabilim Dali Ortacag Tarihi Programi 2007 seh 896 Hesen bey Rumlu Ehsenut tevarix Kastamonu Uzanlar Namiq Musali Oqtay Efendiyev 2017 661 ISBN 978 605 030 641 5 IstinadlarMehemmedi 1993 seh 7 Cavansir 2007 seh 375 Cavansir 2007 seh 376 Rumlu 2017 seh 460 Rumlu 2017 seh 461 Bayramli 2015 seh 63 Rumlu 2017 seh 470 Cavansir 2007 seh 379 Cavansir 2007 seh 380 Efendiyev 2007 seh 76 Rumlu 2017 seh 485 Munsi 2009 seh 160 Munsi 2009 seh 61 Cavansir 2007 seh 383 Efendiyev 2007 seh 77 Rumlu 2017 seh 497 Efendiyev 2007 seh 78 Rumlu 2017 seh 501Hemcinin baxSamli eli Durmus xan Samli Ebdi bey Samli