Əliqulu xan Şamlı (?-1581) — Sultan Hüseyn bəyin oğlu, Durmuş xanın nəvəsi, II Şah İsmayıl Səfəvinin zamanında Heratın hakimi, Abbas mirzənin (I Şah Abbas Səfəvinin) lələsi, I Şah Təhmasib Səfəvinin kürəkəni.
Əliqulu xan Şamlı | |
---|---|
1577 – 1589 | |
Əvvəlki | Araz sultan Rumlu |
Sonrakı | özbək işğalı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XVI əsr |
Doğum yeri | Herat, Herat bəylərbəyliyi, Səfəvilər |
Vəfat tarixi | 1589 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Sultan Hüseyn xan Şamlı |
Anası | Xanixan xanım |
Həyatı
II Şah İsmayıl Səfəvi tərəfindən paytaxtda ustaclı tayfasının məruz qaldığı cəza tədbirləri genişləndi. Bu xəbər əyalətlərdə ustaclı nümayəndələrinin devrilməsi üçün sanki bir işarə idi. Belə ki, mühüm vəzifələrin bu tayfa əyanlarının əlində olduğu Xorasanda (Heratda) Avşar eliin digər tayfalarla birlikdə qiyamı baş verdi. Bunun nəticəsində Xorasan hakimi Şahqulu sultan Yegan öldürüldü. Tayfa darmadağın edildi və pərakəndə salındı. Şah, xan rütbəsi verməklə Əliqulu xan Şamlını Heratın hakimi və Xorasanın əmir əl-ümərası təyin etdi.
II Şah İsmayıl şamlı tayfasının əmiri Əliqulu xanı Heratı hakimi təyin etmişdi. Şah Məhəmməd Xudabəndə onu bu vəzifədə təsdiq edərək öz oğlu Abbas mirzənin (gələcək I Şah Abbasın) lələsi etmişdi. Abbas mirzə Xorasanın nominal canişini sayılırdı, lakin bütün işləri Əliqulu xan Şamlı idarə edirdi. 1578-ci ildə Əliqulu xan Mürşüdqulu xan Ustaclı ilə birlikdə sarayda onun həyatı üçün "təhlükə olduğunu" bəhanə edərək, Məhdi Ülyaya oğlu Abbası verməkdən imtina etdilər. Əslində isə onlar, taxt-tacın varisini öz yanlarında saxlayıb idarə işlərini Abbasın adından icra etməklə özlərini daha müstəqil aparmaq niyyətində idilər. Əliqulu xan Şamlının güclənməsi, Xorasan üzərində öz nəzarətini yaratmağa cəhd göstərən Məşhəd hakimi Murtuizaqulu xan Türkmana təhlükəli göründü. Şamlı və ustaclı tayfasından olan Xorasan əmirlərinin əksəriyyəti, tərkibində türkman və təkəli tayfalarından olan əmirlərin böyük rol oynadığı Qəzvindəki mərkəzi hökuməti tanımamaq barədə öz aralarında saziş bağladı. Onlar Əliqulu xan Şamlını "xanlar xanı" elan edərək özlərinə başçı seçdilər. Beləliklə, Xorasanda əmirlərin bir-biri ilə düşmənçilik edən iki – Herat və Məşhəd dəstəsi yarandı.
Qızılbaş əmirlərinin qüvvəsini zəiflətmək, onların arasına təfriqə, düşmənçilik salmaq üçün Məhdi Ülyanın və Mirzə Salmanın şəxsində mərkəzi hökumətin həyata keçirdiyi tədbirlər, istilaçıları dəf etməkdən ötrü qüvvələri birləşdirməyə mane olurdu. Məsələn, qərara alındı ki, bir çox Xorasan əmirləri öz mülklərindən (tiyulat) məhrum edilsinlər və onların torpaqları Osmanlı basqını nəticəsində Şirvanda öz tiyullarını itirmiş, indi isə sarayda yaşayan əmirlərə verilsin. Yenicə mülk almış və keçmiş mülk sahiblərinin çox vaxt eyni tayfadan olması tayfadaxili müharibələr təhlükəsini gücləndirirdi. Bu vəziyyət, mərkəzin təzyiqinə qarşı dura bilmək üçün Xorasan əmirlərini Əliqulu xan Şamlının ətrafında daha çox birləşməyə məcbur edirdi. Əliqulu xan müttəfiqi olan əmirlərlə, öncə Murtuzaqulu xana qarşı Məşhəd üzərinə yeridi. Rəqib qoşunları darmadağın edildi, lakin Əliqulu xan Məşhədi tuta bilmədi. Şah sarayına müsbət münasibətini saxlayan Məşhəd hakimi əleyhinə olan bu yürüş, Herat hakimlərinin aşkar şəkildə mərkəzi hökumətlə əlaqələrini kəsməsi demək idi. Xorasanda tayfalararası müharibə, Əliqulu xanın və Mürşüdqulu xanın yürüşü, onların Məşhədi mühasirəyə alması xəbəri şah sarayının yerləşdiyi Təbrizə gəlib çatdı.
Əmir xan Türkman və türkman tayfasından olan əmirlər yubanmadan bu xəbərdən istifadə etdilər, şamlı və ustaclı tayfalarını dövlət əleyhinə qiyamda təqsirləndirməyə başladılar. Onlar sarayda bu tayfalardan olan əmirləri Xorasan qiyamçıları ilə əlaqələr saxlamaqda təqsirləndirərək, şahın qarşısında onlara etimad göstərməmək məsələsini qaldırdılar. Türkman tayfasının əmirləri saraydakı şamlı əmirlərinin yüksək vəzifələrindən sıxışdırılıb çıxarılmasına və onların yerinə öz həmtayfalarından olanları keçirməyə nail oldular. Bu yüksək və gəlirli dövlət vəzifələri uğrunda qızılbaş tayfa əyanları arasında gedən əski mübarizə üsulu idi. İskəndər bəy Münşinin göstərdiyi kimi, sarayda şamlı tayfasından olan əsas əyanlar bunlar idi: Həmzə Mirzənin doğma anası kimi münasibət bəslədiyi Əliqulu xanın anası Xanixan xanım; onun qardaşı və Həmzə mirzənin vəziri olan Hüseyn bəy; şahzadənin yanında xidmətdə olan Vəli Xəlifə Şamlının oğlu İsmayılqulu bəy (şahzadə ona özünün xüsusi rəğbətini bildirməsi əlaməti kimi onu "yoldaşbaşı" fəxri adı ilə təltif etmişdi); mötəbər eşikağasıbaşı Hüseynqulu sultanın oğlu Mehdiqulu bəy; əmiraxurbaşı vəzifəsini tutan Fulad bəyin oğlu Əbülfəth bəy; Qorxmaz xanın oğlu Təhmasibqulu bəy və b. Adları çəkilmiş şəxslər "şahın yaxın adamlarından" olduqları üçün sarayda böyük nüfuz sahibləri idilər. Həmzə Mirzənin vəziri Mirzə Hüseyn bəy Şamlının sarayda tutduğu yüksək mövqeyindən xoşu gəlməyən vəzir Mirzə Salman, şamlı əmirlərinin paxıllığını çəkən türkman əmirlərini müdafiə edirdi.
Əliqulu xanın anası Xanixan xanım Həmzə mirzənin tərbiyəçisi olmuş və Məhdi Ülya öldürüldükdən sonra, əslində ona anasını əvəz etmişdi. İndi isə Əmir xan Türkman və onun həmfikirləri Əliqulu xanın qiyamına, separatçı hərəkətlərinə əsaslanaraq bildirirdilər ki, qiyamçının anası bundan sonra sarayda yaşaya bilməz. Onlar hərəmxana binasına soxuldular və "günahsız qadını" boğub öldürdülər. Sonra isə Əliqulu xanın atası Sultan Hüseyn xanın izinə düşdülər.
Kiçik yaşdaki Abbas mirzənin Herat valiliyi ismən və şəklən idi. Heratın gerçək hakimi Şamlı elinin rəisi Əliqulu xan Şamlı idi. Heratda kiçik şahzadəni böyüdən hətta əmzdirən Əliqulu xan Şamlının anası Xan Ağa xanım (Xanixan xanım) idi. O, şahzadəni altı yaşında ikən mərhaməti və ilgisi sayəsində ölümdən belə qurtarmışdı. Ayrıca Əliqulu xan Şamlı və həyat yoldaşı Can Ağa xanım, Abbas mirzə ilə yaxından ilgilənmiş və onu şəfqətli bir ana-ata kimi böyütmüşdülər.
Mürşüdqulu xan, Səfəvi şahzadəsini yanına aldırdıqdan sonra Məşhəddə Abbas mirzəni Xorasan hökmdarı elan edib adına pul kəsdirdi və özünü də vəkil olaraq açıqladı. Bunun qarşılığında öç almağı istəyən Herat bəylərbəyi Əliqulu xan Şamlı, Özbəkləri Xorasana dəvət etdi. Əslındə bundan məqsədi onların dəstəyi ilə paytaxt Qəzvini ələ keçirmək idi. Fəqət bir gün gəlib işlərin dəyişib, özünü Özbəklər tərəfindən qətl ediləcəyini əlbəttə təxmin edə bilməmişdi.
İstinadlar
- Nasrullah Fəlsəfi, Zendeqani-i Şah Abbas-i Əvvəl, Çap-ı Keyhan, Tehran, 1334, c.I, s. 142
- Hafez F. Farmayan, The Beginnings Of Modernization in Iran: The Policies and Reforms of Shah Abbas I(1587-1629), University Of Utah, 1969, s. 8, 10
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Eliqulu xan Samli 1581 Sultan Huseyn beyin oglu Durmus xanin nevesi II Sah Ismayil Sefevinin zamaninda Heratin hakimi Abbas mirzenin I Sah Abbas Sefevinin lelesi I Sah Tehmasib Sefevinin kurekeni Eliqulu xan SamliHerat beylerbeyliyi1577 1589EvvelkiAraz sultan RumluSonrakiozbek isgaliSexsi melumatlarDogum tarixi XVI esrDogum yeri Herat Herat beylerbeyliyi SefevilerVefat tarixi 1589Vefat yeri HeratFealiyyeti siyasetciAtasi Sultan Huseyn xan SamliAnasi Xanixan xanimHeyatiII Sah Ismayil Sefevi terefinden paytaxtda ustacli tayfasinin meruz qaldigi ceza tedbirleri genislendi Bu xeber eyaletlerde ustacli numayendelerinin devrilmesi ucun sanki bir isare idi Bele ki muhum vezifelerin bu tayfa eyanlarinin elinde oldugu Xorasanda Heratda Avsar eliin diger tayfalarla birlikde qiyami bas verdi Bunun neticesinde Xorasan hakimi Sahqulu sultan Yegan olduruldu Tayfa darmadagin edildi ve perakende salindi Sah xan rutbesi vermekle Eliqulu xan Samlini Heratin hakimi ve Xorasanin emir el umerasi teyin etdi II Sah Ismayil samli tayfasinin emiri Eliqulu xani Herati hakimi teyin etmisdi Sah Mehemmed Xudabende onu bu vezifede tesdiq ederek oz oglu Abbas mirzenin gelecek I Sah Abbasin lelesi etmisdi Abbas mirze Xorasanin nominal canisini sayilirdi lakin butun isleri Eliqulu xan Samli idare edirdi 1578 ci ilde Eliqulu xan Mursudqulu xan Ustacli ile birlikde sarayda onun heyati ucun tehluke oldugunu behane ederek Mehdi Ulyaya oglu Abbasi vermekden imtina etdiler Eslinde ise onlar taxt tacin varisini oz yanlarinda saxlayib idare islerini Abbasin adindan icra etmekle ozlerini daha musteqil aparmaq niyyetinde idiler Eliqulu xan Samlinin guclenmesi Xorasan uzerinde oz nezaretini yaratmaga cehd gosteren Meshed hakimi Murtuizaqulu xan Turkmana tehlukeli gorundu Samli ve ustacli tayfasindan olan Xorasan emirlerinin ekseriyyeti terkibinde turkman ve tekeli tayfalarindan olan emirlerin boyuk rol oynadigi Qezvindeki merkezi hokumeti tanimamaq barede oz aralarinda sazis bagladi Onlar Eliqulu xan Samlini xanlar xani elan ederek ozlerine basci secdiler Belelikle Xorasanda emirlerin bir biri ile dusmencilik eden iki Herat ve Meshed destesi yarandi Qizilbas emirlerinin quvvesini zeifletmek onlarin arasina tefriqe dusmencilik salmaq ucun Mehdi Ulyanin ve Mirze Salmanin sexsinde merkezi hokumetin heyata kecirdiyi tedbirler istilacilari def etmekden otru quvveleri birlesdirmeye mane olurdu Meselen qerara alindi ki bir cox Xorasan emirleri oz mulklerinden tiyulat mehrum edilsinler ve onlarin torpaqlari Osmanli basqini neticesinde Sirvanda oz tiyullarini itirmis indi ise sarayda yasayan emirlere verilsin Yenice mulk almis ve kecmis mulk sahiblerinin cox vaxt eyni tayfadan olmasi tayfadaxili muharibeler tehlukesini guclendirirdi Bu veziyyet merkezin tezyiqine qarsi dura bilmek ucun Xorasan emirlerini Eliqulu xan Samlinin etrafinda daha cox birlesmeye mecbur edirdi Eliqulu xan muttefiqi olan emirlerle once Murtuzaqulu xana qarsi Meshed uzerine yeridi Reqib qosunlari darmadagin edildi lakin Eliqulu xan Meshedi tuta bilmedi Sah sarayina musbet munasibetini saxlayan Meshed hakimi eleyhine olan bu yurus Herat hakimlerinin askar sekilde merkezi hokumetle elaqelerini kesmesi demek idi Xorasanda tayfalararasi muharibe Eliqulu xanin ve Mursudqulu xanin yurusu onlarin Meshedi muhasireye almasi xeberi sah sarayinin yerlesdiyi Tebrize gelib catdi Emir xan Turkman ve turkman tayfasindan olan emirler yubanmadan bu xeberden istifade etdiler samli ve ustacli tayfalarini dovlet eleyhine qiyamda teqsirlendirmeye basladilar Onlar sarayda bu tayfalardan olan emirleri Xorasan qiyamcilari ile elaqeler saxlamaqda teqsirlendirerek sahin qarsisinda onlara etimad gostermemek meselesini qaldirdilar Turkman tayfasinin emirleri saraydaki samli emirlerinin yuksek vezifelerinden sixisdirilib cixarilmasina ve onlarin yerine oz hemtayfalarindan olanlari kecirmeye nail oldular Bu yuksek ve gelirli dovlet vezifeleri ugrunda qizilbas tayfa eyanlari arasinda geden eski mubarize usulu idi Iskender bey Munsinin gosterdiyi kimi sarayda samli tayfasindan olan esas eyanlar bunlar idi Hemze Mirzenin dogma anasi kimi munasibet beslediyi Eliqulu xanin anasi Xanixan xanim onun qardasi ve Hemze mirzenin veziri olan Huseyn bey sahzadenin yaninda xidmetde olan Veli Xelife Samlinin oglu Ismayilqulu bey sahzade ona ozunun xususi regbetini bildirmesi elameti kimi onu yoldasbasi fexri adi ile teltif etmisdi moteber esikagasibasi Huseynqulu sultanin oglu Mehdiqulu bey emiraxurbasi vezifesini tutan Fulad beyin oglu Ebulfeth bey Qorxmaz xanin oglu Tehmasibqulu bey ve b Adlari cekilmis sexsler sahin yaxin adamlarindan olduqlari ucun sarayda boyuk nufuz sahibleri idiler Hemze Mirzenin veziri Mirze Huseyn bey Samlinin sarayda tutdugu yuksek movqeyinden xosu gelmeyen vezir Mirze Salman samli emirlerinin paxilligini ceken turkman emirlerini mudafie edirdi Eliqulu xanin anasi Xanixan xanim Hemze mirzenin terbiyecisi olmus ve Mehdi Ulya olduruldukden sonra eslinde ona anasini evez etmisdi Indi ise Emir xan Turkman ve onun hemfikirleri Eliqulu xanin qiyamina separatci hereketlerine esaslanaraq bildirirdiler ki qiyamcinin anasi bundan sonra sarayda yasaya bilmez Onlar heremxana binasina soxuldular ve gunahsiz qadini bogub oldurduler Sonra ise Eliqulu xanin atasi Sultan Huseyn xanin izine dusduler Kicik yasdaki Abbas mirzenin Herat valiliyi ismen ve seklen idi Heratin gercek hakimi Samli elinin reisi Eliqulu xan Samli idi Heratda kicik sahzadeni boyuden hetta emzdiren Eliqulu xan Samlinin anasi Xan Aga xanim Xanixan xanim idi O sahzadeni alti yasinda iken merhameti ve ilgisi sayesinde olumden bele qurtarmisdi Ayrica Eliqulu xan Samli ve heyat yoldasi Can Aga xanim Abbas mirze ile yaxindan ilgilenmis ve onu sefqetli bir ana ata kimi boyutmusduler Mursudqulu xan Sefevi sahzadesini yanina aldirdiqdan sonra Meshedde Abbas mirzeni Xorasan hokmdari elan edib adina pul kesdirdi ve ozunu de vekil olaraq aciqladi Bunun qarsiliginda oc almagi isteyen Herat beylerbeyi Eliqulu xan Samli Ozbekleri Xorasana devet etdi Eslinde bundan meqsedi onlarin desteyi ile paytaxt Qezvini ele kecirmek idi Feqet bir gun gelib islerin deyisib ozunu Ozbekler terefinden qetl edileceyini elbette texmin ede bilmemisdi IstinadlarNasrullah Felsefi Zendeqani i Sah Abbas i Evvel Cap i Keyhan Tehran 1334 c I s 142 Hafez F Farmayan The Beginnings Of Modernization in Iran The Policies and Reforms of Shah Abbas I 1587 1629 University Of Utah 1969 s 8 10Hemcinin baxSamli eli