İvan İvanoviç Maslennikov (rus. Ива́н Ива́нович Ма́сленников); 16 sentyabr 1900 və ya 1900 – 16 aprel 1954, Moskva — Sovet hərbi xadimi, ordu generalı (1944). Sovet İttifaqı Qəhrəmanı (8 sentyabr 1945).
İvan Maslennikov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 sentyabr 1900 və ya 1900 |
Vəfat tarixi | 16 aprel 1954 |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Rütbəsi | ordu generalı |
Komandanlıq edib |
|
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
1-ci və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı. 1939–1954-cü illərdə Sov. İKP Mərkəzi Komitəsinin üzvlüyünə namizəd.
Həyatı
İvan İvanoviç Maslennikov 3 (16) sentyabr 1900-cü ildə Çalıqla stansiyasında (indiki Saratov vilayətinin Ozinski rayonu) anadan olub.
Atası yerli stansiyada dəmiryolçu kimi çalışırdı. İki illik nazirlik dəmir yolu məktəbini və dəmiryol teleqraf məktəbini bitirib. Çox erkən yaşlarından əmək fəaliyyətinə başlayıb. 1915–1917-ci illərdə Ural-İletsk dəmir yolunun Çebışevo stansiyasında teleqrafçı, 1917-ci ildə Uralsk stansiyasında teleqrafçı, sonra isə Ryazan-Ural dəmir yolunun Krasnı Kut stansiyasında teleqrafçı işləyib. Sonra bir müddət dəmiryolu stansiyasında fəhlə, poçt idarəsində kuryer işləyib.
1917-ci ildə Qırmızı Qvardiya sıralarına daxil olur və Krasnokutsk Qırmızı Mühafizə dəstəsinin komandiri, sonra isə Həştərxan və Krasnı Kut şəhərlərində fəaliyyət göstərən Qırmızı Qvardiya dəstəsinin rabitə dəstəsinin rəisi vəzifəsinə təyin edilir. Fevral inqilabı zamanı Ural-İletsk dəmir yolunda jandarmların tərksilah edilməsində iştirak edib. Dəstə geri qayıtdıqdan sonra Krasnokutsk İnqilab Komitəsinin göstərişi ilə Maslennikov yeni Qırmızı Mühafizə dəstəsi yaratdı.
1918-ci ildə onu Qızıl Ordu sıralarına çağırıblar. Altı aylıq hərbi kurslar keçdikdən sonra Maslennikov gələcək həyatını hərbi sahəyə bağlayıb. Moskva Hərbi Dairəsində sıravi rabitəçi, 1-ci Ukrayna diviziyasında rabitə komandirinin köməkçisi, daha sonra diviziyanın rabitə komandiri vəzifələrində xidmət edib. Bu vəzifələrdə olarkən Denikin və Vrangelin komandanlığı altında ordulara qarşı vuruşub.
1924-cü ilin avqustunda RKP(b) sıralarına daxil oldu. 1925-ci ildən Novoçerkassk süvarilərinin Qırmızı Ordu zabitləri üçün təkmilləşdirmə kurslarının orta kursunda təhsil aldıqdan sonra 1926-cı ildə 37-ci Piyada Diviziyasının Əlahiddə Süvari Eskadronunun komandiri və hərbi komissarı təyin edildi.
1928-ci ildə Maslennikov Birləşmiş Dövlət Siyasi İdarəsinin 47-ci və 48-ci sərhəd dəstələrinin manevr qruplarının rəisi, 1929-cu ildə Birləşmiş Dövlət Siyasi İdarəsinin 48-ci sərhəd dəstəsinin təlimatçısı, 1930-cu ildə isə Birləşmiş Dövlət Siyasi İdarəsinin 48-ci sərhəd dəstəsinin manevr qruplarının rəisi vəzifəsinə təyin edildi.
1931-ci ildə Qızıl Ordunun zabitləri üçün Novoçerkassk süvarilərinin təkmilləşdirmə kurslarının yuxarı kursuna oxumağa göndərilmişdir. Bundan sonra o, 1932-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığının 11-ci Xorəzm süvari alayının komandiri və hərbi komissarı təyin edilmişdir. Eyni zamanda 1934-cü ildə bitirdiyi V. İ. Lenin adına Orta Asiya Kommunist Universitetində, həmçinin 1935-ci ildə bitirdiyi M.V.Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb. Mərkəzi Asiyada Basmaçı hərəkatına qarşı mübarizədə iştirak etmişdir. Maslennikovun komandanlığı altında olan bölmələr 1929-cu ildə Utan bəyin, 1931-ci ildə İbrahim bəyin, 1933-cü ildə Əhməd bəy və Durdu Murtun dəstələrini darmadağın ediblər.
Maslennikov 1937-ci ilin yanvar ayında o, Bakıya göndərilib, əvvəlcə Azərbaycanda SSRİ Xalq Daxili İşlər Komissarlığının sərhəd və daxili qoşunlarının döyüş hazırlığı idarəsinin rəisi, daha sonra isə sərhəd və daxili qoşunlar baş idarəsinin rəis müavini vəzifəsində xidmət edib. Bir il Azərbaycanda xidmət etdikdən sonra onu Moskvaya qaytararaq SSRİ Xalq Daxili İşlər Komissarlığının sərhəd qoşunlarının komandanı təyin ediblər. 1939-cu ilin yanvar ayından isə Maslennikov SSRİ Xalq Daxili İşlər Komissarı Lavrenti Beriyanın sərhəd və daxili qoşunlar üzrə müavini vəzifəsinə təyinat alıb.
Müharibə illərində
Böyük Vətən müharibəsi başladıqdan sonra 1941-ci ilin iyununda o, Qərb Cəbhəsinin əməliyyat qrupunun komandiri vəzifəsinə təyin edildi. Həmən ildə ona 29-cu ordunun yaradılması həvalə edilib. Bu ordunun əsas şəxsi heyəti SSRİ Xalq Daxili İşlər Komissarlığı qoşunlarının hesabına formalaşıb. Müharibənin ən ağır cəbhələrində İvan Maslennikov ən uğurlu hərbi əməliyyatlarla fərqlənib. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, dəfələrlə İosif Stalindən yazılı təşəkkürlər alıb. Qafqaz uğrunda döyüşlərdə o, Mozdok-Malqobek və Nalçik-Orconikidze müdafiə əməliyyatlarında iştirak edib, nəticədə Zaqafqaziyada alman qoşunlarının cəbhəni yarıb, Qroznı və Bakı nefti rayonlarını ələ keçirmək cəhdinin qarşısı alınıb. 1944-cü ildə ordu generalı rütbəsini Kremldə ona Stalin şəxsən təqdim edib.
1945-ci ilin avqustunda Uzaq Şərqdə Sovet Qüvvələrinin Baş Komandanının müavini vəzifəsinə təyin edilib. O, marşal Aleksandr Vasilevski ilə birlikdə Yaponiyanı məğlub etmək üçün əməliyyat planının hazırlanmasında bilavasitə iştirak etmiş və Kvantunq Ordusunun məğlubiyyət planı üçün bir sıra dəyərli təkliflər irəli sürmüşdür. Sovet-yapon müharibəsi zamanı döyüş əməliyyatları vaxtı o, həlledici istiqamətlərdə olub, cəbhələrin və orduların komandanlığına köməklik edib.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 sentyabr 1945-ci il tarixli fərmanı ilə Yaponiyanın Kvantunq ordusunun məğlubiyyəti zamanı şəxsi cəsarətinə və cəbhələrə məharətlə rəhbərlik etdiyinə görə ordu generalı Maslennikov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. O, Lenin ordeni və Qızıl Ulduz medalı (№ 7768) ilə rəsmən təltif edilib.
Müharibədən sonra, 1945-ci ildə Maslennikov xidmətini yenidən Bakıda davam etdirib, Zaqafqaziya hərbi dairəsi və Bakı Hərbi Dairəsinin komandanı vəzifəsinə təyinat alıb. 1948-ci ildə isə o, SSRİ daxili işlər nazirinin qoşunlar üzrə müavini təyin olunub.
Ölümü
1954-cü il aprelin 16-da İvan Maslennikov öz kabinetində intihar etdi. Belə ki, Stalinin vəfatından sonra Maslennikovun hərbi karyerasında ciddi problemlər yaranıb. Hakimiyyətə yeni gələn Nikita Xruşşov Stalinin fəaliyyətini alt-üst etmək, onun adını tarixdən silmək istiqamətində apardığı işlərə Maslennikovu da cəlb etməyə çalışıb. Generala əvvəlcə Stalinin əleyhinə mətbuatda çıxış etmək təklif edilib. Maslennikov bu təklifdən qəti şəkildə imtina edib. Daha sonra ona Beriyanın əleyhinə ifadə vermək "təklif" olunub. Bu təklif birbaşa Xruşovla görüşdə müzakirə edilib. Maslennikov Xruşovun kabinetində əlini stola çırparaq Xruşovu yaramaz adlandırıb. Elə bu yaramaz ifadəsi də Maslennikovun hərbi karyerasına və şəxsi həyatına son qoyub. Beriyanın həbsindən sonra onun yaxın ətrafının siyahısına Maslennikovun da adı düşüb. General ən ağır cinayətdə ittiham olunub. SSRİ Xalq Daxili İşlər Komissarlığı generalı Pavel Sudoplatovun dediyinə görə, onun haqqındakı araşdırmalarda Maslennikov Daxili İşlər Komissarlığının qoşunları ilə Kremlə hücumda, dövlət çevrilişinə cəhddə ittiham edilirdi. Əslində, Maslennikov vaxtilə Beriyanın müavini olsa da, onun ətrafında tez-tez görünsə də onunla heç bir yaxın münasibəti olmayıb. General sadəcə öz vəzifəsini icra edib, adı heç bir qalmaqallı hadisələrdə, Beriyanın iyrənc və qorxulu oyunlarında hallanmayıb..
1954-cü ildə Maslennikov haqqında rəsmi cinayət işi açılıb. General bu haqsızlığı həzm edə bilməyib, müttəhimlər kürsüsündə əyləşməyi, həbsxana kamerasına düşməyi özünə sığışdırmayıb və son çıxış yolu kimi intiharı seçib.
General İvan Maslennikov Vaqankovo qəbiristanlığında (20-ci sahə) dəfn edilib.
Müasirlərinin fikirləri
Müasirləri Maslennikov haqqında həmişə yüksək fikir söyləyiblər. Georgi Jukov, Konstantin Rokossovski, İvan Konyev kimi tanınmış sərkərdələr onu son dərəcə bacarıqlı və peşəkar hərbçi kimi xarakterizə ediblər. Marşal Aleksandr Vasilevski isə öz memuarlarında Maslennikovu belə xatırlayıb: "Mən Baş Qərargah rəisi olarkən cəbhələr arasında koordinasiyanı təşkil edəndə Maslennikovun olduğu cəbhədən həmişə arxayın olurdum. O, hərb sənətinin bütün incəliklərini bilirdi, hərbi əməliyyatın necə keçəcəyini əvvəlcədən hiss edirdi, ən mürəkkəb situasiyalarda belə düzgün qərar çıxarmağı bacarırdı. İstənilən döyüşdə Maslennikova güvənmək olardı. O, müharibə tarixində bir çox uğurlu əməliyyatlara imza atıb, müharibədən sonra isə ordu quruculuğuna böyük töhfələr verib. Böyük təəssüf hissi ilə qeyd edirəm ki, belə talantlı bir hərbçini tez itirdik. İvan Maslennikov Xruşovun Beriyaya qarşı olam qisasının qurbanına çevrildi…"
Sovet İttifaqının marşalı Georgi Jukov 27 oktyabr 1967-ci il çıxışında İvan Maslennikov haqda bunları deyib: "…Ordu komandanı, sonra isə cəbhə komandanı olan İvan İvanoviç ona həvalə edilmiş qoşunlara bacarıqla rəhbərlik edirdi. Ən çətin şəraitdə (Kalinin cəbhəsində olduğu kimi) belə vəziyyətdən əlverişli çıxış yolunu bilirdi".
İstinadlar
- Who led the NKVD (rus.).
- Масленников Иван Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Масленников Иван Иванович // Военная энциклопедия. 5. М.: ru:Воениздат. Грачёв П. С. 2001. 27. ISBN .
- Utkin, ch.11
- Shtemenko, p.70
- Vasilevsky, p.263
- Судоплатов П. А. Разведка и Кремль. — М.: Гея, 1997. — . — С. 433.
- Штутман С. М. Внутренние войска : история в лицах. Moskva: Izd-vo Gazoil Press. 2004. ISBN .
Ədəbiyyat
- Масленников И. И. // Петров Н. В., Скоркин К. В. Кто руководил НКВД, 1934—1941 : справочник (3000 nüs.). М.: Звенья. Под ред. Н. Г. Охотина и А. Б. Рогинского. 1999. ISBN .
- Герои Советского Союза. Краткий биографический словарь. — Т. 2. — М.: ru:Воениздат, 1988. —
- Румянцев Н. М. Люди легендарного подвига. — ru:Саратов: ru:Приволжское книжное издательство, 1968.
- Попов А. Ю. 15 встреч с генералом КГБ Бельченко. — М.: Олма-Пресс, 2002. —
- Брагинский М. А. Воспоминания о войне. — М.: Тип. Академии ФПС РФ, 2001.
- Зевелев А. И., Поляков Ю. А., Чугунов А. И. Басмачество: возникновение, сущность, крах. — М.: Наука. Главная редакция восточной литературы, 1981.
- Соловьёв Д. Ю. Все генералы Сталина. — М., 2019. — С. 58–59. —
- Штутман С. М. Внутренние войска. История в лицах. — М.: ГазОил пресс, 2011. —
- Анатолий Цветков, Вячеслав Боярский, Андрей Кукарека. На службе Отечеству и народу. К 120-летию со дня рождения генерала армии Ивана Масленникова // Красная звезда. — 2020. — 16 сентября.
Xarici keçidlər
- "İvan Maslennikov" (rus). "Герои страны" saytında.
- Масленников, Иван Иванович на сайте "Хронос".
- Масленников, Иван Иванович на сайте Министерства обороны Российской Федерации.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ivan Ivanovic Maslennikov rus Iva n Iva novich Ma slennikov 16 sentyabr 1900 ve ya 1900 16 aprel 1954 Moskva Sovet herbi xadimi ordu generali 1944 Sovet Ittifaqi Qehremani 8 sentyabr 1945 Ivan MaslennikovSexsi melumatlarDogum tarixi 16 sentyabr 1900 1900 09 16 ve ya 1900Vefat tarixi 16 aprel 1954 1954 04 16 Vefat yeri Moskva RSFSR SSRIVefat sebebi gulle yarasi d Defn yeri Vaqankovo qebiristanligiVetendasligi Rusiya imperiyasiTehsili M V Frunze adina Herbi Akademiya Rusiya Federasiyasi Silahli Quvveleri Bas Qerargahinin Herbi Akademiyasi d Herbi fealiyyetiRutbesi ordu generaliKomandanliq edib Birlesmis Dovlet Siyasi Idaresi NKVD Rusiya 8 ci Birlesmis Silahli Quvveleri d Zaqafqaziya herbi dairesiDoyusler Rusiyada vetendas muharibesi Boyuk Veten muharibesi Basmaci qalxinisi Sovet yapon muharibesiTeltifleri Vikianbarda elaqeli mediafayllar 1 ci ve 2 ci cagiris SSRI Ali Sovetinin deputati 1939 1954 cu illerde Sov IKP Merkezi Komitesinin uzvluyune namized HeyatiIvan Ivanovic Maslennikov 3 16 sentyabr 1900 cu ilde Caliqla stansiyasinda indiki Saratov vilayetinin Ozinski rayonu anadan olub Atasi yerli stansiyada demiryolcu kimi calisirdi Iki illik nazirlik demir yolu mektebini ve demiryol teleqraf mektebini bitirib Cox erken yaslarindan emek fealiyyetine baslayib 1915 1917 ci illerde Ural Iletsk demir yolunun Cebisevo stansiyasinda teleqrafci 1917 ci ilde Uralsk stansiyasinda teleqrafci sonra ise Ryazan Ural demir yolunun Krasni Kut stansiyasinda teleqrafci isleyib Sonra bir muddet demiryolu stansiyasinda fehle poct idaresinde kuryer isleyib 1917 ci ilde Qirmizi Qvardiya siralarina daxil olur ve Krasnokutsk Qirmizi Muhafize destesinin komandiri sonra ise Hesterxan ve Krasni Kut seherlerinde fealiyyet gosteren Qirmizi Qvardiya destesinin rabite destesinin reisi vezifesine teyin edilir Fevral inqilabi zamani Ural Iletsk demir yolunda jandarmlarin terksilah edilmesinde istirak edib Deste geri qayitdiqdan sonra Krasnokutsk Inqilab Komitesinin gosterisi ile Maslennikov yeni Qirmizi Muhafize destesi yaratdi 1918 ci ilde onu Qizil Ordu siralarina cagiriblar Alti ayliq herbi kurslar kecdikden sonra Maslennikov gelecek heyatini herbi saheye baglayib Moskva Herbi Dairesinde siravi rabiteci 1 ci Ukrayna diviziyasinda rabite komandirinin komekcisi daha sonra diviziyanin rabite komandiri vezifelerinde xidmet edib Bu vezifelerde olarken Denikin ve Vrangelin komandanligi altinda ordulara qarsi vurusub 1924 cu ilin avqustunda RKP b siralarina daxil oldu 1925 ci ilden Novocerkassk suvarilerinin Qirmizi Ordu zabitleri ucun tekmillesdirme kurslarinin orta kursunda tehsil aldiqdan sonra 1926 ci ilde 37 ci Piyada Diviziyasinin Elahidde Suvari Eskadronunun komandiri ve herbi komissari teyin edildi 1928 ci ilde Maslennikov Birlesmis Dovlet Siyasi Idaresinin 47 ci ve 48 ci serhed destelerinin manevr qruplarinin reisi 1929 cu ilde Birlesmis Dovlet Siyasi Idaresinin 48 ci serhed destesinin telimatcisi 1930 cu ilde ise Birlesmis Dovlet Siyasi Idaresinin 48 ci serhed destesinin manevr qruplarinin reisi vezifesine teyin edildi 1931 ci ilde Qizil Ordunun zabitleri ucun Novocerkassk suvarilerinin tekmillesdirme kurslarinin yuxari kursuna oxumaga gonderilmisdir Bundan sonra o 1932 ci ilde SSRI Xalq Daxili Isler Komissarliginin 11 ci Xorezm suvari alayinin komandiri ve herbi komissari teyin edilmisdir Eyni zamanda 1934 cu ilde bitirdiyi V I Lenin adina Orta Asiya Kommunist Universitetinde hemcinin 1935 ci ilde bitirdiyi M V Frunze adina Herbi Akademiyada qiyabi tehsil alib Merkezi Asiyada Basmaci herekatina qarsi mubarizede istirak etmisdir Maslennikovun komandanligi altinda olan bolmeler 1929 cu ilde Utan beyin 1931 ci ilde Ibrahim beyin 1933 cu ilde Ehmed bey ve Durdu Murtun destelerini darmadagin edibler Maslennikov 1937 ci ilin yanvar ayinda o Bakiya gonderilib evvelce Azerbaycanda SSRI Xalq Daxili Isler Komissarliginin serhed ve daxili qosunlarinin doyus hazirligi idaresinin reisi daha sonra ise serhed ve daxili qosunlar bas idaresinin reis muavini vezifesinde xidmet edib Bir il Azerbaycanda xidmet etdikden sonra onu Moskvaya qaytararaq SSRI Xalq Daxili Isler Komissarliginin serhed qosunlarinin komandani teyin edibler 1939 cu ilin yanvar ayindan ise Maslennikov SSRI Xalq Daxili Isler Komissari Lavrenti Beriyanin serhed ve daxili qosunlar uzre muavini vezifesine teyinat alib Muharibe illerinde Ivan Maslennikov 1945 ci ilde Boyuk Veten muharibesi basladiqdan sonra 1941 ci ilin iyununda o Qerb Cebhesinin emeliyyat qrupunun komandiri vezifesine teyin edildi Hemen ilde ona 29 cu ordunun yaradilmasi hevale edilib Bu ordunun esas sexsi heyeti SSRI Xalq Daxili Isler Komissarligi qosunlarinin hesabina formalasib Muharibenin en agir cebhelerinde Ivan Maslennikov en ugurlu herbi emeliyyatlarla ferqlenib Sovet Ittifaqi Qehremani adina layiq gorulub defelerle Iosif Stalinden yazili tesekkurler alib Qafqaz ugrunda doyuslerde o Mozdok Malqobek ve Nalcik Orconikidze mudafie emeliyyatlarinda istirak edib neticede Zaqafqaziyada alman qosunlarinin cebheni yarib Qrozni ve Baki nefti rayonlarini ele kecirmek cehdinin qarsisi alinib 1944 cu ilde ordu generali rutbesini Kremlde ona Stalin sexsen teqdim edib 1945 ci ilin avqustunda Uzaq Serqde Sovet Quvvelerinin Bas Komandaninin muavini vezifesine teyin edilib O marsal Aleksandr Vasilevski ile birlikde Yaponiyani meglub etmek ucun emeliyyat planinin hazirlanmasinda bilavasite istirak etmis ve Kvantunq Ordusunun meglubiyyet plani ucun bir sira deyerli teklifler ireli surmusdur Sovet yapon muharibesi zamani doyus emeliyyatlari vaxti o helledici istiqametlerde olub cebhelerin ve ordularin komandanligina komeklik edib SSRI Ali Soveti Reyaset Heyetinin 8 sentyabr 1945 ci il tarixli fermani ile Yaponiyanin Kvantunq ordusunun meglubiyyeti zamani sexsi cesaretine ve cebhelere meharetle rehberlik etdiyine gore ordu generali Maslennikov Sovet Ittifaqi Qehremani adina layiq gorulub O Lenin ordeni ve Qizil Ulduz medali 7768 ile resmen teltif edilib Muharibeden sonra 1945 ci ilde Maslennikov xidmetini yeniden Bakida davam etdirib Zaqafqaziya herbi dairesi ve Baki Herbi Dairesinin komandani vezifesine teyinat alib 1948 ci ilde ise o SSRI daxili isler nazirinin qosunlar uzre muavini teyin olunub Olumu1954 cu il aprelin 16 da Ivan Maslennikov oz kabinetinde intihar etdi Bele ki Stalinin vefatindan sonra Maslennikovun herbi karyerasinda ciddi problemler yaranib Hakimiyyete yeni gelen Nikita Xrussov Stalinin fealiyyetini alt ust etmek onun adini tarixden silmek istiqametinde apardigi islere Maslennikovu da celb etmeye calisib Generala evvelce Stalinin eleyhine metbuatda cixis etmek teklif edilib Maslennikov bu teklifden qeti sekilde imtina edib Daha sonra ona Beriyanin eleyhine ifade vermek teklif olunub Bu teklif birbasa Xrusovla gorusde muzakire edilib Maslennikov Xrusovun kabinetinde elini stola cirparaq Xrusovu yaramaz adlandirib Ele bu yaramaz ifadesi de Maslennikovun herbi karyerasina ve sexsi heyatina son qoyub Beriyanin hebsinden sonra onun yaxin etrafinin siyahisina Maslennikovun da adi dusub General en agir cinayetde ittiham olunub SSRI Xalq Daxili Isler Komissarligi generali Pavel Sudoplatovun dediyine gore onun haqqindaki arasdirmalarda Maslennikov Daxili Isler Komissarliginin qosunlari ile Kremle hucumda dovlet cevrilisine cehdde ittiham edilirdi Eslinde Maslennikov vaxtile Beriyanin muavini olsa da onun etrafinda tez tez gorunse de onunla hec bir yaxin munasibeti olmayib General sadece oz vezifesini icra edib adi hec bir qalmaqalli hadiselerde Beriyanin iyrenc ve qorxulu oyunlarinda hallanmayib 1954 cu ilde Maslennikov haqqinda resmi cinayet isi acilib General bu haqsizligi hezm ede bilmeyib muttehimler kursusunde eylesmeyi hebsxana kamerasina dusmeyi ozune sigisdirmayib ve son cixis yolu kimi intihari secib General Ivan Maslennikov Vaqankovo qebiristanliginda 20 ci sahe defn edilib Muasirlerinin fikirleriMuasirleri Maslennikov haqqinda hemise yuksek fikir soyleyibler Georgi Jukov Konstantin Rokossovski Ivan Konyev kimi taninmis serkerdeler onu son derece bacariqli ve pesekar herbci kimi xarakterize edibler Marsal Aleksandr Vasilevski ise oz memuarlarinda Maslennikovu bele xatirlayib Men Bas Qerargah reisi olarken cebheler arasinda koordinasiyani teskil edende Maslennikovun oldugu cebheden hemise arxayin olurdum O herb senetinin butun inceliklerini bilirdi herbi emeliyyatin nece kececeyini evvelceden hiss edirdi en murekkeb situasiyalarda bele duzgun qerar cixarmagi bacarirdi Istenilen doyusde Maslennikova guvenmek olardi O muharibe tarixinde bir cox ugurlu emeliyyatlara imza atib muharibeden sonra ise ordu quruculuguna boyuk tohfeler verib Boyuk teessuf hissi ile qeyd edirem ki bele talantli bir herbcini tez itirdik Ivan Maslennikov Xrusovun Beriyaya qarsi olam qisasinin qurbanina cevrildi Sovet Ittifaqinin marsali Georgi Jukov 27 oktyabr 1967 ci il cixisinda Ivan Maslennikov haqda bunlari deyib Ordu komandani sonra ise cebhe komandani olan Ivan Ivanovic ona hevale edilmis qosunlara bacariqla rehberlik edirdi En cetin seraitde Kalinin cebhesinde oldugu kimi bele veziyyetden elverisli cixis yolunu bilirdi IstinadlarWho led the NKVD rus Maslennikov Ivan Ivanovich Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 Maslennikov Ivan Ivanovich Voennaya enciklopediya 5 M ru Voenizdat Grachyov P S 2001 27 ISBN 5 203 1876 6 Utkin ch 11 Shtemenko p 70 Vasilevsky p 263 Sudoplatov P A Razvedka i Kreml M Geya 1997 ISBN 5 85589 024 4 S 433 Shtutman S M Vnutrennie vojska istoriya v licah Moskva Izd vo Gazoil Press 2004 ISBN 5 87719 045 8 978 5 87719 045 0 EdebiyyatMaslennikov I I Petrov N V Skorkin K V Kto rukovodil NKVD 1934 1941 spravochnik 3000 nus M Zvenya Pod red N G Ohotina i A B Roginskogo 1999 ISBN 5 7870 0032 3 Geroi Sovetskogo Soyuza Kratkij biograficheskij slovar T 2 M ru Voenizdat 1988 ISBN 5 203 00536 2 Rumyancev N M Lyudi legendarnogo podviga ru Saratov ru Privolzhskoe knizhnoe izdatelstvo 1968 Popov A Yu 15 vstrech s generalom KGB Belchenko M Olma Press 2002 ISBN 5 224 03310 1 Braginskij M A Vospominaniya o vojne M Tip Akademii FPS RF 2001 Zevelev A I Polyakov Yu A Chugunov A I Basmachestvo vozniknovenie sushnost krah M Nauka Glavnaya redakciya vostochnoj literatury 1981 Solovyov D Yu Vse generaly Stalina M 2019 S 58 59 ISBN 978 5 532 10644 4 Shtutman S M Vnutrennie vojska Istoriya v licah M GazOil press 2011 ISBN 5 87719 045 8 Anatolij Cvetkov Vyacheslav Boyarskij Andrej Kukareka Na sluzhbe Otechestvu i narodu K 120 letiyu so dnya rozhdeniya generala armii Ivana Maslennikova Krasnaya zvezda 2020 16 sentyabrya Xarici kecidler Ivan Maslennikov rus Geroi strany saytinda Maslennikov Ivan Ivanovich na sajte Hronos Maslennikov Ivan Ivanovich na sajte Ministerstva oborony Rossijskoj Federacii