Avanqard (fr. avant-garde, hərfi mənası: avant — qabaq, irəli; garde — qorumaq, mühafizə etmək) XIX əsrin sonu, XX əsrdə qabaqcıl Avropa incəsənəti.
Yaranması, yayılması
"Avanqard" (fr.avant-garde) sözü Bodler dövründə, yəni XIX əsrin ortalarında yaranmış və öz epoxasının zövqünü qabaqlayan sənətkarlara şamil olunmuşdur. Musiqi kontekstində bu termin yalnız İkinci dünya müharibəsindən sonra, Bulez, Ştokhauzen, Berio, Nono, Ksenakis və XX əsrin ikinci yarısında fəaliyyət göstərən digər bəstəkarların musiqisi ilə əlaqədar istifadə olunmağa başladı.
Tanınmış ingilis musiqişünası P. Qriffitsin təbirincə, eyni zaman kəsimində çalışan Amerika bəstəkarlarının yaradıcılığını səciyyələndirərkən adətən başqa terminlər tətbiq olunur. Məsələn, Con Keyc və onun ardıcıllarının yaradıcılığına bir qayda olaraq "eksperimental musiqi" termini şamil edilir. Karter və Bebbittə gəldikdə isə, Qriffitsin təbirincə, onları "avanqardın məftunedici xassəsi çətin ki, cəlb edir".
Rusiyada avanqard musiqi
Sovet (rus) musiqişünasığında avanqardın iki , iki dalğası ayırd edilir. Y. Xolopovun təklif etdiyi dövrləşdirilməyə görə birinci dalğa 1908–1925-ci, ikinci dalğa 1946–1968-ci illəri əhatə edir. Birinci avanqard musiqiyə yeni tonallıq (Messian), mikroxromatika (Vışneqradski, Haba), yeni ritm (Stravinski, Berq), azad atonallıq (Yeni Vyana məktəbi), seriya və dodekafoniya (Şönberq, Vebern) ideyasını gətirmişdir.
İkinci avanqard isə serializm, sonorika, aleatorika, elektron və konkret musiqi, fəza musiqisi, fərdi layihə əsasında qurulan formalar, heppeninq və multimedia bəxş etdi. İkinci avanqardı birinci avanqardın "yeni musiqisi"ndən fərqləndirmək üçün Ən Yeni musiqi ifadəsindən istifadə edirlər. Bulezin fikrincə, hər iki period Yeni musiqiyə aiddir: Vebern və XX əsrin birinci yarısına aid digər bəstəkarlar yeni musiqi dünyasının fəth edilməsi prosesinə cəlb olunmuşlar. Müharibədən sonrakı nəsildən olan bəstəkarlar isə bütün bu nailiyyətləri səs fəzası, zaman və formanın yeni konsepsiyası ilə xeyli dərəcədə zənginləşdirmişlər.
Keçmiş sovet məkanında avanqard özünü ötən əsrin 60-cı illərində göstərməyə başlayır. Məhz bu zaman avanqardın əsas ideyası – dodekafoniya, serializm musiqi yaradıcılığında geniş intişar tapır. Yalnız SSRİ və Qərb dünyası arasında "dəmir pərdə"nin aradan götürülməsi, siyasi iqlimin mülayimləşməsi ökəyə daxil olan informasiyanın həcminin xeyli artmasına şərait yaradır və əxz olunan məlumat və biliklərin sınaqdan keçirilməsi tələbatını doğurur. Məhz bu zamandan "yeni sovet musiqisi" tarixi başlanır.
Ümumiyyətlə, SSRİ-də avanqarda münasibətdə həmişə siyasi faktor böyük rol oynayıb. V. Silvestrov M. Rostropoviçlə söhbəti xatırlayaraq qeyd edir ki, Qərbdə İkinci dünya müharibəsindən sonra elə bir vəziyyət yaranmışdı ki, aparıcı bəstəkarlar "Yeni Vyana məktəbi" qarşısında bir növ günahlarını yumaq niyyəti ilə yaradırdılar. SSRİ-də isə dodekafoniyaya müraciət təqiblərlə müşayiət olunurdu. Belə bir şəraitdə Qara Qarayevin – SSRİ-də avanqard hərəkatın lideri kimi rolu xüsusidir. 1961-ci ildə Birinci Beynəlxalq Los-Anceles festivalına səfər edib qayıdan Q. Qarayevin kədərli etirafı kifayət qədər səciyyəvidir: "Musiqidə biz əlli il geri qalmışıq".
Bəstəkarı bu festivalda səslənən əsərlərdə Şönberq metodunun fərdi yozumu halları heyrətə gətirməyə bilməzdi.
Azərbaycanda avanqard musiqi
Əvvəlki yaradıcılığına yeni mövqedən nəzər salaraq onu tənqidə məruz qoyan Q. Qarayev "özünü amansızcasına sındırıb" yeni sahillərə üz tutur. Müvafiq olaraq 1964-cü və 1967-ci illərdə bəstələnən Üçüncü simfoniya və Violino konserti Qarayevi yeniləşmə hərəkatının öndərləri sırasına çıxarır. Onu da qeyd edək ki, bəstəkarın seriya texnikasına müraciəti nə qədər gözlənilməz olsa da, musiqi təfəkkürünün xüsusiyyətləri ilə sıx əlaqədar idi. Qarayev sənətinin nüfuzlu araşdırıcısı L. Karagiçevaya üz tutaq: "Yaradıcılıqda ciddi özünənəzarətə meyilli, musiqidəki ilk addımlardan "kompleksvariant" (Mazel) intonasiya inkişafı metoduna üstünlük verən, linear-polifonik məntiqlə silahlanmış Qarayev seriya texnikasında öz musiqi təfəkkürü ilə həmahəng olan çox şey aşkarlamışdı".
Həmin dövrün ümumi ab-havasını təsəvvür etmək üçün "Sovetskaya muzıka" jurnalının 1965–1968-ci illərə aid kitabçalarını vərəqləmək kifayətdir.
1966-cı ildə baş tutan SSRİ Bəstəkarlar İttifaqının V Plenumunda yer alan mübahisənin mahiyyətini tənqidçi L. Geninanın təbirincə, qəsdən sxematikləşdirməyə yol verərək belə müəyyənləşdirmək olar: do major, yoxsa seriya?
R. Şedrinin yazdığı kimi, Q. Qarayev həmin şəraitdə ehkamçı və mühafizəkarlara qarşı açıqca çıxış etməkdən çəkinməmiş, böyük cürət nümayiş etdirmişdir. Şedrinin təbirincə, o zaman tribunaya qalxıb bütün zal qarşısında həqiqəti bəyan etmək, evdə oturub 12-tonluq texnikada sakit və süst musiqi bəstələməkdən daha faydalı, daha cəsarətli addım kimi qiymətləndirilməlidir.
Dodekafoniya texnikasında yazılan Üçüncü simfoniyası və Violino konserti ilə Qarayev yaradıcılıq nailiyyətlərini yekunlaşdırmış, eyni zamanda Azərbaycan musiqisinin gələcək inkişaf yollarını müəyyənləşdirmişdir. Böyük ustad bir növ öz həmkarları və tələbələrində durmadan axtarmaq, irəliyə doğru hərəkət etmək, inkişaf etmək istəyini stimullaşdırmışdır. Sovet musiqisində avanqard milli siması ilə seçilirdi. Təsadüfi deyil ki, M. Aranovski öz "Simfonik axtarışlar" adlı fundamental tədqiqatında Qarayevin Üçüncü simfoniyasının əsas uğurunu elə onun milli ənənələrlə əlaqələrinin kəsilməməsində görür. Alimin təbirincə, "Qarayev bu texnikanı milli musiqi dili çərçivəsinə daxil edir. Bu isə o deməkdir ki, müasir bəstəkar üçün fuqa ancaq musiqi prosesinin müəyyən bir şəkildə quraşdırılması sistemi olduğu kimi, eynilə on iki ton vasitəsilə bəstələmək texnikası da onun üçün ancaq texnikadır".
Onu da qeyd edək ki, keçmiş sovet məkanında geniş intişar tapmış "yeni folklor dalğası"nın nümayəndələri avanqard texnologiyalara xüsusi maraq göstərirdilər. S. Savenko demək olar ki, bütün neofolklorçuların avanqardçı kimi çıxış etməsini təkzib olunmayan, eyni zamanda paradoksal bir fakt adlandırır.
Avanqard musiqinin nailiyyətləri Şərq musiqisinin əsas xüsusiyyətləri ilə həmahəng idi. Tembr sonorluğu, metrik periodikliyin yoxluğu, məxsusi modal, qeyritemperasiyalı səs yüksəkliyi sistemləri, mikrointervalika, materialın sərbəst improvizasiyalı inkişafı, zamanın statik təbiəti, formanın fasiləsizliyi (kontinual forma), avanqard musiqinin bütün bu xasiyyətnamələrini əslində Azərbaycan ənənəvi musiqisinin səciyyələndirilməsi üçün uğurla istifadə etmək olar. Odur ki, avanqard xassəli Şərq anlamının yaranışı heç də təsadüfi deyil. Başqa sözlə, XX əsr bəstəkarlarının nailiyyətləri kimi qiymətləndirilənlərin böyük bir qismi əslində milli musiqinin, folklorun dərin qatlarında əsrlər boyu qorunub mühafizə olunmuşdur. Yeni texnologiyalar milli musiqi sənətinin həmin özgün xüsusiyyətlərini daha bariz ifadə etmək üçün gözəl vasitə idi.
Beləliklə, 60-cı illərin birinci yarısında Q. Qarayevin yaradıcılıq səyləri nəticəsində Azərbaycan musiqisində estetik-üslub paradiqmasının əvəzlənməsi baş verir. Onu da qeyd edək ki, hələ 1963-cü ildə ərsəyə gələn iki əsər – A. Məlikovun "Metamorfozlar"ı və X. Mirzəzadənin "Oçerklər-63"ündə musiqi dilinin yeniləşməsi təmayülləri özünü açıq-aşkar göstərir.70-ci illərdə sənətə gəlmiş F. Əlizadə, İ. Hacıbəyov, F. Hüseynov, C. Quliyev, R. Həsənova avanqard texnologiyalar arsenalına yiyələnərək, hərəsi seçdiyi üslub məcrasında yeniləşdirilmə prosesinə qatılırlar.
Azərbaycan avanqardının iki qütbünü qeyd edək. Bəllidir ki, avanqard seriyaserial texnikanın yeni imkanlarını kəşf etmiş, aleatorikanı ərsəyə gətirmişdir. Bu iki avanqard ideya Azərbaycan musiqi ənənəsi prinsipləri ilə çox təbii rabitəyə girirdi. Axı seriya, serial texnikalar nə qədər düşünülmüş, ölçülüb-biçilmiş tərzdə istifadə olunsa da, variantlılığın tətbiqi üçün geniş imkanlar açırdı. Bu elə Azərbaycan muğamına, musiqi folkloruna xas variantlılıq idi. Aleatorika öz improvizasiya imkanları ilə Azərbaycan musiqisinin təbiətinə daha çox uyğun gəlirdi. Tənzim olunan və ya sərbəst aleatorika sayəsində musiqi toxumasının total surətdə muğam intonasiyaları ilə zənginləşməsi baş verirdi. Nəticədə sonoristikanın xüsusi tipi yaranmışdı. Bu hadisə hətta xüsusi bir termin – "muğam sonoristikası" terminini doğurmuşdu. Həmin termin ilk dəfə Rauf Fərhadovun "60–80-ci illərdə Zaqafqaziya bəstəkarlıq məktəbinin problemləri" adlı tədqiqatında istifadə olunmuşdur. Buradaca variantlılıq və improvizasiyalılığın avanqard texnologiyalar prizmasından nəzərdən keçirilməsi problemi ərsəyə gətirilmişdir.
Dövrün ab-havasını, əsas təmayüllərini ayna tək əks etdirən əsərlər sırasında təxminən eyni zamanda yazılan iki nümunə göstərilməlidir: Fərəc Qarayevin iki ifaçı üçün Sonatası (1976) və Firəngiz Əlizadənin violonçel və hazırlıqlı fortepiano üçün "Habilsayağı"sı (1979).
F. Qarayevin Sonatası zamanının ən işarəvi əsərlərindəndir. Y. Xolopov keçmişə blits-ekskurs edib İkinci dünya müharibəsindən sonra sovet musiqisinin illər üzrə retrospektivini qurarkən 1976-cı ilə aid əsas hadisələr – Brejnev "durğunluğu"nun çiçəklənməsi, Pyartın tintinnabuli üslubu, Şnitkenin fortepiano kvinteti, Terteryanın Dördüncü simfoniyası, Qubaydulinanın "Qəlbin saatı", Brejnev rejiminə xidmət göstərməyin nümunəsi – 12 saylı "Sovetskaya muzıka" jurnalının nəşri ilə bir sırada F. Qarayevin də Sonatasını qeyd edir.
Sonatada bəstəkar bir növ seriya texnikasının imkanlarını tədqiqə məruz qoyur, səsin daxilinə nüfuz edib, onun obertonlarını üzə çıxarmağa səy göstərir. O, musiqi inkişafını xəttvarı, forma və fəza perspektivi kimi deyil, müxtəlif səs nöqtələrinin aramlı ardıcıllığı kimi başa düşür. Belə ki, birinci hissədə monodiya puantilist metodların tətbiqi vasitəsilə təcəssüm olunur. Ümumiyyətlə, musiqi fəzasında bir neçə anlığa dondurulub yatırılan, sonra isə başqa registrdə davam etdirilən məxsusi kardioqramvari rəsmi ilə seçilən puantilistik "parçalanmış" faktura "statik problem"in (R. Fərhadov) həllinə xidmət edir. Əsərdə vahid bir emosional vəziyyətə qərq olmaq niyyəti açıq-aşkar özünü büruzə verir. Nüansların inflyasiyası dövründə bu, çox önəmli keyfiyyətdir. Buradaca bəstəkarın milli musiqi təfəkkürü ilə dərin bağlılığı üzə çıxır. Bəllidir ki, muğamda müəyyən obraz-emosional informasiya başlanğıc rüşeymdən təkan alıb böyük zaman məsafəsində tədricən açıqlanır. Sonatada belə, ekstensiv inkişaf tipi ilə rastlaşırıq.
Əsərin dinləyişi əsnasında forma-prosesin zahiri improvizasiyalığı təsəvvürü oyanır. Sanki formanın özü də, onun hər bir fraqmenti də açıq, qeyri-qapalıdır. Belə bir formanı, habelə onun təcrid olunmuş istənilən epizodunu sonsuz olaraq davam etdirmək olar. Burada Bulezin bir fikrini səsləndirmək istərdik: "…Biz Qərb musiqisinə aid əsərlərin "bitkinliyi"nə, onun silsiləsinin qapalılığına ehtiramla yanaşmışıq. Lakin biz Şərq musiqisinin "şans"ını, onun inkişaf açıqlığını daxil etdik".
F. Qarayevin Sonatası Şərq musiqisinin həmin "şans"ının gerçəkləşdirilməsinə əyani nümunədir. Eyni zamanda bəstəkar qarşısında əsəri bitirmək problemi dururdu. Sonda hazırlıqlı royalın məzhəkəli mövzu ilə mudaxiləsi ahəstə cərəyan edən musiqinin emosional səmtini kəskin şəkildə dəyişdirir: nəcib təhkiyə zəfər çalan bayağılıq çuxuruna yuvarlanır. Beləliklə, iki ifaçı üçün Sonata ən müxtəlif avanqard ideyaları özündə ehtiva edir, eyni zamanda bəstəkarın instrumental teatr sahəsində axtarışlarını müjdələyir.
1979-cu ildə F. Əlizadənin violonçel və hazırlıqlı fortepiano üçün "Habilsayağı" kompozisiyasının premyerası oldu. Bu əsərin 30 ildən artıq dövrü əhatə edən konsert həyatı uğurla davam etməkdədir.
Muğama kifayət qədər yaxşı bələd olan F. Əlizadənin musiqi duyumu ən çağdaş səs yazısı vasitələri üzərində tərbiyə olunmuşdur. Bütün bu vasitələr muğamın özgün cəhətlərinin, onun məxsusi fonik tərəfinin, inkişaf xüsusiyyətlərinin qabardılmasına tabe etdirilib. Burada faktura toxumasının total surətdə muğam intonasiyaları ilə zənginləşməsi baş verir. Qatı ladofonizm "muğam sonoristikası" termininin tətbiqini doğurur. Ən əsası isə, sonor-aleatorik inkişaf tipi xalq sənətinin variant-improvizasiyalı metodları ilə çulğalaşır. Buradaca İ. Zemtsovskinin sərrast bir müşahidəsini xatırlatmaq yerinə düşərdi: "Musiqi yazılı ənənənin çərçivəsindən kənara çıxıb, yaradıcılığın nə vaxtsa total şifahi normalarına, lakin nota salınmaq əsasında (sanki inkarı inkar dialektik qanunu üzrə), qayıtmağa can atır".
Ən yaxşı kompozisiyalarında Azərbaycan sənətkarları milli bəstəkarlıq yaradıcılığının ənənələrini Qərbin bədii təcrübəsi ilə uzlaşdırmağa müvəffəq olmuş, bu təcrübədən həyat qabiliyyəti yüksək olan, milli musiqinin mahiyyətinin açıqlanmasına xidmət edən vasitələr əxz etmişlər.
Bu gün ayrı-ayrı tədqiqatlarda əks-təsir, yəni keçmiş sovet məkanında fəaliyyət göstərən bəstəkarların tapıntılarının Qərb musiqisinə danılmaz təsiri barədə söz açılır. Bu qarşılıqlı zənginləşmə prosesində Azərbaycan sənətkarlarının oynadığı rol getdikcə daha böyük önəm kəsb edir.
2017-ci il, dekabrın 4-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Alüminium" III Beynəlxalq müasir incəsənət biennalisi — festivalı çərçivəsində Azərbaycan bəstəkarlarının avanqard musiqisi səsləndirilmişdir. Fortepianoda M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti, əməkdar artist Rəna Rzayeva ifa etmiş, reallıqla yuxu arasındakı sərhədin keçilməzliyi anlayışı bir daha əsrarəngiz musiqinin dili ilə şüurlarda əks olunmuşdur. Konsertdə Qara Qarayevin, Aqşin Əlizadənin, Firəngiz Əlizadənin və Rəhilə Aslanovanın əsərləri dinlənilmiş, Azərbaycan bəstəkarlarının avanqard musiqisi xaricdən gəlmiş festival iştirakçılarının marağına səbəb olmuşdur.
Mənbə
- Zümrüd Dadaşzadə. "Azərbaycan musiqisində avanqard texnologiyaların tətbiqinə dair", "Mədəniyyət dünyası" (elmi-nəzəri məcmuə). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. Bakı, 2010, XIX buraxılış, s. 162–166
Ədəbiyyat
- 1. Paul Griffiths. The Thames and Hudson Dictionary of 20th-Century Music. 1996, p. 22–23
- 2. Петрусева Н.А. Пьер Булез. Эстетика и техника музыкальной композиции. Москва-Пермь:
Реал, 2002, с.6
- 3. Сильвестров В. В. Музыка – это пение мира о самом себе…Сокровенны разговоры и взгляды со
стороны: Беседы, статьи, письма/ Автор статей, составитель, собеседница М. Нестьева: Киев: 2004, с.77–78
- 4. Карагичева Л. В. Кара Караев: Личность. Суждения об искусстве. Москва, Композитор, 1993, с.95
- 5. Генина Л. С. Если не сейчас, то когда?// Генина Л. Бесцензурное двадцатилетие: прощай,
критика? Москва: Композитор, 2006, с.42
- 6. Холопова В. Н. Путь по центру. Композитор Родион Щедрин. Москва: Композитор, 2000, с.273
- 7. Арановский М.Г. Симфонические искания. Ленинград: Советский композитор. 1979, c.53
- 8. Q. Qarayevin Üçüncü simfoniyasının səciyyəvi milli əlamətlərinin açıqlanması məsələsinə ilk dəfə V.
Şərifova-Əlixanova toxunmuşdur. Bax: Шарифова В.Ш. Третья симфония Кара Караева // Из истории русской советской музыки, вып. 2. Москва: Сов. композитор, 1976, с.98–118
- 9. Холопов Ю. Н. Музыка России: между AVANT и RETRO// Музыка ХХ века. Московский
форум: Материалы международных научных конференций // Научные труды МГК им. Чайковского. Сб. 25. Москва: 1999, с.16
İstinad
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Avanqard deqiqlesdirme Avanqard fr avant garde herfi menasi avant qabaq ireli garde qorumaq muhafize etmek XIX esrin sonu XX esrde qabaqcil Avropa inceseneti Yaranmasi yayilmasi Avanqard fr avant garde sozu Bodler dovrunde yeni XIX esrin ortalarinda yaranmis ve oz epoxasinin zovqunu qabaqlayan senetkarlara samil olunmusdur Musiqi kontekstinde bu termin yalniz Ikinci dunya muharibesinden sonra Bulez Stokhauzen Berio Nono Ksenakis ve XX esrin ikinci yarisinda fealiyyet gosteren diger bestekarlarin musiqisi ile elaqedar istifade olunmaga basladi Taninmis ingilis musiqisunasi P Qriffitsin tebirince eyni zaman kesiminde calisan Amerika bestekarlarinin yaradiciligini seciyyelendirerken adeten basqa terminler tetbiq olunur Meselen Con Keyc ve onun ardicillarinin yaradiciligina bir qayda olaraq eksperimental musiqi termini samil edilir Karter ve Bebbitte geldikde ise Qriffitsin tebirince onlari avanqardin meftunedici xassesi cetin ki celb edir Rusiyada avanqard musiqiSovet rus musiqisunasiginda avanqardin iki iki dalgasi ayird edilir Y Xolopovun teklif etdiyi dovrlesdirilmeye gore birinci dalga 1908 1925 ci ikinci dalga 1946 1968 ci illeri ehate edir Birinci avanqard musiqiye yeni tonalliq Messian mikroxromatika Visneqradski Haba yeni ritm Stravinski Berq azad atonalliq Yeni Vyana mektebi seriya ve dodekafoniya Sonberq Vebern ideyasini getirmisdir Ikinci avanqard ise serializm sonorika aleatorika elektron ve konkret musiqi feza musiqisi ferdi layihe esasinda qurulan formalar heppeninq ve multimedia bexs etdi Ikinci avanqardi birinci avanqardin yeni musiqisi nden ferqlendirmek ucun En Yeni musiqi ifadesinden istifade edirler Bulezin fikrince her iki period Yeni musiqiye aiddir Vebern ve XX esrin birinci yarisina aid diger bestekarlar yeni musiqi dunyasinin feth edilmesi prosesine celb olunmuslar Muharibeden sonraki nesilden olan bestekarlar ise butun bu nailiyyetleri ses fezasi zaman ve formanin yeni konsepsiyasi ile xeyli derecede zenginlesdirmisler Kecmis sovet mekaninda avanqard ozunu oten esrin 60 ci illerinde gostermeye baslayir Mehz bu zaman avanqardin esas ideyasi dodekafoniya serializm musiqi yaradiciliginda genis intisar tapir Yalniz SSRI ve Qerb dunyasi arasinda demir perde nin aradan goturulmesi siyasi iqlimin mulayimlesmesi okeye daxil olan informasiyanin hecminin xeyli artmasina serait yaradir ve exz olunan melumat ve biliklerin sinaqdan kecirilmesi telebatini dogurur Mehz bu zamandan yeni sovet musiqisi tarixi baslanir Umumiyyetle SSRI de avanqarda munasibetde hemise siyasi faktor boyuk rol oynayib V Silvestrov M Rostropovicle sohbeti xatirlayaraq qeyd edir ki Qerbde Ikinci dunya muharibesinden sonra ele bir veziyyet yaranmisdi ki aparici bestekarlar Yeni Vyana mektebi qarsisinda bir nov gunahlarini yumaq niyyeti ile yaradirdilar SSRI de ise dodekafoniyaya muraciet teqiblerle musayiet olunurdu Bele bir seraitde Qara Qarayevin SSRI de avanqard herekatin lideri kimi rolu xususidir 1961 ci ilde Birinci Beynelxalq Los Anceles festivalina sefer edib qayidan Q Qarayevin kederli etirafi kifayet qeder seciyyevidir Musiqide biz elli il geri qalmisiq Bestekari bu festivalda seslenen eserlerde Sonberq metodunun ferdi yozumu hallari heyrete getirmeye bilmezdi Azerbaycanda avanqard musiqiEvvelki yaradiciligina yeni movqeden nezer salaraq onu tenqide meruz qoyan Q Qarayev ozunu amansizcasina sindirib yeni sahillere uz tutur Muvafiq olaraq 1964 cu ve 1967 ci illerde bestelenen Ucuncu simfoniya ve Violino konserti Qarayevi yenilesme herekatinin onderleri sirasina cixarir Onu da qeyd edek ki bestekarin seriya texnikasina muracieti ne qeder gozlenilmez olsa da musiqi tefekkurunun xususiyyetleri ile six elaqedar idi Qarayev senetinin nufuzlu arasdiricisi L Karagicevaya uz tutaq Yaradiciliqda ciddi ozunenezarete meyilli musiqideki ilk addimlardan kompleksvariant Mazel intonasiya inkisafi metoduna ustunluk veren linear polifonik mentiqle silahlanmis Qarayev seriya texnikasinda oz musiqi tefekkuru ile hemaheng olan cox sey askarlamisdi Hemin dovrun umumi ab havasini tesevvur etmek ucun Sovetskaya muzika jurnalinin 1965 1968 ci illere aid kitabcalarini vereqlemek kifayetdir 1966 ci ilde bas tutan SSRI Bestekarlar Ittifaqinin V Plenumunda yer alan mubahisenin mahiyyetini tenqidci L Geninanin tebirince qesden sxematiklesdirmeye yol vererek bele mueyyenlesdirmek olar do major yoxsa seriya R Sedrinin yazdigi kimi Q Qarayev hemin seraitde ehkamci ve muhafizekarlara qarsi aciqca cixis etmekden cekinmemis boyuk curet numayis etdirmisdir Sedrinin tebirince o zaman tribunaya qalxib butun zal qarsisinda heqiqeti beyan etmek evde oturub 12 tonluq texnikada sakit ve sust musiqi bestelemekden daha faydali daha cesaretli addim kimi qiymetlendirilmelidir Dodekafoniya texnikasinda yazilan Ucuncu simfoniyasi ve Violino konserti ile Qarayev yaradiciliq nailiyyetlerini yekunlasdirmis eyni zamanda Azerbaycan musiqisinin gelecek inkisaf yollarini mueyyenlesdirmisdir Boyuk ustad bir nov oz hemkarlari ve telebelerinde durmadan axtarmaq ireliye dogru hereket etmek inkisaf etmek isteyini stimullasdirmisdir Sovet musiqisinde avanqard milli simasi ile secilirdi Tesadufi deyil ki M Aranovski oz Simfonik axtarislar adli fundamental tedqiqatinda Qarayevin Ucuncu simfoniyasinin esas ugurunu ele onun milli enenelerle elaqelerinin kesilmemesinde gorur Alimin tebirince Qarayev bu texnikani milli musiqi dili cercivesine daxil edir Bu ise o demekdir ki muasir bestekar ucun fuqa ancaq musiqi prosesinin mueyyen bir sekilde qurasdirilmasi sistemi oldugu kimi eynile on iki ton vasitesile bestelemek texnikasi da onun ucun ancaq texnikadir Onu da qeyd edek ki kecmis sovet mekaninda genis intisar tapmis yeni folklor dalgasi nin numayendeleri avanqard texnologiyalara xususi maraq gosterirdiler S Savenko demek olar ki butun neofolklorcularin avanqardci kimi cixis etmesini tekzib olunmayan eyni zamanda paradoksal bir fakt adlandirir Avanqard musiqinin nailiyyetleri Serq musiqisinin esas xususiyyetleri ile hemaheng idi Tembr sonorlugu metrik periodikliyin yoxlugu mexsusi modal qeyritemperasiyali ses yuksekliyi sistemleri mikrointervalika materialin serbest improvizasiyali inkisafi zamanin statik tebieti formanin fasilesizliyi kontinual forma avanqard musiqinin butun bu xasiyyetnamelerini eslinde Azerbaycan enenevi musiqisinin seciyyelendirilmesi ucun ugurla istifade etmek olar Odur ki avanqard xasseli Serq anlaminin yaranisi hec de tesadufi deyil Basqa sozle XX esr bestekarlarinin nailiyyetleri kimi qiymetlendirilenlerin boyuk bir qismi eslinde milli musiqinin folklorun derin qatlarinda esrler boyu qorunub muhafize olunmusdur Yeni texnologiyalar milli musiqi senetinin hemin ozgun xususiyyetlerini daha bariz ifade etmek ucun gozel vasite idi Belelikle 60 ci illerin birinci yarisinda Q Qarayevin yaradiciliq seyleri neticesinde Azerbaycan musiqisinde estetik uslub paradiqmasinin evezlenmesi bas verir Onu da qeyd edek ki hele 1963 cu ilde erseye gelen iki eser A Melikovun Metamorfozlar i ve X Mirzezadenin Ocerkler 63 unde musiqi dilinin yenilesmesi temayulleri ozunu aciq askar gosterir 70 ci illerde senete gelmis F Elizade I Hacibeyov F Huseynov C Quliyev R Hesenova avanqard texnologiyalar arsenalina yiyelenerek heresi secdiyi uslub mecrasinda yenilesdirilme prosesine qatilirlar Azerbaycan avanqardinin iki qutbunu qeyd edek Bellidir ki avanqard seriyaserial texnikanin yeni imkanlarini kesf etmis aleatorikani erseye getirmisdir Bu iki avanqard ideya Azerbaycan musiqi enenesi prinsipleri ile cox tebii rabiteye girirdi Axi seriya serial texnikalar ne qeder dusunulmus olculub bicilmis terzde istifade olunsa da variantliligin tetbiqi ucun genis imkanlar acirdi Bu ele Azerbaycan mugamina musiqi folkloruna xas variantliliq idi Aleatorika oz improvizasiya imkanlari ile Azerbaycan musiqisinin tebietine daha cox uygun gelirdi Tenzim olunan ve ya serbest aleatorika sayesinde musiqi toxumasinin total suretde mugam intonasiyalari ile zenginlesmesi bas verirdi Neticede sonoristikanin xususi tipi yaranmisdi Bu hadise hetta xususi bir termin mugam sonoristikasi terminini dogurmusdu Hemin termin ilk defe Rauf Ferhadovun 60 80 ci illerde Zaqafqaziya bestekarliq mektebinin problemleri adli tedqiqatinda istifade olunmusdur Buradaca variantliliq ve improvizasiyaliligin avanqard texnologiyalar prizmasindan nezerden kecirilmesi problemi erseye getirilmisdir Dovrun ab havasini esas temayullerini ayna tek eks etdiren eserler sirasinda texminen eyni zamanda yazilan iki numune gosterilmelidir Ferec Qarayevin iki ifaci ucun Sonatasi 1976 ve Firengiz Elizadenin violoncel ve hazirliqli fortepiano ucun Habilsayagi si 1979 F Qarayevin Sonatasi zamaninin en isarevi eserlerindendir Y Xolopov kecmise blits ekskurs edib Ikinci dunya muharibesinden sonra sovet musiqisinin iller uzre retrospektivini qurarken 1976 ci ile aid esas hadiseler Brejnev durgunlugu nun ciceklenmesi Pyartin tintinnabuli uslubu Snitkenin fortepiano kvinteti Terteryanin Dorduncu simfoniyasi Qubaydulinanin Qelbin saati Brejnev rejimine xidmet gostermeyin numunesi 12 sayli Sovetskaya muzika jurnalinin nesri ile bir sirada F Qarayevin de Sonatasini qeyd edir Sonatada bestekar bir nov seriya texnikasinin imkanlarini tedqiqe meruz qoyur sesin daxiline nufuz edib onun obertonlarini uze cixarmaga sey gosterir O musiqi inkisafini xettvari forma ve feza perspektivi kimi deyil muxtelif ses noqtelerinin aramli ardicilligi kimi basa dusur Bele ki birinci hissede monodiya puantilist metodlarin tetbiqi vasitesile tecessum olunur Umumiyyetle musiqi fezasinda bir nece anliga dondurulub yatirilan sonra ise basqa registrde davam etdirilen mexsusi kardioqramvari resmi ile secilen puantilistik parcalanmis faktura statik problem in R Ferhadov helline xidmet edir Eserde vahid bir emosional veziyyete qerq olmaq niyyeti aciq askar ozunu buruze verir Nuanslarin inflyasiyasi dovrunde bu cox onemli keyfiyyetdir Buradaca bestekarin milli musiqi tefekkuru ile derin bagliligi uze cixir Bellidir ki mugamda mueyyen obraz emosional informasiya baslangic ruseymden tekan alib boyuk zaman mesafesinde tedricen aciqlanir Sonatada bele ekstensiv inkisaf tipi ile rastlasiriq Eserin dinleyisi esnasinda forma prosesin zahiri improvizasiyaligi tesevvuru oyanir Sanki formanin ozu de onun her bir fraqmenti de aciq qeyri qapalidir Bele bir formani habele onun tecrid olunmus istenilen epizodunu sonsuz olaraq davam etdirmek olar Burada Bulezin bir fikrini seslendirmek isterdik Biz Qerb musiqisine aid eserlerin bitkinliyi ne onun silsilesinin qapaliligina ehtiramla yanasmisiq Lakin biz Serq musiqisinin sans ini onun inkisaf aciqligini daxil etdik F Qarayevin Sonatasi Serq musiqisinin hemin sans inin gerceklesdirilmesine eyani numunedir Eyni zamanda bestekar qarsisinda eseri bitirmek problemi dururdu Sonda hazirliqli royalin mezhekeli movzu ile mudaxilesi aheste cereyan eden musiqinin emosional semtini keskin sekilde deyisdirir necib tehkiye zefer calan bayagiliq cuxuruna yuvarlanir Belelikle iki ifaci ucun Sonata en muxtelif avanqard ideyalari ozunde ehtiva edir eyni zamanda bestekarin instrumental teatr sahesinde axtarislarini mujdeleyir 1979 cu ilde F Elizadenin violoncel ve hazirliqli fortepiano ucun Habilsayagi kompozisiyasinin premyerasi oldu Bu eserin 30 ilden artiq dovru ehate eden konsert heyati ugurla davam etmekdedir Mugama kifayet qeder yaxsi beled olan F Elizadenin musiqi duyumu en cagdas ses yazisi vasiteleri uzerinde terbiye olunmusdur Butun bu vasiteler mugamin ozgun cehetlerinin onun mexsusi fonik terefinin inkisaf xususiyyetlerinin qabardilmasina tabe etdirilib Burada faktura toxumasinin total suretde mugam intonasiyalari ile zenginlesmesi bas verir Qati ladofonizm mugam sonoristikasi termininin tetbiqini dogurur En esasi ise sonor aleatorik inkisaf tipi xalq senetinin variant improvizasiyali metodlari ile culgalasir Buradaca I Zemtsovskinin serrast bir musahidesini xatirlatmaq yerine duserdi Musiqi yazili enenenin cercivesinden kenara cixib yaradiciligin ne vaxtsa total sifahi normalarina lakin nota salinmaq esasinda sanki inkari inkar dialektik qanunu uzre qayitmaga can atir En yaxsi kompozisiyalarinda Azerbaycan senetkarlari milli bestekarliq yaradiciliginin enenelerini Qerbin bedii tecrubesi ile uzlasdirmaga muveffeq olmus bu tecrubeden heyat qabiliyyeti yuksek olan milli musiqinin mahiyyetinin aciqlanmasina xidmet eden vasiteler exz etmisler Bu gun ayri ayri tedqiqatlarda eks tesir yeni kecmis sovet mekaninda fealiyyet gosteren bestekarlarin tapintilarinin Qerb musiqisine danilmaz tesiri barede soz acilir Bu qarsiliqli zenginlesme prosesinde Azerbaycan senetkarlarinin oynadigi rol getdikce daha boyuk onem kesb edir 2017 ci il dekabrin 4 de Muzey Merkezinde Medeniyyet ve Turizm Nazirliyinin teskilatciligi ile kecirilen Aluminium III Beynelxalq muasir incesenet biennalisi festivali cercivesinde Azerbaycan bestekarlarinin avanqard musiqisi seslendirilmisdir Fortepianoda M Maqomayev adina Azerbaycan Dovlet Filarmoniyasinin solisti emekdar artist Rena Rzayeva ifa etmis realliqla yuxu arasindaki serhedin kecilmezliyi anlayisi bir daha esrarengiz musiqinin dili ile suurlarda eks olunmusdur Konsertde Qara Qarayevin Aqsin Elizadenin Firengiz Elizadenin ve Rehile Aslanovanin eserleri dinlenilmis Azerbaycan bestekarlarinin avanqard musiqisi xaricden gelmis festival istirakcilarinin maragina sebeb olmusdur MenbeZumrud Dadaszade Azerbaycan musiqisinde avanqard texnologiyalarin tetbiqine dair Medeniyyet dunyasi elmi nezeri mecmue Azerbaycan Dovlet Medeniyyet ve Incesenet Universiteti Baki 2010 XIX buraxilis s 162 166Edebiyyat1 Paul Griffiths The Thames and Hudson Dictionary of 20th Century Music 1996 p 22 23 2 Petruseva N A Per Bulez Estetika i tehnika muzykalnoj kompozicii Moskva Perm Real 2002 s 6 3 Silvestrov V V Muzyka eto penie mira o samom sebe Sokrovenny razgovory i vzglyady so storony Besedy stati pisma Avtor statej sostavitel sobesednica M Nesteva Kiev 2004 s 77 78 4 Karagicheva L V Kara Karaev Lichnost Suzhdeniya ob iskusstve Moskva Kompozitor 1993 s 95 5 Genina L S Esli ne sejchas to kogda Genina L Bescenzurnoe dvadcatiletie proshaj kritika Moskva Kompozitor 2006 s 42 6 Holopova V N Put po centru Kompozitor Rodion Shedrin Moskva Kompozitor 2000 s 273 7 Aranovskij M G Simfonicheskie iskaniya Leningrad Sovetskij kompozitor 1979 c 53 8 Q Qarayevin Ucuncu simfoniyasinin seciyyevi milli elametlerinin aciqlanmasi meselesine ilk defe V Serifova Elixanova toxunmusdur Bax Sharifova V Sh Tretya simfoniya Kara Karaeva Iz istorii russkoj sovetskoj muzyki vyp 2 Moskva Sov kompozitor 1976 s 98 118 9 Holopov Yu N Muzyka Rossii mezhdu AVANT i RETRO Muzyka HH veka Moskovskij forum Materialy mezhdunarodnyh nauchnyh konferencij Nauchnye trudy MGK im Chajkovskogo Sb 25 Moskva 1999 s 16Istinad 1