Qarabağ Birlik Məclisi (az-əbcəd. قاراباغ بیرلیک مجلیسی), həmçinin sadəcə Qarabağ məclisi (قاراباغ مجلیسی) və ya əvvəlki adı ilə Difai firqəsinin Qarabağ bölməsi (دیفای فیرقهسینین قاراباغ بؤلمهسی) — Difai Partiyasının Qarabağ regionunda fəaliyyət göstərən bölməsi. 1907-ci ilin martında və ya avqustunda yaradılmışdır. Mərkəzi Şuşada idi. Regionda çox populyar olan "Qarabağ Birlik Məclisi" partiyanın ən çoxsaylı, nüfuzlu və fəal bölməsi hesab olunur. Onun fəaliyyəti bütün Yelizavetpol quberniyasının Cavanşir, Qaryagin və Şuşa qəzalarını əhatə edirdi. Təşkilatın təxminən 400 nəfərlik döyüş drujinası var idi.
Qarabağ Birlik Məclisi قاراباغ بیرلیک مجلیسی | |
---|---|
Sədri | Kərim bəy Mehmandarov |
Qurucu | |
Quruluş tarixi | 1907 (mart və ya avqust) |
Dağılma tarixi | may 1909 (rəsmi) 1910-cu illərin əvvəlləri (gizli) |
Sələfi | Difai Partiyası |
Baş qərargah | |
İdeologiya | Azərbaycan milliyətçiliyi islamçılıq antiimperializm sosial ədalət sosial-demokratiya |
Üzv sayı | 400+ |
Tarixi
Yaradılması
Difai Partiyasının Qarabağdakı fəaliyyətinin başlaması "Qarabağ Birlik Məclisi"nin yaradılmasından əvvəlki illərə təsadüf edir. Difaiçilər Qafqaz Süvari Diviziyasının komandiri, general-mayor V.N. Qoloşşapovun sui-qəsdi və onun dəftərxana müdiri Kleşşinskinin öldürülməsini təşkil etmişdi. 1906-cı ildə Şuşada çağırılan məclisdə Əhməd bəy Ağaoğlu, Əbdülkərim bəy Mehmandarov və başqaları general Qoloşşapov haqqında demişdilər ki, o, "erməni hampaları ilə əlbir olaraq tatarlara qarşı çıxmış, onların evlərini dağıtmış, minlərlə müsəlman ac-yalavac qalmışdır". Burada canişindən onun geri çağırılması barədə xahiş olunması məsələsi qoyulmuşdur. Bundan az sonra Şuşada Qoloşşapova qarşı çağırışlar səslənmişdir. Buna baxmayaraq, həmin dövrdə bu məsələ ilə bağlı tədbir görülməmişdir. 1906-cı ilin payızında Şuşada, Muxtar Qaytaranın evində keçirilmiş iclasda sui-qəsd planları qəbul edilmişdi, Gülablı kəndinin sakini Hüsü Əli oğluna "" tipli tapança və Tiflisə getmək üçün 300 rubl xərclik verilmişdi. Hüsü Əli oğlu 8 noyabr 1906-cı ildə V.N.Qoloşşapov faytonda gedərkən ona iki atəş açılmış və o, ölümcül yaralanmışdı. Hüsü Əli oğlu sui-qəsd aktını həyata keçirəndən sonra gizlənməyə məcbur olmuşdu. Bundan az sonra "Difai" bir neçə qəzet redaksiyasına özünün möhürü ilə proklamasiyalar göndərmiş və bu sui-qəsdə görə məsuliyyəti öz üzərinə götürmüşdür.
Təşkilatın yaradılmasından əvvəl 1907-ci ilin martında Yelisavetpolda şəhər qlavası Əsgər ağa Adıgözəlovun evində Maku xanlarının iştirakı ilə Zaqafqaziya, Şimali Qafqaz və Krım müsəlmanlarının qurultayı keçirilmişdir. Qurultay "Daşnaksutyun"dan nümunə götürərək, Zaqafqaziya Müsəlman Birliyini təşkil etmək və sonuncu kimi terrorla hökumətdən güzəştlər almaq qərarına gəlmişdir. Bundan başqa, yaz aylarına qədər Qarabağda erməni "xumbaları" müqabilində Cəfər bəy Vəzirovun başçılıq etdiyi "Difai" dəstələri yerləşdirmək qərarı qəbul edilmişdir.Bakı kapitalistləri Tağıyevlər və Əsədullayevlərin köməyi ilə Usmiyevlərin Ağdam yaxınlığındakı mülklərini ermənilərdən almaq planlaşdırılırdı. Onlar regionda "yalnız müsəlmanların məskunlaşdırılması, şuşalıların hökmən Şuşada yaşamağa məcbur edilməsi və ümumiyyətlə, Qarabağın müsəlman əyalətinə çevrilməsi üçün" Ağdamdan Xocalı stansiyasına qədər olan bütün torpaqları da ermənilərdən almağı planlaşdırırdılar.
Bəzi mənbələrə görə, təşkilat 1907-ci ilin martında və ya avqustda Əhməd bəy Ağaoğlu Şuşaya gəlməsindən sonra yaradılmışdır. Bu, "Hidayət" xeyriyyə cəmiyyətinin himayəsi altında Difai Partiyasının Qarabağ bölməsi kimi Şuşada yaradılmışdır. Sonradan "Qarabağ Birlik Məclisi" adlandırılmışdır, lakin qısaca "Qarabağ" məclisi də deyilirdi.
Fəaliyyəti
Əhməd bəy Ağaoğlu Şuşaya gəldikdən sonra burada nüfuzlu tatarların (sonradan azərbaycanlılar adlandırılmışdır) məclisini təşkil etmişdir. "Qarabağ Birlik Məclisi"nin fəaliyyət sahəsi Şuşa, Cavanşir, Qaryagin və yaxınlıqdakı Zəngəzur qəzalarını əhatə edirdi. Təşkilatın icra hakimiyyətinin rəisləri məsul olduqları qəzaları gəzərək bu qəzaların müxtəlif iri mərkəzlərində partiyanın yardımçı komitələrini təsis edir, işlərin təşkilinə və aparılmasına dair, eləcə də əhalidən vergi yığılması və başqa tədbirlər barədə lazımi təlimatlar və göstərişlər verirdi. "Qarabağ Birlik Məclisi" Birinci Rusiya inqilabı nəticəsində kənd bölgələrində Rusiya imperiyasının dövlət strukturlarının fəaliyyətinin zəiflədiyi bir dövrdə "yarımdövlət" funksiyasını yerinə yetirmişdir.
Təşkilatın pul vəsaitlərinin mənbəyi üzvlük haqları, partiya proqramının bu və ya digər maddələrinin pozulmasına görə təqsirkarlardan tutulan cərimələr, məhkəmə qarşısında dayanan cavabdehlərdən və iddiaçılardan alınan rüsumlar və nəhayət, hər bir rayon nümayəndəsi tərəfindən əhalidən tutulan cüzi yığımlar idi. Cavanşir qəzasında pul cərimələri və həbs cəzaları tətbiq etmək yolu ilə əhali arasında mal-qara oğruluğunu yox dərəcəsinə endirilmişdi, quldurluq halları azaldılmışdı. Bundan başqa, cinayət xarakterli yeni işlərlə yanaşı on ilə qədər əvvəl baş vermiş köhnə işləri də araşdırılır, cavabdehdən cərimə tutularaq bu məbləğ təşkilatın xəzinəsinə daxil edilirdi.
Zəruri hallarda hökumət müəssisələri, o cümlədən kənd məhkəmələri boykot edilirdi. Bu halda bütün məhkəmə çəkişmələri təşkilatın rayon komitələrinə keçirdi. "Qarabağ Birlik Məclisi"nin razılığı olmadan hətta Şəhər Dumasının qlasnıları da seçilə bilməzdi. Şəhərləri və kəndləri tərk edib getmiş insanların əmlakı və evləri də təşkilatın mülkiyyətinə keçirdi. Onlardan əldə edilən gəlirlər yoxsullar arasında bölüşdürülməli idi. Təbliğatçılar əhali arasında fəal iş aparırdı. Kəndlərdə iqtisadi ehtiyacları öyrənmək üçün rəy sorğusu keçirmək bəhanəsi ilə xalqı bir yerə toplayır və eyni zamanda ona şəriətin tələbləri izah edilir, heyvan oğurluğuna, qarətlərə son qoymaq tövsiyə edilir, "qüsurlu" insanlar pislənir, ermənilər ilə dinc münasibətlər yaratmaq təbliğ edilirdi. Cavanşir qəzasında 38 kənd icmasından yalnız 8-nin rəhbəri hökumət məmurları, kənd hakimləri tamamilə kənarlaşdırılmışdı, qulluqçuların bütün başqa ştatları "Qarabağ Birlik Məclisi" və onun üzvləri tərəfindən ələ keçirilmişdi. Təşkilatın fəaliyyəti nəticəsində kəndlərdəki vəzifəli şəxslər partiyanın nüfuzuna tabe edilmiş, partiyanın xüsusi döyüş drujinaları yaradılmışdı. "Qarabağ Birlik Məclisi"nin təxminən 400 nəfərlik döyüş drujinası var idi. Buna əlavə olaraq, təşkilatın bəzi komitələrinin öz silah anbarları vardı. Bu silahların bir qismi "Əncümən" partiyası üçün Qacar İranına göndərilirdi. Odur ki, təşkilat müharibə səyləri üçün əhalidən pul yığırdı. Təkcə Şuşa şəhərinin ətrafındakı Çuxurməhlədə Məşədi Ələsgər Abbas oğlu və Bahadur Kərim oğlu yerli sakinlərdən 3,000 rubl pul yığmış, bu pula silah, patron, "Revolver" alınmış, adamlar hazırlanmış və Məşrutə inqilabında Səttar xanın köməyinə göndərilmişdi.
Şuşa komitəsinin qərarı ilə 1907-ci il mayın 1-dən 2-nə keçən gecə Şuşa şəhər sakinləri Muxtar Kərbəlayı Cabbar oğlu və onun oğlu Rəhim Muxtar oğlu qətlə yetirilmişdir. Onlar ermənilərin xeyrinə cəsusluqda ittiham edilirdi. Tiflis Quberniya Jandarm İdarəsinin rəisinin Yelizavetpol quberniyasındakı köməkçisinin 14 dekabr 1903-cü il tarixli məlumatında bildirilir: "Muxtar Cabbar oğlu çox pis ad çıxarmışdı və həm Şuşa şəhərinin, həm də qəzanın bütün xadimləri onu "əclaf Muxtar" kimi tanıyırlar". "Qarabağ Birlik Məclisi" aqrar məsələ ilə bağlı Cavanşir qəzasında kəndlilər ilə birlikdə iğtişaşa başlamış, bu iğtişaşlar 1908-ci ilə qədər davam etmişdir. İğtişaşların sona çatması üçün Rusiya imperiyası hökuməti tərəfindən məhsul yığımına dair vahid qaydaların təmin edilməsi üzrə xüsusi komissiya yaradılmışdır.
Ləğv edilməsi
Artıq 1908-ci ildə bütün difaiçilərə qarşı repressiya kampaniyasına başlanmışdı. 1909-cu ilin may ayında "Qarabağ Birlik Məclisi"nin üzvlərinin işi üzrə məhkəmə araşdırması aparılmışdı. İş üzrə müttəhimlər kimi "Difai"nin Şuşa bölməsinin üzvləri Məşədi Şamil Hacıyev, Əfrasiyab Əzimov, Kərbəlayı Usub Mirsiyabov, İrzabəy İrzabəyov və Məmməd İsmayıl oğlu, Ağdam bölməsinin üzvləri Hacı Miriş Mirbağırov, Mirzə Davud Ağamirzəzadə, Baxış bəy Kazımbəyov, Hacı Cümşüd Hacı Cəfərqulu oğlu, Zülfüqar bəy Abdullabəy oğlu Haqverdiyev və Muxtar Kərbəlayi Məmməd oğlu keçirdi. Adları çəkilən şəxslər "fəaliyyətinin məqsədi Zaqafqaziyanın müsəlman əhalisini qanuna və hökumətin sərəncamlarına itaət etməməyə təhrik etməkdən ibarət olan, özünü müsəlman "Difai" partiyası və "Qarabağ Məclisi" adlandıran, üzvləri ətraf kəndləri gəzərək əhalidən partiyanın ehtiyacları və silah üçün pul yığan, partiyanın adından inzibati və məhkəmə vəzifələrini yerinə yetirən, əhali arasında çəkişmə və mübahisələri tənzimləməklə məşğul olan cinayətkar birlikdə iştirak etməkdə" ittiham olunurdu. Araşdırma nəticəsində Yelizavetpol mahal məhkəməsi 15 may 1909-cu ildə "Qarabağ Birlik Məclisi"nin üzvlərinin işi üzrə hökm çıxarmışdı. Məhkəmənin qərarı ilə həmin şəxslərdən 8 nəfəri 8 aydan 2 ilə qədər həbs cəzasına məhkum edilmiş, 3 nəfərin isə təqsiri sübut edilmədiyinə görə məhkəmə onlara bəraət vermişdi.
Repressiyalar nəticəsində təşkilat fəaliyyətini 1910-cu illərin əvvəllərinə qədər davam etdirmiş, bunu gizli və passiv formada həyata keçirməli olmuşdur. Bərdə mülkədarı İsmayıl bəy Tağıbəyovun romistr Kornilova ünvanlanmış 8 aprel 1910-cu il tarixli məktubunda qeyd edilir ki, polkovnik Qamkrelidzenin səyləri sayəsində bu il hökumətin düşmənləri, "Difai"nin Bərdə komitəsinin üzvləri tutulub saxlanmışdır. 1912-ci ildə "Difai"ni bərpa etməyə, eləcə də partiyanın "Qarabağ Birlik Məclisi"nin fəaliyyətinin təbliğat işini dirçəltməyə cəhd göstərilmişdi. Bununla əlaqədar, təşkilatın katibi Xuduş Quliyev Şuşada tutulmuşdu.
İdeologiyası
"Qarabağ Birlik Məclisi" antifeodal və milliyətçi mövqe tuturdu.Rusiya imperiyasının məmurları şübhə edirdilər ki, təşkilat geniş özünüidarə məsələləri və çox güman ki, gələcəkdə Qafqazın müsəlman bölgələrinin muxtariyyətinin təbliği ilə məşğuldur. Təşkilat sosial ədalət probleminə toxunur, bu məsələsinin həll yollarını izləyirdi. "Qarabağ Birlik Məclisi" millətin konsolidasiyası nəzəriyyəsini təbliğ edirdi. Bundan başqa, təşkilatın proqramının aqrar sahəsinə toxunan bəzi bəndləri Rusiya imperiyasının məmurlarını təşkilatın sosial-demokratik xarakteri barədə düşünməyə sövq etmişdi. Odur ki, təşkilatın siyasi diskursu əsasən kəndlilərə xitab edirdi. Təşkilatın 1907-ci il oktyabr ayında qəbul edilmiş və 53 bənddən ibarət proqramımüsəlmanların bir-biri ilə və başqa millətlərlə münasibətləri müəyyən edirdi, (əsasən şiə və sünni) pisləyirdi. Hər halda, təşkilata görə, Bütün məsələlər şəriət qanunları əsasında həll edilməli idi. Dini xadimlər "var-dövlətə şirniklənmədən millətin tərəfini saxlamalı və öz səlahiyyətlərini şəriət əsasında yerinə yetirməli" idilər, əks halda onlar ictimai mövqeyini və ruhani rütbəsini itirə bilərdilər Təşkilatın ticarət məsələsində mövqeyi ondan ibarət idi ki, "müsəlmanlar başqa millətlərə deyil, özümüzə xeyir vermək üçün yalnız müsəlmanlardan mal alsınlar". Səhmdar şirkətləri və imkanlı müsəlmanlar da kənd təsərrüfatı məhsullarını və sənaye mallarını yalnız müsləmanlardan almağa borclu idi. Bu tələbləri yerinə yetirməyənləri "millətə xəyanətə görə" cərimə gözləyirdi. Maarif sahəsində proqram "kişi və qadın cinsindən olan uşaqlar üçün təhsil müəssisələri açmaq və onların yeni üsulla öyrədilməsi üçün hər cür səy göstərməyi" nəzərdə tuturdu.
"Qarabağ Birlik Məclisi"nin proqramında aqrar məsələ radikal şəkildə həll edilirdi və proqrama görə, "torpaq əməkçiləri sinfinə məxsus olmalıdır". Torpağın kəndlilərə verilməsinin həyata keçirilməsi mexanizmləri barədə qeyd-şərt yox idi. Buna baxmayaraq, praktikada həm təşviqat sahəsində, həm də torpaq sahiblərinə təsir etməyin başqa formalarında müəyyən addımlar atılmışdı. Odur ki, Qarabağ zadəganları təşkilatın fəaliyyətinə zidd mövqe tuturdu. "Qarabağ Birlik Məclisi"nə qoşulan bir çox zadəgan sonradan provokator və xəbərçi kimi çıxış etmişdi.
Strukturu
Əhməd bəy Ağaoğlu tərəfindən yaradılmış "Qarabağ Birlik Məclisi"nə və Şuşa komitəsinə doktor Əbdülkərim bəy Mehmandarov başçılıq edirdi. Məclisdə ziyalılar, tacirlər və ruhanilərlə yanaşı kəndlilər, o cümlədən varlı kəndlilərin də xeyli hissəsi təmsil olunmuşdu. "Qarabağ Birlik Məclisi"nin xalqa çox güclü təsirindən narahat olan təxminən 100 nəfər Qarabağ xanı "xalqla və bu cəmiyyətlə əlbir olacaqlarına sədaqət andı içmişlər".
"Qarabağ Birlik Məclisi"nin regionda müxtəlif komitələri var idi. Onlardan ən əsası Şuşa komitəsi idi. Şuşa komitəsinin üzvləri arasında Cahangir xan Nuribəyov (sədrin köməkçisi), Xuduş Quliyev (komitənin katibi), Məşədi Şamil Hacıyev, Məşədi Məmmədcəfər Cəfər oğlu (İran təbəəsi), Məşədi Əhməd Əzimov, Hacı Mirzəhüseyn Kərim oğlu, Şükür bəy Məşədi Ağalar oğlu, Bahadur Sarı Kərim oğlu, Əfrasiyab Hacı Əzim oğlu, Məşədi Məmmədcəfər Muxtarov, Hacı Hüseyn Münşiyev, Kərbəlayı Usub Mirsiyabov, Müseyib Sarı Kərim oğlu, Məşədi Yusif Qəhrəman oğlu, Seyidhüseyn Seyidrza oğlu, Məşədi Məhəmməd Əzim oğlu da vardı. Komitənin bütün üzvləri məşvərətçi səsə malik idi. Onlardan bəzilərinin müxtəlif vəzifələri vardı.
Bəzi mənbələrə görə, təşkilatın Ağdam komitəsinə Xasay xan Usmiyev başçılıq edirdi. Buraya Səlim bəy Rüstəmbəyov, Cəfər bəy Vəzirov, Qasım bəy Vəzirov və Qəhrəman ağa Cavanşirov daxil olmuşdur. Başqa məlumatlara görə, Ağdam komitəsinə Zülfüqar bəy Haqverdiyev başçılıq etmişdir. Komitənin üzvləri kəndbəkənd gəzərək partiyanın şöbələrini yaradır, əhalini "Difai"yə tabe olmağa and içdirirdi. Ağdam yardımçı komitəsinin katibi Mirzə Davud Ağamirzəyev idi. Komitənin Mirzəməmməd İbrahimov başda olmaqla 6 nəfər təbliğatçı vardı.
Cavanşir qəzasında Bərdə, Tərtər, Qaryagin, Cəbrayıl komitələri fəaliyyət göstərirdi. Bərdə komitəsinin Yevlaxda və Tərtərdə bölmələri vardı. Cəbrayıl komitəsi sayca iri komitə idi. Onun Cəbrayılda, habelə Xocahan və Genlik kəndlərində şöbələri vardı. Qəzanın bütün kənd komitələri mərkəzi komitələrə, onlar isə öz növbəsində Şuşa komitəsinə tabe idi. "Difai" partiyasının Şuşa komitəsinin sərəncamlarını 1906-cı ildə Malıbəyli kəndində təsis edilmiş, əhalidən vergilər və cərimələr şəklində yığılan vəsaitlər hesabına fəaliyyət göstərən "Komissiya" yerinə yetirirdi.
İstinadlar
- HƏSƏNOV, BƏXTİYAR KAMİL oğlu. HACIYEV, İ.M. (redaktor). AZƏRBAYCANIN QARABAĞ REGİONU XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ (PDF) (az.). Bakı: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU. 2018. səh. 6.
- İsmayılov, Mahmud; Maksvell, Nigar; Hüseynova, D.; Bağırova, İ., redaktorlar AZƏRBAYCANIN İCTİMAİ-SİYASİ HƏYATI (1900- 1914-cü illər) // Azərbaycan tarixi. Yeddi cilddə (az.). V cild (1900-1920-ci illər). Bakı: Elm. 2008. səh. 118. ISBN .
- Çingizoğlu, Ənvər. "Zülfüqar bəy Haqverdiyev: Sinəsi sipər oğul". fedai.az (az.). 3 iyun 2020.
- Əzizov, Eldar. "1906-1908-ci illərdə "Qarabağ Birlik Məclisi" - "Difai"nin fəaliyyəti". Ədalət. 1 mart 2011. səh. 6 – Azərbaycan Milli Kitabxanası vasitəsilə.
- Багирова, И.С. Политические партии и организации Азербайджана в начале ХХ века. 1900-1917 (rus). Баку: Елм. 1997. 172–173.
- Багирова, И.С. Политические партии и организации Азербайджана в начале ХХ века. 1900-1917 (rus). Баку: Елм. 1997. 173–174.
- Əzizov, Eldar. ""Qarabağ Birlik Məclisi": təşkilati strukturu və proqramı". Ədalət. 23 fevral 2011. səh. 6 – Azərbaycan Milli Kitabxanası vasitəsilə.
- Çingizoğlu, Ənvər. "Mirzə Cəfər bəy Vəzirov: "Difai"nin sərkərdəsi". Ordum.az (az.).
- Ədilli, Şirvani. "Azərbaycan türklərinin ilk millətçi təşkilatı – DİFAİ". davam.az. 2022-05-21 tarixində . İstifadə tarixi: 2023-06-24.
- Əzizov, Eldar. ""Qarabağ Birlik Məclisi": təşkilati strukturu və proqramı". Ədalət. 26 fevral 2011. səh. 16 – Azərbaycan Milli Kitabxanası vasitəsilə.
- "Allahverdi Hacı Pənahalı oğlu: şərəf şərdən üstündür." Atesh.Az - Hədəfimiz Qarabağdır!. 2023-01-29 tarixində . İstifadə tarixi: 2023-06-24.
- Əzizov, Eldar. ""Qarabağ Birlik Məclisi": təşkilati strukturu və proqramı". Ədalət. 25 fevral 2011. səh. 6 – Azərbaycan Milli Kitabxanası vasitəsilə.
- Dünyaminqızı, Qərənfil. ""Xalq düşməni" olan xeyriyyəçi həkim". Kaspi. 3 oktyabr 2016. səh. 7 – Azərbaycan Milli Kitabxanası vasitəsilə.
- Əzizov, Eldar. ""Qarabağ Birlik Məclisi": təşkilati strukturu və proqramı". Ədalət. 24 fevral 2011. səh. 6. 2013-02-15 tarixində . İstifadə tarixi: 2023-06-24 – Azərbaycan Milli Kitabxanası vasitəsilə.
- Əzizov, Eldar. "1906-1908-ci illərdə "Qarabağ Birlik Məclisi" - "Difai"nin fəaliyyəti". Ədalət. 3 mart 2011. səh. 6 – Azərbaycan Milli Kitabxanası vasitəsilə.
- Əzizov, Eldar. "1906-1908-ci illərdə "Qarabağ Birlik Məclisi" - "Difai"nin fəaliyyəti". Ədalət. 5 mart 2011. səh. 9 – Azərbaycan Milli Kitabxanası vasitəsilə.
- Fedai.az Araşdırma Qrupu. "Niyə məhz Fədai?". veteran.az (az.). 2019. 2020-02-28 tarixində . İstifadə tarixi: 2023-06-24.
- Багирова, И.С. Политические партии и организации Азербайджана в начале ХХ века. 1900-1917 (rus). Баку: Елм. 1997. 177–178.
- Багирова, И.С. Политические партии и организации Азербайджана в начале ХХ века. 1900-1917 (rus). Баку: Елм. 1997. 176–177.
- Багирова, И.С. Политические партии и организации Азербайджана в начале ХХ века. 1900-1917 (rus). Баку: Елм. 1997. 174–175.
- Məmmədov, Xəqani Məmməd oğlu. Qəndilov, S. T. (redaktor). Azərbaycan milli hərəkatı: 1875-1918-ci illər. Sabah; Bakı Biznes Universiteti. 1996. səh. 87.[ölü keçid]
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qarabag Birlik Meclisi az ebced قاراباغ بیرلیک مجلیسی hemcinin sadece Qarabag meclisi قاراباغ مجلیسی ve ya evvelki adi ile Difai firqesinin Qarabag bolmesi دیفای فیرقه سینین قاراباغ بؤلمه سی Difai Partiyasinin Qarabag regionunda fealiyyet gosteren bolmesi 1907 ci ilin martinda ve ya avqustunda yaradilmisdir Merkezi Susada idi Regionda cox populyar olan Qarabag Birlik Meclisi partiyanin en coxsayli nufuzlu ve feal bolmesi hesab olunur Onun fealiyyeti butun Yelizavetpol quberniyasinin Cavansir Qaryagin ve Susa qezalarini ehate edirdi Teskilatin texminen 400 neferlik doyus drujinasi var idi Qarabag Birlik Meclisi قاراباغ بیرلیک مجلیسیSedri Kerim bey MehmandarovQurucu Ehmed bey AgaogluQurulus tarixi 1907 mart ve ya avqust Dagilma tarixi may 1909 resmi 1910 cu illerin evvelleri gizli Selefi Difai PartiyasiBas qerargah SusaIdeologiya Azerbaycan milliyetciliyi islamciliq antiimperializm sosial edalet sosial demokratiyaUzv sayi 400 TarixiYaradilmasi Difai Partiyasinin Qarabagdaki fealiyyetinin baslamasi Qarabag Birlik Meclisi nin yaradilmasindan evvelki illere tesaduf edir Difaiciler Qafqaz Suvari Diviziyasinin komandiri general mayor V N Qolossapovun sui qesdi ve onun defterxana mudiri Klessinskinin oldurulmesini teskil etmisdi 1906 ci ilde Susada cagirilan meclisde Ehmed bey Agaoglu Ebdulkerim bey Mehmandarov ve basqalari general Qolossapov haqqinda demisdiler ki o ermeni hampalari ile elbir olaraq tatarlara qarsi cixmis onlarin evlerini dagitmis minlerle muselman ac yalavac qalmisdir Burada canisinden onun geri cagirilmasi barede xahis olunmasi meselesi qoyulmusdur Bundan az sonra Susada Qolossapova qarsi cagirislar seslenmisdir Buna baxmayaraq hemin dovrde bu mesele ile bagli tedbir gorulmemisdir 1906 ci ilin payizinda Susada Muxtar Qaytaranin evinde kecirilmis iclasda sui qesd planlari qebul edilmisdi Gulabli kendinin sakini Husu Eli ogluna tipli tapanca ve Tiflise getmek ucun 300 rubl xerclik verilmisdi Husu Eli oglu 8 noyabr 1906 ci ilde V N Qolossapov faytonda gederken ona iki ates acilmis ve o olumcul yaralanmisdi Husu Eli oglu sui qesd aktini heyata kecirenden sonra gizlenmeye mecbur olmusdu Bundan az sonra Difai bir nece qezet redaksiyasina ozunun mohuru ile proklamasiyalar gondermis ve bu sui qesde gore mesuliyyeti oz uzerine goturmusdur Teskilatin yaradilmasindan evvel 1907 ci ilin martinda Yelisavetpolda seher qlavasi Esger aga Adigozelovun evinde Maku xanlarinin istiraki ile Zaqafqaziya Simali Qafqaz ve Krim muselmanlarinin qurultayi kecirilmisdir Qurultay Dasnaksutyun dan numune goturerek Zaqafqaziya Muselman Birliyini teskil etmek ve sonuncu kimi terrorla hokumetden guzestler almaq qerarina gelmisdir Bundan basqa yaz aylarina qeder Qarabagda ermeni xumbalari muqabilinde Cefer bey Vezirovun basciliq etdiyi Difai desteleri yerlesdirmek qerari qebul edilmisdir Baki kapitalistleri Tagiyevler ve Esedullayevlerin komeyi ile Usmiyevlerin Agdam yaxinligindaki mulklerini ermenilerden almaq planlasdirilirdi Onlar regionda yalniz muselmanlarin meskunlasdirilmasi susalilarin hokmen Susada yasamaga mecbur edilmesi ve umumiyyetle Qarabagin muselman eyaletine cevrilmesi ucun Agdamdan Xocali stansiyasina qeder olan butun torpaqlari da ermenilerden almagi planlasdirirdilar Bezi menbelere gore teskilat 1907 ci ilin martinda ve ya avqustda Ehmed bey Agaoglu Susaya gelmesinden sonra yaradilmisdir Bu Hidayet xeyriyye cemiyyetinin himayesi altinda Difai Partiyasinin Qarabag bolmesi kimi Susada yaradilmisdir Sonradan Qarabag Birlik Meclisi adlandirilmisdir lakin qisaca Qarabag meclisi de deyilirdi Fealiyyeti Ehmed bey Agaoglu Susaya geldikden sonra burada nufuzlu tatarlarin sonradan azerbaycanlilar adlandirilmisdir meclisini teskil etmisdir Qarabag Birlik Meclisi nin fealiyyet sahesi Susa Cavansir Qaryagin ve yaxinliqdaki Zengezur qezalarini ehate edirdi Teskilatin icra hakimiyyetinin reisleri mesul olduqlari qezalari gezerek bu qezalarin muxtelif iri merkezlerinde partiyanin yardimci komitelerini tesis edir islerin teskiline ve aparilmasina dair elece de ehaliden vergi yigilmasi ve basqa tedbirler barede lazimi telimatlar ve gosterisler verirdi Qarabag Birlik Meclisi Birinci Rusiya inqilabi neticesinde kend bolgelerinde Rusiya imperiyasinin dovlet strukturlarinin fealiyyetinin zeiflediyi bir dovrde yarimdovlet funksiyasini yerine yetirmisdir Teskilatin pul vesaitlerinin menbeyi uzvluk haqlari partiya proqraminin bu ve ya diger maddelerinin pozulmasina gore teqsirkarlardan tutulan cerimeler mehkeme qarsisinda dayanan cavabdehlerden ve iddiacilardan alinan rusumlar ve nehayet her bir rayon numayendesi terefinden ehaliden tutulan cuzi yigimlar idi Cavansir qezasinda pul cerimeleri ve hebs cezalari tetbiq etmek yolu ile ehali arasinda mal qara ogrulugunu yox derecesine endirilmisdi quldurluq hallari azaldilmisdi Bundan basqa cinayet xarakterli yeni islerle yanasi on ile qeder evvel bas vermis kohne isleri de arasdirilir cavabdehden cerime tutularaq bu mebleg teskilatin xezinesine daxil edilirdi Zeruri hallarda hokumet muessiseleri o cumleden kend mehkemeleri boykot edilirdi Bu halda butun mehkeme cekismeleri teskilatin rayon komitelerine kecirdi Qarabag Birlik Meclisi nin raziligi olmadan hetta Seher Dumasinin qlasnilari da secile bilmezdi Seherleri ve kendleri terk edib getmis insanlarin emlaki ve evleri de teskilatin mulkiyyetine kecirdi Onlardan elde edilen gelirler yoxsullar arasinda bolusdurulmeli idi Tebligatcilar ehali arasinda feal is aparirdi Kendlerde iqtisadi ehtiyaclari oyrenmek ucun rey sorgusu kecirmek behanesi ile xalqi bir yere toplayir ve eyni zamanda ona serietin telebleri izah edilir heyvan ogurluguna qaretlere son qoymaq tovsiye edilir qusurlu insanlar pislenir ermeniler ile dinc munasibetler yaratmaq teblig edilirdi Cavansir qezasinda 38 kend icmasindan yalniz 8 nin rehberi hokumet memurlari kend hakimleri tamamile kenarlasdirilmisdi qulluqcularin butun basqa statlari Qarabag Birlik Meclisi ve onun uzvleri terefinden ele kecirilmisdi Teskilatin fealiyyeti neticesinde kendlerdeki vezifeli sexsler partiyanin nufuzuna tabe edilmis partiyanin xususi doyus drujinalari yaradilmisdi Qarabag Birlik Meclisi nin texminen 400 neferlik doyus drujinasi var idi Buna elave olaraq teskilatin bezi komitelerinin oz silah anbarlari vardi Bu silahlarin bir qismi Encumen partiyasi ucun Qacar Iranina gonderilirdi Odur ki teskilat muharibe seyleri ucun ehaliden pul yigirdi Tekce Susa seherinin etrafindaki Cuxurmehlede Mesedi Elesger Abbas oglu ve Bahadur Kerim oglu yerli sakinlerden 3 000 rubl pul yigmis bu pula silah patron Revolver alinmis adamlar hazirlanmis ve Mesrute inqilabinda Settar xanin komeyine gonderilmisdi Teskilatin Susa komitesinin uzvu Efrasiyab Ezimov Susa komitesinin qerari ile 1907 ci il mayin 1 den 2 ne kecen gece Susa seher sakinleri Muxtar Kerbelayi Cabbar oglu ve onun oglu Rehim Muxtar oglu qetle yetirilmisdir Onlar ermenilerin xeyrine cesusluqda ittiham edilirdi Tiflis Quberniya Jandarm Idaresinin reisinin Yelizavetpol quberniyasindaki komekcisinin 14 dekabr 1903 cu il tarixli melumatinda bildirilir Muxtar Cabbar oglu cox pis ad cixarmisdi ve hem Susa seherinin hem de qezanin butun xadimleri onu eclaf Muxtar kimi taniyirlar Qarabag Birlik Meclisi aqrar mesele ile bagli Cavansir qezasinda kendliler ile birlikde igtisasa baslamis bu igtisaslar 1908 ci ile qeder davam etmisdir Igtisaslarin sona catmasi ucun Rusiya imperiyasi hokumeti terefinden mehsul yigimina dair vahid qaydalarin temin edilmesi uzre xususi komissiya yaradilmisdir Legv edilmesi Artiq 1908 ci ilde butun difaicilere qarsi repressiya kampaniyasina baslanmisdi 1909 cu ilin may ayinda Qarabag Birlik Meclisi nin uzvlerinin isi uzre mehkeme arasdirmasi aparilmisdi Is uzre muttehimler kimi Difai nin Susa bolmesinin uzvleri Mesedi Samil Haciyev Efrasiyab Ezimov Kerbelayi Usub Mirsiyabov Irzabey Irzabeyov ve Memmed Ismayil oglu Agdam bolmesinin uzvleri Haci Miris Mirbagirov Mirze Davud Agamirzezade Baxis bey Kazimbeyov Haci Cumsud Haci Ceferqulu oglu Zulfuqar bey Abdullabey oglu Haqverdiyev ve Muxtar Kerbelayi Memmed oglu kecirdi Adlari cekilen sexsler fealiyyetinin meqsedi Zaqafqaziyanin muselman ehalisini qanuna ve hokumetin serencamlarina itaet etmemeye tehrik etmekden ibaret olan ozunu muselman Difai partiyasi ve Qarabag Meclisi adlandiran uzvleri etraf kendleri gezerek ehaliden partiyanin ehtiyaclari ve silah ucun pul yigan partiyanin adindan inzibati ve mehkeme vezifelerini yerine yetiren ehali arasinda cekisme ve mubahiseleri tenzimlemekle mesgul olan cinayetkar birlikde istirak etmekde ittiham olunurdu Arasdirma neticesinde Yelizavetpol mahal mehkemesi 15 may 1909 cu ilde Qarabag Birlik Meclisi nin uzvlerinin isi uzre hokm cixarmisdi Mehkemenin qerari ile hemin sexslerden 8 neferi 8 aydan 2 ile qeder hebs cezasina mehkum edilmis 3 neferin ise teqsiri subut edilmediyine gore mehkeme onlara beraet vermisdi Repressiyalar neticesinde teskilat fealiyyetini 1910 cu illerin evvellerine qeder davam etdirmis bunu gizli ve passiv formada heyata kecirmeli olmusdur Berde mulkedari Ismayil bey Tagibeyovun romistr Kornilova unvanlanmis 8 aprel 1910 cu il tarixli mektubunda qeyd edilir ki polkovnik Qamkrelidzenin seyleri sayesinde bu il hokumetin dusmenleri Difai nin Berde komitesinin uzvleri tutulub saxlanmisdir 1912 ci ilde Difai ni berpa etmeye elece de partiyanin Qarabag Birlik Meclisi nin fealiyyetinin tebligat isini dirceltmeye cehd gosterilmisdi Bununla elaqedar teskilatin katibi Xudus Quliyev Susada tutulmusdu IdeologiyasiDifai firqesinin loqosu Qarabag Birlik Meclisi antifeodal ve milliyetci movqe tuturdu Rusiya imperiyasinin memurlari subhe edirdiler ki teskilat genis ozunuidare meseleleri ve cox guman ki gelecekde Qafqazin muselman bolgelerinin muxtariyyetinin tebligi ile mesguldur Teskilat sosial edalet problemine toxunur bu meselesinin hell yollarini izleyirdi Qarabag Birlik Meclisi milletin konsolidasiyasi nezeriyyesini teblig edirdi Bundan basqa teskilatin proqraminin aqrar sahesine toxunan bezi bendleri Rusiya imperiyasinin memurlarini teskilatin sosial demokratik xarakteri barede dusunmeye sovq etmisdi Odur ki teskilatin siyasi diskursu esasen kendlilere xitab edirdi Teskilatin 1907 ci il oktyabr ayinda qebul edilmis ve 53 bendden ibaret proqramimuselmanlarin bir biri ile ve basqa milletlerle munasibetleri mueyyen edirdi esasen sie ve sunni pisleyirdi Her halda teskilata gore Butun meseleler seriet qanunlari esasinda hell edilmeli idi Dini xadimler var dovlete sirniklenmeden milletin terefini saxlamali ve oz selahiyyetlerini seriet esasinda yerine yetirmeli idiler eks halda onlar ictimai movqeyini ve ruhani rutbesini itire bilerdiler Teskilatin ticaret meselesinde movqeyi ondan ibaret idi ki muselmanlar basqa milletlere deyil ozumuze xeyir vermek ucun yalniz muselmanlardan mal alsinlar Sehmdar sirketleri ve imkanli muselmanlar da kend teserrufati mehsullarini ve senaye mallarini yalniz muslemanlardan almaga borclu idi Bu telebleri yerine yetirmeyenleri millete xeyanete gore cerime gozleyirdi Maarif sahesinde proqram kisi ve qadin cinsinden olan usaqlar ucun tehsil muessiseleri acmaq ve onlarin yeni usulla oyredilmesi ucun her cur sey gostermeyi nezerde tuturdu Qarabag Birlik Meclisi nin proqraminda aqrar mesele radikal sekilde hell edilirdi ve proqrama gore torpaq emekcileri sinfine mexsus olmalidir Torpagin kendlilere verilmesinin heyata kecirilmesi mexanizmleri barede qeyd sert yox idi Buna baxmayaraq praktikada hem tesviqat sahesinde hem de torpaq sahiblerine tesir etmeyin basqa formalarinda mueyyen addimlar atilmisdi Odur ki Qarabag zadeganlari teskilatin fealiyyetine zidd movqe tuturdu Qarabag Birlik Meclisi ne qosulan bir cox zadegan sonradan provokator ve xeberci kimi cixis etmisdi Strukturu Qarabag Birlik Meclisi nin ve Susa komitesinin rehberi Ebdulkerim bey Mehmandarov Ehmed bey Agaoglu terefinden yaradilmis Qarabag Birlik Meclisi ne ve Susa komitesine doktor Ebdulkerim bey Mehmandarov basciliq edirdi Meclisde ziyalilar tacirler ve ruhanilerle yanasi kendliler o cumleden varli kendlilerin de xeyli hissesi temsil olunmusdu Qarabag Birlik Meclisi nin xalqa cox guclu tesirinden narahat olan texminen 100 nefer Qarabag xani xalqla ve bu cemiyyetle elbir olacaqlarina sedaqet andi icmisler Qarabag Birlik Meclisi nin regionda muxtelif komiteleri var idi Onlardan en esasi Susa komitesi idi Susa komitesinin uzvleri arasinda Cahangir xan Nuribeyov sedrin komekcisi Xudus Quliyev komitenin katibi Mesedi Samil Haciyev Mesedi Memmedcefer Cefer oglu Iran tebeesi Mesedi Ehmed Ezimov Haci Mirzehuseyn Kerim oglu Sukur bey Mesedi Agalar oglu Bahadur Sari Kerim oglu Efrasiyab Haci Ezim oglu Mesedi Memmedcefer Muxtarov Haci Huseyn Munsiyev Kerbelayi Usub Mirsiyabov Museyib Sari Kerim oglu Mesedi Yusif Qehreman oglu Seyidhuseyn Seyidrza oglu Mesedi Mehemmed Ezim oglu da vardi Komitenin butun uzvleri mesveretci sese malik idi Onlardan bezilerinin muxtelif vezifeleri vardi Bezi menbelere gore teskilatin Agdam komitesine Xasay xan Usmiyev basciliq edirdi Buraya Selim bey Rustembeyov Cefer bey Vezirov Qasim bey Vezirov ve Qehreman aga Cavansirov daxil olmusdur Basqa melumatlara gore Agdam komitesine Zulfuqar bey Haqverdiyev basciliq etmisdir Komitenin uzvleri kendbekend gezerek partiyanin sobelerini yaradir ehalini Difai ye tabe olmaga and icdirirdi Agdam yardimci komitesinin katibi Mirze Davud Agamirzeyev idi Komitenin Mirzememmed Ibrahimov basda olmaqla 6 nefer tebligatci vardi Cavansir qezasinda Berde Terter Qaryagin Cebrayil komiteleri fealiyyet gosterirdi Berde komitesinin Yevlaxda ve Terterde bolmeleri vardi Cebrayil komitesi sayca iri komite idi Onun Cebrayilda habele Xocahan ve Genlik kendlerinde sobeleri vardi Qezanin butun kend komiteleri merkezi komitelere onlar ise oz novbesinde Susa komitesine tabe idi Difai partiyasinin Susa komitesinin serencamlarini 1906 ci ilde Malibeyli kendinde tesis edilmis ehaliden vergiler ve cerimeler seklinde yigilan vesaitler hesabina fealiyyet gosteren Komissiya yerine yetirirdi IstinadlarHESENOV BEXTIYAR KAMIL oglu HACIYEV I M redaktor AZERBAYCANIN QARABAG REGIONU XX ESRIN EVVELLERINDE PDF az Baki AZERBAYCAN MILLI ELMLER AKADEMIYASI A A BAKIXANOV adina TARIX INSTITUTU 2018 seh 6 Ismayilov Mahmud Maksvell Nigar Huseynova D Bagirova I redaktorlar AZERBAYCANIN ICTIMAI SIYASI HEYATI 1900 1914 cu iller Azerbaycan tarixi Yeddi cildde az V cild 1900 1920 ci iller Baki Elm 2008 seh 118 ISBN 978 9952 448 41 2 Cingizoglu Enver Zulfuqar bey Haqverdiyev Sinesi siper ogul fedai az az 3 iyun 2020 Ezizov Eldar 1906 1908 ci illerde Qarabag Birlik Meclisi Difai nin fealiyyeti Edalet 1 mart 2011 seh 6 Azerbaycan Milli Kitabxanasi vasitesile Bagirova I S Politicheskie partii i organizacii Azerbajdzhana v nachale HH veka 1900 1917 rus Baku Elm 1997 172 173 Bagirova I S Politicheskie partii i organizacii Azerbajdzhana v nachale HH veka 1900 1917 rus Baku Elm 1997 173 174 Ezizov Eldar Qarabag Birlik Meclisi teskilati strukturu ve proqrami Edalet 23 fevral 2011 seh 6 Azerbaycan Milli Kitabxanasi vasitesile Cingizoglu Enver Mirze Cefer bey Vezirov Difai nin serkerdesi Ordum az az Edilli Sirvani Azerbaycan turklerinin ilk milletci teskilati DIFAI davam az 2022 05 21 tarixinde Istifade tarixi 2023 06 24 Ezizov Eldar Qarabag Birlik Meclisi teskilati strukturu ve proqrami Edalet 26 fevral 2011 seh 16 Azerbaycan Milli Kitabxanasi vasitesile Allahverdi Haci Penahali oglu seref serden ustundur Atesh Az Hedefimiz Qarabagdir 2023 01 29 tarixinde Istifade tarixi 2023 06 24 Ezizov Eldar Qarabag Birlik Meclisi teskilati strukturu ve proqrami Edalet 25 fevral 2011 seh 6 Azerbaycan Milli Kitabxanasi vasitesile Dunyaminqizi Qerenfil Xalq dusmeni olan xeyriyyeci hekim Kaspi 3 oktyabr 2016 seh 7 Azerbaycan Milli Kitabxanasi vasitesile Ezizov Eldar Qarabag Birlik Meclisi teskilati strukturu ve proqrami Edalet 24 fevral 2011 seh 6 2013 02 15 tarixinde Istifade tarixi 2023 06 24 Azerbaycan Milli Kitabxanasi vasitesile Ezizov Eldar 1906 1908 ci illerde Qarabag Birlik Meclisi Difai nin fealiyyeti Edalet 3 mart 2011 seh 6 Azerbaycan Milli Kitabxanasi vasitesile Ezizov Eldar 1906 1908 ci illerde Qarabag Birlik Meclisi Difai nin fealiyyeti Edalet 5 mart 2011 seh 9 Azerbaycan Milli Kitabxanasi vasitesile Fedai az Arasdirma Qrupu Niye mehz Fedai veteran az az 2019 2020 02 28 tarixinde Istifade tarixi 2023 06 24 Bagirova I S Politicheskie partii i organizacii Azerbajdzhana v nachale HH veka 1900 1917 rus Baku Elm 1997 177 178 Bagirova I S Politicheskie partii i organizacii Azerbajdzhana v nachale HH veka 1900 1917 rus Baku Elm 1997 176 177 Bagirova I S Politicheskie partii i organizacii Azerbajdzhana v nachale HH veka 1900 1917 rus Baku Elm 1997 174 175 Memmedov Xeqani Memmed oglu Qendilov S T redaktor Azerbaycan milli herekati 1875 1918 ci iller Sabah Baki Biznes Universiteti 1996 seh 87 olu kecid