Tatar süvari alayı — Qafqaz yerli Süvari diviziyasının Yelizavetpol (Gəncə) və Bakı quberniyalarının, həmçinin Tiflis quberniyasının Borçalı mahalının tatarlarından (Azərbaycan türklərindən) formalaşan alaydır. Sonradan Müsəlman korpusunun və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun tərkibində olmuşdur.
Alayın formalaşması
Daha çox “Vəhşi diviziya” adı ilə məşhur olan Qafqaz yerli Süvari diviziyası Qafqaz və Cənubi Qafqazın o dönəmin qanunvericiliyinə görə hərbi xidmətə çağrılmayan könüllü müsəlmanlarından ibarət olub. 1914-cü ilin iyulun 26-da nin baş komandanı, Kavaleriya generalı, general-adyutant, qraf İ.İ.Vorontsov-Daşkov Hərbiyyə naziri vasitəsi ilə imperator II Nikolaya müraciət edərək, hərbi hissələr qurmaq üçün “döyüşkən Qafqaz xalqlarından” istifadə etmək təklifini irəli sürür. Bir gün sonra, iyulun 27-si çar döyüş əməliyyatları davam etdiyi müddətdə Qafqaz və Cənubi Qafqaz əhalisindən bir sıra alay formalaşdırmaq əmri verir. Təsdiq edilmiş ştatlara əsasən, hər süvari alay 22 zabit, 3 hərbi məmur, 1 alay mollası, 575 kiçik rütbəli sıravi (atlılar) və 68 sıraxarici kiçik rütbəlilərdən ibarət idi.
Azərbaycanlı süvari alayı, çeçen alayı ilə birgə diviziyanın 2-ci briqadasının tərkibində idi və bu briqadaya miralay (polkovnik) Konstantin Xaqandokov rəhbərlik edirdi. Diviziyanın komandiri isə II-ci Nikolayın doğma qardaşı, general-mayor, ali knyaz Mixail Aleksandroviç Romanov, baş qərargahın rəisi isə müsəlman olan Litva tatarı polkovnik Yakov Davidoviç Yuzevofiç təyin olunmuşdu. Tatar alayına gəldikdə isə, buraya komandir vəzifəsinə baş qərargahın polkovnik-leytenantı P.A. Polovtsov, komandir köməkçisi vəzifəsinə - Bakıda doğulmuş polkovnik-leytenant V.D.Staroselskiy, rotmistr (kapitan) vəzifəsinə isə Şahverdi xan Ziyadxanov təyin edilmişdilər. Həmçinin alaya 10-cu Virtemberq kralı E.V.Novqorodski draqun alayının polkovnik-leytenant, şahzadə Feyzulla Mirzə Qacar təhkim edilmişdi. 1914-cü ilin avqustunda formalaşdırılan alaylara könüllülərin qəbulu haqda elan verilmişdi. Elisavetpol qubernatorunun sözlərinə əsasən, artıq 27 avqustadək 2 mindən çox müsəlman könüllü qismində Tatar alayına yazılmışdı. 400 nəfərin, o cümlədən Borçalıdan 100 azərbaycanlı, lazım olduğu səbəbindən, qeydiyyat həmən dayandırılmışdı.
1914-cü ilin noyabrında Tiflisdə olarkən, II-ci Nikolay müsəlmanların nümayəndə heyətinə bu sözlərlə müraciət edir:
“Bu ağır günlərdə, bizi tək qoymayan və 6 alay hazırlayaraq qardaşımın rəhbərliyi altında ümumi düşmənə qarşı vuruşmağa yollanan Tiflis və Yelizavetpol quberniyalarının müsəlmanlarına dərin təşəkkürümü bildirirəm” .
Artıq sentyabrın əvvəlində Tatar alayının formalaşması bitmişdi. Qısa zamanda alay Qafqaz yerli süvari diviziyasının toplanış məntəqəsi təyin edilmiş Armavirə yola düşür. Armavirdə çarın qardaşı Mixail Aleksandroviç şəxsən alaylarla tanış olur.
Sentyabrın sonunda alaylar Ukraynaya yönəldilir və orada döyüş əməliyyatlarına hazırlaşmağa davam edirlər. Qeyd etmək lazımdır ki, Tatar (türk) süvari alayı Jmerinka yaxınlığında dislokasiya olunmuşdu.
Noyabrın əvvəlində “Vəhşi diviziya” general-leytenant Hüseyn Xan Naxçıvanskinin 2-ci Kavaleriya korpusuna birləşdirilir. Noyabrın 15-dən diviziyanın hissələri Lvova göndərilməyə başlayır. Noyabrın 26-da korpusun komandiri Hüseyn Xan Naxçıvanski Lvovda diviziyaya baxış keçirir. Baxış yerindən diviziyanın alayları Sambor şəhərinin cənub-qərbinə yollanırlar və burada Sana çayının yaxınlığındakı göstərilmiş ərazini tuturular. Diviziya Polyançik, Ribna və Verxovinı-Bıstra tərəflərdə ağır döyüşlər aparır. Daha qanlı və ağır döyüşlər 1914-cü ilin dekabrında Sena çayı sahilində və 1915-ci ilin yanvarında Lomna-Lutoviska tərəfdə baş verib. Burada diviziya rəqibin Peremışl istiqamətində irəliləməsinin qarşısını alırdı.
Döyüşlərdə iştirakı
1915-ci ilin fevralında diviziya bir sıra uğurlu əməliyyat həyata keçirir. Fevralın 15 Tatar alayı Brin kəndi yaxınlığında ağır döyüşlər aparırdı. Nəticədə, rəqib bir sıra əlbəyaxa döyüşdən sonra yaşayış məntəqəsindən çölə atılmışdı.
Bu döyüşə görə alayın komandiri polkovnik-leytenant Polovtsov 4-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə mükafatlandırılmışdı. Polovtsovun Yelizavetpol (Gəncə) qubernatoruna məktubundan:
“Diviziyada ilk olaraq öz komandirinə Georgi xaçını gətirən məhz Tatar alayı oldu. Bu ali mükafatdan dolayı şərəf duyaraq, bunu azərbaycanlı atlıların hərbçi keyfiyyətlərinə və sonsuz mərdliyinə borclu olduğumu qeyd edirəm. Xahiş edirəm mənim Yelizavetpol quberniyasının müsəlmanlarının möhtəşəm rəşadətindən aldığım dərin təəsüratlarımı qəbul edəsiniz. Polovtsov”.
Bu döyüşdə həmçinin, 4-cü dərəcəli müqəddəs Qalib Georgi ordeni ilə təltif edilmiş polkovnik şahzadə Feyzulla Mirzə Qacar da fərqlənib.
Mükafat təqdimatından çıxarış:
“1915-ci ilin fevralın 15-i öz təşəbbüsü ilə, yalnız bir zabitə malik 400-lük Uman kazak alayına rəhbərlik edərək, güclü tüfəng və pulemyot atəşi altında onu rəşadətli hücuma sövq edir, iki dəfə döyüş meydanından qaçmaq istəyən kazakları geri qaytarır və qəti addımlar sayəsində Brin kəndini tutmağa müvəffəq olur”.
1915-ci ilin fevralın 17-də polkovnik şahzadə Feyzulla Mirzə Qovanlı-Qacar döyüşdə həlak olmuş Çeçen alayının komandiri polkovnik A.Svyatopolk-Mirskinin yerini tutur. 1915-ci ilin fevralın 21-də diviziyanın komandiri Mixail Romanov general-leytenant Hüseyn Xan Naxçıvanskidən düşməni Tlumaç adlı ərazidən qovmaq əmri alır. Bu tapşırığın yerinə yetirilməsi üçün diviziya komandiri önə Tatar, sonra isə Çeçen alayını çıxarır. Sərt döyüşlər nəticəsində Tlumaç düşməndən azad edilir. Fevralın sonuna 2-ci Kavaleriya korpusunun hissələri Cənub-Qərb cəbhəsinin ordularının Karpat əməliyyatı çərçivəsində döyüş tapşırığını yerinə yetirir.
1915-ci ilin iyul-avqust aylarında “Vəhşi diviziya” Dnestrin sol sahilində ağır döyüşlər aparır. Şahzadə Feyzulla Mirzə Qacar burada da fərqlənməyi bacarır.
Qafqaz yerli süvari diviziyasının komandirinin əmrindən:
“Xüsusi olaraq, ən yüksək şücaətini o Vinyatıntsı (12-15 avqust 1915-ci il) ərazisində gedən ağır döyüşlər zamanı sərgiləyir. 250 atlısını itirmiş 2-ci briqadaya rəhbərlik edərkən, avstriyalıların 5 şiddətli hücumunu dəf edir...”
1916-ci ilin əvvəlində diviziyanın komandan heyətində ciddi dəyişikliklər edilir. Diviziyanın komandiri vəzifəsinə general-mayor (1916-cı ilin iyulun 12-dən general-leytenant) D.P.Baqration təyin olunur. 2-ci korpusun qərargah rəisi təyin edilən general-mayor Y.D.Yuzefoviçin yerinə isə diviziyanın qərargah rəisi qismində polkovnik Polovtsov təyin edilir. Tatar (azərbaycanlı) alayının komandiri vəzifəsinə isə Kabardin atlı alayının polkovniki Fyodor Nikolayeviç (Tembot Janxotoviç) Bekoviç-Çerkasskiy təyin edilir.
1916-cı ilin mayın 31-də polkovnik Bekoviç-Çerkasskiy, rəqibi Tışkovtsı kəndindən qovmaq əmri alaraq, avstriyalıların ağır güllə yağışı altında şəxsən 300 azərbaycanlı türkü hücuma göndərir. Atlıların hücumu nəticəsində kəndi düşməndən almaq mümkün olur. Gün birinci yarısında avstriyalılar bir neçə dəfə kəndi geri qaytarmağa cəhd edirlər, lakin buna müvəffəq olmurlar. Bir müddətdən sonra Tatar alayının yardımına polkovnik Feyzulla Mirzə Qacarın iki yüz çeçeni, atlı-dağ diviziyonunun 2 silahı və Zaamur piyada alayının batalyonu gəlir.
177 nəfər əsirdən əlavə avstriyalılar 256 nəfər döyüşçüsünü itirir. Bu döyüşə görə alayın komandiri Bekoviç-Çerkasskiy 3-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edilir. İyunun əvvəli azərbaycanlı alayı diviziyanın 2-ci briqadası daxilində Çernovtsının qərbində döyüşlər aparır. Düşmənin sərt müqavimətini aşaraq iyunun ortalarında briqada, o biri sahilində avstriyalıların bərkidiyi Çernovtsı çayına yaxınlaşırlar. İyunun 15-i tatar və çeçen alayları düşmənin güllə yağışı altında çayı aşır, dərhal Rostok kəndini ələ keçirir və döyüşlərlə Prut çayının yaxınlığında yerləşən Voroxtı şəhəri istiqamətində şimal-qərbə, Bukovin Karpatlarına doğru irəliləməyə başlayırlar.
Mayın 7-si çeçen alayının komandiri, polkovnik şahzadə Feyzulla Mirzə Qovanlı-Qacar döyüşdə fərqləndiyinə görə general-mayor rütbəsi alır, mayın 30-u isə 2-ci briqadanın komandiri təyin edilir.
Mayın 14-ü polkovnik Bekoviç-Çerkasskiy 1-ci Qvardiya Kirasir alayının komandiri təyin olunur. Azərbaycanlı alayının başına isə Levan Luarsaboviç Maqalov keçir.
Petroqrad hərbi dairəsinin baş komandanı təyin edilmiş P.A.Polovtsovun Tatar süvari alayının yaranmasında mühüm rolu olmuş Mamed Xan Ziyadxanova teleqramından:
“Hərb nazirindən Tatar alayının mündirini saxlamaq icazəsini alaraq, xahiş edirəm Yelizavetpol quberniyasının və Borçalı qəzasının türklərinə, onların şücaətli alayları haqda xatirələri qürurla yadda saxalayacağımı çatdırasınız. Qalisiya və Rumıniya çöllərində saysız şücaət göstərən müsəlmanlar ulu atalarının layiqli davamçıları olduqlarını sübut etdilər” .
Cənub-qərb cəbhəsinin ordularının yay irəliləməsi dövründə Azərbaycanlı alayı Stanislavı şəhərinin qərbində hərəkət edirdi.
Mükafatları
1917-ci ilin iyunun 24-ü “fərdi qəhrəmanlıq və şücaətə” və Tatar alayının Kaluş yaxınlığındakı döyüşünə görə alayın komandiri polkovnik Levan Maqalov, leytenant Cəmşid xan Naxçıvanskiy, kornetlər Xaitbey Şervaşidze və qraf Nikolay Bobrinskiy 4-cü dərəcəli Georgi xaçları ilə mükafatlandırılırlar.
Bundan əlavə, alayın döyüşçüləri də çoxlu sayda mükafatlarla təltif ediliblər. Əsasən, döyüşlərdə unter-zabitlər və sıravi atlılar fərqləniblər. Tam Georgi kavaleri adına layiq görülənlər (Georgi xaçının 4 dərəcəsinin hamısını alan) Əlibəy Nəbibəyov, Sayad Zeynalov, Mehdi İbrahimov, Ələkbər Hacıyev, Daço Daurov, Aleksandr Kaytukov olublar. 3 Georgi xaçı və 3 Georgi medalına isə Osman Ağa Gülməmmədov yiyələnib. Kəşfiyyatçılar dəstəsində unter-zabit kimi xidmətə başlamış Zeynal Bəy Sadıxov 3 Georgi xaçı, 1 Georgi medalı, hərbi fərqlənməyə görə zabit olduqdan sonra isə 4 döyüş ordeni ilə təltif edilib.
Müqəddəs Georgi xristianlığa aid əfsanəvi şəxsiyyət sayıldığından qeyri-xristianlara təltif nişanı verilərkən üzərində Rusiya gerbinin əsas elementi - ikibaşlı qartal olan nişan verilirdi. Maraqlıdır ki, bu müsəlman süvariləri arasında narazılıqla qarşılanırdı. Təsvirin mahiyyətinə varmadan bir çox sıravilər, "Bizə quş vermə, istəmirik, bizə yigiti ver" deməklə məhz süvari təsviri olan nişan tələb edirdilər. Bu səbəbdən "Hərbi ordenin fərqlənmə nişanı"nın üzərində sadə təsvir olan yeni forması təsis edilmişdi.
Müharibə illəri dövründə Tatar alayında fərqli milliyətlərə aid olmuş 60 zabit xidmət edib. Onlar arasında polkovniklər Aleksandr Albrext və Nuh Bəy Sofiyev, rotmistr Sergey Baqretsov, qərargah rotmistrləri Nikolay Kazbeqi, Süleyman Bəy Sultanov, Mixail Xoranov, leytenant Səlim Bəy Sultanov, kornetlər Andrey Bers, Şarl Testenuar, bayraqdarlar qraf Mixail Muravyov-Amurskiy, şahzadə İdris Ağa Qacar və digərləri olublar.
1917—1920-ci illərdə
1917-ci ilin sentyabrın sonları oktyabrın əvvələri Qafqaz yerli Süvarikorpusunun (1917-ci ilin avqustunda Vəhşi diviziya korpusa çevrilmişdi) hissələri və bölmələri, həmçinin Azərbaycanlı alayı Qafqaza göndərilir. Korpusun qərargahı Vladiqafqazda, diviziyanınkı isə Beştauda (Pyatiqorsk) yerləşirdi. Lakin 1918-ci ilin yanvar ayında korpus fəaliyyətini dayandırır.
1917-ci ilin sonunda Xüsusi Zaqafqaziya Komitəsinin qərarı ilə general-leytenant Əli Ağa Şıxlinskinin rəhbərliyi altında Müsəlman korpusunun (26 iyun tarixindən Əlahiddə Azərbaycan korpusu) yaradılmasına start verilir və «2-ci Tatar süvari alayı» adı ilə Tatar süvari alayı bu korpusa daxil edilir. Korpus 1918-ci ilin aprel-may aylarında tam formalaşır. 1918-ci ilin martında – Müsəlman Korpusu hissələrinin formalaşmaqda olduğu vaxt, yeganə hazır qüvvə Tatar süvari alayı idi. 1918-ci ilin birinci yarımında Şamxor hadisəsilə, Mart soyqırımından qabaq hadisələrlə, Muğan hadisələrilə bağlı alayın adı hallanmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun yaranmasından sonra Süvari diviziyanın tərkibinə «1-ci Tatar alayı» adı ilə keçir.
Alay, Qafqaz İslam ordusunun tərkibində Bakı yürüşündə, sonra isə AXC ordusunun tərkibində Qarabağda erməni üsyanının yatırılmasında (Azərbaycan-Ermənistan müharibəsi) iştirak edir.
Alayın buraxılması
Aprel işğalından sonra Azərbaycan ordusunun bütün hissələri, o cümlədən 1-ci Tatar süvari alayı, ilə birlikdə sovet hakimiyyətinin tabeliyinə keçdi; yeganə dəyişiklik Azərbaycan Ordusuna Azərbaycan Qızıl Ordusu adı vermilməsi idi. Azərbaycan Qızıl Ordusu əməliyyat baxımından XI Qızıl Orduya tabe edildi, yenidənqurma işləri nəzərdə tutulmuşdu. Ancaq Azərbaycan ordusunun bəzi hissələrinin sovet rejiminə qarşı üsyana qalxması ilə əlaqədər, Azərbaycan İnqilab Komitəsinin 2 iyun 1920-ci il tarixli qərarı ilə bu ordu, bütün hissələri ilə birlikdə, umümiyyətlə buraxıldı. Azərbaycan ordusunun sovet rejiminə qarşı üsyan qaldırmış hissələrin arasında 1-ci Tatar süvari alayı da var idi. Qarabağ üsyanında bu alayın 250 nəfərlik qüvvəsi iştirak etmişdi, alayın komandiri Nuh bəy Sofiyevin isə üsyanın təşkilatçılarından biri idi.
Komandirlər
- 23.08.1914—25.02.1916 — polkovnik, Polovtsov Pyotr Aleksandroviç
- 25.02.1916—14.05.1917 — polkovnik, knyaz Bekoviç – Çerkasskiy Fyodor Nikolayeviç
- 05.07.1917—хх.хх.1918 — polkovnik, knyaz Maqalov Levan Luarsaboviç
- xx.xx.1918—18.12.1918 — polkovnik, İrza bəy Hacıbəylinski
- 18.12.1918—14.06.1919 — pokovnik, Fərhad bəy Ağalarov
- 14.06.1919—03.08.1919 — polkovnik, Teymur bəy Novruzov
- 03.08.1919—02.06.1920 — polkovnik Nuh bəy Sofiyev
Alayda xidmət etmiş məşhur şəxslər
- Bobrinskiy Nikolay Alekseyeviç — məşhur rus və sovet zooloqu, Moskva dövlət universitetinin professoru.
- Naxçıvanski Cəmşid Cəfərqulu oğlu — ADR-də II Qarabağ süvari alayının komandiri, sovet hərbçisi, briqada komandiri
Həmçinin bax
Xarici keçidlər
“Vəhşi Diviziya”nın azərbaycanlıları[ölü keçid]
İstinadlar
- Государственный исторический архив Азербайджанской Республики, ф.62, оп.1, д.81, л.2
- Р. Н. Иванов. Генерал-адъютант Его Величества. Сказание о Гуссейн-Хане Нахичеванском. — М.: Герои Отечества, 2006, с.171
- "Летопись войны" №17, 13 декабря 1914 г., с.272-273
- Р. Н. Иванов. Генерал-адъютант Его Величества. Сказание о Гуссейн-Хане Нахичеванском. — М.: Герои Отечества, 2006, с.156-157
- Государственный исторический архив Азербайджанской Республики, ф.62, оп.1, д.82, л.36
- "Каспий" 26 февраля 1916 г., №45
- "Каспий" 26 июля 1917 г., №154
- İstiqlal Yürüşü 1918 2019-08-07 at the Wayback Machine Ağayev Yusif, Əhmədov Səbuhi, Bakı, "Altun Kitab", 2009, səh 77
- Гражданская война в России: Записки белого партизана Примечания. (201) 2008-06-15 at the Wayback Machine
- Али Ага Шихлинский. Мои воспоминания. Баку, 1944, с.186
- Mehman Süleymanov. Azərbaycan Ordusunun tarixi. I cild. Bakı: Maarif. 2018. səh. 156. ISBN .
- İstiqlal Yürüşü 1918 2019-08-07 at the Wayback Machine səh 81
- А. Стеклов. Армия мусаватского Азербайджана. Баку, 1928, с.4.
- Mehman Süleymanov. Azərbaycan Ordusunun tarixi. III cild. Bakı: Maarif. 2018. səh. 228—229. ISBN .
- Mehman Süleymanov. Azərbaycan Ordusunun tarixi. III cild. Bakı: Maarif. 2018. səh. 239. ISBN .
- Mehman Süleymanov. Azərbaycan Ordusunun tarixi. III cild. Bakı: Maarif. 2018. səh. 112. ISBN .
- Mehman Süleymanov. Azərbaycan Ordusunun tarixi. III cild. Bakı: Maarif. 2018. səh. 106. ISBN .
- Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики. I том. Баку: Маариф. 2018. səh. 52. ISBN .
- Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики. II том. Баку: Маариф. 2018. səh. 56. ISBN .
- Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики. II том. Баку: Маариф. 2018. səh. 142. ISBN .
Mənbə
- Чингиз Салахлы, статья «Туземная конная дивизия», газета «Биржа Plus» от 3 и 10 декабря 2004 г.
- Казин В. Х. Казачьи войска. Справочная книжка императорской Главной квартиры. Под редакцией В. К. Шенка. — СПб., 1912
- «Дикая дивизия» /Очерк/. — «Летопись войны» 1914-1915-1916 гг., № 76, 30 января 1916 г., с.1216-1220
- Дикая дивизия // Гражданская война в США — Йокота / [под общ. ред. Н. В. Огаркова]. — М. : Военное изд-во М-ва обороны СССР, 1979. — (Советская военная энциклопедия : [в 8 т.] ; 1976—1980, т. 3).
- Бузун Ю. Г. Бой у села Бринь.
- Э. Э. Исмаилов. Азербайджанские иррегулярные части в составе русской императорской армии. Татарский конный полк.
- Бобринский Н. А. На Первой Мировой войне. Из записок графа Николая Алексеевича Бобринского // «Дворянское собрание», 1995. № 3. — С. 175-190.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Tatar suvari alayi Qafqaz yerli Suvari diviziyasinin Yelizavetpol Gence ve Baki quberniyalarinin hemcinin Tiflis quberniyasinin Borcali mahalinin tatarlarindan Azerbaycan turklerinden formalasan alaydir Sonradan Muselman korpusunun ve Azerbaycan Xalq Cumhuriyyetinin Milli Ordusunun terkibinde olmusdur Tatar alayinin suvarileri kesfiyyatdaAlayin formalasmasiDaha cox Vehsi diviziya adi ile meshur olan Qafqaz yerli Suvari diviziyasi Qafqaz ve Cenubi Qafqazin o donemin qanunvericiliyine gore herbi xidmete cagrilmayan konullu muselmanlarindan ibaret olub 1914 cu ilin iyulun 26 da nin bas komandani Kavaleriya generali general adyutant qraf I I Vorontsov Daskov Herbiyye naziri vasitesi ile imperator II Nikolaya muraciet ederek herbi hisseler qurmaq ucun doyusken Qafqaz xalqlarindan istifade etmek teklifini ireli surur Bir gun sonra iyulun 27 si car doyus emeliyyatlari davam etdiyi muddetde Qafqaz ve Cenubi Qafqaz ehalisinden bir sira alay formalasdirmaq emri verir Tesdiq edilmis statlara esasen her suvari alay 22 zabit 3 herbi memur 1 alay mollasi 575 kicik rutbeli siravi atlilar ve 68 siraxarici kicik rutbelilerden ibaret idi Huseyn xan Naxcivanski Azerbaycanli suvari alayi cecen alayi ile birge diviziyanin 2 ci briqadasinin terkibinde idi ve bu briqadaya miralay polkovnik Konstantin Xaqandokov rehberlik edirdi Diviziyanin komandiri ise II ci Nikolayin dogma qardasi general mayor ali knyaz Mixail Aleksandrovic Romanov bas qerargahin reisi ise muselman olan Litva tatari polkovnik Yakov Davidovic Yuzevofic teyin olunmusdu Tatar alayina geldikde ise buraya komandir vezifesine bas qerargahin polkovnik leytenanti P A Polovtsov komandir komekcisi vezifesine Bakida dogulmus polkovnik leytenant V D Staroselskiy rotmistr kapitan vezifesine ise Sahverdi xan Ziyadxanov teyin edilmisdiler Hemcinin alaya 10 cu Virtemberq krali E V Novqorodski draqun alayinin polkovnik leytenant sahzade Feyzulla Mirze Qacar tehkim edilmisdi 1914 cu ilin avqustunda formalasdirilan alaylara konullulerin qebulu haqda elan verilmisdi Elisavetpol qubernatorunun sozlerine esasen artiq 27 avqustadek 2 minden cox muselman konullu qisminde Tatar alayina yazilmisdi 400 neferin o cumleden Borcalidan 100 azerbaycanli lazim oldugu sebebinden qeydiyyat hemen dayandirilmisdi 1914 cu ilin noyabrinda Tiflisde olarken II ci Nikolay muselmanlarin numayende heyetine bu sozlerle muraciet edir Bu agir gunlerde bizi tek qoymayan ve 6 alay hazirlayaraq qardasimin rehberliyi altinda umumi dusmene qarsi vurusmaga yollanan Tiflis ve Yelizavetpol quberniyalarinin muselmanlarina derin tesekkurumu bildirirem Artiq sentyabrin evvelinde Tatar alayinin formalasmasi bitmisdi Qisa zamanda alay Qafqaz yerli suvari diviziyasinin toplanis menteqesi teyin edilmis Armavire yola dusur Armavirde carin qardasi Mixail Aleksandrovic sexsen alaylarla tanis olur Sentyabrin sonunda alaylar Ukraynaya yoneldilir ve orada doyus emeliyyatlarina hazirlasmaga davam edirler Qeyd etmek lazimdir ki Tatar turk suvari alayi Jmerinka yaxinliginda dislokasiya olunmusdu Noyabrin evvelinde Vehsi diviziya general leytenant Huseyn Xan Naxcivanskinin 2 ci Kavaleriya korpusuna birlesdirilir Noyabrin 15 den diviziyanin hisseleri Lvova gonderilmeye baslayir Noyabrin 26 da korpusun komandiri Huseyn Xan Naxcivanski Lvovda diviziyaya baxis kecirir Baxis yerinden diviziyanin alaylari Sambor seherinin cenub qerbine yollanirlar ve burada Sana cayinin yaxinligindaki gosterilmis erazini tuturular Diviziya Polyancik Ribna ve Verxovini Bistra tereflerde agir doyusler aparir Daha qanli ve agir doyusler 1914 cu ilin dekabrinda Sena cayi sahilinde ve 1915 ci ilin yanvarinda Lomna Lutoviska terefde bas verib Burada diviziya reqibin Peremisl istiqametinde irelilemesinin qarsisini alirdi Doyuslerde istiraki1915 ci ilin fevralinda diviziya bir sira ugurlu emeliyyat heyata kecirir Fevralin 15 Tatar alayi Brin kendi yaxinliginda agir doyusler aparirdi Neticede reqib bir sira elbeyaxa doyusden sonra yasayis menteqesinden cole atilmisdi Bu doyuse gore alayin komandiri polkovnik leytenant Polovtsov 4 cu dereceli Muqeddes Georgi ordeni ile mukafatlandirilmisdi Polovtsovun Yelizavetpol Gence qubernatoruna mektubundan Diviziyada ilk olaraq oz komandirine Georgi xacini getiren mehz Tatar alayi oldu Bu ali mukafatdan dolayi seref duyaraq bunu azerbaycanli atlilarin herbci keyfiyyetlerine ve sonsuz merdliyine borclu oldugumu qeyd edirem Xahis edirem menim Yelizavetpol quberniyasinin muselmanlarinin mohtesem resadetinden aldigim derin teesuratlarimi qebul edesiniz Polovtsov Bu doyusde hemcinin 4 cu dereceli muqeddes Qalib Georgi ordeni ile teltif edilmis polkovnik sahzade Feyzulla Mirze Qacar da ferqlenib Polkovnik sahzade Fezyulla Mirze Qovanli Qacar Mukafat teqdimatindan cixaris 1915 ci ilin fevralin 15 i oz tesebbusu ile yalniz bir zabite malik 400 luk Uman kazak alayina rehberlik ederek guclu tufeng ve pulemyot atesi altinda onu resadetli hucuma sovq edir iki defe doyus meydanindan qacmaq isteyen kazaklari geri qaytarir ve qeti addimlar sayesinde Brin kendini tutmaga muveffeq olur 1915 ci ilin fevralin 17 de polkovnik sahzade Feyzulla Mirze Qovanli Qacar doyusde helak olmus Cecen alayinin komandiri polkovnik A Svyatopolk Mirskinin yerini tutur 1915 ci ilin fevralin 21 de diviziyanin komandiri Mixail Romanov general leytenant Huseyn Xan Naxcivanskiden dusmeni Tlumac adli eraziden qovmaq emri alir Bu tapsirigin yerine yetirilmesi ucun diviziya komandiri one Tatar sonra ise Cecen alayini cixarir Sert doyusler neticesinde Tlumac dusmenden azad edilir Fevralin sonuna 2 ci Kavaleriya korpusunun hisseleri Cenub Qerb cebhesinin ordularinin Karpat emeliyyati cercivesinde doyus tapsirigini yerine yetirir 1915 ci ilin iyul avqust aylarinda Vehsi diviziya Dnestrin sol sahilinde agir doyusler aparir Sahzade Feyzulla Mirze Qacar burada da ferqlenmeyi bacarir Qafqaz yerli suvari diviziyasinin komandirinin emrinden Xususi olaraq en yuksek sucaetini o Vinyatintsi 12 15 avqust 1915 ci il erazisinde geden agir doyusler zamani sergileyir 250 atlisini itirmis 2 ci briqadaya rehberlik ederken avstriyalilarin 5 siddetli hucumunu def edir 1916 ci ilin evvelinde diviziyanin komandan heyetinde ciddi deyisiklikler edilir Diviziyanin komandiri vezifesine general mayor 1916 ci ilin iyulun 12 den general leytenant D P Baqration teyin olunur 2 ci korpusun qerargah reisi teyin edilen general mayor Y D Yuzefovicin yerine ise diviziyanin qerargah reisi qisminde polkovnik Polovtsov teyin edilir Tatar azerbaycanli alayinin komandiri vezifesine ise Kabardin atli alayinin polkovniki Fyodor Nikolayevic Tembot Janxotovic Bekovic Cerkasskiy teyin edilir 1916 ci ilin mayin 31 de polkovnik Bekovic Cerkasskiy reqibi Tiskovtsi kendinden qovmaq emri alaraq avstriyalilarin agir gulle yagisi altinda sexsen 300 azerbaycanli turku hucuma gonderir Atlilarin hucumu neticesinde kendi dusmenden almaq mumkun olur Gun birinci yarisinda avstriyalilar bir nece defe kendi geri qaytarmaga cehd edirler lakin buna muveffeq olmurlar Bir muddetden sonra Tatar alayinin yardimina polkovnik Feyzulla Mirze Qacarin iki yuz ceceni atli dag diviziyonunun 2 silahi ve Zaamur piyada alayinin batalyonu gelir 177 nefer esirden elave avstriyalilar 256 nefer doyuscusunu itirir Bu doyuse gore alayin komandiri Bekovic Cerkasskiy 3 cu dereceli Muqeddes Georgi ordeni ile teltif edilir Iyunun evveli azerbaycanli alayi diviziyanin 2 ci briqadasi daxilinde Cernovtsinin qerbinde doyusler aparir Dusmenin sert muqavimetini asaraq iyunun ortalarinda briqada o biri sahilinde avstriyalilarin berkidiyi Cernovtsi cayina yaxinlasirlar Iyunun 15 i tatar ve cecen alaylari dusmenin gulle yagisi altinda cayi asir derhal Rostok kendini ele kecirir ve doyuslerle Prut cayinin yaxinliginda yerlesen Voroxti seheri istiqametinde simal qerbe Bukovin Karpatlarina dogru irelilemeye baslayirlar Mayin 7 si cecen alayinin komandiri polkovnik sahzade Feyzulla Mirze Qovanli Qacar doyusde ferqlendiyine gore general mayor rutbesi alir mayin 30 u ise 2 ci briqadanin komandiri teyin edilir Mayin 14 u polkovnik Bekovic Cerkasskiy 1 ci Qvardiya Kirasir alayinin komandiri teyin olunur Azerbaycanli alayinin basina ise Levan Luarsabovic Maqalov kecir Petroqrad herbi dairesinin bas komandani teyin edilmis P A Polovtsovun Tatar suvari alayinin yaranmasinda muhum rolu olmus Mamed Xan Ziyadxanova teleqramindan Herb nazirinden Tatar alayinin mundirini saxlamaq icazesini alaraq xahis edirem Yelizavetpol quberniyasinin ve Borcali qezasinin turklerine onlarin sucaetli alaylari haqda xatireleri qururla yadda saxalayacagimi catdirasiniz Qalisiya ve Ruminiya collerinde saysiz sucaet gosteren muselmanlar ulu atalarinin layiqli davamcilari olduqlarini subut etdiler Cenub qerb cebhesinin ordularinin yay irelilemesi dovrunde Azerbaycanli alayi Stanislavi seherinin qerbinde hereket edirdi Mukafatlari1917 ci ilin iyunun 24 u ferdi qehremanliq ve sucaete ve Tatar alayinin Kalus yaxinligindaki doyusune gore alayin komandiri polkovnik Levan Maqalov leytenant Cemsid xan Naxcivanskiy kornetler Xaitbey Servasidze ve qraf Nikolay Bobrinskiy 4 cu dereceli Georgi xaclari ile mukafatlandirilirlar Cemsid xan Naxclvanski Bundan elave alayin doyusculeri de coxlu sayda mukafatlarla teltif edilibler Esasen doyuslerde unter zabitler ve siravi atlilar ferqlenibler Tam Georgi kavaleri adina layiq gorulenler Georgi xacinin 4 derecesinin hamisini alan Elibey Nebibeyov Sayad Zeynalov Mehdi Ibrahimov Elekber Haciyev Daco Daurov Aleksandr Kaytukov olublar 3 Georgi xaci ve 3 Georgi medalina ise Osman Aga Gulmemmedov yiyelenib Kesfiyyatcilar destesinde unter zabit kimi xidmete baslamis Zeynal Bey Sadixov 3 Georgi xaci 1 Georgi medali herbi ferqlenmeye gore zabit olduqdan sonra ise 4 doyus ordeni ile teltif edilib Muqeddes Georgi xristianliga aid efsanevi sexsiyyet sayildigindan qeyri xristianlara teltif nisani verilerken uzerinde Rusiya gerbinin esas elementi ikibasli qartal olan nisan verilirdi Maraqlidir ki bu muselman suvarileri arasinda naraziliqla qarsilanirdi Tesvirin mahiyyetine varmadan bir cox siraviler Bize qus verme istemirik bize yigiti ver demekle mehz suvari tesviri olan nisan teleb edirdiler Bu sebebden Herbi ordenin ferqlenme nisani nin uzerinde sade tesvir olan yeni formasi tesis edilmisdi Muharibe illeri dovrunde Tatar alayinda ferqli milliyetlere aid olmus 60 zabit xidmet edib Onlar arasinda polkovnikler Aleksandr Albrext ve Nuh Bey Sofiyev rotmistr Sergey Baqretsov qerargah rotmistrleri Nikolay Kazbeqi Suleyman Bey Sultanov Mixail Xoranov leytenant Selim Bey Sultanov kornetler Andrey Bers Sarl Testenuar bayraqdarlar qraf Mixail Muravyov Amurskiy sahzade Idris Aga Qacar ve digerleri olublar 1917 1920 ci illerdeAzerbaycan Demokratik Respublikasinin bayragi 1917 ci ilin sentyabrin sonlari oktyabrin evveleri Qafqaz yerli Suvarikorpusunun 1917 ci ilin avqustunda Vehsi diviziya korpusa cevrilmisdi hisseleri ve bolmeleri hemcinin Azerbaycanli alayi Qafqaza gonderilir Korpusun qerargahi Vladiqafqazda diviziyaninki ise Bestauda Pyatiqorsk yerlesirdi Lakin 1918 ci ilin yanvar ayinda korpus fealiyyetini dayandirir 1917 ci ilin sonunda Xususi Zaqafqaziya Komitesinin qerari ile general leytenant Eli Aga Sixlinskinin rehberliyi altinda Muselman korpusunun 26 iyun tarixinden Elahidde Azerbaycan korpusu yaradilmasina start verilir ve 2 ci Tatar suvari alayi adi ile Tatar suvari alayi bu korpusa daxil edilir Korpus 1918 ci ilin aprel may aylarinda tam formalasir 1918 ci ilin martinda Muselman Korpusu hisselerinin formalasmaqda oldugu vaxt yegane hazir quvve Tatar suvari alayi idi 1918 ci ilin birinci yariminda Samxor hadisesile Mart soyqirimindan qabaq hadiselerle Mugan hadiselerile bagli alayin adi hallanmisdi Azerbaycan Xalq Cumhuriyyeti Ordusunun yaranmasindan sonra Suvari diviziyanin terkibine 1 ci Tatar alayi adi ile kecir Alay Qafqaz Islam ordusunun terkibinde Baki yurusunde sonra ise AXC ordusunun terkibinde Qarabagda ermeni usyaninin yatirilmasinda Azerbaycan Ermenistan muharibesi istirak edir Alayin buraxilmasiAprel isgalindan sonra Azerbaycan ordusunun butun hisseleri o cumleden 1 ci Tatar suvari alayi ile birlikde sovet hakimiyyetinin tabeliyine kecdi yegane deyisiklik Azerbaycan Ordusuna Azerbaycan Qizil Ordusu adi vermilmesi idi Azerbaycan Qizil Ordusu emeliyyat baximindan XI Qizil Orduya tabe edildi yenidenqurma isleri nezerde tutulmusdu Ancaq Azerbaycan ordusunun bezi hisselerinin sovet rejimine qarsi usyana qalxmasi ile elaqeder Azerbaycan Inqilab Komitesinin 2 iyun 1920 ci il tarixli qerari ile bu ordu butun hisseleri ile birlikde umumiyyetle buraxildi Azerbaycan ordusunun sovet rejimine qarsi usyan qaldirmis hisselerin arasinda 1 ci Tatar suvari alayi da var idi Qarabag usyaninda bu alayin 250 neferlik quvvesi istirak etmisdi alayin komandiri Nuh bey Sofiyevin ise usyanin teskilatcilarindan biri idi Komandirler23 08 1914 25 02 1916 polkovnik Polovtsov Pyotr Aleksandrovic 25 02 1916 14 05 1917 polkovnik knyaz Bekovic Cerkasskiy Fyodor Nikolayevic 05 07 1917 hh hh 1918 polkovnik knyaz Maqalov Levan Luarsabovic xx xx 1918 18 12 1918 polkovnik Irza bey Hacibeylinski 18 12 1918 14 06 1919 pokovnik Ferhad bey Agalarov 14 06 1919 03 08 1919 polkovnik Teymur bey Novruzov 03 08 1919 02 06 1920 polkovnik Nuh bey SofiyevAlayda xidmet etmis meshur sexslerBobrinskiy Nikolay Alekseyevic meshur rus ve sovet zooloqu Moskva dovlet universitetinin professoru Naxcivanski Cemsid Ceferqulu oglu ADR de II Qarabag suvari alayinin komandiri sovet herbcisi briqada komandiriHemcinin baxFeyzulla mirze Qovanli Qacar Huseyn xan NaxcivanskiXarici kecidler Vehsi Diviziya nin azerbaycanlilari olu kecid IstinadlarGosudarstvennyj istoricheskij arhiv Azerbajdzhanskoj Respubliki f 62 op 1 d 81 l 2 R N Ivanov General adyutant Ego Velichestva Skazanie o Gussejn Hane Nahichevanskom M Geroi Otechestva 2006 s 171 Letopis vojny 17 13 dekabrya 1914 g s 272 273 R N Ivanov General adyutant Ego Velichestva Skazanie o Gussejn Hane Nahichevanskom M Geroi Otechestva 2006 s 156 157 Gosudarstvennyj istoricheskij arhiv Azerbajdzhanskoj Respubliki f 62 op 1 d 82 l 36 Kaspij 26 fevralya 1916 g 45 Kaspij 26 iyulya 1917 g 154 Istiqlal Yurusu 1918 2019 08 07 at the Wayback Machine Agayev Yusif Ehmedov Sebuhi Baki Altun Kitab 2009 seh 77 Grazhdanskaya vojna v Rossii Zapiski belogo partizana ISBN 5 17 025710 4 ISBN 5 9578 1185 8 Primechaniya 201 2008 06 15 at the Wayback Machine Ali Aga Shihlinskij Moi vospominaniya Baku 1944 s 186 Mehman Suleymanov Azerbaycan Ordusunun tarixi I cild Baki Maarif 2018 seh 156 ISBN 978 9952 37 140 6 Istiqlal Yurusu 1918 2019 08 07 at the Wayback Machine seh 81 A Steklov Armiya musavatskogo Azerbajdzhana Baku 1928 s 4 Mehman Suleymanov Azerbaycan Ordusunun tarixi III cild Baki Maarif 2018 seh 228 229 ISBN 978 9952 37 140 6 Mehman Suleymanov Azerbaycan Ordusunun tarixi III cild Baki Maarif 2018 seh 239 ISBN 978 9952 37 140 6 Mehman Suleymanov Azerbaycan Ordusunun tarixi III cild Baki Maarif 2018 seh 112 ISBN 978 9952 37 140 6 Mehman Suleymanov Azerbaycan Ordusunun tarixi III cild Baki Maarif 2018 seh 106 ISBN 978 9952 37 140 6 Sbornik prikazov po voennomu vedomstvu Azerbajdzhanskoj Demokraticheskoj Respubliki I tom Baku Maarif 2018 seh 52 ISBN 978 9952 445 20 13 Sbornik prikazov po voennomu vedomstvu Azerbajdzhanskoj Demokraticheskoj Respubliki II tom Baku Maarif 2018 seh 56 ISBN 978 9952 445 20 13 Sbornik prikazov po voennomu vedomstvu Azerbajdzhanskoj Demokraticheskoj Respubliki II tom Baku Maarif 2018 seh 142 ISBN 978 9952 445 20 13 MenbeChingiz Salahly statya Tuzemnaya konnaya diviziya gazeta Birzha Plus ot 3 i 10 dekabrya 2004 g Kazin V H Kazachi vojska Spravochnaya knizhka imperatorskoj Glavnoj kvartiry Pod redakciej V K Shenka SPb 1912 Dikaya diviziya Ocherk Letopis vojny 1914 1915 1916 gg 76 30 yanvarya 1916 g s 1216 1220 Dikaya diviziya Grazhdanskaya vojna v SShA Jokota pod obsh red N V Ogarkova M Voennoe izd vo M va oborony SSSR 1979 Sovetskaya voennaya enciklopediya v 8 t 1976 1980 t 3 Buzun Yu G Boj u sela Brin E E Ismailov Azerbajdzhanskie irregulyarnye chasti v sostave russkoj imperatorskoj armii Tatarskij konnyj polk Bobrinskij N A Na Pervoj Mirovoj vojne Iz zapisok grafa Nikolaya Alekseevicha Bobrinskogo Dvoryanskoe sobranie 1995 3 S 175 190