Şamxor hadisəsi — Türkiyə cəbhəsindən geri qayıdan Rusiya hərbi hissələrinin 1918-ci il yanvarın 8–10-da Şamxor (indiki Şəmkir) stansiyası yaxınlığında tərk-silah edilmişdir.
Şamxor hadisəsi | |
---|---|
| |
Tarix | 1918 |
Yeri | Şəmkir |
Səbəbi | Türkiyə cəbhəsindən geri qayıdan rus əsgərlərinin tərkisilah olunması qərarı. |
Nəticəsi | Rus əsgərləri tabe olmadıqları üçün döyüş nəticəsində tərkisilah edilirlər. |
İlkin hadisələr
Milli Azərbaycan hissələrinin yaradıldığı andan üzləşdiyi əsas problemlərdən biri müasir silahların çatışmazlığı idi. Müsəlman Korpusunun komandanı general-leytenant Ə.Şıxlinski öz xatirələrində yazırdı ki, "bizim əlimizdə silah, cəbbəxana… yox idi". Əgər ərzaq və paltar çatışmazlığını milli burjuaziyanın səyləri nəticəsində aradan qaldırmaq mümkün olmuşdusa, silah və hərbi texnika ilə təchizat olduqca zəif idi. Gürcü və erməni milli hissələri hələ müharibə dövründə silahla təmin edilmiş, üstəlik 1917-ci ildə erməni diasporunun səyləri ilə Müvəqqəti Hökumətlə əlaqələr yaradılmış və erməni hərbçilər rus ordusunda hərbi vəzifələrdən çox təminat və təchizata cavabdeh olan vəzifələri tuturdular. Bolşeviklər hakimiyyətə gəldikdə də Qızıl Ordunun silah və sursatla təminatına cavabdeh olan idarələrdə ermənilərin sayı kifayət qədər idi. Zaqafqaziya Komissarlığı, azərbaycanlı deputatların səylərindən sonra, bəzi rus hissələrinin silah və sursatlarının Müsəlman Korpusuna təhvil verməsi barədə qərar qəbul etdi. Yaradılmaqda olan Müsəlman Korpusu tədricən Rusiyanın keçmiş 6-cı ordu korpusunu (5-сi və 7-ci atıcı diviziyalar) əvəz etməlidir, bu korpusun silah və sursatı Müsəlman Korpusuna veriləcək. Əslində isə bu məsələ yubadılırdı. Yubadılmanın səbəbi bir tərəfdən rus hərbi hissələrinin bolşevik təbliğatına uyması və milli hissələrə silah verməməsi idisə, digər tərəfdən Zaqafqaziya Komissarlığının rus, erməni və gürcü deputatları rus hərbi hissələrindən Azərbaycan hissələrinə silah ayrılmasını qəsdən gecikdirirdilər. Silah çatışmazlığı problemini həll etmək üçün yeganə yol rus ordusunun anbarlarına hücumlar təşkil etmək idi.
rəhbərliyi altında olan Şahsevən dəstələri İrandan geri qayıdan rus hissələrinin bir qismini tərksilah edərək 6 pulemyot, 3 min tüfəng, 85 min patron, 10 yeşik bomba (qumbara) ələ keçirdilər. 1918-ci il yanvarın 15-də Şahsevən süvariləri 60 nəfərlik dəstəsini tərksilah etdilər. Zaqafqaziya Komissarlığı hərbi hissələrin zabitləri ilə razılıq əldə edir, lakin bolşeviklərin təsiri ilə rus əsgərlərinin öz zabitlərinə qarşı çıxıb (bəzən isə öldürüb) komissarların dedikləri ilə oturub-durması razılaşmanı pozur, bu isə gözlənilməz hadisələrlə nəticələnirdi.
Zaqafqaziya Komissarlığının tələbi əsasında buraxılmış rus hərbi hissələri Cənubi Qafqazı tərk edərkən silahlarını təhvil verməli, həmin silahlar milli hissələrin təchiz olunmasına yönəldilməli idi. Lakin Rus qoşun hissələrinin çoxu silahları təhvil vermək istəmir, tərxis olunmalarına baxmayaraq, hətta ağır silahları belə özləri ilə Rusiyaya aparmağa cəhd göstərirdilər. Gürcüstan və Azərbaycandan keçib, şimala gedən hərbi eşelonların bir qismi bolşeviklərin, digər qismi isə rus qoşunlarında olan erməni hərbçilərinin təhriki ilə silahlarını Bakıda Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak qüvvələrinə təhvil verirdilər. Daşnaklar rus eşelonlarından pulla da xeyli silah alırdılar. Hərbi eşelonların Şamxor yaxınlığında tərk-silah edilməsinə razılıq vermiş Zaqafqaziya Komissarlığının qərarı Millərlərarası Şura tərəfindən də bəyənilmiş və hər ehtimala qarşı bir zirehli qatar və 100 nəfərlik gürcü dəstəsi göndərilmişdi. Başda milli ziyalılardan Ələkbər və Xudadat bəy Rəfibəyov qardaşları, A. Səfikürdski, X. Rüstəmbəyov olan bir çox üzvləri də tərksilahda iştirak etməli idilər. Onlar bu işi dinc yolla həyata keçirməyə çalışdılar. Danışıqların aparılması üçün müəyyən adamlar da seçilmişdi. Silahlarını könüllü təhvil verəcəkləri halda hərbçilərin ərzaq və digər zəruri əşyalarla təmin edilib yola salınması nəzərdə tutulmuşdu.
Döyüş
Şəmkir dəmiryolu stansiyasından bir neçə eşelonun silahları vermədən Bakıya keçəcəyi xəbərini alan Yelizavetpol Müsəlman Milli Komitəsinin üzvləri, Müsəlman Korpusunun komanda heyəti bu eşelonları tərksilah etmək qərarına gəldi. Başda polkovnik Levan Maqalov olmaqla Tatar süvari alayı və polkovnik S. Əfəndiyevin rəhbərlik etdiyi 5-ci Yelizavetpol alayı silahları təhvil almalı idilər.
Yanvarın 6-da bir eşelon əsgər gəlmiş, Ukraynadan olan bu əsgərlər razılığa əsasən silahları bir vaqona toplayaraq təhvil vermiş, əvəzində ərzaq alaraq yola salınmışdılar. Dinc yolla tərksilahın başa çatması digər eşelonlarla da problemlərin olmayacağına ümid etməyə imkan verirdi. Lakin həmin Qarayazı stansiyasına gələn növbəti eşelon büsbütün bolşevik təbliğatına uymuş, nəinki öz silahlarını verməmiş, hətta əvvəlki eşelonun təhvil verdiyi silahları ələ keçirməyə cəhd etmişdi. ZK-nın göndərdiyi zirehli qatar eşelonun yolunu kəsmiş, knyaz Maqalov ukraynalılardan götürülmüş silahlarla Müsəlman Milli Komitəsinin üzvlərini silahlandırmışdı. Yanvarın 7-si, 8-i və 9-da danışıqlar aparılmış, danışıqları ZK adından polkovnik Maqalov və gürcü dəstəsinin komandiri ştab — rotmistr Abxazava aparmışdılar. Bu "müsəlmanlar silahları alandan sonra rusları qıracaqlar" deyən bolşevik təbliğatının qarşısını almalı idi. Dəmir yolu stansiyasında 10 eşelon ZK-nın qərarı ilə razılaşmır, hətta onu tanımadıqlarını, zirehli qatarın və digər silahların da onlara verilməsini tələb edir, güc mövqeyindən çıxış edərək hətta danışıqlar üçün göndərilmiş parlamentyoru da girov kimi saxlayırdılar. Eşelonlardan birinin əsgərlərini yola gətirmək mümkün oldu, silahlar götürüldü, götürülmüş toplardan birini A.Səfikürdski Yelizavetpola apardı. Lakin digər eşelonlarla dil tapmaq mümkün olmadı, onlar zorla yolu açıb Bakıya doğru irəliləməyi planlaşdırırdılar. ZK-nın vəzifəli şəxslərindən olan N.Jordaniya hərbi rəhbərliklə telefon vasitəsi ilə danışıqlar aparmağa çalşsa da heç bir nəticə əldə olunmadı. Yanvarın 9-da danışıqlar kəskinləşdi və ilk atəş səsləri eşidildi. Rus əsgərləri dəmir yolu stansiyası və zirehli qatarı, ətraf Azərbaycan kəndlərini atəşə tutdular. Cavab atəşi açıldı, başlayan döyüşün gedişində bir neçə mərmi qonşu yolda dayanmış yanacaq eşelonuna dəydi və onu partlatdı. Partlayış və ondan sonra başlayan yanğın nəticəsində hər iki tərəfdən böyük itkilər oldu. Stansiyada 3 hərbi eşelon, iki qatar (onlardan biri sərnişin qatarı) və ZK-nın zirehli qatarı sıradan çıxarıldı.
Şamxor dəmiryol stansiyasına yaxın bir yerdə dəmiryol xəttlərinin hər iki tərəfində qazılmış xəndəklərdə gizlənmiş polkovnik Moqolovun komandanlıq etdiyi 10 min nəfərlik azərbaycanlı (bura müsavatçılar və Vəhşi diviziya əsgərləri də daxil idi) qüvvələr qəflətən vaqonlardakı rus ordu hissələrinə hücum etdilər. Bu zaman müsavatçıların topçu dəstələrinə rəhbərliyi ağqvardiyaçı rus zabitləri edirdilər. Qarşıdurma zamanı həm hərbi qatar, həm də əks xətt ilə gələn sərnişin qatarı tamamilə yandı. Döyüş 3 gün çəkdi. Döyüşdə və döyüş zamanı baş vermiş yanğın zamanı hər iki tərfdən minlərlə insan həlak oldu. Hərbi eşelonların tərk-silah olunmasında polkovnik Süleyman bəy Əfəndiyevin komandir olduğu da yaxından iştirak etmişdi.
Nəticəsi
Salamat qalan rus eşelonları yolu aça bilmədilər və hadisələri araşdırmaq üçün Şəmkirə göndərilən Zaqafqaziya Komissarlığının nümayəndə heyəti ilə (rəhbər kapitan Strelkovski) danışıqları davam etdirdilər. F.Xoyski, X. Xasməmmədov, X.Məlikaslanov azərbaycanlı döyüşçülər və əhaliyə müraciət edərək təmkinli olmağa çağırdılar. Uzun danışıqlardan sonra eşelonlar 20 top, 70 pulemyot, 15.000 tüfəng təhvil verərək yola davam etdilər. Hadisələri müsəlmanların azğınlığı kimi qələmə verməyə çalışan bolşevik mətbuatı günahı Zaqafqaziya Komissarlığı və azərbaycanlıların üzərinə atır. 1983-cü ildə çap edilmiş "SSRİ-də vətəndaş müharibəsi və xarici intervensiya" ensiklopediyasında rus tərəfinin itikiləri maksimum həddə şişirdilib. Burada hadisələr "Şamxor qırğını" adlandırılıb və 5 minədək rus əsgərinin qırılması göstərilib.
Rus hərbi hissələrinin tərksilah edilməsi təkcə Müsəlman Korpusunu silahla təchiz etmək baxımından deyil, həm də bolşeviklərin öz hakimiyyətlərini Bakıdan kənara yaymaq cəhdlərinin qarşısının alınması baxımından da vacib əhəmiyyətə malik olub. Şəmkir-Bakı marşrutunda hərəkət edən, bolşevik təbliğatına uymuş eşelonlar dəmiryolu boyunca yerləşən əsas stansiyaları tutmaqla vəziyyəti bolşeviklərin xeyrinə dəyişə bilərdilər. Sonradan onların qarşısını almaq qeyri-mümkün olardı. Bakıdakı Rus Milli Şurasının üzvü Boris Baykovun bildirdiyinə görə, döyüşdən sonra Bakıya doğru yoluna davam etmələrinə icazə verilən rus əsgərləri yol boyunca çoxlu sayda müsəlman kəndlərinə hücum edərək kəndləri dağıtmış, əhalisinə qarşı isə qırğın törətmişdilər.
Şəhidlər
(1918-ci il 9 yanvar) Gəncə Müsəlman Komitəsinin təşəbbüsü ilə onları Şəmkir stansiyası yaxınlığında tərksilah edənlər arasında Mədət Quliyev də var idi. Ön vaqondakı əsgərlərdən silahları təhvil alarkən Mədətin yanında Gəncə gimnaziyasının tələbəsi Məhəmməd Rəfiyev, gimnaziyanın sinif müəllimi Yaqub Rəfizadə və İsfəndiyar Mehdizadə ermənilər tərəfindən açılan top atəşi nəticəsində həlak olurlar, Mirzə Əliəkbər Hüseynzadə ağır yaralanır. Təsadüf nəticəsində sağ qalan Mədət həmyaşıdı Məhəmmədi güllə yağışı altından çıxararkən öz həyatını təhlükə qarşısında qoyur. Nə qədər çalışsa da Məhəmməd sağ qalmır.
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- . 2019-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-29.
- Çingizoğlu, Ənvər; Ziyadxanlı, Aydın. İsmayıl xan Ziyadxanov (az.). Bakı: Mütərcim nəşriyyatı. 2021. 93.
- Булдаков, 2010
- İstiqlal Yürüşü 1918 2019-08-07 at the Wayback Machine AĞAYEV YUSİF, ƏHMƏDOV SƏBUHİ səh 100–101
- . 2013-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-31.
- 90 il qabaq. Şamxor stansiyası[ölü keçid]
- "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası", II cild, Bakı, 2005, səh.365–366.
- . 2019-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-29.
- Байков, 1923
- [1]
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Samxor hadisesi Turkiye cebhesinden geri qayidan Rusiya herbi hisselerinin 1918 ci il yanvarin 8 10 da Samxor indiki Semkir stansiyasi yaxinliginda terk silah edilmisdir Samxor hadisesiSemkir hadisesinde sehid olan azerbaycanlilarin defni Gence 1918 ci ilTarix 1918Yeri SemkirSebebi Turkiye cebhesinden geri qayidan rus esgerlerinin terkisilah olunmasi qerari Neticesi Rus esgerleri tabe olmadiqlari ucun doyus neticesinde terkisilah edilirler Ilkin hadiselerMilli Azerbaycan hisselerinin yaradildigi andan uzlesdiyi esas problemlerden biri muasir silahlarin catismazligi idi Muselman Korpusunun komandani general leytenant E Sixlinski oz xatirelerinde yazirdi ki bizim elimizde silah cebbexana yox idi Eger erzaq ve paltar catismazligini milli burjuaziyanin seyleri neticesinde aradan qaldirmaq mumkun olmusdusa silah ve herbi texnika ile techizat olduqca zeif idi Gurcu ve ermeni milli hisseleri hele muharibe dovrunde silahla temin edilmis ustelik 1917 ci ilde ermeni diasporunun seyleri ile Muveqqeti Hokumetle elaqeler yaradilmis ve ermeni herbciler rus ordusunda herbi vezifelerden cox teminat ve techizata cavabdeh olan vezifeleri tuturdular Bolsevikler hakimiyyete geldikde de Qizil Ordunun silah ve sursatla teminatina cavabdeh olan idarelerde ermenilerin sayi kifayet qeder idi Zaqafqaziya Komissarligi azerbaycanli deputatlarin seylerinden sonra bezi rus hisselerinin silah ve sursatlarinin Muselman Korpusuna tehvil vermesi barede qerar qebul etdi Yaradilmaqda olan Muselman Korpusu tedricen Rusiyanin kecmis 6 ci ordu korpusunu 5 si ve 7 ci atici diviziyalar evez etmelidir bu korpusun silah ve sursati Muselman Korpusuna verilecek Eslinde ise bu mesele yubadilirdi Yubadilmanin sebebi bir terefden rus herbi hisselerinin bolsevik tebligatina uymasi ve milli hisselere silah vermemesi idise diger terefden Zaqafqaziya Komissarliginin rus ermeni ve gurcu deputatlari rus herbi hisselerinden Azerbaycan hisselerine silah ayrilmasini qesden gecikdirirdiler Silah catismazligi problemini hell etmek ucun yegane yol rus ordusunun anbarlarina hucumlar teskil etmek idi rehberliyi altinda olan Sahseven desteleri Irandan geri qayidan rus hisselerinin bir qismini terksilah ederek 6 pulemyot 3 min tufeng 85 min patron 10 yesik bomba qumbara ele kecirdiler 1918 ci il yanvarin 15 de Sahseven suvarileri 60 neferlik destesini terksilah etdiler Zaqafqaziya Komissarligi herbi hisselerin zabitleri ile raziliq elde edir lakin bolseviklerin tesiri ile rus esgerlerinin oz zabitlerine qarsi cixib bezen ise oldurub komissarlarin dedikleri ile oturub durmasi razilasmani pozur bu ise gozlenilmez hadiselerle neticelenirdi Zaqafqaziya Komissarliginin telebi esasinda buraxilmis rus herbi hisseleri Cenubi Qafqazi terk ederken silahlarini tehvil vermeli hemin silahlar milli hisselerin techiz olunmasina yoneldilmeli idi Lakin Rus qosun hisselerinin coxu silahlari tehvil vermek istemir terxis olunmalarina baxmayaraq hetta agir silahlari bele ozleri ile Rusiyaya aparmaga cehd gosterirdiler Gurcustan ve Azerbaycandan kecib simala geden herbi eselonlarin bir qismi bolseviklerin diger qismi ise rus qosunlarinda olan ermeni herbcilerinin tehriki ile silahlarini Bakida Stepan Saumyanin basciliq etdiyi bolsevik dasnak quvvelerine tehvil verirdiler Dasnaklar rus eselonlarindan pulla da xeyli silah alirdilar Herbi eselonlarin Samxor yaxinliginda terk silah edilmesine raziliq vermis Zaqafqaziya Komissarliginin qerari Millerlerarasi Sura terefinden de beyenilmis ve her ehtimala qarsi bir zirehli qatar ve 100 neferlik gurcu destesi gonderilmisdi Basda milli ziyalilardan Elekber ve Xudadat bey Refibeyov qardaslari A Sefikurdski X Rustembeyov olan bir cox uzvleri de terksilahda istirak etmeli idiler Onlar bu isi dinc yolla heyata kecirmeye calisdilar Danisiqlarin aparilmasi ucun mueyyen adamlar da secilmisdi Silahlarini konullu tehvil verecekleri halda herbcilerin erzaq ve diger zeruri esyalarla temin edilib yola salinmasi nezerde tutulmusdu DoyusSemkir demiryolu stansiyasindan bir nece eselonun silahlari vermeden Bakiya kececeyi xeberini alan Yelizavetpol Muselman Milli Komitesinin uzvleri Muselman Korpusunun komanda heyeti bu eselonlari terksilah etmek qerarina geldi Basda polkovnik Levan Maqalov olmaqla Tatar suvari alayi ve polkovnik S Efendiyevin rehberlik etdiyi 5 ci Yelizavetpol alayi silahlari tehvil almali idiler Yanvarin 6 da bir eselon esger gelmis Ukraynadan olan bu esgerler raziliga esasen silahlari bir vaqona toplayaraq tehvil vermis evezinde erzaq alaraq yola salinmisdilar Dinc yolla terksilahin basa catmasi diger eselonlarla da problemlerin olmayacagina umid etmeye imkan verirdi Lakin hemin Qarayazi stansiyasina gelen novbeti eselon busbutun bolsevik tebligatina uymus neinki oz silahlarini vermemis hetta evvelki eselonun tehvil verdiyi silahlari ele kecirmeye cehd etmisdi ZK nin gonderdiyi zirehli qatar eselonun yolunu kesmis knyaz Maqalov ukraynalilardan goturulmus silahlarla Muselman Milli Komitesinin uzvlerini silahlandirmisdi Yanvarin 7 si 8 i ve 9 da danisiqlar aparilmis danisiqlari ZK adindan polkovnik Maqalov ve gurcu destesinin komandiri stab rotmistr Abxazava aparmisdilar Bu muselmanlar silahlari alandan sonra ruslari qiracaqlar deyen bolsevik tebligatinin qarsisini almali idi Demir yolu stansiyasinda 10 eselon ZK nin qerari ile razilasmir hetta onu tanimadiqlarini zirehli qatarin ve diger silahlarin da onlara verilmesini teleb edir guc movqeyinden cixis ederek hetta danisiqlar ucun gonderilmis parlamentyoru da girov kimi saxlayirdilar Eselonlardan birinin esgerlerini yola getirmek mumkun oldu silahlar goturuldu goturulmus toplardan birini A Sefikurdski Yelizavetpola apardi Lakin diger eselonlarla dil tapmaq mumkun olmadi onlar zorla yolu acib Bakiya dogru irelilemeyi planlasdirirdilar ZK nin vezifeli sexslerinden olan N Jordaniya herbi rehberlikle telefon vasitesi ile danisiqlar aparmaga calssa da hec bir netice elde olunmadi Yanvarin 9 da danisiqlar keskinlesdi ve ilk ates sesleri esidildi Rus esgerleri demir yolu stansiyasi ve zirehli qatari etraf Azerbaycan kendlerini atese tutdular Cavab atesi acildi baslayan doyusun gedisinde bir nece mermi qonsu yolda dayanmis yanacaq eselonuna deydi ve onu partlatdi Partlayis ve ondan sonra baslayan yangin neticesinde her iki terefden boyuk itkiler oldu Stansiyada 3 herbi eselon iki qatar onlardan biri sernisin qatari ve ZK nin zirehli qatari siradan cixarildi Samxor demiryol stansiyasina yaxin bir yerde demiryol xettlerinin her iki terefinde qazilmis xendeklerde gizlenmis polkovnik Moqolovun komandanliq etdiyi 10 min neferlik azerbaycanli bura musavatcilar ve Vehsi diviziya esgerleri de daxil idi quvveler qefleten vaqonlardaki rus ordu hisselerine hucum etdiler Bu zaman musavatcilarin topcu destelerine rehberliyi agqvardiyaci rus zabitleri edirdiler Qarsidurma zamani hem herbi qatar hem de eks xett ile gelen sernisin qatari tamamile yandi Doyus 3 gun cekdi Doyusde ve doyus zamani bas vermis yangin zamani her iki terfden minlerle insan helak oldu Herbi eselonlarin terk silah olunmasinda polkovnik Suleyman bey Efendiyevin komandir oldugu da yaxindan istirak etmisdi NeticesiSalamat qalan rus eselonlari yolu aca bilmediler ve hadiseleri arasdirmaq ucun Semkire gonderilen Zaqafqaziya Komissarliginin numayende heyeti ile rehber kapitan Strelkovski danisiqlari davam etdirdiler F Xoyski X Xasmemmedov X Melikaslanov azerbaycanli doyusculer ve ehaliye muraciet ederek temkinli olmaga cagirdilar Uzun danisiqlardan sonra eselonlar 20 top 70 pulemyot 15 000 tufeng tehvil vererek yola davam etdiler Hadiseleri muselmanlarin azginligi kimi qeleme vermeye calisan bolsevik metbuati gunahi Zaqafqaziya Komissarligi ve azerbaycanlilarin uzerine atir 1983 cu ilde cap edilmis SSRI de vetendas muharibesi ve xarici intervensiya ensiklopediyasinda rus terefinin itikileri maksimum hedde sisirdilib Burada hadiseler Samxor qirgini adlandirilib ve 5 minedek rus esgerinin qirilmasi gosterilib Rus herbi hisselerinin terksilah edilmesi tekce Muselman Korpusunu silahla techiz etmek baximindan deyil hem de bolseviklerin oz hakimiyyetlerini Bakidan kenara yaymaq cehdlerinin qarsisinin alinmasi baximindan da vacib ehemiyyete malik olub Semkir Baki marsrutunda hereket eden bolsevik tebligatina uymus eselonlar demiryolu boyunca yerlesen esas stansiyalari tutmaqla veziyyeti bolseviklerin xeyrine deyise bilerdiler Sonradan onlarin qarsisini almaq qeyri mumkun olardi Bakidaki Rus Milli Surasinin uzvu Boris Baykovun bildirdiyine gore doyusden sonra Bakiya dogru yoluna davam etmelerine icaze verilen rus esgerleri yol boyunca coxlu sayda muselman kendlerine hucum ederek kendleri dagitmis ehalisine qarsi ise qirgin toretmisdiler Sehidler 1918 ci il 9 yanvar Gence Muselman Komitesinin tesebbusu ile onlari Semkir stansiyasi yaxinliginda terksilah edenler arasinda Medet Quliyev de var idi On vaqondaki esgerlerden silahlari tehvil alarken Medetin yaninda Gence gimnaziyasinin telebesi Mehemmed Refiyev gimnaziyanin sinif muellimi Yaqub Refizade ve Isfendiyar Mehdizade ermeniler terefinden acilan top atesi neticesinde helak olurlar Mirze Eliekber Huseynzade agir yaralanir Tesaduf neticesinde sag qalan Medet hemyasidi Mehemmedi gulle yagisi altindan cixararken oz heyatini tehluke qarsisinda qoyur Ne qeder calissa da Mehemmed sag qalmir IstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir 2019 08 23 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2019 08 29 Cingizoglu Enver Ziyadxanli Aydin Ismayil xan Ziyadxanov az Baki Mutercim nesriyyati 2021 93 Buldakov 2010 Istiqlal Yurusu 1918 2019 08 07 at the Wayback Machine AGAYEV YUSIF EHMEDOV SEBUHI seh 100 101 2013 10 15 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2013 03 31 90 il qabaq Samxor stansiyasi olu kecid Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi II cild Baki 2005 seh 365 366 2019 08 23 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2019 08 29 Bajkov 1923 1 Xarici kecidler