Molla Cümə (tam adı: Süleyman Salah oğlu Orucov; d. 1854, Aşağı Layısqı, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası — ö. may 1920, Aşağı Layısqı, Nuxa qəzası, Azərbaycan SSR) — Azərbaycan aşığı və şairi.
Molla Cümə | |
---|---|
Süleyman Salah oğlu Orucov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Aşağı Layısqı, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Aşağı Layısqı, Nuxa qəzası, Azərbaycan SSR |
Vətəndaşlığı | Rusiya imperiyası Azərbaycan Xalq Cümhuriyyəti |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Aşıq, şair, əkinçi |
Fəaliyyət illəri | 18??—1920 |
Janr | aşıq |
Musiqi aləti | Saz |
Vikianbarda əlaqəli mediafayllar |
Molla Cümənin həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilmişdir. O, 1854-cü ildə Nuxa qəzasının Aşağı Layısqı kəndində anadan olmuşdur. "Molla" təxəllüsünü ona savadlı olduğu üçün verilmişdir. Molla Cümənin əsas peşəsi əkinçilik olmuşdur. Qax, Zaqatala, Balakən varlılarının zəmisində biçin biçmiş və bundan aldığı zəhmət haqqı ilə ailəsini dolandırmışdır.
Molla Cümə ilk təhsilini Aşağı Göynük kəndində İbrahim Əfəndizadənin mədrəsəsində almışdır. Az müddət içərisində ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Ancaq o mədrəsədən tez uzaqlaşmışdır; gözəl təbə, şairlik istedadına malik gənci şeir, söz daha çox cəlb etmişdir.
O, 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin fəal tərəfdarlarından olub. Həmin dövrdə Qarabağ və Zəngəzurda erməni quldurları dinc azərbaycanlı əhaliyə divan tutarkən, digər bölgələrdə olduğu kimi, Şəkidə də Azərbaycan ordusuna kömək məqsədilə könüllü dəstələr yaradılırdı. Həmin dəstələrdən birini aşıq Molla Cümə və onun əmisi oğlanları yaratmışdı. 1920-ci ilin mayında, Azərbaycanın sovetləşməsindən sonra bolşeviklərin həyata keçirdiyi repressiyada onun bütün qohumları həbs olunub. Bu haqsızlıq ona pis təsir etmişdi və onu sarsıdmışdı.
Molla Cümənin ölümü haqqında olan şifahi məlumatları üç qrupa ayırmaq olar. Birinci varianta görə, XI Qızıl Ordunun Azərbaycana gəlişi zamanı mollaları yığıb harasa aparıblar və onları gizlicə öldürmüşlər. İkinci variant odur ki, Molla Cümə atışma zamanı kəndlilərin arasında olub, bir çoxları kimi, ona da güllə dəymişdir. Sonuncu və çoxlarının iddia etdiyi versiya odur ki, aşıq XI Qızıl Ordu gələrkən əsgər paltarına girmiş erməni əsgərləri tərəfindən qılıncla qətlə yetirilib.
Həyatı
Erkən illəri
Molla Cümənin həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilmişdir. O, 1854-cü ildə Nuxa qəzasının Aşağı Layısqı kəndində anadan olmuşdur. "Molla" təxəllüsünü ona savadlı olduğu üçün verilmişdir.
Cümənin atası Saleh kişi əkinçiliklə məşğul olmuşdur. O, yeganə oğlu Cüməni də kiçik yaşlarından təsərrüfat işlərinə alışdırmışdır. Molla Cümənin əsas peşəsi əkinçilik olmuşdur. Qax, Zaqatala, Balakən varlılarının zəmisində biçin biçmiş və bundan aldığı zəhmət haqqı ilə ailəsini dolandırmışdır. Qızı Reyhanın sözlərinə görə, ölümünə qədər atasının əlindən oraq və düşməmişdir.
Molla Cümə ilk təhsilini Aşağı Göynük kəndində İbrahim Əfəndizadənin mədrəsəsində almışdır. Az müddət içərisində ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Ancaq o mədrəsədən tez uzaqlaşmışdır; gözəl təbə, şairlik istedadına malik gənci şeir, söz daha çox cəlb etmişdir. O, on beş-on altı yaşlarından saz çalmağa başlamışdır.
Molla Cümə öz şəxsi mütaliəsi ilə klassik Azərbaycan ədəbiyyatını, onun xüsusilə Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakir, Əbülqasim Nəbati kimi sənətkarlarını, Azərbaycan aşıq sənətini və xalq ədəbiyyatını dərindən öyrənmişdir.
Molla Cümənin Şəki əlyazmasının əvvəlində qeyddə yazılır ki, bütün ömrü boyu əkinçiliklə məşğul olan Molla Cümə qış aylarında Şəki, Qax, Zaqatala, Balakən rayonlarını, Dağıstanın kəndlərini dolaşır, məclislər aparır, öz sevincini elin sevinc və kədərinə qatırdı. Akademik Həmid Araslının redaktəsi və müqəddiməsilə çap olunan "Aşıqlar" kitabında qeyd olunur ki, Molla Cümə XIX əsrin sonları və XX əsrin əvvəllərində Qax rayonunda yaşamışdır.
Yaradıcılıq fəaliyyəti
Molla Cümənin şeirləri həm şifahi şəkildə və həm də əlyazmaları şəklində yayılmışdır. Molla Cümə ənənəvi olaraq bütün şeirlərini tək bəndlərlə yazmışdır. Aşıq şeir şəkillərini "Divani" ilə başlayır. Onun bütün əlyazmalarında "qoşma" adı çəkilmir, aşıq qoşmaya "qafiyə" deyir. Dübeyti, hecabeyt kimi şəkillər gəraylı üstündədir. Molla Cümənin şeirləri iki yolla yayılıb: Əlyazmalar və şifahi yolla. Əlyazmaların bir hissəsi professional katiblər tərəfindən köçürülüb və yayılıb. Bir də həvəskarlar əlyazma sahiblərindən alıb özləri üçün köçürülüb saxlanmışdır. Molla Cümənin Şəkidən tapılan əlyazmasında aşığın qoşduğu şeir şəkillərinin adları sadalanır:
Ey həzərat, mənim bu dəftərimin içində yazılıbdır: Əvvəl divani və ikinci qafiyə, üçüncü dübeyti, dördüncü heçabeyt, beşinci kükəri və ərəbi, altıncı təcnis, yeddinci təxmis, səkkizinci şikəstə, doqquzuncu bayatı, onuncu qaraheca, on birinci dodaqdəyməz, on ikinci müxəmməs. |
O, həmişə haqsızlığı, varlı-güclü, yoxsul-zəif məsələlərini demokratik cəbhədən, xalq cəbhəsindən təhqir etməyə çalışmışdır və kəndli hərəkatı başçılarına da rəğbət bəsləyirdi.
Molla Cümənin ədəbi irsi içərisində həcvlər mühüm yer tutur. Aşıq həcvlərinin çoxusunda varlıları, din xadimini, alverçi və ya mülkədarı kəskin tənqid atəşinə tutmuşdur. Aşıq zəmanənin ən varlı adamlarından olan Qıpcaqlı Hacı Kərim, Şəkili Cavad ağa, Axsaq Laçın, Almalı İsa dəllək, Səid və başqalarının özbaşınalığı, yoxsullara həqarəti, zülmü, ikiüzlülüyü, yalan və xəsisliyi həcvlərdə birbaşa üzlərinə deyilmişdir. O, yaşadığı dövrdən şikayətlənir, bəzən varlıları, qoluzorluları ədalətə, yaxşılığa, səxavətə, alicənablığa çağırır, yoxsulları müdafiə edirdi. Xüsusilə son dövr şeirlərində ədalətli, sərbəst, xoşbəxt bir zamanın gələcəyinə böyük ümidlər bəsləyirdi.
Molla Cümənin ədəbi irsi içərisində Qədim Şərq, Azərbaycan əfsanə və əsatirləri, xüsusilə İslam dünyası ilə əlaqədar çoxlu şeirlər vardır. O, heç bir şeirində İslamı təbliğ etmir, insanları dinə çağırmır ancaq İslamın böyüklüyünü, müqəddəsliyini və toxunulmazlığını ürəkdən gələn sözlərlə bədii şəkildə ifadə edir.
Molla Cümə yaradıcılığında fırıldaqçı din nümayəndələrinə kəskin nifrət vardır. Aşığın "Molla", "Əfəndi", "Hacılar", "Olacaq" və sair rədifli çoxlu şeirləri bu cəhətdən xüsusilə diqqəti cəlb edir. Aşıq şeirlərlə yolunu azan din nümayəndələrinin bütün fırıldaqlarını üzünə deyir, min cür yollarla xalqı aldadıb malını əlindən aldıqlarını açıqca göstərir:
Mənim kəftarıma yaxşı deməzsən,
Nə keçir könlündən, kimə əvəzsən?
Yediyin haramdır, halal yeməzsən,
Gəl çəkmə xalçanı qırağa, molla.
Molla Cümə
Molla Cümənin yaradıcılığında əsas yeri məhəbbət lirikası tutur. Aşığın müxəmməs, gəraylı, divani, təcnis və deyişmələrindəki yüksək sənətkarlıq, ülvi məhəbbət hissləri, nəhayətsiz həyat eşqi, canlı və təbii lirik duyğular, əxlaqi-estetik duyumlar kütlələrin zehninə, təfəkkürünə, dünyagörüşünə güclü təsir göstərir, onları daim düşündürür.
Aşıq şeirlərində insan gözəlliyini böyük səmimiyyətlə vəsf edir. O, incə zövqə malik, insanın daxili, ruhi hisslərini gözəl, təsirli ifadələrlə inikas etdirirdi. Molla Cümə tərif etdiyi gözəllərin adını bərk ayaqda əbcət hesabı ilə hərflərlə demiş, yaxud da gözəlin adında olan hərfləri şeirin vəzninə uyğunlaşdırıb söyləmişdir. Çoxlu şeirlərində dörd hərfin həsrəti ilə alışıb yandığını bəyan edir. Ancaq bu dörd hərf də müxtəlif şeirlərdə müxtəlif hərflərdir.
Molla Cümənin ən çox təriflədiyi gözəllərdən biri gözəl, ürəyi açıq və qonaqpərvər Nigar adlı xanım haqqındadır. Çobankola gələndə Molla Cümə bu ailənin qonağı olarmış. Molla Cümə bir neçə mahnısında Nigarı xatırlamış və nəhayət ona üç şeir həsr eləmişdir. Şeirlərin birincisi beş bənddən ibarət müxəmməsdir. Burada Nigar elin ən ulu, müqəddəs, ad-sanını özündə yaşadan bənzərsiz bir gözəl kimi təriflənir.
Hər dəfə Zaqatalaya yolu düşəndə Molla Cümə bu ailəyə baş çəkərdi. Yenə bir gün Nigarı, onun anası Ayşaxatını yoluxmaq üçün onlara gəlir. Bu zaman Ayşaxatın pəncərədən görür ki, Molla Cümə həyət qapısını açıb içəri girir. Özünü saxlaya bilmir, dizlərinə döyə-döyə, başının tükünü yola-yola aşığın qabağına yüyürür. Molla Cümə o saat işin nə yerdə olduğunu bilir. Ayşaxatına ürək-dirək verir, elə bu anda ikinci bir şeir Molla Cümənin başında dolanır. "Tək düşmüşdün Çobankola ay Nigar" deyən aşıq vaxtsız dünyadan köçmüş bu el qızına ağı oxuyur:
Ərə getdin, yaman dərdə tuş oldun,
Boylanmadan sağa-sola, ay Nigar.
Gəlin oldun, hərgiz yetmədin başa,
Dağ düyünüm qoydun dosta-sirdaşa.
Anan Ayşaxatın dönüb bayquşa
Ağlar, deyər: aman bala, ay Nigar.
Molla Cümə
Molla Cümə həyatla vaxtsız vidalaşan bu el gözəlinin faciəsini üzün illər unuda bilməmişdir.
Molla Cümənin ictimai movzuda da şeirləri çoxdur. Bunlardan bəziləri bilavasitə aşığın məşğuliyyəti, əmək və zəhməti ilə əlaqədardır. Buna misal olaraq "Ay arvad" və "Sərçələr" rədifli şeirlərini qeyd etmək olar. Aşıq arvadına müraciətlə o dövrün bir sıra məsələlərini belə qələmə almışdır:
Ağyazlıda taxılımız zay oldu,
Bu ilki il kəsəkənlər bay oldu.
İnanmıram, çəltikdən də pay oldu;
Qazı kimi it ortaqdı, ay arvad.
Məsdilərin üstümüzdə borcu var,
Saldat pulu, bir də mirab xərci var,
İki qəvlə otuz manat töycü var,
Az demirəm, hələ çoxdu, ay arvad.
"Ay Arvad", Molla Cümə
Molla Cümənin iki dastanı məlumdur: "Səyyad və Səyalı" və "Molla Cümə və Aşıq Könlü". "Molla Cümə və Aşıq Könlü" qoşmalar və Könlünün deyişmələrindən (Həmin dastanı hər iki şəxsin dilindən Molla Cümə özü söyləmişdir) ibarətdir. Dastandakı bağlamaların bir hissəsi "Abbas və Gülgəz", "Valeh və Zərnigar" və başqa Azərbaycan dastanlarında olan dini mövzulara aid deyişmələri xatırladır.
Şeirlərini müxtəlif zamanlarda yazıya köçürən Molla Cümənin ədəbi irsi yalnız Sovet hakimiyyəti illərində toplanıb, çap edilib və oxuculara çatdırılmışdır. 92 səhifədən ibarət olan Qax əlyazmasında aşığın 200-ə qədər şeiri toplanmışdır. İri həcmli mühasibat dəftərindən ibarət həmin əlyazmada şeirlər şəkillər üzrə düzülmüş və nömrələnmişdir. Əlyazma müxəmməslə başlayır. Sonra isə təcnislər gəlir. Dəftərdə təcnisin bir çox nümunələri verilib. Təcnislərdən biri belə adlanır: "Təcnis dodaqdəyməz, özü də yedəkləmə, əlif əvvəlaxır". Şeirin qurtaracağında bu sözlər yazılmışdır: "'Afərin o adama ki, bu təcnisi oxuyub mənasın bilə, bilməyən qanmaza heyfdir, heyf".
Molla Cümənin əlyazmaları içərisində bayatılar da vardır. Vərəqlərin kənarında ağ yerlərdə həmişə haşiyələrdə yazılan bayatılara burada xüsusi səhifə ayrılmışdır. Onlar aşağıdakı şeir parçası ilə başlayır:
Xuda çatmaz dada Molla Cümə,
Yetməzsən murada Molla Cümə,
Sirrini vermə yada Molla Cümə,
Cəfan gedər bada Molla Cümə.
Molla Cümə
1917-ci ildə Oktyabr inqilabı və onun sədalarının Azərbaycana gəlib çatması aşığın yeni, azad, ədalətli bir həyata olan inamını xeyli artırdı. O, sevincini mahnılarla car eləməyə başladı:
Ay cammaat, gəlin sizə söyləyim,
Azadlıqdan xoş bir səda eşitdim.
Bəylərin torpağı gedir əlindən,
Azadlıqdan xoş bir səda eşitdim.
Molla Cümə
Molla Cümə bir sıra şeirlərində ərəb əlifbasının hərflərindən istifadə edir. Bu hərfləri elə işlədir ki, şeirlərin qafiyə, rədiflərinə uyğun olsun, həm də hərtərəfli işlətməklə onlar vasitəsilə müəyyən müəmmalı sözlər də söyləyir. Həmin gəraylıların misralarında – rədiflərində aşağıdakı sözlər işlədilmişdir: ata, sata, bata, yata; məsələn: "Əlif", "əlifə", "te", "əlifə iki", "əlif" və bir "tey" hərfi ata oxunur, eləcə də başqa misralar.
Ölümü
O, 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin fəal tərəfdarlarından olub. Həmin dövrdə Qarabağ və Zəngəzurda erməni quldurları dinc azərbaycanlı əhaliyə divan tutarkən, digər bölgələrdə olduğu kimi, Şəkidə də Azərbaycan ordusuna kömək məqsədilə könüllü dəstələr yaradılırdı. Həmin dəstələrdən birini aşıq Molla Cümə və onun əmisi oğlanları yaratmışdı. 1920-ci ilin mayında, Azərbaycanın sovetləşməsindən sonra bolşeviklərin həyata keçirdiyi repressiyada onun bütün qohumları həbs olunub. Bu haqsızlıq ona pis təsir etmişdi və onu sarsıdmışdı.
Molla Cümənin ölümü haqqında olan şifahi məlumatları üç qrupa ayırmaq olar. Birinci varianta görə, XI Qızıl Ordunun Azərbaycana gəlişi zamanı mollaları yığıb harasa aparıblar və onları gizlicə öldürmüşlər. İkinci variant odur ki, Molla Cümə atışma zamanı kəndlilərin arasında olub, bir çoxları kimi, ona da güllə dəymişdir. Sonuncu və çoxlarının iddia etdiyi versiya odur ki, aşıq XI Qızıl Ordu gələrkən əsgər paltarına girmiş erməni əsgərləri tərəfindən qılıncla qətlə yetirilib.
Şəkidə Molla Cümənin qızı Reyhan xanımın 1962-ci ildə bağışladığı əlyazmasında aşağıdakı sözlər yazılmışdır:
1920-ci ildə bolşeviklər Nuxaya gəldiyi vaxt Nuxa, Zaqatala arasında hərbi gedişat sürətlənirdi. Şuranın gəldiyi bütün ətrafa, kəndlərə yayılır və bütün camaat, əhali qaçmağa başlayır. Bu xəbəri eşidən Aşağı Layisqi kəndindən dəxi olanlar başlayır. Molla Cüməyə bu xəbər çatınca heç yerə tərpənməyir; "getməyin, bu hökumət ancaq biz kəndlilərindir" deyə hərəkət göstərməyir və öz qonşularını da qaçmağa qoymayır. Bundan bir az qabaq erməni-müsəlman ziddiyyəti olduğu da məlum idi. Odur ki, həmin Aşağı Layisqi kəndinə gəlmiş Qırmız Ordu arasındakı ermənilər kənddə dayanmış Molla Cüməni, təxminən səkkizə qədər qaçmamış olan qonşularını tutub kənddən üç verst uzaqda öldürürlər ki, Molla Cümə də gözlənilmədən ağır bir ölümə məhkum olmuşdur. |
Qızı Reyhanın yadında qaldığına görə, axşam çağı kəndin bir neçə hörmətli adamı ilə birlikdə Molla Cüməni də evindən aparıblar. Ondan sonra aşıqdan bir xəbər çıxmamışdır. Bir neçə gündən sonra meşədən meyidi tapılmışdır. Molla Cümə öldürülən vaxtı qızının 12 yaşı olub.
Molla Cümənin uşaqlıq dostu İdris Mustafayevin sözlərinə görə, Molla Cümənin cəsədini 1920-ci il mayın axırlarında yolun kənarında olan kolluqdan tapıblar. Mustafayev qeyd edir ki, Molla Cümənin cəsədində bur neçə yerdən qılınc yarası vurulmuşdu, sifəti tanınmaz olmuşdu, aşığı yalnız paltarından tanımışdılar. Aşığın ölümündə Şəkinin kəndindən olan ermənilərin rolu var.
Şəxsi həyatı
19 yaşında bir qıza aşiq olmuşdur. Aşıq sevgilisinin adını gizlətmiş, onu "İsmi Pünhan" adlandıraraq ömrünün sonuna qədər şeirlərində vəsf etmişdir. Bəzi tədqiqatçıların fikrincə, Molla Cümə dindar bir yerdən olan qıza aşiq olmuş, ancaq qızın adını çəkməyi ona qadağan etmişlər. Bəzi yerli sakinlərin fikrincə, İsmi Pünhan Molla Cüməyə buta verilib, sonra aşıq onu aşkara çıxarmamışdır. Butası isə Qax rayonunun kəndindən olan şeyx Nəsrullahın qızı idi. Şeyxin ocağı ziyarət yeri idi. Ona görə Molla Cümə butasının adını söyləməyib.
Bəzi mütəxəssislər İsmi Pünhanın Molla Cümənin özü olduğunu fərz edir. İsmi Pünhan dünyadan köçəndə Molla Cümə ona şeir də həsr eləmişdir. Qoşmadan aydın olur ki, aşığın butası çox erkən dünyadan köçmüşdür.
Şeirlərin birində qeyd olunur ki, bir gün aşıq İsmi Pünhanın doqqazına gedir, qasid göndərib onu çağırır, onun üçcə kəlmə xoş göftarına ehtiyac duyduğunu izhar edir, burada o, İsmi Pünhanı "həkimi-loğman" adlandırır:
Xubluqda əladır, kamalı cəmdir,
O olan məclis də söhbətdir, dəmdir.
Danışmağı hicran, gülmağı qəmdir,
Həsrətindən canım zara gəlibdir.
Molla Cümə
Başqa bir şeirdə təsvir olunur ki, bir dəfə Molla Cümə xəstələnir, İsmi Pünhan onu yoluxmağa gəlir:
Şükür sənin birliyinə yaradan,
İsmi Pünhan məni görmağa gəlmiş.
... Bir heyva cibində, dörd də almaynan,
Cümənin halını sormağa gəlmiş.
Molla Cümə
Aşıqın bəzi şeirlərində qeyd olunur ki, İsmi Pünhan aşıqdan uzaqlaşır, yadlaşır və hətta İsmi Pünhan bir sevgili, aşiq olmaqdan çıxır, ümumiləşir və beləliklə də, aşığın həyatda çatmaq istədiyi, ömrü boyu can atdığı, ancaq yetə bilmədiyi həyat idealına çevrilir.
Molla Cümənin bir neçə övladı olsa da, Həsən adlı oğlu və Reyhan adlı qızı daha uzun yaşayıb. Həsən 1919-cu ildə vəba xəstəliyindən vəfat edib.
İrsi
Aşığın anadan olmasının 150 illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda yubiley sessiyası keçirilmiş, Molla Cümənin yaradıcılığı müxtəlif qütblərdən öyrənilmişdir.
Biblioqrafiya
Haqqında yazılan kitablar
- Molla Cümə. Şeirlər. "Azərnəşr", 1966,
- Molla Cümə. Seçilmiş əsərləri. (Toplayıb tərtib edənlər: Əfəndiyev P., İdrisov Ş.). Bakı, Yazıçı, 1983.
- Molla Cümə (rus dilində). "Yazıçı", 1984.
- Molla Cümə. Əsərləri. "Maarif", 1995,
- Molla Cümə. Əsərləri. 3 cilddə. I cild (Toplayıb tərtib edən: Yarəhmədov M.). Bakı, Örnək, 2000.
- Molla Cümə. Əsərləri (Toplayıb tərtib edən: Əfəndiyev P.). Bakı, Sabah, 2006.
- Molla Cümə. Əsərləri. "Şərq-Qərb" nəşriyyatı, 2006
- Molla Cümə (həyatı və yaradıcılığı) (Toplayıb tərtib edən: Əfəndiyev P.). Bakı, "Ləman nəşriyyat poliqrafiya", 2017
İstinadlar
- Azərbaycan Aşıqlar Birliyi. (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
- "İsmi Pünhan aşığı". anl.az. anl.az. 2022-03-31 tarixində . İstifadə tarixi: 29 yanvar 2019.
- "Molla Cümə ömrü". www.anl.az. www.anl.az. 2022-03-31 tarixində . İstifadə tarixi: 29 yanvar 2019.
- Əfəndiyev, Paşa. Molla Cümə (həyatı və yaradıcılığı). Bakı: Ləman nəşriyyat poliqrafiya”. 2017. 364. (#accessdate_missing_url)
- "MOLLA CÜMƏ İRSİ". www.anl.az. www.anl.az. 2022-09-15 tarixində . İstifadə tarixi: 29 yanvar 2019.
Xarici keçidlər
- Molla Cümə
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Molla Cume tam adi Suleyman Salah oglu Orucov d 1854 Asagi Layisqi Nuxa qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasi o may 1920 Asagi Layisqi Nuxa qezasi Azerbaycan SSR Azerbaycan asigi ve sairi Molla CumeSuleyman Salah oglu OrucovUmumi melumatlarDogum tarixi 1854Dogum yeri Asagi Layisqi Nuxa qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi may 1920Vefat yeri Asagi Layisqi Nuxa qezasi Azerbaycan SSRVetendasligi Rusiya imperiyasi Azerbaycan Xalq CumhuriyyetiMusiqici melumatlariFealiyyeti Asiq sair ekinciFealiyyet illeri 18 1920Janr asiqMusiqi aleti Saz Vikianbarda elaqeli mediafayllar Molla Cumenin heyati haqqinda en sehih menbe seir ve dastanlaridir Molla Cumenin anadan olma tarixi indiye qeder texmini qeyd edilmisdir O 1854 cu ilde Nuxa qezasinin Asagi Layisqi kendinde anadan olmusdur Molla texellusunu ona savadli oldugu ucun verilmisdir Molla Cumenin esas pesesi ekincilik olmusdur Qax Zaqatala Balaken varlilarinin zemisinde bicin bicmis ve bundan aldigi zehmet haqqi ile ailesini dolandirmisdir Molla Cume ilk tehsilini Asagi Goynuk kendinde Ibrahim Efendizadenin medresesinde almisdir Az muddet icerisinde ereb ve fars dillerini mukemmel oyrenmisdir Ancaq o medreseden tez uzaqlasmisdir gozel tebe sairlik istedadina malik genci seir soz daha cox celb etmisdir O 1918 1920 ci illerde movcud olmus Azerbaycan Xalq Cumhuriyyetinin feal terefdarlarindan olub Hemin dovrde Qarabag ve Zengezurda ermeni quldurlari dinc azerbaycanli ehaliye divan tutarken diger bolgelerde oldugu kimi Sekide de Azerbaycan ordusuna komek meqsedile konullu desteler yaradilirdi Hemin destelerden birini asiq Molla Cume ve onun emisi oglanlari yaratmisdi 1920 ci ilin mayinda Azerbaycanin sovetlesmesinden sonra bolseviklerin heyata kecirdiyi repressiyada onun butun qohumlari hebs olunub Bu haqsizliq ona pis tesir etmisdi ve onu sarsidmisdi Molla Cumenin olumu haqqinda olan sifahi melumatlari uc qrupa ayirmaq olar Birinci varianta gore XI Qizil Ordunun Azerbaycana gelisi zamani mollalari yigib harasa apariblar ve onlari gizlice oldurmusler Ikinci variant odur ki Molla Cume atisma zamani kendlilerin arasinda olub bir coxlari kimi ona da gulle deymisdir Sonuncu ve coxlarinin iddia etdiyi versiya odur ki asiq XI Qizil Ordu gelerken esger paltarina girmis ermeni esgerleri terefinden qilincla qetle yetirilib HeyatiErken illeri Molla Cumenin heyati haqqinda en sehih menbe seir ve dastanlaridir Molla Cumenin anadan olma tarixi indiye qeder texmini qeyd edilmisdir O 1854 cu ilde Nuxa qezasinin Asagi Layisqi kendinde anadan olmusdur Molla texellusunu ona savadli oldugu ucun verilmisdir Cumenin atasi Saleh kisi ekincilikle mesgul olmusdur O yegane oglu Cumeni de kicik yaslarindan teserrufat islerine alisdirmisdir Molla Cumenin esas pesesi ekincilik olmusdur Qax Zaqatala Balaken varlilarinin zemisinde bicin bicmis ve bundan aldigi zehmet haqqi ile ailesini dolandirmisdir Qizi Reyhanin sozlerine gore olumune qeder atasinin elinden oraq ve dusmemisdir Molla Cume ilk tehsilini Asagi Goynuk kendinde Ibrahim Efendizadenin medresesinde almisdir Az muddet icerisinde ereb ve fars dillerini mukemmel oyrenmisdir Ancaq o medreseden tez uzaqlasmisdir gozel tebe sairlik istedadina malik genci seir soz daha cox celb etmisdir O on bes on alti yaslarindan saz calmaga baslamisdir Molla Cume oz sexsi mutaliesi ile klassik Azerbaycan edebiyyatini onun xususile Molla Penah Vaqif Molla Veli Vidadi Qasim bey Zakir Ebulqasim Nebati kimi senetkarlarini Azerbaycan asiq senetini ve xalq edebiyyatini derinden oyrenmisdir Molla Cumenin Seki elyazmasinin evvelinde qeydde yazilir ki butun omru boyu ekincilikle mesgul olan Molla Cume qis aylarinda Seki Qax Zaqatala Balaken rayonlarini Dagistanin kendlerini dolasir meclisler aparir oz sevincini elin sevinc ve kederine qatirdi Akademik Hemid Araslinin redaktesi ve muqeddimesile cap olunan Asiqlar kitabinda qeyd olunur ki Molla Cume XIX esrin sonlari ve XX esrin evvellerinde Qax rayonunda yasamisdir Yaradiciliq fealiyyeti Molla Cumenin seirleri hem sifahi sekilde ve hem de elyazmalari seklinde yayilmisdir Molla Cume enenevi olaraq butun seirlerini tek bendlerle yazmisdir Asiq seir sekillerini Divani ile baslayir Onun butun elyazmalarinda qosma adi cekilmir asiq qosmaya qafiye deyir Dubeyti hecabeyt kimi sekiller gerayli ustundedir Molla Cumenin seirleri iki yolla yayilib Elyazmalar ve sifahi yolla Elyazmalarin bir hissesi professional katibler terefinden kocurulub ve yayilib Bir de heveskarlar elyazma sahiblerinden alib ozleri ucun kocurulub saxlanmisdir Molla Cumenin Sekiden tapilan elyazmasinda asigin qosdugu seir sekillerinin adlari sadalanir Ey hezerat menim bu defterimin icinde yazilibdir Evvel divani ve ikinci qafiye ucuncu dubeyti dorduncu hecabeyt besinci kukeri ve erebi altinci tecnis yeddinci texmis sekkizinci sikeste doqquzuncu bayati onuncu qaraheca on birinci dodaqdeymez on ikinci muxemmes O hemise haqsizligi varli guclu yoxsul zeif meselelerini demokratik cebheden xalq cebhesinden tehqir etmeye calismisdir ve kendli herekati bascilarina da regbet besleyirdi Molla Cumenin edebi irsi icerisinde hecvler muhum yer tutur Asiq hecvlerinin coxusunda varlilari din xadimini alverci ve ya mulkedari keskin tenqid atesine tutmusdur Asiq zemanenin en varli adamlarindan olan Qipcaqli Haci Kerim Sekili Cavad aga Axsaq Lacin Almali Isa dellek Seid ve basqalarinin ozbasinaligi yoxsullara heqareti zulmu ikiuzluluyu yalan ve xesisliyi hecvlerde birbasa uzlerine deyilmisdir O yasadigi dovrden sikayetlenir bezen varlilari qoluzorlulari edalete yaxsiliga sexavete alicenabliga cagirir yoxsullari mudafie edirdi Xususile son dovr seirlerinde edaletli serbest xosbext bir zamanin geleceyine boyuk umidler besleyirdi Molla Cumenin edebi irsi icerisinde Qedim Serq Azerbaycan efsane ve esatirleri xususile Islam dunyasi ile elaqedar coxlu seirler vardir O hec bir seirinde Islami teblig etmir insanlari dine cagirmir ancaq Islamin boyukluyunu muqeddesliyini ve toxunulmazligini urekden gelen sozlerle bedii sekilde ifade edir Molla Cume yaradiciliginda firildaqci din numayendelerine keskin nifret vardir Asigin Molla Efendi Hacilar Olacaq ve sair redifli coxlu seirleri bu cehetden xususile diqqeti celb edir Asiq seirlerle yolunu azan din numayendelerinin butun firildaqlarini uzune deyir min cur yollarla xalqi aldadib malini elinden aldiqlarini aciqca gosterir Menim keftarima yaxsi demezsen Ne kecir konlunden kime evezsen Yediyin haramdir halal yemezsen Gel cekme xalcani qiraga molla Molla Cume Molla Cumenin seirleri Hophopname nin sehifelerinde Molla Cumenin yaradiciliginda esas yeri mehebbet lirikasi tutur Asigin muxemmes gerayli divani tecnis ve deyismelerindeki yuksek senetkarliq ulvi mehebbet hissleri nehayetsiz heyat esqi canli ve tebii lirik duygular exlaqi estetik duyumlar kutlelerin zehnine tefekkurune dunyagorusune guclu tesir gosterir onlari daim dusundurur Asiq seirlerinde insan gozelliyini boyuk semimiyyetle vesf edir O ince zovqe malik insanin daxili ruhi hisslerini gozel tesirli ifadelerle inikas etdirirdi Molla Cume terif etdiyi gozellerin adini berk ayaqda ebcet hesabi ile herflerle demis yaxud da gozelin adinda olan herfleri seirin veznine uygunlasdirib soylemisdir Coxlu seirlerinde dord herfin hesreti ile alisib yandigini beyan edir Ancaq bu dord herf de muxtelif seirlerde muxtelif herflerdir Molla Cumenin en cox teriflediyi gozellerden biri gozel ureyi aciq ve qonaqperver Nigar adli xanim haqqindadir Cobankola gelende Molla Cume bu ailenin qonagi olarmis Molla Cume bir nece mahnisinda Nigari xatirlamis ve nehayet ona uc seir hesr elemisdir Seirlerin birincisi bes bendden ibaret muxemmesdir Burada Nigar elin en ulu muqeddes ad sanini ozunde yasadan benzersiz bir gozel kimi teriflenir Her defe Zaqatalaya yolu dusende Molla Cume bu aileye bas cekerdi Yene bir gun Nigari onun anasi Aysaxatini yoluxmaq ucun onlara gelir Bu zaman Aysaxatin pencereden gorur ki Molla Cume heyet qapisini acib iceri girir Ozunu saxlaya bilmir dizlerine doye doye basinin tukunu yola yola asigin qabagina yuyurur Molla Cume o saat isin ne yerde oldugunu bilir Aysaxatina urek direk verir ele bu anda ikinci bir seir Molla Cumenin basinda dolanir Tek dusmusdun Cobankola ay Nigar deyen asiq vaxtsiz dunyadan kocmus bu el qizina agi oxuyur Ere getdin yaman derde tus oldun Boylanmadan saga sola ay Nigar Gelin oldun hergiz yetmedin basa Dag duyunum qoydun dosta sirdasa Anan Aysaxatin donub bayqusa Aglar deyer aman bala ay Nigar Molla Cume Molla Cume heyatla vaxtsiz vidalasan bu el gozelinin faciesini uzun iller unuda bilmemisdir Molla Cumenin ictimai movzuda da seirleri coxdur Bunlardan bezileri bilavasite asigin mesguliyyeti emek ve zehmeti ile elaqedardir Buna misal olaraq Ay arvad ve Serceler redifli seirlerini qeyd etmek olar Asiq arvadina muracietle o dovrun bir sira meselelerini bele qeleme almisdir Agyazlida taxilimiz zay oldu Bu ilki il kesekenler bay oldu Inanmiram celtikden de pay oldu Qazi kimi it ortaqdi ay arvad Mesdilerin ustumuzde borcu var Saldat pulu bir de mirab xerci var Iki qevle otuz manat toycu var Az demirem hele coxdu ay arvad Ay Arvad Molla Cume Molla Cumenin iki dastani melumdur Seyyad ve Seyali ve Molla Cume ve Asiq Konlu Molla Cume ve Asiq Konlu qosmalar ve Konlunun deyismelerinden Hemin dastani her iki sexsin dilinden Molla Cume ozu soylemisdir ibaretdir Dastandaki baglamalarin bir hissesi Abbas ve Gulgez Valeh ve Zernigar ve basqa Azerbaycan dastanlarinda olan dini movzulara aid deyismeleri xatirladir Seirlerini muxtelif zamanlarda yaziya kocuren Molla Cumenin edebi irsi yalniz Sovet hakimiyyeti illerinde toplanib cap edilib ve oxuculara catdirilmisdir 92 sehifeden ibaret olan Qax elyazmasinda asigin 200 e qeder seiri toplanmisdir Iri hecmli muhasibat defterinden ibaret hemin elyazmada seirler sekiller uzre duzulmus ve nomrelenmisdir Elyazma muxemmesle baslayir Sonra ise tecnisler gelir Defterde tecnisin bir cox numuneleri verilib Tecnislerden biri bele adlanir Tecnis dodaqdeymez ozu de yedekleme elif evvelaxir Seirin qurtaracaginda bu sozler yazilmisdir Aferin o adama ki bu tecnisi oxuyub menasin bile bilmeyen qanmaza heyfdir heyf Molla Cumenin elyazmalari icerisinde bayatilar da vardir Vereqlerin kenarinda ag yerlerde hemise hasiyelerde yazilan bayatilara burada xususi sehife ayrilmisdir Onlar asagidaki seir parcasi ile baslayir Xuda catmaz dada Molla Cume Yetmezsen murada Molla Cume Sirrini verme yada Molla Cume Cefan geder bada Molla Cume Molla Cume 1917 ci ilde Oktyabr inqilabi ve onun sedalarinin Azerbaycana gelib catmasi asigin yeni azad edaletli bir heyata olan inamini xeyli artirdi O sevincini mahnilarla car elemeye basladi Ay cammaat gelin size soyleyim Azadliqdan xos bir seda esitdim Beylerin torpagi gedir elinden Azadliqdan xos bir seda esitdim Molla Cume Molla Cume bir sira seirlerinde ereb elifbasinin herflerinden istifade edir Bu herfleri ele isledir ki seirlerin qafiye rediflerine uygun olsun hem de herterefli isletmekle onlar vasitesile mueyyen muemmali sozler de soyleyir Hemin geraylilarin misralarinda rediflerinde asagidaki sozler isledilmisdir ata sata bata yata meselen Elif elife te elife iki elif ve bir tey herfi ata oxunur elece de basqa misralar Olumu O 1918 1920 ci illerde movcud olmus Azerbaycan Xalq Cumhuriyyetinin feal terefdarlarindan olub Hemin dovrde Qarabag ve Zengezurda ermeni quldurlari dinc azerbaycanli ehaliye divan tutarken diger bolgelerde oldugu kimi Sekide de Azerbaycan ordusuna komek meqsedile konullu desteler yaradilirdi Hemin destelerden birini asiq Molla Cume ve onun emisi oglanlari yaratmisdi 1920 ci ilin mayinda Azerbaycanin sovetlesmesinden sonra bolseviklerin heyata kecirdiyi repressiyada onun butun qohumlari hebs olunub Bu haqsizliq ona pis tesir etmisdi ve onu sarsidmisdi Molla Cumenin olumu haqqinda olan sifahi melumatlari uc qrupa ayirmaq olar Birinci varianta gore XI Qizil Ordunun Azerbaycana gelisi zamani mollalari yigib harasa apariblar ve onlari gizlice oldurmusler Ikinci variant odur ki Molla Cume atisma zamani kendlilerin arasinda olub bir coxlari kimi ona da gulle deymisdir Sonuncu ve coxlarinin iddia etdiyi versiya odur ki asiq XI Qizil Ordu gelerken esger paltarina girmis ermeni esgerleri terefinden qilincla qetle yetirilib Sekide Molla Cumenin qizi Reyhan xanimin 1962 ci ilde bagisladigi elyazmasinda asagidaki sozler yazilmisdir 1920 ci ilde bolsevikler Nuxaya geldiyi vaxt Nuxa Zaqatala arasinda herbi gedisat suretlenirdi Suranin geldiyi butun etrafa kendlere yayilir ve butun camaat ehali qacmaga baslayir Bu xeberi esiden Asagi Layisqi kendinden dexi olanlar baslayir Molla Cumeye bu xeber catinca hec yere terpenmeyir getmeyin bu hokumet ancaq biz kendlilerindir deye hereket gostermeyir ve oz qonsularini da qacmaga qoymayir Bundan bir az qabaq ermeni muselman ziddiyyeti oldugu da melum idi Odur ki hemin Asagi Layisqi kendine gelmis Qirmiz Ordu arasindaki ermeniler kendde dayanmis Molla Cumeni texminen sekkize qeder qacmamis olan qonsularini tutub kendden uc verst uzaqda oldururler ki Molla Cume de gozlenilmeden agir bir olume mehkum olmusdur Qizi Reyhanin yadinda qaldigina gore axsam cagi kendin bir nece hormetli adami ile birlikde Molla Cumeni de evinden apariblar Ondan sonra asiqdan bir xeber cixmamisdir Bir nece gunden sonra meseden meyidi tapilmisdir Molla Cume oldurulen vaxti qizinin 12 yasi olub Molla Cumenin usaqliq dostu Idris Mustafayevin sozlerine gore Molla Cumenin cesedini 1920 ci il mayin axirlarinda yolun kenarinda olan kolluqdan tapiblar Mustafayev qeyd edir ki Molla Cumenin cesedinde bur nece yerden qilinc yarasi vurulmusdu sifeti taninmaz olmusdu asigi yalniz paltarindan tanimisdilar Asigin olumunde Sekinin kendinden olan ermenilerin rolu var Sexsi heyati Molla Cumenin qizi Reyhan 19 yasinda bir qiza asiq olmusdur Asiq sevgilisinin adini gizletmis onu Ismi Punhan adlandiraraq omrunun sonuna qeder seirlerinde vesf etmisdir Bezi tedqiqatcilarin fikrince Molla Cume dindar bir yerden olan qiza asiq olmus ancaq qizin adini cekmeyi ona qadagan etmisler Bezi yerli sakinlerin fikrince Ismi Punhan Molla Cumeye buta verilib sonra asiq onu askara cixarmamisdir Butasi ise Qax rayonunun kendinden olan seyx Nesrullahin qizi idi Seyxin ocagi ziyaret yeri idi Ona gore Molla Cume butasinin adini soylemeyib Bezi mutexessisler Ismi Punhanin Molla Cumenin ozu oldugunu ferz edir Ismi Punhan dunyadan kocende Molla Cume ona seir de hesr elemisdir Qosmadan aydin olur ki asigin butasi cox erken dunyadan kocmusdur Seirlerin birinde qeyd olunur ki bir gun asiq Ismi Punhanin doqqazina gedir qasid gonderib onu cagirir onun ucce kelme xos goftarina ehtiyac duydugunu izhar edir burada o Ismi Punhani hekimi logman adlandirir Xubluqda eladir kamali cemdir O olan meclis de sohbetdir demdir Danismagi hicran gulmagi qemdir Hesretinden canim zara gelibdir Molla Cume Basqa bir seirde tesvir olunur ki bir defe Molla Cume xestelenir Ismi Punhan onu yoluxmaga gelir Sukur senin birliyine yaradan Ismi Punhan meni gormaga gelmis Bir heyva cibinde dord de almaynan Cumenin halini sormaga gelmis Molla Cume Asiqin bezi seirlerinde qeyd olunur ki Ismi Punhan asiqdan uzaqlasir yadlasir ve hetta Ismi Punhan bir sevgili asiq olmaqdan cixir umumilesir ve belelikle de asigin heyatda catmaq istediyi omru boyu can atdigi ancaq yete bilmediyi heyat idealina cevrilir Molla Cumenin bir nece ovladi olsa da Hesen adli oglu ve Reyhan adli qizi daha uzun yasayib Hesen 1919 cu ilde veba xesteliyinden vefat edib IrsiAsigin anadan olmasinin 150 illiyi munasibetile Azerbaycan Milli Elmler Akademiyasinin Folklor Institutunda yubiley sessiyasi kecirilmis Molla Cumenin yaradiciligi muxtelif qutblerden oyrenilmisdir BiblioqrafiyaHaqqinda yazilan kitablar Molla Cume Seirler Azernesr 1966 Molla Cume Secilmis eserleri Toplayib tertib edenler Efendiyev P Idrisov S Baki Yazici 1983 Molla Cume rus dilinde Yazici 1984 Molla Cume Eserleri Maarif 1995 Molla Cume Eserleri 3 cildde I cild Toplayib tertib eden Yarehmedov M Baki Ornek 2000 Molla Cume Eserleri Toplayib tertib eden Efendiyev P Baki Sabah 2006 Molla Cume Eserleri Serq Qerb nesriyyati 2006 Molla Cume heyati ve yaradiciligi Toplayib tertib eden Efendiyev P Baki Leman nesriyyat poliqrafiya 2017IstinadlarAzerbaycan Asiqlar Birliyi PDF az Zerdabi Nesr MMC nesriyyati 2020 Archived from the original on 2023 06 16 Istifade tarixi 17 iyun 2023 Ismi Punhan asigi anl az anl az 2022 03 31 tarixinde Istifade tarixi 29 yanvar 2019 Molla Cume omru www anl az www anl az 2022 03 31 tarixinde Istifade tarixi 29 yanvar 2019 Efendiyev Pasa Molla Cume heyati ve yaradiciligi Baki Leman nesriyyat poliqrafiya 2017 364 accessdate missing url MOLLA CUME IRSI www anl az www anl az 2022 09 15 tarixinde Istifade tarixi 29 yanvar 2019 Xarici kecidlerDiger layihelerdeVikimenbede elaqeli metnlerVikianbarda elaqeli media fayllar Molla Cume