Yaponiyada tualetlərin tarixi qədər uzanır. Antik Yaponiyada sadə quyulardan və ya çayların keçdiyi yerlərdə tikilən "kavaya" adlı strukturlardan tualet kimi istifadə edilirdi. VII–VIII əsrlərdə isə sarayda və dini tikililərdə su axınından istifadə edən daha müasir tualetlər peyda olmuşdu. Orta əsrlərdən başlayaraq insan ifrazatı Yaponiyanın kənd təsərrüfatı həyatında əhəmiyyətli yer tutmağa başlamış və əsas gəlir mənbələrindən birinə çevrilmişdir.
Meyci islahatından və qərbləşmə siyasətindən sonra ölkədə ilk ictimai tualetlər tikilmişdir. isə Qərb üslubunda olan tualetlər yayılmağa başlamışdır. İkinci dünya müharibəsinin ardından Qərb üslubundakı tualetlər ən geniş yayılmış tualetlər olmuşdur. 1980-ci illərdən başlayaraq isə kontrol panelinə malik, müxtəlif funksiyalı yüksək texnologiyalı tualetlər ortaya çıxmışdır.
Hazırda Yaponiyada tualetlərin iki növü yayılıb: Qərb üslubunda və yapon üslubunda tualetlər. İctimai tualetlərdə iki üsluba da rast gəlmək mümkün olsa da, bəzən köhnə tikililərdə təkcə yapon üslubunda tualetlərə, müasir tikililərdə isə təkcə Qərb üslubunda olan tualetlər olur. Müasir evlərdə və hotellərdə tualetlər Qərb üslubundadır. Həm Qərb, həm yapon üslubundakı tualetlərin iki su axını rejimi var: böyük və kiçik. Tualetlər üçün otohime və ayaqqabı kimi aksessuarlardan istifadə olunur. Yaponiyada ən böyük və məşhur tualet istehsalçısıdır. Tokionun Kitakyuşu bölgəsində Yaponiyada tualetin tarixinə həsr olunmuş Toto Muzeyi fəaliyyət göstərir.
Tarix
Antik dövr
"Manyoşu" şeir kolleksiyası, VIII əsr.
1990-cı illərdə Yaponiyada antik tualetləri aşkarlamaq üçün aparılmış ilk analizlər ilk belə tualetlərin (e.ə. 300-b.e. 250) ortaya çıxdığını göstərir. Böyük yaşayış məntəqələrini çevrələyən çuxurlardakı çöküntülərdə tapılmış göstərir ki, antik Yaponiyada insanlar ifrazatlarını evdən uzaq tutmaq üçün çuxurlardan istifadə edirdilər. Çayların keçdiyi yaşayış məntəqələrində isə çayın üzərində tikilən, kavaya adlı tualetlər tikilirdi. Kavayalar ifrazatı su axını ilə uzaqlaşdırırdı. İlk dəfə "Kociki" yazılarında təsvir olunan bu tualetlər Yaponiyada primitiv unitazlara ilk misaldır.
Yaşayış məntəqələri inkişaf etdikcə tualetlər də inkişaf edirdi. 694–710-cu illərdə Yaponiyanın ilk paytaxtına ev sahibliyi edən iki tip tualet var idi: quyu tipli və unitaz tipli tualetlər. Quyu tipli tualetlər yerə qazılmış sadə dəliklərdən ibarət olurdu, dolanda üstü bağlanılır və yenisi qazılırdı. Bəzən quyu tualetlərin içində kusobera adlı taxta çubuqlar da olurdu ki, ifrazatdan sonra nəcisi təmizləmək mümkün olsun.
Unitaz tipli tualetlər isə qəsri çevrələyən divarların xaricindəki su axınından istifadə edən tualetlər idi. Saraya bir qədər su yönəltmək üçün xəndək qazılırdı və xəndəkin üstündə kiçik daxma tikilirdi. Tualet istifadəçisi xəndək üzərində çömələrək oturmalı idi və su ifrazatı yaşayış yerindən uzaqlaşdırırdı. IX əsrin ortalarına aid bir qanuna əsasən məhbuslar yağışlı gündə çirkab sularının yığıldığı arxı təmizləyərək zibillə dolmasına mane olmalı idilər. Bu zibillər su axınına mane olaraq tualetlərin işləməsinə mane ola və ifrazatın toplanmasına səbəb ola bilərdi. Lakin konstruksiya səhvi daimi pis qoxunun yaranmasına şərait yaradırdı. Fucivara qəsri Tan sülaləsinin əsasında tikilmişdi və qəsrin tikintisi zamanı in-yan və beş element doktrini tətbiq edilmişdi. Saray paytaxtın şimalında yerləşirdi, aşağı təbəqə isə cənub bölgəsində qərarlaşmışdı. paytaxta cənubdan daxil olub şimala axdığından aşağı təbəqənin buraxdığı bütün ifrazat imperatorun sarayından keçirdi və orda üfunətə səbəb olurdu. ""də qeyd olunur: "paytaxt həm içəridən, həm çöldən üfunət qoxurdu". Bundan sonrakı paytaxt şəhərlərin konstruksiyasına su axını daxil edilərək eyni səhvi təkrarlamaqdan qaçınılmağa çalışmışdılar.
Növbəti dövrlərdə Yaponiya tualetlər inkişaf etməyə davam etmişdir. Daha sofistik misallara və rast gəlmək mümkündür.Yaponiyada buddizm mərkəzlərindən biri olan Koya dağındakı tualetlərdə də su axınından istifadə olunmuşdur. İlk öncə su çaydan bambuk borularla məbədin mətbəxinə yönləndirilərək yemək üçün təmiz suyu təchiz edirdi. Daha sonra su tualetdən keçərək bütün çirkab sularını çaya qaytarırdı. Akita qəsrində tapılmış tualetlər isə həmin dövrdə Yaponiyada ən inkişaf etmiş tualetlər hesab olunur. Tualet evdən uzaqda — yamacda yerləşirdi. Bir daxmada üç ayrı otaq olurdu və hər otaqda bir dəlik vardı. Bu dəliklər taxta borularla yamacın aşağısında yerləşən çöküntü çəni ilə əlaqələnmişdi. Axar su olmadığından insanlar özləri ifrazatı axıtmalı idilər.
Heyan dövrü
Heyan dövründə aristokratik zümrənin tualet verdişləri dəyişmişdir. Normal tualetlərdən istifadəni dayandıraraq 700-cü ildə Çindən gələn yeni dəb olan güvəclardan istifadə etməyə başlamışdılar. İşlərini bitirəndən sonra xidmətçi güvəcu boşaltmalı idi. Lakin aşağı təbəqə ifrazatını küçədə boşaltmağa davam edirdi.
XII əsrə aid "Qaki-şoşi" adlı buddist əlyazmasında paytaxt sakinlərinin küçədə çömələrək oturması və qaki adlı ac ruhlarla əhatə olunması təsvir olunub. Qakilər pis xüsusiyyətlərinə görə daima acdırlar və nəcis kimi iyrənc şeylərlə qidalanırlar. Əlyazmada qakilərin insanların ifrazatını başa çatdırmalarını gözləmələri təsvir olunub. XIII əsrin əvvəllərinə aid "" adlı yapon hekayələri kolleksiyasında isə paytaxtda yerləşən "ifrazat dərəsi"ndən bəhs olunur.
Heyan dövründə müşahidə olunan oyuq, nəm yaylar əkinlərin məhv olmasına səbəb olduğundan həmin dövrdə bir çox kütləvi aclıqlar baş vermişdir, lakin primitiv tədbirlər bunun qarşısını ala biləmişdir. Hökumət rəsmiləri bunun günahını fermerlərdə görmüş və onlara torpaqlarını münbitləşdirməyi əmr etmişdilər. İnkişaf etdirilmiş irriqasiya, ikiqat məhsul və kotandan istifadə Kamakura dövründə məhsuldarlığı artırsa da, gübrə kimi istifadə olunan heyvan peynində çatışmazlıq yaşanmağa başlanmışdır. Bu dövrdə ilk dəfə insan ifrazatından kənd təsərrüfatında istifadə olunmuşdur.
Heyan dövründən etibarən kusobera quyu tipli tualetlərdən yoxa çıxmışdır, çünki nəcisin gübrə kimi daşınmasına mane olurdu. Bundan əlavə, insanlar nəcisi gübrə kimi toplamaq üçün tualetin yanına vedrələr qoymağa başlamışdılar. XII əsrdən etibarən quyu tipli tualetlərin ölçüsü böyümüşdür. Bunun da səbəbi nəcisin gübrə kimi istifadə olunmasında idi.
Edo dövrü
Tokuqava şoqunluğu tərəfindən 1649-cu ildə yayımlanmış qanuna görə fermerlər əsas evin yanındakı tualeti damla tikməli idilər ki, yağış yağanda ifrazat heyif olmasın. Bu onu göstərir ki, artıq XVII əsrdə insan ifrazatının gübrə kimi istifadəsi Yaponiyanın kənd təsərrüfatı həyatında əhəmiyyətli yer tuturdu. Edo dövrü boyunca gübrə üçün təlabat o qədər artmışdı ki, fermerlər şəhərlərə gedərək məhsulları qarşılığında insanlardan ifrazat alırdılar. Edo dövrünün ortalarında ifrazat toplayan və pul qarşılığında fermerlərə satan peşə sahibləri ortaya çıxmışdı. Nəticədə, ifrazat toplamaq gəlir mənbəyinə çevrilmişdi.
XVII əsrin sonlarına doğru gübrənin qiyməti Osakada o qədər qalxmışdı ki, fermerlər təşkilatlanaraq insan ifrazatını əldə etmək uğrunda monopoliya əldə etməyə çalışmışdılar. Hətta ifrazat toplamaq hüquqları və qiymətlər üstündə davalar baş vermişdir. XVIII əsrin ortalarında insan ifrazatı o qədər bahalı olmuşdu ki, kasıb fermerlər onları oğurlamağa başlamışdılar.
Edo şəhərində isə insan ifrazatından gübrə kimi istifadə o qədər populyar deyildi. Edo idarəçiləri paytaxtın görkəminə daha çox önəm verirdilər, hətta çayın yaxınlığındakı kiçik tualetləri yığışdırmağı əmr etmişdilər. Lakin XVIII əsrin birinci yarısında insan ifrazatına olan təlabat hətta paytaxtda da artmışdır. Fermerlər petisiya imzalayaraq küçələrə vedrələr qoymaq üçün icazə istəsələr də, hökumət bu icazəni verməmişdir.
Çoxmənzilli evlərdəki ümumi tualetlərdəki ifrazatı satan Edo mülkədarları ildə 30–40 pul qazana bilirdi. Bu məbləğ adi dülgərin illik qazancından iki dəfə artıq idi. Osaka şəhərində ümumi tualetlərdən ifrazat satmaq mülkədar həyatının standart parçasına çevrilmişdi. Hətta kimsə mənzildən çıxanda digərləri üçün kirayə qiyməti qalxırdı, çünki mülkədarın sata biləcəyi ifrazat azalırdı. Nəcis ev sahibinə məxsus olsa da, sidik kirayəçinin idi. Hətta bununla bağlı Yaponiyada "mülkədarın uşağı nəcis üzərində böyüyür" ifadəsi ortaya çıxmışdırlar.
Sidik və nəcis ayrı-ayrı toplanılırdı, çünki fərqli əkinlər üçün istifadə olunurdu. Sidiyi daşımaq daha çətin olduğu üçün mülkədarlar üçün dəyəri az idi, lakin fermerlər üçün yaxşı gübrə kimi qalırdı. Hətta Kanazava şəhərində sidik fermerlər üçün əsas gübrəyə çevrilmişdi. Gübrə kimi dəyəri olduğu üçün qadınlar ayaqüstə işəyirdilər, lakin bu praktika çox ibtidai sayılırdı və müasir şəhərə uyğun gəlmirdi. Məsələn, Kioto qadınlarının ifrazat vərdişləri paytaxt kişilərini şoka salırdı. Kəndlərdə bu vərdiş hətta İkinci dünya müharibəsindən sonra da müşahidə olunmağa davam etmişdir.
Gübrə kimi istifadə olunan ifrazatın keyfiyyəti evin pəhrizindən də asılı idi. Daha varlı mülkədarın daha bahalı ifrazatı olurdu, çünki daha keyfiyyətli qidalarla qidalanması gübrənin keyfiyyətini artırırdı.Həbsxanadan toplanmış ifrazat ən keyfiyyətsiz hesab olunurdu. toplanmış ifrazat isə ən keyfiyyətli idi. Hər bir fermer buradan ifrazat toplamaq istəyirdi, lakin bu hüquq diqqətlə seçilmiş və qəsri təmiz saxlaya biləcək fermerlərə verilirdi.
Şoqunun həyat yoldaşının ifrazatı toplanmırdı. Onun tualeti mannen adlanırdı və o qədər dərin quyudan ibarət idi ki, 10 il boyunca dola bilməzdi. Bu tualet sadəcə şoqunun xanımına aid idi və o öləndə üstü bağlanılırdı. Şoqun yenidən evlənəndə yeni quyu qazılırdı. Bu adətin məqsədi xanıma hörmət göstərmək idi. Edo dövründə ali zümrənin qadınlarının tualet vərdişləri adi insanlardan fərqlənirdi. Məsələn, onlar səsi azaldan güvəclardan istifadə edirdilər. Ali zümrədən qadın çöldə tualetdən istifadə etmək istəyəndə xidmətçi güvəcdan tıxacı çəkərək suyun axmasına və ifrazat zamanı çıxarılan səsi maskalamalı idi. Şoqun ailəsindən olan qadınların isə ifrazatdan sonra onları təmizləyən xidmətçiləri vardı. Bu, ancaq yüksək statuslu qadınların imtiyazı olsa da, şoqunun qızı, həyat yoldaşı və ya anası üçün normal hal idi. Xidmətçilər xanımı tualetə qədər müşayiət edərək paltarlarını çıxarmasına kömək etməklə yanaşı, nəcisinə baxaraq sağlamlıq vəziyyətini yoxlayırdılar.
Meyci dövrü
İnsan ifrazatının gübrə kimi dəyərləndirilməsi Yaponiya şəhərlərinin nisbətən daha təmiz olmasına gətirib çıxarırdı və bu hal XVI əsrdə Yaponiyaya gələn avropalıları təəccübləndirirdi. Avropalıların çox yaponların sanitariya standartlarını və insan ifrazatına qarşı praktiki yanaşmasını bəyənmişdir. Həmin dövrün Avropasında insan ifrazatının gübrə kimi istifadəsi populyar deyildi və kanalizasiya sistemi olmadığından şəhərlər çirklə dolu idi. XIX əsrdə Avropada kanalizasiya sistemlərinin yaranmasına və tualetlərin inkişafına baxmayaraq, Yaponiyanın sanitarik vəziyyəti izolyasiya dövrü boyunca dəyişməmiş qalmışdı. Buna görə də Yaponiyanın XIX əsrdə Qərbə açılmasından sonra Yaponiyanı ziyarət edən qərblilər xoş olmayan mənzərə ilə qarşılaşdıqlarını bildirirlər. 1878-ci ildə Yaponiyaya səyahət edən səyahətnaməsində hər yerin pis qoxduğunu, birə və ağcaqanadlarla dolu olduğunu yazırdı.
Xariciləri ən çox Yaponiyada geniş yayılmış ictimai işəmə ənənəsi şoka salırdı.Kansay regionunda sidik toplamaq üçün nəzərdə tutulmuş vedrələr yol boyunca düzülürdü. Yaponiyada ictimai yerdə rahatlamaqla bağlı çox cüzi utanc mövcud idi, lakin xaricilərin gözündə barbar davranış idi. Xaricilərin bu halda mənfi reaksiyaları Yaponiya hökumətinin hərəkətə keçməsinə səbəb olmuşdur.
Meyci islahatından sonra Qərb dünyasında sivil ölkə kimi görünmək istəyən Yaponiya hökuməti əvvəlcə 1868-ci ildə Yokohamada ictimai işəməni qadağan etmiş, 1871-ci ildə ictimai yerdə işəyən üçün 100 monluq cərimə təyin etmişdir. Buna baxmayaraq, ictimai işəmə barədə qadağa qanununun qəbul edildiyi 1872-ci ildə Tokioda 4000-dən çox pozuntu qeydə alınmışdı. 1871-ci ildə Yokohamada Yaponiyanın ilk ictimai tualeti istifadəyə verilmiş və 1872-ci ildə onların sayı 83-ə çatmışdır. Bu tualetlər sadə idi: taxta lövhələrlə əhatə olunmuş, yerə basdırılmış qabdan ibarət idi.
Tədbirlərə baxmayaraq, xaricilərin şikayətləri davam edirdi. Hətta 1872-ci ilin yanvarında Britaniyanın diplomatik missiyası insan ifrazatından gübrə kimi istifadə barədə Yaponiya Xarici İşlər Nazirliyinə etiraz etmişdi. İfrazatın gübrə kimi istifadəsi Yaponiyada mübahisə mövzusu idi. Nəcisin xolera xəstəliyinin yayılmasına səbəb olması barədə tibbi biliklər inkişaf etsə də, yapon intelektualların bəziləri bu fikirlərlə razılaşmayaraq hətta Yaponiyada kanalizasiya sisteminin tikilməsinə dəstək vermirdilər. 1889-cu ildə sanitariya departamentinin sədri və mühəndis U. K. Burton Tokio üçün kanalizasiya sistemi layihəsi təklif etsələr də, hökumət fermerlərə ziyan dəyəcəyini səbəb kimi göstərərək layihəni qəbul etməmişdir. 1900-cü ildə Yaponiyada ilk "Tullantı təmizləmə haqqında qanun" qəbul edilsə də, insan ifrazatı təmizlənməli tullantılar siyahısında göstərilməmiş və mülkədarların imtiyazında qalmağa davam etmişdir.
Tayşo dövrü
Birinci dünya müharibəsinin ardından urbanizasiyanın sürətlənməsi və ucuz kimyəvi gübrələrin ortaya çıxması nəticəsində Yaponiyada ifrazat gübrələrinə olan təlabat aşağı düşsə də, populyarlığını qorumağa davam edirdi. Əhalinin artması şəhərlərdə ifrazat probleminə səbəb olurdu. 1930-cu ildə "Tullantı təmizləmə qanunu"nda dəyişiklik edərək insan ifrazatını idarə etmək səlahiyyəti yerli bələdiyyələrə verilmişdi. Hökumət kanalizasiya sistemi ilə problemi həll etmək istəsə də, bahalı layihə olduğu üçün həyata keçirə bilmirdi. Yerli orqanlar ifrazatı gəmi, yük maşını, dəmiryolu kimi vasitələrlə fermerlərə çatdırmaqla problemi həll etməyə çalışırdı. Toplanılan ifrazat o qədər çox idi ki, fermerlərə göndərilə bilməyən hissə suya atılırdı. Məsələn, 1931-ci ildə Kiotoda toplanılan nəcisin 7%-i suya atılmışdı.İkinci dünya müharibəsi dövründə yanacağa artan təlabat ifrazatın daşınmasını daha da çətinləşdirirdi. 1944-cü ildə ifrazat tullantılarının ancaq 70%-i toplanılırdı, qalan hissəsi isə suya qarışırdı.
1920-ci illərə qədər ancaq yüksək sinifdən olan şəxslər evlərində Qrəb elementlərindən istifadə etsələr də, ortalarından etibarən adi insanlar da evlərində Qərb üslubuna keçid etməyə başlamışdı. Qərb üslublu tikililərin və obyektlərin artması tualetlərdə də qərbləşməsinə gətirib çıxarsa da, Cuniçiro Tanizaki kimi bəzi intellektuallar ənənəvi tualetlərə üstünlük verməyə davam edirdilər.
Tualetlərin qərbləşdirilməsi nəticəsində Yaponiyada Qərb üslubunda olan bir neçə tualet növü ortaya çıxmışdır: Tayşo tualeti və Şova tualeti, Mədəniyyət tualeti, Ev Nazirliyinin stilindəki tualet, Sağlamlıq və Rifah Nazirliyinin stilindəki tualet. Ev Nazirliyinin stilindəki tualet 1927-ci ildə yaradılmışdı və ifrazata təhlükəsiz yanaşmanı təklif edirdi. Bu tualet növü iki açılışdan ibarət idi: biri ifrazat üçün, biri gübrə toplamaq üçün. Çən 3–5 sferaya bölünürdü və sferanın hər biri dolanda digəri onu əvəz edirdi. Üç aydan sonra ifrazatın gübrə kimi toplanması mümkün olurdu, çünki bu müddət bakteriya və yumurtalarının ölməsi üçün kifayət edən vaxt idi və sağlamlıq üçün risk yaratmırdı. 1937-ci ildə tualetlər üzərindəki yurisdiksiya Sağlamlıq və Rifah Nazirliyinə verildikdən sonra tualetdə bəzi dəyişikliklər edilərək "Sağlamlıq və Rifah Nazirliyinin stilindəki tualet" yaradılmışdı.
Buna baxmayaraq, bir çox insan hələ də müasir tualetlərdən istifadə etməyi bacarmırdılar. İnsanları bu cür tualet innovasiyaları ilə tanış etmək üçün bir çox "həyat tərzi inkişafı" sərgiləri təşkil olunurdu. İlk belə sərgi 1919-cu ildə baş tutmuşdur.
Sadəcə tualetlərin görünüşü deyil, hazırlandıqları material da dəyişirdi. Ənənəvi tualetlər taxtadan hazırlansa da, çox tez çürüyürdülər. Dözümlülüyü artırmaq üçün taxta tualetlər XIX əsrin sonlarından etibarən keramika tualetlərlə əvəz olunmağa başlamışdır. 1891-ci ildə baş verən və 1923-cü ildə baş verən Böyük Kanto zəlzələsindən sonra keramika tualetləri Yaponiyada populyar olmuşdur.
İkinci dünya müharibəsindən sonra
İkinci dünya müharibəsinin başa çatmasından və dövrünün başlamasından sonra amerikalılar yapon tualetlərini sanitarik hesab etməmiş və Amerika modeli əsasında tualetləri ölkədə yaymağa başlamışdırlar. Bu dövrdə insan ifrazatından gübrə kimi istifadəyə də məhdudiyyətlər qoyulmuş və kimyəvi gübrələrdən istifadə standart hal almışdı. 1950-ci illərdən başlayaraq Qərb stilindəki tualetlər Yaponiyada populyarlıq əldə etməyə başlamışdır. Qərb stilində tualetlərə malik ilk mənzil kompleksi 1958-ci ildə Osaka şəhərində tikilmişdir və iki il sonra bu tualetlər bütün yaşayış kompleksləri üçün standartlaşmışdır. 1977-ci ildə ilk dəfə Qərb stilindəki tualetlərin satışı yapon stilindəki tualetlərin satışını ötmüşdür.
İqtisadiyyatın və texnologiyanın Yaponiyada inkişaf etməsi 1980-ci illərdə ölkədə ən müasir tualetlərin ortaya çıxması üçün zəmin yaratmışdır. 1969-cu ildə cinsi orqanları və anal dəliyi təmizləyən su spreyinə malik olan ilk təqdim etmişdir. Yaponiya bu cür elektron tualetlər ilk dəfə 1967-ci ildə INAX şirkəti tərəfindən hazırlansa da, məhsulu Yaponiyada populyarlaşdıran şirkət Toto şirkəti olmuşdur. Lakin şirkətin hazırladığı məhsulun iki nöqsanı var idi: birincisi, temperatur tənzimlənmədiyi üçün su yanıqlara səbəb ola bilirdi, ikincisi, su spreyi düzgün hədəfi seçmirdi.Anal dəliyin pozisiyası ilə bağlı elmi data olmadığı üçün şirkət 300 işçisindən bununla bağlı kömək istəmişdir. İnkişaf etdirilmiş məhsul 1980-ci ildə "vaşlet" adı ilə bazara çıxarılmış və ölkədə böyük populyarlıq əldə etmişdir.
2015-ci ilin məlumatına əsasən Yaponiyada evlərin 77,5%-ində yüksək texnologiyalı tualetlər var və elektron tualetlərdən istifadə geniş yayılıb. Yüksək inkişaf etmiş tualetlər əcnəbilərin də diqqətini çəkməkdədir və hətta Yaponiya hökumətinin yumşaq güc siyasətinin bir hissəsinə çevrilib. 2020-ci ilə qədər turist bölgələrindəki tualetləri inkişaf etdirmək üçün "Yaponiya Tualet Müsabiqəsi" layihəsi elan olunmuş və layihə çərçivəsində 2015-ci ildə Yaponiya Tualet Mükafatı təsis edilmişdir.
Xüsusiyyətlər
Yaponiyada iki cür — Qərb üslubunda və yapon üslubunda tualetlər yayılıb. İctimai tualetlərdə iki üsluba da rast gəlmək mümkün olsa da, bəzən köhnə tikililərdə təkcə yapon üslubunda tualetlərə, müasir tikililərdə isə təkcə Qərb üslubunda olan tualetlər olur. Müasir evlərdə və hotellərdə tualetlər Qərb üslubundadır. Həm Qərb, həm yapon üslubundakı tualetlərin iki su axını rejimi var: böyük və kiçik. Tualetə daxil olmazdan qabaq otağın qarşısına qoyulmuş xüsusi ayaqqabılardan istifadə olunur.
Hazırda vaşletlər inkişaf etməkdə davam edir. Antibakterial və özünü təmizləyən forsunkalar standart hala gəlib. Hətta bəzi modellər forsunkanı aşağı və yuxarı qaldıran sensorlara, eləcə də, isidiciyə malikdir. İnkişaf etmiş bəzi tualet modelləri sevimli mahnını ifa edə və ya qan təzyiqini ölçə bilər. Hətta luks model olan Neorest istifadəçinin vərdişlərini öyrənərək üstünlük verdiyi temperaturu və su təzyiqini yadda saxlayır.WellyouII adlı tualet modeli isə istifadəçinin sidiyindəki şəkərin miqdarını avtomatik olaraq ölçür. Yüksək texnologiyalı tualetlərdə bir çox funksiyalar mövcud olduğundan kontrol panelinə malikdir və kontrol paneli standart ikonoqrafiya ilə təchiz olunub. Yüksək texnologiyalı tualetlərin çoxfunksiyalılığı, xüsusilə, Yaponiya yeni gəlmiş əcnəbilər üçün çətinlik yaradır.
Aksessuarlar
Yaponiyada bir çox qadın tualetdə çıxardıqları səsdən utandıqları üçün bəzi tualetlərdə süni su səsi çıxaran və səsi maskalayan "Otohime" (音姫, azərb. Səs şahzadəsi) adlı cihazlar quraşdırılıb. Cihaz ilk dəfə Toto və INAX şirkətləri tərəfindən 1988-ci ildə təqdim olunub və ən çox satan məhsullarından birinə çevrilib. Cihazın digər məqsədi isə su israfının qabağını almaqdır, çünki bu cihaz olmadıqda qadınlar tualetin suyunu çəkib səs çıxarmalı olurlar.
Qeydlər
- Hərfi tərcümədə "kavaya" (厠) "çay evi" deməkdir.
- Hərfi tərcümədə "mannen" (万年) "on min il" deməkdir.
İstinadlar
- Szczygiel, 2016
- . Japan Guide (ingiliscə). Archived from the original on 2022-06-20. İstifadə tarixi: 19 aprel 2021.
- James Brooke. "Nara Journal; Japanese Masters Get Closer to the Toilet Nirvana". New York Times (ingiliscə). 8 oktyabr 2002. 2022-07-04 tarixində . İstifadə tarixi: 19 aprel 2021.
- Sam Byford. "Japanese toilet industry agrees to standardize complex bidet controls". The Verge (ingiliscə). 17 yanvar 2017. 2022-08-15 tarixində . İstifadə tarixi: 19 aprel 2021.
- "Sound Princess eliminates toilet noises". IOL (ingiliscə). 4 oktyabr 2004. 2017-10-05 tarixində . İstifadə tarixi: 20 aprel 2021.
Ədəbiyyat
- Szczygiel, Marta. "From Night Soil to Washlet". Electronic journal of contemporary japanese studies (ingiliscə). 16 (3). 23 dekabr 2016. İstifadə tarixi: 17 aprel 2021.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Yaponiyada tualetlerin tarixi qeder uzanir Antik Yaponiyada sade quyulardan ve ya caylarin kecdiyi yerlerde tikilen kavaya adli strukturlardan tualet kimi istifade edilirdi VII VIII esrlerde ise sarayda ve dini tikililerde su axinindan istifade eden daha muasir tualetler peyda olmusdu Orta esrlerden baslayaraq insan ifrazati Yaponiyanin kend teserrufati heyatinda ehemiyyetli yer tutmaga baslamis ve esas gelir menbelerinden birine cevrilmisdir Yapon uslubundaki enenevi tualet Qerb uslubundaki muasir tualet Meyci islahatindan ve qerblesme siyasetinden sonra olkede ilk ictimai tualetler tikilmisdir ise Qerb uslubunda olan tualetler yayilmaga baslamisdir Ikinci dunya muharibesinin ardindan Qerb uslubundaki tualetler en genis yayilmis tualetler olmusdur 1980 ci illerden baslayaraq ise kontrol paneline malik muxtelif funksiyali yuksek texnologiyali tualetler ortaya cixmisdir Hazirda Yaponiyada tualetlerin iki novu yayilib Qerb uslubunda ve yapon uslubunda tualetler Ictimai tualetlerde iki usluba da rast gelmek mumkun olsa da bezen kohne tikililerde tekce yapon uslubunda tualetlere muasir tikililerde ise tekce Qerb uslubunda olan tualetler olur Muasir evlerde ve hotellerde tualetler Qerb uslubundadir Hem Qerb hem yapon uslubundaki tualetlerin iki su axini rejimi var boyuk ve kicik Tualetler ucun otohime ve ayaqqabi kimi aksessuarlardan istifade olunur Yaponiyada en boyuk ve meshur tualet istehsalcisidir Tokionun Kitakyusu bolgesinde Yaponiyada tualetin tarixine hesr olunmus Toto Muzeyi fealiyyet gosterir TarixAntik dovr Men narincla vehsi qizilgul kesib burda talvar tikirem daraq hazirlayan qizlar ise uzaq bir yerde tualete gedibler Manyosu seir kolleksiyasi VIII esr 1990 ci illerde Yaponiyada antik tualetleri askarlamaq ucun aparilmis ilk analizler ilk bele tualetlerin e e 300 b e 250 ortaya cixdigini gosterir Boyuk yasayis menteqelerini cevreleyen cuxurlardaki cokuntulerde tapilmis gosterir ki antik Yaponiyada insanlar ifrazatlarini evden uzaq tutmaq ucun cuxurlardan istifade edirdiler Caylarin kecdiyi yasayis menteqelerinde ise cayin uzerinde tikilen kavaya adli tualetler tikilirdi Kavayalar ifrazati su axini ile uzaqlasdirirdi Ilk defe Kociki yazilarinda tesvir olunan bu tualetler Yaponiyada primitiv unitazlara ilk misaldir Yasayis menteqeleri inkisaf etdikce tualetler de inkisaf edirdi 694 710 cu illerde Yaponiyanin ilk paytaxtina ev sahibliyi eden iki tip tualet var idi quyu tipli ve unitaz tipli tualetler Quyu tipli tualetler yere qazilmis sade deliklerden ibaret olurdu dolanda ustu baglanilir ve yenisi qazilirdi Bezen quyu tualetlerin icinde kusobera adli taxta cubuqlar da olurdu ki ifrazatdan sonra necisi temizlemek mumkun olsun Unitaz tipli tualetler ise qesri cevreleyen divarlarin xaricindeki su axinindan istifade eden tualetler idi Saraya bir qeder su yoneltmek ucun xendek qazilirdi ve xendekin ustunde kicik daxma tikilirdi Tualet istifadecisi xendek uzerinde comelerek oturmali idi ve su ifrazati yasayis yerinden uzaqlasdirirdi IX esrin ortalarina aid bir qanuna esasen mehbuslar yagisli gunde cirkab sularinin yigildigi arxi temizleyerek zibille dolmasina mane olmali idiler Bu zibiller su axinina mane olaraq tualetlerin islemesine mane ola ve ifrazatin toplanmasina sebeb ola bilerdi Lakin konstruksiya sehvi daimi pis qoxunun yaranmasina serait yaradirdi Fucivara qesri Tan sulalesinin esasinda tikilmisdi ve qesrin tikintisi zamani in yan ve bes element doktrini tetbiq edilmisdi Saray paytaxtin simalinda yerlesirdi asagi tebeqe ise cenub bolgesinde qerarlasmisdi paytaxta cenubdan daxil olub simala axdigindan asagi tebeqenin buraxdigi butun ifrazat imperatorun sarayindan kecirdi ve orda ufunete sebeb olurdu de qeyd olunur paytaxt hem iceriden hem colden ufunet qoxurdu Bundan sonraki paytaxt seherlerin konstruksiyasina su axini daxil edilerek eyni sehvi tekrarlamaqdan qacinilmaga calismisdilar Novbeti dovrlerde Yaponiya tualetler inkisaf etmeye davam etmisdir Daha sofistik misallara ve rast gelmek mumkundur Yaponiyada buddizm merkezlerinden biri olan Koya dagindaki tualetlerde de su axinindan istifade olunmusdur Ilk once su caydan bambuk borularla mebedin metbexine yonlendirilerek yemek ucun temiz suyu techiz edirdi Daha sonra su tualetden kecerek butun cirkab sularini caya qaytarirdi Akita qesrinde tapilmis tualetler ise hemin dovrde Yaponiyada en inkisaf etmis tualetler hesab olunur Tualet evden uzaqda yamacda yerlesirdi Bir daxmada uc ayri otaq olurdu ve her otaqda bir delik vardi Bu delikler taxta borularla yamacin asagisinda yerlesen cokuntu ceni ile elaqelenmisdi Axar su olmadigindan insanlar ozleri ifrazati axitmali idiler Heyan dovru Qaki zosi elyazmasi Heyan dovrunde aristokratik zumrenin tualet verdisleri deyismisdir Normal tualetlerden istifadeni dayandiraraq 700 cu ilde Cinden gelen yeni deb olan guveclardan istifade etmeye baslamisdilar Islerini bitirenden sonra xidmetci guvecu bosaltmali idi Lakin asagi tebeqe ifrazatini kucede bosaltmaga davam edirdi XII esre aid Qaki sosi adli buddist elyazmasinda paytaxt sakinlerinin kucede comelerek oturmasi ve qaki adli ac ruhlarla ehate olunmasi tesvir olunub Qakiler pis xususiyyetlerine gore daima acdirlar ve necis kimi iyrenc seylerle qidalanirlar Elyazmada qakilerin insanlarin ifrazatini basa catdirmalarini gozlemeleri tesvir olunub XIII esrin evvellerine aid adli yapon hekayeleri kolleksiyasinda ise paytaxtda yerlesen ifrazat deresi nden behs olunur Heyan dovrunde musahide olunan oyuq nem yaylar ekinlerin mehv olmasina sebeb oldugundan hemin dovrde bir cox kutlevi acliqlar bas vermisdir lakin primitiv tedbirler bunun qarsisini ala bilemisdir Hokumet resmileri bunun gunahini fermerlerde gormus ve onlara torpaqlarini munbitlesdirmeyi emr etmisdiler Inkisaf etdirilmis irriqasiya ikiqat mehsul ve kotandan istifade Kamakura dovrunde mehsuldarligi artirsa da gubre kimi istifade olunan heyvan peyninde catismazliq yasanmaga baslanmisdir Bu dovrde ilk defe insan ifrazatindan kend teserrufatinda istifade olunmusdur Heyan dovrunden etibaren kusobera quyu tipli tualetlerden yoxa cixmisdir cunki necisin gubre kimi dasinmasina mane olurdu Bundan elave insanlar necisi gubre kimi toplamaq ucun tualetin yanina vedreler qoymaga baslamisdilar XII esrden etibaren quyu tipli tualetlerin olcusu boyumusdur Bunun da sebebi necisin gubre kimi istifade olunmasinda idi Edo dovru Tokuqava soqunlugu terefinden 1649 cu ilde yayimlanmis qanuna gore fermerler esas evin yanindaki tualeti damla tikmeli idiler ki yagis yaganda ifrazat heyif olmasin Bu onu gosterir ki artiq XVII esrde insan ifrazatinin gubre kimi istifadesi Yaponiyanin kend teserrufati heyatinda ehemiyyetli yer tuturdu Edo dovru boyunca gubre ucun telabat o qeder artmisdi ki fermerler seherlere gederek mehsullari qarsiliginda insanlardan ifrazat alirdilar Edo dovrunun ortalarinda ifrazat toplayan ve pul qarsiliginda fermerlere satan pese sahibleri ortaya cixmisdi Neticede ifrazat toplamaq gelir menbeyine cevrilmisdi XVII esrin sonlarina dogru gubrenin qiymeti Osakada o qeder qalxmisdi ki fermerler teskilatlanaraq insan ifrazatini elde etmek ugrunda monopoliya elde etmeye calismisdilar Hetta ifrazat toplamaq huquqlari ve qiymetler ustunde davalar bas vermisdir XVIII esrin ortalarinda insan ifrazati o qeder bahali olmusdu ki kasib fermerler onlari ogurlamaga baslamisdilar Edo dovrune aid taxta guvec Edo seherinde ise insan ifrazatindan gubre kimi istifade o qeder populyar deyildi Edo idarecileri paytaxtin gorkemine daha cox onem verirdiler hetta cayin yaxinligindaki kicik tualetleri yigisdirmagi emr etmisdiler Lakin XVIII esrin birinci yarisinda insan ifrazatina olan telabat hetta paytaxtda da artmisdir Fermerler petisiya imzalayaraq kucelere vedreler qoymaq ucun icaze isteseler de hokumet bu icazeni vermemisdir Coxmenzilli evlerdeki umumi tualetlerdeki ifrazati satan Edo mulkedarlari ilde 30 40 pul qazana bilirdi Bu mebleg adi dulgerin illik qazancindan iki defe artiq idi Osaka seherinde umumi tualetlerden ifrazat satmaq mulkedar heyatinin standart parcasina cevrilmisdi Hetta kimse menzilden cixanda digerleri ucun kiraye qiymeti qalxirdi cunki mulkedarin sata bileceyi ifrazat azalirdi Necis ev sahibine mexsus olsa da sidik kirayecinin idi Hetta bununla bagli Yaponiyada mulkedarin usagi necis uzerinde boyuyur ifadesi ortaya cixmisdirlar Sidik ve necis ayri ayri toplanilirdi cunki ferqli ekinler ucun istifade olunurdu Sidiyi dasimaq daha cetin oldugu ucun mulkedarlar ucun deyeri az idi lakin fermerler ucun yaxsi gubre kimi qalirdi Hetta Kanazava seherinde sidik fermerler ucun esas gubreye cevrilmisdi Gubre kimi deyeri oldugu ucun qadinlar ayaquste iseyirdiler lakin bu praktika cox ibtidai sayilirdi ve muasir sehere uygun gelmirdi Meselen Kioto qadinlarinin ifrazat verdisleri paytaxt kisilerini soka salirdi Kendlerde bu verdis hetta Ikinci dunya muharibesinden sonra da musahide olunmaga davam etmisdir Gubre kimi istifade olunan ifrazatin keyfiyyeti evin pehrizinden de asili idi Daha varli mulkedarin daha bahali ifrazati olurdu cunki daha keyfiyyetli qidalarla qidalanmasi gubrenin keyfiyyetini artirirdi Hebsxanadan toplanmis ifrazat en keyfiyyetsiz hesab olunurdu toplanmis ifrazat ise en keyfiyyetli idi Her bir fermer buradan ifrazat toplamaq isteyirdi lakin bu huquq diqqetle secilmis ve qesri temiz saxlaya bilecek fermerlere verilirdi Soqunun heyat yoldasinin ifrazati toplanmirdi Onun tualeti mannen adlanirdi ve o qeder derin quyudan ibaret idi ki 10 il boyunca dola bilmezdi Bu tualet sadece soqunun xanimina aid idi ve o olende ustu baglanilirdi Soqun yeniden evlenende yeni quyu qazilirdi Bu adetin meqsedi xanima hormet gostermek idi Edo dovrunde ali zumrenin qadinlarinin tualet verdisleri adi insanlardan ferqlenirdi Meselen onlar sesi azaldan guveclardan istifade edirdiler Ali zumreden qadin colde tualetden istifade etmek isteyende xidmetci guvecdan tixaci cekerek suyun axmasina ve ifrazat zamani cixarilan sesi maskalamali idi Soqun ailesinden olan qadinlarin ise ifrazatdan sonra onlari temizleyen xidmetcileri vardi Bu ancaq yuksek statuslu qadinlarin imtiyazi olsa da soqunun qizi heyat yoldasi ve ya anasi ucun normal hal idi Xidmetciler xanimi tualete qeder musayiet ederek paltarlarini cixarmasina komek etmekle yanasi necisine baxaraq saglamliq veziyyetini yoxlayirdilar Meyci dovru Meyci dovrune aid tualet Tualet Nakatsuqavada yasamis varli feodala aid idi Insan ifrazatinin gubre kimi deyerlendirilmesi Yaponiya seherlerinin nisbeten daha temiz olmasina getirib cixarirdi ve bu hal XVI esrde Yaponiyaya gelen avropalilari teeccublendirirdi Avropalilarin cox yaponlarin sanitariya standartlarini ve insan ifrazatina qarsi praktiki yanasmasini beyenmisdir Hemin dovrun Avropasinda insan ifrazatinin gubre kimi istifadesi populyar deyildi ve kanalizasiya sistemi olmadigindan seherler cirkle dolu idi XIX esrde Avropada kanalizasiya sistemlerinin yaranmasina ve tualetlerin inkisafina baxmayaraq Yaponiyanin sanitarik veziyyeti izolyasiya dovru boyunca deyismemis qalmisdi Buna gore de Yaponiyanin XIX esrde Qerbe acilmasindan sonra Yaponiyani ziyaret eden qerbliler xos olmayan menzere ile qarsilasdiqlarini bildirirler 1878 ci ilde Yaponiyaya seyahet eden seyahetnamesinde her yerin pis qoxdugunu bire ve agcaqanadlarla dolu oldugunu yazirdi Xaricileri en cox Yaponiyada genis yayilmis ictimai iseme enenesi soka salirdi Kansay regionunda sidik toplamaq ucun nezerde tutulmus vedreler yol boyunca duzulurdu Yaponiyada ictimai yerde rahatlamaqla bagli cox cuzi utanc movcud idi lakin xaricilerin gozunde barbar davranis idi Xaricilerin bu halda menfi reaksiyalari Yaponiya hokumetinin herekete kecmesine sebeb olmusdur Meyci islahatindan sonra Qerb dunyasinda sivil olke kimi gorunmek isteyen Yaponiya hokumeti evvelce 1868 ci ilde Yokohamada ictimai isemeni qadagan etmis 1871 ci ilde ictimai yerde iseyen ucun 100 monluq cerime teyin etmisdir Buna baxmayaraq ictimai iseme barede qadaga qanununun qebul edildiyi 1872 ci ilde Tokioda 4000 den cox pozuntu qeyde alinmisdi 1871 ci ilde Yokohamada Yaponiyanin ilk ictimai tualeti istifadeye verilmis ve 1872 ci ilde onlarin sayi 83 e catmisdir Bu tualetler sade idi taxta lovhelerle ehate olunmus yere basdirilmis qabdan ibaret idi Tedbirlere baxmayaraq xaricilerin sikayetleri davam edirdi Hetta 1872 ci ilin yanvarinda Britaniyanin diplomatik missiyasi insan ifrazatindan gubre kimi istifade barede Yaponiya Xarici Isler Nazirliyine etiraz etmisdi Ifrazatin gubre kimi istifadesi Yaponiyada mubahise movzusu idi Necisin xolera xesteliyinin yayilmasina sebeb olmasi barede tibbi bilikler inkisaf etse de yapon intelektuallarin bezileri bu fikirlerle razilasmayaraq hetta Yaponiyada kanalizasiya sisteminin tikilmesine destek vermirdiler 1889 cu ilde sanitariya departamentinin sedri ve muhendis U K Burton Tokio ucun kanalizasiya sistemi layihesi teklif etseler de hokumet fermerlere ziyan deyeceyini sebeb kimi gostererek layiheni qebul etmemisdir 1900 cu ilde Yaponiyada ilk Tullanti temizleme haqqinda qanun qebul edilse de insan ifrazati temizlenmeli tullantilar siyahisinda gosterilmemis ve mulkedarlarin imtiyazinda qalmaga davam etmisdir Tayso dovru Birinci dunya muharibesinin ardindan urbanizasiyanin suretlenmesi ve ucuz kimyevi gubrelerin ortaya cixmasi neticesinde Yaponiyada ifrazat gubrelerine olan telabat asagi dusse de populyarligini qorumaga davam edirdi Ehalinin artmasi seherlerde ifrazat problemine sebeb olurdu 1930 cu ilde Tullanti temizleme qanunu nda deyisiklik ederek insan ifrazatini idare etmek selahiyyeti yerli belediyyelere verilmisdi Hokumet kanalizasiya sistemi ile problemi hell etmek istese de bahali layihe oldugu ucun heyata kecire bilmirdi Yerli orqanlar ifrazati gemi yuk masini demiryolu kimi vasitelerle fermerlere catdirmaqla problemi hell etmeye calisirdi Toplanilan ifrazat o qeder cox idi ki fermerlere gonderile bilmeyen hisse suya atilirdi Meselen 1931 ci ilde Kiotoda toplanilan necisin 7 i suya atilmisdi Ikinci dunya muharibesi dovrunde yanacaga artan telabat ifrazatin dasinmasini daha da cetinlesdirirdi 1944 cu ilde ifrazat tullantilarinin ancaq 70 i toplanilirdi qalan hissesi ise suya qarisirdi 1920 ci illere qeder ancaq yuksek sinifden olan sexsler evlerinde Qreb elementlerinden istifade etseler de ortalarindan etibaren adi insanlar da evlerinde Qerb uslubuna kecid etmeye baslamisdi Qerb uslublu tikililerin ve obyektlerin artmasi tualetlerde de qerblesmesine getirib cixarsa da Cuniciro Tanizaki kimi bezi intellektuallar enenevi tualetlere ustunluk vermeye davam edirdiler Tualetlerin qerblesdirilmesi neticesinde Yaponiyada Qerb uslubunda olan bir nece tualet novu ortaya cixmisdir Tayso tualeti ve Sova tualeti Medeniyyet tualeti Ev Nazirliyinin stilindeki tualet Saglamliq ve Rifah Nazirliyinin stilindeki tualet Ev Nazirliyinin stilindeki tualet 1927 ci ilde yaradilmisdi ve ifrazata tehlukesiz yanasmani teklif edirdi Bu tualet novu iki acilisdan ibaret idi biri ifrazat ucun biri gubre toplamaq ucun Cen 3 5 sferaya bolunurdu ve sferanin her biri dolanda digeri onu evez edirdi Uc aydan sonra ifrazatin gubre kimi toplanmasi mumkun olurdu cunki bu muddet bakteriya ve yumurtalarinin olmesi ucun kifayet eden vaxt idi ve saglamliq ucun risk yaratmirdi 1937 ci ilde tualetler uzerindeki yurisdiksiya Saglamliq ve Rifah Nazirliyine verildikden sonra tualetde bezi deyisiklikler edilerek Saglamliq ve Rifah Nazirliyinin stilindeki tualet yaradilmisdi Buna baxmayaraq bir cox insan hele de muasir tualetlerden istifade etmeyi bacarmirdilar Insanlari bu cur tualet innovasiyalari ile tanis etmek ucun bir cox heyat terzi inkisafi sergileri teskil olunurdu Ilk bele sergi 1919 cu ilde bas tutmusdur Sadece tualetlerin gorunusu deyil hazirlandiqlari material da deyisirdi Enenevi tualetler taxtadan hazirlansa da cox tez curuyurduler Dozumluluyu artirmaq ucun taxta tualetler XIX esrin sonlarindan etibaren keramika tualetlerle evez olunmaga baslamisdir 1891 ci ilde bas veren ve 1923 cu ilde bas veren Boyuk Kanto zelzelesinden sonra keramika tualetleri Yaponiyada populyar olmusdur Ikinci dunya muharibesinden sonra Yaponiyada tipik vaslet Ikinci dunya muharibesinin basa catmasindan ve dovrunun baslamasindan sonra amerikalilar yapon tualetlerini sanitarik hesab etmemis ve Amerika modeli esasinda tualetleri olkede yaymaga baslamisdirlar Bu dovrde insan ifrazatindan gubre kimi istifadeye de mehdudiyyetler qoyulmus ve kimyevi gubrelerden istifade standart hal almisdi 1950 ci illerden baslayaraq Qerb stilindeki tualetler Yaponiyada populyarliq elde etmeye baslamisdir Qerb stilinde tualetlere malik ilk menzil kompleksi 1958 ci ilde Osaka seherinde tikilmisdir ve iki il sonra bu tualetler butun yasayis kompleksleri ucun standartlasmisdir 1977 ci ilde ilk defe Qerb stilindeki tualetlerin satisi yapon stilindeki tualetlerin satisini otmusdur Iqtisadiyyatin ve texnologiyanin Yaponiyada inkisaf etmesi 1980 ci illerde olkede en muasir tualetlerin ortaya cixmasi ucun zemin yaratmisdir 1969 cu ilde cinsi orqanlari ve anal deliyi temizleyen su spreyine malik olan ilk teqdim etmisdir Yaponiya bu cur elektron tualetler ilk defe 1967 ci ilde INAX sirketi terefinden hazirlansa da mehsulu Yaponiyada populyarlasdiran sirket Toto sirketi olmusdur Lakin sirketin hazirladigi mehsulun iki noqsani var idi birincisi temperatur tenzimlenmediyi ucun su yaniqlara sebeb ola bilirdi ikincisi su spreyi duzgun hedefi secmirdi Anal deliyin pozisiyasi ile bagli elmi data olmadigi ucun sirket 300 iscisinden bununla bagli komek istemisdir Inkisaf etdirilmis mehsul 1980 ci ilde vaslet adi ile bazara cixarilmis ve olkede boyuk populyarliq elde etmisdir 2015 ci ilin melumatina esasen Yaponiyada evlerin 77 5 inde yuksek texnologiyali tualetler var ve elektron tualetlerden istifade genis yayilib Yuksek inkisaf etmis tualetler ecnebilerin de diqqetini cekmekdedir ve hetta Yaponiya hokumetinin yumsaq guc siyasetinin bir hissesine cevrilib 2020 ci ile qeder turist bolgelerindeki tualetleri inkisaf etdirmek ucun Yaponiya Tualet Musabiqesi layihesi elan olunmus ve layihe cercivesinde 2015 ci ilde Yaponiya Tualet Mukafati tesis edilmisdir XususiyyetlerYaponiyada iki cur Qerb uslubunda ve yapon uslubunda tualetler yayilib Ictimai tualetlerde iki usluba da rast gelmek mumkun olsa da bezen kohne tikililerde tekce yapon uslubunda tualetlere muasir tikililerde ise tekce Qerb uslubunda olan tualetler olur Muasir evlerde ve hotellerde tualetler Qerb uslubundadir Hem Qerb hem yapon uslubundaki tualetlerin iki su axini rejimi var boyuk ve kicik Tualete daxil olmazdan qabaq otagin qarsisina qoyulmus xususi ayaqqabilardan istifade olunur Hazirda vasletler inkisaf etmekde davam edir Antibakterial ve ozunu temizleyen forsunkalar standart hala gelib Hetta bezi modeller forsunkani asagi ve yuxari qaldiran sensorlara elece de isidiciye malikdir Inkisaf etmis bezi tualet modelleri sevimli mahnini ifa ede ve ya qan tezyiqini olce biler Hetta luks model olan Neorest istifadecinin verdislerini oyrenerek ustunluk verdiyi temperaturu ve su tezyiqini yadda saxlayir WellyouII adli tualet modeli ise istifadecinin sidiyindeki sekerin miqdarini avtomatik olaraq olcur Yuksek texnologiyali tualetlerde bir cox funksiyalar movcud oldugundan kontrol paneline malikdir ve kontrol paneli standart ikonoqrafiya ile techiz olunub Yuksek texnologiyali tualetlerin coxfunksiyaliligi xususile Yaponiya yeni gelmis ecnebiler ucun cetinlik yaradir AksessuarlarYaponiyada bir cox qadin tualetde cixardiqlari sesden utandiqlari ucun bezi tualetlerde suni su sesi cixaran ve sesi maskalayan Otohime 音姫 azerb Ses sahzadesi adli cihazlar qurasdirilib Cihaz ilk defe Toto ve INAX sirketleri terefinden 1988 ci ilde teqdim olunub ve en cox satan mehsullarindan birine cevrilib Cihazin diger meqsedi ise su israfinin qabagini almaqdir cunki bu cihaz olmadiqda qadinlar tualetin suyunu cekib ses cixarmali olurlar QeydlerHerfi tercumede kavaya 厠 cay evi demekdir Herfi tercumede mannen 万年 on min il demekdir IstinadlarSzczygiel 2016 Japan Guide ingilisce Archived from the original on 2022 06 20 Istifade tarixi 19 aprel 2021 James Brooke Nara Journal Japanese Masters Get Closer to the Toilet Nirvana New York Times ingilisce 8 oktyabr 2002 2022 07 04 tarixinde Istifade tarixi 19 aprel 2021 Sam Byford Japanese toilet industry agrees to standardize complex bidet controls The Verge ingilisce 17 yanvar 2017 2022 08 15 tarixinde Istifade tarixi 19 aprel 2021 Sound Princess eliminates toilet noises IOL ingilisce 4 oktyabr 2004 2017 10 05 tarixinde Istifade tarixi 20 aprel 2021 EdebiyyatSzczygiel Marta From Night Soil to Washlet Electronic journal of contemporary japanese studies ingilisce 16 3 23 dekabr 2016 Istifade tarixi 17 aprel 2021