Marti Oiva Kalevi Axtisaari (fin Martti Oiva Kalevi Ahtisaari; 23 iyun 1937[…], Vıborq, Finlandiya – 16 oktyabr 2023, Helsinki, Finlandiya) — 1994–2000-ci illərdə Finlandiyanın prezidenti, diplomat, BMT-nin əməkdaşı, 2008-ci il Nobel Sülh Mükafatı laureatı.
Marti Axtisaari | |
---|---|
fin Martti Ahtisaari | |
Finlandiya Prezidenti[d] | |
1 mart 1994 – 1 mart 2000 | |
Sonrakı | Tarya Halonen |
Şəxsi məlumatlar | |
Doğum adı | Martti Oiva Kalevi Ahtisaari |
Doğum tarixi | 23 iyun 1937[…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 oktyabr 2023(86 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Partiya |
|
Fəaliyyəti | siyasətçi, diplomat, müəllim |
Dini | lüteranlıq |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət, diplomatiya |
Elmi dərəcəsi | |
| |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
1937-ci ildə Finlandiyanın Viypuri şəhərində (indiki Vıborq, Rusiya) Norveç əsilli zabitin ailəsində anadan olmuşdur. 1939–1940-cı illər Sovet-Fin müharibəsi dövründə ailəsi Kuopio, 1952-ci ildə Oulu şəhərinə köçmüş, 1959-cu ildə Marti pedaqoji şöbəsini qiyabi bitirmişdir.
Ouluda Gənclərin Xristian Assosiasiyasına daxil olan Axtisaari 1960-cı ildə Kəraçiyə (Pakistan) gedərək bu qurumun fiziki tərbiyə məktəbinə başçılıq edir. 1963-cü ildə ölkəsinə qayıdaraq paytaxt Helsinkidə Politexnik texnikumuna girir və inkişaf etməkdə olan ölkələrə yardım göstərən təşkilatlarda çalışır.
1965-ci ildə Finlandiya Xarici İşlər Nazirliyi sisteminə keçir. 1973-cü ildə Finlandiyanın Tanzaniyadakı səfiri təyin olunur. 1975-ci ildə ölkəsinin Zambiya, Somali və Mozambikdəki diplomatik missiyalarına da başçılıq edir. 1977–1981-ci illərdə BMT-nin Namibiyadakı səlahiyyətli nümayəndəsi postunu tutur.
1984-cü ildə Finlandiyaya qayıdan Axtisaari yenidən Xarici İşlər Nazirliyində işləyir. Daha sonra Nyu-Yorkda BMT baş katibinin təsərrüfat və administrativ məsələlər üzrə müavini olur.
1989–1990-cı illərdə Axtisaari BMT-nin Namibiyada demokratik seçkilərin keçirilməsinə hazırlıq görən hərbi və mülki kontingentinə rəhbərlik edir. 1991-ci ildə Finlandiyanın Xarici İşlər Nazirliyinə rəhbərlik edir. 1992–1993-cü illərdə BMT-nin Bosniya və Herseqovina üzrə işçi qrupunun həmsədri olur.
1993-cü ildə Sosial Demokrat Partiyasına daxil olur və prezidentliyə namizəd göstərilir. 1994-cü ildə ilk ümumxalq seçkisində Finlandiya prezidenti seçilir. Prezidentlik müddətini başa vurduqdan sonra "Böhranları İdarəetmə Təşəbbüsü" (Crisis Management İniatiative) qeyri-hökumət təşkilatını təsis edir.
Axtisaari 2000-ci ildə Avstriyanın diplomatik izolyasiyadan çıxarılmasında rol oynamışdır. 2000–2001-ci illərdə İrlandiya Respublika Ordusuna məxsus hərbi bazaların inspeksiyasında iştirak etmiş, 2005-ci ildə onun vasitəçiliyi ilə İndoneziya hökuməti və Açex separatçı hərəkatı arasında sülh müqaviləsi bağlanmışdır. Elə həmin il Axtisaari BMT Baş katibinin Kosovo üzrə xüsusi nümayəndəsi təyin olunur. Kosovonun Serbiyadan ayrılması planının müəlliflərindən biridir.
2008-ci ildə BMT Baş katibinin Kosovo münaqişəsi üzrə xüsusi nümayəndəsi, Finlandiyanın keçmiş prezidenti Marti Axtisaari Sülh sahəsində Nobel mükafatına layiq görülür. Nobel bəyanatında deyilir ki, Ahtisaari ciddi və uzunmüddətli münaqişələrin, o cümlədən Namibiya, Açe (İndoneziya), Kosovo, Serbiya və İraqdakı münaqişələrin həllində mühüm rol oynayıb.
Həyat yoldaşı Eeva Axtisaari ilə 1968-ci ildə ailə qurub. Oğlu Marko Axtisaari "Nokia" şirkətinin direktorlarından biridir.
İstinadlar
- Martti Oiva Ahtisaari // Martti Oiva Ahtisaari (alm.).
- Martti Ahtisaari // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
- Presidentti Martti Ahtisaari on kuollut. Yle.
- President Martti Ahtisaari 1937–2023. 2023.
- Martti Ahtisaari // Martti Ahtisaari (alm.).
- Find a Grave (ing.). 1996.
- Çex Milli Hakimiyyət Məlumat bazası.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Marti Oiva Kalevi Axtisaari fin Martti Oiva Kalevi Ahtisaari 23 iyun 1937 Viborq Finlandiya 16 oktyabr 2023 Helsinki Finlandiya 1994 2000 ci illerde Finlandiyanin prezidenti diplomat BMT nin emekdasi 2008 ci il Nobel Sulh Mukafati laureati Marti Axtisaarifin Martti AhtisaariFinlandiya Prezidenti d 1 mart 1994 1 mart 2000SonrakiTarya HalonenSexsi melumatlarDogum adi Martti Oiva Kalevi AhtisaariDogum tarixi 23 iyun 1937 1937 06 23 Dogum yeri Viborq FinlandiyaVefat tarixi 16 oktyabr 2023 2023 10 16 86 yasinda Vefat yeri Helsinki FinlandiyaDefn yeri Hitaniemi qebiristanligi d Partiya Finlandiya Sosial Demokrat Partiyasi d Fealiyyeti siyasetci diplomat muellimDini luteranliqElmi fealiyyetiElm sahesi siyaset diplomatiyaElmi derecesi elmler doktoruTeltifleri Vikianbarda elaqeli mediafayllarHeyati1937 ci ilde Finlandiyanin Viypuri seherinde indiki Viborq Rusiya Norvec esilli zabitin ailesinde anadan olmusdur 1939 1940 ci iller Sovet Fin muharibesi dovrunde ailesi Kuopio 1952 ci ilde Oulu seherine kocmus 1959 cu ilde Marti pedaqoji sobesini qiyabi bitirmisdir Ouluda Genclerin Xristian Assosiasiyasina daxil olan Axtisaari 1960 ci ilde Keraciye Pakistan gederek bu qurumun fiziki terbiye mektebine basciliq edir 1963 cu ilde olkesine qayidaraq paytaxt Helsinkide Politexnik texnikumuna girir ve inkisaf etmekde olan olkelere yardim gosteren teskilatlarda calisir 1965 ci ilde Finlandiya Xarici Isler Nazirliyi sistemine kecir 1973 cu ilde Finlandiyanin Tanzaniyadaki sefiri teyin olunur 1975 ci ilde olkesinin Zambiya Somali ve Mozambikdeki diplomatik missiyalarina da basciliq edir 1977 1981 ci illerde BMT nin Namibiyadaki selahiyyetli numayendesi postunu tutur 1984 cu ilde Finlandiyaya qayidan Axtisaari yeniden Xarici Isler Nazirliyinde isleyir Daha sonra Nyu Yorkda BMT bas katibinin teserrufat ve administrativ meseleler uzre muavini olur 1989 1990 ci illerde Axtisaari BMT nin Namibiyada demokratik seckilerin kecirilmesine hazirliq goren herbi ve mulki kontingentine rehberlik edir 1991 ci ilde Finlandiyanin Xarici Isler Nazirliyine rehberlik edir 1992 1993 cu illerde BMT nin Bosniya ve Herseqovina uzre isci qrupunun hemsedri olur 1993 cu ilde Sosial Demokrat Partiyasina daxil olur ve prezidentliye namized gosterilir 1994 cu ilde ilk umumxalq seckisinde Finlandiya prezidenti secilir Prezidentlik muddetini basa vurduqdan sonra Bohranlari Idareetme Tesebbusu Crisis Management Iniatiative qeyri hokumet teskilatini tesis edir Axtisaari 2000 ci ilde Avstriyanin diplomatik izolyasiyadan cixarilmasinda rol oynamisdir 2000 2001 ci illerde Irlandiya Respublika Ordusuna mexsus herbi bazalarin inspeksiyasinda istirak etmis 2005 ci ilde onun vasiteciliyi ile Indoneziya hokumeti ve Acex separatci herekati arasinda sulh muqavilesi baglanmisdir Ele hemin il Axtisaari BMT Bas katibinin Kosovo uzre xususi numayendesi teyin olunur Kosovonun Serbiyadan ayrilmasi planinin muelliflerinden biridir 2008 ci ilde BMT Bas katibinin Kosovo munaqisesi uzre xususi numayendesi Finlandiyanin kecmis prezidenti Marti Axtisaari Sulh sahesinde Nobel mukafatina layiq gorulur Nobel beyanatinda deyilir ki Ahtisaari ciddi ve uzunmuddetli munaqiselerin o cumleden Namibiya Ace Indoneziya Kosovo Serbiya ve Iraqdaki munaqiselerin hellinde muhum rol oynayib Heyat yoldasi Eeva Axtisaari ile 1968 ci ilde aile qurub Oglu Marko Axtisaari Nokia sirketinin direktorlarindan biridir IstinadlarMartti Oiva Ahtisaari Martti Oiva Ahtisaari alm Martti Ahtisaari Proleksis enciklopedija Opca i nacionalna enciklopedija xorv 2009 Presidentti Martti Ahtisaari on kuollut Yle President Martti Ahtisaari 1937 2023 2023 Martti Ahtisaari Martti Ahtisaari alm Find a Grave ing 1996 Cex Milli Hakimiyyet Melumat bazasi Vikisitatda Marti Axtisaari ile elaqedar sitatlar var Vikianbarda Marti Axtisaari ile elaqeli mediafayllar var