Lixtenşteyn sarayı (çex. Lichtenštejnský palác na Kampě v Praze) - Praqanın rayonunda, Vltava çayının sol sahilində (U Sovových mlýnů küçəsi 4/506) yerləşən barokko üslublu saraydır. Saray Kampa adasının azsaylı görməli abidələrindən biridir. Karl körpüsündən Vltava çayı boyunca uzanan binanın fasadına və onun ətrafındakı digər binalara gözəl mənzərə açılır. Elə təəssürat yaranır ki, saray düz çayın dibindən qalxır. Hazırda saray Çexiya hökuməti tərəfindən müxtəlif mədəni tədbirlərin, habelə mühüm dövlət səfərlərinin yerləşdirilməsi üçün istifadə olunur. 1958-ci ildən Çexiya Respublikasının mədəniyyət abidəsi kimi qorunur.
Lixtenşteyn sarayı | |
---|---|
çex. Lichtenštejnský palác | |
Ölkə | Çexiya |
Status | Çexiya prezidenti və Birinci xanımının xüsusi nəzarəti altındadır. |
Şəhər | Praqa |
Aidiyyatı | |
Memar | Covanni Battista Alliprandi |
Sifarişçi | Kayzerşteynli Frantişek Helfrid |
Tikilmə tarixi | 1697-1698 |
Üslubu | barokko memarlığı, neoklassik memarlığı, barokko |
Vəziyyəti | Çexiya Respublikası Hökumətinin əlavə binası |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
XVII əvvəllərində tikilmiş bu saray, Praqada barokko memarlığının ən qədim nümunəsi sayılır. Lakin əslində bu bir az doğru deyil. Birincisi, bu bir yox, ilk sahibinin, yəni "qanlı" Karl Lixtenşteynin istəyi ilə vahid ansambl şəklində birləşdirilmiş düz beş ayrı binadır. İkincisi isə, sarayın bəzi hissələri hələ XVI əsrdə inşa olunmuşdu. Başlanğıcda burada bir neçə ev yerləşirdi; onların hamısı 1541-ci ildə baş vermiş Malostran yanğınından sonra tikilmiş, lakin onlardan çox az şey qalmışdı. Yalnız cənub fasad tərəfindən daha erkən dövrə aid qədim qalanın qalıqlarını aşkar etmək olar.
1620-ci ildə aparılan yenidənqurma işlərindən sonra, saray binası özünün orijinal altıbucaqlı cizgi və formalarını əldə etmişdi. Vahid ansambl layihəsinin müəllifi D.B. Alliprandi sayılır. Saray kompleksinin ilk illəri qanlı hadisələr ovqatı ilə təlx edilmişdi: məhz burada Ağ dağ döyüşündə məğlub olmuş qusçular üsyanının rəhbərləri ölüm cəzasına məhkum olmuşdular. Knyaz K. Lixtenşteyn kral canişini kimi, qiyam iştirakçılarını təqib edərək cəzalandırır, onların mülklərinin müsadirəsi və katolik kilsənin əhali arasında təsirinin bərpası ilə məşğul olurdu.
1791-ci ildə burada Bohemiya kralı II Leopoldun tacqoyma mərasimi keçirilmişdi. Bu möhtəşəm hadisədən öncə, bina Y.A. Lixtenşteynin əmri ilə bir qədər yenidən qurulmuşdu. Məhz o zaman onun memarlıq simasında klassisizm cizgiləri yaranmışdı; xüsusilə də neoklassik fasad, böyük tacqoyma zalı və ön pilləkən bunun bariz nümunəsidir. Mənzərəli attik yığışdırılaraq, dam örtüyü asanlaşmışdır; barokko üslublu portal isə pilyastr və ionik orderli kapitellərlə bəzədilmişdi.
XIX əsrin əvvəlində saray rahib İ.Dobrovskiyə satılmışdı. 1825-ci ildən - 1848-ci il inqilabına qədər bu saray həm də M.Ledeburun mülkiyyətində idi, onun soyadından bina özünün ikinci adını qazanmışdı. Bu zaman əvvəlki interyer qismən bərpa olunmuşdu.
1848-ci ildə, yəni inqilabi hadisələrin qızğın vaxtı, saray avstriya ordusunun mülkiyyətinə keçir. Uzun illər burada müxtəlif hərbi qurumlar və vaxtaşırı qərargahların bəzi hissələri yerləşirdi. 1864-cü ildə zəngin çörək sənayeçisi Odkolkov binanın sahibi olur. Bina bu dəfə üslubunda bir daha yenidən qurulmuşdu. Memarlar Srnts və Zitekin layihəsi üzrə binanın üstündə əlavə mərtəbə tikilmişdir. Saray 1897-ci ildən, xidməti məqsədlərin istifadəsi üçün Praqanın bələdiyyəsinə keçir. 1924-1934-cü illərdə otaqların uyğunlaşdırılması üzrə böyük işlər aparılmış, binanın altından keçən xüsusi çay-tunel sistemi bağlanmışdı.
1940-1945-ci illər arasında sarayda NSDAP-nın dairə rəhbərliyi yerləşirdi. Elə həmin illərdə də qılıncoynatma bağı sökülərək, onun yerində Hitleryugendlərin təntənəli baxışı üçün xüsusi meydança yaradılmışdı.
İkinci dünya müharibəsindən sonra bina milliləşdirilir, həyətyanı bağça isə kütləvi istirahət yerinə çevrilir. Sovet Çexoslovakiyasında binada ÇSSR kommunist partiyasının ali təhsil ocağı və həmçinin hökumət apartamentləri yerləşirdi. Müxtəlif illərdə burada Danimarka və Niderland kraliçaları, Portuqaliya prezidenti, ispan kral ailəsi, kraliça II Yelizaveta öz əri şahzadə Filipp ilə birlikdə burada qalmışdı. Bununla belə, 1980-ci illərin sonunda saray artıq qəzalı vəziyyətdə idi. Sarayın divarlarını çay suyundan təcrid etmək məqsədilə, yenidən qurma işləri zamanı dərinliyi 14 metrə çatan xüsusi panellərdən istifadə olunmuşdu. Beləliklə, sarayda əlavə zirzəmi mərtəbəsi peyda olur, rekonstruksiya işləri aparılan zaman isə, qədim qravyuralar əsasında bərpa olunmuş 8 daş vaza fasada geri qaytarılmışdı. İnteryerlərdə aparılan təmir işləri zamanı binanın üçüncü mərtəbəsinin qədim nəqqaşlıq bəzəkləri bərpa olunmuşdu.
Postkommunist dövrdə bina musiqi sənətinin Akademiyasına təhvil verilmişdi. 8 000 kv metr sahəsi olan saray binasında, 150 və 200 yerlik konsert zalı və iki kiçik sərgi salonu, eləcə gözəl orqan zalı yerləşir. Sarayın həyətində açıq yay konsert meydançası yerləşir. Onun interyerləri kinematoqrafçılara dekorasiya kimi xidmət göstərir. Burada məsələn "Həyata keçirilməz missiya 2" filminin bəzi səhnələri çəkilmişdi.
Bir qədər mistika
Yüzilliklər ərzində saray və onun sakinləri haqqında bir neçə əfsanələr yaranmışdır. Onlardan biri kasıb qızın gənc knyaza olan məhəbbətindən danışır. Arzusunda olduğu və sevdiyi knyazla sarayda bir gecə keçirmək üçün o şeytana öz ürəyini bağışlayır. Və o həyatının ən xoşbəxt anında, balın qızğın çağında, iblisanə gülüş sədaları altında döşəmədə qəflətən açılan uçurumda yox olur. Əfsanənin başqa bir versiyasına görə, o daha sonra saraya Ağ qadın kabusu obrazında geri qayıdır və indiyədək onun uzun dəhlizlərində gəzişir. Başqa bir əfsanə isə, knyaginya Lixtenşteyn barədə bəhs edir - o özünün gözəlliyi və gəncliyindən ayrılmamaq üçün kasıb qız kimi ürəyini şeytana satır.
Ədəbiyyat
- Kolář Michal, Lichtenštejnský palác, vyd. Úřad vlády České republiky, Praha 2010
İstinadlar
- Památkový katalog NPÚ.
- The palaces of Prague Jiří Pešek, Zdeněk Hojda, Lubomir Pořízka - 1994- Page 98 Liechtenstein Palace (Kampa Island)
- "Finanční úřad pro hlavní město Prahu, územní pracoviště pro Prahu 1" (çex). Monumnet.npu.cz. 2012. 2016-03-10 tarixində .
- "Arxivlənmiş surət". 2021-01-16 tarixində . İstifadə tarixi: 2015-03-30.
Xarici keçidlər
- Lichtenštejnský palác na stánkách vlada.cz
- Obrázky exteriéru i interiérů paláce
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Lixtensteyn sarayi cex Lichtenstejnsky palac na Kampe v Praze Praqanin rayonunda Vltava cayinin sol sahilinde U Sovovych mlynu kucesi 4 506 yerlesen barokko uslublu saraydir Saray Kampa adasinin azsayli gormeli abidelerinden biridir Karl korpusunden Vltava cayi boyunca uzanan binanin fasadina ve onun etrafindaki diger binalara gozel menzere acilir Ele teessurat yaranir ki saray duz cayin dibinden qalxir Hazirda saray Cexiya hokumeti terefinden muxtelif medeni tedbirlerin habele muhum dovlet seferlerinin yerlesdirilmesi ucun istifade olunur 1958 ci ilden Cexiya Respublikasinin medeniyyet abidesi kimi qorunur Lixtensteyn sarayicex Lichtenstejnsky palac50 05 24 sm e 14 24 36 s u Olke CexiyaStatus Cexiya prezidenti ve Birinci xaniminin xususi nezareti altindadir Seher PraqaAidiyyatiMemar Covanni Battista AlliprandiSifarisci Kayzersteynli Frantisek HelfridTikilme tarixi 1697 1698Uslubu barokko memarligi neoklassik memarligi barokkoVeziyyeti Cexiya Respublikasi Hokumetinin elave binasiPraqa qesri Vikianbarda elaqeli mediafayllarTarixXVII evvellerinde tikilmis bu saray Praqada barokko memarliginin en qedim numunesi sayilir Lakin eslinde bu bir az dogru deyil Birincisi bu bir yox ilk sahibinin yeni qanli Karl Lixtensteynin isteyi ile vahid ansambl seklinde birlesdirilmis duz bes ayri binadir Ikincisi ise sarayin bezi hisseleri hele XVI esrde insa olunmusdu Baslangicda burada bir nece ev yerlesirdi onlarin hamisi 1541 ci ilde bas vermis Malostran yanginindan sonra tikilmis lakin onlardan cox az sey qalmisdi Yalniz cenub fasad terefinden daha erken dovre aid qedim qalanin qaliqlarini askar etmek olar 1620 ci ilde aparilan yenidenqurma islerinden sonra saray binasi ozunun orijinal altibucaqli cizgi ve formalarini elde etmisdi Vahid ansambl layihesinin muellifi D B Alliprandi sayilir Saray kompleksinin ilk illeri qanli hadiseler ovqati ile telx edilmisdi mehz burada Ag dag doyusunde meglub olmus quscular usyaninin rehberleri olum cezasina mehkum olmusdular Knyaz K Lixtensteyn kral canisini kimi qiyam istirakcilarini teqib ederek cezalandirir onlarin mulklerinin musadiresi ve katolik kilsenin ehali arasinda tesirinin berpasi ile mesgul olurdu 1791 ci ilde burada Bohemiya krali II Leopoldun tacqoyma merasimi kecirilmisdi Bu mohtesem hadiseden once bina Y A Lixtensteynin emri ile bir qeder yeniden qurulmusdu Mehz o zaman onun memarliq simasinda klassisizm cizgileri yaranmisdi xususile de neoklassik fasad boyuk tacqoyma zali ve on pilleken bunun bariz numunesidir Menzereli attik yigisdirilaraq dam ortuyu asanlasmisdir barokko uslublu portal ise pilyastr ve ionik orderli kapitellerle bezedilmisdi XIX esrin evvelinde saray rahib I Dobrovskiye satilmisdi 1825 ci ilden 1848 ci il inqilabina qeder bu saray hem de M Ledeburun mulkiyyetinde idi onun soyadindan bina ozunun ikinci adini qazanmisdi Bu zaman evvelki interyer qismen berpa olunmusdu 1848 ci ilde yeni inqilabi hadiselerin qizgin vaxti saray avstriya ordusunun mulkiyyetine kecir Uzun iller burada muxtelif herbi qurumlar ve vaxtasiri qerargahlarin bezi hisseleri yerlesirdi 1864 cu ilde zengin corek senayecisi Odkolkov binanin sahibi olur Bina bu defe uslubunda bir daha yeniden qurulmusdu Memarlar Srnts ve Zitekin layihesi uzre binanin ustunde elave mertebe tikilmisdir Saray 1897 ci ilden xidmeti meqsedlerin istifadesi ucun Praqanin belediyyesine kecir 1924 1934 cu illerde otaqlarin uygunlasdirilmasi uzre boyuk isler aparilmis binanin altindan kecen xususi cay tunel sistemi baglanmisdi 1940 1945 ci iller arasinda sarayda NSDAP nin daire rehberliyi yerlesirdi Ele hemin illerde de qilincoynatma bagi sokulerek onun yerinde Hitleryugendlerin tenteneli baxisi ucun xususi meydanca yaradilmisdi Ikinci dunya muharibesinden sonra bina millilesdirilir heyetyani bagca ise kutlevi istirahet yerine cevrilir Sovet Cexoslovakiyasinda binada CSSR kommunist partiyasinin ali tehsil ocagi ve hemcinin hokumet apartamentleri yerlesirdi Muxtelif illerde burada Danimarka ve Niderland kralicalari Portuqaliya prezidenti ispan kral ailesi kralica II Yelizaveta oz eri sahzade Filipp ile birlikde burada qalmisdi Bununla bele 1980 ci illerin sonunda saray artiq qezali veziyyetde idi Sarayin divarlarini cay suyundan tecrid etmek meqsedile yeniden qurma isleri zamani derinliyi 14 metre catan xususi panellerden istifade olunmusdu Belelikle sarayda elave zirzemi mertebesi peyda olur rekonstruksiya isleri aparilan zaman ise qedim qravyuralar esasinda berpa olunmus 8 das vaza fasada geri qaytarilmisdi Interyerlerde aparilan temir isleri zamani binanin ucuncu mertebesinin qedim neqqasliq bezekleri berpa olunmusdu Postkommunist dovrde bina musiqi senetinin Akademiyasina tehvil verilmisdi 8 000 kv metr sahesi olan saray binasinda 150 ve 200 yerlik konsert zali ve iki kicik sergi salonu elece gozel orqan zali yerlesir Sarayin heyetinde aciq yay konsert meydancasi yerlesir Onun interyerleri kinematoqrafcilara dekorasiya kimi xidmet gosterir Burada meselen Heyata kecirilmez missiya 2 filminin bezi sehneleri cekilmisdi Bir qeder mistikaYuzillikler erzinde saray ve onun sakinleri haqqinda bir nece efsaneler yaranmisdir Onlardan biri kasib qizin genc knyaza olan mehebbetinden danisir Arzusunda oldugu ve sevdiyi knyazla sarayda bir gece kecirmek ucun o seytana oz ureyini bagislayir Ve o heyatinin en xosbext aninda balin qizgin caginda iblisane gulus sedalari altinda dosemede qefleten acilan ucurumda yox olur Efsanenin basqa bir versiyasina gore o daha sonra saraya Ag qadin kabusu obrazinda geri qayidir ve indiyedek onun uzun dehlizlerinde gezisir Basqa bir efsane ise knyaginya Lixtensteyn barede behs edir o ozunun gozelliyi ve gencliyinden ayrilmamaq ucun kasib qiz kimi ureyini seytana satir EdebiyyatKolar Michal Lichtenstejnsky palac vyd Urad vlady Ceske republiky Praha 2010IstinadlarPamatkovy katalog NPU The palaces of Prague Jiri Pesek Zdenek Hojda Lubomir Porizka 1994 Page 98 Liechtenstein Palace Kampa Island Financni urad pro hlavni mesto Prahu uzemni pracoviste pro Prahu 1 cex Monumnet npu cz 2012 2016 03 10 tarixinde Arxivlenmis suret 2021 01 16 tarixinde Istifade tarixi 2015 03 30 Xarici kecidler Vikianbarda Lixtensteyn sarayi ile elaqeli mediafayllar var Lichtenstejnsky palac na stankach vlada cz Obrazky exterieru i interieru palace