Nasizmdən təmizlənmə, nasistlərdən təmizlənmə və ya denasifikasiya (alm. Entnazifizierung) – Müttəfiq Dövlətlərin İkinci Dünya Müharibəsindən sonra Almaniya və Avstriya cəmiyyətlərində həyata keçirdiyi və Nasional Sosializmin təsirini mədəniyyət, cəmiyyət, iqtisadiyyat, mətbuat, hüquq və siyasət sahələrindən silmək üçün həyata keçirdiyi siyasəti təsvir edir. Siyasət çərçivəsində məsul təşkilat rəhbərləri və əlaqədar qurumlar birbaşa işdən çıxardıldı və həmin təşkilatlar bağlanıldı. Bu siyasətə müharibədən dərhal sonra keçirilən Potsdam konfransında qərar verildi. Siyasi cəhətdən həyata keçirilən tədbirlər Soyuq müharibənin başlaması ilə faktiki olaraq dayandırıldı.
Ümumi çərçivə
İkinci Dünya Müharibəsi dövründə Nasist Almaniyasının təslim olmasından sonra, Berlindən 26 km cənub-qərbdə yerləşən Potsdamda 1945-ci il 17 iyul ilə 2 avqust arasında təşkil edilən Potsdam Konfransı, xüsusilə Almaniya və Avstriyada nasizmdən təmizlənmə işlərinə başlamağa qərar verdi. Berlindəki Müttəfiq Komandanlığı 1946-cı ilin yanvarında fəaliyyətə başladı. Bu çərçivədə müəyyən şəxslər və təşkilatlar müşahidə altına alındı və bunlar haqqında qərarlar qəbul edildi. Bütün Müttəfiq Dövlətlər ümumi prinsiplərdə razılaşsalar da, onların nəzarəti altında olan ərazilərdə bunun həyata keçirilməsi çox fərqlənirdi. Nasizmin aradan qaldırılması fəaliyyətinə nasist rejiminin istifadə etmiş olduğu simvolların çıxarılması da daxildir.
Müttəfiq işğal regionlarındakı vəziyyət
ABŞ
ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dvayt Eisenhower, 1067 saylı sərəncamla bu məsələyə toxunur. Mövzu çərçivəsində ABŞ-nin nəzarətində olan bölgələrdə 18 yaşdan yuxarı olanlar üçün müəyyən kateqoriyalar yaradılır:
- Xüsusi cinayətkarlar
- Cinayətkarlar (yaraqlılar, müharibədən pul qazananlar)
- Aşağı səviyyəli cinayətkarlar
- Simpatiya bəsləyənlər
- Günahsızlar
Həyata keçirilən işlərdə, Alman xalqının uzun müddətli bir müddətdə maarifləndirilməsinin zəruriliyi qeyd edildi və məsuliyyətin işğal rəhbərliyi altında olduğu bildirildi. 1 aprel 1946-cı ildə faşistləri aradan qaldırmaq üçün proqramın məsuliyyəti Alman rəhbərliyinə verildi. 1947-ci ilə qədər ABŞ-nin nəzarəti altında olan ərazilərdə 90.000 faşist həbs olundu və 1.9 milyon insana peşələrini icra etmək qadağan edildi və onlara yalnız əl əməyi ilə işləməyə icazə verildi.
1948-ci ildə Soyuq müharibənin başlaması nasizmdən təmizlənmə prosesinə təsir göstərməyə başladı. Yaranan Şərq Bloku daha çox ön plana çıxdı, təmizlənmə məhkəmələri sürətləndi və səthi olmağa başladı. Təqsirləndirilən şəxslərin araşdırılmadığı qısa müddət ərzində qərar qəbul etmək təzyiqi prosesi mənasız etdi. Harry S. Trumanın prezidentliyi dövründə nasistlərin təmizlənməsi bir cadugər ovuna bənzədildiyi üçün tənqid edilmişdir.
SSRİ
Sovet gizli xidməti NKVD müharibə başa çatdıqdan sonra bir çox nasist hərbi əsirini sorğu-sual etdi. Soyuq müharibənin başlaması ilə Qərb İttifaqı dövlətləri tərəfindən nasistlərdən təmizlənmə prosesinin dayandırılması Sovet İttifaqı və Şərqi Almaniya administrasiyaları tərəfindən tənqid edildi. Xüsusilə Şərqi Almaniyada hakim Almaniya Sosialist Birlik Partiyası, nasistlərin Qərb dövlətləri tərəfindən qorunduğunu fikrini təkrar-təkrar bildirmişdir.
İngiltərə
İngiltərə 1942-ci ildə hazırlanmış bir plan əsasında işğal altındakı torpaqlarda idarəetməni ələ keçirmək üçün mülki hökumətlərin hazırlıqlarını həyata keçirmişdir. Buna görə, nasistlərə rəğbət bəsləyənlər cəzalandırıldı və vəzifələrindən uzaqlaşdırıldı. İngiltərə idarəçiləri ümumiyyətlə Fransa və ABŞ ilə əlaqələndirilmiş şəkildə hərəkət etmişdirlər.
Fransa
İngilislərdən fərqli olaraq, fransızlar təkcə yüksək rütbəli nasistləri deyil, nasistlərlə əməkdaşlıq etmiş bütün şəxsləri cəzalandırmaq istəyirdilər. Alman torpaqlarını işğal edərkən qisas hissləri olan Fransa qoşunlarının nizamsız davrandıqları müşahidə edilmişdir. Alman hərbi əsirlərinin məcburi iş üçün Fransaya aparıldığı da bilinir.
Qərbi Almaniyaya təsirləri
Nasistlərdən təmizlənmə mədəniyyəti, sonradan Qərbi Almaniya adlanacaq bölgələrdə parlamentar həyata çox təsir etmişdir. 8 may 1949-cu ildə hazırlanan və 23 mayda təsdiqlənən Qərbi Almaniya Konstitusiyası bu istiqamətdə yaradıldı. Nasistlərdən təmizlənmə dövrünün sona çatması ilə qərbdə Avropa Birliyinə çevriləcək Avropa Kömür və Polad İttifaqının təməlləri qoyulmuşdur.
Sonu
Xüsusilə ABŞ administrasiyasının diqqətindən kənarda qalmış nasistlərdən təmizlənmə prosesi Qərbi Almaniyanın baş naziri Konrad Adenauerin təşəbbüsləri ilə başa çatdı. Adenauer, günahkarların bu müddət ərzində cəzalandırıldığı fikrini müdafiə edərək hökumət olaraq müraciət edən Nasist rejiminin qurbanlarına kompensasiya verilməsini qəbul edən bir siyasət həyata keçirməyə başladı. Nasistlərdən təmizlənmə qanunları ləğv edildikdən sonra köhnə nasistlərə dövlətdə yenidən iş imkanları yaradılmışdır. Bu çərçivədə 792 min insan əfv qanunundan faydalanmışdır. Nəticədə bir çox keçmiş nasist siyasətə və dövlət sıralarındakı keçmiş mövqelərinə qayıda bilmişdir.
Qərbi Almaniyanın tənqid olunması
Soyuq müharibəyə görə nasistlərin qovulmasının dayandırılması Şərqi Alman hökumətləri, həmçinin qərbdəki sol qruplar tərəfindən də tənqid edilmişdir. Xüsusilə Qırmızı Ordu Fraksiyası adlanan təşkilat Qərbi Alman hökumətini Nasist dövrünün davamı hesab edərək müəyyən tədbirlər həyata keçirmişdir. Keçmiş nasistlərin Qərbi Almaniyanın siyasi arenasında fəaliyyət göstərməsinə icazə verilsə də, Almaniya Kommunist Partiyasının məhkəmə qərarı ilə bağlanması nümunəsi Qırmızı Ordu Fraksiyası təşkilatı tərəfindən bu fikrini dəstəkləmək üçün irəli sürülmüşdür.
Bugünkü statusu
Bu gün məşhur Alman yazıçısı Günter Qrass, gəncliyində Waffen-SS-də köməkçi işlədiyini etiraf etməsi və ictimai rəydə ortaya çıxan reaksiyalar, mövzunun hələ də sosial sahədə mühüm yer tutduğunu göstərir. Bildirilənlərdən daha çox sayda insanın Nasist rejiminə müəyyən bir səviyyədə dəstək verdiyi və bu keçmişlə ictimaiyyət arasında çıxa bilmədiyi güman edilir. Məhz buna görə də onlar bu keçmişlərini gizlətməyə çalışırlar.
Digər ölkələrdəki tətbiqləri
Həqiqətdə təmizlənmə prosesləri işğal olunmuş ölkələrin əksəriyyətində fərqli adlar altında həyata keçirilmişdir. Fransadakı bu hadisələrlə bağlı müddətə Épuration légale deyilirdi. Müttəfiq dövlətlərin ərazisində tutulan məhkumlar da ölkələrinə qayıtmadan təmizlənməyə məruz qalmışdırlar. Eynilə, proses Belçika, Norveç, Yunanıstan və Yuqoslaviyada da aparılmışdır
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nasizmden temizlenme nasistlerden temizlenme ve ya denasifikasiya alm Entnazifizierung Muttefiq Dovletlerin Ikinci Dunya Muharibesinden sonra Almaniya ve Avstriya cemiyyetlerinde heyata kecirdiyi ve Nasional Sosializmin tesirini medeniyyet cemiyyet iqtisadiyyat metbuat huquq ve siyaset sahelerinden silmek ucun heyata kecirdiyi siyaseti tesvir edir Siyaset cercivesinde mesul teskilat rehberleri ve elaqedar qurumlar birbasa isden cixardildi ve hemin teskilatlar baglanildi Bu siyasete muharibeden derhal sonra kecirilen Potsdam konfransinda qerar verildi Siyasi cehetden heyata kecirilen tedbirler Soyuq muharibenin baslamasi ile faktiki olaraq dayandirildi Adolf Hitler adi kucelerden cixardilirUmumi cercivePotsdamda Xarici Isler nazirleri Molotov James F Byrnes ve Anthony Eden Ikinci Dunya Muharibesi dovrunde Nasist Almaniyasinin teslim olmasindan sonra Berlinden 26 km cenub qerbde yerlesen Potsdamda 1945 ci il 17 iyul ile 2 avqust arasinda teskil edilen Potsdam Konfransi xususile Almaniya ve Avstriyada nasizmden temizlenme islerine baslamaga qerar verdi Berlindeki Muttefiq Komandanligi 1946 ci ilin yanvarinda fealiyyete basladi Bu cercivede mueyyen sexsler ve teskilatlar musahide altina alindi ve bunlar haqqinda qerarlar qebul edildi Butun Muttefiq Dovletler umumi prinsiplerde razilassalar da onlarin nezareti altinda olan erazilerde bunun heyata kecirilmesi cox ferqlenirdi Nasizmin aradan qaldirilmasi fealiyyetine nasist rejiminin istifade etmis oldugu simvollarin cixarilmasi da daxildir Muttefiq isgal regionlarindaki veziyyetEsir alman esgerlerNurnberg Beynelxalq Herbi Ceza Mehkemesi1952 ci ilde Avropa Komur ve Polad Ittifaqi olkeleriGunter Qrass muharibenin sonunda tutulan zaman haqqinda yaradilmis senedABS ABS Silahli Quvvelerinin Bas Qerargah reisi Dvayt Eisenhower 1067 sayli serencamla bu meseleye toxunur Movzu cercivesinde ABS nin nezaretinde olan bolgelerde 18 yasdan yuxari olanlar ucun mueyyen kateqoriyalar yaradilir Xususi cinayetkarlar Cinayetkarlar yaraqlilar muharibeden pul qazananlar Asagi seviyyeli cinayetkarlar Simpatiya besleyenler Gunahsizlar Heyata kecirilen islerde Alman xalqinin uzun muddetli bir muddetde maariflendirilmesinin zeruriliyi qeyd edildi ve mesuliyyetin isgal rehberliyi altinda oldugu bildirildi 1 aprel 1946 ci ilde fasistleri aradan qaldirmaq ucun proqramin mesuliyyeti Alman rehberliyine verildi 1947 ci ile qeder ABS nin nezareti altinda olan erazilerde 90 000 fasist hebs olundu ve 1 9 milyon insana peselerini icra etmek qadagan edildi ve onlara yalniz el emeyi ile islemeye icaze verildi 1948 ci ilde Soyuq muharibenin baslamasi nasizmden temizlenme prosesine tesir gostermeye basladi Yaranan Serq Bloku daha cox on plana cixdi temizlenme mehkemeleri suretlendi ve sethi olmaga basladi Teqsirlendirilen sexslerin arasdirilmadigi qisa muddet erzinde qerar qebul etmek tezyiqi prosesi menasiz etdi Harry S Trumanin prezidentliyi dovrunde nasistlerin temizlenmesi bir caduger ovuna benzedildiyi ucun tenqid edilmisdir SSRI Sovet gizli xidmeti NKVD muharibe basa catdiqdan sonra bir cox nasist herbi esirini sorgu sual etdi Soyuq muharibenin baslamasi ile Qerb Ittifaqi dovletleri terefinden nasistlerden temizlenme prosesinin dayandirilmasi Sovet Ittifaqi ve Serqi Almaniya administrasiyalari terefinden tenqid edildi Xususile Serqi Almaniyada hakim Almaniya Sosialist Birlik Partiyasi nasistlerin Qerb dovletleri terefinden qorundugunu fikrini tekrar tekrar bildirmisdir Ingiltere Ingiltere 1942 ci ilde hazirlanmis bir plan esasinda isgal altindaki torpaqlarda idareetmeni ele kecirmek ucun mulki hokumetlerin hazirliqlarini heyata kecirmisdir Buna gore nasistlere regbet besleyenler cezalandirildi ve vezifelerinden uzaqlasdirildi Ingiltere idarecileri umumiyyetle Fransa ve ABS ile elaqelendirilmis sekilde hereket etmisdirler Fransa Ingilislerden ferqli olaraq fransizlar tekce yuksek rutbeli nasistleri deyil nasistlerle emekdasliq etmis butun sexsleri cezalandirmaq isteyirdiler Alman torpaqlarini isgal ederken qisas hissleri olan Fransa qosunlarinin nizamsiz davrandiqlari musahide edilmisdir Alman herbi esirlerinin mecburi is ucun Fransaya aparildigi da bilinir Qerbi Almaniyaya tesirleriNasistlerden temizlenme medeniyyeti sonradan Qerbi Almaniya adlanacaq bolgelerde parlamentar heyata cox tesir etmisdir 8 may 1949 cu ilde hazirlanan ve 23 mayda tesdiqlenen Qerbi Almaniya Konstitusiyasi bu istiqametde yaradildi Nasistlerden temizlenme dovrunun sona catmasi ile qerbde Avropa Birliyine cevrilecek Avropa Komur ve Polad Ittifaqinin temelleri qoyulmusdur SonuXususile ABS administrasiyasinin diqqetinden kenarda qalmis nasistlerden temizlenme prosesi Qerbi Almaniyanin bas naziri Konrad Adenauerin tesebbusleri ile basa catdi Adenauer gunahkarlarin bu muddet erzinde cezalandirildigi fikrini mudafie ederek hokumet olaraq muraciet eden Nasist rejiminin qurbanlarina kompensasiya verilmesini qebul eden bir siyaset heyata kecirmeye basladi Nasistlerden temizlenme qanunlari legv edildikden sonra kohne nasistlere dovletde yeniden is imkanlari yaradilmisdir Bu cercivede 792 min insan efv qanunundan faydalanmisdir Neticede bir cox kecmis nasist siyasete ve dovlet siralarindaki kecmis movqelerine qayida bilmisdir Qerbi Almaniyanin tenqid olunmasiSoyuq muharibeye gore nasistlerin qovulmasinin dayandirilmasi Serqi Alman hokumetleri hemcinin qerbdeki sol qruplar terefinden de tenqid edilmisdir Xususile Qirmizi Ordu Fraksiyasi adlanan teskilat Qerbi Alman hokumetini Nasist dovrunun davami hesab ederek mueyyen tedbirler heyata kecirmisdir Kecmis nasistlerin Qerbi Almaniyanin siyasi arenasinda fealiyyet gostermesine icaze verilse de Almaniya Kommunist Partiyasinin mehkeme qerari ile baglanmasi numunesi Qirmizi Ordu Fraksiyasi teskilati terefinden bu fikrini desteklemek ucun ireli surulmusdur Bugunku statusuBu gun meshur Alman yazicisi Gunter Qrass gencliyinde Waffen SS de komekci islediyini etiraf etmesi ve ictimai reyde ortaya cixan reaksiyalar movzunun hele de sosial sahede muhum yer tutdugunu gosterir Bildirilenlerden daha cox sayda insanin Nasist rejimine mueyyen bir seviyyede destek verdiyi ve bu kecmisle ictimaiyyet arasinda cixa bilmediyi guman edilir Mehz buna gore de onlar bu kecmislerini gizletmeye calisirlar Diger olkelerdeki tetbiqleriHeqiqetde temizlenme prosesleri isgal olunmus olkelerin ekseriyyetinde ferqli adlar altinda heyata kecirilmisdir Fransadaki bu hadiselerle bagli muddete Epuration legale deyilirdi Muttefiq dovletlerin erazisinde tutulan mehkumlar da olkelerine qayitmadan temizlenmeye meruz qalmisdirlar Eynile proses Belcika Norvec Yunanistan ve Yuqoslaviyada da aparilmisdir