Günter Qrass (alm. Günter Wilhelm Grass; 16 oktyabr 1927[…], Qdansk – 13 aprel 2015[…], Lübek, Almaniya Federativ Respublikası) — alman yazıçı, heykəltaraş, rəssam, esseist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1999).
Günter Qrass | |
---|---|
alm. Günter Grass | |
Doğum adı | Günter Wilhelm Grass |
Doğum tarixi | 16 oktyabr 1927[…] |
Doğum yeri | |
Vəfat tarixi | 13 aprel 2015[…](87 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | infeksiya |
Uşağı | 8 |
Fəaliyyəti | söz yazıçısı[d], ssenarist, şair, heykəltaraş, roman yazıçısı, dramaturq, esseist, avtobioqraf[d], rəssam, qrafika ustası[d], illüstrasiyaçı[d], yazıçı, rəssam-qravüraçı[d], fotoqraf, incəsənət xadimi, librettoçu |
Fəaliyyət illəri | 1956-cı ildən |
Tanınmış əsərləri | |
Üzvlüyü |
|
Mükafatları | |
grass-stiftung.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Günter Qrass İkinci Dünya müharibəsinə qədər Almaniya ərazisi olan Dantsiqdə (hazırda Polşanın Qdansk şəhəri) qarışıq ailədə doğulmuşdu. Atası protestant-alman, anası isə katolik polyak idi. Kiçik yaşlarından katolik ənənələri ruhunda tərbiyə edilmişdi.
Gələcək yazıçının yeniyetməlik və ilk gənclik illəri alman tarixinin çətin, mürəkkəb dövrünə düşmüşdü. Təhsil həyatına Dantsiq gimnaziyasında başlayan Günter də əksər həmyaşıdları kimi faşist gənclər təşkilatının — Hitleryugendin üzvü olmuşdu. Evlərindəki "boğucu katolik ab-havasından qurtarmaq üçün" 15 yaşında sualtı qayıqda xidmətə düzəlməyə çalışmışdı. Lakin əvəzində onu əmək batalyonuna yazmışdılar. 17 yaşında isə orduya çağrılmışdı. Uzun illər boyu onun faşist ordusundakı xidmətinin təfərrüatları qaranlıq qalmışdı.
Yalnız 2006-cı ilin avqustunda dünya şöhrətli alman yazıçısının Himmlerin tabeliyindəki elitar Vaffen-SS hissələrində xidmət etdiyi aşkara çıxmışdı. Bu Almaniyada və Polşada böyük qalmaqal yaratmışdı. Həmvətənləri Günter Qrassı saxtakarlıqda, simasızlıq və ikiüzlülükdə, altmış il ərzində bioqrafiyasının ləkəli, utancverici faktlarını cəmiyyətdən gizlətməkdə təqsirləndirmişdilər. Polşanın eks-prezidenti Leh Valensa da daxil olmaqla polyak opponentlər elitar faşist hərbi hissələrində xidmət etmiş şəxsin Qdanskın fəxri vətəndaşı statusuna malik olmasını yolverilməz saymışdılar. Lakin bütün çağırışlara baxmayaraq şəhər əhalisi Qrassın fəxri vətəndaşlıqdan məhrum edilməsinə razılıq verməmişdi. Yazıçı özü Vaffen SS-dəki xidmətini gənclik təcrübəsizliyi ilə əlaqələndirmiş, döyüş əməliyyatlarında iştirak etmədiyini, bir güllə də atmadığını bildirmişdi.
1945-ci ilin aprelində Günter Qrass yaralı halda amerikalılara əsir düşmüşdü. Federativ Almaniyaya qaytarıldıqdan sonra şaxtaçı və bənna kimi çalışmışdı. 1948-ci ildə Drüsseldorf İncənət Akademiyasına daxil olmuş, ardınca Berlin Ali Təsviri Sənət məktəbində heykəltaraşlıq və rəssamlığın sirlərini öyrənməyə çalışmışdı. Bədii yaradıcılığa isə 40-cı illərin sonunda, şeirlə başlamışdı.
Onun 1959-cu ildə çap olunan "Tənəkə təbil" adlı ilk romanı uğurlu alınmışdı. Roman Dantsiq (Qdansk), faşizm və müharibə haqqında idi. Əsərin qəhrəmanı gənc Oskar Matserat ətrafındakı hər şeyə nifrət edir. Onu həyatla bağlayan yeganə tel anasının bağışladığı ucuz təbildir. Oskar bu təbildən ayrılmır, daim çalır. Başqa sözlə desək, həyata, insanlara, hadisələrə münasibətini təbil döyəcləməklə ifadə edir. Təbil çala-çala tribuna önündən keçən bu gənc əslində XX əsr Almaniyasında bütöv bir nəslin ümumiləşdirmiş obrazı idi. Alman rejissoru Folker Şlyondorfun romanın motivləri əsasında çəkdiyi eyniadlı film (1979) Kann festivalının ən yüksək mükafatına — Qızıl Palmaya və ən yaxşı xarici filmlər üçün təsis edilmiş Oskara layiq görülmüşdü.
Dantsiq və 20-30-cu illərin alman gəncliyi müəllifin "Siçan-pişik" (1961) və "İt illəri" (1963) romanlarının da mərkəzində dayanmışdı. "Tənəkə təbil" də əlavə olunmaqla bu əsərləri çox vaxt "Dantsiq trilogiyası" adlandırırlar. Hər üç romanda ictimai tənqid və qrotesk elementləri çox güclüdür.
Günter Qrass müasir alman həyatının problemlərinə də yad deyildir. Onun "İlbizin gündəliyi" (1972), "Kambala" (1977) romanları mövcud cəmiyyətin üzləşdiyi siyasi, mənəvi və əxlaqi problemlərə toxunur. Müəllifin uğurlu əsərləri sırasına tarixi-fantastik "Telqtdə görüş" (1979), "Uydurmalar" (1982) povestlərinin və "Yarasa" (1985) romanının da adları daxil edilə bilər.
Siyasi baxışlarına görə Günter Qrass həmişə sosial-demokratlara rəğbəti ilə seçilmişdir. O, 1982-ci ildən Almaniya Sosial-Demokrat partiyasının üzvləri sırasına daxil olmuşdu. Nə qədər qəribə səslənsə də, Qrass iki Almaniyanın birləşməsinə qarşı çıxan azsaylı alman intellektuallarından biri kimi tanınmışdı. Yazıçı bunu birləşmiş Almaniyanın dünya üçün yenidən hərbi təhlükə mənbəyinə çevrilmək ehtimalı ilə əlaqələndirmişdi.
1999-cu ildə Günter Qrass "çoxmənalı və qorxulu pritçaları ilə tarixin yaddan çıxmış obrazını işıqlandırdığına görə" Nobel mükafatı laureatı olmuşdur. Nobel mühazirəsini çağdaş dünyanın problemlərinə həsr edən yazıçı "qardaşı sosializm o biri dünyaya yola salınandan sonra kapitalizmin nəhənglik maniyasından əziyyət çəkdiyindən" şikayətlənmiş, laureatlara verilən pul mükafatının əslində dinamitdən çıxdığını xatırladaraq ədəbiyyatı həyatda və cəmiyyətdə dinamit rolunu oynamağa yox, daha nəcib və humanist məqsədlərə xidmət etməyə çağırmışdı.
Yazıçı bu məsələdə şəxsi nümunə göstərərək 2001-ci ildə Qdanskda müharibə dövründə itirilmiş, yaxud qənimət kimi ələ keçirilmiş incəsənət əsərlərinin toplandığı birgə alman-polyak muzeyinin yaradılması ideyası ilə çıxış etmişdi. Bəzən ekstravaqant təşəbbüsləri ilə seçilən Qrass 1985-ci ildən başlayaraq alman cazmeni Günter Zammerin caz musiqisinin müşayiəti ilə özünün ifasında bir çox əsərlərinin CD disklərini hazırlayıb yaymaqla məşğul olur.
Uzunmüddətli sükutdan sonra yazdığı "Müdrik xərçəng" (2001) romanında Günter Qrass müasir Almaniyada üzərindən sükutla keçilən mövzuya — Qırmızı ordunun amansız təqiblərinə məruz qalan Rusiya və Şərqi Avropa almanlarının faciəli taleyinə işıq salmağa çalışmışdı.
Günter Qrass xeyli müddət paytaxda deyil, Lübek şəhərində yaşamışdır. O, 2005-ci ildə burada "Lübek ədəbi görüşləri" adlı dərnək yaratmışdır.
Yazıçı 13 aprel 2015-ci ildə Lübekdə vəfat etmişdir.
Əsərləri
Dantsiq triologiyası
- Tənəkə təbili / Die Blechtrommel (1959)
- Pişik və siçan/ Katz und Maus (1961)
- İt illəri / Hundejahre (1963)
Roman və povestləri
- Yerli narkoz altında / Örtlich betäubt (1969)
- İlbisin gündəliyindən/ Aus dem Tagebuch einer Schnecke (1972)
- Dilbalığı / Der Butt (1977)
- Düşüncələr / Kopfgeburten (1982)
- Telqetdə görüşlər/ Das Treffen in Telgte (1979)
- Siçovul/ Die Rättin (1986)
- Mənim yüz illiyim / Mein Jahrhundert (1999)
- Xərcəng yolu/ Im Krebsgang (2002)
Mənbə
- Hanspeter Brode: Günter Grass. Beck, München 1979, .
- Claudia Mayer-Iswandy: Günter Grass. Deutscher Taschenbuch-Verlag, München 2002, .
İstinadlar
- Грасс Гюнтер // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Günter Grass (nid.).
- http://www.bbc.com/news/world-europe-32285705.
- Gunter Grass // Encyclopædia Britannica (ing.).
- https://www.ndr.de/kultur/geschichte/koepfe/Guenter-Grass-Multitalent-und-Moralist,biografiegrass101.html.
- Catalog of the German National Library (alm.).
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Gunter Qrass alm Gunter Wilhelm Grass 16 oktyabr 1927 Qdansk 13 aprel 2015 Lubek Almaniya Federativ Respublikasi alman yazici heykeltaras ressam esseist Edebiyyat uzre Nobel mukafati laureati 1999 Gunter Qrassalm Gunter Grass Dogum adi Gunter Wilhelm GrassDogum tarixi 16 oktyabr 1927 1927 10 16 Dogum yeri QdanskVefat tarixi 13 aprel 2015 2015 04 13 87 yasinda Vefat yeri Lubek Almaniya Federativ RespublikasiVefat sebebi infeksiyaUsagi 8Fealiyyeti soz yazicisi d ssenarist sair heykeltaras roman yazicisi dramaturq esseist avtobioqraf d ressam qrafika ustasi d illustrasiyaci d yazici ressam qravuraci d fotoqraf incesenet xadimi librettocuFealiyyet illeri 1956 ci ildenTaninmis eserleri Teneke tebiliUzvluyu Berlin Incesenet Akademiyasi d bilinmir Kral Edebiyyat Cemiyyeti d Amerika Incesenet ve Elmler Akademiyasi 1970 Mukafatlarigrass stiftung de Vikianbarda elaqeli mediafayllarHeyatiGunter Qrass Ikinci Dunya muharibesine qeder Almaniya erazisi olan Dantsiqde hazirda Polsanin Qdansk seheri qarisiq ailede dogulmusdu Atasi protestant alman anasi ise katolik polyak idi Kicik yaslarindan katolik eneneleri ruhunda terbiye edilmisdi Gelecek yazicinin yeniyetmelik ve ilk genclik illeri alman tarixinin cetin murekkeb dovrune dusmusdu Tehsil heyatina Dantsiq gimnaziyasinda baslayan Gunter de ekser hemyasidlari kimi fasist gencler teskilatinin Hitleryugendin uzvu olmusdu Evlerindeki bogucu katolik ab havasindan qurtarmaq ucun 15 yasinda sualti qayiqda xidmete duzelmeye calismisdi Lakin evezinde onu emek batalyonuna yazmisdilar 17 yasinda ise orduya cagrilmisdi Uzun iller boyu onun fasist ordusundaki xidmetinin teferruatlari qaranliq qalmisdi Yalniz 2006 ci ilin avqustunda dunya sohretli alman yazicisinin Himmlerin tabeliyindeki elitar Vaffen SS hisselerinde xidmet etdiyi askara cixmisdi Bu Almaniyada ve Polsada boyuk qalmaqal yaratmisdi Hemvetenleri Gunter Qrassi saxtakarliqda simasizliq ve ikiuzlulukde altmis il erzinde bioqrafiyasinin lekeli utancverici faktlarini cemiyyetden gizletmekde teqsirlendirmisdiler Polsanin eks prezidenti Leh Valensa da daxil olmaqla polyak opponentler elitar fasist herbi hisselerinde xidmet etmis sexsin Qdanskin fexri vetendasi statusuna malik olmasini yolverilmez saymisdilar Lakin butun cagirislara baxmayaraq seher ehalisi Qrassin fexri vetendasliqdan mehrum edilmesine raziliq vermemisdi Yazici ozu Vaffen SS deki xidmetini genclik tecrubesizliyi ile elaqelendirmis doyus emeliyyatlarinda istirak etmediyini bir gulle de atmadigini bildirmisdi 1945 ci ilin aprelinde Gunter Qrass yarali halda amerikalilara esir dusmusdu Federativ Almaniyaya qaytarildiqdan sonra saxtaci ve benna kimi calismisdi 1948 ci ilde Drusseldorf Incenet Akademiyasina daxil olmus ardinca Berlin Ali Tesviri Senet mektebinde heykeltarasliq ve ressamligin sirlerini oyrenmeye calismisdi Bedii yaradiciliga ise 40 ci illerin sonunda seirle baslamisdi Onun 1959 cu ilde cap olunan Teneke tebil adli ilk romani ugurlu alinmisdi Roman Dantsiq Qdansk fasizm ve muharibe haqqinda idi Eserin qehremani genc Oskar Matserat etrafindaki her seye nifret edir Onu heyatla baglayan yegane tel anasinin bagisladigi ucuz tebildir Oskar bu tebilden ayrilmir daim calir Basqa sozle desek heyata insanlara hadiselere munasibetini tebil doyeclemekle ifade edir Tebil cala cala tribuna onunden kecen bu genc eslinde XX esr Almaniyasinda butov bir neslin umumilesdirmis obrazi idi Alman rejissoru Folker Slyondorfun romanin motivleri esasinda cekdiyi eyniadli film 1979 Kann festivalinin en yuksek mukafatina Qizil Palmaya ve en yaxsi xarici filmler ucun tesis edilmis Oskara layiq gorulmusdu Dantsiq ve 20 30 cu illerin alman gencliyi muellifin Sican pisik 1961 ve It illeri 1963 romanlarinin da merkezinde dayanmisdi Teneke tebil de elave olunmaqla bu eserleri cox vaxt Dantsiq trilogiyasi adlandirirlar Her uc romanda ictimai tenqid ve qrotesk elementleri cox gucludur Gunter Qrass muasir alman heyatinin problemlerine de yad deyildir Onun Ilbizin gundeliyi 1972 Kambala 1977 romanlari movcud cemiyyetin uzlesdiyi siyasi menevi ve exlaqi problemlere toxunur Muellifin ugurlu eserleri sirasina tarixi fantastik Telqtde gorus 1979 Uydurmalar 1982 povestlerinin ve Yarasa 1985 romaninin da adlari daxil edile biler Siyasi baxislarina gore Gunter Qrass hemise sosial demokratlara regbeti ile secilmisdir O 1982 ci ilden Almaniya Sosial Demokrat partiyasinin uzvleri sirasina daxil olmusdu Ne qeder qeribe seslense de Qrass iki Almaniyanin birlesmesine qarsi cixan azsayli alman intellektuallarindan biri kimi taninmisdi Yazici bunu birlesmis Almaniyanin dunya ucun yeniden herbi tehluke menbeyine cevrilmek ehtimali ile elaqelendirmisdi 1999 cu ilde Gunter Qrass coxmenali ve qorxulu pritcalari ile tarixin yaddan cixmis obrazini isiqlandirdigina gore Nobel mukafati laureati olmusdur Nobel muhaziresini cagdas dunyanin problemlerine hesr eden yazici qardasi sosializm o biri dunyaya yola salinandan sonra kapitalizmin nehenglik maniyasindan eziyyet cekdiyinden sikayetlenmis laureatlara verilen pul mukafatinin eslinde dinamitden cixdigini xatirladaraq edebiyyati heyatda ve cemiyyetde dinamit rolunu oynamaga yox daha necib ve humanist meqsedlere xidmet etmeye cagirmisdi Yazici bu meselede sexsi numune gostererek 2001 ci ilde Qdanskda muharibe dovrunde itirilmis yaxud qenimet kimi ele kecirilmis incesenet eserlerinin toplandigi birge alman polyak muzeyinin yaradilmasi ideyasi ile cixis etmisdi Bezen ekstravaqant tesebbusleri ile secilen Qrass 1985 ci ilden baslayaraq alman cazmeni Gunter Zammerin caz musiqisinin musayieti ile ozunun ifasinda bir cox eserlerinin CD disklerini hazirlayib yaymaqla mesgul olur Uzunmuddetli sukutdan sonra yazdigi Mudrik xerceng 2001 romaninda Gunter Qrass muasir Almaniyada uzerinden sukutla kecilen movzuya Qirmizi ordunun amansiz teqiblerine meruz qalan Rusiya ve Serqi Avropa almanlarinin facieli taleyine isiq salmaga calismisdi Gunter Qrass xeyli muddet paytaxda deyil Lubek seherinde yasamisdir O 2005 ci ilde burada Lubek edebi gorusleri adli dernek yaratmisdir Yazici 13 aprel 2015 ci ilde Lubekde vefat etmisdir EserleriDantsiq triologiyasi Teneke tebili Die Blechtrommel 1959 Pisik ve sican Katz und Maus 1961 It illeri Hundejahre 1963 Roman ve povestleri Yerli narkoz altinda Ortlich betaubt 1969 Ilbisin gundeliyinden Aus dem Tagebuch einer Schnecke 1972 Dilbaligi Der Butt 1977 Dusunceler Kopfgeburten 1982 Telqetde gorusler Das Treffen in Telgte 1979 Sicovul Die Rattin 1986 Menim yuz illiyim Mein Jahrhundert 1999 Xerceng yolu Im Krebsgang 2002 MenbeHanspeter Brode Gunter Grass Beck Munchen 1979 ISBN 3 406 07437 5 Claudia Mayer Iswandy Gunter Grass Deutscher Taschenbuch Verlag Munchen 2002 ISBN 3 423 31059 6 IstinadlarGrass Gyunter Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 Gunter Grass nid http www bbc com news world europe 32285705 Gunter Grass Encyclopaedia Britannica ing https www ndr de kultur geschichte koepfe Guenter Grass Multitalent und Moralist biografiegrass101 html Catalog of the German National Library alm MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerHemcinin bax