Kinayə — komizm üsullarından biri, fikrin ifadəsi üçün sözün, ifadənin, cümlənin əks mənada işlədilməsi. Ərəb sözü olub, "dolayı yolla məna ifadə edən söz; tənə ilə söylənən söz" mənasında işlənir. Fikrin ifadə tərzinin onun daxili mənasına qarşı qoyulması kinayə adlanır. Kinayənin əsas xüsusiyyəti odur ki, söz, ifadə iki mənada başa düşülə bilir, lakin müstəqim məna deyil, əks, neqativ məna əsas götürülür. Əsas məna ilə əks məna arasında ziddiyyət nə qədər kəskin olarsa, kinayə də o qədər güclü olur. Kinayə gülüş yaratma üsullarından biri kimi, həm yumora, həm də satiraya xidmət edir, lakin daha çox satirik xarakter daşıyır. Kinayədən komizm üsulu kimi istifadə tarixi çox qədimdir. Hələ vaxtilə "Mən onu bilirəm ki, heç nə bilmirəm" deyən qədim yunan filosofu Sokrat kinayəli nitqdən geniş istifadə etmişdir. Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani və başqalarının yaradıcılığında fikrin kinayəli ifadəsi mühüm yer tutur.
Kinayədə, adətən, mənfi bir cəhət müsbət görünüşlə təqdim olunur. Məsələn, tənbəl adama, qoçaq, xəsis adama səxavətli deyilməsi kinayə yaradır.
Nə var? Nə deyirsən, vəfalı yarım? |
Səməd Vurğunun "Vaqif" dramından götürülmüş bu misrada Vaqif ona xəyanət etmiş Xuramanı "vəfalı yar" adlandırmış və bununla da kinayədən istifadə etmişdir. Bədii əsərdə bəzən müsbət cəhətin bilərəkdən istehza ilə mənfi planda təqdim edilməsi ilə də kinayə yaratmaq olur. Məsələn, Cəlil Məmmədquluzadə "Sizi deyib gəlmişəm…" məqaləsində yazır: "Sözümü tamam etdim, ancaq bir üzrüm var: Məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir". Göründüyü kimi, yazıçı türk (Azərbaycan) dilini uca tutmaq kimi müsbət cəhəti mənfi planda — "türk dili danışmaq eyibdir" şəklində təqdim etməklə, kinayə yaratmışdır. Ümumiyyətlə, Cəlil Məmmədquluzadənin əsərlərində kinayənin təzahür halları (tərif, tənqid, təəssüf və töhmətləndirmə, qorxutma, aşkar yalan söyləmə yolu ilə kinayə yaradılması və s.) çox rəngarəngdir.
Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev və başqa mollanəsrəddinçilər də satirik-kinayəli nitqin klassik nümunələrini yaratmışlar. Onlar bədii əsərdə təhkiyəni çox vaxt mənfi tipin təfəkkür və düşüncəsinə uyğun qurmaqla, özlərini mənfiliyin "tərəfdarı" kimi göstərməklə güclü kinayə yarada bilmişlər. Bu baxımdan "Molla Nəsrəddin" jurnalı ədəbiyyatımızda kinayədən istifadə sahəsində ənənə yaratmışdır. Kinayənin eyham, istehza (ironiya), məsxərə və sarkazm kimi müxtəlif çalarları var. Eyham ibtidai, ilkin və nisbətən zəif kinayə tərzi, ikibaşlı söz, incə işarədir. Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" pyesində həkimin Azərbaycan dilini bilməyə-bilməyə xəstələri necə müalicə edəcəyindən söhbət etdikdə, obrazlardan biri yerli hakimin də dili bilmədiyini eyhamla xatırladır. Cəfər Cabbarlının "Sevil" pyesində Gülüşün, "Yaşar" pyesində İmamyarın dilində eyhamlardan istifadə olunmuşdur. Kinayənin ən kəskin forması satira və ya tərizdir. İstehza isə öz xüsusiyyətinə görə kinayənin orta məqamını ifadə edir. İstehza bəzən, kinayənin sinonimi kimi də işlədilir. Məsxərə də istehzaya yaxındır. Lakin ciddi, qəzəbli və bu mənada sarkazma meyilli istehzadan fərqli olaraq, məsxərədə tənqid obyekti çox lağa qoyulur. Buna görə də istehzaya nisbətən məsxərə daha çox gülüş doğurur. Başqa komizm üsullarından fərqli olaraq, kinayə daha çox intonasiya ilə bağlı olub, ondan doğur. Yazılı nitqdə isə eyham və işarələrlə aydınlaşır.
İstinadlar
- Kazımov Q. Bədii ədəbiyyatda komizm üsulları. Bakı. 1987.
- Kazımov Q. Bədii ədəbiyyatda komizm üsulları. Bakı. 1987.
Ədəbiyyat
- Hacıyev C.X. Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri. Bakı. 1962.
- Hüseynov Ə. Sənət yanğısı. Bakı. 1979.
- Hacıyev T. “Molla Nəsrəddin”in dili və üslubu. Bakı. 1983.
- Ağayev İ. “Molla Nəsrəddin”in poetikası. Bakı. 1985.
- Борев Ю. Комическое. М. 1970.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kinaye komizm usullarindan biri fikrin ifadesi ucun sozun ifadenin cumlenin eks menada isledilmesi Ereb sozu olub dolayi yolla mena ifade eden soz tene ile soylenen soz menasinda islenir Fikrin ifade terzinin onun daxili menasina qarsi qoyulmasi kinaye adlanir Kinayenin esas xususiyyeti odur ki soz ifade iki menada basa dusule bilir lakin musteqim mena deyil eks neqativ mena esas goturulur Esas mena ile eks mena arasinda ziddiyyet ne qeder keskin olarsa kinaye de o qeder guclu olur Kinaye gulus yaratma usullarindan biri kimi hem yumora hem de satiraya xidmet edir lakin daha cox satirik xarakter dasiyir Kinayeden komizm usulu kimi istifade tarixi cox qedimdir Hele vaxtile Men onu bilirem ki hec ne bilmirem deyen qedim yunan filosofu Sokrat kinayeli nitqden genis istifade etmisdir Azerbaycan edebiyyatinda Mehemmed Fuzuli Qasim bey Zakir Mirze Feteli Axundzade Seyid Ezim Sirvani ve basqalarinin yaradiciliginda fikrin kinayeli ifadesi muhum yer tutur Kinayede adeten menfi bir cehet musbet gorunusle teqdim olunur Meselen tenbel adama qocaq xesis adama sexavetli deyilmesi kinaye yaradir Ne var Ne deyirsen vefali yarim Semed Vurgunun Vaqif dramindan goturulmus bu misrada Vaqif ona xeyanet etmis Xuramani vefali yar adlandirmis ve bununla da kinayeden istifade etmisdir Bedii eserde bezen musbet cehetin bilerekden istehza ile menfi planda teqdim edilmesi ile de kinaye yaratmaq olur Meselen Celil Memmedquluzade Sizi deyib gelmisem meqalesinde yazir Sozumu tamam etdim ancaq bir uzrum var Meni gerek bagislayasiniz ey menim turk qardaslarim ki men sizle turkun aciq dili ile danisiram Men onu bilirem ki turk dili danismaq eyibdir ve sexsin elminin azligina delalet edir Gorunduyu kimi yazici turk Azerbaycan dilini uca tutmaq kimi musbet ceheti menfi planda turk dili danismaq eyibdir seklinde teqdim etmekle kinaye yaratmisdir Umumiyyetle Celil Memmedquluzadenin eserlerinde kinayenin tezahur hallari terif tenqid teessuf ve tohmetlendirme qorxutma askar yalan soyleme yolu ile kinaye yaradilmasi ve s cox rengarengdir Mirze Elekber Sabir Ebdurrehim bey Haqverdiyev ve basqa mollanesreddinciler de satirik kinayeli nitqin klassik numunelerini yaratmislar Onlar bedii eserde tehkiyeni cox vaxt menfi tipin tefekkur ve dusuncesine uygun qurmaqla ozlerini menfiliyin terefdari kimi gostermekle guclu kinaye yarada bilmisler Bu baximdan Molla Nesreddin jurnali edebiyyatimizda kinayeden istifade sahesinde enene yaratmisdir Kinayenin eyham istehza ironiya mesxere ve sarkazm kimi muxtelif calarlari var Eyham ibtidai ilkin ve nisbeten zeif kinaye terzi ikibasli soz ince isaredir Celil Memmedquluzadenin Deli yigincagi pyesinde hekimin Azerbaycan dilini bilmeye bilmeye xesteleri nece mualice edeceyinden sohbet etdikde obrazlardan biri yerli hakimin de dili bilmediyini eyhamla xatirladir Cefer Cabbarlinin Sevil pyesinde Gulusun Yasar pyesinde Imamyarin dilinde eyhamlardan istifade olunmusdur Kinayenin en keskin formasi satira ve ya terizdir Istehza ise oz xususiyyetine gore kinayenin orta meqamini ifade edir Istehza bezen kinayenin sinonimi kimi de isledilir Mesxere de istehzaya yaxindir Lakin ciddi qezebli ve bu menada sarkazma meyilli istehzadan ferqli olaraq mesxerede tenqid obyekti cox laga qoyulur Buna gore de istehzaya nisbeten mesxere daha cox gulus dogurur Basqa komizm usullarindan ferqli olaraq kinaye daha cox intonasiya ile bagli olub ondan dogur Yazili nitqde ise eyham ve isarelerle aydinlasir IstinadlarKazimov Q Bedii edebiyyatda komizm usullari Baki 1987 Kazimov Q Bedii edebiyyatda komizm usullari Baki 1987 EdebiyyatHaciyev C X Sabir yaradiciliginin senetkarliq xususiyyetleri Baki 1962 Huseynov E Senet yangisi Baki 1979 Haciyev T Molla Nesreddin in dili ve uslubu Baki 1983 Agayev I Molla Nesreddin in poetikasi Baki 1985 Borev Yu Komicheskoe M 1970