Buçuktəpə hadisəsi (Türkcə: Buçuktepe olayı) — 1446-cı ildə Ədirnədə baş verən və II Mehmedin birinci səltənətinə son qoyan ilk yeniçəri üsyanı.
Sultan Murad 1444-cü ildə macarlarla və Qaramanoğulları ilə sülh imzalamış, beləliklə, dövlətin şərqdə və qərbdə təhlükəsizliyini təmin etdikdən sonra həyatda qalan yeganə oğlu Şahzadə Mehmedin lehinə taxtdan imtina etdi və Manisaya çəkildi. Sultan Mehmed o əsnada 12 yaşında idi. Divan məclisinin üzvləri isə sədrəzəm Çandarlı Xəlil Paşa, Rumeli bəylərbəyi Şəhabəddin Paşa, Zağanos Mehmed Paşa, Saruca Paşa və başqazı Molla Hüsrəv idi. Ancaq Sultan Muradın taxtdan kənarda keçirdiyi illər çox çəkmədi. Macarlar Osmanlı taxtında bir uşağın oturmasından istifadə edərək, Qaramanoğullarının təhrikiylə 12 iyul 1444 tarixində 12 illik bağlanan sülhün şərtlərini pozaraq Osmanlılara müharibə elan etdi (1 sentyabr 1444). Başda Roma papası olmaqla, Valaxiya, serblər, almanlar və italyanların dəstəyini alan macarlar yeni bir səlib ordusu yaratmışdı. Səlib ordusu bolqar torpaqlarına hücum etmiş, Varnaya qədər irəliləmişdi. Nəticədə Osmanlı vəzirləri Sultan Mehmedin rəhbərliyində toplanıb Sultan Muradı yenidən taxta gətirməyə qərar verdilər. Sultan Murad isə yalnız ordunun rəhbərliyini qəbul edərək Varnada səlib ordusu ilə döyüşərək qalib gəlmişdi. Varna müharibəsi əsnasında Sultan Mehmed isə Çandarlı Xəlil Paşa ilə birlikdə Ədirnəni mühafizə etdi. Varnada qələbə qazandıqdan sonra (10 noyabr 1445) Sultan Murad bir müddət Ədirnədə qalmış, ancaq taxta geri dönməmişdir. Çünki bu müddətdə İslam ölkələrinə göndərilən fəthnamələrdə Sultan Mehmedin adı qeyd olunur.
O əsnada Ədirnədə Sultan Muradla Sultan Mehmed tərəfdarları arasında güclü mübarizə başlamışdı. Sədrəzəm Çandarlı Xəlil Paşa ilə yeniçərilər Sultan Muradı, vəzirlərdən Şəhabəddin Paşa, Zağanos Paşa və Saruca Paşa isə Sultan Mehmedi taxtda görmək istəyirdi. Çandarlı Xəlil Paşa daha çox sülh tərəfdarı olsa da, Sultan Mehmedin tərəfdarı olan vəzirlər gənc sultanı yeni fəthlərə təşviq edirdi.
Sultan Mehmedin ilk səltənətinin başa çatmasının əsas səbəbi isə Buçuktəpə hadisəsidir. Osmanlı tarixində qeydə alınan ilk yeniçəri üsyanı olan Buçuktəpə hadisəsinin görünüşdəki səbəbi Osmanlı sikkəsinin dəyərinin aşağı düşməsi idi. Çünki aparılan ilk maliyyə islahatları əsgərləri və əhalini çətin vəziyyətə salmışdı. Mənbələrin dediyinə görə, aylardır maaş almayan yeniçərilər pulun dəyərinin aşağı düşməsini bəhanə edərək üsyan başlatdı. Rumeli bəylərbəyi Şəhabəddin Paşanın köşkünə hücum edilmiş, bu əsnada Şəhabəddin Paşa Sultan Mehmedin sarayına sığınaraq xilas olmuşdu. Yeniçərilər daha sonra şəhərin şərqindəki yüksəkliyə çəkilmiş, maaşlarının yarım axca artırılmasından sonra üsyan yatırılmışdı. Bu səbəblə o vaxtdan sonra həmin yüksəklik Buçuktəpə adlanmışdır. Üsyançılar yatırılsa da, yeniçərilər artıq gənc sultandan üz döndərmişdi.
Digər yandan Buçuktəpə hadisəsinin Sultan Mehmedi taxtdan uzaqlaşdırmaq üçün Çandarlı Xəlil Paşa tərəfindən planlaşdırıldığı haqqında güclü sübutlar da var. Əsas sübut isə bu hadisələr zamanı əsas hədəfin Çandarlı Xəlil Paşanın baş düşməni və gənc sultanın ən yaxın adamı olan Şəhabəddin Paşa olmasıdır. Nəticədə Çandarlı Xəlil Paşanın gizlicə göndərdiyi məktubla Sultan Murad 1446-cı ildə Ədirnəyə qayıtdı və yenidən Osmanlı taxtına çıxdı. Sultan Mehmed isə ən yaxın adamları ilə birlikdə Manisaya çəkildi.
Mənbə
- İstanbul’un Fethinden Önce Yazılmış Tarihî Takvimler (nşr. Osman Turan), Ankara 1984, s. 47;
- Die altosmanischen anonymen chroniken (nşr. F. Giese), I, Breslau 1922, s. 70, 205;
- Oruç b. Âdil, Tevârîh-i Âl-i Osmân, s. 58-59;
- Neşrî, Cihannümâ (Unat), II, 647-657;
- XVI. Yüzyılda Yazılmış Grekçe Anonim Osmanlı Tarihi (haz. Şerif Baştav), Ankara 1973, s. 134-135;
- Hoca Sâdeddin, Tâcü’t-tevârîh, I, 375-387;
- Solakzâde, Târih, s. 173-179; Hüseyin, Bedâyiu’l-vekāyi‘ (nşr. A. S. Tveritinovoy), Moskova 1961, I, 373-381;
- Dimitri Kantemir, Osmanlı İmparatorluğu’nun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1979, I, 99-100;
- Hammer (Atâ Bey), II, 224-225;
- Cevad Paşa, Târîh-i Askerî-i Osmânî, İstanbul 1299, I, 219-220;
- Danişmend, Kronoloji, I, 212-218;
- Uzunçarşılı, Osmanlı Tarihi, I, 439-440;
- Fr. Babinger, Mahomet II le Conquérant et son Temps (1432-1481), Paris 1954, tür.yer.;
- Mustafa Akdağ, Türkiye’nin İktisadî ve İçtimaî Tarihi, İstanbul 1979, I, 383-385, 421-422;
- S. Shaw – E. K. Shaw, Osmanlı İmparatorluğu ve Modern Türkiye (trc. Mehmet Harmancı), İstanbul 1982-83, I, 84-87;
- Halil İncalcık, Fatih Devri Üzerinde Tetkikler ve Vesikalar I, Ankara 1987, s. 69-109;
- E. Verner, Büyük Bir Devletin Doğuşu: Osmanlılar, Halk Ayaklanmaları ve Askerî Feodalizm (trc. Yılmaz Öner), İstanbul 1988, II, 100-105;
- Ali, “Murâd-ı Sâni Sikkeleri”, TTEM, XIV/14 (91) (1926), s. 82.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bucuktepe hadisesi Turkce Bucuktepe olayi 1446 ci ilde Edirnede bas veren ve II Mehmedin birinci seltenetine son qoyan ilk yeniceri usyani Sultan Murad 1444 cu ilde macarlarla ve Qaramanogullari ile sulh imzalamis belelikle dovletin serqde ve qerbde tehlukesizliyini temin etdikden sonra heyatda qalan yegane oglu Sahzade Mehmedin lehine taxtdan imtina etdi ve Manisaya cekildi Sultan Mehmed o esnada 12 yasinda idi Divan meclisinin uzvleri ise sedrezem Candarli Xelil Pasa Rumeli beylerbeyi Sehabeddin Pasa Zaganos Mehmed Pasa Saruca Pasa ve basqazi Molla Husrev idi Ancaq Sultan Muradin taxtdan kenarda kecirdiyi iller cox cekmedi Macarlar Osmanli taxtinda bir usagin oturmasindan istifade ederek Qaramanogullarinin tehrikiyle 12 iyul 1444 tarixinde 12 illik baglanan sulhun sertlerini pozaraq Osmanlilara muharibe elan etdi 1 sentyabr 1444 Basda Roma papasi olmaqla Valaxiya serbler almanlar ve italyanlarin desteyini alan macarlar yeni bir selib ordusu yaratmisdi Selib ordusu bolqar torpaqlarina hucum etmis Varnaya qeder irelilemisdi Neticede Osmanli vezirleri Sultan Mehmedin rehberliyinde toplanib Sultan Muradi yeniden taxta getirmeye qerar verdiler Sultan Murad ise yalniz ordunun rehberliyini qebul ederek Varnada selib ordusu ile doyuserek qalib gelmisdi Varna muharibesi esnasinda Sultan Mehmed ise Candarli Xelil Pasa ile birlikde Edirneni muhafize etdi Varnada qelebe qazandiqdan sonra 10 noyabr 1445 Sultan Murad bir muddet Edirnede qalmis ancaq taxta geri donmemisdir Cunki bu muddetde Islam olkelerine gonderilen fethnamelerde Sultan Mehmedin adi qeyd olunur O esnada Edirnede Sultan Muradla Sultan Mehmed terefdarlari arasinda guclu mubarize baslamisdi Sedrezem Candarli Xelil Pasa ile yeniceriler Sultan Muradi vezirlerden Sehabeddin Pasa Zaganos Pasa ve Saruca Pasa ise Sultan Mehmedi taxtda gormek isteyirdi Candarli Xelil Pasa daha cox sulh terefdari olsa da Sultan Mehmedin terefdari olan vezirler genc sultani yeni fethlere tesviq edirdi Sultan Mehmedin ilk seltenetinin basa catmasinin esas sebebi ise Bucuktepe hadisesidir Osmanli tarixinde qeyde alinan ilk yeniceri usyani olan Bucuktepe hadisesinin gorunusdeki sebebi Osmanli sikkesinin deyerinin asagi dusmesi idi Cunki aparilan ilk maliyye islahatlari esgerleri ve ehalini cetin veziyyete salmisdi Menbelerin dediyine gore aylardir maas almayan yeniceriler pulun deyerinin asagi dusmesini behane ederek usyan baslatdi Rumeli beylerbeyi Sehabeddin Pasanin koskune hucum edilmis bu esnada Sehabeddin Pasa Sultan Mehmedin sarayina siginaraq xilas olmusdu Yeniceriler daha sonra seherin serqindeki yuksekliye cekilmis maaslarinin yarim axca artirilmasindan sonra usyan yatirilmisdi Bu sebeble o vaxtdan sonra hemin yukseklik Bucuktepe adlanmisdir Usyancilar yatirilsa da yeniceriler artiq genc sultandan uz dondermisdi Diger yandan Bucuktepe hadisesinin Sultan Mehmedi taxtdan uzaqlasdirmaq ucun Candarli Xelil Pasa terefinden planlasdirildigi haqqinda guclu subutlar da var Esas subut ise bu hadiseler zamani esas hedefin Candarli Xelil Pasanin bas dusmeni ve genc sultanin en yaxin adami olan Sehabeddin Pasa olmasidir Neticede Candarli Xelil Pasanin gizlice gonderdiyi mektubla Sultan Murad 1446 ci ilde Edirneye qayitdi ve yeniden Osmanli taxtina cixdi Sultan Mehmed ise en yaxin adamlari ile birlikde Manisaya cekildi MenbeIstanbul un Fethinden Once Yazilmis Tarihi Takvimler nsr Osman Turan Ankara 1984 s 47 Die altosmanischen anonymen chroniken nsr F Giese I Breslau 1922 s 70 205 Oruc b Adil Tevarih i Al i Osman s 58 59 Nesri Cihannuma Unat II 647 657 XVI Yuzyilda Yazilmis Grekce Anonim Osmanli Tarihi haz Serif Bastav Ankara 1973 s 134 135 Hoca Sadeddin Tacu t tevarih I 375 387 Solakzade Tarih s 173 179 Huseyin Bedayiu l vekayi nsr A S Tveritinovoy Moskova 1961 I 373 381 Dimitri Kantemir Osmanli Imparatorlugu nun Yukselis ve Cokus Tarihi trc Ozdemir Cobanoglu Ankara 1979 I 99 100 Hammer Ata Bey II 224 225 Cevad Pasa Tarih i Askeri i Osmani Istanbul 1299 I 219 220 Danismend Kronoloji I 212 218 Uzuncarsili Osmanli Tarihi I 439 440 Fr Babinger Mahomet II le Conquerant et son Temps 1432 1481 Paris 1954 tur yer Mustafa Akdag Turkiye nin Iktisadi ve Ictimai Tarihi Istanbul 1979 I 383 385 421 422 S Shaw E K Shaw Osmanli Imparatorlugu ve Modern Turkiye trc Mehmet Harmanci Istanbul 1982 83 I 84 87 Halil Incalcik Fatih Devri Uzerinde Tetkikler ve Vesikalar I Ankara 1987 s 69 109 E Verner Buyuk Bir Devletin Dogusu Osmanlilar Halk Ayaklanmalari ve Askeri Feodalizm trc Yilmaz Oner Istanbul 1988 II 100 105 Ali Murad i Sani Sikkeleri TTEM XIV 14 91 1926 s 82