York hersoqu (ing. Duke of York) — Birləşmiş Krallığın monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. XV əsrdən etibarən bu ünvan ənənəvi olaraq, İngiltərə (daha sonra Britaniya) monarxlarının ikinci oğul övladına verilir. Bu ünvan Şotlandiya krallığının monarxial strukturundakı ünvanı ilə ekvivalentlik təşkil edir. İngiltərə və Şotlandiya krallıqlarının 1707-ci ildə birləşməsinin ardından bu 2 ünvan bir müddət birlikdə verilsə də, York və Albani hersoqu ünvanı yalnız 3 dəfə yaradıldı.
Ünvan İngiltərə tarixində ümumilikdə 8 dəfə yaradıldı. Hal-hazırda ünvanın sahibi Birləşmiş Krallığın kraliçası II Elizabetin ikinci oğlu . Ancaq hersoqun hal-hazırda yalnız 2 qız övladı var və evliliyi 1996-cı ildə xanımından boşanması ilə baş çatmışdır. Bu səbəblə, hersoqun yenidən evlənib oğul övladının dünyaya gəlməməsi halında, York hersoqu ünvanı onun vəfatının ardından yenidən ləğv ediləcək.
İlk verildiyi Edmond Lanqli istisna olmaqla, York hersoqu olan şəxslər ya taxta çıxaraq bu ünvanı səltənətlə birləşdirmiş, ya da oğul varisi olmadan vəfat etmişdir.
Tarixi
Orta əsrlərdə York şimali İngiltərənin əsas şəhəri və 735-ci ildən etibarən York başyepiskopluğunun mərkəzi idi. Yorkşir isə İngiltərənin bölgədəki ən böyük əyaləti idi. York adı isə orta əsrlər dönəmində burada vikinqlər tərəfindən yaradılan kiçik Jorvik krallığının adından qaynaqlanır.
York hersoqu ünvanı ilk dəfə 1385-ci ildə İngiltərə kralı III Eduardın dördüncü oğlu Edmond Lanqliyə verildi. Onun ardından ünvanı alan oğlu Eduard isə 1415-ci ildə Azenkur döyüşündəki ölümünədək ünvanı daşıdı. Onun ölümünün ardından ünvan V Henri tərəfindən edam olunan qardaşı Konisburqlu Riçardın oğlu Yorklu Riçarda verildi. Yorklu Riçardın Gül müharibəsi illərində Veykfild döyüşündə ölümündən sonra ünvan onun böyük oğlu Eduarda keçdi ancaq Eduardın 1461-ci ildə IV Eduard adıyla İngiltərə taxtına keçməsi nəticəsində ünvan səltənətlə birləşdi.
Ünvan ikinci dəfə IV Eduardın ikinci oğlu olan Şahzadə Riçard üçün təsis edilsə də, o, qardaşının taxtdan endirilməsinin ardından London qalasına həbs olundu və əmisi III Riçard tərəfindən 10 yaşında ikən müəmmalı şəkildə qətlə yetirildi.
Ünvan üçüncü dəfə VII Henrinin ikinci oğlu Henri Tüdor üçün təsis edildi. Onun böyük qardaşı Artur Tüdorun 1502-ci ildə ölümü ilə Henri taxtın varisi oldu və 1509-cu ildə VIII Henri adıyla taxta çıxdıqdan sonra York hersoqu ünvanı yenidən səltənətlə birləşdi.
Ünvan dördüncü dəfə I Ceymsin ikinci oğlu Karl Stüart üçün təsis edildi. Onun böyük qardaşı Henri Frederikin 1612-ci ildə ölümü ilə Karl taxtın varisi oldu və 1625-ci ildə I Karl adıyla taxta çıxdıqdan sonra York hersoqu ünvanı yenidən səltənətlə birləşdi.
Ünvan beşinci dəfə I Karlın ikinci oğlu Ceyms Stüart üçün təsis edildi. Hal-hazırda ABŞ-də yeləşən Nyu-York şəhəri də məhz onun şərəfinə adlandırılmışdır. Böyük qardaşı II Karlın geridə varis buraxmadan vəfatının ardından II Ceyms adıyla taxta çıxdıqdan sonra York hersoqu ünvanı yenidən səltənətlə birləşdi.
XVIII əsr ərzində İngiltərə və Şotlandiya krallıqlarının birləşməsinin ardından York və ünvanları birləşdirildi və bu ünvanlar cüt halında 3 dəfə təsis edildi. Bu ünvanların cüt halındakı ilk sahibi I Corcun kiçik qardaşı Ernest Avqust oldu. Ancaq o, yepiskop olaraq fəaliyyət göstərirdi və övladı yox idi. Onun vəfatının ardından qoşa ünvanlar III Corcun kiçik qardaşı Şahzadə Eduarda təsis edildi. Ancaq o da heç vaxt evlənmədi və geridə varis buraxmadan vəfat etdi. Bu ünvanların qoşa halında üçüncü və son sahibi isə III Corcun ikinci oğlu Frederik Avqust oldu. O, Britaniya ordusunda komandir olaraq xidmət göstərdi və bir çox mənbədə "Yorkun Böyük Hersoqu" olaraq anılır. Buna baxmayaraq o da geridə varis buraxmadan vəfat etdi.
Bundan sonrakı illərdə ünvan yenidən tək halda təsis edildi. York hersoqu ünvanının yeddinci sahibi gələcəkdə VII Eduard adıyla taxta çıxan şahzadə Eduardın ikinci oğlu Corc oldu. Ancaq o da V Corc adıyla taxta çıxdı və beləcə ünvan yenidən səltənətlə birləşmiş oldu.
Ardından York hersoqu ünvanı V Corcun ikinci oğlu və gələcəkdəki kral VIII Eduardın kiçik qardaşı Şahzadə Albert üçün təsis edildi. Ancaq qardaşının taxtdan anidən çəkilməsi ilə Albert VI Corc adıyla taxta çıxdı və beləcə ünvan yenidən səltənətlə birləşmiş oldu.
Ünvan səkkizinci və hələ ki, sonuncu dəfə II Elizabetin ikinci oğlu üçün təsis edildi. Hal-hazırda hersoqun yalnız 2 qızı var və yenidən evlənib oğul övladının dünyaya gəlməməsi halında, York hersoqu ünvanı onun vəfatının ardından yenidən ləğv ediləcək.
York hersoqları
Birinci təsisi (1385-1415) (1425-1461)
Hersoq | Şəkil | Doğum-ölüm tarixi | Evlilik | Valideynləri |
---|---|---|---|---|
Edmond Lanqli (York ailəsinin banisi) 1385–1402 | 5 iyun 1341 - 1 avqust 1402 | |||
Yorklu Eduard (2. York hersoqu) 1402–1415 | 1373 - 25 oktyabr 1415 | | ||
Yorklu Eduardın vəfatı və qardaşı Konisburqlu Riçardın edamından sonra hersoqluq bir müddət boş qaldı. Ancaq Yorklu Riçardın VI Henri tərəfindən bağışlanmasının ardından ünvan yenidən təsis olundu. | ||||
Yorklu Riçard (3. York hersoqu) 1415–1460 | 21 sentyabr 1411 - 30 dekabr 1460 | |||
Eduard Plantagenet (4. York hersoqu) 1460–1461 | 28 aprel 1442 - 9 aprel 1483 | |||
Eduard Plantagenet 1461-ci ildə IV Eduard adıyla taxta çıxdı və bütün ünvanları səltənətlə birləşdi. |
İkinci təsisi (1474-1483)
Hersoq | Şəkil | Doğum-ölüm tarixi | Evlilik | Valideynləri |
---|---|---|---|---|
Şahzadə Riçard (5. York hersoqu) 1474–1483 | 17 avqust 1473 - 1483 |
|
Üçüncü təsisi (1494-1509)
Hersoq | Şəkil | Doğum-ölüm tarixi | Evlilik | Valideynləri |
---|---|---|---|---|
Henri Tüdor (6. York hersoqu) 1494-1509 | 28 iyun 1491 - 28 yanvar 1547 | |||
Henri Tüdor 1509-cu ildə VIII Henri adıyla taxta çıxdı və bütün ünvanları səltənətlə birləşdi. |
Dördüncü təsisi (1605-1625)
Hersoq | Şəkil | Doğum-ölüm tarixi | Evlilik | Valideynləri |
---|---|---|---|---|
Karl Stüart (7. York hersoqu) 1605-1625 | 19 noyabr 1600 - 30 yanvar 1649 | |||
Karl Stüart 1625-ci ildə I Karl adıyla taxta çıxdı və bütün ünvanları səltənətlə birləşdi. |
Beşinci təsisi (1633/1644-1685)
Hersoq | Şəkil | Doğum-ölüm tarixi | Evlilik | Valideynləri |
---|---|---|---|---|
Ceyms Stüart (8. York hersoqu) 1633/1644-1685 | 14 oktyabr 1633 - 16 sentyabr 1701 | | ||
Ceyms Stüart doğuşdan York hersoqu idi ancaq bu ünvan rəsmi olaraq 1644-cü ildə ona təsis edildi. 1685-ci ildə II Ceyms adıyla taxta çıxdı və bütün ünvanları səltənətlə birləşdi. |
Altıncı təsisi (1892-1910)
Hersoq | Şəkil | Doğum-ölüm tarixi | Evlilik | Valideynləri |
---|---|---|---|---|
Şahzadə Corc (9. York hersoqu) 1892-1910 | 3 iyun 1865 - 20 yanvar 1936 | |||
Şahzadə Corc 1910-cu ildə V Corc adıyla taxta çıxdı və bütün ünvanları səltənətlə birləşdi. |
Yeddinci təsisi (1920-1936)
Hersoq | Şəkil | Doğum-ölüm tarixi | Evlilik | Valideynləri |
---|---|---|---|---|
Şahzadə Albert (10. York hersoqu) 1920-1936 | 14 dekabr 1895 - 6 fevral 1952 | |||
Şahzadə Albert 1936-cı ildə VI Corc adıyla taxta çıxdı və bütün ünvanları səltənətlə birləşdi. |
Səkkizinci təsisi (1986-davam edir)
Hersoq | Şəkil | Doğum-ölüm tarixi | Evlilik | Valideynləri |
---|---|---|---|---|
(11. York hersoqu) 1986-davam edir | 19 fevral 1960 | |
Mənbə
- Scarisbrick, J. J. (1997). Henry VIII (2nd ed.). Yale University Press. ISBN 0300071582.
- Gregg, Pauline (1981), King Charles I, London: Dent
- Callow, John, The Making of King James II: The Formative Years of a King, Sutton Publishing, Ltd, Stroud, Gloucestershire, 2000. Page
İstinadlar
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
York hersoqu ing Duke of York Birlesmis Kralligin monarxial strukturunda olan esilzade unvanlarindan biri XV esrden etibaren bu unvan enenevi olaraq Ingiltere daha sonra Britaniya monarxlarinin ikinci ogul ovladina verilir Bu unvan Sotlandiya kralliginin monarxial strukturundaki unvani ile ekvivalentlik teskil edir Ingiltere ve Sotlandiya kralliqlarinin 1707 ci ilde birlesmesinin ardindan bu 2 unvan bir muddet birlikde verilse de York ve Albani hersoqu unvani yalniz 3 defe yaradildi Unvan Ingiltere tarixinde umumilikde 8 defe yaradildi Hal hazirda unvanin sahibi Birlesmis Kralligin kralicasi II Elizabetin ikinci oglu Ancaq hersoqun hal hazirda yalniz 2 qiz ovladi var ve evliliyi 1996 ci ilde xanimindan bosanmasi ile bas catmisdir Bu sebeble hersoqun yeniden evlenib ogul ovladinin dunyaya gelmemesi halinda York hersoqu unvani onun vefatinin ardindan yeniden legv edilecek Ilk verildiyi Edmond Lanqli istisna olmaqla York hersoqu olan sexsler ya taxta cixaraq bu unvani seltenetle birlesdirmis ya da ogul varisi olmadan vefat etmisdir TarixiOrta esrlerde York simali Ingilterenin esas seheri ve 735 ci ilden etibaren York basyepiskoplugunun merkezi idi Yorksir ise Ingilterenin bolgedeki en boyuk eyaleti idi York adi ise orta esrler doneminde burada vikinqler terefinden yaradilan kicik Jorvik kralliginin adindan qaynaqlanir York hersoqu unvani ilk defe 1385 ci ilde Ingiltere krali III Eduardin dorduncu oglu Edmond Lanqliye verildi Onun ardindan unvani alan oglu Eduard ise 1415 ci ilde Azenkur doyusundeki olumunedek unvani dasidi Onun olumunun ardindan unvan V Henri terefinden edam olunan qardasi Konisburqlu Ricardin oglu Yorklu Ricarda verildi Yorklu Ricardin Gul muharibesi illerinde Veykfild doyusunde olumunden sonra unvan onun boyuk oglu Eduarda kecdi ancaq Eduardin 1461 ci ilde IV Eduard adiyla Ingiltere taxtina kecmesi neticesinde unvan seltenetle birlesdi Unvan ikinci defe IV Eduardin ikinci oglu olan Sahzade Ricard ucun tesis edilse de o qardasinin taxtdan endirilmesinin ardindan London qalasina hebs olundu ve emisi III Ricard terefinden 10 yasinda iken muemmali sekilde qetle yetirildi Unvan ucuncu defe VII Henrinin ikinci oglu Henri Tudor ucun tesis edildi Onun boyuk qardasi Artur Tudorun 1502 ci ilde olumu ile Henri taxtin varisi oldu ve 1509 cu ilde VIII Henri adiyla taxta cixdiqdan sonra York hersoqu unvani yeniden seltenetle birlesdi Unvan dorduncu defe I Ceymsin ikinci oglu Karl Stuart ucun tesis edildi Onun boyuk qardasi Henri Frederikin 1612 ci ilde olumu ile Karl taxtin varisi oldu ve 1625 ci ilde I Karl adiyla taxta cixdiqdan sonra York hersoqu unvani yeniden seltenetle birlesdi Unvan besinci defe I Karlin ikinci oglu Ceyms Stuart ucun tesis edildi Hal hazirda ABS de yelesen Nyu York seheri de mehz onun serefine adlandirilmisdir Boyuk qardasi II Karlin geride varis buraxmadan vefatinin ardindan II Ceyms adiyla taxta cixdiqdan sonra York hersoqu unvani yeniden seltenetle birlesdi XVIII esr erzinde Ingiltere ve Sotlandiya kralliqlarinin birlesmesinin ardindan York ve unvanlari birlesdirildi ve bu unvanlar cut halinda 3 defe tesis edildi Bu unvanlarin cut halindaki ilk sahibi I Corcun kicik qardasi Ernest Avqust oldu Ancaq o yepiskop olaraq fealiyyet gosterirdi ve ovladi yox idi Onun vefatinin ardindan qosa unvanlar III Corcun kicik qardasi Sahzade Eduarda tesis edildi Ancaq o da hec vaxt evlenmedi ve geride varis buraxmadan vefat etdi Bu unvanlarin qosa halinda ucuncu ve son sahibi ise III Corcun ikinci oglu Frederik Avqust oldu O Britaniya ordusunda komandir olaraq xidmet gosterdi ve bir cox menbede Yorkun Boyuk Hersoqu olaraq anilir Buna baxmayaraq o da geride varis buraxmadan vefat etdi Bundan sonraki illerde unvan yeniden tek halda tesis edildi York hersoqu unvaninin yeddinci sahibi gelecekde VII Eduard adiyla taxta cixan sahzade Eduardin ikinci oglu Corc oldu Ancaq o da V Corc adiyla taxta cixdi ve belece unvan yeniden seltenetle birlesmis oldu Ardindan York hersoqu unvani V Corcun ikinci oglu ve gelecekdeki kral VIII Eduardin kicik qardasi Sahzade Albert ucun tesis edildi Ancaq qardasinin taxtdan aniden cekilmesi ile Albert VI Corc adiyla taxta cixdi ve belece unvan yeniden seltenetle birlesmis oldu Unvan sekkizinci ve hele ki sonuncu defe II Elizabetin ikinci oglu ucun tesis edildi Hal hazirda hersoqun yalniz 2 qizi var ve yeniden evlenib ogul ovladinin dunyaya gelmemesi halinda York hersoqu unvani onun vefatinin ardindan yeniden legv edilecek York hersoqlariBirinci tesisi 1385 1415 1425 1461 Hersoq Sekil Dogum olum tarixi Evlilik ValideynleriEdmond Lanqli York ailesinin banisi 1385 1402 142x142px olu kecid 5 iyun 1341 1 avqust 1402 Kastilyali Izabella Hollandiyali Yuanna Ingiltere krali III EduardYorklu Eduard 2 York hersoqu 1402 1415 162x162px olu kecid 1373 25 oktyabr 1415 Edmond Lanqli Kastilyali IzabellaYorklu Eduardin vefati ve qardasi Konisburqlu Ricardin edamindan sonra hersoqluq bir muddet bos qaldi Ancaq Yorklu Ricardin VI Henri terefinden bagislanmasinin ardindan unvan yeniden tesis olundu Yorklu Ricard 3 York hersoqu 1415 1460 205x205px olu kecid 21 sentyabr 1411 30 dekabr 1460 Sesilya Nevil Konisburqlu RicardEduard Plantagenet 4 York hersoqu 1460 1461 139x139px olu kecid 28 aprel 1442 9 aprel 1483 Elizabet Vudvil Yorklu Ricard Sesilya NevilEduard Plantagenet 1461 ci ilde IV Eduard adiyla taxta cixdi ve butun unvanlari seltenetle birlesdi Ikinci tesisi 1474 1483 Hersoq Sekil Dogum olum tarixi Evlilik ValideynleriSahzade Ricard 5 York hersoqu 1474 1483 17 avqust 1473 1483 Anna Moubrey Ingiltere krali IV Eduard Elizabet VudvilUcuncu tesisi 1494 1509 Hersoq Sekil Dogum olum tarixi Evlilik ValideynleriHenri Tudor 6 York hersoqu 1494 1509 28 iyun 1491 28 yanvar 1547 Araqonlu Ketrin Anna Boleyn Ceyn Seymur Klevezli Anna Ketrin Hauerd Ketrin Parr Ingiltere krali VII Henri Yorklu ElizabetHenri Tudor 1509 cu ilde VIII Henri adiyla taxta cixdi ve butun unvanlari seltenetle birlesdi Dorduncu tesisi 1605 1625 Hersoq Sekil Dogum olum tarixi Evlilik ValideynleriKarl Stuart 7 York hersoqu 1605 1625 19 noyabr 1600 30 yanvar 1649 Henretta Mariya Ingiltere krali I Ceyms Danimarkali AnnaKarl Stuart 1625 ci ilde I Karl adiyla taxta cixdi ve butun unvanlari seltenetle birlesdi Besinci tesisi 1633 1644 1685 Hersoq Sekil Dogum olum tarixi Evlilik ValideynleriCeyms Stuart 8 York hersoqu 1633 1644 1685 14 oktyabr 1633 16 sentyabr 1701 Ingiltere krali I Karl Henretta MariyaCeyms Stuart dogusdan York hersoqu idi ancaq bu unvan resmi olaraq 1644 cu ilde ona tesis edildi 1685 ci ilde II Ceyms adiyla taxta cixdi ve butun unvanlari seltenetle birlesdi Altinci tesisi 1892 1910 Hersoq Sekil Dogum olum tarixi Evlilik ValideynleriSahzade Corc 9 York hersoqu 1892 1910 3 iyun 1865 20 yanvar 1936 Mariya Tek Ingiltere krali VII EduardSahzade Corc 1910 cu ilde V Corc adiyla taxta cixdi ve butun unvanlari seltenetle birlesdi Yeddinci tesisi 1920 1936 Hersoq Sekil Dogum olum tarixi Evlilik ValideynleriSahzade Albert 10 York hersoqu 1920 1936 14 dekabr 1895 6 fevral 1952 Yelizaveta Bouz Layon Ingiltere krali V Corc Mariya TekSahzade Albert 1936 ci ilde VI Corc adiyla taxta cixdi ve butun unvanlari seltenetle birlesdi Sekkizinci tesisi 1986 davam edir Hersoq Sekil Dogum olum tarixi Evlilik Valideynleri 11 York hersoqu 1986 davam edir 19 fevral 1960 Ingiltere kralicasi II Elizabet Filip MauntbettenMenbeScarisbrick J J 1997 Henry VIII 2nd ed Yale University Press ISBN 0300071582 Gregg Pauline 1981 King Charles I London Dent Callow John The Making of King James II The Formative Years of a King Sutton Publishing Ltd Stroud Gloucestershire 2000 PageIstinadlar