Xios (Saqqız) adasının fəthi — Kapitandərya Piyalə Paşanın komandanlığında Osmanlı donanmasının dəniz əməliyyatı. Osmanlı donanması 1566-cı ildə Xios (Saqqız) adasını ələ keçirərək Osmanlı imperiyasına birləşdirdi. Adada Osmanlı inzibatı sisteminə daxil olan ikinci səviyyəli Saqqız sancağı yaradıldı. Sancaq mərkəzi hökumətə vassal tabeliyi ilə bağlı idi. Xios adası İtaliya-Osmanlı müharibəsi zamanı Osmanlı hökumətinin nəzarətindən çıxdı. Ada 1912-ci ilin yayında italyanlar tərəfindən ələ keçirildi. 1912-ci ilin noyabrında isə Birinci Balkan müharibəsi zamanı yunanlar Xios adasını birdəfəlik Yunanıstana birləşdirdilər.
Xiosun fəthi | |||
---|---|---|---|
| |||
Tarix | 15 aprel 1566 | ||
Yeri | Xios, Egey dənizi | ||
Səbəbi | Malta hücumu zamanı Xiosdan Malta cəngavərlərinə kömək göndərilməsi | ||
Nəticəsi | Xios adası Osmanlı imperiyasına birləşdirildi | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
Tarixi
Xios (Saqqız) adası tarixində bir neçə dəfə müsəlman hökmdarların idarəçiliyinə tabe olub. 670-ci ildə Əməvilər xilafəti tərəfindən qısa müddətə Bizans imperiyasından alınan ada, 1089-1091-ci illər arasında İzmir və ətrafında bəylik quran türk dənizçisi Çaka bəy tərəfindən ələ keçirildi. Dördüncü Səlib yürüşündən sonra ada Bizans imperiyasının yerində qurulan Latın imperiyasının tabeliyinə keçdi. VIII Mixael dövründə genuyalılar Bizansda üstünlük əldə etdikdə, 1261-ci il Nif müqaviləsi ilə Xiosda genuyalılara konsul təyin etmək və bazar yeri açmaq kimi imtiyazlar verildi. Növbəti imperator II Andronik Paleoloq Aydınoğulları bəyliyinin təhlükəsi qarşısında 1304-cü ildə Genuya konsulu Benedetto Zakkariyadan kömək istədi. Nəticədə Xios adaları onun nəzarətinə keçdi və o, adanın ilk Genuyalı senyoru (başçısı) oldu. Məntəşəoğulları bəyliyinə aid otuz gəmidən ibarət türk donanması 1306-cı ildə adayı talan edərək əhalisini əsir götürdü. 1319-cu ildə ikinci hücum uğursuz oldu. Yenidən Bizans tabeliyinə keçən ada Genuyalı Simone Vignosi (15-21 iyun 1346) tərəfindən işğal edildi. Zəif durumda olan Genuya Respublikası gəmi sahibi Simone Vignosi ilə razılaşdı və Genuya ərazisi sayılan Xiosda Maona adlı şirkətin hakim hüququnu tanıdı. Şirkət saqqız məhsullarına əsaslanan ortaq tərəfdaşlıq monopoliyasına əsaslanan respublika sisteminə bənzər bir idarə qurdu. Ada həm də Genuya Maona dövründə qul ticarəti mərkəzinə çevrildi.
Maona rəhbərliyi Aralıq dənizindəki bu strateji adanı Venesiya Respublikasının təzyiqinə qarşı saxlamaq üçün Qərbi Anadolu türkmən bəylikləri Aydınoğulları və Sarıxanoğulları bəyliklərinə hər birinə olmaqla 500 dukat qızıl vergi verirdi. İldırım Bəyazid bu bəylikləri Osmanlı imperatorluğuna birləşdirərkən Xios adasına buğda göndərilməsini qadağan etdi və onun fəthinə 60 gəmilik donanma göndərdi. 1412-ci ildə Genuya və Rodosun köməyi ilə Osmanlının Sakız adasına ikinci hücumunun qarşısı alındı. 1428-ci ildə I Mehmedin İzmiri mühasirəyə alması zamanı bağlanan müqavilə ilə Xios adasının illik vergisi 4000 dukata qaldırıldı. II Murad dövründə Xiosun xərac vermə statusu davam etdi. Ada ilə münasibətlərdə dostluq siyasəti davam etdi vəə 1431-ci ildə adanı mühasirəyə alan Venesiyalılara qarşı Osmanlı donanmasından kömək istəndi. II Mehmed İstanbulu fəth etdikdən sonra Xios-Osmanlı əlaqələrinin kursu dəyişdi. Maona administrasiyası İstanbula səfirlər göndərərək illik vergini 6000 dukata çatdıraraq sülhün bərqərar olmasına nail oldu. Bununla belə, II Mehmed 1455-ci ildə adaya əvvəlcə Həmzə bəyin, sonra isə Yunus bəyin komandanlığı ilə iki donanma göndərsə də, heç bir nəticə əldə edə bilmədi. 1456-cı ildə Xios adasına daha böyük bir yürüşə hazırlıq görülərkən, bu dəfə vergi 10.000 dukat artırılınca hücum planı ləğv edildi.
Fəthin səbəbləri
Sonrakı illərdə vergilərin ödənilməsi mütəmadi olaraq həyata keçirildiyi halda, Qanuni I Süleymanın hakimiyyətinin sonunda üç il müddətində ödənişlərin kəsilməsi münasibətlərdə gərginliyə səbəb oldu. Gərginliyin digər səbəbi 1565-ci ildə Maltanın mühasirəsi zamanı Xios adasından Hospitalyerlər Cəngavərlərinə göndərilən yardım idi.
Xios hakimləri xəbərdarlıqlara baxmayaraq üç il vergi borclarını ödəməyincə, Osmanlı Dövləti 1565-ci ilin aprelində onlara məktub göndərərək bu gecikmənin səbəblərini soruşdu və borclarını ödəmələrini istədi. Bu xəbərdarlıqdan sonra Xios hakimləri dərhal İstanbula nümayəndə göndərərək 156.356 akça Osmanlı xəzinəsinə təhvil verdilər və qalan 413.644 akça üçün 40 gün müddət tələb etdilər. Bu tələblər qəbul edilsə də, ödəmə müddəti bitəndə qalan borc ödənilmədi.
Belə olan halda Osmanlı dövləti vergi toplamaq üçün 1565-ci ilin sonunda Tulumbacılar çavuşlarından Hüseyni Xios adasına göndərdi. Xios adasının hakimləri sözügedən məbləği toplamaq üçün vaxt lazım olduğunu bəhanə edərək diqqəti yayındırma taktikasını davam etdirdilər. 28 mart 1566-cı ildə Osmanlı dövlətinin Hüseyn Çavuşdan xəbər alınmaması və vergilərin ödənməməsi səbəbilə I Süleyman adaya donanma göndərmək qərarına gəldi. Yığılan pulların kimdə olduğunu müəyyən etmək üçün donanmanın komandanı Piyalə Paşaya Hüseyn Çavuş və Xios hakimlərini həbs edərək İstanbula gətirmək əmri verildi.
Adanın fəthi
Piyalə Paşa 26 mart 1566-cı ildə 70 gəmi ilə İstanbuldan yola düşdü. Geliboludakı donanmaya daha 10 gəmi qoşuldu. Donanma 14 aprel 1566-cı ildə Xios adasının şərqindəki Passaggioda lövbər saldı. Maona sinyoru Yincenzo Giustiniani limana gəlib pulu çatdırmadı. O, Pasxa bayramını bəhanə edərək Piyalə Paşa ilə görüşməyə getmədi və yerinə iki nümayəndə göndərdi. Piyalə paşa nümayəndələri dinlədikdən sonra onların şəhərə qayıtmasına icazə verdi. 1566-cı il aprelin 15-də donanmanı üç yerə bölərək Xios limanına daxil oldu.
Əslində yalnız Xios vergisinin yığılmasından məsul olan Piyalə Paşa adanın 12 hakimini öz hüzuruna dəvət etdi. Lakin onlardan borcun uzun müddətdir ödənilə bilmədiyi cavabını alanda onları həbs edərək zəncirlədi. Piyalə Paşanın əmri ilə hərəkətə keçən yeniçərilər çox zəif müqavimətlə qarşılaşaraq şəhəri və qalanı ələ keçirdilər. Beləliklə 1346-cı ildən Genuya Respublikasının mülkiyyətində olan Saqqız adaları Osmanlı mülkiyyəti oldu.
Daha sonra Egey dənizindən çıxaraq Adriatik dənizinə doğru hərəkət edən Osmanlı Donanması İtaliyanın Apuliya sahillərini taladı. Bu əsnada Zigetvar mühasirəsi zamanı vəfat edən Sultan Süleyman Qanuninin yerinə II Səlim taxta çıxdı. İstanbulda yeni sultan taxta çıxana qədər Piyalə Paşanın komandanlığı altında donanma paytaxta qayıtdı.
Genuya Respublikasının ən şərq mülkü olan Xiosu itirməsi, sərvəti Aralıq dənizi ticarət yollarından asılı olan bu dəniz ticarəti dövlətinə böyük zərbə oldu. Osmanlı imperatorluğu Genuyaya aid bir torpaqda əməliyyat apararkən, bu ölkənin əslində Osmanlıların müharibə etdiyi İspaniya Krallığı ilə ittifaqda olması ilə də bağlı idi.
Adada Osmanlı idarəçiliyi
Saqqız adasının Osmanlı torpaqlarına qatılması ilə keçmiş Bizans imperiyasının son Genuya koloniyası da yox oldu. Piyalə Paşa Saqqız şəhərinə daxil olduqdan sonra kilsələrdən birini məscidə çevirib və Qanuni I Süleyman adına xütbə oxutdu. Adaya sancaq statusu verildi və o Arxipelaq Əyalətinin bir hissəsi oldu. Kırşəhər bəyi Qəzənfər bəyi 50.000 akça qarşılığında adaya sancaq bəyi göndərdilər.
Eyni zamanda adaya qadı, imam, hatip və müəzzin təyin edildi. Bundan başqa, Sakız adası xalqının məhkəmədəki işlərini asanlaşdırmaq məqsədi ilə tərcüməçi vəzifəsi təsis edildi. Osmanlı administrasiyası qurulandan sonra Sakız adasında qeydiyyat aparıldı. Bunun nəticələrini əks etdirən 1566-cı il tarixli iki reyestrdən birincisində adanın 8 şəhər, 31 məhəllə, 52 kənd və 58 monastırdakı mülkləri hesablanmışdı. 1567-ci ildə edilən ikinci siyahıyaalmada təsərrüfat və cizyənin miqdarı müəyyən edilmişdir. Yenə Saqqız adasının ələ keçirilməsindən bir müddət sonra Fransanın İstanbuldakı səfirinin xahişi ilə bir fərmanla adadan sürgün edilən katoliklərin geri qayıtmasına və öz kilsələrinə sahib olmasına icazə verildi. Sakız adasının katolik sakinlərinin bir hissəsi Qalatada (1453-cü ilə qədər keçmiş Genuya koloniyası) məskunlaşdı.
İstinadlar
- Spencer C. Tucker; Priscilla Mary Roberts. World War I: A Student Encyclopedia. səh. 946.
- Emigrant nation: the making of Italy abroad 2023-04-30 at the Wayback Machine, Mark I. Choate, Harvard University Press, 2008, ISBN , page 176.
- Fotakis (2005), pp. 45–46
- "Chius Vincta or the Occupation of Chios by the Turks (1566) and Their Administration of the Island (1566–1912)", Described in Contemporary Diplomatic Reports and Official Dispatches, Philip P. Argenti, Cambridge (1941), I. Bölüm
- "The Papacy and the Levant, 1204-1571, Kenneth Meyer Setton, American Philosophical Society (1984), c.4, s.899
Xarici keçidlər
- İslam Ansiklopedisi, "Sakız Adası" maddesi (Ali Fuat Örenç), cilt: 36, sayfa: 6-7
- "Sakız'ın Türk Hakimiyeti Altına Alınması", Şerafettin Turan; Tarih Araştırmaları Dergisi, c. IV, Sayı: 6-7, (1966) s. 173-199
- "Büyük Osmanlı Tarihi", Joseph von Hammer, c. 6 sa. 215-216
- Naval wars in the Levant 1559-1853 (1952) - R. C. Anderson
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xios Saqqiz adasinin fethi Kapitanderya Piyale Pasanin komandanliginda Osmanli donanmasinin deniz emeliyyati Osmanli donanmasi 1566 ci ilde Xios Saqqiz adasini ele kecirerek Osmanli imperiyasina birlesdirdi Adada Osmanli inzibati sistemine daxil olan ikinci seviyyeli Saqqiz sancagi yaradildi Sancaq merkezi hokumete vassal tabeliyi ile bagli idi Xios adasi Italiya Osmanli muharibesi zamani Osmanli hokumetinin nezaretinden cixdi Ada 1912 ci ilin yayinda italyanlar terefinden ele kecirildi 1912 ci ilin noyabrinda ise Birinci Balkan muharibesi zamani yunanlar Xios adasini birdefelik Yunanistana birlesdirdiler Xiosun fethiPiri Reis terefinden tertib edilmis Kitab ul Behriyyede Xios adasi xeritesiTarix 15 aprel 1566Yeri Xios Egey deniziSebebi Malta hucumu zamani Xiosdan Malta cengaverlerine komek gonderilmesiNeticesi Xios adasi Osmanli imperiyasina birlesdirildiMunaqise terefleriOsmanli imperiyasi Genuya RespublikasiKomandan lar Kapitanderya Piyale Pasa Yincenzo GiustinianiTereflerin quvvesi80 gemi bilinmirTarixiXios adasinda Genuya qalasi Xios Saqqiz adasi tarixinde bir nece defe muselman hokmdarlarin idareciliyine tabe olub 670 ci ilde Emeviler xilafeti terefinden qisa muddete Bizans imperiyasindan alinan ada 1089 1091 ci iller arasinda Izmir ve etrafinda beylik quran turk denizcisi Caka bey terefinden ele kecirildi Dorduncu Selib yurusunden sonra ada Bizans imperiyasinin yerinde qurulan Latin imperiyasinin tabeliyine kecdi VIII Mixael dovrunde genuyalilar Bizansda ustunluk elde etdikde 1261 ci il Nif muqavilesi ile Xiosda genuyalilara konsul teyin etmek ve bazar yeri acmaq kimi imtiyazlar verildi Novbeti imperator II Andronik Paleoloq Aydinogullari beyliyinin tehlukesi qarsisinda 1304 cu ilde Genuya konsulu Benedetto Zakkariyadan komek istedi Neticede Xios adalari onun nezaretine kecdi ve o adanin ilk Genuyali senyoru bascisi oldu Menteseogullari beyliyine aid otuz gemiden ibaret turk donanmasi 1306 ci ilde adayi talan ederek ehalisini esir goturdu 1319 cu ilde ikinci hucum ugursuz oldu Yeniden Bizans tabeliyine kecen ada Genuyali Simone Vignosi 15 21 iyun 1346 terefinden isgal edildi Zeif durumda olan Genuya Respublikasi gemi sahibi Simone Vignosi ile razilasdi ve Genuya erazisi sayilan Xiosda Maona adli sirketin hakim huququnu tanidi Sirket saqqiz mehsullarina esaslanan ortaq terefdasliq monopoliyasina esaslanan respublika sistemine benzer bir idare qurdu Ada hem de Genuya Maona dovrunde qul ticareti merkezine cevrildi Maona rehberliyi Araliq denizindeki bu strateji adani Venesiya Respublikasinin tezyiqine qarsi saxlamaq ucun Qerbi Anadolu turkmen beylikleri Aydinogullari ve Sarixanogullari beyliklerine her birine olmaqla 500 dukat qizil vergi verirdi Ildirim Beyazid bu beylikleri Osmanli imperatorluguna birlesdirerken Xios adasina bugda gonderilmesini qadagan etdi ve onun fethine 60 gemilik donanma gonderdi 1412 ci ilde Genuya ve Rodosun komeyi ile Osmanlinin Sakiz adasina ikinci hucumunun qarsisi alindi 1428 ci ilde I Mehmedin Izmiri muhasireye almasi zamani baglanan muqavile ile Xios adasinin illik vergisi 4000 dukata qaldirildi II Murad dovrunde Xiosun xerac verme statusu davam etdi Ada ile munasibetlerde dostluq siyaseti davam etdi vee 1431 ci ilde adani muhasireye alan Venesiyalilara qarsi Osmanli donanmasindan komek istendi II Mehmed Istanbulu feth etdikden sonra Xios Osmanli elaqelerinin kursu deyisdi Maona administrasiyasi Istanbula sefirler gondererek illik vergini 6000 dukata catdiraraq sulhun berqerar olmasina nail oldu Bununla bele II Mehmed 1455 ci ilde adaya evvelce Hemze beyin sonra ise Yunus beyin komandanligi ile iki donanma gonderse de hec bir netice elde ede bilmedi 1456 ci ilde Xios adasina daha boyuk bir yuruse hazirliq gorulerken bu defe vergi 10 000 dukat artirilinca hucum plani legv edildi Fethin sebebleriSonraki illerde vergilerin odenilmesi mutemadi olaraq heyata kecirildiyi halda Qanuni I Suleymanin hakimiyyetinin sonunda uc il muddetinde odenislerin kesilmesi munasibetlerde gerginliye sebeb oldu Gerginliyin diger sebebi 1565 ci ilde Maltanin muhasiresi zamani Xios adasindan Hospitalyerler Cengaverlerine gonderilen yardim idi Xios hakimleri xeberdarliqlara baxmayaraq uc il vergi borclarini odemeyince Osmanli Dovleti 1565 ci ilin aprelinde onlara mektub gondererek bu gecikmenin sebeblerini sorusdu ve borclarini odemelerini istedi Bu xeberdarliqdan sonra Xios hakimleri derhal Istanbula numayende gondererek 156 356 akca Osmanli xezinesine tehvil verdiler ve qalan 413 644 akca ucun 40 gun muddet teleb etdiler Bu telebler qebul edilse de odeme muddeti bitende qalan borc odenilmedi Bele olan halda Osmanli dovleti vergi toplamaq ucun 1565 ci ilin sonunda Tulumbacilar cavuslarindan Huseyni Xios adasina gonderdi Xios adasinin hakimleri sozugeden meblegi toplamaq ucun vaxt lazim oldugunu behane ederek diqqeti yayindirma taktikasini davam etdirdiler 28 mart 1566 ci ilde Osmanli dovletinin Huseyn Cavusdan xeber alinmamasi ve vergilerin odenmemesi sebebile I Suleyman adaya donanma gondermek qerarina geldi Yigilan pullarin kimde oldugunu mueyyen etmek ucun donanmanin komandani Piyale Pasaya Huseyn Cavus ve Xios hakimlerini hebs ederek Istanbula getirmek emri verildi Adanin fethiXVI esrde Saqqiz adasi Piyale Pasa 26 mart 1566 ci ilde 70 gemi ile Istanbuldan yola dusdu Geliboludaki donanmaya daha 10 gemi qosuldu Donanma 14 aprel 1566 ci ilde Xios adasinin serqindeki Passaggioda lovber saldi Maona sinyoru Yincenzo Giustiniani limana gelib pulu catdirmadi O Pasxa bayramini behane ederek Piyale Pasa ile gorusmeye getmedi ve yerine iki numayende gonderdi Piyale pasa numayendeleri dinledikden sonra onlarin sehere qayitmasina icaze verdi 1566 ci il aprelin 15 de donanmani uc yere bolerek Xios limanina daxil oldu Eslinde yalniz Xios vergisinin yigilmasindan mesul olan Piyale Pasa adanin 12 hakimini oz huzuruna devet etdi Lakin onlardan borcun uzun muddetdir odenile bilmediyi cavabini alanda onlari hebs ederek zencirledi Piyale Pasanin emri ile herekete kecen yeniceriler cox zeif muqavimetle qarsilasaraq seheri ve qalani ele kecirdiler Belelikle 1346 ci ilden Genuya Respublikasinin mulkiyyetinde olan Saqqiz adalari Osmanli mulkiyyeti oldu Daha sonra Egey denizinden cixaraq Adriatik denizine dogru hereket eden Osmanli Donanmasi Italiyanin Apuliya sahillerini taladi Bu esnada Zigetvar muhasiresi zamani vefat eden Sultan Suleyman Qanuninin yerine II Selim taxta cixdi Istanbulda yeni sultan taxta cixana qeder Piyale Pasanin komandanligi altinda donanma paytaxta qayitdi Genuya Respublikasinin en serq mulku olan Xiosu itirmesi serveti Araliq denizi ticaret yollarindan asili olan bu deniz ticareti dovletine boyuk zerbe oldu Osmanli imperatorlugu Genuyaya aid bir torpaqda emeliyyat apararken bu olkenin eslinde Osmanlilarin muharibe etdiyi Ispaniya Kralligi ile ittifaqda olmasi ile de bagli idi Adada Osmanli idareciliyiSaqqiz adasinin Osmanli torpaqlarina qatilmasi ile kecmis Bizans imperiyasinin son Genuya koloniyasi da yox oldu Piyale Pasa Saqqiz seherine daxil olduqdan sonra kilselerden birini mescide cevirib ve Qanuni I Suleyman adina xutbe oxutdu Adaya sancaq statusu verildi ve o Arxipelaq Eyaletinin bir hissesi oldu Kirseher beyi Qezenfer beyi 50 000 akca qarsiliginda adaya sancaq beyi gonderdiler Eyni zamanda adaya qadi imam hatip ve muezzin teyin edildi Bundan basqa Sakiz adasi xalqinin mehkemedeki islerini asanlasdirmaq meqsedi ile tercumeci vezifesi tesis edildi Osmanli administrasiyasi qurulandan sonra Sakiz adasinda qeydiyyat aparildi Bunun neticelerini eks etdiren 1566 ci il tarixli iki reyestrden birincisinde adanin 8 seher 31 mehelle 52 kend ve 58 monastirdaki mulkleri hesablanmisdi 1567 ci ilde edilen ikinci siyahiyaalmada teserrufat ve cizyenin miqdari mueyyen edilmisdir Yene Saqqiz adasinin ele kecirilmesinden bir muddet sonra Fransanin Istanbuldaki sefirinin xahisi ile bir fermanla adadan surgun edilen katoliklerin geri qayitmasina ve oz kilselerine sahib olmasina icaze verildi Sakiz adasinin katolik sakinlerinin bir hissesi Qalatada 1453 cu ile qeder kecmis Genuya koloniyasi meskunlasdi IstinadlarSpencer C Tucker Priscilla Mary Roberts World War I A Student Encyclopedia seh 946 Emigrant nation the making of Italy abroad 2023 04 30 at the Wayback Machine Mark I Choate Harvard University Press 2008 ISBN 0 674 02784 1 page 176 Fotakis 2005 pp 45 46 Chius Vincta or the Occupation of Chios by the Turks 1566 and Their Administration of the Island 1566 1912 Described in Contemporary Diplomatic Reports and Official Dispatches Philip P Argenti Cambridge 1941 I Bolum The Papacy and the Levant 1204 1571 Kenneth Meyer Setton American Philosophical Society 1984 c 4 s 899Xarici kecidlerIslam Ansiklopedisi Sakiz Adasi maddesi Ali Fuat Orenc cilt 36 sayfa 6 7 Sakiz in Turk Hakimiyeti Altina Alinmasi Serafettin Turan Tarih Arastirmalari Dergisi c IV Sayi 6 7 1966 s 173 199 Buyuk Osmanli Tarihi Joseph von Hammer c 6 sa 215 216 Naval wars in the Levant 1559 1853 1952 R C Anderson ISBN 1 57898 538 2