Şəki Xan məscidi — XVIII əsrə aid tarix-memarlıq abidəsi. Azərbaycanın Şəki şəhərində yerləşir.
Xan məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Şəki |
Yerləşir | Şəki şəhəri, Fətəli xan Xoyski küçəsi, 140 |
Aidiyyatı | Yuxarı-Baş Dövlət Tarix-Memarlıq Qoruğu |
Sifarişçi | Məhəmmədhüseyn xan Müştaq |
Tikilmə tarixi | 1769/70 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | 2022-ci ildə bərpa edilib |
Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace | |
Tipi | Mədəni |
Kriteriya | ii, v |
Təyin edilib | 2019 |
İstinad nöm. | 1549 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 329 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Şəki Xan məscidi də Ümumdünya İrsinə daxildir.
Tarixi
İlk dövrlər
Məscid hicri təqvimi ilə 1183-cü ildə Şəki xanı Məhəmmədhüseyn xanın sifarişi ilə tikilib. Məscidin tikintisi başa çatdıqdan sonra bu münasibətlə o dövrdə yaşamış şair Hacı Məhəmməd Çələbi Əfəndi Zari 9 beytdən ibarət bir qəzəl yazıb. Və bu qəzəlin içində qapalı maddeyi-tarixlə məscidin tikilmə tarixini göstərib. Bu qəzəllə yanaşı ədəbiyyatşünas Salman Mümtaz "Riyazül-üləma" sözünün də əbcəd hesabı ilə bu məscidin tikilmə tarixi olduğunu bildirib. Hər iki maddeyi-tarix əbcəd hesabı ilə 1183-ə bərabərdir ki, bu da miladi 1769–1770-ci ilə uyğundur.
Salman Mümtazın qeydlərinə görə, məscid əvvəlcə I Cümə məscidi adlandırılıb, 1780-ci ildə Məhəmmədhüseyn xan Hacı Əbdülqadirlə olan döyüşdə yaralanaraq təslim olmağa məcbur olub. Bir həftə əsirlikdə qaldıqdan sonra isə boğdurmaq yolu ilə edam edilib. Onun nəşi isə özünün tikdirdiyi məscidin mehrabının içində dəfn edilib. Bundan sonra məscid Xan məscidi adlanıb.
1853-cü il aprelin 14-də (bir çox mənbələrdə – maddeyi-tarixlərdə: 1842/43) Şəki Xan məscidi Nuxa bazarı ilə birlidə yanıb. Mustafa ağa Şəkixanovnun yazdığına görə o vaxt bazar və Cümə məscidi ilə yanaşı, məscidin ətrafındakı evlər də yanğına məruz qalıblar. Yanğından sonra, Mustafa ağanın atası Kərim ağa Şəkixanov, bu məscidi bərpa etdirməyə başlayıb, lakin dünyasını dəyişdiyinə görə bu işi sona çatdıra bilməyib.
Sovet işğalında
Sovet işğalından sonra rəsmi sürətdə 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.
Şəki Xan məscidi də işğaldan sonra barama anbarı, "Ziyalılar evi" kimi istifadə edilib.
1968-ci il martın 6-da Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə Şəkinin tarixi Yuxarı baş məhəlləsində "Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu" yaradılıb. Burada yerləşən Şəki Xan məscidi də qoruğun ərazisinə aiddir.
Məscidin bərpası layihəsi 1981-ci ildə hazırlansa da, sonrakı illərdə heç bir iş görülməyib.
Müstəqillikdən sonra
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
2001-ci ildən Şəki şəhərinin tarixi hissəsi UNESCO-nun Ümumdünya İrsi siyahısına namizəd seçilib. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Qərar Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Şəki Xan məscidi də Ümumdünya İrsinə daxildir.
1992-ci ildə məscid "Yeni Azəri İslam Cəmiyyəti" dini icmasının sərəncamına verilib. Onlar məscidi daima bağlı saxladıqlarına görə və eləcə də icmalarına üzv olmayan digər dindarları ibadətə qoymadıqlarına görə məscid ətrafında mübahisələr baş verib. Bundan başqa icma rəsmi dövlət qeydiyyatından keçməkdən də boyun qaçırıb. 2010-cu ildə Şəki məhkəməsi "Xan məscidi"nin boşaldılaraq mədəniyyət şöbəsinə verilməsi barədə qətnamə çıxarıb. Bir neçə il davam etmiş məhkəmə çəkişmələrindən sonra məscid geri alınaraq Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin balansına daxil edilib.
Bərpası
Şəki Xan məscidində 2021-ci ilin may ayından etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlayıblar. Bərpadan əvvəl burada AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən tədqiqat işləri aparılıb. Arxeoloji Ekspedisiyaya Zaur Həsənov başçılıq edib. 2021-ci il iyunun 3-də mehrabın altı qazılarkən oradan böyük ölçülü sal daşlar aşkar edilib. Burada bərpa işləri dayandırılıb və Şəki arxeoloji ekspedisiyası tərəfindən yoxlamalar aparıldıqdan sonra həmin hissədə qəbir aşkar olunub. Qəbirdən 52 muncuq və tunc təsbeh başlığının tapılması dəfn olunanın yüksək dini və ya dövlət statuslu şəxs olması ehtimalını təsdiqləyirdi.Salman Mümtazın öz əsərində Şəki xanı Məhəmmədhüseyn xan Müştağın Xan məscidinin mehrabının altında dəfn edilməsini qeyd etməsi eləcə də digər faktlar aşkarlanan qalıqların üzərində yoxlamaların aparılmasına səbəb oldu. Aşkar olunan skeletdən nümunələr götürülüb, radiokarbon və genetik analizlər aparmaq üçün Oksford Universitetinin laboratoriyasına göndərilib. Aşkar olunan skelet nümunələri və məscid ərazisindəki xan nəslinə aid digər qəbirlərdən götürülən nümunələr əsasında Böyük Britaniya ilə yanaşı, Avstriya, Estoniya və Türkiyədə də tədqiqatlar, genetik analizlər aparılıb. Laborator analizlərin nəticəsinə və AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi rəyinə əsasən, aşkar edilən qəbirin Şəki xanı Məhəmmədhüseyn xana aid olduğu təsdiqlənib.
Məscid kompleksi ərazisindəki bərpa işləri Dövlət Turizm Agentliyinin sifarişi ilə Memarlıq və İnşaat Universiteti tərəfindən hazırlanan layihə əsasında aparılıb. Məscid kompleksinin ilkin görüntüsünü əldə etmək üçün kompleksdə 3D ölçmə işləri aparılıb. Bərpa işləri zamanı iqlim təsirinə görə yararsız hala düşən kərpiclər yeniləri ilə əvəzlənib, yeri bişmiş kərpiclə yenidən döşənib. Minarədə olan kərpicləri eroziyadan mühafizə etmək üçün xüsusi materiallarla izolyasiya qatı yaradılıb. Məscidin ilkin tikintisi zamanı olan pəncərələr və Məhəmmədhüseyn xanın istifadə etdiyi qapı bərpa edilib. Memarların rəyi əsasında şəbəkədən istifadə edilməklə pəncərələrdən ikisinin əvvəlki görüntüsü bərpa edilib.
Məscid tavanının fotosu olmadığından Dövlət Turizm Agentliyinin və layihəçilərin birgə qərarı əsasında Gödək minarə məscidi və Şəki Xan Sarayının tavanında olan şəbəkə quruluşunda yeni tavan yığılıb. Binanın daxili və xarici divarları 1961-ci ilin fotoları əsas götürülərək bərpa olunub.
Məscidin həyətindəki köhnə su hovuzunun əvəzinə yeni hovuz inşa olunub, xeyir-şər evi, dəstəmazxana, inzibati otaqlar tikilib. Həyətdəki Xan çinarları və digər ağaclar ətrafında mühafizə zonası yaradılıb. Məscidin qədim giriş darvazası və pilləkənləri, cənubunda yerləşən Xan qəbiristanlığındakı qəbir daşları bərpa edilib.
Məscidlə yanaşı ətrafdakı bir neçə bina da təmir edilib və burada muzey yaradılıb. Burada Şəki xanlığı dövrünə aid fərqli eksponatlar, müxtəlif mənbələrdən toplanan maddi-mədəniyyət nümunələri təqdim olunur. Muzeyin birinci mərtəbəsində Şəki xanlığı dövrünə aid mis qablar, milli geyimlər, zərgərlik məmulatları, XVIII əsr Şəki tacirlərinin evlərini bəzəyən divar güzgüləri, adət-ənənəyə uyğun olaraq onların qarşısına qoyulan mücrülər, kəlağayı sənətinə aid nümunələr sərgilənir. İkinci mərtəbədə isə Şəki xalçası, müxtəlif xalçaçılıq ləvazimatları, Əbdüllətif Əfəndinin "Şəki xanlarının tarixi" kitabı və Şəki xanlığı dövrünə aid yazılı ədəbiyyatlar, şəbəkə nümunəsi, XVIII əsr Şəki xanlarının dövründə istifadə edilmiş sikkələr, XVIII–XIX əsrə aid silah nümunələri nümayiş olunur.
İkinci mərtəbədə xan otağı yerləşir. Bu hissədə Şəki xanı Məhəmmədhüseyn xan Müştağın təşkil etdiyi ədəbi məclislərdə istifadə olunan ud musiqi aləti, Məhəmmədhüseyn xanın şahmat taxtası, Şəki xanı Məhəmmədhüseyn xanın taxtının tarixi mənbələrdə olan təsvirləri əsasında 2014–2015-ci illərdə hazırlanmış replikası, Şəki Xan Sarayındakı miniatür təsvirlər əsasında hazırlanmış xanın geyimi, XVIII əsrdə istifadə olunmuş Şəki xanlığının və Şəki xanı Səlim xanın döyüş bayrağı təqdim olunur.
2022-ci il dekabrın 2-də Şəki Xan məscidi kompleksinin bərpadan sonra açılışı olub. Elə həmin gün məscid həm də dindarlar üçün ibadətə açılıb.
Memarlığı
Məscidin uzunluğu 45, eni 10 metrdir. Məscidin 21 metrlik minarəsi bişmiş kərpic və əhəng məhlulundan istifadə edilməklə inşa olunub. Tikintisində çay daşı, bişmiş kərpic, əhəng, kirəmit, palıd, fıstıq, qovaq ağacları kimi yerli inşaat materillarından istifadə olunub. Məscidin xarici tağlı qalereyası və minarəsi var. Məscidin yanında Xan qəbiristanlığı yerləşir. Burada Şəki xanları, onların ailə üzvləri və yaxın adamları dəfn olunub.
Şəkilləri
Həmçinin bax
İstinadlar
- Aydın Məmmədov. "Şəki Xan məscidində Məhəmmədhüseyn xanın qəbri aşkar edilib" (az.). medeniyyet.az. 2021-09-07. 2022-12-03 tarixində . İstifadə tarixi: 2022-12-14.
- Ədalət Tahirzadə. Şəkinin tarixi qaynaqlarda. Bakı: Master. 2005. səh. 192. 2022-10-07 tarixində . İstifadə tarixi: 2022-12-14.
- Murad Səmədov. "Тайна убийства и захоронения азербайджанского Хана" (rus). haqqin.az. 2022-12-11. 2022-12-11 tarixində . İstifadə tarixi: 2022-12-14.
- "Tapılan qəbrin Şəki xanına məxsus olduğu təsdiqləndi" (az.). qafqazinfo.az. 2022-12-02. 2022-12-05 tarixində . İstifadə tarixi: 2022-12-15.
- Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN . 2023-07-05 tarixində (PDF). İstifadə tarixi: 2022-12-14.
- Əbdülvahab Salamzadə, A. İsmayılov, K. Məmmədzadə. Şəki. Tarixi memarlıq oçerki. Bakı: Elm . 1988. səh. 200.
- Əbdülvahab Salamzadə, Elturan Avalov, R.Salayev. Проблемы сохранения и реконструкции исторических городов Азербайджана. Bakı: Elm . 1979. səh. 64.
- "Historic Centre of Sheki with the Khan's Palace" (ingilis). whc.unesco.org. 2020-07-05 tarixində . İstifadə tarixi: 2022-12-14.
- "Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub" (az.). tourism.gov.az. 2022-12-02. 2022-12-03 tarixində . İstifadə tarixi: 2022-12-14.
- "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində (PDF). İstifadə tarixi: 2022-12-14.
- "Historic Centre of Sheki with the Khan's Palace" (ingilis). unesco.org. 2019. 2022-03-18 tarixində . İstifadə tarixi: 2012-12-14.
- "Şəki Xan Sarayı Dünya İrsinin siyahısında" (az.). Amerikanın Səsi. 2019-07-07. 2021-04-15 tarixində . İstifadə tarixi: 2012-12-14.
- "«Xan məscidi» ətrafında çəkişmə" (az.). Azadlıq Radiosu. 2011-06-09. 2021-04-21 tarixində . İstifadə tarixi: 2022-12-14.
- "Şəki Xan məscidi kompleksi əvvəl və indi" (az.). İki sahil. 2022-12-02. 2022-12-06 tarixində . İstifadə tarixi: 2022-12-14.
- Aygün Məmmədova. (az.). arazmedia.az. 2021-07-19. Archived from the original on 2022-12-14. İstifadə tarixi: 2022-12-14.
- "Shaki Khan's Mosque Complex was restored by Heydar Aliyev Foundation" (ingilis). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2022-12-02. 2022-12-04 tarixində . İstifadə tarixi: 2022-12-14.
- "Şəki xan məscidində tapılan qəbrin Şəki xanına məxsus olması təsdiqlənib" (az.). pressklub.az. 2022-12-02. 2022-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-14.
- "Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub" (az.). president.az. 2022-12-02. 2022-12-03 tarixində . İstifadə tarixi: 2022-12-14.
- "Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub" (az.). medeniyyet.az. 2022-12-07. 2022-12-08 tarixində . İstifadə tarixi: 2022-12-14.
- "Şəki Xan məscidində bərpa işlərindən sonra ilk namaz qılındı" (az.). qafqazinfo.az. 2022-12-02. 2022-12-06 tarixində . İstifadə tarixi: 2022-12-14.
- "Xan məscidi və Xan qəbiristanlığı" (az.). sheki.heritage.org.az. 2022-08-10 tarixində . İstifadə tarixi: 2022-12-14.
- Mustafayev, Elşad. "Şəki Xan qəbiristanlığı". Şəkinin səsi. Şəki. 2009-06-15. 4.
Xarici keçidlər
- Prezident ailəsi ilə Şəki Xan məscidi kompleksində — Fotolar
- Prezident və birinci xanım Şəki Xan məscidi kompleksi ərazisindəki muzeydə olublar / AzTV
- 110 ildən sonra Şəki Xan Məscidi / Real TV
- Hər daşında tarix yatan Şəkidə xan qəbri tapıldı / Kanal S
- Şəkinin ən böyük və qədim məscidi sayılan "Xan Məscidi" / Şəki Media Agentliyi
- Bərpa olunan Şəki Xan məscidində namaz qılınıb / AzTV
- Tapılan qəbrin Şəki xanına məxsus olduğu təsdiqlənib… / Kanal S
- Şəki yurdum mənim 20-ci hissə. Xan məscidi / ElbirTv
- Şəkidə Xan məscidində bərpa işləri davam edir / Heydar Aliyev Foundation
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Xan mescidi Seki Xan mescidi XVIII esre aid tarix memarliq abidesi Azerbaycanin Seki seherinde yerlesir Xan mescidiSeki Xan mescidi restavrasiya islerinden sonra41 12 09 sm e 47 11 30 s u Olke AzerbaycanSeher SekiYerlesir Seki seheri Feteli xan Xoyski kucesi 140Aidiyyati Yuxari Bas Dovlet Tarix Memarliq QoruguSifarisci Mehemmedhuseyn xan MustaqTikilme tarixi 1769 70Uslubu Sirvan Abseron memarliq mektebiVeziyyeti 2022 ci ilde berpa edilibUNESCO Umumdunya IrsiResmi adi Historic Centre of Sheki with the Khan s PalaceTipiMedeniKriteriyaii vTeyin edilib2019Istinad nom 1549DovletAzerbaycanRegionAvropaAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 329KateqoriyaMescidEhemiyyetiOlke ehemiyyetliXan mescidi Vikianbarda elaqeli mediafayllar Mescid Azerbaycan Respublikasi Nazirler Kabinetinin 2 avqust 2001 ci ilde verdiyi 132 nomreli qerar ile yerli ehemiyyetli dasinmaz tarix ve medeniyyet abidelerinin siyahisina salinib 2019 cu il iyulun 7 de Xan Sarayi ile birge Sekinin tarixi merkezi UNESCO nun Umumdunya Irs Siyahisina daxil edilib Seki seherinin tarixi merkezinde yerlesen Seki Xan mescidi de Umumdunya Irsine daxildir TarixiIlk dovrler Mescid hicri teqvimi ile 1183 cu ilde Seki xani Mehemmedhuseyn xanin sifarisi ile tikilib Mescidin tikintisi basa catdiqdan sonra bu munasibetle o dovrde yasamis sair Haci Mehemmed Celebi Efendi Zari 9 beytden ibaret bir qezel yazib Ve bu qezelin icinde qapali maddeyi tarixle mescidin tikilme tarixini gosterib Bu qezelle yanasi edebiyyatsunas Salman Mumtaz Riyazul ulema sozunun de ebced hesabi ile bu mescidin tikilme tarixi oldugunu bildirib Her iki maddeyi tarix ebced hesabi ile 1183 e beraberdir ki bu da miladi 1769 1770 ci ile uygundur Salman Mumtazin qeydlerine gore mescid evvelce I Cume mescidi adlandirilib 1780 ci ilde Mehemmedhuseyn xan Haci Ebdulqadirle olan doyusde yaralanaraq teslim olmaga mecbur olub Bir hefte esirlikde qaldiqdan sonra ise bogdurmaq yolu ile edam edilib Onun nesi ise ozunun tikdirdiyi mescidin mehrabinin icinde defn edilib Bundan sonra mescid Xan mescidi adlanib 1853 cu il aprelin 14 de bir cox menbelerde maddeyi tarixlerde 1842 43 Seki Xan mescidi Nuxa bazari ile birlide yanib Mustafa aga Sekixanovnun yazdigina gore o vaxt bazar ve Cume mescidi ile yanasi mescidin etrafindaki evler de yangina meruz qaliblar Yangindan sonra Mustafa aganin atasi Kerim aga Sekixanov bu mescidi berpa etdirmeye baslayib lakin dunyasini deyisdiyine gore bu isi sona catdira bilmeyib Sovet isgalinda Sovet isgalindan sonra resmi suretde 1928 ci ilden dinle mubarizeye basladilar Hemin ilin dekabrinda Azerbaycan KP MK i bir cox mescid kilse ve sinaqoqlari maariflendirici istiqametlerde istifade ucun klublarin balansina verdi Eger 1917 ci ilde Azerbaycanda 3 000 mescid var idise 1927 ci ilde bu reqem 1 700 1933 cu ilde ise 17 idi Seki Xan mescidi de isgaldan sonra barama anbari Ziyalilar evi kimi istifade edilib 1968 ci il martin 6 da Azerbaycan SSR Nazirler Sovetinin serencami ile Sekinin tarixi Yuxari bas mehellesinde Yuxari Bas Dovlet Tarix Memarliq Qorugu yaradilib Burada yerlesen Seki Xan mescidi de qorugun erazisine aiddir Mescidin berpasi layihesi 1981 ci ilde hazirlansa da sonraki illerde hec bir is gorulmeyib Musteqillikden sonra Mescid Azerbaycan Respublikasi Nazirler Kabinetinin 2 avqust 2001 ci ilde verdiyi 132 nomreli qerar ile yerli ehemiyyetli dasinmaz tarix ve medeniyyet abidelerinin siyahisina salinib 2001 ci ilden Seki seherinin tarixi hissesi UNESCO nun Umumdunya Irsi siyahisina namized secilib 2019 cu il iyulun 7 de Xan Sarayi ile birge Sekinin tarixi merkezi UNESCO nun Umumdunya Irs Siyahisina daxil edilib Qerar Baki Konqres Merkezinde kecirilen UNESCO nun Umumdunya Irs Komitesinin 43 cu sessiyasinda qebul olunub Seki seherinin tarixi merkezinde yerlesen Seki Xan mescidi de Umumdunya Irsine daxildir 1992 ci ilde mescid Yeni Azeri Islam Cemiyyeti dini icmasinin serencamina verilib Onlar mescidi daima bagli saxladiqlarina gore ve elece de icmalarina uzv olmayan diger dindarlari ibadete qoymadiqlarina gore mescid etrafinda mubahiseler bas verib Bundan basqa icma resmi dovlet qeydiyyatindan kecmekden de boyun qacirib 2010 cu ilde Seki mehkemesi Xan mescidi nin bosaldilaraq medeniyyet sobesine verilmesi barede qetname cixarib Bir nece il davam etmis mehkeme cekismelerinden sonra mescid geri alinaraq Azerbaycan Respublikasi Dovlet Turizm Agentliyinin balansina daxil edilib Berpasi Seki Xan mescidinde 2021 ci ilin may ayindan etibaren Heyder Eliyev Fondu terefinden berpa islerine baslayiblar Berpadan evvel burada AMEA Arxeologiya ve Etnoqrafiya Institutunun emekdaslari terefinden tedqiqat isleri aparilib Arxeoloji Ekspedisiyaya Zaur Hesenov basciliq edib 2021 ci il iyunun 3 de mehrabin alti qazilarken oradan boyuk olculu sal daslar askar edilib Burada berpa isleri dayandirilib ve Seki arxeoloji ekspedisiyasi terefinden yoxlamalar aparildiqdan sonra hemin hissede qebir askar olunub Qebirden 52 muncuq ve tunc tesbeh basliginin tapilmasi defn olunanin yuksek dini ve ya dovlet statuslu sexs olmasi ehtimalini tesdiqleyirdi Salman Mumtazin oz eserinde Seki xani Mehemmedhuseyn xan Mustagin Xan mescidinin mehrabinin altinda defn edilmesini qeyd etmesi elece de diger faktlar askarlanan qaliqlarin uzerinde yoxlamalarin aparilmasina sebeb oldu Askar olunan skeletden numuneler goturulub radiokarbon ve genetik analizler aparmaq ucun Oksford Universitetinin laboratoriyasina gonderilib Askar olunan skelet numuneleri ve mescid erazisindeki xan nesline aid diger qebirlerden goturulen numuneler esasinda Boyuk Britaniya ile yanasi Avstriya Estoniya ve Turkiyede de tedqiqatlar genetik analizler aparilib Laborator analizlerin neticesine ve AMEA Arxeologiya Etnoqrafiya ve Antropologiya Institutunun elmi reyine esasen askar edilen qebirin Seki xani Mehemmedhuseyn xana aid oldugu tesdiqlenib Mescid kompleksi erazisindeki berpa isleri Dovlet Turizm Agentliyinin sifarisi ile Memarliq ve Insaat Universiteti terefinden hazirlanan layihe esasinda aparilib Mescid kompleksinin ilkin goruntusunu elde etmek ucun kompleksde 3D olcme isleri aparilib Berpa isleri zamani iqlim tesirine gore yararsiz hala dusen kerpicler yenileri ile evezlenib yeri bismis kerpicle yeniden dosenib Minarede olan kerpicleri eroziyadan muhafize etmek ucun xususi materiallarla izolyasiya qati yaradilib Mescidin ilkin tikintisi zamani olan pencereler ve Mehemmedhuseyn xanin istifade etdiyi qapi berpa edilib Memarlarin reyi esasinda sebekeden istifade edilmekle pencerelerden ikisinin evvelki goruntusu berpa edilib Mescid tavaninin fotosu olmadigindan Dovlet Turizm Agentliyinin ve layihecilerin birge qerari esasinda Godek minare mescidi ve Seki Xan Sarayinin tavaninda olan sebeke qurulusunda yeni tavan yigilib Binanin daxili ve xarici divarlari 1961 ci ilin fotolari esas goturulerek berpa olunub Mescidin heyetindeki kohne su hovuzunun evezine yeni hovuz insa olunub xeyir ser evi destemazxana inzibati otaqlar tikilib Heyetdeki Xan cinarlari ve diger agaclar etrafinda muhafize zonasi yaradilib Mescidin qedim giris darvazasi ve pillekenleri cenubunda yerlesen Xan qebiristanligindaki qebir daslari berpa edilib Mescidle yanasi etrafdaki bir nece bina da temir edilib ve burada muzey yaradilib Burada Seki xanligi dovrune aid ferqli eksponatlar muxtelif menbelerden toplanan maddi medeniyyet numuneleri teqdim olunur Muzeyin birinci mertebesinde Seki xanligi dovrune aid mis qablar milli geyimler zergerlik memulatlari XVIII esr Seki tacirlerinin evlerini bezeyen divar guzguleri adet eneneye uygun olaraq onlarin qarsisina qoyulan mucruler kelagayi senetine aid numuneler sergilenir Ikinci mertebede ise Seki xalcasi muxtelif xalcaciliq levazimatlari Ebdulletif Efendinin Seki xanlarinin tarixi kitabi ve Seki xanligi dovrune aid yazili edebiyyatlar sebeke numunesi XVIII esr Seki xanlarinin dovrunde istifade edilmis sikkeler XVIII XIX esre aid silah numuneleri numayis olunur Ikinci mertebede xan otagi yerlesir Bu hissede Seki xani Mehemmedhuseyn xan Mustagin teskil etdiyi edebi meclislerde istifade olunan ud musiqi aleti Mehemmedhuseyn xanin sahmat taxtasi Seki xani Mehemmedhuseyn xanin taxtinin tarixi menbelerde olan tesvirleri esasinda 2014 2015 ci illerde hazirlanmis replikasi Seki Xan Sarayindaki miniatur tesvirler esasinda hazirlanmis xanin geyimi XVIII esrde istifade olunmus Seki xanliginin ve Seki xani Selim xanin doyus bayragi teqdim olunur 2022 ci il dekabrin 2 de Seki Xan mescidi kompleksinin berpadan sonra acilisi olub Ele hemin gun mescid hem de dindarlar ucun ibadete acilib MemarligiMescidin uzunlugu 45 eni 10 metrdir Mescidin 21 metrlik minaresi bismis kerpic ve eheng mehlulundan istifade edilmekle insa olunub Tikintisinde cay dasi bismis kerpic eheng kiremit palid fistiq qovaq agaclari kimi yerli insaat materillarindan istifade olunub Mescidin xarici tagli qalereyasi ve minaresi var Mescidin yaninda Xan qebiristanligi yerlesir Burada Seki xanlari onlarin aile uzvleri ve yaxin adamlari defn olunub SekilleriHemcinin baxXan qebiristanligi Yuxari Bas Dovlet Tarix Memarliq Qorugu Seki Xan qebiristanligindaki epiqrafik abidelerIstinadlarAydin Memmedov Seki Xan mescidinde Mehemmedhuseyn xanin qebri askar edilib az medeniyyet az 2021 09 07 2022 12 03 tarixinde Istifade tarixi 2022 12 14 Edalet Tahirzade Sekinin tarixi qaynaqlarda Baki Master 2005 seh 192 2022 10 07 tarixinde Istifade tarixi 2022 12 14 Murad Semedov Tajna ubijstva i zahoroneniya azerbajdzhanskogo Hana rus haqqin az 2022 12 11 2022 12 11 tarixinde Istifade tarixi 2022 12 14 Tapilan qebrin Seki xanina mexsus oldugu tesdiqlendi az qafqazinfo az 2022 12 02 2022 12 05 tarixinde Istifade tarixi 2022 12 15 Arif Yunusov Islam v Azerbajdzhane PDF Baki Zaman 2004 seh 78 ISBN 9952 8052 0 9 2023 07 05 tarixinde PDF Istifade tarixi 2022 12 14 Ebdulvahab Salamzade A Ismayilov K Memmedzade Seki Tarixi memarliq ocerki Baki Elm 1988 seh 200 Ebdulvahab Salamzade Elturan Avalov R Salayev Problemy sohraneniya i rekonstrukcii istoricheskih gorodov Azerbajdzhana Baki Elm 1979 seh 64 Historic Centre of Sheki with the Khan s Palace ingilis whc unesco org 2020 07 05 tarixinde Istifade tarixi 2022 12 14 Seki Xan mescidi kompleksi Heyder Eliyev Fondu terefinden berpa olunub az tourism gov az 2022 12 02 2022 12 03 tarixinde Istifade tarixi 2022 12 14 Azerbaycan Respublikasi Nazirler Kabinetinin 2001 ci il 2 avqust Tarixli 132 nomreli qerari ile tesdiq edilmisdir PDF az mct gov az 2001 08 02 2021 07 07 tarixinde PDF Istifade tarixi 2022 12 14 Historic Centre of Sheki with the Khan s Palace ingilis unesco org 2019 2022 03 18 tarixinde Istifade tarixi 2012 12 14 Seki Xan Sarayi Dunya Irsinin siyahisinda az Amerikanin Sesi 2019 07 07 2021 04 15 tarixinde Istifade tarixi 2012 12 14 Xan mescidi etrafinda cekisme az Azadliq Radiosu 2011 06 09 2021 04 21 tarixinde Istifade tarixi 2022 12 14 Seki Xan mescidi kompleksi evvel ve indi az Iki sahil 2022 12 02 2022 12 06 tarixinde Istifade tarixi 2022 12 14 Aygun Memmedova az arazmedia az 2021 07 19 Archived from the original on 2022 12 14 Istifade tarixi 2022 12 14 Shaki Khan s Mosque Complex was restored by Heydar Aliyev Foundation ingilis Azerbaycan Dovlet Informasiya Agentliyi 2022 12 02 2022 12 04 tarixinde Istifade tarixi 2022 12 14 Seki xan mescidinde tapilan qebrin Seki xanina mexsus olmasi tesdiqlenib az pressklub az 2022 12 02 2022 12 14 tarixinde arxivlesdirilib Istifade tarixi 2022 12 14 Seki Xan mescidi kompleksi Heyder Eliyev Fondu terefinden berpa olunub az president az 2022 12 02 2022 12 03 tarixinde Istifade tarixi 2022 12 14 Seki Xan mescidi kompleksi Heyder Eliyev Fondu terefinden berpa olunub az medeniyyet az 2022 12 07 2022 12 08 tarixinde Istifade tarixi 2022 12 14 Seki Xan mescidinde berpa islerinden sonra ilk namaz qilindi az qafqazinfo az 2022 12 02 2022 12 06 tarixinde Istifade tarixi 2022 12 14 Xan mescidi ve Xan qebiristanligi az sheki heritage org az 2022 08 10 tarixinde Istifade tarixi 2022 12 14 Mustafayev Elsad Seki Xan qebiristanligi Sekinin sesi Seki 2009 06 15 4 Xarici kecidlerPrezident ailesi ile Seki Xan mescidi kompleksinde Fotolar Prezident ve birinci xanim Seki Xan mescidi kompleksi erazisindeki muzeyde olublar AzTV 110 ilden sonra Seki Xan Mescidi Real TV Her dasinda tarix yatan Sekide xan qebri tapildi Kanal S Sekinin en boyuk ve qedim mescidi sayilan Xan Mescidi Seki Media Agentliyi Berpa olunan Seki Xan mescidinde namaz qilinib AzTV Tapilan qebrin Seki xanina mexsus oldugu tesdiqlenib Kanal S Seki yurdum menim 20 ci hisse Xan mescidi ElbirTv Sekide Xan mescidinde berpa isleri davam edir Heydar Aliyev Foundation