Tatyana Sergeyevna Yesenina (rus. Татьяна Сергеевна Есенина; 11 iyun 1918, Moskva – 5 may 1992, Daşkənd) — rus şairi Sergey Yeseninin və aktrisa Zinaida Rayxın qızı, jurnalist və yazıçı.
Tatyana Yesenina | |
---|---|
Doğum tarixi | 11 iyun 1918 |
Doğum yeri |
|
Vəfat tarixi | 5 may 1992 (73 yaşında) |
Vəfat yeri | |
Atası | Sergey Yesenin |
Anası | Zinaida Rayx |
Fəaliyyəti | yazıçı, jurnalist |
Valideynləri boşandıqdan və atasının ölümündən sonra o, qardaşı Konstantinlə birlikdə Vsevolod Meyerhold və Zinaida Rayxın ailəsində böyüyüb.
Həyatı
Ailəsi
Tatyana Yesenina Sergey Yeseninlə Zinaida Rayxın ailəsində dünyaya gəlib. Tatyananın anası ilə atası Petroqradda Rayx Sosialist İnqilabi qəzeti "Delo Naroda" redaksiyasında katib-makinaçı kimi çalışanda tanış olublar. Zinaida Rayx iyirmi iki yaşında qəzetə yazılarını gətirən gələcək əri Sergey Yesenini ilk dəfə burda görüb. Sergey Yesenin Zinaidaya öz şəklini verərək, onun arxasına "Çünki sən yolumda mənə yöndəmsiz bir qız kimi göründün, Sergey — yazmışdı".
30 iyul 1917-ci ildə Sergey və Zinaida Rayx Yeseninin yaxın dostu Aleksey Qaninin yanına Voloqdaya səfərləri zamanı evlənirlər. Toy Voloqda vilayəti Tolstikovo kəndində qədim Kirik və İulitta daş kilsəsində baş tutub. Bəyin şahidləri Spasskaya rayonu, İvanovskaya kəndi, kəndli Pavel Pavloviç Xitrov və Ustyanskaya rayonu, Ustya kəndi, kəndli Sergey Mixayloviç Barayev olub. Gəlin tərəfindən isə şahidlər Arxangelsk vilayəti, Konşino kəndi, kəndli Aleksey Alekseeviç Qanin və Voloqda şəhəri, tacir oğlu Dmitri Dmitrieviç Devyatkov idi. Toy mərasimini keşiş Viktor Pevqov və məzmur oxuyan Aleksey Kratirov ifa edirdi.
1918-ci ilin aprelində Zinaida Yesenina doğum ərəfəsində valideynlərini ziyarət etmək üçün Oryol şəhərinə gedib. Tatyana 1918-ci il iyun ayının 11-də orada dünyaya gəlib. Anası qızının qayğısına qalmaq üçün Oryolda qalmağa məcbur olub. Avqust ayında Zinaida Rayx Xalq Maarif Komissarlığının inspektoru vəzifəsində işləməyə başlayıb. Bir ay sonra Oryol Rayon Hərbi Komissarlığının teatr və kinematoqrafiya şöbəsinin müdiri, 1 iyun — 1 oktyabr 1919-cu il tarixlərində isə rəhbəri olub. Həmçinin Zinaida burda vilayət xalq maarif idarəsində incəsənət şöbəsinin müdiri vəzifəsini də icra edib.
Uşaqlıq illəri
Oryol Anton Denikinin Ağ ordusu tərəfindən tutulması ərəfəsində Zinaida Rayx və qızı on bir aylıq Tatyana Moskvaya ərinin yanına gediblər. Onlar paytaxtda şair Vadim Şerşeneviçin Krestovozdvijenski döngəsindəki mənzilində məskunlaşıb və üç həftəyə yaxın orada yaşayıblar. Sonra onlar Sergey Yeseninin tutduğu evə köçüblər. Üçü təxminən bir il birlikdə yaşayıblar. Lakin bir müddət sonra ailədə ər-arvad arasında soyuqluq yaranıb və Zinaida Tatyananı götürərək valideynlərinin yanına gedib. Bir müddət sonra qızını valideynləri ilə Oryolda qoyub ərinin yanına qayıdıb. Lakin bu qovuşma uzun sürməyib, tezliklə onlar yenidən ayrılıblar. 1920-ci il fevralın 3-də Zinaida Rayx Moskvada Ana və Uşaq Evində Tatyananın qardaşı Konstantini dünyaya gətirib.
19 fevral 1921-ci ildə Oryol şəhər məhkəməsinə belə bir ərizə daxil olub: "Sizdən xahiş edirəm ki, həyat yoldaşım Zinaida Nikolayevna Yesenina-Rayxdən boşanmaq üçün müraciətimi rədd etməyəsiniz. Uşaqlarımızı, üç yaşlı Tatyana və bir yaşlı oğlumuz Konstantini keçmiş həyat yoldaşım Zinaida Nikolayevna Rayx tərəfindən böyütməyə qoyuram, onların maddi dəstəyini öz üzərimə götürürəm və buna imza atıram. İmza: Sergey Yesenin".
Beləliklə, 5 oktyabr 1921-ci ildə Tatyananın valideynləri rəsmən boşanıblar. Boşanmadan sonra Tatyana babası və nənəsi ilə Oryolda qalıb.
1922-ci ildə Zinaida Rayx Vsevolod Meyerholdla evlənib. Zinaida 1922-ci ilin yayında Tatyana və Konstantini Oryoldan Moskvaya — Novinski bulvarındakı yeni evinə gətirib. Meyerhold Tatyana və Konstantini övladlığa götürüb. Meyerhold onlara ata kimi qayğı göstərib. Sergey Yesenin də uşaqlarını görmək üçün tez-tez onların mənzilinə gəlib-gedirdi. Tezliklə Zinaidanın valideynləri Oryoldan Moskvadakı qızlarının yanına köçüblər.
Sonrakı həyatı
Böyük Vətən müharibəsindən əvvəl Zinaida Rayx və Vsevolod Meyerholdun ölümündən sonra Tatyana Sergeyevna kiçik qardaşı Konstantin (1920–1986) və kiçik oğlu Vladimirlə tək qalıb. Anasının qətli ilə bağlı Tatyana Yesenina öz hisslərini belə əifadə etmişdi:
Anamı iyulun 15-nə keçən gecə qətlə yetirdilər. O, artıq Yeseninin məzarının yaxınlığındakı Vaqankovo qəbiristanlığında dəfn edilib. Demək olar ki, dəfnə heç kim gəlmədi, qohumlar və bir neçə yad adam var idi; həmişə gələnlərdən, heç kim gəlmədi... Heç nə götürməmişdilər, oğurlamamışdılar, 7 dəfə ürək nahiyəsindən, boyun nahiyəsindən bıçaqlamışdılar. Öldürməyə gəlmişdilər və yaralamışdılar. 2 saatdan sonra o, öldü və Lidiya Anisimovnanı (evin qulluqçusu) isə başından vurmuşdular, o sağdır... Kim idi onlar, iki nəfər olublar, heç biri tapılmadı. — Zinaida Rayxın qızı Tatyana Yeseninanın Marietta Şaqinyana 20 iyul 1939-cu il tarixli məktubundan |
Valideynlərinin Moskvanın Bryusov prospektindəki mənzilindən qovulan Tatyana Yesenina Meyerholdun arxivini Balaşixadakı bağda gizlədərək xilas edib. Müharibənin əvvəlində onu saxlanmaq üçün Sergey Eyzenşteynə təhvil verib.
Böyük Vətən müharibəsi illərində Tatyana Yesenina əri və oğlu ilə birlikdə Özbəkistana təxliyə olunub. Burada Aleksey Tolstoyun xahişi ilə o, və ailəsi kazarma tipli evdə kiçik bir otaq almağa müvəffəq ola biliblər. Tatyana yarım əsr Daşkənddə yaşayıb. O burda "Pravda Vostoka" qəzetində müxbir və Özbəkistan nəşriyyatlarda elmi redaktor kimi çalışıb.
İosif Stalinin ölümündən sonra Tatyana Yesenina atalığı Vsevolod Meyerholdun reabilitasiyası prosesini başlatmağa nail olub. Tatyana Yeseninadan Meyerholdun yaradıcılığının tədqiqatçısı K.L.Rudnitskiyə məktubları repressiyaya məruz qalmış rejissorun yaradıcılığını öyrənmək üçün mühüm mənbələrə çevrilib.
Ölümü
Tatyana Yesenina 1992-ci il mayın 5-də Daşkənddə vəfat edib.
Mayın 7-də Sergey Yesenin Muzeyində vətəndaş anım mərasimi keçirilib. Kilsədəki dəfn mərasimindən sonra Tatayana Botkin şəhərinin köhnə qəbiristanlığında dəfn edilib.
Bir neçə il onun məzarının üzərində sadə xaç olub. Jurnalist Q.Dimovun rəhbərlik etdiyi təşəbbüs qrupu məzar üzərinə qəbirüstü abidənin qoyulması ideyası ilə çıxış edib. 1999-cu ildə Daşkənddə Tatyana Sergeyevna Yesenina abidəsinin təntənəli açılışında dahi rus şairinin qızı haqqında çoxlu təsirlli sözlər deyilib.
Onun ölümü ilə Sergey Yeseninin Özbəkistandakı Daşkənd şəcərisi başa çatıb. Tədricən oğlu Sergey, nəvələri və nəticələri Rusiyaya köçüblər.
Biblioqrafiya
Tatyana Yesenina aktiv yaradıcılıqla məşöul olub. Publisistik məqalələr ilə yanaşı o, bir neçə hekayə və xatirələr kitablarının da müəlifidir. O, “Jenya - XX əsrin möcüzəsi”, “Ay işığının çırağı” kitab və hekayələrini, Sergey Yesenin, Zinaida Rayx və Vsevolod Meyerhold haqqında xatirələr kitablarını yazıb..
Şəxsi həyatı
- Həyat yoldaşı - Vladimir İvanoviç Kutuzov (İ.İ.Kutuzovun oğlu), mühəndis, mədəndə işləyib.
- Böyük oğlu - Vladimir Vladimiroviç Kutuzov (1938-ci il təvəllüdlü).
- Kiçik oğlu - Sergey Vladimiroviç Yesenin (1942-2016) - tikinti, alpinizm və geodeziya sahəsində çalışıb, mətbuatda və televiziyada şairin nəsil-şəcərəsi haqqında hekayələrlə çıxış edib.
- Nəvəsi - Zinaida, biologiya müəllimi.
- Nəvəsi - Anna, rəssam.
Tatyana Yeseninanın hər iki oğlu vasitəsilə nəticələri var.
Xatirəsi
- Tatyana Yeseninanın ölümündən dərhal sonra “Narodnoe slovo”, “Pravda Vostoka”, “Daşkənd Axşamı” qəzetləri və “Eseninin dünyası” xəbər bülleteni (1992, № 3) xüsusi buraxılışında “Eseninin dünyası” jurnalının direktoru Tatyana Sergeyevna ilə görüşlərin xatirələrini dərc etdilər. Xatirələrdə S.Yesenin ev muzeyinin direktoru V. Nikolyuk, jurnalist Q.Dimov, şair R.Fərhadi, Respublika Ali Sovetinin deputatı S.Zinin “onun yaradıcılığının Özbəkistana yad olmadığını” vurğulamış, Tatyana Yeseninanın həyat və yaradıcılığı barədə qiymətli məlumatlar paylaşmışdılar.
- Sergey Yeseninin Daşkənddəki Muzeyində xüsusi olaraq Tatyana Sergeyevnaya həsr olunmuş stend var. Muzey işçiləri çoxsaylı turistlərə onun yaradıcılığı tərcümeyi-halı haqqında böyük hərarətlə danışırlar. Muzeydə Tatyana Sergeyeva Yeseninanın anadan olmasının 90 illiyi münasibətilə onun yaradıcılıq tərcümeyi-halından bəhs edən fotomateriallardan ibarət sərgi açılıb.
- Özbəkistanın Rus Mədəniyyət Mərkəzi bütövlükdə Tatyana Sergeyevna Yeseninanın həyat və yaradıcılığına həsr olunmuş “Yeseninin dünyası” bülleteninin xüsusi 8-ci nömrəsini nəşr edib.
İstinadlar
- ГАВО. Ф. 496. Оп. 38. Д. 186. Л.163 об.- 164.
- автор. Письма Т. С. Есениной М. Я. Шагинян // Т. С. Есенина о В. Э. Мейерхольде и З. Н. Райх. М.: Новое изд-во. Сост. и коммент. Н. Н. Панфиловой и О. М. Фельдмана. 2003.
- "Дети Есенина: в жерновах Советской власти | Дайджест Живого Журнала". 2013-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-14.
- Kelly, Catriona. Anthology of Russian Women's Writing, 1777-1992. Oxford University Press. 1994. səh. 316. ISBN .
- "Татьяна Сергеевна Есенина в Ташкенте". 2015-07-24 tarixində . İstifadə tarixi: 2013-03-11.
- "Поэт-загадка : Голос России". 2013-04-11 tarixində arxivləşdirilib.
Xarici keçidlər
- Есенина Татьяна Сергеевна
- Татьяна Есенина дочь Сергея Есенина
- Татьяна Сергеевна Есенина
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Tatyana Sergeyevna Yesenina rus Tatyana Sergeevna Esenina 11 iyun 1918 Moskva 5 may 1992 Daskend rus sairi Sergey Yeseninin ve aktrisa Zinaida Rayxin qizi jurnalist ve yazici Tatyana YeseninaDogum tarixi 11 iyun 1918 1918 06 11 Dogum yeri Moskva Moskva quberniyasi d RSFSR d Vefat tarixi 5 may 1992 1992 05 05 73 yasinda Vefat yeri Daskend OzbekistanAtasi Sergey YeseninAnasi Zinaida RayxFealiyyeti yazici jurnalist Valideynleri bosandiqdan ve atasinin olumunden sonra o qardasi Konstantinle birlikde Vsevolod Meyerhold ve Zinaida Rayxin ailesinde boyuyub HeyatiAilesi Tatyana Yesenina Sergey Yeseninle Zinaida Rayxin ailesinde dunyaya gelib Tatyananin anasi ile atasi Petroqradda Rayx Sosialist Inqilabi qezeti Delo Naroda redaksiyasinda katib makinaci kimi calisanda tanis olublar Zinaida Rayx iyirmi iki yasinda qezete yazilarini getiren gelecek eri Sergey Yesenini ilk defe burda gorub Sergey Yesenin Zinaidaya oz seklini vererek onun arxasina Cunki sen yolumda mene yondemsiz bir qiz kimi gorundun Sergey yazmisdi 30 iyul 1917 ci ilde Sergey ve Zinaida Rayx Yeseninin yaxin dostu Aleksey Qaninin yanina Voloqdaya seferleri zamani evlenirler Toy Voloqda vilayeti Tolstikovo kendinde qedim Kirik ve Iulitta das kilsesinde bas tutub Beyin sahidleri Spasskaya rayonu Ivanovskaya kendi kendli Pavel Pavlovic Xitrov ve Ustyanskaya rayonu Ustya kendi kendli Sergey Mixaylovic Barayev olub Gelin terefinden ise sahidler Arxangelsk vilayeti Konsino kendi kendli Aleksey Alekseevic Qanin ve Voloqda seheri tacir oglu Dmitri Dmitrievic Devyatkov idi Toy merasimini kesis Viktor Pevqov ve mezmur oxuyan Aleksey Kratirov ifa edirdi 1918 ci ilin aprelinde Zinaida Yesenina dogum erefesinde valideynlerini ziyaret etmek ucun Oryol seherine gedib Tatyana 1918 ci il iyun ayinin 11 de orada dunyaya gelib Anasi qizinin qaygisina qalmaq ucun Oryolda qalmaga mecbur olub Avqust ayinda Zinaida Rayx Xalq Maarif Komissarliginin inspektoru vezifesinde islemeye baslayib Bir ay sonra Oryol Rayon Herbi Komissarliginin teatr ve kinematoqrafiya sobesinin mudiri 1 iyun 1 oktyabr 1919 cu il tarixlerinde ise rehberi olub Hemcinin Zinaida burda vilayet xalq maarif idaresinde incesenet sobesinin mudiri vezifesini de icra edib Usaqliq illeri Oryol Anton Denikinin Ag ordusu terefinden tutulmasi erefesinde Zinaida Rayx ve qizi on bir ayliq Tatyana Moskvaya erinin yanina gedibler Onlar paytaxtda sair Vadim Sersenevicin Krestovozdvijenski dongesindeki menzilinde meskunlasib ve uc hefteye yaxin orada yasayiblar Sonra onlar Sergey Yeseninin tutdugu eve kocubler Ucu texminen bir il birlikde yasayiblar Lakin bir muddet sonra ailede er arvad arasinda soyuqluq yaranib ve Zinaida Tatyanani goturerek valideynlerinin yanina gedib Bir muddet sonra qizini valideynleri ile Oryolda qoyub erinin yanina qayidib Lakin bu qovusma uzun surmeyib tezlikle onlar yeniden ayriliblar 1920 ci il fevralin 3 de Zinaida Rayx Moskvada Ana ve Usaq Evinde Tatyananin qardasi Konstantini dunyaya getirib 19 fevral 1921 ci ilde Oryol seher mehkemesine bele bir erize daxil olub Sizden xahis edirem ki heyat yoldasim Zinaida Nikolayevna Yesenina Rayxden bosanmaq ucun muracietimi redd etmeyesiniz Usaqlarimizi uc yasli Tatyana ve bir yasli oglumuz Konstantini kecmis heyat yoldasim Zinaida Nikolayevna Rayx terefinden boyutmeye qoyuram onlarin maddi desteyini oz uzerime gotururem ve buna imza atiram Imza Sergey Yesenin Belelikle 5 oktyabr 1921 ci ilde Tatyananin valideynleri resmen bosaniblar Bosanmadan sonra Tatyana babasi ve nenesi ile Oryolda qalib 1922 ci ilde Zinaida Rayx Vsevolod Meyerholdla evlenib Zinaida 1922 ci ilin yayinda Tatyana ve Konstantini Oryoldan Moskvaya Novinski bulvarindaki yeni evine getirib Meyerhold Tatyana ve Konstantini ovladliga goturub Meyerhold onlara ata kimi qaygi gosterib Sergey Yesenin de usaqlarini gormek ucun tez tez onlarin menziline gelib gedirdi Tezlikle Zinaidanin valideynleri Oryoldan Moskvadaki qizlarinin yanina kocubler Sonraki heyati Boyuk Veten muharibesinden evvel Zinaida Rayx ve Vsevolod Meyerholdun olumunden sonra Tatyana Sergeyevna kicik qardasi Konstantin 1920 1986 ve kicik oglu Vladimirle tek qalib Anasinin qetli ile bagli Tatyana Yesenina oz hisslerini bele eifade etmisdi Anami iyulun 15 ne kecen gece qetle yetirdiler O artiq Yeseninin mezarinin yaxinligindaki Vaqankovo qebiristanliginda defn edilib Demek olar ki defne hec kim gelmedi qohumlar ve bir nece yad adam var idi hemise gelenlerden hec kim gelmedi Hec ne goturmemisdiler ogurlamamisdilar 7 defe urek nahiyesinden boyun nahiyesinden bicaqlamisdilar Oldurmeye gelmisdiler ve yaralamisdilar 2 saatdan sonra o oldu ve Lidiya Anisimovnani evin qulluqcusu ise basindan vurmusdular o sagdir Kim idi onlar iki nefer olublar hec biri tapilmadi Zinaida Rayxin qizi Tatyana Yeseninanin Marietta Saqinyana 20 iyul 1939 cu il tarixli mektubundan Valideynlerinin Moskvanin Bryusov prospektindeki menzilinden qovulan Tatyana Yesenina Meyerholdun arxivini Balasixadaki bagda gizlederek xilas edib Muharibenin evvelinde onu saxlanmaq ucun Sergey Eyzensteyne tehvil verib Boyuk Veten muharibesi illerinde Tatyana Yesenina eri ve oglu ile birlikde Ozbekistana texliye olunub Burada Aleksey Tolstoyun xahisi ile o ve ailesi kazarma tipli evde kicik bir otaq almaga muveffeq ola bilibler Tatyana yarim esr Daskendde yasayib O burda Pravda Vostoka qezetinde muxbir ve Ozbekistan nesriyyatlarda elmi redaktor kimi calisib Iosif Stalinin olumunden sonra Tatyana Yesenina ataligi Vsevolod Meyerholdun reabilitasiyasi prosesini baslatmaga nail olub Tatyana Yeseninadan Meyerholdun yaradiciliginin tedqiqatcisi K L Rudnitskiye mektublari repressiyaya meruz qalmis rejissorun yaradiciligini oyrenmek ucun muhum menbelere cevrilib OlumuTatyana Yesenina 1992 ci il mayin 5 de Daskendde vefat edib Mayin 7 de Sergey Yesenin Muzeyinde vetendas anim merasimi kecirilib Kilsedeki defn merasiminden sonra Tatayana Botkin seherinin kohne qebiristanliginda defn edilib Bir nece il onun mezarinin uzerinde sade xac olub Jurnalist Q Dimovun rehberlik etdiyi tesebbus qrupu mezar uzerine qebirustu abidenin qoyulmasi ideyasi ile cixis edib 1999 cu ilde Daskendde Tatyana Sergeyevna Yesenina abidesinin tenteneli acilisinda dahi rus sairinin qizi haqqinda coxlu tesirlli sozler deyilib Onun olumu ile Sergey Yeseninin Ozbekistandaki Daskend secerisi basa catib Tedricen oglu Sergey neveleri ve neticeleri Rusiyaya kocubler BiblioqrafiyaTatyana Yesenina aktiv yaradiciliqla mesoul olub Publisistik meqaleler ile yanasi o bir nece hekaye ve xatireler kitablarinin da muelifidir O Jenya XX esrin mocuzesi Ay isiginin ciragi kitab ve hekayelerini Sergey Yesenin Zinaida Rayx ve Vsevolod Meyerhold haqqinda xatireler kitablarini yazib Sexsi heyatiHeyat yoldasi Vladimir Ivanovic Kutuzov I I Kutuzovun oglu muhendis medende isleyib Boyuk oglu Vladimir Vladimirovic Kutuzov 1938 ci il tevelludlu Kicik oglu Sergey Vladimirovic Yesenin 1942 2016 tikinti alpinizm ve geodeziya sahesinde calisib metbuatda ve televiziyada sairin nesil seceresi haqqinda hekayelerle cixis edib Nevesi Zinaida biologiya muellimi Nevesi Anna ressam Tatyana Yeseninanin her iki oglu vasitesile neticeleri var XatiresiTatyana Yeseninanin olumunden derhal sonra Narodnoe slovo Pravda Vostoka Daskend Axsami qezetleri ve Eseninin dunyasi xeber bulleteni 1992 3 xususi buraxilisinda Eseninin dunyasi jurnalinin direktoru Tatyana Sergeyevna ile goruslerin xatirelerini derc etdiler Xatirelerde S Yesenin ev muzeyinin direktoru V Nikolyuk jurnalist Q Dimov sair R Ferhadi Respublika Ali Sovetinin deputati S Zinin onun yaradiciliginin Ozbekistana yad olmadigini vurgulamis Tatyana Yeseninanin heyat ve yaradiciligi barede qiymetli melumatlar paylasmisdilar Sergey Yeseninin Daskenddeki Muzeyinde xususi olaraq Tatyana Sergeyevnaya hesr olunmus stend var Muzey iscileri coxsayli turistlere onun yaradiciligi tercumeyi hali haqqinda boyuk heraretle danisirlar Muzeyde Tatyana Sergeyeva Yeseninanin anadan olmasinin 90 illiyi munasibetile onun yaradiciliq tercumeyi halindan behs eden fotomateriallardan ibaret sergi acilib Ozbekistanin Rus Medeniyyet Merkezi butovlukde Tatyana Sergeyevna Yeseninanin heyat ve yaradiciligina hesr olunmus Yeseninin dunyasi bulleteninin xususi 8 ci nomresini nesr edib IstinadlarGAVO F 496 Op 38 D 186 L 163 ob 164 avtor Pisma T S Eseninoj M Ya Shaginyan T S Esenina o V E Mejerholde i Z N Rajh M Novoe izd vo Sost i komment N N Panfilovoj i O M Feldmana 2003 Deti Esenina v zhernovah Sovetskoj vlasti Dajdzhest Zhivogo Zhurnala 2013 03 15 tarixinde arxivlesdirilib Istifade tarixi 2013 03 14 Kelly Catriona Anthology of Russian Women s Writing 1777 1992 Oxford University Press 1994 seh 316 ISBN 0 19 871505 6 Tatyana Sergeevna Esenina v Tashkente 2015 07 24 tarixinde Istifade tarixi 2013 03 11 Poet zagadka Golos Rossii 2013 04 11 tarixinde arxivlesdirilib Xarici kecidlerEsenina Tatyana Sergeevna Tatyana Esenina doch Sergeya Esenina Tatyana Sergeevna Esenina