Siqrid Unset (dan. Sigrid Undset; 20 may 1882[…] – 10 iyun 1949[…], Lillehammer, Norveç) — danimarka-norveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1928).
Siqrid Unset | |
---|---|
norv. Sigrid Undset | |
Doğum tarixi | 20 may 1882[…] |
Vəfat tarixi | 10 iyun 1949[…](67 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | roman yazıçısı, tərcüməçi, yazıçı, ssenarist, nasir, şair |
Fəaliyyət illəri | 1907–1949 |
Əsərlərinin dili | Norveç dili |
Janr | tarixi roman[d] |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Norveç yazıçısı Siqrid Unset Danimarkada doğulmuşdu. Məşhur Norveç arxeoloqu İnqvald Martin Unsetin üç qızından ən böyüyü idi. İki yaşı olanda ailə atasının Arxeologiya muzeyinin direktoru kimi çalışdığı Osloya qayıtmışdı. Gələcək yazıçının uşaqlıq illəri bu muzeyin eksponatları arasında keçmişdi. Onun başqa bir sevimli məşğuliyyəti isə Norveç saqalarını oxumaq idi.
Siqridin 11 yaşı olanda atası ölmüşdü. Ailənin ağır maddi vəziyyəti yeniyetmə qızı gimnaziyadan kommersiya məktəbinə dəyişilməyə, 17 yaşında isə Oslodakı alman şirkətlərindən birində katibə kimi işə düzəlməyə məcbur etmişdi. Siqrid burada uzun müddət qalacağını düşünmürdü. Amma həyatının on ilini texniki təmayüllü işdə keçirməli oldu. Təbii ki, bu illər tam izsiz-soraqsız ötüşməmişdi. Əvvəla, gənc qız insanlarla ünsiyyət məharətinə yiyələnmişdi. Yaxşı təşkilatçılıq vərdişləri əldə etmişdi. Dövrün qadınlar üçün tam yeni ixtisaslarından sayılan reminqtonistika–makinada yazmaq peşəsini mənimsəmişdi. Eyni zamanda botanika və rəssamlıqla maraqlanmış, klassik ədəbiyyatı və saqaları dərindən öyrənmişdi.
Məhz saqaların təsiri altında Siqrid Unset 1904-cü ildə orta əsrlər Danimarka həyatından bəhs edən romantik üslublu tarixi romanını başa çatdırmışdı. Lakin nəşriyyatdan ona bir daha tarixi əsərlər yazmamağı, qələmini müasir mövzularda sınamağı məsləhət görmüşdülər. Siqrid məsləhəti qəbul etmişdi. 1907-ci ildə onun nikah və ailə məsələlərindən bəhs edən "Frau Marta Ouli" romanı, ardınca isə "Ömrün xoşbəxt çağı" adlı novellalar kitabı nəşr olunmuşdu.
İlk ədəbi uğuru Siqridi sevimli tarixi mövzulara qayıtmağa ruhlandırdı. O, qədim island saqalarının təsiri altında "Viqa-Lyut və Viqtis" romanını (1909) yazdı. Bu əsərin çapından sonra Norveç hökuməti Siqrid Unsetə təqaüd təyin etdi. Maddi vəziyyətinin yaxşılaşması ona kontor işindən uzaqlaşmağa, yalnız ədəbiyyatla məşğul olmağa imkan yaratdı. Almaniyaya və İtaliyaya səfəri zamanı Siqrid Norveç rəssamı Anders Kastes Svarsadla tanış oldu. Bu tanışlıq tezliklə böyük məhəbbətə çevrildi. Onların arasında on üç yaş fərq vardı. Üstəlik də Svarsad evli və üç uşaq atası idi. Lakin bir-birlərini həqiqi məhəbbətlə sevirdilər. Siqrid çətin seçim qarşısında qalmışdı. Yazıçı bu hiss və yaşantılarını ədəbi tənqidin ilk uğurlu əsəri kimi qiymətləndirdiyi "Yenni" romanında (1911) əks etdirmişdi.
Svarsad birinci arvadından boşandı və 1912-ci ildə onlar evlənib Norveçə qayıtdılar. Bir neçə il sonra Siqrid artıq böyük bir ailənin yükünü çiyinlərində daşıyırdı. Ərinin ilk evlilikdən olan üç övladına birgə nikahdan doğulan daha üç uşaq əlavə olunmuşdu. Bədbəxtlikdən bu uşaqlardan ikisi psixi cəhətdən xəstə idi. Məişət qayğılarından başını itirmiş Siqrid yalnız gecələr, yuxu hesabına yaza bilirdi. Çətinliklərlə dolu ailə həyatının on ili ərzində o, iki novellalar və bir povestlər kitabı, eləcə də "Bahar" romanını (1917) çap etdirmişdi. Əsərdə güzəştlər bahasına baş tutan rəsmi izdivacın nikahsız məhəbbətdən daha çox bədbəxtlik gətirdiyi fikri əsaslandırılmışdı. Kilsə Svarstadın birinci arvadı ilə nikahını qüvvədə saxladığından Siqrid 1925-ci ildən ərindən ayrılmaq qərarına gəlmişdi. Dini axtarışlar həmin il həm də yazıçının lüteranlıqdan imtina edərək katolik olması ilə nəticələnmişdi.
"Yalnız müqəddəslər insanın xoşbəxtlik, sülh, ədalət və xeyirxahlıq istəyini izah edə bilərlər" –qənaətində olan yazıçı dini hisslərini bütün dərinliyi ilə "Lavransın qızı Kristin" trilogiyasında (1920-1922) əks etdirmişdi. Trilogiyada XIV əsr Norveç həyatı təsvir olunmuşdu. Konkret tarixi qəhrəman surəti yaradılmasa da, tarixçilərin və tənqidçilərin fikrincə, dövrün ruhu, ab-havası dəqiqliklə ifadə edilmişdi. Müəllif buna qismən də saqaların stilizasiyası yolu ilə nail olmuşdu.
Olaf haqqındakı dialogiyasında — "Hestvikenin sahibi" (1925) və "Olafla oğulları" (1927) romanlarında da Siqrid Unset orta əsrlər Norveç tarixinə üz tutmuşdu. Lakin bu əsərdə bədbin notlar və didaktikaya meyl daha çox idi.
1928-ci ildə Siqrid Unset "orta əsrlər Skandinaviya həyatının yaddaqalan təsvirinə görə" Nobel mükafatı laureatı oldu. O, Nobel alan üçüncü Norveç yazıçısı idi. Undset İsveç Akademiyasında ənənəvi mühazirə ilə çıxış etmək istəməmişdi. Qısa təşəkkür nitqində sadəcə "mənim üçün yazmaq danışmaqdan, həm də özüm haqqında danışmaqdan daha asandır" - demişdi. Onun artıq Nobel laureatı kimi yazdığı beş roman, tənqidçilərin fikrincə əvvəlki əsərləri ilə müqayisədə o qədər də güclü təsir bağışlamırdı.
1940-cı ilin aprelində almanlar Norveçi işğal edəndə Siqrid Unset Müqavimət hərəkatına qoşulmuş, lakin az sonra İsveçə qaçmalı olmuşdu. Faşistlər Norveç və Almaniyada onun əsərlərinə yasaq qoymuşdular. 1940-cı ilin sentyabrında oğlu Hansla birlikdə ABŞ-yə mühacirət edən yazıçı müharibənin sonuna qədər burada yaşamış, Londondakı mühacir Norveç hökuməti ilə sıx əlaqə saxlamış, Norveç xalqının faşizmə qarşı mübarizəsini dəstəkləmişdi. Böyük oğlu Anders almanlarla döyüşdə həlak olmuşdu. Maraqlıdır ki, həmin dövrdə Nobel mükafatı laureatı olan başqa bir böyük Norveç yazıçısı – Knut Hamsun faşistlərlə əməkdaşlıq yolunu tutmuş, oğlu isə SSRİ dəstələrinin tərkibində vuruşmuşdu.
Müharibə qurtarandan sonra Siqrid Unset vətənində qəhrəman kimi qarşılanmışdı. Norveç hökuməti "ədəbiyyatda böyük uğurlarına və xalqa xidmətinə görə" onu Müqəddəs Olav ordeninin Böyük xaçı ilə təltif etmişdi.
Əsərləri
- Fru Marta Oulie (roman), 1907
- Den lykkelige alder (noveller), 1908
- Fortællingen om Viga-Ljot og Vigdis (roman), 1909
- Ungdom (lyrikk), 1910
- Jenny (roman), 1911
- Fattige skjebner (noveller), 1912
- Vaaren (roman), 1914
- Fortællinger om kong Artur og ridderne av det runde bord (historie), 1915
- Splinten av troldspeilet (roman), 1917
- Tre søstre (essays), 1917
- De kloge jomfruer (noveller), 1918
- Et kvindesynspunkt (essays), 1919
- Kristin Lavransdatter (romantrilogi), 1920-1922 (Dei tre delane heiter "Kransen" (1920), "Husfrue" (1921) og "Korset" (1922).)
- Vårskyer, 1921
- Sankt Halvards liv, død og jærtegn, 1925
- Olav Audunssøn i Hestviken (roman), 1925
- Olav Audunssøn og hans barn (roman), 1927
- Katholsk propaganda (essays), 1927
- Gymnadenia (roman), 1929
- Etapper (essays), 1929
- Den brændende busk (roman), 1930
- Hellig Olav, Norges konge (essays), 1930
- Ida Elisabeth (roman), 1932
- Etapper. Ny række (essays), 1933
- To europeiske helgener, 1933
- Elleve aar (selvbiografisk roman), 1934
- Den trofaste hustru (roman), 1936
- Norske helgener (historie), 1937
- Selvportretter og landskapsbileder (historie), 1938
- Madame Dorthea (roman), 1939
- Klosterliv – På pilegrimsferd – Sognekirken (i "Norsk kulturhistorie II"), 1939
- Sigurd and his brave companions. A tale of medieval Norway (barnebok), 1943]
- Tilbake til fremtiden (memoarer), 1945 (engelsk utgåve kom allereie i 1942)
- Lykkelige dager (memoarer), 1947 (engelsk utgåve kom allereie i 1942)
- Caterina av Siena (historie), 1951
- Artikler og taler fra krigstiden (essays), 1952
- Sigurd og hans tapre venner (roman), 1955
- Sten Steensen Blicher (kulturhistorie), 1957
- Østenfor sol og vestenfor måne (dramatisering for barneteater) 1959 (skrive 1927)
- I grålysningen (roman), 1968 (skrive 1911)
- Prinsessene i Berget det blå (barnebok) 1973 (skrive 1928)
- Kjære Dea (brev), 1979
- Fred på jorden (noveller), 1992
- Tolv år (uferdig manuskript til sjølbiografisk roman), 1998
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Sigrid Undset // Encyclopædia Britannica (ing.).
- Унсет Сигрид // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
- Siqrid Unset Nobel mükafatının saytında
- Siqrid Unsetin bioqrafiyası (ingiliscə) 2011-06-04 at the Wayback Machine
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Siqrid Unset dan Sigrid Undset 20 may 1882 10 iyun 1949 Lillehammer Norvec danimarka norvec yazicisi Edebiyyat uzre Nobel mukafati laureati 1928 Siqrid Unsetnorv Sigrid UndsetDogum tarixi 20 may 1882 1882 05 20 Vefat tarixi 10 iyun 1949 1949 06 10 67 yasinda Vefat yeri Lillehammer NorvecFealiyyeti roman yazicisi tercumeci yazici ssenarist nasir sairFealiyyet illeri 1907 1949Eserlerinin dili Norvec diliJanr tarixi roman d Uzvluyu Amerikan Cografiya CemiyyetiMukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiNorvec yazicisi Siqrid Unset Danimarkada dogulmusdu Meshur Norvec arxeoloqu Inqvald Martin Unsetin uc qizindan en boyuyu idi Iki yasi olanda aile atasinin Arxeologiya muzeyinin direktoru kimi calisdigi Osloya qayitmisdi Gelecek yazicinin usaqliq illeri bu muzeyin eksponatlari arasinda kecmisdi Onun basqa bir sevimli mesguliyyeti ise Norvec saqalarini oxumaq idi Siqridin 11 yasi olanda atasi olmusdu Ailenin agir maddi veziyyeti yeniyetme qizi gimnaziyadan kommersiya mektebine deyisilmeye 17 yasinda ise Oslodaki alman sirketlerinden birinde katibe kimi ise duzelmeye mecbur etmisdi Siqrid burada uzun muddet qalacagini dusunmurdu Amma heyatinin on ilini texniki temayullu isde kecirmeli oldu Tebii ki bu iller tam izsiz soraqsiz otusmemisdi Evvela genc qiz insanlarla unsiyyet meharetine yiyelenmisdi Yaxsi teskilatciliq verdisleri elde etmisdi Dovrun qadinlar ucun tam yeni ixtisaslarindan sayilan reminqtonistika makinada yazmaq pesesini menimsemisdi Eyni zamanda botanika ve ressamliqla maraqlanmis klassik edebiyyati ve saqalari derinden oyrenmisdi Mehz saqalarin tesiri altinda Siqrid Unset 1904 cu ilde orta esrler Danimarka heyatindan behs eden romantik uslublu tarixi romanini basa catdirmisdi Lakin nesriyyatdan ona bir daha tarixi eserler yazmamagi qelemini muasir movzularda sinamagi meslehet gormusduler Siqrid mesleheti qebul etmisdi 1907 ci ilde onun nikah ve aile meselelerinden behs eden Frau Marta Ouli romani ardinca ise Omrun xosbext cagi adli novellalar kitabi nesr olunmusdu Ilk edebi uguru Siqridi sevimli tarixi movzulara qayitmaga ruhlandirdi O qedim island saqalarinin tesiri altinda Viqa Lyut ve Viqtis romanini 1909 yazdi Bu eserin capindan sonra Norvec hokumeti Siqrid Unsete teqaud teyin etdi Maddi veziyyetinin yaxsilasmasi ona kontor isinden uzaqlasmaga yalniz edebiyyatla mesgul olmaga imkan yaratdi Almaniyaya ve Italiyaya seferi zamani Siqrid Norvec ressami Anders Kastes Svarsadla tanis oldu Bu tanisliq tezlikle boyuk mehebbete cevrildi Onlarin arasinda on uc yas ferq vardi Ustelik de Svarsad evli ve uc usaq atasi idi Lakin bir birlerini heqiqi mehebbetle sevirdiler Siqrid cetin secim qarsisinda qalmisdi Yazici bu hiss ve yasantilarini edebi tenqidin ilk ugurlu eseri kimi qiymetlendirdiyi Yenni romaninda 1911 eks etdirmisdi Svarsad birinci arvadindan bosandi ve 1912 ci ilde onlar evlenib Norvece qayitdilar Bir nece il sonra Siqrid artiq boyuk bir ailenin yukunu ciyinlerinde dasiyirdi Erinin ilk evlilikden olan uc ovladina birge nikahdan dogulan daha uc usaq elave olunmusdu Bedbextlikden bu usaqlardan ikisi psixi cehetden xeste idi Meiset qaygilarindan basini itirmis Siqrid yalniz geceler yuxu hesabina yaza bilirdi Cetinliklerle dolu aile heyatinin on ili erzinde o iki novellalar ve bir povestler kitabi elece de Bahar romanini 1917 cap etdirmisdi Eserde guzestler bahasina bas tutan resmi izdivacin nikahsiz mehebbetden daha cox bedbextlik getirdiyi fikri esaslandirilmisdi Kilse Svarstadin birinci arvadi ile nikahini quvvede saxladigindan Siqrid 1925 ci ilden erinden ayrilmaq qerarina gelmisdi Dini axtarislar hemin il hem de yazicinin luteranliqdan imtina ederek katolik olmasi ile neticelenmisdi Yalniz muqeddesler insanin xosbextlik sulh edalet ve xeyirxahliq isteyini izah ede bilerler qenaetinde olan yazici dini hisslerini butun derinliyi ile Lavransin qizi Kristin trilogiyasinda 1920 1922 eks etdirmisdi Trilogiyada XIV esr Norvec heyati tesvir olunmusdu Konkret tarixi qehreman sureti yaradilmasa da tarixcilerin ve tenqidcilerin fikrince dovrun ruhu ab havasi deqiqlikle ifade edilmisdi Muellif buna qismen de saqalarin stilizasiyasi yolu ile nail olmusdu Olaf haqqindaki dialogiyasinda Hestvikenin sahibi 1925 ve Olafla ogullari 1927 romanlarinda da Siqrid Unset orta esrler Norvec tarixine uz tutmusdu Lakin bu eserde bedbin notlar ve didaktikaya meyl daha cox idi 1928 ci ilde Siqrid Unset orta esrler Skandinaviya heyatinin yaddaqalan tesvirine gore Nobel mukafati laureati oldu O Nobel alan ucuncu Norvec yazicisi idi Undset Isvec Akademiyasinda enenevi muhazire ile cixis etmek istememisdi Qisa tesekkur nitqinde sadece menim ucun yazmaq danismaqdan hem de ozum haqqinda danismaqdan daha asandir demisdi Onun artiq Nobel laureati kimi yazdigi bes roman tenqidcilerin fikrince evvelki eserleri ile muqayisede o qeder de guclu tesir bagislamirdi 1940 ci ilin aprelinde almanlar Norveci isgal edende Siqrid Unset Muqavimet herekatina qosulmus lakin az sonra Isvece qacmali olmusdu Fasistler Norvec ve Almaniyada onun eserlerine yasaq qoymusdular 1940 ci ilin sentyabrinda oglu Hansla birlikde ABS ye muhaciret eden yazici muharibenin sonuna qeder burada yasamis Londondaki muhacir Norvec hokumeti ile six elaqe saxlamis Norvec xalqinin fasizme qarsi mubarizesini desteklemisdi Boyuk oglu Anders almanlarla doyusde helak olmusdu Maraqlidir ki hemin dovrde Nobel mukafati laureati olan basqa bir boyuk Norvec yazicisi Knut Hamsun fasistlerle emekdasliq yolunu tutmus oglu ise SSRI destelerinin terkibinde vurusmusdu Muharibe qurtarandan sonra Siqrid Unset veteninde qehreman kimi qarsilanmisdi Norvec hokumeti edebiyyatda boyuk ugurlarina ve xalqa xidmetine gore onu Muqeddes Olav ordeninin Boyuk xaci ile teltif etmisdi EserleriFru Marta Oulie roman 1907 Den lykkelige alder noveller 1908 Fortaellingen om Viga Ljot og Vigdis roman 1909 Ungdom lyrikk 1910 Jenny roman 1911 Fattige skjebner noveller 1912 Vaaren roman 1914 Fortaellinger om kong Artur og ridderne av det runde bord historie 1915 Splinten av troldspeilet roman 1917 Tre sostre essays 1917 De kloge jomfruer noveller 1918 Et kvindesynspunkt essays 1919 Kristin Lavransdatter romantrilogi 1920 1922 Dei tre delane heiter Kransen 1920 Husfrue 1921 og Korset 1922 Varskyer 1921 Sankt Halvards liv dod og jaertegn 1925 Olav Audunsson i Hestviken roman 1925 Olav Audunsson og hans barn roman 1927 Katholsk propaganda essays 1927 Gymnadenia roman 1929 Etapper essays 1929 Den braendende busk roman 1930 Hellig Olav Norges konge essays 1930 Ida Elisabeth roman 1932 Etapper Ny raekke essays 1933 To europeiske helgener 1933 Elleve aar selvbiografisk roman 1934 Den trofaste hustru roman 1936 Norske helgener historie 1937 Selvportretter og landskapsbileder historie 1938 Madame Dorthea roman 1939 Klosterliv Pa pilegrimsferd Sognekirken i Norsk kulturhistorie II 1939 Sigurd and his brave companions A tale of medieval Norway barnebok 1943 Tilbake til fremtiden memoarer 1945 engelsk utgave kom allereie i 1942 Lykkelige dager memoarer 1947 engelsk utgave kom allereie i 1942 Caterina av Siena historie 1951 Artikler og taler fra krigstiden essays 1952 Sigurd og hans tapre venner roman 1955 Sten Steensen Blicher kulturhistorie 1957 Ostenfor sol og vestenfor mane dramatisering for barneteater 1959 skrive 1927 I gralysningen roman 1968 skrive 1911 Prinsessene i Berget det bla barnebok 1973 skrive 1928 Kjaere Dea brev 1979 Fred pa jorden noveller 1992 Tolv ar uferdig manuskript til sjolbiografisk roman 1998IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Sigrid Undset Encyclopaedia Britannica ing Unset Sigrid Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerSiqrid Unset Nobel mukafatinin saytinda Siqrid Unsetin bioqrafiyasi ingilisce 2011 06 04 at the Wayback MachineHemcinin bax