Knut Hamsun (norv. Knut Hamsun) və ya əsl adı Knud Pedersen (norv. Knud Pedersen; 4 avqust 1859[…] – 19 fevral 1952[…]) — Norveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1920).
Knut Hamsun | |
---|---|
norv. Knut Hamsun | |
Doğum adı | Knut Pedersen Hamsun |
Doğum tarixi | 4 avqust 1859[…] |
Vəfat tarixi | 19 fevral 1952[…](92 yaşında) |
Fəaliyyəti | yazıçı, şair, roman yazıçısı, dramaturq, tənqidçi, yazıçı |
Fəaliyyət illəri | 1877–1949 |
Tanınmış əsərləri | |
Mükafatları | |
hamsunsenteret.no/en/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əsl adı və soyadı Knud Pedersendir. Norveçin mərkəzi hissəsində, yoxsul kəndli ailəsində doğulmuşdu. Knut üç yaşında olarkən ailələri Şimal Qütbünün 100 km.-də yerləşən Nurlan şəhərinə köçümüşdü. Atası qaynına məxsus Hamsund fermasını icarədar kimi işlədirdi. Kiçik yaşlarından kəndli əməyinin bütün çətinliklərinə alışan Knut da ədəbi təxəllüsünü həmin fermanın adından almışdır.
Lakin kənd idilliyası çox tez başa çatdı. Pedersen ailəsi qohumlarının borc asılılığına düşdü. Sərt, dindar adam olan dayısı Hans Olsen kiçik yaşlı muzdurunu – Knutu tez-tez döyür və ac saxlayırdı. Nəticədə o, evdən qaçmalı, yerini və işini mütəmadi dəyişməli olurdu. Səyyar ticarətçi, mağazada satıcı, çəkməçi işləmişdi. Belə şəraitdə hər hansı ardıcıl təhsildən söhbət gedə bilməzdi. Lakin təbiət bu kəndli oğluna yazmaq istedadı vermişdi. Ona görə də üzləşdiyi bütün məhrumiyyətlərə baxmayaraq 18 yaşında "Sirli adam" adlı ilk povestini (1877) çap etdirmişdi.
Növbəti il Knut Hamsunun "Bürger" romanı işıq üzü görmüşdü. O, paytaxtı fəth etmək və ədəbi zəhmətinin qazancı ilə yaşamaq üçün 1878-ci ildə Nurlandakı bir tacirdən borc aldığı pulla Xristianiyaya (indiki Oslo) yollasnmışdı. Əziyyətlə üzləşsə də, qarşısına qoyduğu məqsədi gerçəkləşdirə bilməmişdi. Bir müddət yol fəhləsi kimi çalışdıqdan sonra bəxtini daha uzaqlarda - ABŞ-də sınamaq qərarına gəlmişdi. Burada da aclıq və ehtiyacın hər üzünü görmüş, uğursuzluğa düçar olmuş, xəstələnmişdi. 1884-cü ildə Rembrandtın məşhur tablosundakı "yolunu azmış oğul" kimi yenidən Norveçə qayıtmışdı.
Knut Hamsun daha bir dəfə (1886) okeanın o tayına üz tutmuş, Çikaqoda tramvay konduktoru, Dakotada muzdur işləmişdi. Amma yenə də Amerikanı fəth edə bilməyib məmləkətinə dönmüşdü. Kopenhagendə yazdığı son povestini Georq Brandesin qardaşı, yerli jurnallardan birinin redaktoru Edvard Brandesə göstərmişdi. Adı müəllifinin vəziyyətinə uyğun gələn "Aclıq" povesti (1890) həm jurnalda, həm də ayrıca kitab şəklində çap olunmuş və ədəbi sensassiyaya çevrilmişdi.
"Aclıq" povestində Knut Hamsun Skandinaviya nəsrində dəbdə olan tənqidi realizmdən və ədəbiyyatın vəzifəsini insan həyatının yaxşılaşdırılmasına xidmət kimi başa düşən yanlış təsəvvürlərdən imtina etmişdi. Bitkin süjeti olmayan povestdə Osloda yaşayan və yazıçılıq niyyətinə düşən bir gəncdən söhbət gedirdi. Bu gənc öz dahiliyinə inandığından aclıq və ehtiyac içərisində yaşamağı istək və iddiasından əl çəkməkdən daha üstün tutur. O, təkcə yemək deyil, insani ünsiyyət, seksual tələbat və özünüifadə ehtiyacı ilə də üzləşir. Bir sözlə, aclıq onun həyatının bütün sahələrini əhatə edir, onu hər cəhətdən yeyir, çökdürür.
Hamsun "Misteriya" romanında (1892) insanın şüuraltı həyatına və subyektiv dünyasına, "Pan" (1895) romanında isə təbiətlə münasibətlərinə aydınlıq gətirməyə çalışmışdı. Müəllif Artur Şopenhauer, Eduard fon Hartman, Fridrix Nitsşe fəlsəfəsinə əsaslanan subyektiv nəsr konsepsiyasını yalnız bədii əsərlərində deyil, həm də "Qəlbin şüuraltı həyatı haqqında" essesində əsaslandırmışdı.
XIX əsrin son illərində o, dram yaradıcılığına da müraciət etmiş, filosofun həyatından bəhs edən "Hakimiyyətin qapısı önündə" (1895), "Həyat dramı" (1896) və "Axşam şəfəqi" (1898) dramatik trilogiyasını yazmışdı. Lakin tənqidçilərin fikrincə Hamsunun səhnə əsərləri xarakterlərin dərinliyi baxımından romanları ilə müqayisə olunmayacaq dərəcədə zəifdir. Müəllif gənclik illərində yazdığı şeirlərin çoxunu yandırsa da, 1904-cü ildə çıxan "Vəhşi xor" poetik məcmuəsi onun poeziya sahəsində də orijinal istedad sahibi olduğunu nümayiş etdirmişdir.
Yaradıcılıq təcrübəsi artdıqca Knut Hamsun personajların çoxluğu və hadisələrin mürəkkəbliyi ilə diqqəti çəkən mürəkkəb əsərlər yazmağa meyl göstərirdi. Onun "Əsrin övladları" (1913) və iki cildlik "Segefoss şəhəri" (1915) romanları bu qəbildən olan epik əsərlərindən idi.
Knut Hamsun milli ədəbiyyat tarixinə partiarxal Norveç həyatının tərənnümçüsü kimi daxil olmuşdu. O, sənayeləşmənin cəmiyyətə gətirdiyi yenilikləri yaxına buraxmaq istəmirdi. Xalqın həqiqi simasının yalnız kəndlərdə qorunduğu fikrini ardıcıl müdafiə edirdi. Bu əhvali-ruhiyyə yazıçının ən mühüm əsəri olan "Torpağın gücü" (1917) romanında yüksək sənətkarlıqla əks olunmuşdu. Hamsun torpağa və patriarxal ənənələrə bağlılığını qoruyub saxlayan sadə Norveç kəndlilərinin – İsak və İngerin həyatlarından böyük məhəbbətlə söz açmışdı.
İsveç Akademiyası 1920-ci ildə öz tarixində ilk dəfə konkret əsərə Nobel mükafatı vermişdi – Knut Hamsun "monumental "Torpağın gücü" romanına görə" ədəbiyyat sahəsində laureat olmuşdu. Akademiyanın üzvü Harald Yerne bu əsəri "harada yaşamasından, hansı işi görməsindən asılı olmayaraq bütün insanların həqiqi həyat hekayəsi" kimi dəyərləndirmişdi. Knut Hamsun ənənəvi Nobel mühazirəsi ilə çıxış etməkdən boyun qaçırmışdı.
Mükafatın qonorarı ilə yazıçı Norveçin cənubunda özünə malikanə almışdı. O, burada təkcə yeni əsərlərini yazmırdı, həm də təsərrüfat işləri ilə məşğul olurdu.
İllər keçdikcə Hamsun yaradıcılığında bədbin, qaranlıq səhifələr çoxalmağa başlamışdı. "Qadınlar quyu başında" əsərində (1920) müəllif balaca bir dənizkənarı kəndin müasirləşmə sevdasına düşməsi və məhv olması prosesini təsvir etmişdi. İki cildlik "Son fəsil" romanında isə (1923) kənd sanatoriyasının ürəksıxan, kədərli tarixçəsi öz əksini tapmışdı.
Təbii ki, Hamsun rəngləri tündləşdirdikcə, tənqid də ona eyni sərtlik və inamsızlıqla yanaşırdı. Bütün bunlardan sarsılan müəllifin bir müddət psixoanaliz metodu ilə müalicə alması barəsində məlumatlar mövcuddur.
Knut Hamsunun 1927-1933-cü illərdə yaratdığı trilogiyanın ("Səfillər", "Avqust", "Həyat davam edir") əsas qəhrəmanı həyatda heç bir məqsəd və məramı olmayan Avqust adlı səfildir. "Dairə qapanır" adlı sonuncu romanında (1936) isə Hamsun ümumiyyətlə insan həyatının mənasızlığı qənaətinə gəlib çıxmışdı.
Onun gerilikçi, hətta mürtəce baxışları təkcə ədəbiyyata deyil, ictimai-siyasi həyat hadisələrinə münasibətdə də özünü get-gedə daha aydın şəkildə büruzə verirdi. Knut Hamsun Almaniya və İtaliyada faşistlərin hakimiyyətə gəlməsini açıq şəkildə təqdir edən azsaylı Avropa intellektuallarından biri idi. Onun fikrincə, sovet ayısının və Britaniya buldoqunun pəncəsindən xilas olmaq üçün Norveçin yeganə xilas yolu Hitlerlə müttəfiqlikdən keçirdi. Bu baxımdan Norveçin alman işğalına uğraması fikrini qətiyyən yaxın buraxmırdı. Əksinə, Hitlerin kiçik Norveç xalqına yardım əli uzatdığını iddia edirdi. Müharibə dövründə Hamsun faşistpərəst Viskun Kvislinq hökuməti ilə əməkdaşlıq edən və onu dəstəkləyən yeganə tanınmış ziyalı idi.
O, yəhudilərin sıxışdırılmasına və ölüm düşərgələrinin yaradılmasına dolayısı yolla haqq qazandırmışdı. 1943-cü ildə Knut Hamsun Hitler və Göbbelslə görüşmüşdü. Hətta öz Nobel mükafatı laureatı medalını hədiyyə kimi alman reyxskanslerinə bağışlamışdı. Hirlerin ölüm xəbəri yayılanda isə Hamsun Norveçin "Avanpost" qəzetində nekroloq çap etdirərək onu dövrün böyük şəxsiyyətlərindən biri kimi dəyərləndirmişdi. O italyan faşistlərinin lideri Mussolini ilə də əlaqələr yaratmağa çalışmış və yazılarında duçedən rəğbət hissi ilə söz açmışdı.
Bütün bunlara görə norveçlilər öz böyük yazıçılarından üz döndərmişdilər. Etiraz əlaməti kimi onun minlərlə kitabı müəllifin ünvanına göndərilmişdi. 1945-ci ilin payızında faşistlərlə əməkdaşlığa görə Knut Hamsun və ikinci arvadı, keçmiş akrtisa Mariya Andersen həbs edilmişdi. Hamsun dörd ay həbsdə saxlanmış, sonra isə Landvikdəki qocalar evinə köçürülmüşdü. 1947-ci ildə məhkəmə qarşısına çıxarılan yazıçının ittiham üzrə günahı sübuta yetirilmişdir. Eyni zamanda oğlunun almanların seçmə hərbi hissələrində qulluq etdiyi faktı aşkar olunmuşdu.
Lakin həkim komissiyası haqqında "əqli deqradasiya" qərarı çıxardığından Hansun həbsdən canını qurtara bilmişdi. Məhkəmə onu 425 min Norveç kronu (təxminən 80 min ABŞ dolları) cərimə etmişdi. 1949-cu ildə Knut Hamsun özünə qarşı yönələn ittihamlar və üzərində qurulan məhkəmə prosesi ilə əlaqədar "Ot basmış cığırlarla" adlı müdafiə xarakterli kitabını yazmışdı. Tənqidçilərin fikrincə "canlı, müxtəsər və parlaq" üslubda qələmə alınan bu kitab 90 yaşlı yazıçıya hüquqi cəhətdən haqq qazandırmağa əsas verməsə də, şəxsiyyətinə və yaradıcılığına olan marağı xeyli artırmışdı. Son dövrlərdə Norveçdə Hamsunun məhkəmə prosesinə fərqli münasibət ifadə edən, hətta onun müdafiəsinə yönələn kitab və məqalələr çap olunmuşdur.
Bakıya səfəri: "Nağıllar ölkəsində"
1898-ci ildə Norveç Yazıçılar İttifaqından 1200 kron təqaüd alan Hamsun Rusiya, Azərbaycan və Osmanlı imperiyasını ziyarət etmişdi. Hamsun həyat yoldaşı Berqliotla birlikdə əvvəlcə Sankt- Peterburqa, oradan Moskvaya, Moskvadan isə Qafqaza gəlmişdi. Bu səyahətin nəticəsi olaraq yazıçı 1903-cü ildə "Nağıllar ölkəsində" və "Aypara ölkəsində" adlanan oçerklərini nəşr edir.
Hamsun Bakını belə gördü: "Səhər saat 7-nin yarısıdır. Bakı nəhəng ağ toz dumanına bürünmüşdür. Burada hər şey ya ağ, ya da bozdur. Əhəng tozu insanların, heyvanların, evlərin, pəncərələrin, parkda bitən azsaylı ağac və kolların üzərini örtüb. Hər yer adama qəribə gəlir, çünki ağdır. Mehmanxananın tozlu stolunun üstündə mən hərflər yazıram, lakin az müddət sonra onlar yenə toza qərq olub yoxa çıxır.
Nobel müxtəlif boyaqlar axtarıb tapır, ancaq bu lənətlənmiş Bakıda əhəng hər yeri o qədər ağardıb ki, adam ağlını itirər. Şəhəri 13 indiqo növü ilə boyamaq ağlagəlməz bir şeydir! Şəhəri al-əlvan etməyə heç Nobelin də imkanları çatmaz.
Şəhərin havasından kerosin qoxusu gəlir. Bu qoxu insanları hər yerdə, həm evlərdə, həm də küçələrdə təqib edir. Vərdiş etməyənlərdə bu qoxu öskürək yaradır. Kerosin küçədəki toza qarışır və külək əsəndə (külək isə burada həmişə əsir) kerosin hopmuş bu toz paltarlarda yağlı ləkələr qoyur.
Bakıda 125 minə yaxın əhali var, bura Xəzər dənizinin sahilində yerləşmiş ən mühüm ticarət şəhəridir. Daima vurnuxan müasir həyat və hər anbarın qarşısında uzanmış çoxsaylı dəvələr qəribə təəssürat doğurur. Biz Qara Şəhərə, kerosin şirkətlərinin iqamətgahına getməliydik. Bizi oraya iranlı aparır; şəhərdə əksər faytonçular iranlıdır, onlar faytonu əsl şeytan kimi sürürlər, bir kəlmə kəsməyə imkan da yoxdur, onlar bir xristianın “atlara rəhm edin” mənasında verdiyi işarələri başa düşmək istəmirlər. Ancaq bir şey qalır: sakit oturmaq və bir də- ekipajdan çıxmaq.
Biz Nobelin evinin yerini soruşduq - bu, ona oxşayır ki, Xristianiyada kral sarayının harada olduğunu soruşasan.”
Hamsunun həyat yoldaşı Berqlot isə rəfiqəsinə yazırdı: "Biz indi Avropanın ən şərqində, Xəzər dənizinin sahilində yerləşən şəhərdəyik. Burada kerosin və neft torpağın altından fontan vurur".
Bakının iki sivilizasiyanın qovşağında yerləşməsini vurğulayan Hamsun bu barədə yazırdı:
"Bütün insanlar az-çox qeyri-adi görünən paltarlar geyinirlər; şəhər o qədər iranlıdır ki, artıq Avropa şəhəri olmaqdan çıxıb, lakin şəhər o dərəcədə avropalı qalıb ki, hələ iranlı olmayıb".
Knut Hamsun İçərişəhər haqqında da yazmışdır: "Köhnə Bakının mərkəzində yerləşən qalanın divarları fars-bizans üslubunda ucaldılıb. Divarlar xanın sarayını və iki məscidi dövrələyib. Hazırda saray hərbi anbara çevrilib və içəri daxil olmaq üçün komendantın icazəsi zəruridir. İcazə üçün isə komendanta öz vizit vərəqimi göstərməliyəm, o isə məndə yoxdur. Vladiqafqazdakı kimi, burada da dostum Ventsel Hagelstamın vərəqindən yararlanmağa cəhd edirəm. Növbətçiyə üzərində "Fru Mariya Hagelstam" yazılmış kartı uzadıram, o, başını yırğalayır və pasportumu istəyir. Ürəyimdə "Tanrı, kömək et" söyləyib pasportumu uzadıram. Növbətçi hər iki sənədə baxır, adları müqayisə edir və ona elə gəlir ki, hərflər uyğundur. Sonra qapını döyəcləyir və sənədləri komendanta aparır. Bu saxtarakarlığın baş tutacağına elə də ümid bəsləmirdim. Növbətçi qayıdır, pasportumu qaytarır və gənc poruçiki hər şeyi göstərməsi üçün mənə qoşur. Xilas oldum. Tüfəngli kazak mənimlə poruçikin ardınca gəlir.
Poruçik deyir ki, Bakının son xanının 50 arvadı olub və ruslar 1806-cı ildə Bakını fəth edən zaman hamısını götürüb qaçıb. Bu Hüseynqulu xan Bakının fatehi general Sisianovu şəhər açarlarını ona təqdim etmək anında xəncərlə öldürtdürüb.
Burada 2 məscid də yerləşib və biz gözləyirdik ki, hansısa molla minarədən əzan verəcək, ancaq saat 12-dən keçsə də, molla gəlib çıxmadı. Bu barədə poruçikdən soruşanda, o, dərhal məscidin yaxınlığında əyləşmiş əmmaməli bir neçə qocanın üstünə qışqırdı, onlar poruçiki axır ki başa düşəndə isə başlarını yanlara yırğaladılar: molla xəstələnibmiş.
Biz Qız Qalasına da getmək istəyirdik, ancaq isti o qədər boğucuydu ki, bu niyyətimizdən daşındıq və parka yollandıq. Günəşdən bütün bitkilər yanmışdı, tozla örtülmüşdü. Mənzərə ağır təəssürat oyadırdı. Vur-tut bir neçə xırda akasiya, badam və əncir ağacına rast gəlinirdi”.
Vladiqafqazda, daha sonra isə Tiflisdə olan yazıçını Bakı təəccübləndirsə də, neft buruqlarında o proqress deyil, ətraf mühiti dağıdan çirk və şər görürdü. O yazırdı: “Amerika öz maşınlarının səs-küyü ilə buraya da müdaxilə etmişdir. Bir dəfə parslar məbədə gələndə (Atəşgah nəzərdə tutulur) ziyarətgahın yanında kerosin zavodu tikildiyini görürlər. Hücrələrdəki balaca günəşlər söndürülmüş, qaz şırnaqları isə zavoda istiqamətləndirilmişdi".
Əsərləri
- "Aclıq" (1890)
- "Misteriyalar" (1892)
- "Redaktor Lünge" (1892)
- "Yeni şəfəqlər" (1893)
- "Pan" (1894)
- "Viktoriya" (1898)
- "Payız ulduzları altında" (1906)
- "Benoni" (1908)
- "Xəlvəti oynayan qərib" (1909)
- "Əsrin övladları" (1913)
- "Seqelfoss qəsəbəsi" (1915)
- "Torpağın bərəkəti" (1917)
- "Quyu başındakı qadınlar" (1920)
- "Sonuncu fəsil" (1923)
- "Avaralar" (1927)
- "Avqust" (1930)
- "Həyat axır" (1933)
- "Çevrə qapanır" (1936)
- "Ot basmış cığırlarla" (1949)
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Knut Hamsun // Encyclopædia Britannica (ing.).
- Гамсун Кнут // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- , 2010-05-05 tarixində "В_сказочной_стране" orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2021-09-09.
- Кнут Гамсун. В сказoчнoй стране, 2022-04-07 tarixində , İstifadə tarixi: 2014-04-05.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
- Knut Hamsunun bioqrafiyası, əsərləri, məqalələri (rusca), foto şəkilləri
- K.Hamsunun əsərlərinin qısa məzmunu (rusca)
- Knut Hamsunun əsərləri (rusca)
- Knut Hamsun. Nağıllar ölkəsində (rusca)
- Bakıya səfəri haqqında[ölü keçid]
- Гамсун и нацизм 2016-03-05 at the Wayback Machine
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Knut Hamsun norv Knut Hamsun ve ya esl adi Knud Pedersen norv Knud Pedersen 4 avqust 1859 19 fevral 1952 Norvec yazicisi Edebiyyat uzre Nobel mukafati laureati 1920 Knut Hamsunnorv Knut HamsunDogum adi Knut Pedersen HamsunDogum tarixi 4 avqust 1859 1859 08 04 Vefat tarixi 19 fevral 1952 1952 02 19 92 yasinda Fealiyyeti yazici sair roman yazicisi dramaturq tenqidci yaziciFealiyyet illeri 1877 1949Taninmis eserleri AcliqMukafatlarihamsunsenteret no en Vikianbarda elaqeli mediafayllarHeyatiEsl adi ve soyadi Knud Pedersendir Norvecin merkezi hissesinde yoxsul kendli ailesinde dogulmusdu Knut uc yasinda olarken aileleri Simal Qutbunun 100 km de yerlesen Nurlan seherine kocumusdu Atasi qaynina mexsus Hamsund fermasini icaredar kimi isledirdi Kicik yaslarindan kendli emeyinin butun cetinliklerine alisan Knut da edebi texellusunu hemin fermanin adindan almisdir Lakin kend idilliyasi cox tez basa catdi Pedersen ailesi qohumlarinin borc asililigina dusdu Sert dindar adam olan dayisi Hans Olsen kicik yasli muzdurunu Knutu tez tez doyur ve ac saxlayirdi Neticede o evden qacmali yerini ve isini mutemadi deyismeli olurdu Seyyar ticaretci magazada satici cekmeci islemisdi Bele seraitde her hansi ardicil tehsilden sohbet gede bilmezdi Lakin tebiet bu kendli ogluna yazmaq istedadi vermisdi Ona gore de uzlesdiyi butun mehrumiyyetlere baxmayaraq 18 yasinda Sirli adam adli ilk povestini 1877 cap etdirmisdi Novbeti il Knut Hamsunun Burger romani isiq uzu gormusdu O paytaxti feth etmek ve edebi zehmetinin qazanci ile yasamaq ucun 1878 ci ilde Nurlandaki bir tacirden borc aldigi pulla Xristianiyaya indiki Oslo yollasnmisdi Eziyyetle uzlesse de qarsisina qoydugu meqsedi gerceklesdire bilmemisdi Bir muddet yol fehlesi kimi calisdiqdan sonra bextini daha uzaqlarda ABS de sinamaq qerarina gelmisdi Burada da acliq ve ehtiyacin her uzunu gormus ugursuzluga ducar olmus xestelenmisdi 1884 cu ilde Rembrandtin meshur tablosundaki yolunu azmis ogul kimi yeniden Norvece qayitmisdi Knut Hamsun daha bir defe 1886 okeanin o tayina uz tutmus Cikaqoda tramvay konduktoru Dakotada muzdur islemisdi Amma yene de Amerikani feth ede bilmeyib memleketine donmusdu Kopenhagende yazdigi son povestini Georq Brandesin qardasi yerli jurnallardan birinin redaktoru Edvard Brandese gostermisdi Adi muellifinin veziyyetine uygun gelen Acliq povesti 1890 hem jurnalda hem de ayrica kitab seklinde cap olunmus ve edebi sensassiyaya cevrilmisdi Acliq povestinde Knut Hamsun Skandinaviya nesrinde debde olan tenqidi realizmden ve edebiyyatin vezifesini insan heyatinin yaxsilasdirilmasina xidmet kimi basa dusen yanlis tesevvurlerden imtina etmisdi Bitkin sujeti olmayan povestde Osloda yasayan ve yaziciliq niyyetine dusen bir gencden sohbet gedirdi Bu genc oz dahiliyine inandigindan acliq ve ehtiyac icerisinde yasamagi istek ve iddiasindan el cekmekden daha ustun tutur O tekce yemek deyil insani unsiyyet seksual telebat ve ozunuifade ehtiyaci ile de uzlesir Bir sozle acliq onun heyatinin butun sahelerini ehate edir onu her cehetden yeyir cokdurur Hamsun Misteriya romaninda 1892 insanin suuralti heyatina ve subyektiv dunyasina Pan 1895 romaninda ise tebietle munasibetlerine aydinliq getirmeye calismisdi Muellif Artur Sopenhauer Eduard fon Hartman Fridrix Nitsse felsefesine esaslanan subyektiv nesr konsepsiyasini yalniz bedii eserlerinde deyil hem de Qelbin suuralti heyati haqqinda essesinde esaslandirmisdi XIX esrin son illerinde o dram yaradiciligina da muraciet etmis filosofun heyatindan behs eden Hakimiyyetin qapisi onunde 1895 Heyat drami 1896 ve Axsam sefeqi 1898 dramatik trilogiyasini yazmisdi Lakin tenqidcilerin fikrince Hamsunun sehne eserleri xarakterlerin derinliyi baximindan romanlari ile muqayise olunmayacaq derecede zeifdir Muellif genclik illerinde yazdigi seirlerin coxunu yandirsa da 1904 cu ilde cixan Vehsi xor poetik mecmuesi onun poeziya sahesinde de orijinal istedad sahibi oldugunu numayis etdirmisdir Yaradiciliq tecrubesi artdiqca Knut Hamsun personajlarin coxlugu ve hadiselerin murekkebliyi ile diqqeti ceken murekkeb eserler yazmaga meyl gosterirdi Onun Esrin ovladlari 1913 ve iki cildlik Segefoss seheri 1915 romanlari bu qebilden olan epik eserlerinden idi Knut Hamsun milli edebiyyat tarixine partiarxal Norvec heyatinin terennumcusu kimi daxil olmusdu O senayelesmenin cemiyyete getirdiyi yenilikleri yaxina buraxmaq istemirdi Xalqin heqiqi simasinin yalniz kendlerde qorundugu fikrini ardicil mudafie edirdi Bu ehvali ruhiyye yazicinin en muhum eseri olan Torpagin gucu 1917 romaninda yuksek senetkarliqla eks olunmusdu Hamsun torpaga ve patriarxal enenelere bagliligini qoruyub saxlayan sade Norvec kendlilerinin Isak ve Ingerin heyatlarindan boyuk mehebbetle soz acmisdi Isvec Akademiyasi 1920 ci ilde oz tarixinde ilk defe konkret esere Nobel mukafati vermisdi Knut Hamsun monumental Torpagin gucu romanina gore edebiyyat sahesinde laureat olmusdu Akademiyanin uzvu Harald Yerne bu eseri harada yasamasindan hansi isi gormesinden asili olmayaraq butun insanlarin heqiqi heyat hekayesi kimi deyerlendirmisdi Knut Hamsun enenevi Nobel muhaziresi ile cixis etmekden boyun qacirmisdi Mukafatin qonorari ile yazici Norvecin cenubunda ozune malikane almisdi O burada tekce yeni eserlerini yazmirdi hem de teserrufat isleri ile mesgul olurdu Iller kecdikce Hamsun yaradiciliginda bedbin qaranliq sehifeler coxalmaga baslamisdi Qadinlar quyu basinda eserinde 1920 muellif balaca bir denizkenari kendin muasirlesme sevdasina dusmesi ve mehv olmasi prosesini tesvir etmisdi Iki cildlik Son fesil romaninda ise 1923 kend sanatoriyasinin ureksixan kederli tarixcesi oz eksini tapmisdi Tebii ki Hamsun rengleri tundlesdirdikce tenqid de ona eyni sertlik ve inamsizliqla yanasirdi Butun bunlardan sarsilan muellifin bir muddet psixoanaliz metodu ile mualice almasi baresinde melumatlar movcuddur Knut Hamsunun 1927 1933 cu illerde yaratdigi trilogiyanin Sefiller Avqust Heyat davam edir esas qehremani heyatda hec bir meqsed ve merami olmayan Avqust adli sefildir Daire qapanir adli sonuncu romaninda 1936 ise Hamsun umumiyyetle insan heyatinin menasizligi qenaetine gelib cixmisdi Onun gerilikci hetta murtece baxislari tekce edebiyyata deyil ictimai siyasi heyat hadiselerine munasibetde de ozunu get gede daha aydin sekilde buruze verirdi Knut Hamsun Almaniya ve Italiyada fasistlerin hakimiyyete gelmesini aciq sekilde teqdir eden azsayli Avropa intellektuallarindan biri idi Onun fikrince sovet ayisinin ve Britaniya buldoqunun pencesinden xilas olmaq ucun Norvecin yegane xilas yolu Hitlerle muttefiqlikden kecirdi Bu baximdan Norvecin alman isgalina ugramasi fikrini qetiyyen yaxin buraxmirdi Eksine Hitlerin kicik Norvec xalqina yardim eli uzatdigini iddia edirdi Muharibe dovrunde Hamsun fasistperest Viskun Kvislinq hokumeti ile emekdasliq eden ve onu destekleyen yegane taninmis ziyali idi O yehudilerin sixisdirilmasina ve olum dusergelerinin yaradilmasina dolayisi yolla haqq qazandirmisdi 1943 cu ilde Knut Hamsun Hitler ve Gobbelsle gorusmusdu Hetta oz Nobel mukafati laureati medalini hediyye kimi alman reyxskanslerine bagislamisdi Hirlerin olum xeberi yayilanda ise Hamsun Norvecin Avanpost qezetinde nekroloq cap etdirerek onu dovrun boyuk sexsiyyetlerinden biri kimi deyerlendirmisdi O italyan fasistlerinin lideri Mussolini ile de elaqeler yaratmaga calismis ve yazilarinda duceden regbet hissi ile soz acmisdi Butun bunlara gore norvecliler oz boyuk yazicilarindan uz dondermisdiler Etiraz elameti kimi onun minlerle kitabi muellifin unvanina gonderilmisdi 1945 ci ilin payizinda fasistlerle emekdasliga gore Knut Hamsun ve ikinci arvadi kecmis akrtisa Mariya Andersen hebs edilmisdi Hamsun dord ay hebsde saxlanmis sonra ise Landvikdeki qocalar evine kocurulmusdu 1947 ci ilde mehkeme qarsisina cixarilan yazicinin ittiham uzre gunahi subuta yetirilmisdir Eyni zamanda oglunun almanlarin secme herbi hisselerinde qulluq etdiyi fakti askar olunmusdu Lakin hekim komissiyasi haqqinda eqli deqradasiya qerari cixardigindan Hansun hebsden canini qurtara bilmisdi Mehkeme onu 425 min Norvec kronu texminen 80 min ABS dollari cerime etmisdi 1949 cu ilde Knut Hamsun ozune qarsi yonelen ittihamlar ve uzerinde qurulan mehkeme prosesi ile elaqedar Ot basmis cigirlarla adli mudafie xarakterli kitabini yazmisdi Tenqidcilerin fikrince canli muxteser ve parlaq uslubda qeleme alinan bu kitab 90 yasli yaziciya huquqi cehetden haqq qazandirmaga esas vermese de sexsiyyetine ve yaradiciligina olan maragi xeyli artirmisdi Son dovrlerde Norvecde Hamsunun mehkeme prosesine ferqli munasibet ifade eden hetta onun mudafiesine yonelen kitab ve meqaleler cap olunmusdur Bakiya seferi Nagillar olkesinde 1898 ci ilde Norvec Yazicilar Ittifaqindan 1200 kron teqaud alan Hamsun Rusiya Azerbaycan ve Osmanli imperiyasini ziyaret etmisdi Hamsun heyat yoldasi Berqliotla birlikde evvelce Sankt Peterburqa oradan Moskvaya Moskvadan ise Qafqaza gelmisdi Bu seyahetin neticesi olaraq yazici 1903 cu ilde Nagillar olkesinde ve Aypara olkesinde adlanan ocerklerini nesr edir Hamsun Bakini bele gordu Seher saat 7 nin yarisidir Baki neheng ag toz dumanina burunmusdur Burada her sey ya ag ya da bozdur Eheng tozu insanlarin heyvanlarin evlerin pencerelerin parkda biten azsayli agac ve kollarin uzerini ortub Her yer adama qeribe gelir cunki agdir Mehmanxananin tozlu stolunun ustunde men herfler yaziram lakin az muddet sonra onlar yene toza qerq olub yoxa cixir Nobel muxtelif boyaqlar axtarib tapir ancaq bu lenetlenmis Bakida eheng her yeri o qeder agardib ki adam aglini itirer Seheri 13 indiqo novu ile boyamaq aglagelmez bir seydir Seheri al elvan etmeye hec Nobelin de imkanlari catmaz Seherin havasindan kerosin qoxusu gelir Bu qoxu insanlari her yerde hem evlerde hem de kucelerde teqib edir Verdis etmeyenlerde bu qoxu oskurek yaradir Kerosin kucedeki toza qarisir ve kulek esende kulek ise burada hemise esir kerosin hopmus bu toz paltarlarda yagli lekeler qoyur Bakida 125 mine yaxin ehali var bura Xezer denizinin sahilinde yerlesmis en muhum ticaret seheridir Daima vurnuxan muasir heyat ve her anbarin qarsisinda uzanmis coxsayli develer qeribe teessurat dogurur Biz Qara Sehere kerosin sirketlerinin iqametgahina getmeliydik Bizi oraya iranli aparir seherde ekser faytoncular iranlidir onlar faytonu esl seytan kimi sururler bir kelme kesmeye imkan da yoxdur onlar bir xristianin atlara rehm edin menasinda verdiyi isareleri basa dusmek istemirler Ancaq bir sey qalir sakit oturmaq ve bir de ekipajdan cixmaq Biz Nobelin evinin yerini sorusduq bu ona oxsayir ki Xristianiyada kral sarayinin harada oldugunu sorusasan Hamsunun heyat yoldasi Berqlot ise refiqesine yazirdi Biz indi Avropanin en serqinde Xezer denizinin sahilinde yerlesen seherdeyik Burada kerosin ve neft torpagin altindan fontan vurur Bakinin iki sivilizasiyanin qovsaginda yerlesmesini vurgulayan Hamsun bu barede yazirdi Butun insanlar az cox qeyri adi gorunen paltarlar geyinirler seher o qeder iranlidir ki artiq Avropa seheri olmaqdan cixib lakin seher o derecede avropali qalib ki hele iranli olmayib Knut Hamsun Iceriseher haqqinda da yazmisdir Kohne Bakinin merkezinde yerlesen qalanin divarlari fars bizans uslubunda ucaldilib Divarlar xanin sarayini ve iki mescidi dovreleyib Hazirda saray herbi anbara cevrilib ve iceri daxil olmaq ucun komendantin icazesi zeruridir Icaze ucun ise komendanta oz vizit vereqimi gostermeliyem o ise mende yoxdur Vladiqafqazdaki kimi burada da dostum Ventsel Hagelstamin vereqinden yararlanmaga cehd edirem Novbetciye uzerinde Fru Mariya Hagelstam yazilmis karti uzadiram o basini yirgalayir ve pasportumu isteyir Ureyimde Tanri komek et soyleyib pasportumu uzadiram Novbetci her iki senede baxir adlari muqayise edir ve ona ele gelir ki herfler uygundur Sonra qapini doyecleyir ve senedleri komendanta aparir Bu saxtarakarligin bas tutacagina ele de umid beslemirdim Novbetci qayidir pasportumu qaytarir ve genc poruciki her seyi gostermesi ucun mene qosur Xilas oldum Tufengli kazak menimle porucikin ardinca gelir Porucik deyir ki Bakinin son xaninin 50 arvadi olub ve ruslar 1806 ci ilde Bakini feth eden zaman hamisini goturub qacib Bu Huseynqulu xan Bakinin fatehi general Sisianovu seher acarlarini ona teqdim etmek aninda xencerle oldurtdurub Burada 2 mescid de yerlesib ve biz gozleyirdik ki hansisa molla minareden ezan verecek ancaq saat 12 den kecse de molla gelib cixmadi Bu barede porucikden sorusanda o derhal mescidin yaxinliginda eylesmis emmameli bir nece qocanin ustune qisqirdi onlar poruciki axir ki basa dusende ise baslarini yanlara yirgaladilar molla xestelenibmis Biz Qiz Qalasina da getmek isteyirdik ancaq isti o qeder bogucuydu ki bu niyyetimizden dasindiq ve parka yollandiq Gunesden butun bitkiler yanmisdi tozla ortulmusdu Menzere agir teessurat oyadirdi Vur tut bir nece xirda akasiya badam ve encir agacina rast gelinirdi Vladiqafqazda daha sonra ise Tiflisde olan yazicini Baki teeccublendirse de neft buruqlarinda o proqress deyil etraf muhiti dagidan cirk ve ser gorurdu O yazirdi Amerika oz masinlarinin ses kuyu ile buraya da mudaxile etmisdir Bir defe parslar mebede gelende Atesgah nezerde tutulur ziyaretgahin yaninda kerosin zavodu tikildiyini gorurler Hucrelerdeki balaca gunesler sondurulmus qaz sirnaqlari ise zavoda istiqametlendirilmisdi Eserleri Acliq 1890 Misteriyalar 1892 Redaktor Lunge 1892 Yeni sefeqler 1893 Pan 1894 Viktoriya 1898 Payiz ulduzlari altinda 1906 Benoni 1908 Xelveti oynayan qerib 1909 Esrin ovladlari 1913 Seqelfoss qesebesi 1915 Torpagin bereketi 1917 Quyu basindaki qadinlar 1920 Sonuncu fesil 1923 Avaralar 1927 Avqust 1930 Heyat axir 1933 Cevre qapanir 1936 Ot basmis cigirlarla 1949 IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Knut Hamsun Encyclopaedia Britannica ing Gamsun Knut Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 2010 05 05 tarixinde V skazochnoj strane orijinalindan arxivlesdirilib Istifade tarixi 2021 09 09 Knut Gamsun V skazochnoj strane 2022 04 07 tarixinde Istifade tarixi 2014 04 05 MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerKnut Hamsunun bioqrafiyasi eserleri meqaleleri rusca foto sekilleri K Hamsunun eserlerinin qisa mezmunu rusca Knut Hamsunun eserleri rusca Knut Hamsun Nagillar olkesinde rusca Bakiya seferi haqqinda olu kecid Gamsun i nacizm 2016 03 05 at the Wayback MachineHemcinin bax