Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Səfiəddin Urməvi (təq. 1216[…], Urmiya – 1294, Bağdad) – Mənşəcə Güney Azərbaycandan olan, Şərq aləmində istedadlı musiqiçi və mahir xəttat kimi böyük şöhrət qazanmış alim.
SƏFİƏDDİN URMƏVİ | |
---|---|
Səfiəddin Əbdülmömin ibn Yusif ibn Fahir əl Urməvi | |
| |
Doğum tarixi | təq. 1216[…] |
Doğum yeri | |
Vəfat tarixi | 1294 |
Vəfat yeri | |
Milliyyəti | Azərbaycan türkü |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Şərq dünyasının ən məşhur musiqiçi və musiqişünaslarından sayılan Səfi əd-Din Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi Urmiya şəhərində 1216-cı ildə anadan olmuşdur.
İbtidai təhsilini öz vətənində almış, musiqi savadının əlifbasını və udda çalmağı da burada öyrənmişdir. Sonradan Ərəb Xilafətinin paytaxtına, bütün Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzi olan əfsanəvi Bağdad şəhərinə gələrək, dəvrünün ən yaxşı universitetlərindən sayılan ""də təhsilini davam etdirmişdir.
O, burada fəlsəfənin, məntiqin, tibbin, riyaziyyatın, astronomiyanın və dillərin əsasları ilə tanış olur. Musiqi sənətini öyrənməkdə davam edən Səfiəddin xəttatlıqda da böyük uğur qazanır. Təsadüfi deyil ki, əvvəlcə o, musiqi sahəsində deyil, xəttat kimi şöhrət tapır və Abbasilər sülaləsinin son nümayəndəsi xəlifə əl-Müstəsimin sarayına dəvət olunur. Az vaxtda xəlifənin yaxın əhatəsinə daxil olan sənətkar bir müddətdən sonra saray kitabxanasının rəhbəri və baş xəttat təyin olunur. Kitabların üzünü köçürmək və kitabxana rəhbərliyi Səfiəddini musiqi təhsilini davam etdirməkdən yayındırmır, əksinə zəngin kitab xəzinəsində o, öz biliyini artırır, eləcə də saraydakı qəbullar zamanı ud çalması ilə hamının rəğbətini qazanır.
Onun ud çalğısı barədə bir neçə əfsanə var. Bir əfsanədə deyilir ki, qırx gün susuz qalan dəvəni arxa buraxırlar. Bu zaman təsadüfən Səfiəddin oralarda ud çalırmış. Dəvə arxa çathaçatda udun səsini eşidib ayaq saxlayır. Səfiəddin çalğısına ara verdikcə, dəvə suya doğru dartınır, o, çalğısını davam edincə, dayanır. Artıq üçüncü musiqi parçası çalınanda dəvənin gözlərindən yaş axırdı.
Danışılan başqa bir əhvalat Səfiəddinin məşhur Bağdad bağlarından birində ud çalmağı haqqındadır. O, çaldıqca bağda uçan bülbül qanad saxlayır. Yaxınlıqdakı budaqlardan birinə qonub udun bağrından qopan sehrli səslərə sanki qulaq kəsilir. Musiqi bülbülü elə təsirləndirir ki, o daha da yaxınlaşaraq oxumağa, qanadlarını musiqinin havasına uyğun çırpmağa başlayır. Bir az sonra isə bülbül qorxusuz-hürküsüz adamların arasında cəh-cəh vurmağa başlayır.
Səfiəddin özünü həm də istedadlı pedoqoq kimi tanıtmışdı. Bütün Şərq aləmində ünlü sənətçilər kimi ad çıxarmış bir çox musiqişünaslar onun şagirdləri olmuşlar. Məşhur Azərbaycan musiqişünası (XIII–XIV əsrlər) Əbdülqadir Marağayi özünün "Məqasidül-əlhan" əsərində yazırdı ki, Əbdülmömin Səfiəddin Urməvi bir çox görkəmli şəxsiyyətlərin müəllimi olmuşdur. Bunların sırasında Şəms əd-Din Söhrəvərdi, Əli Sitan, Həsən Zəfər və Hüsam əd-Din Qutluq Buğa kimi tanınmış musiqişünasların adları çəkilir.
Səfiəddin iki yeni musiqi aləti yaratmışdı — "Nüzhə" və "Müğni". Nüzhə müasir arfa (çəng) və kanona bənzəyirdi. Bu alətin 81 simi vardı. Söyüd, sərv və ya şümşaddan dördbucaq şəklində düzəldilirdi. Müğninin 33 simi vardı və xarici oxşarlıq baxımından rübaba bənzəyirdi. Sadəcə çanağı iri idi. Müğni düzəldilirdi.
Bundan başqa Səfiəddin həm də istedadlı bəstəkar idi. Onun sənətinin bu cəhəti haqda da əfsanə dolaşmaqdadır. Deyirlər ki, Bağdadda Lizzəhxan adında bir müğənni yaşayırmış. O, tez-tez Səfiəddinlə görüşər, birlikdə çalıb-oxuyarmışlar. Səfiəddin ona musiqi dərsi keçərmiş. Bir gün, saray qəbullarının birində Lizzəhxan gözəl bir mahnı oxuyur. Mahnı hamıya xoş gəlir və xəlifə onun müəllifinin adını soruşur. Bəstəçinin Səfiəddin olduğunu biləndə onu qəbula dəvət edir və bütün qonaqlar sənətkarın udda çaldığı musiqilərdən feyzyab olurlar. 1258-ci ildə Çingiz xanın nəvəsi Hülakü xanın sərkərdəlik etdiyi monqol qoşunları Bağdadı tutur. Xəlifəni ailəsi ilə birlikdə edam edirlər və bununla da 600 illik ərəb xilafətinə son qoyulur. Xəlifənin yaxın adamları axtarılırdı və Səfiəddinin də adı bunların sırasında idi. Onu şəxsən tanımış tarixçilərdən Həsən Ərbələni həmin hadisələri belə təsvir edir: Səfiəddinin yaşadığı məhəllə Hülakü xanın qoşunları ilə əhatə olunmuşdu. Məhəllə camaatı, xüsusilə də Səfiəddin ölüm təhlükəsi altında idilər. Qoşun sərkərdələrindən biri otuz nəfərlik dəstə ilə Səfiəddinin yaşadığı mülkün qapısını sındırmağa başladı. Ev yiyəsi cəsarətlə döyüşçülərin qarşısına çıxaraq, onları ədəb-ərkanla evə dəvət edir. Sarayda yaxşı diplomatiya məktəbi keçmiş Səfiəddin "qonaqlar"la ümumi dil tapa bilir. Çox söz-söhbətdən sonra dəstə başçısı məhəllə camaatına toxunmadan, Səfiəddini götürüb, Hülaku xanın hüzuruna gətirir. Sənətkar udunu kökləyib, həzin bir melodiya çalır, Ziya adlı müğənni isə oxumağa başlayır. Xanın yanındakıların hamısı Səfiəddinin ustalığına və ağlına əhsən deyirlər. Hülaku xan ona öz sarayında iş təklif edir, məhəllə camaatı isə təhlükədən qurtulur.
Hülaku xanın vəziri Şəms əd-Din Cüveyni (tanınmış tarixçi qardaşı) Səfiəddini öz himayəsi altına alır. Oğlanları Bəhaəddinlə Şərəfəddinin tərbiyəsini ona həvalə edir. Səfiəddin onlara hərtərəfli təhsil verməyə çalışır, lakin təbii ki, musiqi dərslərinə xüsusi fikir verir. Şərafəddin təhsildəki uğurları ilə müəlliminin hüsn-rəğbətini qazanır və Urməvi Təbrizdə qələmə aldığı beş hissəlik məşhur "Risaleyi-Şərəfi" adlı musiqi risaləsini ona ithaf edir.
Cüveynilər ailəsi hökmdarın nəzərindən düşdükdən sonra Səfiəddin ömrünün son illərini yoxsulluq içində keçirir və 1294-cü ildə Bağdaddakı borclular həbsxanasında dünyasını dəyişir.
Yaradıcılığı
Səfiəddin hələ Bağdadda sarayda ikən 1252-ci ildə "Kitab-əl Ədvar" adı ilə məşhur olan musiqi risaləsini tamamlayır. Kitab ərəb dilində yazılmış və on beş fəsildən ibarət idi. Maraqlıdır ki, bu əsərdə qaldırılan musiqi nəzəriyyəsi məsələləri bu gün də aktuallığını itirməyib. Muğamlardan bəhs edən doqquzuncu fəsil çağdaş oxucunu daha çox maraqlandıra bilər. Burada ümumiyyətlə, 12 muğam dəstgahının adı çəkilir ki, bunların da çoxusu bizə məlumdur: , , Əbu Salik (""), Rast, İraq, İsfahan, , , Zəngulə, , Hüseyni və Hicaz. On birinci və on ikinci fəsillərdə Səfiəddin öz sevimli udunu təsvir edir. Musiqinin not yazısına həsr edilən on beşinci fəsil musiqiçi və musiqişünasların sonrakı nəsilləri üçün xüsusilə maraqlıdır.
Səfiəddinin təklif etdiyi sistem üzrə, musiqi hərfi-ədədi üsulla yazılırdı. Ərəblərə məxsus "əbcəd" sisteminin hərfləri səslərin şərti yüksəkliyini, rəqəmlər isə onların uzunluğunu bildirirdi. Misal üçün, yarımtonlardan az intervalların işarəsi kimi T, C, B və s. hərflərdən istifadə olunurdu. Ladların adı, melodiyanın quruluşu və ritmi özəl olaraq rəqəmlərlə qeydə alınırdı. Maraqlıdır ki,"müasir Qərb not sistemi yarımtonlardan kiçik intervalların yazıya alınması üçün imkan vermir və elə buna görə də muğamların, eləcə də ümumən Şərq musiqisinin bütün səs incəliklərini çatdırmaqda çətinlik törədir. Bəlkə də elə buna görə Şərqdə XIX əsrin sonlarına qədər Urməvi sistemindən geniş istifadə olunmuşdur.
Avropanın iki məşhur musiqişünası R. Erlanju və C. Fermer bir -birlərindən xəbərsiz olaraq Urməvinin bir rübai üzərindəki not yazısını müasir not yazısına köçürə bilmişlər. Yeddi yüz ildən bəri susan melodiyalar yenidən səslənmişdir.
Səfiəddin Urməvi "Kitab əl-Ədvar" risaləsinin əvvəlində yazırdı ki, əməllərinə tabe olduğu və qəlblərinin istəklərinə əməl etməkdə xoş əlamət gördüyü, ona tapşırdı ki, "nəğamə"nin tərifi, "bud" və "daur"ların nisbətləri, "iqa" və onların növləri haqqında qısa məlumat yazsın ki, bu elmə və təcrübəyə bir xeyir versin. Bu tapşırığa itaətkarlıqla əməl edərək, Urməvi hafizəsində olanları yazdı və qeyd etdi ki, "bu sənəti diqqətlə öyrənən, əvvəllər bilmədiyi və çoxsunu zamanın məhv etdiyi bir sıra şeylərə vaqif olar".
Artıq 7–8 əsrdir ki, Şərqin və Qərbin bir sıra alimləri böyük musiqişünas Səfiəddin Urməvinin "Kitab əl Ədvar", eləcə də "Şərəfiyyə" risaləsində verilən çox qiymətli, alimin özünün böyük təvazökarlıqla qeyd etdiyi "bir sıra şeylərə vaqif olurlar" və Urməvinin ölməz ənənələrini davam etdirirlər.
İngilis alimi dediyinə görə, Səfiəddindən sonra gələn bütün ərəb, fars, türk dilli müəlliflərin hamısı onun nəzəriyyəsinin davamçıları olmuşlar. Bu alimlərdən biz , Əbdülqadir Marağaini, Qütbəddin Şirazini, , Əbdürrəhman Camini, , , , Mirzə bəyi, Mir Möhsün Nəvvabı və XX əsrdə böyük alim və bəstəkar Üzeyir Hacıbəyovu göstərə bilərik.
Urməvinin risalələri orta əsrin qaranlıqlarını yararaq, unikal elmi əsərlər kimi bu gün də yaşayır və dünyanın bir sıra şəhərlərinin kitabxanalarında qiymətli əlyazmalar kimi saxlanılır: Nyu-Yorkun, Parisin, Berlinin, Vyananın, Qahirənin, İstanbulun, Sankt-Peterburqun, Tehranın, Bakının və sair.
Məşhur Avropa alimi Rafael Georq Kizevetter Urməvini "Şərqin Zarlinosu" adlandırmışdır. Böyük ingilis alimi Səfiəddinin cədvəlini o vaxta qədər yaranmış cədvəllərin ən mükəmməli hesab edirdi. isə Səfiəddini parlayan ulduzla müqayisə edib, onu "Sistemçilik məktəbinin" banisi adlandırmışdır.
Səfiəddin Urməvinin əsərləri Şərq musiqi nəzəriyyəsinin, elminin inkişafında yeni dövrdür. O, musiqi elminə "Sistemçilik" məktəbinin yaradıcısı kimi, tabulaturanın banisi kimi daxil olmuşdur. Urməvinin böyük nailiyyəti, ümumən Şərqin səs sisteminin qaydaya salınmasından ibarət idi. Onun sisteminin əsasını təşkil edən on yeddi pilləli qamma əl Kindinin 12 tonlu xromatik qammasından, həm də əl Fərabinin 22 tonlu qammasından fərqlənir. O, Şərq musiqisinin 12 muğam dairəsinin və 6 avazının səs qatarını diatonik qammanın çərçivəsində vermişdir.
Urməvi "Əbcəd notuyla" musiqinin ən qədim melodiyalarını risalələrində yazıb yaşada bilmişdir. Ondan sonra gələn alimlər, ta XVI əsrə qədər bu not yazı sistemindən geniş istifadə etmişlər. Urməvi həm də "Muğni" və "Nüzhə" kimi musiqi alətlərinin ixtiraçısı və udun mahir ifaçısı olmuşdur. Onun ecazkar ifası və həmçinin xəttatlıq, nəqqaşlıq bacarığı və məharəti haqqında Şərqdə müxtəlif rəvayətlər gəzirdi.
Yeddi əsr sonra, yəni XX əsrin ortalarında Üzeyir Hacıbəyov özünün "" kitabında yazırdı: "Yaxın Şərq xalqları musiqisinin nəzəri və əməli inkişafı tarixində başlıca yeri dunyada məşhur olan iki nəfər Azərbaycan alimi, nəzəriyyəçi, musiqişünas tutur: Səfiəddin Ədbülmömin ibn Yusif əl Urməvi (XIII əsr) və Əbdülqadir Marağai (XIV əsr)".
Ü. Hacıbəyov öz əsəri üzərində işlərkən böyük miqdarda kitablar arasında məhz "Kitab əl-Ədvar"ın xüsusi əhəmiyyət kəsb etdiyini anlayaraq, onun foto surətini gətirdib bu əsəri araşdırmışdır. Hacıbəyovun yazdığı "Azərbaycan xalq musiqisinin əsasları" əsəri onda qaldırılan və həll edilən məsələlərə, həm də quruluşuna, üslubuna görə "Kitab əl-Ədvara" çox yaxındır. Xüsusilə də lad sistemi nəzəriyyəsində "Kitab əl-Ədvar"ın ona təsiri böyükdür. Bu əsər Urməvinin risaləsinin elmi müddəalarını müasir Azərbaycan musiqi elminin tələblərinə cavab verən səviyyədə davam etdirmişdir. Ona görə də "Azərbaycan xalq musiqisinin əsasları"nı yeni dövrün risaləsi adlandırmaq olar.
Ümumiyyətlə, bu elmi əsərləri tədqiq və təhlil etdikcə onlar arasında oxşarlıqların, ümumiliklərin çox olduğunu görürsən. Deməli, XX əsrdə Azərbaycanda Səfiəddin Urməvinin ənənələri yaşayırdı və onun bu sahədə xələfi, davamçısı Üzeyir Hacıbəyov olmuşdur. O, əsərinin "Tarixi məlumat" hissəsində yazırdı: "Yaxın Şərq xalqlarının musiqi mədəniyyəti XIV əsrə doğru özünün yüksək səviyyəsinə çatmış və on iki sütunlu, altı bürclü "bina" (dəstgah) şəklində iftixarla ucalmış və onun zirvəsindən dünyanın bütün dörd tərəfi: Əndəlisdən Çinə və Orta Afrikadan Qafqaza qədər geniş bir mənzərə görünmüşdür… Musiqi binasının möhkəm təməlini təşkil edən 12 sütun 12 əsas muğamı və 6 bürc isə 6 avazatı təmsil edirdi".
Hacıbəyova görə Azərbaycan xalqının musiqi sənəti də çox mütənasib və ciddi bir sistemə əsaslanır. Azərbaycan xalq musiqisinin bütün elmi nəzəri məsələləri də öz əsasını bu sistemdən alır. Hacıbəyov XX əsrdə nəinki xalq musiqimizin əsaslarını müəyyən etmiş, onun ciddi qanunlara tabe olduğunu göstərmiş, həm də Şərqdə ilk muğam operası "Leyli və Məcnun"un yaradıcısı olmuşdur. Hal-hazırda Azərbaycanda elə musiqi janrı və musiqi forması tapmaq çətindir ki, bu və ya digər şəkildə musiqimizin klassiki Üzeyir Hacıbəyovun adıyla bağlı olmasın. Onun yaradıcılığına böyük qiymət verən ulu öndər Heydər Əliyev 1995-ci ildə çox önəmli bir fərman imzalamışdır. Bu fərmana görə Üzeyir Hacıbəyovun doğum günü 18 sentyabr Azərbaycanda "Musiqi günü" kimi bayram edilir.
Hər iki əsərin – "Kitab əl-Ədvar" və "Azərbaycan xalq musiqisinin əsasları"nın birinci fəsli səsə, onun əsas xüsusiyyətlərinə həsr edilir. Qeyd edək ki, Urməvinin elə "Şərəfiyyə" risaləsinin də ilk fəsli səsə həsr edilmişdir. Alim "Kitab əl-Ədvar"da "Nəğamə" terminini səs və ton mənasında işlədərək onun müəyyən vaxt ərzində hansısa zillik və bəmlik səviyyəsində davam edən səs olduğunu və ona təbii meyl duyulduğunu göstərmişdir. Hər tonun zillik və bəmlik cəhətdən öz nəzirəsi, ekvivalenti vardır. Urməvi göstərirdi ki, "nəğamə"ni yalnız başqasıyla müqayisə etdikdə onun yüksəkliyi və aşağı olması barədə danışmaq olar. Həm də zil və bəm səslərin səbəblərini alim gərilmiş və ya gərilməmiş uzun, yoğun və ya qısa, nazik simlərlə bağlayırdı4. Urməvi səsin musiqi və fiziki xüsusiyyətlərini şərh etmiş və bu barədə daha geniş "Şərəfiyyə" risaləsində danışmışdır.
Hacıbəyov isə kitabının "Səs sistemi" hissəsində yazırdı ki, musiqişünasların rəyinə görə "Şərq musiqisində ("Azərbaycan musiqisi də buraya daxildir) bütöv və yarım tondan başqa 1/3 və 1/4 ton da vardır, lakin o, qeyd edirdi ki, bu iddia ən kiçik intervalı yarım ton olan Azərbaycan xalq musiqisinə aid ola bilməz. Avropa musiqisində olduğu kimi, Azərbaycan musiqisində də oktava 7 diatonik və 12 xromatik pərdədən ibarətdir. Fərq ancaq temperasiya məsələsindədir ki, o da bir komma qədərdir.
İstedadlı alim, həm də mahir ud çalan Səfiəddin Urməvi "Kitab əl-Ədvar" əsərinin çox əhəmiyyətli ikinci fəslində oxucuları ud alətinin pərdələri ilə, dövrün terminologiyası ilə desək, udun siminin "dəstan"lara bölünməsi ilə tanış edir. Bu fəsildə alim Şərq tonlar sisteminin əsas səs qatarı olan on yeddi pərdəli qammasını oxuculara təqdim edir. Urməvi onun ekvivalentliyini (nəzir) göstərir və yazır ki, bu qammanı o biri oktavalarda da, digər yüksəklikdə eynilə səsləndirmək mümkündür. (Biz onun qammasını nota köçürərək sent ölçüləriylə təqdim edirik).
Ünlü türk musiqiçisi Şükrulla Əhmədoğlu XV əsrdə onun "Kitab əl-ədvar" əsərini türk dilinə çevirmişdir. Sonra bu kitab fransız dilinə də çevrilmişdir. Səfiəddin Urməvinin yaradıcılığı Azərbaycandakı tədqiqatçılarından Ə. Bədəlbəylinin, A. Beqdelinin, T. Bünyadovun və b. adlarını çəkmək olar.
Həmçinin bax
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- http://www.academia.edu/8447879/Arabian_and_Turkish_tuning_systems.
- http://www.setar.info/index.php?limitstart=6&.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Bosworth, C.E., redaktorṢanʻaʼ - Ṣawtiyya (New). Leiden [u.a.]: Brill [u.a.] 1995. səh. 805. ISBN .
He may have been of Persian descent (Kutb al-Din Shirazi [q.v.] calls him afdal-i Iran)
- . 2013-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-31.
Mənbə
- Azərbaycan Tarixi Portalı :Каджар Чингиз. Выдающиеся сыны древнего и средневекового Азербайджана. — Баку, издательство "Азербайджан" — 370146, Метбуат проспекти, 520-й квартал., издательство "Эргюн", 1995. — 392 с. (rus.)
- Səfiəddin Urməvi. "Kitab əl-Ədvar", Istanbul, Nurosmaniyə. № 3653, v. 2.
- Üzeyir Hacıbəyov. "Azərbaycan xalq musiqisinin əsasları". Bakı, 1950, s. 14.
- "Azərbaycan xalq musiqisinin əsasları", s. 14.
- "Kitab əl-Ədvar", v. 4.
Xarici keçidlər
- Tehranda Səfiəddin Urməviyə həsr edilmiş beynəlxalq konress. "Musiqi dünyası" jurnalı.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalenin sonunda menbe siyahisi var lakin metndaxili menbeler hec ve ya kifayet qeder istifade edilmediyi ucun bezi melumatlarin menbesi bilinmir Lutfen menbeleri uygun sekilde metnin daxilinde yerlesdirerek meqalenin tekmillesdirilmesine komek edin Sefieddin Urmevi teq 1216 Urmiya 1294 Bagdad Mensece Guney Azerbaycandan olan Serq aleminde istedadli musiqici ve mahir xettat kimi boyuk sohret qazanmis alim SEFIEDDIN URMEVISefieddin Ebdulmomin ibn Yusif ibn Fahir el UrmeviSefieddin Urmevinin portretiDogum tarixi teq 1216 Dogum yeri Urmiya Urmiya sehristani Qerbi Azerbaycan ostani IranVefat tarixi 1294Vefat yeri BagdadMilliyyeti Azerbaycan turku Vikianbarda elaqeli mediafayllarHeyatiSerq dunyasinin en meshur musiqici ve musiqisunaslarindan sayilan Sefi ed Din Ebdulmomin ibn Yusif ibn Faxir Urmevi Urmiya seherinde 1216 ci ilde anadan olmusdur Ibtidai tehsilini oz veteninde almis musiqi savadinin elifbasini ve udda calmagi da burada oyrenmisdir Sonradan Ereb Xilafetinin paytaxtina butun Yaxin ve Orta Serqin elm ve medeniyyet merkezi olan efsanevi Bagdad seherine gelerek devrunun en yaxsi universitetlerinden sayilan de tehsilini davam etdirmisdir O burada felsefenin mentiqin tibbin riyaziyyatin astronomiyanin ve dillerin esaslari ile tanis olur Musiqi senetini oyrenmekde davam eden Sefieddin xettatliqda da boyuk ugur qazanir Tesadufi deyil ki evvelce o musiqi sahesinde deyil xettat kimi sohret tapir ve Abbasiler sulalesinin son numayendesi xelife el Mustesimin sarayina devet olunur Az vaxtda xelifenin yaxin ehatesine daxil olan senetkar bir muddetden sonra saray kitabxanasinin rehberi ve bas xettat teyin olunur Kitablarin uzunu kocurmek ve kitabxana rehberliyi Sefieddini musiqi tehsilini davam etdirmekden yayindirmir eksine zengin kitab xezinesinde o oz biliyini artirir elece de saraydaki qebullar zamani ud calmasi ile haminin regbetini qazanir Onun ud calgisi barede bir nece efsane var Bir efsanede deyilir ki qirx gun susuz qalan deveni arxa buraxirlar Bu zaman tesadufen Sefieddin oralarda ud calirmis Deve arxa cathacatda udun sesini esidib ayaq saxlayir Sefieddin calgisina ara verdikce deve suya dogru dartinir o calgisini davam edince dayanir Artiq ucuncu musiqi parcasi calinanda devenin gozlerinden yas axirdi Danisilan basqa bir ehvalat Sefieddinin meshur Bagdad baglarindan birinde ud calmagi haqqindadir O caldiqca bagda ucan bulbul qanad saxlayir Yaxinliqdaki budaqlardan birine qonub udun bagrindan qopan sehrli seslere sanki qulaq kesilir Musiqi bulbulu ele tesirlendirir ki o daha da yaxinlasaraq oxumaga qanadlarini musiqinin havasina uygun cirpmaga baslayir Bir az sonra ise bulbul qorxusuz hurkusuz adamlarin arasinda ceh ceh vurmaga baslayir Sefieddin ozunu hem de istedadli pedoqoq kimi tanitmisdi Butun Serq aleminde unlu senetciler kimi ad cixarmis bir cox musiqisunaslar onun sagirdleri olmuslar Meshur Azerbaycan musiqisunasi XIII XIV esrler Ebdulqadir Maragayi ozunun Meqasidul elhan eserinde yazirdi ki Ebdulmomin Sefieddin Urmevi bir cox gorkemli sexsiyyetlerin muellimi olmusdur Bunlarin sirasinda Sems ed Din Sohreverdi Eli Sitan Hesen Zefer ve Husam ed Din Qutluq Buga kimi taninmis musiqisunaslarin adlari cekilir Sefieddin iki yeni musiqi aleti yaratmisdi Nuzhe ve Mugni Nuzhe muasir arfa ceng ve kanona benzeyirdi Bu aletin 81 simi vardi Soyud serv ve ya sumsaddan dordbucaq seklinde duzeldilirdi Mugninin 33 simi vardi ve xarici oxsarliq baximindan rubaba benzeyirdi Sadece canagi iri idi Mugni duzeldilirdi Bundan basqa Sefieddin hem de istedadli bestekar idi Onun senetinin bu ceheti haqda da efsane dolasmaqdadir Deyirler ki Bagdadda Lizzehxan adinda bir mugenni yasayirmis O tez tez Sefieddinle goruser birlikde calib oxuyarmislar Sefieddin ona musiqi dersi kecermis Bir gun saray qebullarinin birinde Lizzehxan gozel bir mahni oxuyur Mahni hamiya xos gelir ve xelife onun muellifinin adini sorusur Bestecinin Sefieddin oldugunu bilende onu qebula devet edir ve butun qonaqlar senetkarin udda caldigi musiqilerden feyzyab olurlar 1258 ci ilde Cingiz xanin nevesi Hulaku xanin serkerdelik etdiyi monqol qosunlari Bagdadi tutur Xelifeni ailesi ile birlikde edam edirler ve bununla da 600 illik ereb xilafetine son qoyulur Xelifenin yaxin adamlari axtarilirdi ve Sefieddinin de adi bunlarin sirasinda idi Onu sexsen tanimis tarixcilerden Hesen Erbeleni hemin hadiseleri bele tesvir edir Sefieddinin yasadigi mehelle Hulaku xanin qosunlari ile ehate olunmusdu Mehelle camaati xususile de Sefieddin olum tehlukesi altinda idiler Qosun serkerdelerinden biri otuz neferlik deste ile Sefieddinin yasadigi mulkun qapisini sindirmaga basladi Ev yiyesi cesaretle doyusculerin qarsisina cixaraq onlari edeb erkanla eve devet edir Sarayda yaxsi diplomatiya mektebi kecmis Sefieddin qonaqlar la umumi dil tapa bilir Cox soz sohbetden sonra deste bascisi mehelle camaatina toxunmadan Sefieddini goturub Hulaku xanin huzuruna getirir Senetkar udunu kokleyib hezin bir melodiya calir Ziya adli mugenni ise oxumaga baslayir Xanin yanindakilarin hamisi Sefieddinin ustaligina ve aglina ehsen deyirler Hulaku xan ona oz sarayinda is teklif edir mehelle camaati ise tehlukeden qurtulur Hulaku xanin veziri Sems ed Din Cuveyni taninmis tarixci qardasi Sefieddini oz himayesi altina alir Oglanlari Behaeddinle Serefeddinin terbiyesini ona hevale edir Sefieddin onlara herterefli tehsil vermeye calisir lakin tebii ki musiqi derslerine xususi fikir verir Serafeddin tehsildeki ugurlari ile muelliminin husn regbetini qazanir ve Urmevi Tebrizde qeleme aldigi bes hisselik meshur Risaleyi Serefi adli musiqi risalesini ona ithaf edir Cuveyniler ailesi hokmdarin nezerinden dusdukden sonra Sefieddin omrunun son illerini yoxsulluq icinde kecirir ve 1294 cu ilde Bagdaddaki borclular hebsxanasinda dunyasini deyisir YaradiciligiAid olan sekil sefi eldin urmuy nin elserqie kitabi Sefieddin hele Bagdadda sarayda iken 1252 ci ilde Kitab el Edvar adi ile meshur olan musiqi risalesini tamamlayir Kitab ereb dilinde yazilmis ve on bes fesilden ibaret idi Maraqlidir ki bu eserde qaldirilan musiqi nezeriyyesi meseleleri bu gun de aktualligini itirmeyib Mugamlardan behs eden doqquzuncu fesil cagdas oxucunu daha cox maraqlandira biler Burada umumiyyetle 12 mugam destgahinin adi cekilir ki bunlarin da coxusu bize melumdur Ebu Salik Rast Iraq Isfahan Zengule Huseyni ve Hicaz On birinci ve on ikinci fesillerde Sefieddin oz sevimli udunu tesvir edir Musiqinin not yazisina hesr edilen on besinci fesil musiqici ve musiqisunaslarin sonraki nesilleri ucun xususile maraqlidir Sefieddinin teklif etdiyi sistem uzre musiqi herfi ededi usulla yazilirdi Ereblere mexsus ebced sisteminin herfleri seslerin serti yuksekliyini reqemler ise onlarin uzunlugunu bildirirdi Misal ucun yarimtonlardan az intervallarin isaresi kimi T C B ve s herflerden istifade olunurdu Ladlarin adi melodiyanin qurulusu ve ritmi ozel olaraq reqemlerle qeyde alinirdi Maraqlidir ki muasir Qerb not sistemi yarimtonlardan kicik intervallarin yaziya alinmasi ucun imkan vermir ve ele buna gore de mugamlarin elece de umumen Serq musiqisinin butun ses inceliklerini catdirmaqda cetinlik toredir Belke de ele buna gore Serqde XIX esrin sonlarina qeder Urmevi sisteminden genis istifade olunmusdur Avropanin iki meshur musiqisunasi R Erlanju ve C Fermer bir birlerinden xebersiz olaraq Urmevinin bir rubai uzerindeki not yazisini muasir not yazisina kocure bilmisler Yeddi yuz ilden beri susan melodiyalar yeniden seslenmisdir Sefieddin Urmevi Kitab el Edvar risalesinin evvelinde yazirdi ki emellerine tabe oldugu ve qelblerinin isteklerine emel etmekde xos elamet gorduyu ona tapsirdi ki negame nin terifi bud ve daur larin nisbetleri iqa ve onlarin novleri haqqinda qisa melumat yazsin ki bu elme ve tecrubeye bir xeyir versin Bu tapsiriga itaetkarliqla emel ederek Urmevi hafizesinde olanlari yazdi ve qeyd etdi ki bu seneti diqqetle oyrenen evveller bilmediyi ve coxsunu zamanin mehv etdiyi bir sira seylere vaqif olar Artiq 7 8 esrdir ki Serqin ve Qerbin bir sira alimleri boyuk musiqisunas Sefieddin Urmevinin Kitab el Edvar elece de Serefiyye risalesinde verilen cox qiymetli alimin ozunun boyuk tevazokarliqla qeyd etdiyi bir sira seylere vaqif olurlar ve Urmevinin olmez enenelerini davam etdirirler Ingilis alimi dediyine gore Sefieddinden sonra gelen butun ereb fars turk dilli muelliflerin hamisi onun nezeriyyesinin davamcilari olmuslar Bu alimlerden biz Ebdulqadir Maragaini Qutbeddin Sirazini Ebdurrehman Camini Mirze beyi Mir Mohsun Nevvabi ve XX esrde boyuk alim ve bestekar Uzeyir Hacibeyovu gostere bilerik Urmevinin risaleleri orta esrin qaranliqlarini yararaq unikal elmi eserler kimi bu gun de yasayir ve dunyanin bir sira seherlerinin kitabxanalarinda qiymetli elyazmalar kimi saxlanilir Nyu Yorkun Parisin Berlinin Vyananin Qahirenin Istanbulun Sankt Peterburqun Tehranin Bakinin ve sair Meshur Avropa alimi Rafael Georq Kizevetter Urmevini Serqin Zarlinosu adlandirmisdir Boyuk ingilis alimi Sefieddinin cedvelini o vaxta qeder yaranmis cedvellerin en mukemmeli hesab edirdi ise Sefieddini parlayan ulduzla muqayise edib onu Sistemcilik mektebinin banisi adlandirmisdir Sefieddin Urmevinin eserleri Serq musiqi nezeriyyesinin elminin inkisafinda yeni dovrdur O musiqi elmine Sistemcilik mektebinin yaradicisi kimi tabulaturanin banisi kimi daxil olmusdur Urmevinin boyuk nailiyyeti umumen Serqin ses sisteminin qaydaya salinmasindan ibaret idi Onun sisteminin esasini teskil eden on yeddi pilleli qamma el Kindinin 12 tonlu xromatik qammasindan hem de el Ferabinin 22 tonlu qammasindan ferqlenir O Serq musiqisinin 12 mugam dairesinin ve 6 avazinin ses qatarini diatonik qammanin cercivesinde vermisdir Urmevi Ebced notuyla musiqinin en qedim melodiyalarini risalelerinde yazib yasada bilmisdir Ondan sonra gelen alimler ta XVI esre qeder bu not yazi sisteminden genis istifade etmisler Urmevi hem de Mugni ve Nuzhe kimi musiqi aletlerinin ixtiracisi ve udun mahir ifacisi olmusdur Onun ecazkar ifasi ve hemcinin xettatliq neqqasliq bacarigi ve mehareti haqqinda Serqde muxtelif revayetler gezirdi Yeddi esr sonra yeni XX esrin ortalarinda Uzeyir Hacibeyov ozunun kitabinda yazirdi Yaxin Serq xalqlari musiqisinin nezeri ve emeli inkisafi tarixinde baslica yeri dunyada meshur olan iki nefer Azerbaycan alimi nezeriyyeci musiqisunas tutur Sefieddin Edbulmomin ibn Yusif el Urmevi XIII esr ve Ebdulqadir Maragai XIV esr U Hacibeyov oz eseri uzerinde islerken boyuk miqdarda kitablar arasinda mehz Kitab el Edvar in xususi ehemiyyet kesb etdiyini anlayaraq onun foto suretini getirdib bu eseri arasdirmisdir Hacibeyovun yazdigi Azerbaycan xalq musiqisinin esaslari eseri onda qaldirilan ve hell edilen meselelere hem de qurulusuna uslubuna gore Kitab el Edvara cox yaxindir Xususile de lad sistemi nezeriyyesinde Kitab el Edvar in ona tesiri boyukdur Bu eser Urmevinin risalesinin elmi muddealarini muasir Azerbaycan musiqi elminin teleblerine cavab veren seviyyede davam etdirmisdir Ona gore de Azerbaycan xalq musiqisinin esaslari ni yeni dovrun risalesi adlandirmaq olar Umumiyyetle bu elmi eserleri tedqiq ve tehlil etdikce onlar arasinda oxsarliqlarin umumiliklerin cox oldugunu gorursen Demeli XX esrde Azerbaycanda Sefieddin Urmevinin eneneleri yasayirdi ve onun bu sahede xelefi davamcisi Uzeyir Hacibeyov olmusdur O eserinin Tarixi melumat hissesinde yazirdi Yaxin Serq xalqlarinin musiqi medeniyyeti XIV esre dogru ozunun yuksek seviyyesine catmis ve on iki sutunlu alti burclu bina destgah seklinde iftixarla ucalmis ve onun zirvesinden dunyanin butun dord terefi Endelisden Cine ve Orta Afrikadan Qafqaza qeder genis bir menzere gorunmusdur Musiqi binasinin mohkem temelini teskil eden 12 sutun 12 esas mugami ve 6 burc ise 6 avazati temsil edirdi Hacibeyova gore Azerbaycan xalqinin musiqi seneti de cox mutenasib ve ciddi bir sisteme esaslanir Azerbaycan xalq musiqisinin butun elmi nezeri meseleleri de oz esasini bu sistemden alir Hacibeyov XX esrde neinki xalq musiqimizin esaslarini mueyyen etmis onun ciddi qanunlara tabe oldugunu gostermis hem de Serqde ilk mugam operasi Leyli ve Mecnun un yaradicisi olmusdur Hal hazirda Azerbaycanda ele musiqi janri ve musiqi formasi tapmaq cetindir ki bu ve ya diger sekilde musiqimizin klassiki Uzeyir Hacibeyovun adiyla bagli olmasin Onun yaradiciligina boyuk qiymet veren ulu onder Heyder Eliyev 1995 ci ilde cox onemli bir ferman imzalamisdir Bu fermana gore Uzeyir Hacibeyovun dogum gunu 18 sentyabr Azerbaycanda Musiqi gunu kimi bayram edilir Her iki eserin Kitab el Edvar ve Azerbaycan xalq musiqisinin esaslari nin birinci fesli sese onun esas xususiyyetlerine hesr edilir Qeyd edek ki Urmevinin ele Serefiyye risalesinin de ilk fesli sese hesr edilmisdir Alim Kitab el Edvar da Negame terminini ses ve ton menasinda islederek onun mueyyen vaxt erzinde hansisa zillik ve bemlik seviyyesinde davam eden ses oldugunu ve ona tebii meyl duyuldugunu gostermisdir Her tonun zillik ve bemlik cehetden oz neziresi ekvivalenti vardir Urmevi gosterirdi ki negame ni yalniz basqasiyla muqayise etdikde onun yuksekliyi ve asagi olmasi barede danismaq olar Hem de zil ve bem seslerin sebeblerini alim gerilmis ve ya gerilmemis uzun yogun ve ya qisa nazik simlerle baglayirdi4 Urmevi sesin musiqi ve fiziki xususiyyetlerini serh etmis ve bu barede daha genis Serefiyye risalesinde danismisdir Hacibeyov ise kitabinin Ses sistemi hissesinde yazirdi ki musiqisunaslarin reyine gore Serq musiqisinde Azerbaycan musiqisi de buraya daxildir butov ve yarim tondan basqa 1 3 ve 1 4 ton da vardir lakin o qeyd edirdi ki bu iddia en kicik intervali yarim ton olan Azerbaycan xalq musiqisine aid ola bilmez Avropa musiqisinde oldugu kimi Azerbaycan musiqisinde de oktava 7 diatonik ve 12 xromatik perdeden ibaretdir Ferq ancaq temperasiya meselesindedir ki o da bir komma qederdir Istedadli alim hem de mahir ud calan Sefieddin Urmevi Kitab el Edvar eserinin cox ehemiyyetli ikinci feslinde oxuculari ud aletinin perdeleri ile dovrun terminologiyasi ile desek udun siminin destan lara bolunmesi ile tanis edir Bu fesilde alim Serq tonlar sisteminin esas ses qatari olan on yeddi perdeli qammasini oxuculara teqdim edir Urmevi onun ekvivalentliyini nezir gosterir ve yazir ki bu qammani o biri oktavalarda da diger yukseklikde eynile seslendirmek mumkundur Biz onun qammasini nota kocurerek sent olculeriyle teqdim edirik Unlu turk musiqicisi Sukrulla Ehmedoglu XV esrde onun Kitab el edvar eserini turk diline cevirmisdir Sonra bu kitab fransiz diline de cevrilmisdir Sefieddin Urmevinin yaradiciligi Azerbaycandaki tedqiqatcilarindan E Bedelbeylinin A Beqdelinin T Bunyadovun ve b adlarini cekmek olar Hemcinin baxAzerbaycan musiqisiIstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir http www academia edu 8447879 Arabian and Turkish tuning systems http www setar info index php limitstart 6 amp Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Bosworth C E redaktorṢanʻaʼ Ṣawtiyya New Leiden u a Brill u a 1995 seh 805 ISBN 978 9004098343 He may have been of Persian descent Kutb al Din Shirazi q v calls him afdal i Iran 2013 05 13 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2010 08 31 MenbeAzerbaycan Tarixi Portali Kadzhar Chingiz Vydayushiesya syny drevnego i srednevekovogo Azerbajdzhana Baku izdatelstvo Azerbajdzhan 370146 Metbuat prospekti 520 j kvartal izdatelstvo Ergyun 1995 392 s rus Sefieddin Urmevi Kitab el Edvar Istanbul Nurosmaniye 3653 v 2 Uzeyir Hacibeyov Azerbaycan xalq musiqisinin esaslari Baki 1950 s 14 Azerbaycan xalq musiqisinin esaslari s 14 Kitab el Edvar v 4 Xarici kecidlerTehranda Sefieddin Urmeviye hesr edilmis beynelxalq konress Musiqi dunyasi jurnali