Mustafa Səmavi Əyicə (türk. Semavi Eyice; 9 dekabr 1922, Kadıköy, İstanbul ili – 28 may 2018, İstanbul) — Türk incəsənət tarixçisi, tarix, mədəniyyət, din, elm, siyasət və iqtisadiyyat da daxil olmaqla, demək olar ki, hər sahədə Bizans imperiyasını araşdırmış elm adamı.
Səmavi Əyicə | |
---|---|
türk. Mustafa Semavi Eyice | |
| |
Doğum tarixi | 9 dekabr 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 28 may 2018 (95 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Türkiyə |
Milliyyəti | türk |
Həyat yoldaşı | Səfiyə Kamran Əyicə |
Elm sahələri | incəsənət, Bizans dövrü tarixçisi |
İş yeri | |
Təhsili | İstanbul Universiteti |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Bizans və Osmanlı incəsənəti ilə bağlı araşdırmaları ilə tanınan alimdir. Məqalələri, ensiklopedik məqalə və araşdırmaları mindən çox kitabda çap olunmuş Əyicə Bizans incəsənətinin Türkiyədə tanınmasında böyük rol oynamışdır.
O, "İstanbul aşiqi" kimi tanınır. Onun İstanbulun itirilmiş tarixi abidələri ilə bağlı məqalələri bu mövzuda ən mühüm araşdırma mənbəyidir. Mədəni və Təbii İrsin Qorunması üzrə Ali Şuradakı vəzifəsi sayəsində bir çox tarixi binanı dağılmaqdan xilas edib; O, xilas edə bilmədiklərinin də qeydə alınmasını təmin edib.
İstanbulun tarixi abidələri ilə bağlı araşdırmaları ilə yanaşı, Balkan ölkələrində Tavr dağlarındakı arxeoloji ərazilər və Osmanlı abidələri ilə bağlı araşdırmaları vardır.
Həyatı
Səmavi Əyicə, 1922-ci ildə İstanbulda anadan olub. Amasranın köklü dənizçi ailələrindən olan Əyicəoğullarına mənsubdur. Atası dəniz zabiti Kamil Əyicə, anası isə Amasranın tanınmış zadəganı Hacı İbrahim bəyin qızı Xədicə Əyicədir.
İstanbuldakı Saint Lui ibtidai məktəbində başlayan ibtidai təhsilini başqa bir fransız məktəbi olan Saint Jozefdə davam etdirdi. Daha sonra Qalatasaray liseyinə keçən, Səmavi Əyicə 1943-cü ildə oranı bitirib. Onun qədim əsərlərə marağı ibtidai məktəb illərində başlayıb. O, asudə vaxtı və tətillərini İstanbulda gəzməyə sərf edirdi.
Onun ilk məqaləsi 1949-cu ildə Rəşad Əkrəm Qoçu tərəfindən nəşr olunan İstanbul Ensiklopediyasında dərc olunub.Fatehin Çərşəmbə səmtindəki Hirami Əhməd Paşa məscidi ilə bağlı bu ilk yazısından sonra bir çox məqalələr yazaraq ensiklopediyaya öz töhfəsini verib.
Alfons Mariya Şneyder ilə görüşdükdən sonra onun dəvəti ilə Bizans incəsənəti və arxeologiyasını öyrənmək üçün Göttingenə getdi. O, İkinci Dünya müharibəsi illərində Vyana və Berlin Universitetlərində Bizans tarixini öyrənmişdi. Berlinin işğalı gündəmə gələndə isə Türkiyəyə qayıtmalı olur. Professor Ernst Diezlə birlikdə İstanbul minarələri mövzusunda tezis hazırlamış və 1948-ci ildə İstanbul Universiteti, Ədəbiyyat fakültəsinin "Sənət tarixi" bölməsini bitirmişdir. O, bu tezisi ilə “Türk-Osmanlı minarələrinin, eləcə də ətraflı araşdırmalara ehtiyacı olan Misir, Məğrib və İran minarələrinin əhəmiyyətli olduğunu” ön plana çıxarıb. Bu araşdırma ilə o, məscidləri sökülsə də, o dövrdə hələ də qalan bir çox minarələri müəyyən etmiş və bu gün heç bir izi qalmayan bir çox tikilini qeydə almışdı.
1950-1953-cü illərdə Arif Müfid Mansel tərəfindən aparılan Sidə qazıntılarında iştirak etmiş Eyicə, 1952-ci ildə "Sidə Bizans dövrü binaları" mövzusundakı dissertasiya işini tamamlamışdır. 1954-cü ildə Kamran Yalğınla ailə quran Əyicənin bu evlilikdən iki qızı var. 1955-ci ildə "İstanbulda so dövr Bizans memarlığı" adlı kitabı ilə dosent elmi adını almışdır. Həmin il o, Fransa hökuməti tərəfindən təltif edilmişdir.
1958-ci ildə həyat yoldaşı ilə Münxen Lüdviq-Maksimilian Universitetinə gedən Əyicə, Humboldt təqaüdünü qazandı və 13 ay dərslərdə iştirak etdi. Burada qaldığı müddətdə boş vaxtlarını kitab toplamağa həsr edib.
1959-cu ildə İstanbul Universiteti "İncəsənət tarixi" kafedrasındakı işinə qayıtdı və Bizans tarixindən mühazirələr oxumağa başladı. 1963-cü ildə Ədəbiyyat fakültəsində "Bizans" kafedrası adlanan yeni kafedra yaradıldı. 1964-cü ildə “Erkən Osmanlı Dövrünün Dini-İctimai Qurumu: Zaviyələr” elmi işi ilə professor olan Əyicə "Bizans" kafedrasında çalışmışdır. 1982-ci ildə Bizans kafedrası digərləri ilə birləşdirilərək "Arxeologiya və İncəsənət tarixi" kafedrası yaradıldıqdan sonra o, kafedra müdiri vəzifəsinə təyin edilib. İstanbulda tarixi əsərlərlə bağlı araşdırmaları ilə yanaşı, Tavr dağları xarabalıqlarında arxeoloji tədqiqatlar aparmış, Balkan ölkələrində türk əsərlərini tədqiq və tərtib etmişdir. Almaniya, Fransa və İsveçrənin müxtəlif universitetlərində mühazirələr, dünyanın bir çox yerində konfranslar verən Əyicə 1991-ci ildə təqaüdə çıxdı.
Akademik fəaliyyəti ilə yanaşı, 1958-1997-ci illər arasında 38 il Mədəni və Təbii İrsin Qorunması üzrə Ali Şurada çalışmışdı. 1997-ci ildə isə “Taksim məscidini təsdiq etmədiyi üçün” Mədəni və Təbii İrsin Qorunması üzrə Ali Şuradan çıxarılıb.
Onun 30.000 kitabdan ibarət kitabxanasında İstanbul və Bizansla bağlı qiymətli kitablar vardır. Onun kitabxanasını İstanbul Araşdırma İnstitutunun Bizans Araşdırmaları Bölməsi və Səmavi Əyicə Kitabxanası bölməsində görmək (Təpəbaşındakı Suna və İnan Kıraç Vəqfi İstanbul Araşdırma İnstitutu).
Alman Arxeologiya İnstitutunun həqiqi üzvü və Belçika Kral Akademiyasının üzvüdür. Tarixçi 2011-ci ildə sənət tarixi sahəsində Respublika Ali Mədəniyyət və İncəsənət mükafatına layiq görülüb, eyni zamanda Türkiyə Elmlər Akademiyasının Elm mükafatı laureatıdır.
Yaradıcılığı haqqında bəzi qeydlər
Tarixçi, Amsterdamdakı Rijksmuseum inventarında 1970-ci illərə qədər Hələb şəhərini təsvir etdiyi düşünülən rəsmin, 1970-ci ildə Türk Tarix Qurumu tərəfindən təşkil edilən konfranda Ankaranı təsvir etdiyini açıqladı. Adı "Ankara mənzərəsi" olaraq yenilənən əsər Ankara şəhərşünaslığına töhfə verə biləcək çox əhəmiyyətli bir sənəd olaraq qəbul edilib.
Ölümü
Səmavi Əyicə 28 may 2018-ci ildə müalicə aldığı Maltepe Universiteti Tibb Fakültəsi Təhsil və Araşdırma Xəstəxanasında orqan çatışmazlığından 95 yaşında vəfat edib. Onun nəşi, 30 may 2018-ci il tarixində qılınan cənazə namazından sonra Fateh məscidi qəbiristanlığında torpağa verilib.
Əsərləri
- İstanbul minarələri
- Son dövr Bizans memarlığı
- Qalata və Qülləsi
- Amasra tarixi ve Qədim əsərlər toplusu
- Bizans dövründə Boğaziçi
- Qədim İstanbuldan qeydlər
- Tarix boyunca İstanbul
- Atatürk ve Pietro Kanonika
- Bursa
- Fotolarda Fateh abidələri (M.Tunay-B.Tanman ilə)
- İstanbul Petit Qayd
- İstanbul: arzular şəhəri
- Qaradağ ve Qaraman ətrafında arxeoloji araşdırmalar
- Səmavi Əyicə hədiyyəsi:İstanbul yazıları.
Haqqındakı əsərlər
- Səma Doğan-Yasəmən Akçaoğlu, Səmavi Əyicə Biblioqrafiyası - 86 Yaşa Hədiyyə-, İstanbul 2009.
- Yasəmən Akçaoğlu, Səmavi Əyicə Türk İncəsənət və Tarixinə Töhfələri ilə', Marmara Universiteti, Türkologiya İnstitutu, Magistr dissertasiyası, İstanbul 2005.
- Səlim Efe Ərdəm, Səmavi Əyicə Kitabı, İstanbulun Yaşayan Əfsanəsi-İstanbul 2014-Timaş nəşriyyatı
İstinadlar
- "İstanbul Büyükşehir Belediyesi Vefat Bilgisi Sorgulama". 3 Ağustos 2020 tarixində . İstifadə tarixi: 8 Eylül 2022.
- "İstanbul Büyükşehir Belediyesi Mezar Yeri Sorgulama". 16 Şubat 2022 tarixində . İstifadə tarixi: 8 Eylül 2022.
- "KAMURAN EYİCE HÜRRİYET VEFAT İLANI". 11 Eylül 2022 tarixində .
- "30 Mayıs 2018 Hürriyet Gazetesinde Yayınlanmış Vefat İlanları Sayfası". 1 Ekim 2020 tarixində .
- "Fatih Güldal, Şehre ve sanat tarihine adanmiş bir ömür: Semavi Eyice, Din ve Hayat Dergisi, Sayı 9, Yıl 2010" (PDF). 12 Mart 2014 tarixində (PDF).
- "Gökhan Tok, Sanat Tarihinden Tarih, Bizanstan Osmanlıya, Bilimden Kültüre Semavi Eyice, Bilim Teknik Dergisi, Sayı:353, Nisan 1997" (PDF). 23 Eylül 2015 tarixində (PDF). İstifadə tarixi: 12 Mart 2014.
- "90 Yıllık Çınar, İstanbul Büyükşehir Belediyesi Kültür A.Ş. Yayınları Hatırat Serisi, Erişim tarihi:12.03.2014" (PDF). 13 Mart 2014 tarixində (PDF).
- "Arşivlenmiş kopya". 18 Haziran 2016 tarixində .
- "Arxivlənmiş surət". 2014-03-12 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "Kütüphane ve Arşiv, İstanbul Araştırmaları Enstitüsü web sitesi Erişim tarihi:12.*3.2013". 2014-03-08 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "4 isme 4 büyük ödül". milliyet.com internet sitesi. 30 Ekim 2011. 2014-03-12 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "Prof. Dr. Semavi EYiCE" (Türkçe). Türkiye Bilimler Akademisi resmi sitesi. 2016-03-07 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "Ankara Manzarası Tablosu". 11 Aralık 2020 tarixində . İstifadə tarixi: 30 Mayıs 2021.
- "Prof. Dr. Semavi Eyice vefat etti". AA. 29 Mayıs 2018 tarixində .
- "Semavi Eyice ve Osman Çataklı son yolculuğuna uğurlandı". CNN Türk. (#archive_missing_date) tarixində .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mustafa Semavi Eyice turk Semavi Eyice 9 dekabr 1922 Kadikoy Istanbul ili 28 may 2018 Istanbul Turk incesenet tarixcisi tarix medeniyyet din elm siyaset ve iqtisadiyyat da daxil olmaqla demek olar ki her sahede Bizans imperiyasini arasdirmis elm adami Semavi Eyiceturk Mustafa Semavi EyiceAmasradaki Semavi Eyice relyefi Dogum tarixi 9 dekabr 1922 1922 12 09 Dogum yeri Kadikoy Istanbul ili TurkiyeVefat tarixi 28 may 2018 2018 05 28 95 yasinda Vefat yeri Istanbul Istanbul ili TurkiyeVetendasligi TurkiyeMilliyyeti turkHeyat yoldasi Sefiye Kamran EyiceElm saheleri incesenet Bizans dovru tarixcisiIs yeri Istanbul UniversitetiTehsili Istanbul UniversitetiMukafatlari Fexri legion ordeni Vikianbarda elaqeli mediafayllar Bizans ve Osmanli inceseneti ile bagli arasdirmalari ile taninan alimdir Meqaleleri ensiklopedik meqale ve arasdirmalari minden cox kitabda cap olunmus Eyice Bizans incesenetinin Turkiyede taninmasinda boyuk rol oynamisdir O Istanbul asiqi kimi taninir Onun Istanbulun itirilmis tarixi abideleri ile bagli meqaleleri bu movzuda en muhum arasdirma menbeyidir Medeni ve Tebii Irsin Qorunmasi uzre Ali Suradaki vezifesi sayesinde bir cox tarixi binani dagilmaqdan xilas edib O xilas ede bilmediklerinin de qeyde alinmasini temin edib Istanbulun tarixi abideleri ile bagli arasdirmalari ile yanasi Balkan olkelerinde Tavr daglarindaki arxeoloji eraziler ve Osmanli abideleri ile bagli arasdirmalari vardir HeyatiSemavi Eyice 1922 ci ilde Istanbulda anadan olub Amasranin koklu denizci ailelerinden olan Eyiceogullarina mensubdur Atasi deniz zabiti Kamil Eyice anasi ise Amasranin taninmis zadegani Haci Ibrahim beyin qizi Xedice Eyicedir Istanbuldaki Saint Lui ibtidai mektebinde baslayan ibtidai tehsilini basqa bir fransiz mektebi olan Saint Jozefde davam etdirdi Daha sonra Qalatasaray liseyine kecen Semavi Eyice 1943 cu ilde orani bitirib Onun qedim eserlere maragi ibtidai mekteb illerinde baslayib O asude vaxti ve tetillerini Istanbulda gezmeye serf edirdi Onun ilk meqalesi 1949 cu ilde Resad Ekrem Qocu terefinden nesr olunan Istanbul Ensiklopediyasinda derc olunub Fatehin Cersembe semtindeki Hirami Ehmed Pasa mescidi ile bagli bu ilk yazisindan sonra bir cox meqaleler yazaraq ensiklopediyaya oz tohfesini verib Alfons Mariya Sneyder ile gorusdukden sonra onun deveti ile Bizans inceseneti ve arxeologiyasini oyrenmek ucun Gottingene getdi O Ikinci Dunya muharibesi illerinde Vyana ve Berlin Universitetlerinde Bizans tarixini oyrenmisdi Berlinin isgali gundeme gelende ise Turkiyeye qayitmali olur Professor Ernst Diezle birlikde Istanbul minareleri movzusunda tezis hazirlamis ve 1948 ci ilde Istanbul Universiteti Edebiyyat fakultesinin Senet tarixi bolmesini bitirmisdir O bu tezisi ile Turk Osmanli minarelerinin elece de etrafli arasdirmalara ehtiyaci olan Misir Megrib ve Iran minarelerinin ehemiyyetli oldugunu on plana cixarib Bu arasdirma ile o mescidleri sokulse de o dovrde hele de qalan bir cox minareleri mueyyen etmis ve bu gun hec bir izi qalmayan bir cox tikilini qeyde almisdi 1950 1953 cu illerde Arif Mufid Mansel terefinden aparilan Side qazintilarinda istirak etmis Eyice 1952 ci ilde Side Bizans dovru binalari movzusundaki dissertasiya isini tamamlamisdir 1954 cu ilde Kamran Yalginla aile quran Eyicenin bu evlilikden iki qizi var 1955 ci ilde Istanbulda so dovr Bizans memarligi adli kitabi ile dosent elmi adini almisdir Hemin il o Fransa hokumeti terefinden Fexri legion ordeni teltif edilmisdir 1958 ci ilde heyat yoldasi ile Munxen Ludviq Maksimilian Universitetine geden Eyice Humboldt teqaudunu qazandi ve 13 ay derslerde istirak etdi Burada qaldigi muddetde bos vaxtlarini kitab toplamaga hesr edib 1959 cu ilde Istanbul Universiteti Incesenet tarixi kafedrasindaki isine qayitdi ve Bizans tarixinden muhazireler oxumaga basladi 1963 cu ilde Edebiyyat fakultesinde Bizans kafedrasi adlanan yeni kafedra yaradildi 1964 cu ilde Erken Osmanli Dovrunun Dini Ictimai Qurumu Zaviyeler elmi isi ile professor olan Eyice Bizans kafedrasinda calismisdir 1982 ci ilde Bizans kafedrasi digerleri ile birlesdirilerek Arxeologiya ve Incesenet tarixi kafedrasi yaradildiqdan sonra o kafedra mudiri vezifesine teyin edilib Istanbulda tarixi eserlerle bagli arasdirmalari ile yanasi Tavr daglari xarabaliqlarinda arxeoloji tedqiqatlar aparmis Balkan olkelerinde turk eserlerini tedqiq ve tertib etmisdir Almaniya Fransa ve Isvecrenin muxtelif universitetlerinde muhazireler dunyanin bir cox yerinde konfranslar veren Eyice 1991 ci ilde teqaude cixdi Akademik fealiyyeti ile yanasi 1958 1997 ci iller arasinda 38 il Medeni ve Tebii Irsin Qorunmasi uzre Ali Surada calismisdi 1997 ci ilde ise Taksim mescidini tesdiq etmediyi ucun Medeni ve Tebii Irsin Qorunmasi uzre Ali Suradan cixarilib Onun 30 000 kitabdan ibaret kitabxanasinda Istanbul ve Bizansla bagli qiymetli kitablar vardir Onun kitabxanasini Istanbul Arasdirma Institutunun Bizans Arasdirmalari Bolmesi ve Semavi Eyice Kitabxanasi bolmesinde gormek Tepebasindaki Suna ve Inan Kirac Veqfi Istanbul Arasdirma Institutu Alman Arxeologiya Institutunun heqiqi uzvu ve Belcika Kral Akademiyasinin uzvudur Tarixci 2011 ci ilde senet tarixi sahesinde Respublika Ali Medeniyyet ve Incesenet mukafatina layiq gorulub eyni zamanda Turkiye Elmler Akademiyasinin Elm mukafati laureatidir Yaradiciligi haqqinda bezi qeydler Tarixci Amsterdamdaki Rijksmuseum inventarinda 1970 ci illere qeder Heleb seherini tesvir etdiyi dusunulen resmin 1970 ci ilde Turk Tarix Qurumu terefinden teskil edilen konfranda Ankarani tesvir etdiyini aciqladi Adi Ankara menzeresi olaraq yenilenen eser Ankara sehersunasligina tohfe vere bilecek cox ehemiyyetli bir sened olaraq qebul edilib OlumuSemavi Eyicenin qebri Semavi Eyice 28 may 2018 ci ilde mualice aldigi Maltepe Universiteti Tibb Fakultesi Tehsil ve Arasdirma Xestexanasinda orqan catismazligindan 95 yasinda vefat edib Onun nesi 30 may 2018 ci il tarixinde qilinan cenaze namazindan sonra Fateh mescidi qebiristanliginda torpaga verilib EserleriIstanbul minareleri Son dovr Bizans memarligi Qalata ve Qullesi Amasra tarixi ve Qedim eserler toplusu Bizans dovrunde Bogazici Qedim Istanbuldan qeydler Tarix boyunca Istanbul Ataturk ve Pietro Kanonika Bursa Fotolarda Fateh abideleri M Tunay B Tanman ile Istanbul Petit Qayd Istanbul arzular seheri Qaradag ve Qaraman etrafinda arxeoloji arasdirmalar Semavi Eyice hediyyesi Istanbul yazilari Haqqindaki eserlerSema Dogan Yasemen Akcaoglu Semavi Eyice Biblioqrafiyasi 86 Yasa Hediyye Istanbul 2009 Yasemen Akcaoglu Semavi Eyice Turk Incesenet ve Tarixine Tohfeleri ile Marmara Universiteti Turkologiya Institutu Magistr dissertasiyasi Istanbul 2005 Selim Efe Erdem Semavi Eyice Kitabi Istanbulun Yasayan Efsanesi Istanbul 2014 Timas nesriyyatiIstinadlar Istanbul Buyuksehir Belediyesi Vefat Bilgisi Sorgulama 3 Agustos 2020 tarixinde Istifade tarixi 8 Eylul 2022 Istanbul Buyuksehir Belediyesi Mezar Yeri Sorgulama 16 Subat 2022 tarixinde Istifade tarixi 8 Eylul 2022 KAMURAN EYICE HURRIYET VEFAT ILANI 11 Eylul 2022 tarixinde 30 Mayis 2018 Hurriyet Gazetesinde Yayinlanmis Vefat Ilanlari Sayfasi 1 Ekim 2020 tarixinde Fatih Guldal Sehre ve sanat tarihine adanmis bir omur Semavi Eyice Din ve Hayat Dergisi Sayi 9 Yil 2010 PDF 12 Mart 2014 tarixinde PDF Gokhan Tok Sanat Tarihinden Tarih Bizanstan Osmanliya Bilimden Kulture Semavi Eyice Bilim Teknik Dergisi Sayi 353 Nisan 1997 PDF 23 Eylul 2015 tarixinde PDF Istifade tarixi 12 Mart 2014 90 Yillik Cinar Istanbul Buyuksehir Belediyesi Kultur A S Yayinlari Hatirat Serisi Erisim tarihi 12 03 2014 PDF 13 Mart 2014 tarixinde PDF Arsivlenmis kopya 18 Haziran 2016 tarixinde Arxivlenmis suret 2014 03 12 tarixinde Istifade tarixi 2024 04 03 Kutuphane ve Arsiv Istanbul Arastirmalari Enstitusu web sitesi Erisim tarihi 12 3 2013 2014 03 08 tarixinde Istifade tarixi 2024 04 03 4 isme 4 buyuk odul milliyet com internet sitesi 30 Ekim 2011 2014 03 12 tarixinde Istifade tarixi 2024 04 03 Prof Dr Semavi EYiCE Turkce Turkiye Bilimler Akademisi resmi sitesi 2016 03 07 tarixinde Istifade tarixi 2024 04 03 Ankara Manzarasi Tablosu 11 Aralik 2020 tarixinde Istifade tarixi 30 Mayis 2021 Prof Dr Semavi Eyice vefat etti AA 29 Mayis 2018 tarixinde Semavi Eyice ve Osman Catakli son yolculuguna ugurlandi CNN Turk archive missing date tarixinde