Rəşid bəy Əfəndiyev və ya Rəşid bəy Əfəndizadə (24 may (5 iyun) 1863, Nuxa, Nuxa qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 31 avqust 1942, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan maarif xadimi, yazıçı, etnoqraf, müəllim və metodist.
Rəşid bəy Əfəndiyev | |
---|---|
Doğum tarixi | 24 may (5 iyun) 1863 |
Doğum yeri | |
Vəfat tarixi | 31 avqust 1942(79 yaşında) |
Vəfat yeri | |
Uşağı | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, pedaqoq, etnoqraf |
Əsərlərinin dili | azərbaycanca |
Janrlar | lirik, dramatik |
İlk əsəri | "Qan ocağı" pyesi |
Rəşid bəy Əfəndiyev Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyat və fəaliyyəti
Rəşid bəy İsmayıl oğlu Əfəndizadə 1863-cü ildə Şəki şəhərində ruhani ailəsində anadan olmuşdular. O, ibtidai təhsilini Cümə məscidində yerləşən mollaxanada, Əbdürrəzzaq Tahirzadə adlı bir müəllimdən almışdır. 1873-cü ildə məscid məktəbini bitirib, təhsilini rus dilində əvvəl qəza məktəbində, sonra şəhər məktəbində davam etdirmişdir.O Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasını, sonralar Qori seminariyasında dramaturqun digər komediyalarını tamaşaya qoymuş, eyni zamanda baş rolları ifa etmişdir. R. Əfəndiyev hələ XIX əsrin 80-ci illərində Qori müəllimlər seminariyasında oxuyarkən dram ilə maraqlanmış, ilk "Qan ocağı" pyesini yazıb məktəb səhnəsində tamaşaya qoymuşdur.
O, Mirzə Fətəli Axundovdan sonra ilk dramaturqlardan hesab edilir. Bu əsərinin müvəffəqiyyətindən ruhlanan müəllif sonralar da ardıcıl olaraq bədii yaradıcılıqla məşğul olmuşdur. On il Qutqaşendə müəllimlik etdiyi, 8 il Tiflis dini işlər idarəsində katib müavini vəzifəsində çalışdığı və nəhayət, 16 il Qori seminariyasında müəllim olduğu zamanlarda heç vaxt yazıçılıqdan uzaqlaşmamış, xüsusilə təlim-tərbiyəyə aid səhnə əsərləri yazmağa səy etmişdir. Rəşid bəy Azərbaycanın məşhur və çalışqan müəllimlərindən idi. Ömrünü məktəb, tərbiyə işinə, dərs kitablarının, uşaqların marağını oxşayan pyeslərin yaranmasına sərf etmişdir. Onun "Uşaq bağçası" adlı əlifba kitabı və "Bəsirətül-ətfal" adlı qiraət kitabı Azərbaycanda şöhrət qazanmış ilk dərs kitablarındandır. O, dəfələrlə İstanbula gedir, düzəltdiyi dərs kitablarını min zəhmət ilə çap etdirirdi.
Bununla yanaşı, səhnə əsərləri yazır, bunların birinci növbədə məktəb səhnələrində qoyulmasını təşkil edir, hətta şəxsən artist kimi iştirak edirdi. Rəşid bəyin "Qan ocağı"ndan başqa, "Saqqalın kəraməti", "Qonşu-qonşu olsa, kor qız ərə yox getmirdər"1, "Pul dəlisi", "Bir saç telin qiyməti", "Tiflis səfirləri", "Diş ağrısı", "Təbiətdə əhvali-məişət" adlı dramları vardır.
Rəşid bəy elmi, maarifi, məktəbi təbliğ edən bir sıra mənzumələr yazmış, rus klassiklərindən (Puşkin, Lermontov, ) dərs kitablarına münasib parçalar seçib tərcümə etmişdir. Eləcə də farscadan "Rüstəm və Söhrab" əhvalatını (Firdovsidən), "Cam" adlı mənzuməsini (Şillerdən) tərcümə etmişdir. Rəşid bəy istər şeir tərcümələrində və istərsə müasir mövzularda yazdığı şeirlərində klassik şeir üslubu və yolu ilə genişdir. Hətta Şilleri də Firdovsinin işlətdiyi vəzndə, mütəqarib ilə tərcümə etmişdir. Rəşid bəy Əfəndiyevin ədəbi və bədii əhəmiyyəti olan əsərləri, demək olar ki, ən çox pyesləridir, xüsusilə əsrimizin əvvəllərində yazılan komediyalarıdır.
Bu məzhəkələr nəinki üslub etibarilə, həm də mövzu etibarilə bir silsilə və bir vəhdət təşkil edən əsərlərdir. Bunların hamısında köhnə dünya, köhnə məişət, köhnə zehniyyət təsvir olunur. Əgər "Qan ocağı"nda bir ailə içərisindəki nifaq, fəsad, ədavət, köhnə ailənin çürük bünövrəsi, məktəbə olan cahil və vəhşi əlaqələr göstərilir və ailəyə dəhşətli bir ad: "Qan ocağı" adı verilirsə, "Qonşu-qonşu olsa, kor qız ərə gedər" adlı komediyasında qadın alqı-satqısı, qadınların hüquqsuzluğu və gülünc evlənmək qaydaları təsvir olunur.
Geniş yaradıcılıq diapazonuna malik pedaqoq olan Rəşid bəy Əfəndizadə iki hissədən ibarət "Müxtəsər şəriət" dərsliyinin də müəllifidir. O, etnoqrafiya ("Nuxada evlənmək adətləri", "Qəbələ mahalı", "Qutqaşen kəndi haqqında bir neçə məlumat" və s.), ədəbiyyatşünaslıq ("Azərbaycan türklərinə məxsus ədəbiyyat", "Azərbaycan ədəbiyyatı nümunələri", "Lev Nikolayeviç Tolstoy", həmçinin "Seyid Əzim Şirvani" və s.) sahəsində də fəaliyyət göstərmişdir. R.Əfəndizadə Azərbaycan xalq əfsanə və rəvayətləri , adət və ənənələri, eləcə də barədə, xalq sənətkarlığı, coğrafiya və təbabətə aid məlumatlar toplayıb , "Сборник материалов для описания местностей и племён Кавказа" məcmuəsində çap etdirmişdir. Əfəndizadə 1924-cü ildə Azərbaycanın Birinci Ölkəşünaslıq Qurultayının nümayəndəsi və Etnoqrafiya Cəmiyyəti Şəki şöbəsinin elmi katibi seçilmişdir. 1942-ci avqustun 31- də Rəşid bəy Əfəndizadə Şəkidə vəfat etmişdir.
Hal-hazırda Şəki şəhərində ev muzeyi fəaliyyət göstərir.
Yaradıcılığı
Dərslikləri
Bəsirət-ül-ətfal
Kitab üç babdan, yəni üç hissədən ibarətdir. Birinci hissə hər bir dərsdən ibarət olan kiçik hekayələrdir ki, bunların da bəzisi nəzm, bəzisi isə nəsr ilə verilmişdir. Kitabın "Azərbaycan ədəbiyyatı nümunələri" adlanan ikinci hissəsi iki yarımbaşlıqdan ibarətdir. Birinci yarımbaşlıq "Ədəbiyyat" xüsusunda bir para məlumat adlanır. Kitabın ən yaxşı cəhətlərindən biri də budur ki, uşaqlara yazı nümunələri yazının nəsr və nəzm növlərinə-məktub, təbriknamə, dəvətnamə, təziyənamə (başsağlığı) yazmaq qaydasına aid nümunələr, izahlar, şərhlər verilmişdir. Dərsliyin üçüncü hissəsi müsəlman uşaqları üçün təlim və tərbiyə vəzifələrinin ən vacib hesab etdiyi dini qaydalara aiddir. "Hər bir şəxsə xaliqini bilmək fərzdir",-deyən müəllif yazır ki, "Xalq özü hər yerdə iştirak edir və müşahidə edir", insanın hər bir əməlini görür. Odur ki, gərək insan uşaqlıq dövründə "dini-İslam" kəmalınca bilsin. Kitabda həmçinin Azərbaycan ədəbiyyatının klassiklərinin bəzilərinin əsərlərindən nümunələr vermişdir. Azərbaycanın klassik şairlərindən M.Füzuli və S.Ə.Şirvanidən bir sıra parçalar verməklə yanaşı, böyük rus şairlərindən İ.A.Krılovun "Ayna və meymun", "Kəndli və ilan", "Qurd və pişik", A.S.Puşkinin "Kaftar", "Torçu və balıq", "Hal anası", "Bağçasaray fontanı"və.s. hekayə və şeirlərinin tərcüməsi də kitabda yer almışdır. Bu şeir, hekayə və rəvayətlərdə vətənin təbiətini sevmək, xalqın məişətini bilmək, məktəbə getmək, elm öyrənmək və s. ön planda qoyulmuşdur. Kitabda kənd təsərüfatı, təbiət və coğrafiyaya aid bir sıra məlumatlar da verilmişdir.
Uşaq bağçası
Kitabın üz qabığında kitabın adı - "Uşaq bağçası. Məktəblərdə oxunmalı türk-qiraət kitabıdır". Müəllifi: Zaqafqas Darül-müəlliminin müsəlman şöbəsinin elmi-ilahi və lisan müəllimi Rəşid bəy Əfəndizadə. Kitabın arxasında rus dilində - "Ушаг Бахчаси. (Татарская азбучная книга.) Одобрена Кавказскими Учебными Округами для употребления во всех правительственных и частных учебных заведениях, в которых преподается татарский язык. (Решид-беку Эфендиеву - Вероучитель Закавказской учительской Семинарии). Тифлис. Типография "Культура". 1912". Kitab 112 səhfədirdir. Müəllif bu kitabda savad təlimi, oxu texnikasını inkişaf etdirmək məsələləri ilə yanaşı, həm də uşaqların tərbiyə edilməsinə, əxlaqına təsir etməyə xüsusi fikir vermişdir: "Müsəlman millətinin tərbiyeyi-əxlaqına və məlumati-nafiəsinə xidmət edici tazə bir kitabdır".
Ədəbi əsərləri
Qonşu-qonşu olsa, kor qız ərə gedər
Bu əsərdə müəllif maraqlı, həm də təbii əhvalat qurmuşdur. Sövdəgər Qaçay bəy şəhərə çox gəlib gedir. Karvansaralarda, qonaq yerində rahatlıq görmür, evlənmək, burada da bir arvad saxlamaq istəyir. El içində məşhur olan dəllal qadın Cici xanım işə düşür. Zərbəli bəyin qocalmış, çirkin, heç kəsin tamah salmadığı qızı Sonanı ona ərə vermək fikrinə düşür. Qonşu qız Dilbəri göstərib Sonanı ərə vernmək fikrinə düşür. Qonşu qız Dilbəri göstərib Sonanı verirlər. Qaçay bəy aldanır və xərci hədər gedir. Bu əsərdə Sonadan da, Qaçay bəydən də canlı verilmiş surət Mələk arvaddır. Belə qadınlar hamının, varlının da, yoxsulun da, böyüyün də, kiçiyin də evinə məhrəm olan, hər yerə yol tapan, zirək, hiyləgər, lotu, macəraçı qadınlar keçmişdə Azərbaycanın şəhər və kəndlərində məclis, mərəkə axtarırdılar. Təzə xəbəri, ya toy, ya vay xəbərini bu qadınlar bilərdilər.
Xüsusilə kənardan gəlmələr, qız almağa, ya oğlan evləndirməyə gələnlər belə qadınlar üçün yağlı bir şikar kimi mənfəətli müştəri olardılar. Mələk də belə tiplərdəndir. Qaçay bəyə tor quran da, ondan xələt və peşkəş alan da Mələk olur. Qaçay bəy puluna, malına güvənən, heç bir ehtiyacı olmayan, qoçusifət bir mülkədardır. Onu aldatmaq hər adamın hünəri deyil, Mələk də buna cəsarət etməzdi. Ancaq Zərbəli bəyin qızı Sona üçün olan xeyir işdə heç bir qorxu ola bilməz. Çünki qızın qardaşı hər barədə Qaçay bəydən artıq adamdır.
Əsərin ən qüvvətli cəhəti məişət, etnoqrafık səhnə və əlamətlərin zənginliyidir. Burada verilən bayatılar, atalar sözü və məsəllərin çoxu ehtimal ki, birinci dəfədir ədəbiyyata, kitaba düşür. Bu parçalarda milli kolorit, adət, ənənə, qədim qaydalar bütün əlvanlığı ilə görünməkdədir. Bu əlvanlığı tiplərin dilinə də aid etmək olar.
Rəşid bəy, xüsusilə mükalimələrdə həddən artıq çılpaqlığa, biədəb ifadələrdən geniş istifadəyə imkan verir. Mələk arvadın danışıqları tamam ədəb və nəzakət dairəsindən kənardır. Müəllif bunlarla guya etnoqrafıya, məişət əlaqələrini yazıya köçürmək istəyir. Halbuki, bunlar əsərin naturalist meyllərini daha da qəlizləşdirir, qüvvətləndirir.
Saqqalın kəraməti
"Saqqalın kəraməti"ndə ruhanilərin fırıldaqlarından bəhs olunur. Göyçay çölündə yağışa düşən bir dəstə sövdəgər daldalanmağa yer axtarırlar. Heç kəsin bu yaxınlarda qonaq yeri yoxdur. Çünki, bu yerlərin əhalisi tərəkəmə, köçəri camaatıdır, deməli oturub məskən salmırlar.
Çarvadarların deməyinə görə bu yerin əhalisi ancaq molla, seyid və mərsiyəxanlara hörmət edib qonaq saxlarlar. Qərara gəlirlər ki, sövdəgər Hacı Söhrabı uzun saqqalına, qiyafəsinə görə molla qələmə versinlər və onun sayəsində bir qonaq yeri tapsınlar. Bu "vəzifə" Hacı Söhrab üçün çətin olsa da, razılıq verir. Gəldikləri kəndli evində isə sanki "molla"nı çoxdan gözləyirmişlər. Kənd mollası ilə deyişmə təklif edirlər. Kənd mollası Qulaməli ilə sövdəgər Hacı Söhrab üz-üzə gəlib deyişməli olur.
Bu əsərdə də müəllif gülünc vəziyyət yarada bilmişdir. Adamlar bu vəziyyətdən çıxmaq üçün təlaş edib çarə aradıqda isə daha gülünc olurlar. Bu mənada ancaq iki surət Hacı Söhrab və Molla Qulaməli seçilir, komediyanın mərkəzində durarlar. Ancaq əvvəlki pyeslər haqqındakı fıkri burada da təkrar etməyə məcburuq. Çünki hər gülməli əhvalat və hətta gülməli vəziyyət mühüm ictimai hadisəyə toxunmur, həyatda çox rast gəlinən maraqlı və gülməli bir əhvalatı göstərməklə kifayətlənən müəllif komediyanın ictimai məna tərəfinə lazımi diqqət yetirməmişdir.
Bu pyeslər oxucu və tamaşaçıya ağızlarda gəzən yüzlərlə maraqlı lətifələrin buraxdığı təsirdən artıq heç nə vermir və verə bilməz. Çünki bu hadisə yalnız sövdəgərlərin deyil, məmurların da başına gələ bilər, yalnız Göyçayda deyil, Xaçmazda da baş verə bilər. Burada canlı insanlar, tamamlanmış xarakterlər olmadığından əhvalat Bədii əsər səviyyəsinə qalxmır. Bu əhvalat bir dərəcəyə qədər Haqverdiyevin "Acından təbib" hekayəsini xatırladır. Orada müəllif iki yarpaqlıq bir yumor ilə kifayətləndiyi halda, Rəşid bəy Əfəndiyev burada bunu bir komediya mövzusu və materialı etmişdir.
Arvad məsələsi
"Arvad məsələsi". Müəllifi: Zaqafqas Darül-müəlliminin müsəlman şöbəsinin elmi-ilahi və lisan (dil) müəllimi Rəşid bəy Əfəndizadə. Qafqaz canişinliyinin mətbəəsində nəşr olunur. 48 səhifədir, Tiflis, 1914-cü il. Kitabda qadınlara aid dini, tərbiyəvi mövzular və bəzi şeir nümunələri və kitabın sonunda rus şairi A. Puşkinin "Qafqaz" və "Suya qərq olan" şeirləri çap olunmuşdur.
Əsərləri
- Qan ocağı. Tiflis: "Kəşkül" mətbəəsi, 1885;
- Uşaq bağçası. İstanbul: Yuvanaki Penayotis mətbəəsi, 1898;
- Bəsirətül-ətfal. Bakı: Quberniya idarəsinin mətbəəsi, 1901;
- Qan ocağı. Tiflis: Məhəmməd ağa Şahtaxtinski mətbəəsi, 1904 (ikinci çapı);
- Uşaq bağçası. İstanbul, 1904 (ikinci çapı);
- Şahnameyi-Firdovsidən ata və oğul. "" hekayəsi. (Ruscadan mütərcimi: Rəşid bəy Əfəndizadə). Tiflis "Qeyrət" mətbəəsi, 1906;
- Bəsirətül-ətfal. İstanbul, 1907 (ikinci çapı);
- Uşaq bağçası. Tiflis, 1907 (üçüncü çapı);
- Saqqalın kəraməti. Tiflis: Qafqaz canişininin dəftərxanası mətbəəsi, 1909;
- Müxtəsər şəriət. I cild. Nuxa: "Mədəniyyət" mətbəəsi, 1910;
- Müxtəsər şəriət. II cild. Tiflis: "Kultura" mətbəəsi, 1910;
- Uşaq bağçası. Tiflis: "Kultura" mətbəəsi, 1912 (dördüncü çapı);
- Arvad məsələsi. Tiflis: Qafqaz canişininin dəftərxanası mətbəəsi, 1912;
- Qonşu qonşu olsa, kor qız ərə gedər. Bakı: "Kultura" mətbəəsi, 1912;
- Saqqalın kəraməti. Nuxa: Həsən Mustafayev mətbəəsi, 1913 (ikinci çapı);
- Pul dəlisi. Bakı, 1918;
- Nuxa qəzasında olan asari-ətiqələr haqqında. Bakı: "Qızıl Şərq" mətbəəsi, 1928;
- Dram əsərləri. Bakı: ADU Nəşriyyatı, 1961;
- Seçilmiş əsərləri. Bakı: Gənclik, 1979;
- Saqqalın kəraməti // Pyeslər (toplayan və tərtib edən D.Məmmədova). Bakı: Gənclik, 1984;
- Durna. Özün rənglə. Bakı: Gənclik, 1992;
- Şəki vilayətində kümdarlıq peşəsinin tarixi ipəkçilik sənayesi və ticarəti haqqında. Bakı: Nafta-press, 2006;
- Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2006;
- Saqqalın kəraməti // Azərbaycan dramaturgiyası antologiyası. Dörd cilddə. 1 Cild. Bakı: Şərq-Qərb, 2007;
- Uşaq bağçası (transliterasiya və faksimile). Bakı: ABU, 2010;
- Nuxa qəzasında olan asari ətiqələr haqqında. Bakı: Azərbaycan Turizm və Menecment Universiteti, 2017;
- Məktəbə dəvət. Bakı: TEAS Press, 2018;
- Bəsirətül-ətfal. Bakı: Elm və təhsil, 2019.
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası. / red. M. Kərimov Bakı: Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi. C. 7. S. 218.
- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддə]. Бакы: Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 1976. C. 4. S. 245. 6265 s.
- Rəşid bəy Əfəndizadə // Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX–XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002. — səh. 317–327.
- ƏФƏНДИJЕВ Рəшид бəj // Азәрбајҹан Совет Енсиклопедијасы. 10 ҹилддә. Баш редактор Ҹ.Б. Гулијев. IV ҹилд. сәһ. 245–246
- Ağaməmməd Abdullayev. Azərbaycan dilinin tədrisi tarixindən. Bakı: Maarif, 1966, səh. 108
- Əsədova Nüşabə. "Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu". IV Respublika elmi konfransının materialları. Milli Azərbaycan Tarixi Muzeyində qorunan eksponatlar Rəşid bəy İsmayıl oğlu Əfəndizadə və Məmməd bəy Əfəndiyevin həyat və yaradıcılığının öyrənilməsində mənbə kimi. Bakı, 2014. səh 46–48.
- "Günə doğru. Rəşid bəy Əfəndiyevin ev muzeyi" (az.). YouTube. 24.05.2016. 2022-03-31 tarixində . İstifadə tarixi: 2016-05-24.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediyada bu soyadli muxtelif adamlar haqqinda meqaleler var bax Efendiyev Resid bey Efendiyev ve ya Resid bey Efendizade 24 may 5 iyun 1863 Nuxa Nuxa qezasi Baki quberniyasi Rusiya imperiyasi 31 avqust 1942 Nuxa Nuxa rayonu Azerbaycan SSR SSRI Azerbaycan maarif xadimi yazici etnoqraf muellim ve metodist Resid bey EfendiyevDogum tarixi 24 may 5 iyun 1863Dogum yeri Nuxa Nuxa qezasi Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 31 avqust 1942 1942 08 31 79 yasinda Vefat yeri Nuxa Nuxa rayonu Azerbaycan SSR SSRIUsagi Memmed EfendiyevTehsili Nuxa qeza mektebi Zaqafqaziya Muellimler SeminariyasiFealiyyeti yazici pedaqoq etnoqrafEserlerinin dili azerbaycancaJanrlar lirik dramatikIlk eseri Qan ocagi pyesiResid bey Efendiyev Vikimenbede Vikianbarda elaqeli mediafayllarHeyat ve fealiyyetiResid bey Ismayil oglu Efendizade 1863 cu ilde Seki seherinde ruhani ailesinde anadan olmusdular O ibtidai tehsilini Cume mescidinde yerlesen mollaxanada Ebdurrezzaq Tahirzade adli bir muellimden almisdir 1873 cu ilde mescid mektebini bitirib tehsilini rus dilinde evvel qeza mektebinde sonra seher mektebinde davam etdirmisdir O Mirze Feteli Axundzadenin Haci Qara komediyasini sonralar Qori seminariyasinda dramaturqun diger komediyalarini tamasaya qoymus eyni zamanda bas rollari ifa etmisdir R Efendiyev hele XIX esrin 80 ci illerinde Qori muellimler seminariyasinda oxuyarken dram ile maraqlanmis ilk Qan ocagi pyesini yazib mekteb sehnesinde tamasaya qoymusdur O Mirze Feteli Axundovdan sonra ilk dramaturqlardan hesab edilir Bu eserinin muveffeqiyyetinden ruhlanan muellif sonralar da ardicil olaraq bedii yaradiciliqla mesgul olmusdur On il Qutqasende muellimlik etdiyi 8 il Tiflis dini isler idaresinde katib muavini vezifesinde calisdigi ve nehayet 16 il Qori seminariyasinda muellim oldugu zamanlarda hec vaxt yaziciliqdan uzaqlasmamis xususile telim terbiyeye aid sehne eserleri yazmaga sey etmisdir Resid bey Azerbaycanin meshur ve calisqan muellimlerinden idi Omrunu mekteb terbiye isine ders kitablarinin usaqlarin maragini oxsayan pyeslerin yaranmasina serf etmisdir Onun Usaq bagcasi adli elifba kitabi ve Besiretul etfal adli qiraet kitabi Azerbaycanda sohret qazanmis ilk ders kitablarindandir O defelerle Istanbula gedir duzeltdiyi ders kitablarini min zehmet ile cap etdirirdi Bununla yanasi sehne eserleri yazir bunlarin birinci novbede mekteb sehnelerinde qoyulmasini teskil edir hetta sexsen artist kimi istirak edirdi Resid beyin Qan ocagi ndan basqa Saqqalin kerameti Qonsu qonsu olsa kor qiz ere yox getmirder 1 Pul delisi Bir sac telin qiymeti Tiflis sefirleri Dis agrisi Tebietde ehvali meiset adli dramlari vardir Resid bey elmi maarifi mektebi teblig eden bir sira menzumeler yazmis rus klassiklerinden Puskin Lermontov ders kitablarina munasib parcalar secib tercume etmisdir Elece de farscadan Rustem ve Sohrab ehvalatini Firdovsiden Cam adli menzumesini Sillerden tercume etmisdir Resid bey ister seir tercumelerinde ve isterse muasir movzularda yazdigi seirlerinde klassik seir uslubu ve yolu ile genisdir Hetta Silleri de Firdovsinin isletdiyi veznde muteqarib ile tercume etmisdir Resid bey Efendiyevin edebi ve bedii ehemiyyeti olan eserleri demek olar ki en cox pyesleridir xususile esrimizin evvellerinde yazilan komediyalaridir Bu mezhekeler neinki uslub etibarile hem de movzu etibarile bir silsile ve bir vehdet teskil eden eserlerdir Bunlarin hamisinda kohne dunya kohne meiset kohne zehniyyet tesvir olunur Eger Qan ocagi nda bir aile icerisindeki nifaq fesad edavet kohne ailenin curuk bunovresi mektebe olan cahil ve vehsi elaqeler gosterilir ve aileye dehsetli bir ad Qan ocagi adi verilirse Qonsu qonsu olsa kor qiz ere geder adli komediyasinda qadin alqi satqisi qadinlarin huquqsuzlugu ve gulunc evlenmek qaydalari tesvir olunur Genis yaradiciliq diapazonuna malik pedaqoq olan Resid bey Efendizade iki hisseden ibaret Muxteser seriet dersliyinin de muellifidir O etnoqrafiya Nuxada evlenmek adetleri Qebele mahali Qutqasen kendi haqqinda bir nece melumat ve s edebiyyatsunasliq Azerbaycan turklerine mexsus edebiyyat Azerbaycan edebiyyati numuneleri Lev Nikolayevic Tolstoy hemcinin Seyid Ezim Sirvani ve s sahesinde de fealiyyet gostermisdir R Efendizade Azerbaycan xalq efsane ve revayetleri adet ve eneneleri elece de barede xalq senetkarligi cografiya ve tebabete aid melumatlar toplayib Sbornik materialov dlya opisaniya mestnostej i plemyon Kavkaza mecmuesinde cap etdirmisdir Efendizade 1924 cu ilde Azerbaycanin Birinci Olkesunasliq Qurultayinin numayendesi ve Etnoqrafiya Cemiyyeti Seki sobesinin elmi katibi secilmisdir 1942 ci avqustun 31 de Resid bey Efendizade Sekide vefat etmisdir Hal hazirda Seki seherinde ev muzeyi fealiyyet gosterir YaradiciligiDerslikleri Besiret ul etfal Kitab uc babdan yeni uc hisseden ibaretdir Birinci hisse her bir dersden ibaret olan kicik hekayelerdir ki bunlarin da bezisi nezm bezisi ise nesr ile verilmisdir Kitabin Azerbaycan edebiyyati numuneleri adlanan ikinci hissesi iki yarimbasliqdan ibaretdir Birinci yarimbasliq Edebiyyat xususunda bir para melumat adlanir Kitabin en yaxsi cehetlerinden biri de budur ki usaqlara yazi numuneleri yazinin nesr ve nezm novlerine mektub tebrikname devetname teziyename bassagligi yazmaq qaydasina aid numuneler izahlar serhler verilmisdir Dersliyin ucuncu hissesi muselman usaqlari ucun telim ve terbiye vezifelerinin en vacib hesab etdiyi dini qaydalara aiddir Her bir sexse xaliqini bilmek ferzdir deyen muellif yazir ki Xalq ozu her yerde istirak edir ve musahide edir insanin her bir emelini gorur Odur ki gerek insan usaqliq dovrunde dini Islam kemalinca bilsin Kitabda hemcinin Azerbaycan edebiyyatinin klassiklerinin bezilerinin eserlerinden numuneler vermisdir Azerbaycanin klassik sairlerinden M Fuzuli ve S E Sirvaniden bir sira parcalar vermekle yanasi boyuk rus sairlerinden I A Krilovun Ayna ve meymun Kendli ve ilan Qurd ve pisik A S Puskinin Kaftar Torcu ve baliq Hal anasi Bagcasaray fontani ve s hekaye ve seirlerinin tercumesi de kitabda yer almisdir Bu seir hekaye ve revayetlerde vetenin tebietini sevmek xalqin meisetini bilmek mektebe getmek elm oyrenmek ve s on planda qoyulmusdur Kitabda kend teserufati tebiet ve cografiyaya aid bir sira melumatlar da verilmisdir Usaq bagcasi Usaq bagcasi 1912 Kitabin uz qabiginda kitabin adi Usaq bagcasi Mekteblerde oxunmali turk qiraet kitabidir Muellifi Zaqafqas Darul muelliminin muselman sobesinin elmi ilahi ve lisan muellimi Resid bey Efendizade Kitabin arxasinda rus dilinde Ushag Bahchasi Tatarskaya azbuchnaya kniga Odobrena Kavkazskimi Uchebnymi Okrugami dlya upotrebleniya vo vseh pravitelstvennyh i chastnyh uchebnyh zavedeniyah v kotoryh prepodaetsya tatarskij yazyk Reshid beku Efendievu Verouchitel Zakavkazskoj uchitelskoj Seminarii Tiflis Tipografiya Kultura 1912 Kitab 112 sehfedirdir Muellif bu kitabda savad telimi oxu texnikasini inkisaf etdirmek meseleleri ile yanasi hem de usaqlarin terbiye edilmesine exlaqina tesir etmeye xususi fikir vermisdir Muselman milletinin terbiyeyi exlaqina ve melumati nafiesine xidmet edici taze bir kitabdir Edebi eserleri Qonsu qonsu olsa kor qiz ere geder Bu eserde muellif maraqli hem de tebii ehvalat qurmusdur Sovdeger Qacay bey sehere cox gelib gedir Karvansaralarda qonaq yerinde rahatliq gormur evlenmek burada da bir arvad saxlamaq isteyir El icinde meshur olan dellal qadin Cici xanim ise dusur Zerbeli beyin qocalmis cirkin hec kesin tamah salmadigi qizi Sonani ona ere vermek fikrine dusur Qonsu qiz Dilberi gosterib Sonani ere vernmek fikrine dusur Qonsu qiz Dilberi gosterib Sonani verirler Qacay bey aldanir ve xerci heder gedir Bu eserde Sonadan da Qacay beyden de canli verilmis suret Melek arvaddir Bele qadinlar haminin varlinin da yoxsulun da boyuyun de kiciyin de evine mehrem olan her yere yol tapan zirek hiyleger lotu maceraci qadinlar kecmisde Azerbaycanin seher ve kendlerinde meclis mereke axtarirdilar Teze xeberi ya toy ya vay xeberini bu qadinlar bilerdiler Xususile kenardan gelmeler qiz almaga ya oglan evlendirmeye gelenler bele qadinlar ucun yagli bir sikar kimi menfeetli musteri olardilar Melek de bele tiplerdendir Qacay beye tor quran da ondan xelet ve peskes alan da Melek olur Qacay bey puluna malina guvenen hec bir ehtiyaci olmayan qocusifet bir mulkedardir Onu aldatmaq her adamin huneri deyil Melek de buna cesaret etmezdi Ancaq Zerbeli beyin qizi Sona ucun olan xeyir isde hec bir qorxu ola bilmez Cunki qizin qardasi her barede Qacay beyden artiq adamdir Eserin en quvvetli ceheti meiset etnoqrafik sehne ve elametlerin zenginliyidir Burada verilen bayatilar atalar sozu ve mesellerin coxu ehtimal ki birinci defedir edebiyyata kitaba dusur Bu parcalarda milli kolorit adet enene qedim qaydalar butun elvanligi ile gorunmekdedir Bu elvanligi tiplerin diline de aid etmek olar Resid bey xususile mukalimelerde hedden artiq cilpaqliga biedeb ifadelerden genis istifadeye imkan verir Melek arvadin danisiqlari tamam edeb ve nezaket dairesinden kenardir Muellif bunlarla guya etnoqrafiya meiset elaqelerini yaziya kocurmek isteyir Halbuki bunlar eserin naturalist meyllerini daha da qelizlesdirir quvvetlendirir Saqqalin kerameti Saqqalin kerameti nde ruhanilerin firildaqlarindan behs olunur Goycay colunde yagisa dusen bir deste sovdeger daldalanmaga yer axtarirlar Hec kesin bu yaxinlarda qonaq yeri yoxdur Cunki bu yerlerin ehalisi terekeme koceri camaatidir demeli oturub mesken salmirlar Carvadarlarin demeyine gore bu yerin ehalisi ancaq molla seyid ve mersiyexanlara hormet edib qonaq saxlarlar Qerara gelirler ki sovdeger Haci Sohrabi uzun saqqalina qiyafesine gore molla qeleme versinler ve onun sayesinde bir qonaq yeri tapsinlar Bu vezife Haci Sohrab ucun cetin olsa da raziliq verir Geldikleri kendli evinde ise sanki molla ni coxdan gozleyirmisler Kend mollasi ile deyisme teklif edirler Kend mollasi Qulameli ile sovdeger Haci Sohrab uz uze gelib deyismeli olur Bu eserde de muellif gulunc veziyyet yarada bilmisdir Adamlar bu veziyyetden cixmaq ucun telas edib care aradiqda ise daha gulunc olurlar Bu menada ancaq iki suret Haci Sohrab ve Molla Qulameli secilir komediyanin merkezinde durarlar Ancaq evvelki pyesler haqqindaki fikri burada da tekrar etmeye mecburuq Cunki her gulmeli ehvalat ve hetta gulmeli veziyyet muhum ictimai hadiseye toxunmur heyatda cox rast gelinen maraqli ve gulmeli bir ehvalati gostermekle kifayetlenen muellif komediyanin ictimai mena terefine lazimi diqqet yetirmemisdir Bu pyesler oxucu ve tamasaciya agizlarda gezen yuzlerle maraqli letifelerin buraxdigi tesirden artiq hec ne vermir ve vere bilmez Cunki bu hadise yalniz sovdegerlerin deyil memurlarin da basina gele biler yalniz Goycayda deyil Xacmazda da bas vere biler Burada canli insanlar tamamlanmis xarakterler olmadigindan ehvalat Bedii eser seviyyesine qalxmir Bu ehvalat bir dereceye qeder Haqverdiyevin Acindan tebib hekayesini xatirladir Orada muellif iki yarpaqliq bir yumor ile kifayetlendiyi halda Resid bey Efendiyev burada bunu bir komediya movzusu ve materiali etmisdir Arvad meselesi Arvad meselesi Muellifi Zaqafqas Darul muelliminin muselman sobesinin elmi ilahi ve lisan dil muellimi Resid bey Efendizade Qafqaz canisinliyinin metbeesinde nesr olunur 48 sehifedir Tiflis 1914 cu il Kitabda qadinlara aid dini terbiyevi movzular ve bezi seir numuneleri ve kitabin sonunda rus sairi A Puskinin Qafqaz ve Suya qerq olan seirleri cap olunmusdur EserleriQan ocagi Tiflis Keskul metbeesi 1885 Usaq bagcasi Istanbul Yuvanaki Penayotis metbeesi 1898 Besiretul etfal Baki Quberniya idaresinin metbeesi 1901 Qan ocagi Tiflis Mehemmed aga Sahtaxtinski metbeesi 1904 ikinci capi Usaq bagcasi Istanbul 1904 ikinci capi Sahnameyi Firdovsiden ata ve ogul hekayesi Ruscadan mutercimi Resid bey Efendizade Tiflis Qeyret metbeesi 1906 Besiretul etfal Istanbul 1907 ikinci capi Usaq bagcasi Tiflis 1907 ucuncu capi Saqqalin kerameti Tiflis Qafqaz canisininin defterxanasi metbeesi 1909 Muxteser seriet I cild Nuxa Medeniyyet metbeesi 1910 Muxteser seriet II cild Tiflis Kultura metbeesi 1910 Usaq bagcasi Tiflis Kultura metbeesi 1912 dorduncu capi Arvad meselesi Tiflis Qafqaz canisininin defterxanasi metbeesi 1912 Qonsu qonsu olsa kor qiz ere geder Baki Kultura metbeesi 1912 Saqqalin kerameti Nuxa Hesen Mustafayev metbeesi 1913 ikinci capi Pul delisi Baki 1918 Nuxa qezasinda olan asari etiqeler haqqinda Baki Qizil Serq metbeesi 1928 Dram eserleri Baki ADU Nesriyyati 1961 Secilmis eserleri Baki Genclik 1979 Saqqalin kerameti Pyesler toplayan ve tertib eden D Memmedova Baki Genclik 1984 Durna Ozun rengle Baki Genclik 1992 Seki vilayetinde kumdarliq pesesinin tarixi ipekcilik senayesi ve ticareti haqqinda Baki Nafta press 2006 Secilmis eserleri Baki Serq Qerb 2006 Saqqalin kerameti Azerbaycan dramaturgiyasi antologiyasi Dord cildde 1 Cild Baki Serq Qerb 2007 Usaq bagcasi transliterasiya ve faksimile Baki ABU 2010 Nuxa qezasinda olan asari etiqeler haqqinda Baki Azerbaycan Turizm ve Menecment Universiteti 2017 Mektebe devet Baki TEAS Press 2018 Besiretul etfal Baki Elm ve tehsil 2019 IstinadlarAzerbaycan Milli Ensiklopediyasi red M Kerimov Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi C 7 S 218 Azәrbaјҹan Sovet Ensiklopediјasy 10 ҹildde Baky Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 1976 C 4 S 245 6265 s Resid bey Efendizade Azerbaycan usaq edebiyyati muntexebati XIX XX esrler Uc cildde II cild Baki Nasir 2002 seh 317 327 EFENDIJEV Reshid bej Azәrbaјҹan Sovet Ensiklopediјasy 10 ҹilddә Bash redaktor Ҹ B Guliјev IV ҹild sәһ 245 246 Agamemmed Abdullayev Azerbaycan dilinin tedrisi tarixinden Baki Maarif 1966 seh 108 Esedova Nusabe Azerbaycan tarixinin oyrenilmesinde muzeylerin rolu IV Respublika elmi konfransinin materiallari Milli Azerbaycan Tarixi Muzeyinde qorunan eksponatlar Resid bey Ismayil oglu Efendizade ve Memmed bey Efendiyevin heyat ve yaradiciliginin oyrenilmesinde menbe kimi Baki 2014 seh 46 48 Gune dogru Resid bey Efendiyevin ev muzeyi az YouTube 24 05 2016 2022 03 31 tarixinde Istifade tarixi 2016 05 24