Bu məqaləni lazımdır. |
Qavril Romanoviç Derjavin (3 (14) iyul 1743, Sokurı[d], Kazan quberniyası, Rusiya imperiyası – 8 (20) iyul 1816) — Əslən tatar türklərindən olan Rusiya dövlət xadimi, şair.
Qavril Derjavin | |
---|---|
Doğum tarixi | 3 (14) iyul 1743 |
Doğum yeri |
|
Vəfat tarixi | 8 (20) iyul 1816(73 yaşında) |
Dəfn yeri |
|
Fəaliyyəti | dilçi, şair, yazıçı |
Əsərlərinin dili | rus dili |
Janr | poeziya |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İmperatriça II Yekaterinanın stats-sekretarı, senator, sonra imperator Pavelin zamanında Ali sovetin üzvü, dövlət xəzinədarı, imperator I Aleksandr dövründə Ədliyyə naziri olan böyük rus şairi Derjavin istər öz bioqrafları, istər digər tarixçilər tərəfindən tatar bəyi Baqrım Mirzənin varisi sayılır. Atası Böyük Pyotr dövründə orduda xidmətə başlamış və çarın öz alayında döyüşlərə girmişdi. Sonralar da öz qohumu olan bir qızla evlənmişdi. Atası özünün beş qardaşı arasında bölünmüş bir mirasa sahib idi. Ailənin ilk uşağı müqəddəs Qavriil (Cəbrayıl) günündə doğulduğundan adını Qavriil qoydular.
Pyotrun qızı hakimiyyətinin ilk ili idi; bu qədim tatar məskəni üsyan alovları içində yanırdı. Tarix boyunca tatar vətəni olan bu yerlər: Volqa sahilləri və torpaqlar sürətlə ruslaşdırılır, görünməmiş vüsətlə bərəkətli Or çölləri köçürülmələrlə məskunlaşdırılırdı. Burada rus hərb qalaları kimi Orsk və Orenburq (hər ikisi Or çayı üstündə salınıb) tikilib möhkəmləndirilir, yeni müstəmləkələri itaətdə saxlamaqda olan istilaçı hərbi qüvvələri mühafizə edir. Yerli xalqların zorla xristianlaşdırmağa və müstəmləkəçilik zülmünə qarşı çıxışlarını amansızlıqla yatırdan çar hökuməti üsyanı qan içində boğmaqla susdururdu. Yada salaq ki, Puşkinin "" əsərində qalanın komendantı Puqaçov üsyanının ilk çağlarındaca əsir düşmüş başqırdla görüşərkən dili, ağız-burnu kəsilmiş bu keçmiş qiyamçını görüb 20-25 il qabaqkı üsyanı xatırlayır.
İndi istila olunmuş bu yerlərə ruslarla bir gələn alman kolonizatorları (Ana tərəfdən Alman zadəganları ilə qohum olan Romanovlar onları yeni əldə olunmuş torpaqları istifadə etmək üçün dəvət edirdilər) içində bir müəllim Derjavinə Orenburqda alman dilini mükəmməl öyrədir. Fransız dilinin Rusiyanın kübar dairələrini fəth etməyinə hələ var idi. Hələ ki, Pyotrun səcdə və təbliğ etdiyi alman dili və üstün nüfuza malik idi.
Beləliklə, şair əvvəl ev tərbiyəsi almış, daha sonra gimnaziyada təlim-tərbiyə görmüşdü. 1760-cı ildə Mühəndis məktəbinə yazılmış, Volqa üstündə qədim Bulqar şəhərinin xarabalıqlarının tədqiqi ilə məşğul olmuşdu. Bu işlə yüksək saray əyam, elm-maarif fədaisi İvan Şuvalov özü maraqlanırdı. Derjavinin tərtib etdiyi sənədləri – Volqaboyu şəhərlərin, o cümlədən Çeboksar tatar şəhərinin planının, relyef və bəzəməsi çox bəyənilmişdi. Şuvalov özü çariça Yelizaveta Petrovnanın sevimlisi idi; yalnız elə Rusiyada deyil, bütün Avropada savadı ilə ad qazanmışdı.
Volqa Bulqarıstanın qədim paytaxtı olan bu çiçəklənən, abad Bulqar şəhəri 1431-ci ildə qəsbkar qoşunları tərəfindən dağıdılıb tənəzzülə uğramışdı. Xarabalıqlar belə şəhərin bir vaxt mövcud olan ehtişamını çatdırmaqdadır. Derjavinin görə bildiyi böyük minarə çox sonralar – 1841-ci ildə dağılmışdı.
Gənc Derjavin ona tapşırılan bu işdə səy və çalışqanlığına görə qvardiyaya poruçik keçirilmiş, Peterburqa gəlmiş, saray çevrilişinin iştirakçısı olmuş, həmin gün ağ atlı, amazonka libaslı Yekaterinanı görmüşdü. Təxminən 20 il sonra həyat onları daha sıx yaxınlaşdıracaq. O, Yekaterinadan böyük lütv və ehsan görəcək, özü isə onu gah öyəcək, gah öyrədəcək, gah da məzəmmət edəcəkdi. Özü çox savadlı və ağıllı olan imperatriça Derjavinin ağlına, düşüncəsinə valeh idi. Öz fikirlərini ustalıqla Yekaterinaya çatdırıb, onun düşüncəsinə təsir edə bilirdi. Onun haqqında "Hökmdarın Horatsisi" deyəcəkdilər. Bu etibar və sədaqət haqqında lətifələr yaranacaqdı. Guya bu soyadı – Derjavin "tutub saxlayan" sözündəndir, məhz özündən qızışıb çıxan hökmdarın qabağını almağı bacardığı üçün qazanıb. Bu uydurma olsa da həqiqətin özü idi; dövlətin bütün işlərini öz əlindən keçirən Yekaterinanın bütün iş günü qaynar, çılğın bir atmosferdə keçirdi, heç nə onun diqqətindən yayına bilməzdi.
Baqrım Mirzənin nəvəsi şahanə şerləri və türksayağı qəlbə girmə bacarığı, səmimiyyəti ilə yüksək rütbəli saray əyanı olacaqdı. Hətta imperatorun iqamətgahı Qış Sarayında öz dairəsində yaşayacaqdı. Bu rütbəni ona nə hərb şücaəti və nailiyyətləri, nə də var-dövləti yox, yalnız söz-ilahi söz qazandıracaqdı.
Amma o vaxta hələ çox vardı. Mənhus kasıblıq, ardınca atasının ölümü, özünün yetimlik qəhri uzun zaman onu xoşbəxtlikdən və firavan həyatdan uzaq saxlamaqda idi.
Atası xidmət vaxtı daha gənc ikən at təpiyindən ağır zədə almışdı. Bu zədə onu qəbrə vaxtsız apardı. Atası öləndə evdə 15 manatları belə yox idi ki, borclarını qaytarsınlar; ana üç uşaqla tək qalmışdı. Onun köməksiz vəziyyətindən istifadə edən qonşular Derjavinlərə məxsus torpaqları da mənimsədilər. Dul, savadsız ana əlində uşaqları saatlarla qapılarda şikayətə dururdu; ədalət gözləyirdi. Uşaqların böyüyü gələcək şair idi. 10 yaşı vardı. Bu yaşda gördüyü bu alçaldıcı səhnələri ömrü boyu unuda bilmirdi. Bu türk oğlunda ədalətə hörmət o qədər güclü idi ki, çara (Pavelə) cavab da qaytarmışdı neçə şahidin qabağında ola-ola.
Derjavin necə olur olsun əli pula çatmaq, anasına kömək etmək istəyirdi. Bu gün isə hələlik həmin yol çətin yol idi. Derjavinin həvəslə "inqilab" adlandırdığı saray çevrilişi başa çatdı, "inqilabın" liderləri və onlara yaxın adamlar səxavətlə mükafatlandırıldı. O isə Moskvada yaşamalı idi. Qarovul xidməti aparırdı, unudulmuşdu, az qalmışdı postda duranda qar uçqununa yuvarlansın və ac itlər onu dağıtsın...
Amma asudə vaxtlarda və xüsusən gecələri çox oxuyurdu; öz-özünə bir məşğələ də tapılmışdı: əsgər arvadlarına məktub yazmaq. Bu mirzəliyi səbəbilə əsgər folklorunu öyrənirdi, sadə rus dilinin sözlərinə, sirlərinə bələd olurdu; istəyirdi ki, məktublar kəndə çatanda maraqla oxunsun. İyirmi yaşına çathaçatda idi. Puqaçov üsyanı alovlanarkən əlinə fürsət düşür; ucala bilər, əlinə vardövlət keçə bilərdi. Öz xahişi ilə döyüşə yazılır. Üsyanın yatırılmasında ən qızğın yerlərdə vuruşur, tərkibində olduğu korpusda fərqlənir, əlinə düşən üsyançıları dinməz-söyləməz asır; üsyanda isə iştirak edən tatarlar, mordvalılar, marilər, başqırdlar – onun soydaşları Yekaterinanın bu torpaqlara artan zülmünün qurbanları idi. Üsyan yatırılan kimi təltif olunur. Lakin Yekaterinanın mükafatı (300 təhkimli və torpaq) ürəyincə olmur, səxavətlə mükafatlandırılan başqa xoşbəxtlərə paxıllığı tutur. 1777-ci ildə saraya yaxınlaşır, bu dairədən olan bir qızla – gələcək çar Pavelin süd bacısı ilə evlənir. Bu qızın atası Bostidon familiyalı portuqaliyalı idi. Toyqabağı vəliəhd Pavellə də görüşür, xeyir-dua alır, yaxşı cehizə sahib olur. Üstəlik Rus-Türk müharibəsindən sonra Rusiyaya yeni keçən torpaqlar zadəganlara müftə paylanarkən Xerson quberniyasından təhkimlilərlə birlikdə 6000 desyatin bərəkətli torpaq əldə edir. İndi artıq 1000-dən çox təhkimlisi (bu say hər zaman yalnız kişilərin miqdarını göstərirdi) və çoxlu torpağı var idi.
"İsmayılın alınması münasibətilə Rusa lirik mahnı" mədhiyyəsində yüksək bəlağətlə: Yalnız sənin qartalın ayın qabağını kəsdi", – deyə qələbəni vəsf edir. Bu zaman qartal sözü ilə fateh Rusu, ay dedikdə bayrağı ay-ulduzlu Osmanlı dövlətini nəzərdə tuturdu. Həmçinin o vaxtın salonlarında, hökumət tədbirlərində himn kimi oxunan "Zəfər Şimşəyi çax!..." Şerində "" üzərindəki qələbə vəsf olunur. Türk hərb qalaları İsmayılın, Oçakovun alınması, general Valerian Zubovun 1796-cı ilin mayında Dərbəndi zəbt etməsi münasibətilə qalibiyyət şeirləri yazdığı kimi, Varşavanı qan içində boğub təslim etdirən Suvarova təntənəli mədhiyyə, II Yekaterinanın ölümünə elegiyasını yazdı.
Derjavin öz əslini-kökünü gözəlcə bilirdi. Şeirlərində bəzən zarafatla olsa da, özünü "Murza", "Baqrımın varisi" əsərlərini isə "tatar nəğmələri" adlandırırdı (39, I т, c.349); Kazanı isə bir ana qucağı kimi unuda bilmirdi; "Arfa" şeirində kazan-tatar motivləri riqqətlə yaradılmışdı.
İlk odalarını "Atillanın varisi, Ra çayının sakini" (Ra, Pha – Volqa çayının qədim adıdır, antik müəlliflərdə, o cümlədən, Ptolomeydə belə işlənib) kimi imzalayırdı. Ona şöhrət gətirən və üzünə bəxtin qapılarını açan – "Felitsa" odasının isə Moskvada məskunlaşan, lakin öz qulluq işləri ilə əlaqədar Peterburqda yaşayan Tatar Mirzəsi (şahzadəsi) tərəfindən yazıldığını göstərirdi. O bu adları bilərəkdən işlədirdi. Bunlar onun dövründə təbii idi: xristianlaşan və Moskvanı dolduran əsilzadə türklər – "yeni ruslar" adi hal idi.
Derjavinin müasiri olan şair və dramaturq V.V.Kapnist Felitsanın gözəl obrazını yaratdığına görə onu Rafael adlandırır və ona həsr etdiyi şerində "Mirza" deyə ona xitab edirdi.
Yekaterina özü də bədii yaradıcılıqla məşğul olur, jurnal buraxır, dram əsərləri, uşaqlar üçün hekayələr, şeirlər yazırdı. Elə çair kimi də hərəkət edirdi. Derjavinə göndərdiyi zərfi "Qırğız-qaysaq şahzadəsindən Mirzə Derjavinə" ünvanı ilə yollayır, üstü brilyantla bəzənmiş, içi pulla dolu tütünqabı hədiyyəsi ilə. İmperatriça Rusiya Akademiyasının ilk qadın prezidenti olan rəfiqəsi Yekaterina Daşkovaya "bu şeirləri oxuyub dəli kimi ağlayıram", – deyə elə ağlaya-ağlaya da etiraf edirdi.
O şairin yaratdığı şahzadə qızda – qırğız şahzadəsində özünü görüb tanımışdı. "Kim məni belə duya bilərdi?", – deyə göz yaşları tökürdü. Onun saysız məşuqları içində həqiqi məhəbbətlə sevdiyi gənc general Aleksandr Lanskoy müəmmalı şəkildə yenicə ölmüşdü. Söz gəzirdi ki, onu Yekaterinaya qısqananlar zəhərləmişlər.
Hökmdar dostluq etdiyi fransız yazıçısı və filosofu Qrimmə yazdığı (9 sentyabr 1784) intim məktubda kədər və xiffətdən əriyə-əriyə "artıq dörd aydır ki, otağımda güclə gəzirəm, heç kimi qəbul etmirəm və adam arasına çıxmıram, insanların, sadəcə görünüşləri belə məni çimçəşdirir və üzür", – deyə etiraf edirdi.
şer-mədhiyyə Y.Daşkovanın nəşr etdiyi "Sobesednik" jurnalında nəşr olunmuşdu. Yekaterinanı ağladan bu şeir müəllifinə elə əbədi şöhrət gətirir ki, Rusiya hələ buna bənzər nəyinsə şahidi olmamışdı.
Dahilərdən hansısa deyib ki, hökmdar öz dövrünü xarakterizə edir. Bu əsr elmə-maarifə güclü maraq və ehtiram əsri idi. Elə vaxt olmuşdu ki, çariça öz kabinet pulundan çatışmayan maaşları – məvacibləri ödəmişdi. Yekaterina şairin lirasına müharibələrdə gurlayan topların səsi qədər əhəmiyyət verir və qiymətləndirirdi. Alimlərə xüsusi qayğı ilə diqqət göstərən imperatriçanın həyat tarixçəsindən göründüyü kimi, Rusiya Elmlər Akademiyasının tədbirləri Yekaterinanı onun özünün şəxsi nailiyyətlərindən artıq maraqlandırırdı. Ətrafına topladığı, işlədiyi dövlət adamlarını savadına görə saraya cəlb etmişdi, yaltaqları paytaxtına belə buraxmırdı.
Böyük rus şairi A.S.Puşkin bədii yaradıcılığında Derjavindən müxtəlif münasibətlərlə bəhs etmişdi. "Fonvizinin kölgəsi" əsərində onu qırxıq tatar (britıy tatarin) deyə yad edir:
Şanlı Lomonosov Pinddə bir zaman,
Gördü ki, Rusda bir qarışıqlıq var.
Üzü-başı qırxıq tatar – nəğməkar,
Əlində lirası qaldırır tufan.
(tərcüməçi: Ə. Tələt)
Mühacirət illərində yazıçı İvan Buninin Fransada evində yaşamış ədib A.Baxrax xatirələrində yazır ki, Bunin birdən-birə mütaliəsini saxladı və əlində oxuduğu Derjavinin şeirlərində poetik ifadələrin gözəlliyinə heyran qalaraq vəcdlə çığırdı: Bir bax, gör bu tatar nə yazıb, daha gözəlini heç kəs yaza bilməz!..
Ədliyyə naziri işləyərkən onun şeirləri nə qədər gözəl olsa da və çox oxunsa da, zarafata salıb deyirdilər ki, Derjavin nazir olduğu üçün onu oxumağa məcburuq. Lakin əslində rus şeirinə dərin və canlı lirizm bəxş etmişdi bu böyük dövlət adamı. Yalnız o idi ki, ilk dəfə məişət sözlərinə belə şairanəlik və emosionallıq verib şeirə gətirmişdi.
Fəaliyyətinin böyük hissəsini Derjavinin yaradıcılığının toplanıb nəşr olunmasına, şərhinə sərf edən və bu yaradıcılığın bütövlüyünə çalışan, ömür həsr edən akademik Y.K.Qrot yazırdı ki, "çox az rus adamı olub ki, həm yaradıcılıqda, həm xidməti işində bu qədər səy göstərsin. Ona görə o həmişə tarixi sima olaraq tarixin özündə qalacaq". Romanovlar sülaləsindən bir-birinin ardınca üç imperator taxt-tacının yanında – yaxınında dayana bildi. Bəzən dilini saxlaya bilmir, kəskin, hikkəli bu dil ilə də çar sözünə ikiqat cavab verirdi. Ağlı başına gəldikdə peşman
olur, azacıq qorxuya düşür, lakin şairliyi köməyinə çatırdı. Hətta çar qəzəbini yatırda bilirdi.
Çalışqan, zəhmətsevər idi, düzlüyü, doğruçulluğu ilə ad çıxarmış və padşaha sədaqətli idi, ötkəm olsa da elə bunun üstündə Yekaterina Daşkova ilə getgedə soyuyan əlaqəsini 1793-cü ildə tamam kəsdi ki, onun Yekaterianın ünvanına söyüşlərini sinirə bilmirdi.
İstinadlar
- The Fine Art Archive. 2003.
- ДЕРЖАВИН // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Qavril Romanovic Derjavin 3 14 iyul 1743 Sokuri d Kazan quberniyasi Rusiya imperiyasi 8 20 iyul 1816 Eslen tatar turklerinden olan Rusiya dovlet xadimi sair Qavril DerjavinDogum tarixi 3 14 iyul 1743Dogum yeri Sokuri d Kazan quberniyasi Rusiya imperiyasiVefat tarixi 8 20 iyul 1816 73 yasinda Defn yeri Xutin monastri d Fealiyyeti dilci sair yaziciEserlerinin dili rus diliJanr poeziyaMukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiImperatrica II Yekaterinanin stats sekretari senator sonra imperator Pavelin zamaninda Ali sovetin uzvu dovlet xezinedari imperator I Aleksandr dovrunde Edliyye naziri olan boyuk rus sairi Derjavin ister oz bioqraflari ister diger tarixciler terefinden tatar beyi Baqrim Mirzenin varisi sayilir Atasi Boyuk Pyotr dovrunde orduda xidmete baslamis ve carin oz alayinda doyuslere girmisdi Sonralar da oz qohumu olan bir qizla evlenmisdi Atasi ozunun bes qardasi arasinda bolunmus bir mirasa sahib idi Ailenin ilk usagi muqeddes Qavriil Cebrayil gununde doguldugundan adini Qavriil qoydular Pyotrun qizi hakimiyyetinin ilk ili idi bu qedim tatar meskeni usyan alovlari icinde yanirdi Tarix boyunca tatar veteni olan bu yerler Volqa sahilleri ve torpaqlar suretle ruslasdirilir gorunmemis vusetle bereketli Or colleri kocurulmelerle meskunlasdirilirdi Burada rus herb qalalari kimi Orsk ve Orenburq her ikisi Or cayi ustunde salinib tikilib mohkemlendirilir yeni mustemlekeleri itaetde saxlamaqda olan istilaci herbi quvveleri muhafize edir Yerli xalqlarin zorla xristianlasdirmaga ve mustemlekecilik zulmune qarsi cixislarini amansizliqla yatirdan car hokumeti usyani qan icinde bogmaqla susdururdu Yada salaq ki Puskinin eserinde qalanin komendanti Puqacov usyaninin ilk caglarindaca esir dusmus basqirdla goruserken dili agiz burnu kesilmis bu kecmis qiyamcini gorub 20 25 il qabaqki usyani xatirlayir Indi istila olunmus bu yerlere ruslarla bir gelen alman kolonizatorlari Ana terefden Alman zadeganlari ile qohum olan Romanovlar onlari yeni elde olunmus torpaqlari istifade etmek ucun devet edirdiler icinde bir muellim Derjavine Orenburqda alman dilini mukemmel oyredir Fransiz dilinin Rusiyanin kubar dairelerini feth etmeyine hele var idi Hele ki Pyotrun secde ve teblig etdiyi alman dili ve ustun nufuza malik idi Belelikle sair evvel ev terbiyesi almis daha sonra gimnaziyada telim terbiye gormusdu 1760 ci ilde Muhendis mektebine yazilmis Volqa ustunde qedim Bulqar seherinin xarabaliqlarinin tedqiqi ile mesgul olmusdu Bu isle yuksek saray eyam elm maarif fedaisi Ivan Suvalov ozu maraqlanirdi Derjavinin tertib etdiyi senedleri Volqaboyu seherlerin o cumleden Ceboksar tatar seherinin planinin relyef ve bezemesi cox beyenilmisdi Suvalov ozu carica Yelizaveta Petrovnanin sevimlisi idi yalniz ele Rusiyada deyil butun Avropada savadi ile ad qazanmisdi Volqa Bulqaristanin qedim paytaxti olan bu ciceklenen abad Bulqar seheri 1431 ci ilde qesbkar qosunlari terefinden dagidilib tenezzule ugramisdi Xarabaliqlar bele seherin bir vaxt movcud olan ehtisamini catdirmaqdadir Derjavinin gore bildiyi boyuk minare cox sonralar 1841 ci ilde dagilmisdi Genc Derjavin ona tapsirilan bu isde sey ve calisqanligina gore qvardiyaya porucik kecirilmis Peterburqa gelmis saray cevrilisinin istirakcisi olmus hemin gun ag atli amazonka libasli Yekaterinani gormusdu Texminen 20 il sonra heyat onlari daha six yaxinlasdiracaq O Yekaterinadan boyuk lutv ve ehsan gorecek ozu ise onu gah oyecek gah oyredecek gah da mezemmet edecekdi Ozu cox savadli ve agilli olan imperatrica Derjavinin aglina dusuncesine valeh idi Oz fikirlerini ustaliqla Yekaterinaya catdirib onun dusuncesine tesir ede bilirdi Onun haqqinda Hokmdarin Horatsisi deyecekdiler Bu etibar ve sedaqet haqqinda letifeler yaranacaqdi Guya bu soyadi Derjavin tutub saxlayan sozundendir mehz ozunden qizisib cixan hokmdarin qabagini almagi bacardigi ucun qazanib Bu uydurma olsa da heqiqetin ozu idi dovletin butun islerini oz elinden keciren Yekaterinanin butun is gunu qaynar cilgin bir atmosferde kecirdi hec ne onun diqqetinden yayina bilmezdi Baqrim Mirzenin nevesi sahane serleri ve turksayagi qelbe girme bacarigi semimiyyeti ile yuksek rutbeli saray eyani olacaqdi Hetta imperatorun iqametgahi Qis Sarayinda oz dairesinde yasayacaqdi Bu rutbeni ona ne herb sucaeti ve nailiyyetleri ne de var dovleti yox yalniz soz ilahi soz qazandiracaqdi Amma o vaxta hele cox vardi Menhus kasibliq ardinca atasinin olumu ozunun yetimlik qehri uzun zaman onu xosbextlikden ve firavan heyatdan uzaq saxlamaqda idi Atasi xidmet vaxti daha genc iken at tepiyinden agir zede almisdi Bu zede onu qebre vaxtsiz apardi Atasi olende evde 15 manatlari bele yox idi ki borclarini qaytarsinlar ana uc usaqla tek qalmisdi Onun komeksiz veziyyetinden istifade eden qonsular Derjavinlere mexsus torpaqlari da menimsediler Dul savadsiz ana elinde usaqlari saatlarla qapilarda sikayete dururdu edalet gozleyirdi Usaqlarin boyuyu gelecek sair idi 10 yasi vardi Bu yasda gorduyu bu alcaldici sehneleri omru boyu unuda bilmirdi Bu turk oglunda edalete hormet o qeder guclu idi ki cara Pavele cavab da qaytarmisdi nece sahidin qabaginda ola ola Derjavin nece olur olsun eli pula catmaq anasina komek etmek isteyirdi Bu gun ise helelik hemin yol cetin yol idi Derjavinin hevesle inqilab adlandirdigi saray cevrilisi basa catdi inqilabin liderleri ve onlara yaxin adamlar sexavetle mukafatlandirildi O ise Moskvada yasamali idi Qarovul xidmeti aparirdi unudulmusdu az qalmisdi postda duranda qar ucqununa yuvarlansin ve ac itler onu dagitsin Amma asude vaxtlarda ve xususen geceleri cox oxuyurdu oz ozune bir mesgele de tapilmisdi esger arvadlarina mektub yazmaq Bu mirzeliyi sebebile esger folklorunu oyrenirdi sade rus dilinin sozlerine sirlerine beled olurdu isteyirdi ki mektublar kende catanda maraqla oxunsun Iyirmi yasina cathacatda idi Puqacov usyani alovlanarken eline furset dusur ucala biler eline vardovlet kece bilerdi Oz xahisi ile doyuse yazilir Usyanin yatirilmasinda en qizgin yerlerde vurusur terkibinde oldugu korpusda ferqlenir eline dusen usyancilari dinmez soylemez asir usyanda ise istirak eden tatarlar mordvalilar mariler basqirdlar onun soydaslari Yekaterinanin bu torpaqlara artan zulmunun qurbanlari idi Usyan yatirilan kimi teltif olunur Lakin Yekaterinanin mukafati 300 tehkimli ve torpaq ureyince olmur sexavetle mukafatlandirilan basqa xosbextlere paxilligi tutur 1777 ci ilde saraya yaxinlasir bu daireden olan bir qizla gelecek car Pavelin sud bacisi ile evlenir Bu qizin atasi Bostidon familiyali portuqaliyali idi Toyqabagi veliehd Pavelle de gorusur xeyir dua alir yaxsi cehize sahib olur Ustelik Rus Turk muharibesinden sonra Rusiyaya yeni kecen torpaqlar zadeganlara mufte paylanarken Xerson quberniyasindan tehkimlilerle birlikde 6000 desyatin bereketli torpaq elde edir Indi artiq 1000 den cox tehkimlisi bu say her zaman yalniz kisilerin miqdarini gosterirdi ve coxlu torpagi var idi Ismayilin alinmasi munasibetile Rusa lirik mahni medhiyyesinde yuksek belagetle Yalniz senin qartalin ayin qabagini kesdi deye qelebeni vesf edir Bu zaman qartal sozu ile fateh Rusu ay dedikde bayragi ay ulduzlu Osmanli dovletini nezerde tuturdu Hemcinin o vaxtin salonlarinda hokumet tedbirlerinde himn kimi oxunan Zefer Simseyi cax Serinde uzerindeki qelebe vesf olunur Turk herb qalalari Ismayilin Ocakovun alinmasi general Valerian Zubovun 1796 ci ilin mayinda Derbendi zebt etmesi munasibetile qalibiyyet seirleri yazdigi kimi Varsavani qan icinde bogub teslim etdiren Suvarova tenteneli medhiyye II Yekaterinanin olumune elegiyasini yazdi Derjavin oz eslini kokunu gozelce bilirdi Seirlerinde bezen zarafatla olsa da ozunu Murza Baqrimin varisi eserlerini ise tatar negmeleri adlandirirdi 39 I t c 349 Kazani ise bir ana qucagi kimi unuda bilmirdi Arfa seirinde kazan tatar motivleri riqqetle yaradilmisdi Ilk odalarini Atillanin varisi Ra cayinin sakini Ra Pha Volqa cayinin qedim adidir antik muelliflerde o cumleden Ptolomeyde bele islenib kimi imzalayirdi Ona sohret getiren ve uzune bextin qapilarini acan Felitsa odasinin ise Moskvada meskunlasan lakin oz qulluq isleri ile elaqedar Peterburqda yasayan Tatar Mirzesi sahzadesi terefinden yazildigini gosterirdi O bu adlari bilerekden isledirdi Bunlar onun dovrunde tebii idi xristianlasan ve Moskvani dolduran esilzade turkler yeni ruslar adi hal idi Derjavinin muasiri olan sair ve dramaturq V V Kapnist Felitsanin gozel obrazini yaratdigina gore onu Rafael adlandirir ve ona hesr etdiyi serinde Mirza deye ona xitab edirdi Yekaterina ozu de bedii yaradiciliqla mesgul olur jurnal buraxir dram eserleri usaqlar ucun hekayeler seirler yazirdi Ele cair kimi de hereket edirdi Derjavine gonderdiyi zerfi Qirgiz qaysaq sahzadesinden Mirze Derjavine unvani ile yollayir ustu brilyantla bezenmis ici pulla dolu tutunqabi hediyyesi ile Imperatrica Rusiya Akademiyasinin ilk qadin prezidenti olan refiqesi Yekaterina Daskovaya bu seirleri oxuyub deli kimi aglayiram deye ele aglaya aglaya da etiraf edirdi O sairin yaratdigi sahzade qizda qirgiz sahzadesinde ozunu gorub tanimisdi Kim meni bele duya bilerdi deye goz yaslari tokurdu Onun saysiz mesuqlari icinde heqiqi mehebbetle sevdiyi genc general Aleksandr Lanskoy muemmali sekilde yenice olmusdu Soz gezirdi ki onu Yekaterinaya qisqananlar zeherlemisler Hokmdar dostluq etdiyi fransiz yazicisi ve filosofu Qrimme yazdigi 9 sentyabr 1784 intim mektubda keder ve xiffetden eriye eriye artiq dord aydir ki otagimda gucle gezirem hec kimi qebul etmirem ve adam arasina cixmiram insanlarin sadece gorunusleri bele meni cimcesdirir ve uzur deye etiraf edirdi ser medhiyye Y Daskovanin nesr etdiyi Sobesednik jurnalinda nesr olunmusdu Yekaterinani agladan bu seir muellifine ele ebedi sohret getirir ki Rusiya hele buna benzer neyinse sahidi olmamisdi Dahilerden hansisa deyib ki hokmdar oz dovrunu xarakterize edir Bu esr elme maarife guclu maraq ve ehtiram esri idi Ele vaxt olmusdu ki carica oz kabinet pulundan catismayan maaslari mevacibleri odemisdi Yekaterina sairin lirasina muharibelerde gurlayan toplarin sesi qeder ehemiyyet verir ve qiymetlendirirdi Alimlere xususi qaygi ile diqqet gosteren imperatricanin heyat tarixcesinden gorunduyu kimi Rusiya Elmler Akademiyasinin tedbirleri Yekaterinani onun ozunun sexsi nailiyyetlerinden artiq maraqlandirirdi Etrafina topladigi islediyi dovlet adamlarini savadina gore saraya celb etmisdi yaltaqlari paytaxtina bele buraxmirdi Boyuk rus sairi A S Puskin bedii yaradiciliginda Derjavinden muxtelif munasibetlerle behs etmisdi Fonvizinin kolgesi eserinde onu qirxiq tatar britiy tatarin deye yad edir Sanli Lomonosov Pindde bir zaman Gordu ki Rusda bir qarisiqliq var Uzu basi qirxiq tatar negmekar Elinde lirasi qaldirir tufan tercumeci E Telet Muhaciret illerinde yazici Ivan Buninin Fransada evinde yasamis edib A Baxrax xatirelerinde yazir ki Bunin birden bire mutaliesini saxladi ve elinde oxudugu Derjavinin seirlerinde poetik ifadelerin gozelliyine heyran qalaraq vecdle cigirdi Bir bax gor bu tatar ne yazib daha gozelini hec kes yaza bilmez Edliyye naziri isleyerken onun seirleri ne qeder gozel olsa da ve cox oxunsa da zarafata salib deyirdiler ki Derjavin nazir oldugu ucun onu oxumaga mecburuq Lakin eslinde rus seirine derin ve canli lirizm bexs etmisdi bu boyuk dovlet adami Yalniz o idi ki ilk defe meiset sozlerine bele sairanelik ve emosionalliq verib seire getirmisdi Fealiyyetinin boyuk hissesini Derjavinin yaradiciliginin toplanib nesr olunmasina serhine serf eden ve bu yaradiciligin butovluyune calisan omur hesr eden akademik Y K Qrot yazirdi ki cox az rus adami olub ki hem yaradiciliqda hem xidmeti isinde bu qeder sey gostersin Ona gore o hemise tarixi sima olaraq tarixin ozunde qalacaq Romanovlar sulalesinden bir birinin ardinca uc imperator taxt tacinin yaninda yaxininda dayana bildi Bezen dilini saxlaya bilmir keskin hikkeli bu dil ile de car sozune ikiqat cavab verirdi Agli basina geldikde pesman olur azaciq qorxuya dusur lakin sairliyi komeyine catirdi Hetta car qezebini yatirda bilirdi Calisqan zehmetsever idi duzluyu dogrucullugu ile ad cixarmis ve padsaha sedaqetli idi otkem olsa da ele bunun ustunde Yekaterina Daskova ile getgede soyuyan elaqesini 1793 cu ilde tamam kesdi ki onun Yekaterianin unvanina soyuslerini sinire bilmirdi IstinadlarThe Fine Art Archive 2003 DERZhAVIN Bolshaya rossijskaya enciklopediya rus Moskva Bolshaya rossijskaya enciklopediya 2004