Qalina İosifovna Serebryakova (rus. Гали́на Ио́сифовна Серебряко́ва ; 7 (20) dekabr 1905, Kiyev – 30 iyun 1980, Moskva) — rus, sovet yazıçısı və jurnalisti, Karl Marks və Fridrix Engels haqqında romanların müəllifi.
Qalina Serebryakova | |
---|---|
Doğum tarixi | 7 (20) dekabr 1905 |
Doğum yeri | |
Vəfat tarixi | 30 iyun 1980 (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | yazıçı, jurnalist |
Fəaliyyət illəri | 1927-ci ildən |
Əsərlərinin dili | rus dili |
Janr | roman |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
Qalina Serebryakova 1905-ci ildə Kiyevdə inqilabçılar ailəsində anadan olub. Atası İosif Moiseyeviç Buk-Bek (1882–1936) zemstvo həkimi, Sovet dövründə daxili qoşunlarının siyasi şöbəsinin rəisi, Xarəzm Sovet Sosialist Respublikasında səlahiyyətli nümayəndə, A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinin direktoru (1933–1935), kurort trestinin direktoru olub. O, 1936-cı ildə güllələnib. Anası Bronislava Sigizmundovna Krasutskaya (Krasutskaya), partiya işçisi, inqilabdan sonra Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyasında və partiya orqanlarında işləyib. G. G. Tartykova-Sokolnikovanın yazdığına görə, o, Lublin fabrik sahibinin qızı idi və piano üzrə musiqi məktəbi bitirmişdi. Sonra Varşava Konservatoriyasında təhsil alıb: "Mən bir inqilabçı götürdüm — bütün bəşəriyyəti xoşbəxt etmək istəyən babam, onu özü ilə apardı. Onun atası, yəni mənim ulu babam qapını açıb dedi: "Çıx buradan!". Beləliklə, o, cehiz qaldı."
Qalina Serebryakova 1919-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. O, 1920–1925-ci illərdə Moskva Dövlət Universitetinin tibb fakültəsində təhsil alıb. Ancaq təhsilini başa vurduqdan sonra fərqli bir sahəyə, opera müğənniliyinə, sonra isə jurnalistikaya və ədəbiyyata üz tutub. Əvvəlcə yerli qəzetlərdə, sonra isə "Komsomolskaya pravda" qəzetində işləyib. Jurnalistika fəaliyyətinin ilk illərindən imzası ilə tanınan Qalina 1927–32-ci illərdə Çinə, Fransaya, İspaniyaya, İsveçə ezamiyyətlərə göndərilib, maraqlı yazıları ilə diqqəti cəlb edib. 1930–1932-ci illərdə Karl Marks haqqında yazacağı romana materiallar toplamaq üçün Qalina Serebryakova Kremlin xüsusi razılığı ilə Qərbi Avropaya səfər edib, Londonda yaşayıb.
Yaraşıqlı xarici görünüşü ilə Qalina Serebryakova çoxlarının diqqətini cəlb edib. Rəsmi tədbirlərdə dövlət məmurları ona öz maraqlarını gizlədə bilməyiblər. 1923–1924-cü illərdə o, böyük bolşevik xadimi Leonid Serebryakovla ailə qurub. 1925-ci ildən isə Siyasi Büronun üzvü və SSRİ-nin ilk maliyyə komissarı (maliyyə naziri) Qriqori Sokolnikovun həyat yoldaşı olub. Ailə qurduqdan sonra Qalina Serebryakovanın yaradıcılıq imkanları daha da genişlənib. Xarici ölkələrə səfərlərinə heç bir məhdudiyyət qoyulmayıb. Bu ərəfədə onun bir neçə kitabı nəşr olunub. Amma bu rahat, güzəştli və imtiyazlı həyat uzun sürməyib.
Həbs və sürgün
1936-cı ilin iyul ayında Qriqori Sokolnikov trotskiçi fəaliyyətdə ittiham olunaraq həbs edilib. Həbsdən sonra o, İosif Stalinə bir neçə məktub ünvanlayıb, fəaliyyətində heç bir antisovet əməlinin olmadığnı anlatmağa çalışıb və xahiş edib ki, həyat yoldaşını bu məsələlərə qatmasınlar. Stalin Sokolnikovu əfv etməyib, amma həyat yoldaşının azadlıqda qalacağına söz verib. Qriqori Sokolnikov 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qalina Serebryakova həyat yoldaşının azadlığa çıxması üçün bütün mümkün variantlara əl atıb. Ancaq heç bir ay ötməmiş onu da həbs edərək sürgünə göndəriblər. 1939-cu ildə Qriqori Sokolnikov türmədə öldürülüb. Ölüm haqqında rəydə səbəb "qəfil ürəktutma" qeyd olunub. Sonralar məlum olub ki, sabiq maliyyə nazirinin ölümünü Lavrenti Beriya sifariş edib.
1937-ci ilin iyununda anası (qızı Geliana Sokolnikovanın dediyinə görə, o, könüllü olaraq qızı ilə sürgünə yollanıb) və iki yaşlı qızı ilə birlikdə Semipalatinskə sürgün edilib. Sürgünün müddəti əvvəlcə 3 il olub, lakin dekabrda yenidən həbs olunaraq 1939-cu ildə 8 həbs cəzasına məhkum edilib. O, "xalq düşməninin arvadı" kimi həbs edilib. 8 ildən sonra isə yazıçıya daha 10 il sürgün həyatı hökmü oxunaraq Qazaxstana göndərilib. 1945-ci ildə Cambulda məskunlaşıb, burada feldşer kimi çalışıb. 1949-cu il mayın 28-də yenidən həbs edilib və 1949-cu il noyabrın 12-də SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin Xüsusi Müşavirəsi onu "əksinqilabi təşviqat və əksinqilabi fəaliyyətdə iştirak etmək" ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edib. 1955-ci ilin avqustunda həbsdən azad edilərək yenidən Cambulda sürgünə göndərilib, lakin tezliklə sürgündən azad olunub. 1956-cı ildə o, tamamilə reabilitasiya olunub və partiya sıralarına bərpa olunub. Qalina Serebryakova 18 il ərzində mənəvi və fiziki işgəncələrlə yaşayıb. Azad olunduqdan sonra yazmağa davam edib.
Azad edilməsi və ölümü
Qalina Serebryakova Moskvaya qayıdan kimi Nikita Xruşşova müraciət edib. Baş katib yazıçının müraciətini müsbət cavablandırıb, Qalina Serebryakova partiyaya və SSRİ Yazıçılar İttifaqına bərpa olunub. 1956-cı ildə onun Karl Marksa həsr olunmuş triologiyası işıq üzü görüb.
Yazıçı azadlığa çıxdıqdan sonra keşmişini unutmayıb. Kommunist ideyalarına sədaqətlini əsirgəməsə də, repressiya illərini sərt tənqid edib. Nikita Xruşov 1959-cu ildə Kremldə ideoloji məsələlərə həsr olunmuş müşavirə keçirəndə, müşavirəyə dövlət məmurları ilə yanaşı ölkənin tanınmış simaları, yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar da dəvət olunublar. Qalina Serebryakovaya çıxış üçün söz veriləndə, o, müzakirə olunan mövzudan kənara çıxıb, cəzaçəkmə müəssisələrində vəziyyətin ürəkaçan olmadığından, məhbuslara qarşı qeyri-insani münasibətdən söhbət açıb. Xruşov onun çıxışını yarımçıq kəsib, yazıçının yanlış fikirdə olduğunu söyləyib və onu qeyri-səmimilikdə ittiham edib. Sonralar həmin müşavirədə iştirak edən tanınmış bəstəkar Dmitri Şostakoviç hadisəni belə xatırlayıb: "Qalina qocalmışdı, həmin ağ baldırlardan əsər-əlamət qalmamışdı. Gərək o, ətəyini qaldırmayaydı, yaddaşımızda gənclik illərindəki gözəl Qalina kimi qalaydı…"
Qızı Geliana Sokolnikova anasını belə xatırlayır: "Onun haqqında çox dedi-qodu eşidirdim. Maşın tutub gedəndə belə anam haqqında danışaraq deyirdilər: "Bəli, o, KQB agenti idi". Deməli, Aleksandr Soljenitsın bu barədə "Qulaq" əsərində yazıb. Lakin bu doğru deyil. Anam Sovet xüsusi xidməti tərəfindən istifadə olunurdu, lakin o, KQB agenti ola bilməzdi. Mən Zalıqin vasitəsilə Vermontda olan Soljenitsına məktub yazdım: "Aleksandr İsaeviç, anam getdi. Uşaqlar qaldı, nəvələr qaldı, indi artıq nəvələr var. Sən inanansan, bunu yazma! Siz sənədləri görməmisiniz. Zorya dindirmə protokollarını, qalan sənədləri görüb. Orada bu barədə heç nə yoxdur!" O, anam haqqında yazdıqlarını romandan çıxaracağına söz verdi, lakin heç nə çıxarmadı".
Qalina Serebryakova 1980-ci ildə, 74 yaşında vəfat edib. Yazıçı Moskvada, əsasən ədəbiyyat xadimlərinin dəfn olunduğu Peredelkino qəbirstanlığında dəfn edilib.
Ailəsi
- İlk əri — Leonid Petroviç Serebryakov
- Qızı — tarixçi Zorya Leonidovna Serebryakova (d.1923, Moskva), əri — Henrix Sveyq, Stefan Sveyqin qohumu
- Nəvəsi — Viktor
- Qızı — tarixçi Zorya Leonidovna Serebryakova (d.1923, Moskva), əri — Henrix Sveyq, Stefan Sveyqin qohumu
- İkinci əri — Qriqori Yakovleviç Sokolnikov
- Qızı — Geliana (Lana) Sokolnikova (1934-cü il təvəllüdlü; evləndikdən sonra — Tartıkova)
- Nəvəsi — Əlfiyyə Niyazovna
- Qızı — Geliana (Lana) Sokolnikova (1934-cü il təvəllüdlü; evləndikdən sonra — Tartıkova)
- Qızı — Tereza İvanovna Kadıkova (1943–2021, atası naməlum)
- Nəvəsi Natalya
Əsərləri
- Çinin eskizləri, (rus. Зарисовки Китая) 1927
- Fransa İnqilabı Dövrü Qadınları, (rus. Женщины эпохи французской революции) 1929
- Rikşa, (rus. Рикша) 1931
- Ruh üçün qida, (rus. Пища для души) 1933
- Krua-Russ şəhərətrafı sakinləri, (rus. Люди предместья Круа-Русс) 1933
- Qarşıdurma: İngilis həyatın şəkilləri, (rus. Очная ставка: картины английской жизни) 1933
- Marksın gəncliyi, (rus. Юность Маркса) 1934–1935
- Sizlərdən biri, (rus. Одна из Вас) 1959
- Alovun oğurlanması, (rus. Похищение огня) 1961
- Həyatın zirvələri, (rus. Вершины жизни) 1962
- Karl Marks, (rus. Карл Маркс) 1962 (ZhZL seriyası)
- Prometey. Trilogiya (Marksın gəncliyi. Alovun oğurlanması. Həyatın zirvələri), (rus. Прометей. Трилогия (Юность Маркса. Похищение огня. Вершины жизни)) 1963
- Ötən illərə səyahət, (rus. Странствия по минувшим годам) 1963
- Üstünlük, (rus. Предшествие) 1966
- Marks və Engels, (rus. Маркс и Энгельс, (серия ЖЗЛ)) 1966
- Smiercz // "Kultura", Paris, 1967, № 7–8
- Başqaları və özüm haqqında, (rus. О других и о себе) 1968; 2-ci nəşr, əlavə — M., Sovet yazıçısı, 1971
- Nəsildən-nəslə, (rus. Из поколения в поколение) 1973
- Tornado // "İş №….". Alma-Ata, (rus. Смерч // «Дело №…») 1989
İstinadlar
- "От Ивана Цветаева до Ирины Антоновой: Все директора ГМИИ имени А. С. Пушкина" (HTML). ru:ГМИИ им. А. С. Пушкина — www.arts-museum.ru. 2014-12-22 tarixində . İstifadə tarixi: 2014-12-20.
- Тартыкова-Сокольникова Г. Г. Об отце, о жизни в ссылке, о себе: уроки истории. Историческая Экспертиза 2021-06-27 at the Wayback Machine
- ""Мы все были врагами народа"". 2021-06-27 tarixində . İstifadə tarixi: 2023-07-03.
- "Гелиана Сокольникова: Воспоминания — Дом Чуковского". 2023-07-03 tarixində . İstifadə tarixi: 2023-07-03.
Xarici keçidlər
- СЕРЕБРЯКО́ВА, Галина Иосифовна, // Краткая литературная энциклопедия / Гл. ред. А. А. Сурков. — М. : Советская энциклопедия, 1962–1978.
- Воспоминания о ГУЛАГе и их авторы
- При виде её тела мужчины падали в обморок: Какая судьба выпала красавице и жене наркома Галине Серебряковой
- "…Джамбульский период… я вспоминаю с болью, тоской и любовью одновременно". Воспоминания дочери писательницы Г. И. Серебряковой
- foto
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qalina Iosifovna Serebryakova rus Gali na Io sifovna Serebryako va 7 20 dekabr 1905 Kiyev 30 iyun 1980 Moskva rus sovet yazicisi ve jurnalisti Karl Marks ve Fridrix Engels haqqinda romanlarin muellifi Qalina SerebryakovaDogum tarixi 7 20 dekabr 1905Dogum yeri Kiyev Kiyev quberniyasi Rusiya imperiyasiVefat tarixi 30 iyun 1980 1980 06 30 74 yasinda Vefat yeri Moskva RSFSR SSRIDefn yeri Peredelkino qebiristanligi d Tehsili Moskva Dovlet UniversitetiFealiyyeti yazici jurnalistFealiyyet illeri 1927 ci ildenEserlerinin dili rus diliJanr romanUzvluyu SSRI Yazicilar IttifaqiMukafatlariHeyatiQalina Serebryakova 1905 ci ilde Kiyevde inqilabcilar ailesinde anadan olub Atasi Iosif Moiseyevic Buk Bek 1882 1936 zemstvo hekimi Sovet dovrunde daxili qosunlarinin siyasi sobesinin reisi Xarezm Sovet Sosialist Respublikasinda selahiyyetli numayende A S Puskin adina Dovlet tesviri incesenet muzeyinin direktoru 1933 1935 kurort trestinin direktoru olub O 1936 ci ilde gullelenib Anasi Bronislava Sigizmundovna Krasutskaya Krasutskaya partiya iscisi inqilabdan sonra Eks inqilab ve Texribatla Mubarize uzre Umumrusiya Fovqelade Komissiyasinda ve partiya orqanlarinda isleyib G G Tartykova Sokolnikovanin yazdigina gore o Lublin fabrik sahibinin qizi idi ve piano uzre musiqi mektebi bitirmisdi Sonra Varsava Konservatoriyasinda tehsil alib Men bir inqilabci goturdum butun beseriyyeti xosbext etmek isteyen babam onu ozu ile apardi Onun atasi yeni menim ulu babam qapini acib dedi Cix buradan Belelikle o cehiz qaldi Qalina Serebryakova 1919 cu ilden Sovet Ittifaqi Kommunist Partiyasinin uzvu olub O 1920 1925 ci illerde Moskva Dovlet Universitetinin tibb fakultesinde tehsil alib Ancaq tehsilini basa vurduqdan sonra ferqli bir saheye opera mugenniliyine sonra ise jurnalistikaya ve edebiyyata uz tutub Evvelce yerli qezetlerde sonra ise Komsomolskaya pravda qezetinde isleyib Jurnalistika fealiyyetinin ilk illerinden imzasi ile taninan Qalina 1927 32 ci illerde Cine Fransaya Ispaniyaya Isvece ezamiyyetlere gonderilib maraqli yazilari ile diqqeti celb edib 1930 1932 ci illerde Karl Marks haqqinda yazacagi romana materiallar toplamaq ucun Qalina Serebryakova Kremlin xususi raziligi ile Qerbi Avropaya sefer edib Londonda yasayib Yarasiqli xarici gorunusu ile Qalina Serebryakova coxlarinin diqqetini celb edib Resmi tedbirlerde dovlet memurlari ona oz maraqlarini gizlede bilmeyibler 1923 1924 cu illerde o boyuk bolsevik xadimi Leonid Serebryakovla aile qurub 1925 ci ilden ise Siyasi Buronun uzvu ve SSRI nin ilk maliyye komissari maliyye naziri Qriqori Sokolnikovun heyat yoldasi olub Aile qurduqdan sonra Qalina Serebryakovanin yaradiciliq imkanlari daha da genislenib Xarici olkelere seferlerine hec bir mehdudiyyet qoyulmayib Bu erefede onun bir nece kitabi nesr olunub Amma bu rahat guzestli ve imtiyazli heyat uzun surmeyib Hebs ve surgun 1936 ci ilin iyul ayinda Qriqori Sokolnikov trotskici fealiyyetde ittiham olunaraq hebs edilib Hebsden sonra o Iosif Staline bir nece mektub unvanlayib fealiyyetinde hec bir antisovet emelinin olmadigni anlatmaga calisib ve xahis edib ki heyat yoldasini bu meselelere qatmasinlar Stalin Sokolnikovu efv etmeyib amma heyat yoldasinin azadliqda qalacagina soz verib Qriqori Sokolnikov 10 il azadliqdan mehrumetme cezasina mehkum edilib Qalina Serebryakova heyat yoldasinin azadliga cixmasi ucun butun mumkun variantlara el atib Ancaq hec bir ay otmemis onu da hebs ederek surgune gonderibler 1939 cu ilde Qriqori Sokolnikov turmede oldurulub Olum haqqinda reyde sebeb qefil urektutma qeyd olunub Sonralar melum olub ki sabiq maliyye nazirinin olumunu Lavrenti Beriya sifaris edib 1937 ci ilin iyununda anasi qizi Geliana Sokolnikovanin dediyine gore o konullu olaraq qizi ile surgune yollanib ve iki yasli qizi ile birlikde Semipalatinske surgun edilib Surgunun muddeti evvelce 3 il olub lakin dekabrda yeniden hebs olunaraq 1939 cu ilde 8 hebs cezasina mehkum edilib O xalq dusmeninin arvadi kimi hebs edilib 8 ilden sonra ise yaziciya daha 10 il surgun heyati hokmu oxunaraq Qazaxstana gonderilib 1945 ci ilde Cambulda meskunlasib burada feldser kimi calisib 1949 cu il mayin 28 de yeniden hebs edilib ve 1949 cu il noyabrin 12 de SSRI Dovlet Tehlukesizlik Nazirliyinin Xususi Musaviresi onu eksinqilabi tesviqat ve eksinqilabi fealiyyetde istirak etmek ittihami ile 10 il muddetine azadliqdan mehrum edib 1955 ci ilin avqustunda hebsden azad edilerek yeniden Cambulda surgune gonderilib lakin tezlikle surgunden azad olunub 1956 ci ilde o tamamile reabilitasiya olunub ve partiya siralarina berpa olunub Qalina Serebryakova 18 il erzinde menevi ve fiziki isgencelerle yasayib Azad olunduqdan sonra yazmaga davam edib Azad edilmesi ve olumu Qalina Serebryakova Moskvaya qayidan kimi Nikita Xrussova muraciet edib Bas katib yazicinin muracietini musbet cavablandirib Qalina Serebryakova partiyaya ve SSRI Yazicilar Ittifaqina berpa olunub 1956 ci ilde onun Karl Marksa hesr olunmus triologiyasi isiq uzu gorub Yazici azadliga cixdiqdan sonra kesmisini unutmayib Kommunist ideyalarina sedaqetlini esirgemese de repressiya illerini sert tenqid edib Nikita Xrusov 1959 cu ilde Kremlde ideoloji meselelere hesr olunmus musavire kecirende musavireye dovlet memurlari ile yanasi olkenin taninmis simalari yazicilar sairler bestekarlar ressamlar da devet olunublar Qalina Serebryakovaya cixis ucun soz verilende o muzakire olunan movzudan kenara cixib cezacekme muessiselerinde veziyyetin urekacan olmadigindan mehbuslara qarsi qeyri insani munasibetden sohbet acib Xrusov onun cixisini yarimciq kesib yazicinin yanlis fikirde oldugunu soyleyib ve onu qeyri semimilikde ittiham edib Sonralar hemin musavirede istirak eden taninmis bestekar Dmitri Sostakovic hadiseni bele xatirlayib Qalina qocalmisdi hemin ag baldirlardan eser elamet qalmamisdi Gerek o eteyini qaldirmayaydi yaddasimizda genclik illerindeki gozel Qalina kimi qalaydi Qizi Geliana Sokolnikova anasini bele xatirlayir Onun haqqinda cox dedi qodu esidirdim Masin tutub gedende bele anam haqqinda danisaraq deyirdiler Beli o KQB agenti idi Demeli Aleksandr Soljenitsin bu barede Qulaq eserinde yazib Lakin bu dogru deyil Anam Sovet xususi xidmeti terefinden istifade olunurdu lakin o KQB agenti ola bilmezdi Men Zaliqin vasitesile Vermontda olan Soljenitsina mektub yazdim Aleksandr Isaevic anam getdi Usaqlar qaldi neveler qaldi indi artiq neveler var Sen inanansan bunu yazma Siz senedleri gormemisiniz Zorya dindirme protokollarini qalan senedleri gorub Orada bu barede hec ne yoxdur O anam haqqinda yazdiqlarini romandan cixaracagina soz verdi lakin hec ne cixarmadi Qalina Serebryakova 1980 ci ilde 74 yasinda vefat edib Yazici Moskvada esasen edebiyyat xadimlerinin defn olundugu Peredelkino qebirstanliginda defn edilib AilesiIlk eri Leonid Petrovic Serebryakov Qizi tarixci Zorya Leonidovna Serebryakova d 1923 Moskva eri Henrix Sveyq Stefan Sveyqin qohumu Nevesi Viktor Ikinci eri Qriqori Yakovlevic Sokolnikov Qizi Geliana Lana Sokolnikova 1934 cu il tevelludlu evlendikden sonra Tartikova Nevesi Elfiyye Niyazovna Qizi Tereza Ivanovna Kadikova 1943 2021 atasi namelum Nevesi NatalyaEserleriCinin eskizleri rus Zarisovki Kitaya 1927 Fransa Inqilabi Dovru Qadinlari rus Zhenshiny epohi francuzskoj revolyucii 1929 Riksa rus Riksha 1931 Ruh ucun qida rus Pisha dlya dushi 1933 Krua Russ seheretrafi sakinleri rus Lyudi predmestya Krua Russ 1933 Qarsidurma Ingilis heyatin sekilleri rus Ochnaya stavka kartiny anglijskoj zhizni 1933 Marksin gencliyi rus Yunost Marksa 1934 1935 Sizlerden biri rus Odna iz Vas 1959 Alovun ogurlanmasi rus Pohishenie ognya 1961 Heyatin zirveleri rus Vershiny zhizni 1962 Karl Marks rus Karl Marks 1962 ZhZL seriyasi Prometey Trilogiya Marksin gencliyi Alovun ogurlanmasi Heyatin zirveleri rus Prometej Trilogiya Yunost Marksa Pohishenie ognya Vershiny zhizni 1963 Oten illere seyahet rus Stranstviya po minuvshim godam 1963 Ustunluk rus Predshestvie 1966 Marks ve Engels rus Marks i Engels seriya ZhZL 1966 Smiercz Kultura Paris 1967 7 8 Basqalari ve ozum haqqinda rus O drugih i o sebe 1968 2 ci nesr elave M Sovet yazicisi 1971 Nesilden nesle rus Iz pokoleniya v pokolenie 1973 Tornado Is Alma Ata rus Smerch Delo 1989Istinadlar Ot Ivana Cvetaeva do Iriny Antonovoj Vse direktora GMII imeni A S Pushkina HTML ru GMII im A S Pushkina www arts museum ru 2014 12 22 tarixinde Istifade tarixi 2014 12 20 Tartykova Sokolnikova G G Ob otce o zhizni v ssylke o sebe uroki istorii Istoricheskaya Ekspertiza 2021 06 27 at the Wayback Machine My vse byli vragami naroda 2021 06 27 tarixinde Istifade tarixi 2023 07 03 Geliana Sokolnikova Vospominaniya Dom Chukovskogo 2023 07 03 tarixinde Istifade tarixi 2023 07 03 Xarici kecidlerSEREBRYaKO VA Galina Iosifovna Kratkaya literaturnaya enciklopediya Gl red A A Surkov M Sovetskaya enciklopediya 1962 1978 Vospominaniya o GULAGe i ih avtory Pri vide eyo tela muzhchiny padali v obmorok Kakaya sudba vypala krasavice i zhene narkoma Galine Serebryakovoj Dzhambulskij period ya vspominayu s bolyu toskoj i lyubovyu odnovremenno Vospominaniya docheri pisatelnicy G I Serebryakovojfotohttps petrsu ru page aggr truentizm 2012 december http www biografguru ru about serebryakova q 4170 http istmat info node 34966