Aleksandr İsayeviç Soljenitsın (rus. Александр Исаевич Солженицын; 11 dekabr 1918[…], Kislovodsk, RSFSR[d] – 3 avqust 2008[…], Moskva) — rus yazıçı, publisist, tarixçi, şair, ictimai və siyasi xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1970).
Aleksandr Soljenitsın | |
---|---|
rus. Александр Исаевич Солженицын | |
Doğum tarixi | 11 dekabr 1918[…] |
Doğum yeri |
|
Vəfat tarixi | 3 avqust 2008[…](89 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | yazıçı, tarixçi, roman yazıçısı, ssenarist, dramaturq, şair, ictimai xadim, nasir, publisist, hərbi qulluqçu, hərbi aktivist[d], yazıçı |
Əsərlərinin dili | rus dili |
Janrlar | povest[d], hekayə, publisistika, esse, roman, kroxotki[d], leksikoqrafiya, miniatür[d] |
Üzvlüyü |
|
Mükafatları | |
solzhenitsyn.ru solzhenitsyncenter.org | |
Aleksandr Soljenitsın Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Yazıçı, dramaturq, tarixçi və filosof Aleksandr İsayeviç Soljenitsın müasir rus ədəbiyyatının dünya miqyasında tanınmış nümayəndəsidir. O, Şimali Qafqazda, pravoslav yaşam tərzinə və patriarxal ənənələrə üstünlük verən rus ailəsində doğulmuşdu. Dünyaya gəlməmişdən bir neçə ay əvvəl atası ov zamanı bədbəxt təsadüf nəticəsində həlak olmuşdu. Anasının və nənəsinin himayəsində böyümüşdü. Rostov universitetinin riyaziyyat fakültəsində təhsil almış (1936-1941), Moskva fəlsəfə, ədəbiyyat və tarix institutunu qiyabi bitirmişdi.
Böyük Vətən müharibəsi başlananda orta məktəbdə riyaziyyat müəllimi işləyən A.Soljenitsın da səfərbərliyə alınmışdı. Öz arzusu ilə zabit hazırlayan qısa müddətli kursları bitirmişdi. Qafqazdan Almaniyaya qədər döyüş yolu keçmiş, kapitan rütbəsinə qədər yüksəlmiş, iki ordenlə təltif edilmişdi. Lakin 1945-ci ilin fevralında ordunun xüsusi xidmət orqanları tərəfindən cəbhədə həbs olunaraq Moskvaya, Lubyanka həbsxanasına gətirilmişdi. Səbəb hərbi senzuranın əlinə düşmüş şəxsi yazışmaları idi. Həmin məktublarda Soljenitsın sovet rejimi və Stalin haqqında rəsmi ideologiya baxımından qəbuledilməz ifadələr işlətmişdi.
O, üçlüyün qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilmiş, bir müddət Moskvada saxlandıqdan sonra "şaraşkaya" – məhbusların intellektual əməyindən sui-istifadə olunan nisbətən yüngül rejimli Marfino qapalı müəssisəsinə köçürülmüşdü. Riyaziyyatçı diplomu həyatını xilas etmişdi. Cəzasının qalan hissəsini Qazaxıstanda, Ekibastuz duz mədənlərində çəkmişdi. Stalinin vəfatı günü azadlığa çıxan Soljenitsın həbsxanada dəhşətli xəstəliyə — mədə xərçənginə tutulmuşdu. Tezliklə öləcəyi gözlənilirdi. Lakin hamının təəccübünə baxmayaraq Daşkənd hospitalındakı uğurlu əməliyyatdan sonra sağalmışdı. Müəllif həyatının bu dövrünü "Xərçəng gövdəsi" romanında təsvir etmişdi.
1956-cı ilə qədər Soljenitsın Sibirdə yaşamışdı. XX qurultaydan sonra sovet həbs düşərgələrinin minlərlə məhbusu kimi o da bəraət almış və Mərkəzi Rusiyaya, Ryazana köçmüşdü. Hələ müharibədən əvvəl Rusiya tarixi ilə bağlı böyük epik roman üçün material toplamağa başlasa da, Soljenitsının ilk mətbu əsəri məhbəs həyatından bəhs edən "İvan Denisoviçin bir günü" povesti olmuşdu. Baş redaktor V.Tvardovskinin səyi nəticəsində əsər "Novıy mir" jurnalının 1962-ci il dekabr sayında işıq üzü görmüşdü. Onun çapına isə əlyazmasını şəxsən oxuyan və Siyasi Bürodakı müzakirələr zamanı silahdaşlarını inandırmağa müvəffəq olan N.S.Xruşşov icazə vermişdi. 1962-ci ildə keçmiş məhbus A.Soljenitsın SSRİ Yazıçılar İttifaqının üzvlüyünə qəbul edilmişdi.
Dövrün sovet reallığı üçün görünməmiş hadisə sayılan və M.Dostoyevskinin "Ölü evindən qeydlər" romanı ilə müqayisə edilən "İvan Denisoviçin bir günü" qısa müddətdə müəllifi məşhur sovet yazıçısına çevirmişdi. Əsər hətta 1963-cü ildə ədəbiyyat və incəsənət sahəsində Lenin mükafatına təqdim olunmuşdu. Lakin təbii ki, Soljenitsın bu mükafatı ala bilməmişdi. 60-cı illərin əvvəllərində o, "Novıy mir"də daha bir neçə hekayə dərc etdirmişdi. Xruşşovun məcburi istefasından sonra bir hekayəsinin çapı istisna olunmaqla Soljenitsını mətbuata yaxın buraxmamışdılar.
Soljenitsının senzuranın ləğvi və DTK tərəfindən yaradıcı ziyalılara qarşı yönəlmiş təqiblərə son qoymaq tələbi ilə SSRİ yazıçılarının qurultayına ünvanladığı açıq məktub (1967) mətbuatda yazıçının əleyhinə geniş böhtan kampaniyası başlanmasına səbəb olmuşdu. 1968-ci ildə sovet quruluşunun antibəşəri mahiyyətinə və Stalin rejimin özbaşınalıqlarına qarşı çevrilmiş "Xərçəng gövdəsi", "Birinci dairədə" kimi romanlarının özündən xəbərsiz Qərbdə çap edilməsi isə vəziyyəti daha da ağırlaşdırmışdı. Yazıçı bunu həbsinə hazırlıq kimi qiymətləndirmişdi.
1969-cu ildə Soljenitsının adı Nobel nominantları sırasına düşsə də, mükafat ala bilməmişdi. Növbəti 1970-ci ildə isə İsveç Akademiyası artıq dissident kimi tanınan müəllifi "böyük rus ədəbiyyatının ənənələri ilə qidalanan əsərlərinin mənəvi qüdrətinə görə" Nobelə layiq bilmişdi. Şübhəsiz, bu seçimdə Soljenitsın əsərlərinin şəksiz məziyyətləri ilə yanaşı siyasi amillərin də mühüm rolu olmuşdu.
Əvvəlcə Soljenitsın mükafatı almaq üçün Stokholma getmək istəyirdi. Lakin sovet mətbuatında əleyhinə başlanan sərt kampaniya onu fikrindən daşındırdı. Yazıçı SSRİ-ni tərk edəcəyi təqdirdə bir də ölkəyə buraxılmayacağını nəzərə alaraq mərasimə qatılmaq fikrindən vaz keçdi. Onun mükafatın Moskvadakı İsveç səfirliyində təqdimi ilə bağlı təklifini isə SSRİ ilə münasibətləri korlamaq istəməyən İsveç tərəfi qəbul etmədi. Beləliklə, Soljenitsın Novel mükafatını yalnız 1974-cü ildə ala bildi.
Yazıçı mühüm əsərlərindən birini — "QULAQ arxipelaqı" epopeyasını artıq 1967-ci ildə başa çatdırmışdı. 70-ci illərin əvvəlində isə o, "Qırmızı təkər" romanı üzərində işləyirdi. Fəal dissidentlərdən sayılmasa da, əlaqələri və fəaliyyəti daim xüsusi xidmət orqanlarının diqqət mərkəzində idi. 1973-cü ildə DTK onun köməkçilərindən birini — E.Voronyanskayanı dindirmiş və nəticədə "QULAQ arxipelaqı"nın nüsxələrindən birini ələ keçirməyə müvəffəq olmuşdu. Hadisədən sarsılan qadın isə özünü asaraq həyatına son qoymuşdu.
Həmin vaxta qədər gözləmə mövqeyi tutan Soljenitsın əsərlərinin xaricdə çapına rəsmən razılıq vermişdi. Bu bütün sovet rejiminə meydan oxumaq idi və təbii ki, artıq qarşı tərəfin də səbir kasası dolmuşdu. Ən yüksək dairələrdə aparılan müzakirələrdən sonra 1973-cü il fevralın 12-də Soljenitsın dövləti cinayətkar kimi həbs edilmiş, sovet vətəndaşlığından çıxarılmış, ertəsi gün isə SSRİ-dən AFR-ə deportasiya olunmuşdu. İkinci arvadı N.Svetlovaya üç uşağı ilə birlikdə sonradan ərinə qoşulmağa izin verilmişdi. İki il Sürixdə yaşayan Soljenitsın 1975-ci ildə ailəsi ilə birlikdə ABŞ-nin Vermont ştatına köçmüş və burada məskunlaşmışdı.
1973-cü il martın 3-də Sürixdən SSRİ rəhbərliyinə göndərdiyi "Açıq məktub" Qərbdə Soljenitsına münasibətin dəyişməsinə, onun millətçilikdə və velikorus şovinizmində ittiham olunmasına əsas vemişdi. Müəllif həmin məktubunda SSRİ-ni ləğv etməyə, ölkə ərazisində böyük rus milli dövləti qurmağa çağırırdı. Velikorus millətçiliyi qoxusu verən bu çağırışda sovet imperiyasındakı qeyri-rus millətlərin maraq və mənafeləri qətiyyən nəzərə alınmamışdı. Çox qısa müddətdə əsl simasını üzə çıxardığına və Qərb dəyərlərinə qarşı çevrilmiş bir sıra çıxış və müsahibələrinə görə Qərbdə onu "utopik irticaçı" adlandıranlar da tapılmışdı.
Keçmiş SSRİ-də yenidənqurma və aşkarlıq dövrünün başlanması ilə Soljenitsına münasibət də kökündən dəyişilmişdi. 1990-cı ildə vətəndaşlığı bərpa olunmuş, "QULAQ arxipelaqı" romanına görə isə SSRİ Dövlət mükafatına layiq görülmüşdü. 1992-ci ildə ABŞ-də rəsmi səfərdə olan Rusiya prezidenti B.Yeltsin Soljenitsınla görüşərək Rusiyanın tarixi keçmişi və gələcək inkişaf perspektivləri ilə əlaqədar ətraflı fikir mübadiləsi aparmışdı. Həmin görüşdə yazıçıya vətənə qayıtmaq təklifi olunmuşdu. Yeltsin hökumət məmurlarının iqamətgahları yerləşən "Sosnovka 2"-də mülk tikməsi üçün Soljenitsına geniş torpaq sahəsi ayırmışdı.
1994-cü ilin mayında Soljenitsın ailəsi ilə birlikdə Vermont ştatından Vladivostoka uçmuşdu. Oradan isə qatarla Rusiya ərazisinin böyük bir hissəsindən keçərək Moskvaya qayıtmışdı.
Bundan sonra Rusiyada Soljenitsın kultu başlanmışdı. 1997-ci ildə o, Rusiya EA-nın həqiqi üzvü seçilmiş, Akademiyanın Lomonosovun adını daşıyan Böyük Qızıl medal ilə mükafatlandırılmışdı. Yazıçının ölkənin ali mükafatı — Andrey Pervozvannı ordeni ilə təltifi ilə bağlı sərəncam imzalansa da (1998) Soljenitsın "Rusiyanı indiki acınacaqlı duruma salmış ali rəhbərliyin əlindən belə bir mükafat almaq istəmədiyinə görə" təltif baş tutmamışdı. 2006-cı ildə Aleksandr Soljenitsın Rusiya Federasiyasının Dövlət Mükafatı laureatı olmuşdu. Yazıçı da öz növbəsində, adını daşıyan ədəbi mükafat təsis etmişdi.
XX yüzilliyin əvvəllərində Lev Tolstoyun Rusiyanın mədəni və mənəvi həyatında oynadığı rolu aradan yüz il keçəndən sonra Soljenitsının öz üzərinə götürdüyünü müşahidə etmək o qədər də çətin deyildi. Bunu isə Rusiya cəmiyyətində hamı eyni məmnunluqla qarşılamırdı. Başqa bir dissident yazıçı – Vladimir Voynoviç "Moskva-2042" romanında ad çəkməsə də Rusiyanı yenidən qurmaq istəyən Soljenitsının satirik obrazını yaratmışdı.
Həyatının son illərini Moskvada və Sosnovkadakı bağ evində keçirən Soljenitsın 30 cildlik külliyatının çapa hazırlanması ilə məşğul olurdu.
Soljenitsın yaradıcılığının tədqiqatçılarından Milovan Cilasın (Yuqoslaviya) fikrincə, o, "rus mədəniyyəti və şüurunda yaranan boşluğu doldurmuş, Puşkin, Qoqol, Tolstoy, Dostoyevski, Çexov, Qorki kimi müəlliflərin əsərlərində Rusiyanın bütün dünyaya nümayiş etdirilən ruhunu özünə qaytarmışdır".
Aleksandr Soljenitsın 3 avqust 2008-ci ildə vəfat etmişdir.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Aleksandr Solschenizyn // filmportal.de. 2005.
- http://www.washingtonpost.com/wp-dyn/content/article/2008/08/03/AR2008080301249.html?hpid=moreheadlines.
- http://www.ras.ru/win/db/show_per.asp?P=.id-2583.ln-ru.dl-.pr-inf.uk-12.
- Deutsche Nationalbibliothek Record #118642464 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- .
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
Aleksandr Soljenitsınin seçilmiş əsərləri (az.)
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Aleksandr Isayevic Soljenitsin rus Aleksandr Isaevich Solzhenicyn 11 dekabr 1918 Kislovodsk RSFSR d 3 avqust 2008 Moskva rus yazici publisist tarixci sair ictimai ve siyasi xadim Edebiyyat uzre Nobel mukafati laureati 1970 Aleksandr Soljenitsinrus Aleksandr Isaevich SolzhenicynDogum tarixi 11 dekabr 1918 1918 12 11 Dogum yeri Kislovodsk RSFSR d Vefat tarixi 3 avqust 2008 2008 08 03 89 yasinda Vefat yeri Moskva RusiyaVefat sebebi urek catismazligiDefn yeri Donskoye qebiristanligi d Tehsili Rostov Dovlet Universiteti d 1936 1941 Fealiyyeti yazici tarixci roman yazicisi ssenarist dramaturq sair ictimai xadim nasir publisist herbi qulluqcu herbi aktivist d yaziciEserlerinin dili rus diliJanrlar povest d hekaye publisistika esse roman kroxotki d leksikoqrafiya miniatur d Uzvluyu SSRI Yazicilar Ittifaqi Serbiya Elmler ve Incesenet Akademiyasi d Rusiya Elmler Akademiyasi 1997 Amerika Incesenet ve Elmler Akademiyasi Bavariya Incesenet Akademiyasi d Mukafatlarisolzhenitsyn ru solzhenitsyncenter orgAleksandr Soljenitsin Vikimenbede Vikianbarda elaqeli mediafayllarHeyatiYazici dramaturq tarixci ve filosof Aleksandr Isayevic Soljenitsin muasir rus edebiyyatinin dunya miqyasinda taninmis numayendesidir O Simali Qafqazda pravoslav yasam terzine ve patriarxal enenelere ustunluk veren rus ailesinde dogulmusdu Dunyaya gelmemisden bir nece ay evvel atasi ov zamani bedbext tesaduf neticesinde helak olmusdu Anasinin ve nenesinin himayesinde boyumusdu Rostov universitetinin riyaziyyat fakultesinde tehsil almis 1936 1941 Moskva felsefe edebiyyat ve tarix institutunu qiyabi bitirmisdi Boyuk Veten muharibesi baslananda orta mektebde riyaziyyat muellimi isleyen A Soljenitsin da seferberliye alinmisdi Oz arzusu ile zabit hazirlayan qisa muddetli kurslari bitirmisdi Qafqazdan Almaniyaya qeder doyus yolu kecmis kapitan rutbesine qeder yukselmis iki ordenle teltif edilmisdi Lakin 1945 ci ilin fevralinda ordunun xususi xidmet orqanlari terefinden cebhede hebs olunaraq Moskvaya Lubyanka hebsxanasina getirilmisdi Sebeb herbi senzuranin eline dusmus sexsi yazismalari idi Hemin mektublarda Soljenitsin sovet rejimi ve Stalin haqqinda resmi ideologiya baximindan qebuledilmez ifadeler isletmisdi O ucluyun qerari ile 8 il muddetine azadliqdan mehrum edilmis bir muddet Moskvada saxlandiqdan sonra saraskaya mehbuslarin intellektual emeyinden sui istifade olunan nisbeten yungul rejimli Marfino qapali muessisesine kocurulmusdu Riyaziyyatci diplomu heyatini xilas etmisdi Cezasinin qalan hissesini Qazaxistanda Ekibastuz duz medenlerinde cekmisdi Stalinin vefati gunu azadliga cixan Soljenitsin hebsxanada dehsetli xesteliye mede xercengine tutulmusdu Tezlikle oleceyi gozlenilirdi Lakin haminin teeccubune baxmayaraq Daskend hospitalindaki ugurlu emeliyyatdan sonra sagalmisdi Muellif heyatinin bu dovrunu Xerceng govdesi romaninda tesvir etmisdi 1956 ci ile qeder Soljenitsin Sibirde yasamisdi XX qurultaydan sonra sovet hebs dusergelerinin minlerle mehbusu kimi o da beraet almis ve Merkezi Rusiyaya Ryazana kocmusdu Hele muharibeden evvel Rusiya tarixi ile bagli boyuk epik roman ucun material toplamaga baslasa da Soljenitsinin ilk metbu eseri mehbes heyatindan behs eden Ivan Denisovicin bir gunu povesti olmusdu Bas redaktor V Tvardovskinin seyi neticesinde eser Noviy mir jurnalinin 1962 ci il dekabr sayinda isiq uzu gormusdu Onun capina ise elyazmasini sexsen oxuyan ve Siyasi Burodaki muzakireler zamani silahdaslarini inandirmaga muveffeq olan N S Xrussov icaze vermisdi 1962 ci ilde kecmis mehbus A Soljenitsin SSRI Yazicilar Ittifaqinin uzvluyune qebul edilmisdi Dovrun sovet realligi ucun gorunmemis hadise sayilan ve M Dostoyevskinin Olu evinden qeydler romani ile muqayise edilen Ivan Denisovicin bir gunu qisa muddetde muellifi meshur sovet yazicisina cevirmisdi Eser hetta 1963 cu ilde edebiyyat ve incesenet sahesinde Lenin mukafatina teqdim olunmusdu Lakin tebii ki Soljenitsin bu mukafati ala bilmemisdi 60 ci illerin evvellerinde o Noviy mir de daha bir nece hekaye derc etdirmisdi Xrussovun mecburi istefasindan sonra bir hekayesinin capi istisna olunmaqla Soljenitsini metbuata yaxin buraxmamisdilar Soljenitsinin senzuranin legvi ve DTK terefinden yaradici ziyalilara qarsi yonelmis teqiblere son qoymaq telebi ile SSRI yazicilarinin qurultayina unvanladigi aciq mektub 1967 metbuatda yazicinin eleyhine genis bohtan kampaniyasi baslanmasina sebeb olmusdu 1968 ci ilde sovet qurulusunun antibeseri mahiyyetine ve Stalin rejimin ozbasinaliqlarina qarsi cevrilmis Xerceng govdesi Birinci dairede kimi romanlarinin ozunden xebersiz Qerbde cap edilmesi ise veziyyeti daha da agirlasdirmisdi Yazici bunu hebsine hazirliq kimi qiymetlendirmisdi 1969 cu ilde Soljenitsinin adi Nobel nominantlari sirasina dusse de mukafat ala bilmemisdi Novbeti 1970 ci ilde ise Isvec Akademiyasi artiq dissident kimi taninan muellifi boyuk rus edebiyyatinin eneneleri ile qidalanan eserlerinin menevi qudretine gore Nobele layiq bilmisdi Subhesiz bu secimde Soljenitsin eserlerinin seksiz meziyyetleri ile yanasi siyasi amillerin de muhum rolu olmusdu Evvelce Soljenitsin mukafati almaq ucun Stokholma getmek isteyirdi Lakin sovet metbuatinda eleyhine baslanan sert kampaniya onu fikrinden dasindirdi Yazici SSRI ni terk edeceyi teqdirde bir de olkeye buraxilmayacagini nezere alaraq merasime qatilmaq fikrinden vaz kecdi Onun mukafatin Moskvadaki Isvec sefirliyinde teqdimi ile bagli teklifini ise SSRI ile munasibetleri korlamaq istemeyen Isvec terefi qebul etmedi Belelikle Soljenitsin Novel mukafatini yalniz 1974 cu ilde ala bildi Yazici muhum eserlerinden birini QULAQ arxipelaqi epopeyasini artiq 1967 ci ilde basa catdirmisdi 70 ci illerin evvelinde ise o Qirmizi teker romani uzerinde isleyirdi Feal dissidentlerden sayilmasa da elaqeleri ve fealiyyeti daim xususi xidmet orqanlarinin diqqet merkezinde idi 1973 cu ilde DTK onun komekcilerinden birini E Voronyanskayani dindirmis ve neticede QULAQ arxipelaqi nin nusxelerinden birini ele kecirmeye muveffeq olmusdu Hadiseden sarsilan qadin ise ozunu asaraq heyatina son qoymusdu Hemin vaxta qeder gozleme movqeyi tutan Soljenitsin eserlerinin xaricde capina resmen raziliq vermisdi Bu butun sovet rejimine meydan oxumaq idi ve tebii ki artiq qarsi terefin de sebir kasasi dolmusdu En yuksek dairelerde aparilan muzakirelerden sonra 1973 cu il fevralin 12 de Soljenitsin dovleti cinayetkar kimi hebs edilmis sovet vetendasligindan cixarilmis ertesi gun ise SSRI den AFR e deportasiya olunmusdu Ikinci arvadi N Svetlovaya uc usagi ile birlikde sonradan erine qosulmaga izin verilmisdi Iki il Surixde yasayan Soljenitsin 1975 ci ilde ailesi ile birlikde ABS nin Vermont statina kocmus ve burada meskunlasmisdi 1973 cu il martin 3 de Surixden SSRI rehberliyine gonderdiyi Aciq mektub Qerbde Soljenitsina munasibetin deyismesine onun milletcilikde ve velikorus sovinizminde ittiham olunmasina esas vemisdi Muellif hemin mektubunda SSRI ni legv etmeye olke erazisinde boyuk rus milli dovleti qurmaga cagirirdi Velikorus milletciliyi qoxusu veren bu cagirisda sovet imperiyasindaki qeyri rus milletlerin maraq ve menafeleri qetiyyen nezere alinmamisdi Cox qisa muddetde esl simasini uze cixardigina ve Qerb deyerlerine qarsi cevrilmis bir sira cixis ve musahibelerine gore Qerbde onu utopik irticaci adlandiranlar da tapilmisdi Kecmis SSRI de yenidenqurma ve askarliq dovrunun baslanmasi ile Soljenitsina munasibet de kokunden deyisilmisdi 1990 ci ilde vetendasligi berpa olunmus QULAQ arxipelaqi romanina gore ise SSRI Dovlet mukafatina layiq gorulmusdu 1992 ci ilde ABS de resmi seferde olan Rusiya prezidenti B Yeltsin Soljenitsinla goruserek Rusiyanin tarixi kecmisi ve gelecek inkisaf perspektivleri ile elaqedar etrafli fikir mubadilesi aparmisdi Hemin gorusde yaziciya vetene qayitmaq teklifi olunmusdu Yeltsin hokumet memurlarinin iqametgahlari yerlesen Sosnovka 2 de mulk tikmesi ucun Soljenitsina genis torpaq sahesi ayirmisdi 1994 cu ilin mayinda Soljenitsin ailesi ile birlikde Vermont statindan Vladivostoka ucmusdu Oradan ise qatarla Rusiya erazisinin boyuk bir hissesinden kecerek Moskvaya qayitmisdi Bundan sonra Rusiyada Soljenitsin kultu baslanmisdi 1997 ci ilde o Rusiya EA nin heqiqi uzvu secilmis Akademiyanin Lomonosovun adini dasiyan Boyuk Qizil medal ile mukafatlandirilmisdi Yazicinin olkenin ali mukafati Andrey Pervozvanni ordeni ile teltifi ile bagli serencam imzalansa da 1998 Soljenitsin Rusiyani indiki acinacaqli duruma salmis ali rehberliyin elinden bele bir mukafat almaq istemediyine gore teltif bas tutmamisdi 2006 ci ilde Aleksandr Soljenitsin Rusiya Federasiyasinin Dovlet Mukafati laureati olmusdu Yazici da oz novbesinde adini dasiyan edebi mukafat tesis etmisdi XX yuzilliyin evvellerinde Lev Tolstoyun Rusiyanin medeni ve menevi heyatinda oynadigi rolu aradan yuz il kecenden sonra Soljenitsinin oz uzerine goturduyunu musahide etmek o qeder de cetin deyildi Bunu ise Rusiya cemiyyetinde hami eyni memnunluqla qarsilamirdi Basqa bir dissident yazici Vladimir Voynovic Moskva 2042 romaninda ad cekmese de Rusiyani yeniden qurmaq isteyen Soljenitsinin satirik obrazini yaratmisdi Heyatinin son illerini Moskvada ve Sosnovkadaki bag evinde keciren Soljenitsin 30 cildlik kulliyatinin capa hazirlanmasi ile mesgul olurdu Soljenitsin yaradiciliginin tedqiqatcilarindan Milovan Cilasin Yuqoslaviya fikrince o rus medeniyyeti ve suurunda yaranan boslugu doldurmus Puskin Qoqol Tolstoy Dostoyevski Cexov Qorki kimi muelliflerin eserlerinde Rusiyanin butun dunyaya numayis etdirilen ruhunu ozune qaytarmisdir Aleksandr Soljenitsin 3 avqust 2008 ci ilde vefat etmisdir IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Aleksandr Solschenizyn filmportal de 2005 http www washingtonpost com wp dyn content article 2008 08 03 AR2008080301249 html hpid moreheadlines http www ras ru win db show per asp P id 2583 ln ru dl pr inf uk 12 Deutsche Nationalbibliothek Record 118642464 Umumi tenzimleme nezareti GND alm 2012 2016 MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerAleksandr Soljenitsinin secilmis eserleri az Hemcinin bax