Mağara haqqında mif — Platonun "Dövlət" əsərinin yeddinci kitabında özünün "ideya" haqda təlimini izah etmək üçün istifadə etdiyi məşhur alleqoriya. Ümumilikdə platonizmin və obyektiv idealizmin təməl daşı hesab olunur.
Məzmunu
Mif Sokratla Platonun qardaşı Qlavkonun dialoqu şəklində ifadə olunur.
— Sən ziyalılıq və cəhalətlə bağlı bizim insan təbiətimizi belə bir hala bənzədə bilərsən… Təsəvvür et ki, insanlar sanki yerin altında, işığın geniş düz xətt boyunca uzandığı bir mağarada yaşayırlar. Kiçik yaşlarından onların boyunlarında və ayaqlarında tərpənməyə imkan verməyən zəncirlər var və yerlərindən tərpənə, həm də başlarını döndərə bilmədikləri üçün onlar yalnız gözlərinin önündəkini görürlər. İnsanlar hündürdə yerləşən ocaqdan saçan işığa öz arxalarını çeviriblər, ocaq və insanlar arasında sehrbazların öz köməkçilərini arxasında gizlədib ordan müqəvvaları oynatdıqları parça kimi, çox da hündür olmayan hasarla əhatələnmiş bir dağ yolu keçir.
— "Mən bunu təsəvvür edə bilirəm" — Qlavkon dedi.
— Onda təsəvvür et ki, hasarın o biri tərəfində başqa insanlar özləri ilə müxtəlif əşyalar aparırlar və onu elə tutublar ki, əşyalar hasarın üstündən görünür. Onlar daşdan və taxtadan hazırlanmış müxtəlif canlıların heykəllərini və təsvirlərini aparırlar. Bu zaman adətən onların bəziləri danışır, bəziləri isə susur.
— Sən qəribə obrazlar və qəribə məhbuslar təsvir edirsən!
— Bizim kimi. Əvvəla sən elə düşünürsən ki, həmin vəziyyətdə o insanlar arxalarındakı işığın onların önündəki mağaranın divarlarına saldığı, özlərinin, yaxud digərlərinin kölgələrindən başqa nəsə görə bilirlər?
— Əgər onların başları ömürləri boyu tərpənmirsə, onlar başqa şeyləri necə görsünlər ki?
— Bəs o divarın arxasından aparılan əşyalar? Onlar da eyni vəziyyətdə deyillərmi?
— Necə yəni?
— Düşünmürsən ki, əgər məhbuslar bir-birləri ilə söhbət edə bilsəydilər, onlar məhz gördüklərinə ad verdiklərini düşünməzdilərmi?
— Sözsüz bu belədir.
Platon mağarası insanların yaşadıqları ətraf dünyanı ifadə edir. Hissiyat orqanlarının köməkliyi ilə onlar elə bilirlər ki, ətrafda baş verən hər şeyi duyurlar.
Lakin belə həyat sadəcə illüziyadır. Real dünyadan onlara sadəcə dumanlı kölglələr gəlib çatır. Filosof özünə sual verməklə və cavab axtarmaqla digərlərinə nisbətən daha aydın bir təsəvvürə malik ola bilər. Real aləmi lazımınca duya bilməyən insanlarla bildiklərini bölüşmək filosof üçün mənasızdır.
Buna görə də Platon davam edir:
— Onlardan birinin boynunu və ayaqlarını azad etdikdən sonra ayağa durmağa, gəzməyə və ətrafa baxmağa məcbur etdikdə, əvvəllər kölgəsini gördüyü cisimlərə baxmaq ona ağrılı olacaq. Necə düşünürsən, ona deyəndə ki, əvvəllər o sadəcə boş şeylər görürmüş, indi isə həqiqətə yaxınlaşanda o nə deyəcək, düzgün təsəvvür yarada biləcəkmi? Hələ üstəlik aparılan əşyalardan birini göstərib onun nə olduğunu soruşsalar necə? Səncə bu onu çətinliyə salmayacaqmı və o düşünməyəcəkmi ki, əvvəl gördükləri ona indi göstəriləndən daha həqiqidir?
— Əlbəttə, o belə də düşünəcək.
— Bəs onu birbaşa işığa baxmağa məcbur etsələr necə, gözləri ağrımayacaq? Və o görmək iqtidarında olduğu tərəfə dönüb, orda gördüklərinin ona indi göstərilənlərə nəzərən daha həqiqi olduğunu düşünməyəcəkmi?
— Hə, bu belədir.
Bu pritça ilə Platon dərketmənin nə qədər əziyyət, əmək tələb etdiyini nümayiş etdirirdi. Ona görə də onun ideal şəhərini ancaq filosoflar idarə etmək gücündə idi. O insanlar ki, dərketmə üçün çoxlu əmək sərf ediblər.
Bədii ədəbiyyatda
İspan yazıçısı bu pritçanı özünün 2002-ci ildə ilin detektiv romanı seçilərək alan "Afina qətlləri" əsərində xüsusilə incələyir.
Həmçinin bax
İstinadlar
- Платон. Государство. Книга седьмая (в переводе А. Н. Егунова) // Собрание сочинений в 4 т. Т. 3. Философское наследие. Москва: Мысль. 1994. 295–296.
Xarici keçidlər
- Ted-ed: Plato's Allegory of the Cave (ing.)
- Animated interpretation of Plato's Allegory of the Cave (ing.)
- Plato: The Republic — Qutenberq layihəsi (ing.)
- Plato: The Allegory of the Cave, from The Republic — Vaşinqton Universiteti (ing.)
- Plato: Book VII of The Republic, Allegory of the Cave — Şippensburq Universiteti (ing.)
- 2019 translation of the Allegory of the Cave (ing.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Magara haqqinda mif Platonun Dovlet eserinin yeddinci kitabinda ozunun ideya haqda telimini izah etmek ucun istifade etdiyi meshur alleqoriya Umumilikde platonizmin ve obyektiv idealizmin temel dasi hesab olunur Platon magarasi Uilyam Bleyk 1793 MezmunuMif Sokratla Platonun qardasi Qlavkonun dialoqu seklinde ifade olunur Sen ziyaliliq ve cehaletle bagli bizim insan tebietimizi bele bir hala benzede bilersen Tesevvur et ki insanlar sanki yerin altinda isigin genis duz xett boyunca uzandigi bir magarada yasayirlar Kicik yaslarindan onlarin boyunlarinda ve ayaqlarinda terpenmeye imkan vermeyen zencirler var ve yerlerinden terpene hem de baslarini dondere bilmedikleri ucun onlar yalniz gozlerinin onundekini gorurler Insanlar hundurde yerlesen ocaqdan sacan isiga oz arxalarini ceviribler ocaq ve insanlar arasinda sehrbazlarin oz komekcilerini arxasinda gizledib ordan muqevvalari oynatdiqlari parca kimi cox da hundur olmayan hasarla ehatelenmis bir dag yolu kecir Men bunu tesevvur ede bilirem Qlavkon dedi Onda tesevvur et ki hasarin o biri terefinde basqa insanlar ozleri ile muxtelif esyalar aparirlar ve onu ele tutublar ki esyalar hasarin ustunden gorunur Onlar dasdan ve taxtadan hazirlanmis muxtelif canlilarin heykellerini ve tesvirlerini aparirlar Bu zaman adeten onlarin bezileri danisir bezileri ise susur Sen qeribe obrazlar ve qeribe mehbuslar tesvir edirsen Bizim kimi Evvela sen ele dusunursen ki hemin veziyyetde o insanlar arxalarindaki isigin onlarin onundeki magaranin divarlarina saldigi ozlerinin yaxud digerlerinin kolgelerinden basqa nese gore bilirler Eger onlarin baslari omurleri boyu terpenmirse onlar basqa seyleri nece gorsunler ki Bes o divarin arxasindan aparilan esyalar Onlar da eyni veziyyetde deyillermi Nece yeni Dusunmursen ki eger mehbuslar bir birleri ile sohbet ede bilseydiler onlar mehz gorduklerine ad verdiklerini dusunmezdilermi Sozsuz bu beledir Platon magarasi insanlarin yasadiqlari etraf dunyani ifade edir Hissiyat orqanlarinin komekliyi ile onlar ele bilirler ki etrafda bas veren her seyi duyurlar Lakin bele heyat sadece illuziyadir Real dunyadan onlara sadece dumanli kolgleler gelib catir Filosof ozune sual vermekle ve cavab axtarmaqla digerlerine nisbeten daha aydin bir tesevvure malik ola biler Real alemi laziminca duya bilmeyen insanlarla bildiklerini bolusmek filosof ucun menasizdir Buna gore de Platon davam edir Platon magarasinin illustrasiyasi Onlardan birinin boynunu ve ayaqlarini azad etdikden sonra ayaga durmaga gezmeye ve etrafa baxmaga mecbur etdikde evveller kolgesini gorduyu cisimlere baxmaq ona agrili olacaq Nece dusunursen ona deyende ki evveller o sadece bos seyler gorurmus indi ise heqiqete yaxinlasanda o ne deyecek duzgun tesevvur yarada bilecekmi Hele ustelik aparilan esyalardan birini gosterib onun ne oldugunu sorussalar nece Sence bu onu cetinliye salmayacaqmi ve o dusunmeyecekmi ki evvel gordukleri ona indi gosterilenden daha heqiqidir Elbette o bele de dusunecek Bes onu birbasa isiga baxmaga mecbur etseler nece gozleri agrimayacaq Ve o gormek iqtidarinda oldugu terefe donub orda gorduklerinin ona indi gosterilenlere nezeren daha heqiqi oldugunu dusunmeyecekmi He bu beledir Bu pritca ile Platon derketmenin ne qeder eziyyet emek teleb etdiyini numayis etdirirdi Ona gore de onun ideal seherini ancaq filosoflar idare etmek gucunde idi O insanlar ki derketme ucun coxlu emek serf edibler Bedii edebiyyatdaIspan yazicisi bu pritcani ozunun 2002 ci ilde ilin detektiv romani secilerek alan Afina qetlleri eserinde xususile inceleyir Hemcinin baxPopulizm Platon NeoplatonizmIstinadlarPlaton Gosudarstvo Kniga sedmaya v perevode A N Egunova Sobranie sochinenij v 4 t T 3 Filosofskoe nasledie Moskva Mysl 1994 295 296 Xarici kecidlerVikianbarda Platon magarasi ile elaqeli mediafayllar var Ted ed Plato s Allegory of the Cave ing Animated interpretation of Plato s Allegory of the Cave ing Plato The Republic Qutenberq layihesi ing Plato The Allegory of the Cave from The Republic Vasinqton Universiteti ing Plato Book VII of The Republic Allegory of the Cave Sippensburq Universiteti ing 2019 translation of the Allegory of the Cave ing