Nəcəfqulu (tam adı: Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov; 15 mart 1923, Bakı – 25 mart 1990, Bakı) — Azərbaycan rəngkarı, karikaturçu və illüstrasiya ustası, "Kirpi" satirik jurnalının baş rəssamı və yaradıcılarından biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963).
Nəcəfqulu | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Həyat yoldaşı | Güllü Mustafayeva |
Uşaqları | Rəna İsmayılova Sevinc İsmayılova |
Fəaliyyəti | rəssam, qrafika ustası |
Təhsili | Azərbaycan Dövlət Rəssamlıq Məktəbi |
Janrlar | portret, peyzaj, karikatur, natürmort |
Mükafatları | |
Həyatı
Nəcəfqulu İsmayılov 15 mart 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1936–1940-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almış, Böyük Vətən müharibəsinin başlanması səbəbilə ali təhsilini davam etdirə bilməmişdir. Rəssam 1952–1979-cu illərdə "Kirpi" satirik jurnalında baş rəssam kimi çalışmışdır.
Nəcəfqulu İsmayılov 1949-cu ildə rəssam Güllü Mustafayeva ilə ailə qurmuşdur. Orqan ifaçısı Rəna İsmayılovanın və skripkaçı Sevinc İsmayılovanın atasıdır. O, 25 mart 1990-cı ildə vəfat etmişdir.
Yaradıcılığı
Rəssam yaradıcılığı boyu qrafika ustası və rəngkar kimi fəaliyyət göstərmişdir. O, "Kirpi" satirik jurnalı üçün karikaturlar, şarjlar və başqa qrafik əsərlər yaratmış, rəsm və plakatlar işləmiş, Cəlil Məmmədquluzadənin hekayələrinə, Mirzə Ələkbər Sabirin "Hophopnamə"sinə illüstrasiyalar çəkmişdir.
Nəcəfqulu İsmayılovun dəzgah rəngkarlığının portret, süjetli tablo və natürmort janrlarında bir sıra əsərləri vardır. Onun yaradıcılığında portret janrı əhəmiyyətli yerə malikdir. Onun bu qəbildən olan əsərləri sırasına "Qubalı Fətəli xan" (1947), "General Həzi Aslanov" (1949), "Sara Aşurbəyli" (1951), "Şair Mirzə Əli Möcüz" (1954), "Yazıçı Abdulla Şaiq" (1955), "Ana" (1967), "Yazıçı Cəlil Məmmədquluzadə" (1967), "Şair Səməd Vurğun" (1967), "Akademik Mikayıl Useynov" (1972), "Səttar Bəhlulzadə" (1973), "Üzeyir Hacıbəyov" (1975), "Nəsirəddin Tusi" və digər portretlər daxildir.
Rəssamın süjetli tablo və mənzərə janrında yaratdığı əsərlərinə "Qrand-opera" (1960), "İçərişəhərdə küçə" (1960), "Səadət" (1970), "Realist rəssam" və başqaları daxildir. O, "Qayğıkeş ferma müdiri", "Əsl şərəf lövhəsi belə olar", "Axır ki dil tapdıq", "Sözsüz" və başqa karikaturlarında qarşılaşdığı neqativ hallara olan münasibətini əks etdirmişdir. Rəssam 1958-ci ildə tarixi mövzuda olan "Nəsiminin edamı" əsərini yaratmışdır.
Nəcəfqulu İsmayılov "Kirpi" jurnalında çəkdiyi karikaturların sözlərini də yazmışdır. O, bir sıra mədəniyyət xadimlərinin portretlərini yaratmış, Tahir Salahov, Mikayıl Abdullayev, Fikrət Əmirov, Cəlal Qaryağdı, Bəşir Səfəroğlu və başqalarının dostluq şarjlarını işləmişdir.
Nəcəfqulu İsmayılov 1940-cı illərdən başlayaraq tarixi lövhələr, surətlər, habelə mədəniyyət xadimlərinin obrazlarını ilə respublika və Moskvada təşkil edilmiş rəssamlıq sərgilərində iştirak etmişdir. Bakıda, Moskvada, Leninqradda fərdi sərgiləri açılmış və burada onun şəkillərindən ibarət bir neçə albom, kitablara çəkliyi illüstrasiyalar nümayiş etdirilmişdir. İllər ərzində "Kirpi", "Krokodil" və başqa satirik jurnal səhifələrində onun yüzlərlə karikaturu dərc olunmuşdur. Rəssam 1970–1982-ci illərdə Məhəmməd Füzulinin, Mirzə Ələkbər Sabirin, Üzeyir Hacıbəyovun misdən barelyeflərini də hazırlamışdır. Onun əsərləri Almaniyanın, Kanadanın, Livanın, Rusiyanın və digər ölkələrin sərgi salonlarında nümayiş olunmuşdur. Rəssamın "Kirpi" jurnalı üçün çəkdiyi bir çox əsər 1970-ci illərdə Bolqarıstanın Qabrovo şəhərində gülüşlə bağlı keçirilmiş beynəlxalq yarışmada sərgilənmişdir.
Təltif və mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 12 aprel 1963
- — 9 iyun 1959
İstinadlar
- "Məşhur karikaturçu rəssam Nəcəfqulu". "Azadlıq" qəzeti. 26 avqust 2013. səh. 14. 13 mart 2020 tarixində . İstifadə tarixi: 13 mart 2020.
- Нәҹәфгулу // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 171.
- ""Həsən və Güllü" dastanı". "Mədəniyyət" qəzeti. 13 mart 2015. səh. 12–13. 12 iyun 2019 tarixində . İstifadə tarixi: 13 mart 2020.
- "Нәҹәфгулу (Н. Ә. Исмајылов)". № 11 (2406). Әдәбијјат вә инҹәсәнәт. 30 март 1990-ҹы ил: сәһ. 7.
- Azərbaycan Dövlət Rəsm Qalereyası. Azərbaycan rəssamları haqqında qısa məlumat kitabçası. Bakı. 2017. səh. 72–73.
- "Nəcəfqulu İsmayılovun sənət dünyası". "Mədəniyyət" qəzeti. 14 dekabr 2011. səh. 14. 13 mart 2020 tarixində . İstifadə tarixi: 13 mart 2020.
- Кәримова, Р. Азәрбајҹан совет портрет бојакарлығы. Бакы: Азәрбајҹан ССР Елмләр Академијасы Нәшријјаты. 1964. С. 122.
- Нәҹәфов, М. Нәҹәфгулу Исмајылов // Азәрбајҹанын карикатурачы рәссамлары. Бакы: "Ишыг" нәшријјаты. 1972. С. 38.
Ədəbiyyat
- Искусство Советского Азербайджана. Живопись, скульптура, графика. Коллектив авторов. Москва: Советский художник. 1970. с. 192.
- Бахлулзаде Саттар Бахлул оглы // Художники народов СССР: Биобиблиографический словарь. В 6-ти томах . Т. IV. Главный составитель и библиограф О. Э. Вольценбург. Искусство. 1983. 561.
- "Nəcəfqulu". Cəlil Məmmədquluzadə Ensiklopediyası. 13 mart 2020 tarixində . İstifadə tarixi: 13 mart 2020.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Necefqulu tam adi Necefqulu Ebdulrehim oglu Ismayilov 15 mart 1923 Baki 25 mart 1990 Baki Azerbaycan rengkari karikaturcu ve illustrasiya ustasi Kirpi satirik jurnalinin bas ressami ve yaradicilarindan biri Azerbaycan SSR emekdar incesenet xadimi 1963 NecefquluDogum tarixi 15 mart 1923Dogum yeri Baki Baki qezasi Azerbaycan SSR ZSFSR SSRIVefat tarixi 25 mart 1990 67 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIDefn yeri II Fexri XiyabanVetendasligi SSRIHeyat yoldasi Gullu MustafayevaUsaqlari Rena Ismayilova Sevinc IsmayilovaFealiyyeti ressam qrafika ustasiTehsili Azerbaycan Dovlet Ressamliq MektebiJanrlar portret peyzaj karikatur naturmortMukafatlari 1959HeyatiNecefqulu Ismayilov 15 mart 1923 cu ilde Baki seherinde anadan olmusdur O 1936 1940 ci illerde Azerbaycan Dovlet Ressamliq Mektebinde tehsil almis Boyuk Veten muharibesinin baslanmasi sebebile ali tehsilini davam etdire bilmemisdir Ressam 1952 1979 cu illerde Kirpi satirik jurnalinda bas ressam kimi calismisdir Necefqulu Ismayilov 1949 cu ilde ressam Gullu Mustafayeva ile aile qurmusdur Orqan ifacisi Rena Ismayilovanin ve skripkaci Sevinc Ismayilovanin atasidir O 25 mart 1990 ci ilde vefat etmisdir YaradiciligiRessam yaradiciligi boyu qrafika ustasi ve rengkar kimi fealiyyet gostermisdir O Kirpi satirik jurnali ucun karikaturlar sarjlar ve basqa qrafik eserler yaratmis resm ve plakatlar islemis Celil Memmedquluzadenin hekayelerine Mirze Elekber Sabirin Hophopname sine illustrasiyalar cekmisdir Necefqulu Ismayilovun dezgah rengkarliginin portret sujetli tablo ve naturmort janrlarinda bir sira eserleri vardir Onun yaradiciliginda portret janri ehemiyyetli yere malikdir Onun bu qebilden olan eserleri sirasina Qubali Feteli xan 1947 General Hezi Aslanov 1949 Sara Asurbeyli 1951 Sair Mirze Eli Mocuz 1954 Yazici Abdulla Saiq 1955 Ana 1967 Yazici Celil Memmedquluzade 1967 Sair Semed Vurgun 1967 Akademik Mikayil Useynov 1972 Settar Behlulzade 1973 Uzeyir Hacibeyov 1975 Nesireddin Tusi ve diger portretler daxildir Ressamin sujetli tablo ve menzere janrinda yaratdigi eserlerine Qrand opera 1960 Iceriseherde kuce 1960 Seadet 1970 Realist ressam ve basqalari daxildir O Qaygikes ferma mudiri Esl seref lovhesi bele olar Axir ki dil tapdiq Sozsuz ve basqa karikaturlarinda qarsilasdigi neqativ hallara olan munasibetini eks etdirmisdir Ressam 1958 ci ilde tarixi movzuda olan Nesiminin edami eserini yaratmisdir Necefqulu Ismayilov Kirpi jurnalinda cekdiyi karikaturlarin sozlerini de yazmisdir O bir sira medeniyyet xadimlerinin portretlerini yaratmis Tahir Salahov Mikayil Abdullayev Fikret Emirov Celal Qaryagdi Besir Seferoglu ve basqalarinin dostluq sarjlarini islemisdir Necefqulu Ismayilov 1940 ci illerden baslayaraq tarixi lovheler suretler habele medeniyyet xadimlerinin obrazlarini ile respublika ve Moskvada teskil edilmis ressamliq sergilerinde istirak etmisdir Bakida Moskvada Leninqradda ferdi sergileri acilmis ve burada onun sekillerinden ibaret bir nece albom kitablara cekliyi illustrasiyalar numayis etdirilmisdir Iller erzinde Kirpi Krokodil ve basqa satirik jurnal sehifelerinde onun yuzlerle karikaturu derc olunmusdur Ressam 1970 1982 ci illerde Mehemmed Fuzulinin Mirze Elekber Sabirin Uzeyir Hacibeyovun misden barelyeflerini de hazirlamisdir Onun eserleri Almaniyanin Kanadanin Livanin Rusiyanin ve diger olkelerin sergi salonlarinda numayis olunmusdur Ressamin Kirpi jurnali ucun cekdiyi bir cox eser 1970 ci illerde Bolqaristanin Qabrovo seherinde gulusle bagli kecirilmis beynelxalq yarismada sergilenmisdir Teltif ve mukafatlari Azerbaycan SSR emekdar incesenet xadimi fexri adi 12 aprel 1963 Emekde ferqlenmeye gore medali 9 iyun 1959Istinadlar Meshur karikaturcu ressam Necefqulu Azadliq qezeti 26 avqust 2013 seh 14 13 mart 2020 tarixinde Istifade tarixi 13 mart 2020 Nәҹәfgulu Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә VII ҹild Misir Prado Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1983 S 171 Hesen ve Gullu dastani Medeniyyet qezeti 13 mart 2015 seh 12 13 12 iyun 2019 tarixinde Istifade tarixi 13 mart 2020 Nәҹәfgulu N Ә Ismaјylov 11 2406 Әdәbiјјat vә inҹәsәnәt 30 mart 1990 ҹy il sәһ 7 Azerbaycan Dovlet Resm Qalereyasi Azerbaycan ressamlari haqqinda qisa melumat kitabcasi Baki 2017 seh 72 73 Necefqulu Ismayilovun senet dunyasi Medeniyyet qezeti 14 dekabr 2011 seh 14 13 mart 2020 tarixinde Istifade tarixi 13 mart 2020 Kәrimova R Azәrbaјҹan sovet portret boјakarlygy Baky Azәrbaјҹan SSR Elmlәr Akademiјasy Nәshriјјaty 1964 S 122 Nәҹәfov M Nәҹәfgulu Ismaјylov Azәrbaјҹanyn karikaturachy rәssamlary Baky Ishyg nәshriјјaty 1972 S 38 EdebiyyatIskusstvo Sovetskogo Azerbajdzhana Zhivopis skulptura grafika Kollektiv avtorov Moskva Sovetskij hudozhnik 1970 s 192 Bahlulzade Sattar Bahlul ogly Hudozhniki narodov SSSR Biobibliograficheskij slovar V 6 ti tomah T IV Glavnyj sostavitel i bibliograf O E Volcenburg Iskusstvo 1983 561 Necefqulu Celil Memmedquluzade Ensiklopediyasi 13 mart 2020 tarixinde Istifade tarixi 13 mart 2020