Mədinənin mühasirəsi (ərəb. حصار المدينة المنورة, türk. Medine Kuşatması, ing. Siege of Medina) və ya Mədinənin müdafiəsi (türk. Medine Müdafaası) — 1916-cı ildən 1919-cu ilə qədər dəvam edən, Fəxrəddin paşanın rəhbərlik etdiyi Osmanlı qüvvələri ilə Britaniya-Hicaz qüvvələri arasında baş vermiş döyüş. Mədinənin mühasirəsi Birinci dünya müharibəsi zamanı baş qaldıran Ərəb üsyanının nəticəsi idi.
Mədinənin mühasirəsi | |||
---|---|---|---|
Birinci dünya müharibəsi Ərəb üsyanı | |||
| |||
Tarix | iyun 1916 – 10 yanvar 1919 | ||
Yeri | Mədinə, Hicaz vilayəti | ||
Nəticəsi | ərəblərin və britaniyalıların qələbəsi | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
İtkilər | |||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Şərif Hüseynin 1916-cı ildə Britaniyanın dəstəyi ilə başlatdığı mühasirə 2 il 7 ay davam etdi. Mühasirə Mudros müqaviləsinin imzalanmasından sonra VI Mehmedin israrı ilə Fəxrəddin paşanın rəhbərlik etdiyi qarnizon qüvvələrinin təslim olması ilə sona çatdı. Mədinədəki Osmanlı qarnizonu sülh müqaviləsinin şərtlərinə görə təslim olan son Osmanlı hərbi birliyi idi. Münaqişə zamanı mədinəlilərin böyük bir hissəsi şəhəri tərk etmişdi. Mühasirə sona çatandan sonra Fəxrəddin paşa britaniyalı komandirlər tərəfindən ələ keçirildi və Maltaya sürgün edildi.
Arxa plan
İnzibati mərkəzdən uzaqda yerləşən Mədinədəki Osmanlı qarnizonu üzərində lojistik əlaqələrin qurulmasını təmin edirdi. 1916-cı ilin iyun ayında başlayan üsyana qədər bu vəzifənin yerinə yetirilməsində heç bir problem yox idi.
dövründə İstanbulda saxlanılan Şərif Hüseyn Konstitusiyalı monarxiyaya əsasən Məkkə şərifi olaraq İttihad və Tərəqqi hökuməti tərəfindən Hicaza göndərildi. İttihad və Tərəqqi hökumətinin "Türkçülük" siyasətini müdafiə edən Şərif Hüseyn 1916-cı ilin iyun ayında üsyan başlatdı.
Britaniyanın rabitə zabiti kimi uzun illər Ərəbistan yarımadasında casusluq fəaliyyəti ilə məşğul olan Tomas Edvard Lourensin səyləri üsyanda böyük rol oynamışdır. Britaniyanın baş verən üsyana yardımının ən əhəmiyyətli səbəbləri, Ərəbistan yarımadasının neft ehtiyatlarına sahib olması və baş verəcək üsyan nəticəsində Osmanlı ordusunun gücünün parçalanacağı idi.
Mühasirədən az əvvəl üsyançıların Mədinə şəhərinə hücum edəcəyini təxmin edən Fəxrəddin paşa şəhərin bütün müqəddəs reliktlərini gizli şəkildə İstanbula göndərdi.
Mühasirə
Britaniyanın hər cəhətdən dəstəklədiyi və möhkəmləndirdiyi ən nizamsız bədəvi milisindən ibarət olan Haşimi-ələyhdarı ordu, Ciddə, Məkkə, Taif, və şəhərlərini ələ keçirərək, Mədinə şəhərinin Osmanlı İmperiyasının mərkəzi ilə əlaqəsini mühasirəyə almışdı. Mədinə şəhərinə hücum edən üsynaçılar isə Osmanlı ordusu tərəfindən darmadağın edildilər.
Bu məğlubiyyətdən sonra üsyançılar yeni döyüşlərə girmir, Mədinə şəhərində hərbi mühasirə qura bilmirdilər. Ancaq Mədinənin Osmanlının mərkəzi ilə əlaqəsinin tamamilə kəsilməsi, əsgərlərin sabotaj fəaliyyətləri və vur-qaç tipli partizan hücumları, Osmanlı qarnizonunun şəhərdə çarəsiz qalması ilə nəticələnmişdi.
Üsyan boyunca, xüsusilə şəhərli ərəblər üsyanı dəstəkləməmiş və tanımamışdır. Buna görə, üsyançı qüvvələr şəhərə hücum üçün yeni hərbi güc formalaşdıra bilmədilər və mühasirə zamanı Osmanlı qarnizonuna yenidən hücum etməyə özlərində cəsarət tapmadılar. Britaniya isə Hicaz bölgəsinə simvolik səbəblərdən əsgər qoymaq istəmirdi. Digər tərəfdən, Birinci dünya müharibəsinin gedişi Osmanlı İmperiyasına qarşı çevrildiyinə görə Osmanlının Hicaz əleyhinə hərbi kampaniya təşkil etməsi mümkün olmamışdı. Bu şəraitdə, mühasirə hər iki tərəf üçün çıxılmaz bir vəziyyət halına gəlmişdi.
Şəhəri müdafiə edən Osmanlı qarnizonu üçün şərait daha pis idi. Çünki Fələstin cəbhəsindən pis xəbərlər gəlməyə başlamışdı. 7 noyabr 1917-ci ildə Qəzzə şəhəri, 26 dekabr 1917-ci ildə isə Qüds şəhəri işğal edilmişdi. 21 sentyabr 1918-ci ildə baş verən Meqiddo döyüşündə isə Osmanlının Sinay və Fələstin cəbhəsini təşkil edən 4-cü, 7-ci və 8-ci orduları darmadağın edildi. Beləliklə, Sinay və Fələstin cəbhəsi tamamilə məğlub edildi, Mədinə qarnizonunun yenidən Osmanlı orduları ilə əlaqə qurma ümidi puç oldu.
Mədinə əhalisinin əhəmiyyətli bir hissəsi müqavimət göstərmədən şəhəri tərk etmişdi. Mühasirədən əvvəl qarnizonun ehtiyaclarını qarşılamaq üçün kömək istəməsinə baxmayaraq, bu tələblər imkansızlıqlar bəhanə edilərək rədd edilmişdi. Mühasirənin ilk aylarından etibarən Osmanlı əsgərləri hər baxımdan ciddi çətinliklər yaşadılar. Xüsusilə qısa zaman içində qida ehtiyatı tükənmiş, əsgərlər arasında xəstəliklər yayılmağa başlamışdı. Qarnizon təslim olduğu zaman, haşimi-ələyhdarı ordunun ələ keçirdiyi ərzaq yalnız xurma və qurudulmuş çəyirtkədən ibarət idi. Lakin qarnizon komandiri Fəxrəddin paşa bütün çətinliklərə baxmayaraq, müsəlmanların müqəddəs hesab etdiyi Mədinə şəhərini sonuna qədər müdafiə etmək qərarına gəlmişdi.
1918-ci ilin sentyabr ayında Misirdəki Britaniya kral müvəkkili Edmund Allenbi Fəxrəddin paşanı yola gətirmək üçün ona bir məktub ünvanladı:
Mədinəni uzun müddət müdafiə etmək üçün siz bir əsgər və bir türk vətənpərvəri olaraq, hökmdarınız, ölkəniz, şəxsi qürurunuz naminə əlinizdən gələni etmişsiniz. Yuxarıda qeyd edilənləri və ümidsiz hərbi vəziyyətinizi nəzərə alaraq, çox sayda qurban verilməsi ilə nəticələnəcək faydasız müqavimətin uzadılmasının doğru olmadığını anlamağınızı sizdən xahiş edirəm. |
Fəxrəddin paşa Britaniya tərəfindən göndərilən bu və bunun kimi digər təslim olma təkliflərinin hamısını rədd etmişdir. Lakin şəraitin çətinliyi və çarəsiz vəziyyət qarnizondan kütləvi əsgər qaçışlarının sayını artırmışdı. Həmçinin zabitlər arasında da narazılıq halları artırdı.
Sonrakı aylarda digər cəbhələrdə məğlubiyyətə uğrayan Osmanlı İmperiyası Birinci dünya müharibəsində məğlub oldu, Mudros sülh müqaviləsini imzalandı və Osmanlı ordusu müqavilənin şərtlərinə əsasən olundu. Müqavilənin surəti Mədinəyə də göndərilmişdi. Britaniyalılar Fəxrəddin paşa və ordusunun təslim olmasını əmr etdi. Lakin Fəxrəddin paşa bu məğlubiyyəti qəbul etmədi və müqaviməti davam etdirmə qərarına gəldi. Təkrarlanan əmrlərə baxmayaraq, qarnizon müqavilənin imzalanmasından yalnız 3 ay sonra təslim oldu.
Mühasirədən sonra
Mühasirə bitdikdən sonra Fəxrəddin paşa britaniyalılar tərəfindən əsir alınıb Maltaya sürgün edildi. Mədinədə göstərdiyi müqavimət ona yerli əhali arasında böyük hörmət qazandırdı. Buna görə də, Tomas Edvard Lourens ona "Desert Tiger" (azərb. "Səhra pələngi") titulunu vermişdi. İllər sonra Maltadan qaçan Fəxrəddin paşa Anadoluya geri qayıtmış və Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak etmişdir.
Əsir saxlanan Osmanlı əsgərləri Misirdəki həbs düşərgələrinə göndərildi. Yalnız təmsilçilərinə bir müddət də Mədinədə qalıb yola çıxa bilməyən yaralı Osmanlı əsgərlərini müalicə etməyə icazə verildi. Müqavimət müddətində Mədinə şəhərində olan Hilal-i Əhmər könüllüsü Fəridun Qandəmir, Osmanlı əsgərlərinin Mədinədən ayrılmasını belə təsvir edir:
Bəziləri qolsuz, bəziləri ayaqsız əsgərlərin bir-birinə kömək edərək halsız-halsız son dəfə Harəmüşşərifi ziyarətə yollanaraq Rəvzaya üzlərini sürtərək, dualar edərək vidalaşması görülməsi gərəkən bir mənzərə idi. Britaniya qızılları ilə yemlənib türkə diş qıcıdan bəzi dırnaqarası ərəblər belə bu mənzərəni görüb göz yaşlarını tuta bilmirdilər. Bizim ilə bərabər Mədinədə qalıb aylardır dəvam edən mühasirənin hər cür çətinliyini görən, aclığa dözən yerli ərəblər isə əsl matəm içində ağlayırdılar. |
və onun qoşunları 13 yanvar 1919-cu ildə Mədinə şəhərinə daxil oldu. Təslimdən sonra ərəb əsgərləri şəhəri 12 gün talan etdilər. Osmanlı zabitləri tərəfindən kilidlənmiş və qorunmuş ümumilikdə 4 850 ev yağmalandı. Osmanlı əsgərlərinin əlində olan bütün silahlar, döyüş sursatı və materiallar haşimilərin əlinə keçdi. Müqavimətin sona çatmasından sonra Mədinə şəhəri Şərif Hüseynin əlinə keçdi. Lakin az keçmiş üsyan qaldıran Mədinəyə yiyələndilər və Şərif Hüseyn məğlub edilərək Hicazı tərk etməli oldu.
İstinadlar
- Military Intelligence and the Arab Revolt: The first modern intelligence war (azərb. Hərbi Zəka və Ərəb Üsyanı: İlk müasir zəka müharibəsi), Polli a. Mohs, ISBN 1-134-19254-1, Routledge, səhifə 40.
- Süleyman Beyoğlu, The end broken point of Turkish - Arabian relations: The evacuation of Medine, Atatürk Atatürk Research Centre Journal (Number 78, Edition: XXVI, November 2010) (Turkish). 8,000 Ottoman troops surrendered at the end of the Siege of Medina and were evacuated to Egypt afterwards.
- Spenser S. Taker, Ərəb Üsyanı (1916-1918) 2014-04-16 at the Wayback Machine, I Dünya Müharibəsi Ensiklopediyası, ABC-CLIO, 2005, ISBN 1-85109-420-2, səhifə 117.
- Mehmet Bahadir Dördüncü, Mecca-Medina: the Yıldız albums of Sultan Abdülhamid II, Tughra Books, 2006, ISBN 1-59784-054-8, səhifə 29.
- Osmanlı'ya ihanet eden aileyi saran lanet çemberi, Mustafa Armağan, 17 aprel 2011 tarixli Zaman qəzeti
- Medine Müdafaası, Feridun Kandemir, Nehir Yayınları, s. 530, İstanbul, 1991
- a.g.e., Feridun Kandemir, s. 235
- Başbakan Erdoğan'ın sır konuşması 2022-04-15 at the Wayback Machine, Sabah, 24.03.2012 (türk.)
Xarici keçidlər
- Turkey in the First World War saytında Mədinənin mühasirəsi və ümumilikdə ərəb kampaniyası 2010-01-02 at the Wayback Machine
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Medinenin muhasiresi ereb حصار المدينة المنورة turk Medine Kusatmasi ing Siege of Medina ve ya Medinenin mudafiesi turk Medine Mudafaasi 1916 ci ilden 1919 cu ile qeder devam eden Fexreddin pasanin rehberlik etdiyi Osmanli quvveleri ile Britaniya Hicaz quvveleri arasinda bas vermis doyus Medinenin muhasiresi Birinci dunya muharibesi zamani bas qaldiran Ereb usyaninin neticesi idi Medinenin muhasiresiBirinci dunya muharibesi Ereb usyaniT E Lourens Akkebe seheri etrafindaTarix iyun 1916 10 yanvar 1919Yeri Medine Hicaz vilayetiNeticesi ereblerin ve britaniyalilarin qelebesiMunaqise terefleriOsmanli Imperiyasi Hicaz kralligi Boyuk BritaniyaKomandan lar Fexreddin pasa Serif Huseyn Feysel ibn Huseyn Edmund AllenbiTereflerin quvvesi1916 3 000 1918 11 000 ereb usyancilar 1916 30 000 1918 50 000 Britaniya Herbi Hava Quvvelerinin desteyiItkilerQarnizonun 8 000 esgeri Misire neql olundu bir qismi xesteliklerden vefat etdi diger bir qismi ise muxtelif bolgelere gonderildi Butun silah sursat usyanci quvvelerinin ellerine kecdi Bilinmir agir Vikianbarda elaqeli mediafayllar Serif Huseynin 1916 ci ilde Britaniyanin desteyi ile baslatdigi muhasire 2 il 7 ay davam etdi Muhasire Mudros muqavilesinin imzalanmasindan sonra VI Mehmedin israri ile Fexreddin pasanin rehberlik etdiyi qarnizon quvvelerinin teslim olmasi ile sona catdi Medinedeki Osmanli qarnizonu sulh muqavilesinin sertlerine gore teslim olan son Osmanli herbi birliyi idi Munaqise zamani medinelilerin boyuk bir hissesi seheri terk etmisdi Muhasire sona catandan sonra Fexreddin pasa britaniyali komandirler terefinden ele kecirildi ve Maltaya surgun edildi Arxa planEsas meqale Ereb usyani Inzibati merkezden uzaqda yerlesen Medinedeki Osmanli qarnizonu uzerinde lojistik elaqelerin qurulmasini temin edirdi 1916 ci ilin iyun ayinda baslayan usyana qeder bu vezifenin yerine yetirilmesinde hec bir problem yox idi dovrunde Istanbulda saxlanilan Serif Huseyn Konstitusiyali monarxiyaya esasen Mekke serifi olaraq Ittihad ve Tereqqi hokumeti terefinden Hicaza gonderildi Ittihad ve Tereqqi hokumetinin Turkculuk siyasetini mudafie eden Serif Huseyn 1916 ci ilin iyun ayinda usyan baslatdi Britaniyanin rabite zabiti kimi uzun iller Erebistan yarimadasinda casusluq fealiyyeti ile mesgul olan Tomas Edvard Lourensin seyleri usyanda boyuk rol oynamisdir Britaniyanin bas veren usyana yardiminin en ehemiyyetli sebebleri Erebistan yarimadasinin neft ehtiyatlarina sahib olmasi ve bas verecek usyan neticesinde Osmanli ordusunun gucunun parcalanacagi idi Muhasireden az evvel usyancilarin Medine seherine hucum edeceyini texmin eden Fexreddin pasa seherin butun muqeddes reliktlerini gizli sekilde Istanbula gonderdi MuhasireBritaniyanin her cehetden desteklediyi ve mohkemlendirdiyi en nizamsiz bedevi milisinden ibaret olan Hasimi eleyhdari ordu Cidde Mekke Taif ve seherlerini ele kecirerek Medine seherinin Osmanli Imperiyasinin merkezi ile elaqesini muhasireye almisdi Medine seherine hucum eden usynacilar ise Osmanli ordusu terefinden darmadagin edildiler Bu meglubiyyetden sonra usyancilar yeni doyuslere girmir Medine seherinde herbi muhasire qura bilmirdiler Ancaq Medinenin Osmanlinin merkezi ile elaqesinin tamamile kesilmesi esgerlerin sabotaj fealiyyetleri ve vur qac tipli partizan hucumlari Osmanli qarnizonunun seherde caresiz qalmasi ile neticelenmisdi Usyan boyunca xususile seherli erebler usyani desteklememis ve tanimamisdir Buna gore usyanci quvveler sehere hucum ucun yeni herbi guc formalasdira bilmediler ve muhasire zamani Osmanli qarnizonuna yeniden hucum etmeye ozlerinde cesaret tapmadilar Britaniya ise Hicaz bolgesine simvolik sebeblerden esger qoymaq istemirdi Diger terefden Birinci dunya muharibesinin gedisi Osmanli Imperiyasina qarsi cevrildiyine gore Osmanlinin Hicaz eleyhine herbi kampaniya teskil etmesi mumkun olmamisdi Bu seraitde muhasire her iki teref ucun cixilmaz bir veziyyet halina gelmisdi Seheri mudafie eden Osmanli qarnizonu ucun serait daha pis idi Cunki Felestin cebhesinden pis xeberler gelmeye baslamisdi 7 noyabr 1917 ci ilde Qezze seheri 26 dekabr 1917 ci ilde ise Quds seheri isgal edilmisdi 21 sentyabr 1918 ci ilde bas veren Meqiddo doyusunde ise Osmanlinin Sinay ve Felestin cebhesini teskil eden 4 cu 7 ci ve 8 ci ordulari darmadagin edildi Belelikle Sinay ve Felestin cebhesi tamamile meglub edildi Medine qarnizonunun yeniden Osmanli ordulari ile elaqe qurma umidi puc oldu Medine ehalisinin ehemiyyetli bir hissesi muqavimet gostermeden seheri terk etmisdi Muhasireden evvel qarnizonun ehtiyaclarini qarsilamaq ucun komek istemesine baxmayaraq bu telebler imkansizliqlar behane edilerek redd edilmisdi Muhasirenin ilk aylarindan etibaren Osmanli esgerleri her baximdan ciddi cetinlikler yasadilar Xususile qisa zaman icinde qida ehtiyati tukenmis esgerler arasinda xestelikler yayilmaga baslamisdi Qarnizon teslim oldugu zaman hasimi eleyhdari ordunun ele kecirdiyi erzaq yalniz xurma ve qurudulmus ceyirtkeden ibaret idi Lakin qarnizon komandiri Fexreddin pasa butun cetinliklere baxmayaraq muselmanlarin muqeddes hesab etdiyi Medine seherini sonuna qeder mudafie etmek qerarina gelmisdi 1918 ci ilin sentyabr ayinda Misirdeki Britaniya kral muvekkili Edmund Allenbi Fexreddin pasani yola getirmek ucun ona bir mektub unvanladi Medineni uzun muddet mudafie etmek ucun siz bir esger ve bir turk vetenperveri olaraq hokmdariniz olkeniz sexsi qururunuz namine elinizden geleni etmissiniz Yuxarida qeyd edilenleri ve umidsiz herbi veziyyetinizi nezere alaraq cox sayda qurban verilmesi ile neticelenecek faydasiz muqavimetin uzadilmasinin dogru olmadigini anlamaginizi sizden xahis edirem Fexreddin pasa Britaniya terefinden gonderilen bu ve bunun kimi diger teslim olma tekliflerinin hamisini redd etmisdir Lakin seraitin cetinliyi ve caresiz veziyyet qarnizondan kutlevi esger qacislarinin sayini artirmisdi Hemcinin zabitler arasinda da naraziliq hallari artirdi Sonraki aylarda diger cebhelerde meglubiyyete ugrayan Osmanli Imperiyasi Birinci dunya muharibesinde meglub oldu Mudros sulh muqavilesini imzalandi ve Osmanli ordusu muqavilenin sertlerine esasen olundu Muqavilenin sureti Medineye de gonderilmisdi Britaniyalilar Fexreddin pasa ve ordusunun teslim olmasini emr etdi Lakin Fexreddin pasa bu meglubiyyeti qebul etmedi ve muqavimeti davam etdirme qerarina geldi Tekrarlanan emrlere baxmayaraq qarnizon muqavilenin imzalanmasindan yalniz 3 ay sonra teslim oldu Muhasireden sonraMuhasire bitdikden sonra Fexreddin pasa britaniyalilar terefinden esir alinib Maltaya surgun edildi Medinede gosterdiyi muqavimet ona yerli ehali arasinda boyuk hormet qazandirdi Buna gore de Tomas Edvard Lourens ona Desert Tiger azerb Sehra pelengi titulunu vermisdi Iller sonra Maltadan qacan Fexreddin pasa Anadoluya geri qayitmis ve Turkiye Istiqlaliyyet Muharibesinde istirak etmisdir Esir saxlanan Osmanli esgerleri Misirdeki hebs dusergelerine gonderildi Yalniz temsilcilerine bir muddet de Medinede qalib yola cixa bilmeyen yarali Osmanli esgerlerini mualice etmeye icaze verildi Muqavimet muddetinde Medine seherinde olan Hilal i Ehmer konullusu Feridun Qandemir Osmanli esgerlerinin Medineden ayrilmasini bele tesvir edir Bezileri qolsuz bezileri ayaqsiz esgerlerin bir birine komek ederek halsiz halsiz son defe Haremusserifi ziyarete yollanaraq Revzaya uzlerini surterek dualar ederek vidalasmasi gorulmesi gereken bir menzere idi Britaniya qizillari ile yemlenib turke dis qicidan bezi dirnaqarasi erebler bele bu menzereni gorub goz yaslarini tuta bilmirdiler Bizim ile beraber Medinede qalib aylardir devam eden muhasirenin her cur cetinliyini goren acliga dozen yerli erebler ise esl matem icinde aglayirdilar ve onun qosunlari 13 yanvar 1919 cu ilde Medine seherine daxil oldu Teslimden sonra ereb esgerleri seheri 12 gun talan etdiler Osmanli zabitleri terefinden kilidlenmis ve qorunmus umumilikde 4 850 ev yagmalandi Osmanli esgerlerinin elinde olan butun silahlar doyus sursati ve materiallar hasimilerin eline kecdi Muqavimetin sona catmasindan sonra Medine seheri Serif Huseynin eline kecdi Lakin az kecmis usyan qaldiran Medineye yiyelendiler ve Serif Huseyn meglub edilerek Hicazi terk etmeli oldu IstinadlarMilitary Intelligence and the Arab Revolt The first modern intelligence war azerb Herbi Zeka ve Ereb Usyani Ilk muasir zeka muharibesi Polli a Mohs ISBN 1 134 19254 1 Routledge sehife 40 Suleyman Beyoglu The end broken point of Turkish Arabian relations The evacuation of Medine Ataturk Ataturk Research Centre Journal Number 78 Edition XXVI November 2010 Turkish 8 000 Ottoman troops surrendered at the end of the Siege of Medina and were evacuated to Egypt afterwards Spenser S Taker Ereb Usyani 1916 1918 2014 04 16 at the Wayback Machine I Dunya Muharibesi Ensiklopediyasi ABC CLIO 2005 ISBN 1 85109 420 2 sehife 117 Mehmet Bahadir Dorduncu Mecca Medina the Yildiz albums of Sultan Abdulhamid II Tughra Books 2006 ISBN 1 59784 054 8 sehife 29 Osmanli ya ihanet eden aileyi saran lanet cemberi Mustafa Armagan 17 aprel 2011 tarixli Zaman qezeti Medine Mudafaasi Feridun Kandemir Nehir Yayinlari s 530 Istanbul 1991 a g e Feridun Kandemir s 235 Basbakan Erdogan in sir konusmasi 2022 04 15 at the Wayback Machine Sabah 24 03 2012 turk Xarici kecidlerTurkey in the First World War saytinda Medinenin muhasiresi ve umumilikde ereb kampaniyasi 2010 01 02 at the Wayback MachineHemcinin baxMekke doyusu 1916 Gence qalasinin isgali